1177 dəfə oxunub

Şimalın "Praqası" - Brügge

Brüggedəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Yazını oxumadan öncə istərdim ki, aşağıda yerləşdridiyim İn Brüges filminin soundtrackını açıb yazını elə oxuyasınız.

[youtube https://www.youtube.com/watch?v=tW9SWTazdIU]

Brüggeyə səyahətim əslində qarışıq hisslərlə başlamışdı və bütün səyahətim boyu bu təzadlı hisslər bir-birini əvəz etdi. Əvvəlcə çox həyəcanla işdən çıxıb hava limanına yollandım, çünki Brüggeyə gedirdim – İn Bruges filmində görüb aşiq olduğum və səyahət etməyi çox arzuladığım Brüggeyə. Hava limanına çatıb yoxlamadan keçdim, bir az Duty Freedə vaxt keçirib üz tutdum təyyarəyə minəcəyim qapıya. WizzAir bir çox hallarda etdiyi kimi, bu dəfə də heç bir ödəniş etmədiyim halda priority boarding vermişdi, buradan onlara xüsusi təşəkkürlər :) deməli təyyarə ilk minənlərdən olacaqdım və qapıda gözləməyəcəkdim. Uçuş saatı yaxınlaşdıqca Brüggeni tez bir zamanda görmək həyəcanı da artırdı. Gəldik təyyarəyə çatdıq, elə yerlərimizi təzə rahatlayıb, kəmərlərimizi bağlamışdıq ki, stüardessalar ilk “qəmli” xəbəri anons etdilər. Deməli uçuşumuz Almaniya üzərindən olacaqdı və anons edildi ki, Almaniyanın hava sahəsində “probka” olduğundan 1 saat gecikəcək uçuşumuz. Bir saat gecikmək o demək idi ki, hava limanından Chareleroi şəhər mərkəzinə normal avtobus tapmayacaqdım. Deməli ya taksi ilə getməli idim ya da xüsusi avtobuslarla və bunlar da nəzərə alınmayan əlavə xərclər idi. Ürəyimdəcə elə AzTV Almaniyaya nə edirsə düz edir deyib :D uçuşumun vaxtınız gözlədim. Nəhayət 1 saat sonra yola düşdük Brussels-Charleroi hava limanına.

01 

Buradan Brüggeyə getmək üçün müxtəlif varyantlar var avtobusla Charleroi-Sud dəmir yolunə gedib oradan dəmir yolu ilə Brüggeyə getmək və ya xüsusi avtobusla və ya taksi ilə Brussel mərkəzi dəmir yoluna gedib oradan dəmir yolu ilə Brüggeyə getmək ki, mənim etdiyim variant bu olmuşdu. Amma ən ucuz və rahat varyant www.flibco.com saytından Brussels-Charleroi hava limanından Bürggeyə birbaşa avtobusla bilet almaqdır. Bir tərəf üçün qiymət 17 avrodur əgər internetdən alsanız, yox bileti hava limanından alsanız bir tərəf üçün qiymət 21 avro olacaqdır.

Əlqərəz əvvəl taksiylə (bu arada taksilər adam başına 15 avro alır) Brüssel dəmir yoluna, oradan da qatarla Brüggeyə gəlib çıxdım. Təbii ki, bütün yol boyü Brüggeni görmək həyəcanı məni rahat buraxmadı. Gəldim dəmir yolu vağzalının binasını tərk edən kimi 2-ci xəyal qırıqlığı ilə qarşılaşdım. Dəmir yolu vağzalının binası və ətraf ərazilər muasir görünüşlü idi, heç də İn Brüges kinosundakı yerə bənzəmirdi. Dəmir yolu vağzalında olan adamlardan şəhərin tarixi mərkəzinə necə gedəcəyimi soruşub yola düşdüm piyada mərkəzə doğru (hardasa 15 dəqiqəlik yoldur vağzaldan mərkəzə). Elə yolun yarısını getmişdim ki, o məşhur saat qülləsinin kəlləsini gördüm dumanlar içində. O ilk həyəcandan daha sərt bir həyəcan sardı içimi. Qülləyə yaxınaşdıqca tarixi mərkəzdə olduğumu hiss edirdim. Artıq qədim hissədə idim. Və ətrafım kiçik, şirin və tarixi evlərlər əhatə olunmuşdu. Evlərin üstündə tikildikləri illər qeyd olunmuşdu və əksəriyyəti 1500-1600-cü  illərdə tikilmişdi (ağımdan nə köhnə binadır deyib sökəsən?! fikri keçmədi deyil vallah :D )

