4337 dəfə oxunub

Şəhər bələdçisi - Vyetnam

Hanyodakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Vyetnam ????????

Sin çau! Evdə çay içirdim mail gəldi Hindistana getdim. İndi Vietnama gedirəm. Qışı bir yerə getmək fikrim yoxdu , iki qışı Hindistanda keçirdikdən sonra bu qışı Bakıda keçirmək fikrim var idi. Ama yenə mail gəldi. Hindistan'a getmək təklifi aldım, cavab olaraq Hindistana getmək istəmədiyimi söylədim. Bu dəfə Vyetnama get dedilər. Sentyabr ayının 10-u 6 ay qalmaq şərti ilə getdiyim Vyetnamdan 1 il 6 ay sonra geri qayıtdım. Beləliklə Moskvadan ən uzun uçuşumu həyata keçirdim - 11 saat . Vytnamdakı ilk gün əvvəllər bir yerdə işlədiyim 2 il görmədiyim bir tanışımla görüşdüm. O gün demək olar ki Nha Trang şəhərinin bütün gecə klublarını gördüm. Səhər oyandığımda daha doğrusu günorta oyandığımda qaldığım evin mənzərəsi çox gözəl idi. Sanki ilk baxışdan ona aşiq olmuşdum))) Özəlliklə, Hindistandan sonra hər yer gözümə çox səliqəli və təmiz görünürdü.

28378352_1577978095649025_44394961776327720_n
Vyetnam şəxsən mənim fikrimcə dünyada səyahət olunması çox vacib və maraqlı ölkələrdən biridir.
Keçmiş paytaxt Xo Çhi (Şi) Minh ( əvvəlki adı Saygon ) 2 iyul 1945-ci ildə Vietnam Demokratik Cümhuriyyətinin qurucusudur. Vyetnamın Atatürkü demək olar. Vyetnamın bütün pul vahidlərinin üzərində onun rəsmi var ( pul vahidi Dong ).
Bu arada Vyetnamı gəldiğim günün ertəsi artıq milyonçu idim. (100$-2200000 Dong) Xoşimin Şəhəri əhalisi 8,5 milyondur. Vyetnamın ən böyük şəhəridir.
Bu şəhərdə əlbəttə ki ən yadda qalan "Amerikan müharibə muzeyi" və Amerikan müharibəsində Vyetnamın qalib gəlməsinin ən böyük səbəbi olan "Cu Chi " ( Kuçi ) tuneli oldu. Savaş müzeyində sadəcə müharibə vaxtı istifadə olunan döyüş avadanlıqları və sursatlar yox müharibədə əziyyət çəkən insanların şəkilləri və ən dəhşətlisi ölmüş uşaqların dondurulmuş bədənlərini görə bilərsiz .

28377608_1577977835649051_8862573479884476869_n
15 il ərzində qazılmış 187 km uzunluğunda 4 mərtəbəli 16 Min insanın sığına biləcəyi KuÇi tuneli . Tünellərini girişləri arıq və cılız Vyetnamlıların girə biləcəyi ölçüdə olduğu üçün amerikalı əskərlər bu tunellərə girə bilmirdi. Şəkildə bəlkə tam başa düşərsiz nə demək istədiyimi. Tunelin içərisində xəstəxana, yeməkxana, silah anbarları İclas keçirmək üçün otaqlar var. Amerika Vyetnam müharibəsində (1963-1975) 2 milyon Vyetnamlı 58000 Amerikalı ölmüşdü . 304000 Amerikalı isə itkin düşüb. Vyetmnamın tarixi haqqında az çox biləndən sonra istər istəməz Vyetnamlılara qarşı böyük hörmət bəsliyirsən. Mən azadlığı uğrunda bu qədər əzimkar mübarizə aparan (Amerikaya Çin Fransa kimi dövlətlərə qarşı) və müharibədən elə də uzun bir vaxt keçməməsinə baxmayaraq qısa bir zamanda sürətlə inkişaf edən başqa bir ölkə tanımıram.

28471162_1577978032315698_1417379673362929211_n
Mekong çayı Asiyanın ən uzun çaylarından sayılır 4500km . "Rembo" filminin çəkildiyi şəhər və çay.
Nha Trang ve Muine Vyetnamın əsas istirahət şəhərləridir İlin 12 ayı istidir. Payızda hava adətən yağışlı olur. Çimərlik çox gözəldir, (Cənubi Çin Dənizi) özəlliklə Nha Trangda (Muine daha dalğalıdır, Surfing üçün daha uyğundur )
Vinpearl adası , meymunlar adası görməyə dəyər yerlərdir.
Dak-Lak , Bao Loc ve Danang Vyetnamın görülməli gəzilməli şəhərləri sırasına daxil etmək olar.
Dalat şəhəri 1887-ci ildə Fransanın aşkarladığı bir şəhərdi. Çiçəklər şəhəri də adlanır. Çox gözəl təbiəti var, bu şəhərdə ən yadımda qalan isə dünyanın 10 ən qəribə oteli siyahısına girən "Crazy House" oteli oldu.

dalat-crazy-house2
Paytaxt Xanoy şəhəridir. İnkişafı ilə Vyetnamın digər şəhərləri arasında çox böyük fərq var. Vyetnamın ümumi əhalisi 94 milyondur. Dünyanın 4 sosyalist ölkəsindən biridir. Vyetnam mətbəxini elə də bəyənmədim. Məşhur "Fo" şorbaları var. İlan, qurbağa, timsah şəhərin istənilən restoranlarında yemək olar.

28276864_1577978355648999_858278907960161650_n

Mehriban millətdir, gülərüz və sadədirlər. Taksi şoferlərini saymasaq demək olar ki Vyetnamda hər kəs həyatından razıdı) Saysız hesabsız bayramlar var. Əylənməyi çox sevən və bilən millətdir. Qəhvə istehsalına görə dünyada Braziliyadan sonra 2-ci yeri tutur. (Arabika ve Robusta) Ən çox qəhvə ixrac etdiyi ölkə Almaniyadır. Vyetnamlılar qəhvəni buzlu içirler. Qara biber istehsalına görə birinci, düyü istehsalına görə dünyada beşinci yeri tutur. Ölkəyə əsas gəliri xalq təsərrüfatı təşkil edir. Vyetnamda bir çox zəngin kişilər dırnaq uzadır (bir və ya iki barmağında) bu onların ağır işlə məşğul olmadığının göstərgəsidir. Günəşli havada üzlərini bağlayırlar ki qaralmasınlar. Zəngin görünə bilmənin başqa bir göstərgəsi ağ olmaqdır. Vyetnamlıların 40% soy adları "Nguyendir" (bunu Vyetnama gedəndən 3 ay sonra öyrənmişəm , iş yoldaşlarımın yarısının soy adı Nguyen olduğuna görə elə bilirdim hamısı qohumdular) Vietnam dili ən çətin dillərdən sayılır, bəzi sözlər 6 fərqli tonda deyilib 6 fərqli məna ifadə edir.

28467961_1577977615649073_4724024473681111340_n
Halong - Vietnamın en görülməli yeridir. 3 min adanın birləşdiyi yer . "Drakonun dənizə endiyi yer" kimi tərcümə olunur. Körfəzi gəzmək üçün gəmi ilə 2-3 günlük turlar var.
Rəsmi göstəricilərə görə Vyetnam əhalisinin 81% ateisdir amma əslində bu belə deyil. Vietnamda din azadlığı var. Əsil göstərici isə təxmini belədir: 45% milli inanc, 16% Budizm, 8% Xristian, 29% ateist, geridə qalanlar 2% fərqli dinlərə inanır. Vyetnamdan Malaziya, Singapur, İndoneziya ( Bali ) Kambocca və başqa bir neçə tanınmış ölkələrə getmək ucuzdur (bunlar qalsın bir sonrakı yazıya) Vyetnamın bir başqa özəlliyi çoxlu hind restoranlarının olmasıdır ))