02 Brüggenin kanalları və evləri

Beləcə soraqlaşa-soraqlaşa, ağzım yarım metr açıq, qədim tarixi binalardan zövq ala-ala gəldim bron etdiyim hostelimə. Brügge kiçik yer olduğundan onsuz da elə çox hostel seçiminiz yoxdur, mən də saat qülləsinə 4-5 dəqiqə piyada məsafəsində olan Charlie Rockets hostelində 6 nəfərlik otaqda özümə yer bron etmişdim. İyun ayı üçün bir nəfərlik yerin qiyməti, bir gecə üçün 21 avro idi. Hostelin giriş mərtəbəsində bar yerləşir, istədiyiniz zaman ora enib məşhur Belçika pivələrinin dadına baxa bilərsiniz. Bu arada mən gedən zaman barmenlərdən biri Əmrah adlı bir türk idi, sağ olsun elə çatan kimi bir flaman pivəsinə qonaq etdi məni :) pivəmi içib Əmrahla bir az söhbət edib qalxdım otağıma sabah tezdən durub free walking tura qatılmalı idim.

Səhər saat 10a 20 dəqiqə qalmışdan bir çox turist kimi mən də saat meydanının qabağında free walking turun başlayacağını gözləməyə başladım. Yarım saatın tamamında qərar gəldik ki, bu tur niyəsə təxirə salınıb. Onda backpackımı da çiynimə atıb özümü verdim Brüggenin küçələrinə və növbəti saat 14:30-da olacaq tura qatılmağa qərar verdim.

03 Brüggenin şokolada bənzər evləri

İlk öncə deyim ki, Brügge mənim indiyənə kimi gördüyüm ən romantik, ən gözəl, tamamilə bir nağıllar aləmi effekti verən şəhərdir. Evlər o qədər gözəl və şirindir ki, adam istəyir üzərinə Belçika şokoladı töküb yesin :) Şəhər kanallarla əhatələndiyindən Bürggeyə Şimalın Venesiyası deyirlər. Venesiyada olmamışam amma mən bura gözəlliyinə görə Şimalın Praqası deyərdim.

Qısaca Brüggedə ne yeyib, içməli? sualını cavablandırım sonra keçək gəzməli yerlər siyahısna. Brüggeyə gəlib də 3 şeyin dadına baxmadan geri dönmək olmaz: belçika pivəsi, belçika vaflisi və  kartof qızartması. Bunların 3-nün də dadına baxmasanız deməyin ki, Brüggedə olmusunuz :)

20160604_164529 Belçika vaflisi

İndi gələk gəzməli-görməli yerlər siyahısına. Brügge kiçik və kiçik olduğu qədər də möhtəşəm memarlığa sahib olduğundan, şəhərin demək olar ki, bütün yerləri gəzilib görülməlidir. Bütün binalar ayrı ayrı gözdən keçirilməli, incələnməlidir. Amma bununla birlikdə bəzi yerlər var ki, bunlar Brügenin olmazsa olmazlarındandır, ingilisler demiş must seedir.

20160604_223252 City Hall

Şəhərin ən mərkəzi hissəsi Markt meydanıdır. Meydanın mərkəzində duranda 4 bir tərəfinizdə o gözəl flaman evlərini görəcəksiniz. Bir tərəfdə isə məşhur Belfry və ya saat qülləsini görə bilərsiniz. Qülləyə dırmaşıb oradan bütün Brüggeni seyr edə bilərsiniz, hətta çox uzaq məsafədə olmayan yel dəyirmanlarını belə. Meydanda üzü saat qülləsinə doğru durub sola tərəf yolla getsəniz, Burg meydanına çatacaqsınız. Meydanda ən sağda daş hissələri qaralmış amma qızılı hissələri par-par parıldayan “Müqəddəs qan” (Holy Blood Church) kilsəsini görə bilərsiniz. Mən deyərdim ki, Brüggedə görməli olduğunuz yeganə kilsə məhz budur. Rəvayətə görə içəridə şüşə qabda İsa peyğəmbərin qanı saxlanılır. Kilisədən solda daha bir maraqlı memarlıq nümunəsi City Hall bizim dildə desək icra hakmiyyətinin binası yerləşir. Icra hakimiyyətinin binasının altından yol var kanala doğru. Küçənin adı “Kor uzunqulaq” küçəsidir. Bu küçə ilə davam etsəniz körpünün sonunda sağda kiçik qayıq dayanacağı görəcəksiniz. Burada adam başı 8 avro ödəməklə Brügge kanallarında kanal turu edə bilərsiniz. Qayıq dayanacağından azca irəlidə isə Brüggedə ən çox fotosu çəkilən yeri gör bilərsiniz. O məşhur İn Bruges filmində Kolin Farrell məhz buradakı otelin pəncərəsindən tullanır qayığa.