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Cavid Bayramov

DİGƏR BLOQLAR

Möhtəşəm "Bamboo dənizi" - Çin bələdçisi

Axşamınız xeyir, gəzəyənlər????İstədim sizlərə “Bamboo sea“ haqqında məlumat paylaşım. Bildiyiniz kimi dünyada bir çox bambuk meşələri vardır. Bunlardan biri də Çinin Sichuan vilayətində yerləşir. Bu meşə Sichuana səyahət edənlər üçün maraqlı yerlərdən biridir. Deməli bambuk meşəsi Sichuanın paytaxtı Chengdu şəhərindən təxminən 300 km cənubda, Yibin şəhərindən isə 60 km uzaqlıqda yerləşir. Yerli Çinlilər buranı Şanan Bamboo sea ( 蜀南竹海 ), Bamboo meşəsi, Bamboo dənizi, bəzən də Shunan Zhuhai Milli Parkı olaraq adlandırırlar. Ərazisi 4600 hektardan çox olan bambuk 27 dağ və 500-dən çox zirvə ilə əhatə olunmuşdur. Burada yaşayan insanlar bambuku oksigen çubuğu adlandırırlar.Bura gəlmək üçün ən rahat yol Yibin şəhərindəndir. Hər gün səhər saat 8, 9, 10-da şəhər mərkəzindən bir nəfər üçün 12 yuan (təxminən 3 manat) məbləğində avtobuslar yola düşür. Nəzərinizə çatdırım ki 12 yuan’ə gediş gəliş birlikdə hesablanır ???? saat 6 üçün artıq geri dönüş üçün avtobuslar sizi gözləyəcək. Qayıtmaq istəmirsinizsə əlverişli qiymətə gecəsi 120 yuan (təxminən 30 manata) ucuz otellər tapa bilərsiniz. Taksi ilə getmək istəsəniz bir nəfər üçün 30 yuan (təxminən 7 manat 50 qəpik) ödəməli olacaqsınız.Qoruğa giriş bileti xarici vətəndaşlar üçün 40 yuan’dir (təxminən 10 manat). Kanatdan istifadə edəcəksinizsə əlavə 40 yuan ödəməlisiniz.Girişdə ilk ziyarət etməli olduğunuz yer Emerald Gallery olacağdır. Təxminən 1 kilometr uzunluğundadır. Hər yer Bambuklarla sıx örtülmüşdür. Gəzərkən sanki qırmızı xalça ilə bəzədilmiş yaşıllığa daxil olduğunuzu hiss edəcəksiniz. Burada çoxlu kiçik şəlalələr də vardır. İnsanın həqiqətən zövqünə oxşayır ????Daha sonra kanatdan istifadə etsəniz 23 dəqiqə ərzində 2728 metr yüksəkliyə qalxacaqsınız. Bu zaman keçirdiyim möhtəşəm hissləri sizə sözlə anlada bilmirəm. Sanki bütün həyat durmuş , və sən yer üzərində fırlanırsan ????Dağın yuxarısında Buddist, Taoist məbədlərinə rast gəldik. Divarlar üzərində yüzlərlə tısbağa rəsmləri də vardır. Daha sonra nəhəng bir sarı göbələk daşını görə bilərsiniz. Deyilənə görə bu Taoist Tianyu’nun çətiridir. Bundan əlavə müxtəlif maraqlı freskalar da mövcuddur.Burada həm də yerli insanlar müxtəlif əşyalar, qab-qacaqlar düzəldib satırlar. Bambuk tumurcuqlarından xüsusi yeməklər də hazırlayırlar, amma bir az bahadır (50-100 manat arası) .Ən çox çətinlik çəkəcəyiniz mövzu dil problemi olardı deyə düşünürəm. Çünki yerli əhali ingilis dilində heç bir söz bilmir, Mandarin’i bilməyənlər də az deyil (əsasən öz provinsiyaları olan Sichuan dialektində danışırlar). Ən azından başqa şəhərlərdə heç olmasa “ quddııııı (good) ” deyə bilirlər ????????Amma səmimiyyətimlə söyləyirəm ki bəlkə də dünyanın ən yaxşı insanları Sichuanda yaşayırlar ???? İnandırım sizi o qədər mehriban, qonaqpərvərdirlər ki, insanı bir dəqiqə belə qayğısız qoymazlar. Xüsusən xariciləri çox sevirlər????Ümid edirəm sizə maraqlı məlumat verə bildim. Sichuana kiminsə yolu düşdü hər zaman qonağım ola bilər. Hörmətlər ! ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:Tural Alikhan #turalalikhan   

1419 dəfə oxunub

Dağətəyinin cənnəti - limon qoxulu şəhərə gəzəyən turu

Limon qoxuları, limonçellosu, çiçəkləri, dar yolları, incəsənət qalereyaları, keramika mağazaları ilə məşhur olan sevimli və rəngli Pozitano Kampaniya(İtaliya) vilayətinin Saleno əyalətinə məxsus kiçik icmaya malik Amalfi sahillərinin ən gözəl qəsəbəsi sayılır. Başlanğıcı kiçik balıqçı sahil qəsəbəsi olan Pozitano turist axınından sonra yaraşıqlı və bərli-bəzəkli villalar, mehmanxanalar hesabına cazibəli bir şəhərə çevrilmişdir.Norman Jewison’un ‘Only you’ filminə baxdıqdan sonra bu şirin qəsəbəyə heyran olub ora getmək istəməyən çox az adam tapılar məncə. Sofi Lorenə məxsus villanı da məhz burada görə bilərsiniz.Dik bir yamac üzərində qurulan Pozitano, ağ, sarı, çəhrayı damlı Aralıq dənizi evləri, çınqıl daşlı çimərlikləri və masmavi dənizi ilə özünüzü sanki bir italyan filminin baş qəhrəmanı kimi hiss edəcəyiniz sahil qəsəbəsidir.Pozitanoya necə getmək olar?Pozitanoya gedib çıxmaq üçün ən yaxın hava limanı Neapol Beynəlxalq Hava limanıdır. Bu hava limanı Neapolun cəmi 7km cənubunda yerləşir. Maşınla hava limanından Pozitanoya çatmaq 1saat 15 dəqiqə çəkir. Hava limanından Neapol mərkəzinə ən ucuz getmək vasitəsi avtobusdur. EasyJet, Meridiana, Air Berlin, Vueling, Wizz Air kimi aşağı büdcəli hava yolları ilə Avropanın digər şəhərlərindən Neapola gədə bilərsiniz. Hava limanında günü 7 avro ödəməklə əşyalarınızı əmanət ofisində saxlaya bilərsiniz. Buradan şəhər mərkəzinə gəlmək üçün 2 növ avtobus fəaliyyət göstərir. Unicocampania şirkətinin avtobusu (Unico Alibus) hər 20-30 dəqiqədən bir hava limanından hərəkət edərək Garibaldi Meydanında(15-20 dəqiqəyə) və Municipo meydanında(30-35 dəqiqə) dayanır. Qiyməti 3 avrodur və 06:30-23:30 aralığında işləyir. Biletləri avtobusdan əldə edə bilərsiniz. Bu biletlə 90 dəqiqə ərzində ictimai nəqliyyatın digər növlərindən də istifadə edib otelinizə çata bilərsiniz. Bundan başqa ANM-3S avtobusu da həmçinin hava limanından Garibaldi Meydanına hər 15 dəqiqədən bir gediş-dönüş səfərləri həyata keçirir. Qiyməti 1,10 avro olan bu avtobus ilkinə nisbətən daha çox dayanacaqda dayanır və ucuz olduğu üçün daha çox sərnişini olur.İndi isə gələk əsas məsələyə, bəs Neapoldan Pozitanoya necə gedək?Neapoldan Pozitanoya gedib çatmaq üçün ilk öncə Sorrentoya getmək lazımdır. Neapolda yerləşən Corso Garibaldi mərkəzi dəmiryolu vağzalından Sorrentoya hər 20 dəqiqədən bir ''Circumvesuviana '' qatarı var (5avro) və səfər təqribən 1saat 10 dəqiqə çəkir. Sorrentodan Pozitanoya necə gedək?Sorrentoya çatanda dəmiryolu vağzalının çölündə SITA avtobuslarını görəcəksiniz. Ödənişi 1,5 avrodur. Bu avtobuslar hər saat başı Pozitanoya gedir. Burada biz yaz yağışının altında uzun sıra gözləməli olmuşduq. Buradan Amalfi və Pozitanoya gedə bilərsiniz.20km davam edən bu yolda ən möhtəşəm mənzərəni görmək üçün