04 Belfry və ya saat qülləsi

Ən çox fotosu çəkilən yerdən cənub-qərb istiqamətində olan ana yolla davam etsəniz qotik üslubda tikilmiş möhtəşəm Məryəm Ana Kilsəsinə (Our Lady Church) çatacaqsınız. Kilsə 13, 14, 15ci əsrlərdə tikilib hündürlüyü 122 metrdir və dünyada 2ci ən hündür kərpic tikili ünvanını qoruyur. Kilsənin içində məşhur italyan rəssam və heykəltaraşı Mikelanceloun “Madonna və uşaq” heykəlini də görmək olar.

Kilsədən kanal boyu cənub istiqamətində gələsəniz Begijnhof monastrı ilə qarşılaşacaqsınız. Monastrın həyətı başdan-başa yaşıllığa bürünüb və bütün binalar ağ rəngə boyanıb. Bu 2 rəngin qarışması xüsusi bir gözəllik verir monastra. Monastrın içinə girsəniz içəridə ibadət edən çox yaşlı, beli bükülmüş rahibələri görə bilərsiniz. Rahibələri təsvir etmək üçün orada olan zaman bir türk qrupunu gəzdirən bələdçidən eşitdiyim sözləri yazım siz özünüz qərar verin: Kendilerini böyle adamışlar Allaha, ev yok, çoluk yok, cocuk yok, eş yok” yəqin təxmini təsəvvür etdiniz :D Monastr yalnız qadınlar üçündür axşam saat 7də qapıları bağlanır və o qapıların arxasında nələrin baş verdiyindən heç kimin xəbəri olmur.

begijnhof-1 Begijnhof monastrı

Bələdçimizin dediyinə görə monastr ərazisi qorunan müqəddəs məkandır. Dediyinə görə kim cinayət edib monastrın ərazisinə daxil olsa, polis onu oradan aparıb həbs edə bilmir, mən də bələdçimizin yalançısıyam :) Monastrın çölündəki kanalın sahilində isə Brüggünin ən çox qu quşları toplaşdığı ərazi dayanır. Burada sayısız hesabsız qu quşu və ördək görə, istəsəniz selfie çəkdirə bilərsiniz :) Buradan kanal boyu davam etdikdə qarşınıza Minnewater gölü çıxacaqdır, gölün içində az sayda olsa da quşları üzür, ətrafı yaşıllıqlarla əhatələnib və çox gözəl mənzərəsi var. Adamın lap otluğa uzanıb kitab oxumağı gəlir.

20160604_115832 Minnewater gölü

Şəhərin əsas görülməli yerləri bunlardır. Bundan başqa mərkəzdən azacıq kənarda olan Yel Dəyirmanlar ilə məşhur parkına da baş çəkməkdə fayda vardır, şəhər mərkəzindən hardasa 15-20 dəqiqəlik piyada yoldur. Yol sizə uzun gələ bilər ama Brüggenin o şirin, şokolada bənzəyən evlərinə baxa-baxa irəliləsəniz vaxtın necə keçdiyini heç hiss etməyəcəksiniz. Brüggeyə getsəniz sadəcə turist xəritələrində göstərilən turistik məkanlara baş çəkməklə kifayətlənmiyin. Şəhərdəki hər bir binanın, hər bir evin, hər bir küçənin özünə məxsus gözəlliyi, tarixi və hekayəsi var. Əsas 4-5 turistik mıkanları gördükdən sonra alın pivənizi, vaflinizi əlinizə, özünüzü verin Brüggenin küçələrinə. Getmişkən 1 tam gününüzü ayıraraq şəhəri doya-doya gəzmənizi tövsiyyə edirəm.