avtobusun sağ tərəfində oturun. Yarım saat və ya tıxac olarsa maskimum 45 dəqiqəyə Pozitanoya çatacaqsınız. Pozitanoda yemək-içmək bələdçisiDənizi, sahilləri qədər mətbəxi ilə də gözəl olan Pozitanoda harda yemək olar?Pozitano Cafe- mübahisəsiz otura biləcəyiniz ən gözəl yerlərindən biri buranın terrasıdır. Bu məkanda möhtəşəm bir kofe içərək mənzərədən həzz ala bilərsiniz.Paradiso Cafe- Eyvanında tiramisu ya da limonlu şirniyyat yeməyinizi mütləq tovsiyyə edirəm.Bunlardan əlavə Ristorante La Cambusa'nın mənzərəli bölümündə yer tapa bilsəniz çox şanslısınız. Çünki bura çox möhtəşəm mənzərəyə ev sahibliyi edir.Amalfi sahilləri ''limon diyarı'' olaraq adlandırılmasını qalın qabıqlı, bol sulu, bol şəkərli və mango böyüklüyündə ətirli böyük limonlarına borcludur. Bu da Pozitanoda başınızı çevirdiyiniz hər yerdə limon ağacı görməyiniz, makarondan torta, risottadan dondurmaya qədər hər təamın limonlusunu yeməyiniz, ancaq ən çox da limonçello içməyiniz deməkdir. Bu içki spirtliliyi 35% olan limon likörüdür. Makaron və pizzadan əlavə (bu arada ən dadlı pizza Capricci adlanan pizza restoranında olur) donuz əti yeməklə probleminiz yoxdursa prosciutto-nu tövsiyyə edərdim.Pozitano bahalıdır ya ucuz sualının cavabına gələndə isə şəhər çox bahalıdır deyərdim. Pozitano Amalfi sahillərinin ən bahalı qəsəbəsidir. Hətta yerli xalq ilə biraz səmimi olsanız, onlar sizə növbəti səfərinizi Sorrentoda keçirməyinizi məsləhət verər.Pozitanoda harda qalmaq olar?Bir günlük gəzməyə gedirsinizsə, Neapolda qalıb bu şəhəri də gəzib Pozitanoya baş çəkə bilərsiniz. Ancaq sırf Portofino, Pozitano, Amalfi sahillərində bir neçə günlük tətilə gəlmisinizsə, burada gecəsi 2 nəfər üçün 100 avrodan 3200 avroya qədər dəyişən qiymətlərlə qonaq ola bilərsiniz. Bronu mütləq bir neçə ay əvvəl edin. Bunlardan ən yaxşıları Appartamento Mare A, Villa Eos, Villa Eden, mərkəzə daha yaxın qalmaq istəsəz Positano Villa Sleeps 13 Air con Wifi, Villa Punto del Sole, daha ucuz isə Your nest on the Path, Casa Fortunata kimi yerlərdir. Bir də kiçik bir qeyd edim ki, dünyanın ən gözəl otellərindən biri olan Le Sirenuse da burada yerləşir.Pozitanoya nə vaxt getmək olar?Səyahət edərkən yağış sizi narahat etmirsə bahar və payız ayları bura getmək üçün seçilən vaxtlardandır. Dəniz tətilini burda keçirmək istəyənlər yayda ən yüksək istiliyin 32 dərəcə olduğunu yadda saxlasınlar. Həm gündüzlər isti sizi yormur, həm də gecələri sərin keçir. Məncə ən yaxşı vaxt turistlərin hələ çox axın etmədiyi, havaların da daha yeni isinməyə başladığı-aprel ayının əvvəlidir.Pozitanonun yerli xalqı haqqında Pozitanoda yerli xalqın həyat səviyyəsi yüksək və cənublu olduqlarına görə daha rahat, daha gülərüz və yardımsevər insanlardır. Bura həm də İtaliyanın digər bölgələrinə nisbətən daha təhlükəsizdir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ulkar Ismayilzada

1612 dəfə oxunub

İnqilab və rəqsin ölkəsi - Kuba

Bir ölkəyə azadlıq gətirməklə iş bitmir.Kuba bir çoxumuz üçün uşaqlığımızın simvoludur. Niyə? Çünki uşaqlığımızın keçdiyi kommunizm, nostalgiya, onda hər şey yaxşı idi xəyalları. Biz də məhz bunu bir daha görmək üçün Kubaya getdik.Getdik və... Şoka düşdük. İlk şok aeroportdan başladı. Sərhəd xidməti rahat yoxlayır, amma təyyarədə 3 növdə deklarasiya doldurursan. Sadə vətəndaş pasportu ilə bir də tarjeta de turista almalısan, bir növ vizadır. Bizə onu zorla Bogota aeroportunda minik zamanı satdılar, halbuki bizim pasportlarla lazım deyildi.Aeroportda pul dəyişməli idik. Sən demə Kubaya dollar aparmaq sərfəli deyil, ümumiyyətlə bu ölkədə turist ikinci sort varlıqdır. Onu hərtərəfli soymayana söyüş qoyulub. Yerlilər adi peso, turistlər isə konvertasiya olunan peso, yəni CUC işlətməlidir. Yerli pesonu turistə satmırlar. 100 dollar hardasa 95 cuc-dur, ondan da 12 faiz vergi tuturlar. Əlinə alırsan 85 cuc kimi bir şey.Aeroportdan çıxıb taksiləri görəndə elə bil 1992-ci ilin Naxçıvanına gəldim. Bildiyimiz sovet maşınları elə sovet dövründən qalma və ya Çin istehsallı adını bilmədiyim avtolar. Birinə mindik. Qiymət tənzimləyici yoxdur, mərkəz daxil hara istəsən fix 25 CUC. Sürücümüz çox söhbətcil idi, dedi ki, burada ölkəyə avtomobil gətirmək işinə ancaq dövlət baxır, istədiyi qiyməti qoyur, yəni babat monopoliyadır. Ümumiyyətlə Kubada hər şey dövlət monopoliyasındadır, ona görə də kim necə bilir qazanır. Sonra dedi ki, Kubada yaxşı yaşayan ancaq məmurlar, manıslar və idmançılardır. Bizim ölkəni o dəqiqə tanıdı. Boksa görə.Otelimiz 4 ulduzlu idi, amma ona 4 ulduzlu deməyə 28 şahid lazımdır. Baxımsız, son dəfə tikiləndən sonra remont olunan, iyrənc, köhnə, sınıq salxaq. Həmən qaçdıq ordan və gəldik şəhərə.Şəhərdə bir restoran var. Orda Heminquey yeyirmiş. Ən məşhur yer oradır. Mərkəz pis deyil, amma hər yerdə kasıb insanlar, bahalı restoranlar, qəribə kontrast. Bir kuba ailəsinin evini tutduq. Bizi ora təsadüfən o anda əlində müştəri olan bir bərbər apardı. Müştəri elə yarımqırxıq başla qaldı, çünki bizi aparan oğlan ev sahibləri ilə yarım saat da hansısa oyuna baxdı tv-də...Gəldik bir ailənin evinə. Əslində əla oldu. Əsl Kuba həyatı da gördük. Ev sahibləri səhərdən axşamadək alt paltarında tv izləyən yaşlı kişi və onun hər şeyi (özü də daxil olmaqla) idarə edən arvadı bizi mehribancasına qarşıladılar. Bizə verəcəkləri otağı izah edərkən qadın iki daşın arasında telefonunda bütün sülaləsinin şəkillərini mənə göstərdi. Dedi ki, oğlu Barselonada yaşayır. Bir sevgilisi varmış norveçli, indi ayrılıblar, qız əclafın biri imiş. Qızı da ərdədir, Çiliyə köçüb.Bu arada, deyim ki, Havanada hələ də demək olar ki, heç bir evdə su xətti yoxdur. Suyu hər axşam xüsusi maşınlarla gətirib evlərin ümumi anbarına vururlar.Əşyalarımızı yerləşdirib yaxındakı restorana getdik. Restoran çox fərqlidir. Mağazalarda görməyəcəyiniz məhsullar təqdim olunur. Deyirlər ki, onları fərqli yerlərdən və baha qiymətə alırlar. Qeyd edim ki, kubalılar mal və xüsusən qoyun ətini çox sevirlər. Ortalama qoyun ətimdən olan və çox populyar "ropa de vieja" yəni, bizim dildə desək köhnə paltar adlı ət yeməyi çox məşhurdur. Didiklənmiş və öz suyunda bişmiş qoyun əti, yanında düyü və yaşıl mərcimək və ya qara lobya. Qiyməti 8-9 cucdir. Yəni hardasa 10 dollar. Məlumat üçün deyim ki, orta kubalının əməkhaqqı 40 dollar civarındadır. Ümumiyyətlə, yeməkləri çox dadlıdır. Kolumbiyada mən heç sevmədim yeməkləri, amma Kubada superdir. Xidmət personalı çox mehribandır və demək olar ki, mərkəzdəki hər bir babat restoranda canlı musiqi var. Kofe isə ayrı aləmdir. Pivə adidir. Yaxşı və maraqlı kokteylləri var.Şəhər kasıb olsa da milçək və ağcaqanad demək olar ki yoxdur. Axşamlar sərin olur, dənizlə bağlıdır bu yəqin.Kubalılar çox səsli-küylüdürlər. Yüksək səslə musiqi qoyub evlərinin qapısına çıxır, orda oturub söhbət edir, rəqs edirlər. Hətta bir maraqlı hadisə danışım. Bir axşam aşağı mərtəbədəki evdə yenə yüksək səslə musiqi səslənirdi. Biz də yuxarıda, eyvanda oturmuşduq. Birdən üzbəüz binadakı eyvana hirslə, əlində tv pultu ilə bir qoca çıxdı. Elə ağzını açdı ki aşağıdakıları söysün, bu dəmdə musiqi sədaları altında rəqs edən balaca qızı gördü. Kişi bir anda yumşaldı, pultu qoyub ona əl çalmağa və alqışlamağa başladı.Kubalılar başları dik gəzir. Bilirsiz niyə? Çünki ölkədə internet yox kimi bir şeydir. İnternet üçün kart almalısan, evdə dial-up ilə qoşulursan. 30 saatı 10 dollardır. Elə bu səbəbdən hamı real yaşayır, uşaqlar yarımlüt küçələrdə oynayır, qadınlar söhbət edir, kişilər də onlar kimi.Kolumbiyadan fərqli olaraq kubalılar qırsaqqız deyillər. Sənə kömək edərlər, əvəzində balaca bir bəxşiş istəyirlər. Yəni sən yaxınlaşmasan, sənə yapışan yoxdur.İnsanlarından söz düşmüşkən, qızları da, oğlanları da çox yaraşıqlıdırlar. Peru və ya çilililər kimi dıbır və formasız deyillər. Əksinə, avropoid irqi ilə qarışanları çoxdur deyəsən, sarışın mulatlar çoxdur. Bax o seriallarda baxıb ispan qızı hesab etdikləriniz elə məhz kubalı, venesuelalı və argentinalılardır. Qızları elə formalıdır ki, hətta mən belə ağzıaçıq baxırdım. Bir problemləri var, o da azca qarınları var. Amma bu onlarda gözəllik sayılır. Hətta gömrük, polis kimi işlərdə çalışan qızlar çox qısa yubkaların altından bizim şit hesab etdiyimiz tor corablar geyinir və bu normaldır.Nə edək, gəlsin Kuba səyahətinin son hissəsi. Sonra bir də həvəsim olsa sizə Kolumbiyadan bir dənə də yol xatirəsi yazaram.Kuba demişkən, necə ola bilər ki, Fidel Kastro və Çe Gevaradan danışmayaq?Kubada bu iki şəxsi kult dərəcəsinə çatdırıblar. Amma əslində kubalılar onları dilənçi kökünə salıb dünyadan təcrid edən bu iki qəhrəmanı elə də sevmirlər. Hamı yavaşca, aşkarca şikayət edir. Necə etməsinlər?Mən jurnalistəm, ispanca da bilirəm. İmkan olan hər yerdə yerlilərlə söhbət etməyi, müşahidəni sevirəm. Sizə bir məqam danışım, daha aydın anlayacaqsız. Şəhərin mərkəzində, hətta bus tour-un da xəritəsinə düşən bir ticarət mərkəzinə də getdik. Dedik həm baxaq, həm də içindəki marketə girib su alaq. Market deyirəm ee sizə. Yaşı 35-dən yuxarı olanlar, 1988-1997-ci illərin kənd mağazalarını xatırlayırsız? Bəs assortimenti? İki cüt bir tək seçimi? Elə həmin vəziyyətdir. Piştaxtalar boşaraq, 1-2 adda və keyfiyyəti şübhə doğuran mallar, bədbin alıcılar, satıcılar... Biz kassaya əlimizdə su ilə yaxınlaşanda bizdən əvvəlki xanım aldıqlarını kassaya vurdururdu. İçində hardasa 60 pesoluq (2 dollar təxminən) bir ketçup vardı. Kassir onu vuranda elə ifadə ilə baxdı ki, sanki qadın 4 dənə Cartier saat, 6 Tiffany üzük almışdı. Kubalılar belə şeylər almır.Ölkənin əsas gəlirlərindən biri tütün istehsalıdır. Kuba sigarları dünyada məşhurdur və ucuz da sayılmaz. Amma mərkəzdə yerləşən fabrikə sanki bir həftə əvvəl bomba düşüb. İşçilər hazır məhsulu oğurlayıb ara küçələrdə satır. Açıq yox, məhlədə dururlar, yaxınlaşırsan istənilən adama və deyirsən ki tabak almaq istəyirsən. Səni dar, kasıblıq və çirkab yağan bloka salıb pilləkəkənlərlə harasa aparırlar. Bu arada, Kuba tam təhlükəsizdir, ürəklə gedə bilərsiz. Sonra sizə mağazalarda dənəsi 10 dollar olan siqarları yarı qiymətinə satırlar. Üstünə də aksiz, keyfiyyət nişanı vururlar. Vəssalam. Qiymət danışa bilərsiz.Havana yarımuçuq binalardan ibarətdir. İndiki hakimiyyət 1952-də inqilab edib və ondan sonra da ancaq cibinə işləyib. Bunu sizə açıq deyirəm. Hamıya qəhrəman kimi sırınan Çe Gevara isə ən adi quldur və başkəsən olub. Bunu da orda adi insanlar deyirdi. Haqqında da oxuya bilərsiz. Bu gün dünyanın hər yerində, xüsusən Mayamidə bütöv köçmüş nəsillər var. Və bu axın davam edir.Havana turizm üçün ağlayır. Möhtəşəm dəniz çimərlikləri, təbiəti, insanları, mədəniyyəti, musiqisi... Amma bir yandan da hökumətin axmaq sanksiyaları. Turistə suyu 1 dollara sat, yerliyə 10 pesoya. Amma yenə də şəhər turistlə doludur. Bir meksikalı turist bizə danışırdı ki, Kubaya rahat nəfəs almağa gəlir. Çünki burada kriminal yoxdur, qorxmursan.Nəticə. Kubaya gedirsizsə hər cür ehtiyatınızı görün. Bütün biletlərinizi çap edib əlinizə alın, interneti unudun, dadlı yemək və möhtəşəm canlı ifaya hazır olun. Kuba kokteylləri için. Kubalılar çox qürurludur, onlara təşəkkür etməyi bilin. Onlar da sizə edəcək. Kubaya gedib hələ də suya qarışdörılan toz meyvə suyu ilə keçirilən ad günləri də görəcəksiz. Mütləq keçi dərisindən əl ilə hazırlanmış çanta və ayaqqabı alın. Bunlar çox ucuzdur. Qiymət danışın, bu realdır.Kubaya bir də gedərəmmi? Yox, çünki mən komfort və rahatlıq sevən insanam. Otel, yemək barədə kaprizlərim var. Və sırf acgözlük səbəbindən dağılmış şəhəri yox, çiçəklənən ölkə görmək istərdim. Kubada bu sistem daha 2-3 il sürər yəqin, gedib indiki sistemi görməyə vaxtınız azdır.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Vento Favoravel

2947 dəfə oxunub

Uganda Səyahəti

Vinston Çörçill Uqandaya gələndə, təbiətinə, landşaftına görə ölkəni "Afrikanın İncisi" adlandırmışdı. Bütün Afrika kontinentini dolandıracaq resurslara sahib olan və bununla belə dünyanın ən kasıb ölkələrindən biridir Uqanda. İngilis müstəmləkəsi olduğuna görə ölkədə yollar sol tərəflidir və asfalt örtüyü hədsiz dərəcədə azdır. Kampala, Entebbe, Kayabwe, Masindi, Jinja şəhərlərini kirayə götürdüyümüz maşınla gəzdik və yolların çox bərbad olma səbəbi ilə bəzən 1-2 saatlıq məsafəni 5-6 saata gedirdik. Buna baxmayaraq Uqandanı sevməmək qeyri mümkündür. Ölkə bir səyahətçiyə Ekvator xəttini, Afrikanın ən böyük gölü və eyni zamanda ən böyük şirin su hövzesi (dünyada 2-ci) olan Viktoriya gölünü, Nil çayının mənbəyini, dünyanın ən güclü şəlaləsi olan Murchison şəlaləsini, safari sevənlər üçün böyük 5-lik (şir, fil, gərgədan, buffalo, leopard) olan milli parklar, kosmik dadlı kofe, Nil çayında rafting, Nilin mənbəyində üzmək və adrenalindən bol səyahət vəd edir. Təhlükəsizlik baxımından ölkə kənardan çox təhlükəsiz görünürdü. İnsanların çox olduğu yerlerde kifayət qədər çox vaxt keçirdik və insanlardan yalnız müsbət nəsə gördük. Bərə gəmisindən düşəndə, maşına əl eləyib "mən də minim, qabaqda düşərəm" deyən Uqandalı gənc bizimlə səyahət edəcəyimiz şəhərə kimi gələndə vəorda düşüb maşının yanında bizi gözləməyə başlayanda, oğlana "qabaqda düşəcəm dediyin yer buradır?" deyə soruşduq, cavab olaraq "siz hara gedsez men de ora gedirəm" cavabını vermişdi. Biraz uzun hekəyədi, amma qısa deyim ki, maşından məcbur düşürtməsəydik elə arxa oturacaqda oturub biziynen Bakıya kimi gələrdi)). Alkoqol qəbulunun səviyyəsi çox yüksəkdir və ölkə Afrikada Nigeriyadan sonra 2-ci yerdə dayanır. Bəlkə də qaqaş biziynən gedə gedə ayılmağa çalışırmış) Özümün bir müddət əvvəl açdığı Uqandaya giriş üçün Sarı Qızdırma vaksini lazımdırmı sualıma cavab olaraq, bəli, mütləq şəkildə lazımdır deyə cavab verirəm. Vizaya müraciət bu vaksindən başlayır. Otellər və Hostellər çox səliqəli və təhlükəsizdir, qiymətlər də ölkədə aşağı büdcəli səyahətçi üçün çox əlverişlidir.Paylaşan Rasim Aghazada

194 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!