20160604_171932 Sevimli Brügge

Sevimli Brüggem haqqında bu qədər. Yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə sağ tərəf yuxarıda olan “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Sayyeah Blog

DİGƏR BLOQLAR

Seyşel adaları

Seyşel adasındakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Hind okeanın gizli xəzinəsi sayılan bu adalar tropik ada sevərlər üçün idaaldır. Məhşur “Seychelles”ə getmək əslində heç də çətin və əlçatmaz deyil. Hətta deyərdim istəsəniz bir Antalya səyahətindən daha ucuza başa gələ bilər. Seyşellər ümumilikdə 100-dən çox irili-kiçikli adalardan ibarətdir. Bu adalar möhtəşəm sahilləri, tropik meşələri, təbiəti ilə insanı özünə heyran qoyur. Azərbaycan vətəndaşları üçün bu adalara viza bu ölkənin girişində 30 gün müddəti üçün verilir. Viza xərci 70 USD məbləğindədir. Həmçinin sizdən geri dönüş bileti, qaldığınız yerlərin siyahısını və qalacağınız müddət üçün üzərinizdə pul olub-olmamasını göstərməyinizi tələb edə bilərlər. Viza proseduru sadədir 15-20 dəqiqə müddətində həll olur. 1 il işləyib gedib Antalyada 1 həftə all inclusive qalıb heç bir yadda qalan xatirə olmadan geri qayıtmaqdansa mavi okean suları, fantastik tropik meşələri, ağ və sarı qumlu dünyanın ən fotogenik sahilləri olan bu adalara getmək bir çoxları üçün məncə daha maraqlı və ömürlük unudulmaz bir tətil olar.Seyşel adalarına muxtəlif variantlarla getmək mümkündür. Air asia, fly dubai ilə low cost, Qatar airways və ya Türk hava yolları ilə isə normal uçuşla adalara səyahət edə bilərsiniz. Türk hava yollarının birbaşa adaya 8 saatlıq uçuşu vardır və tez-tez həmin istiqamətdə kompaniyalar edilir. Məsələn keçən ay İstanbul-Seyşel-İstanbul reysinə 450 dollara bilet tapmaq mümkün idi. Baku-İstanbul-Seyşel reysinə gediş-dönüş hazırda 650 dollar ödəməklə istənilən aya bilet tapa bilərsiniz. Türkiyədən uçuşun ən böyük üstünlüyü təyyarənin gecə saatlarında uçmasıdır, yəni boşuna gün itirmiş olmursuz. Təyyarə Türkiyə saatı ilə 02-də istanbuldan çıxır və səhər saat 10-da artıq Seyşel adalarında, Mae beynəlxalq aeroportunda olursunuz. Biletin bahalığı səbəbi ilə digər tropik adalarda olduğu kimi 10 gündən çox həmin adalarda qalmağınız məsləhətdir. Temperatur ilin bütün fəsillərində eynidir (25-35 dərəcə arası) və istənilən ayda isti okeanın dadını çıxara bilərsiniz.Seyşelin 3 məhşur adası vardır. Bunlar Mae, Praslin və La Digue adalarıdır. Adalar çox böyük deyillər və qaldığınız müddətdə bütünlükdə gəzə bilərsiniz. Mae adası ən böyük adadır və aeroport həmin adada yerləşir. Əgər hər üç adanı gəzmək istəsəniz uçuşdan sonra mini 20 nəfərlik kukuruznik təyyarələrlə digər 2 adaya uçub oraları gəzin və səyahətin sonunda Mae adasına gəlib 5-6 gün qalıb geri qayıdın. Mae adasından Praslinə mini təyyarələrlə uçuş təxminən 10-15 dəqiqə davam edir, qiymət 60-70 manat arası olacaq. Biletləri airseychelles.com saytından ala bilərsiniz. Praslindən La digue adasına 15 dəqiqəyə katerlə gedə bilərsiniz (15 euro) və sonda LA Diguedən Maeyə (50-60 euro) katerlər 1 saata qayıtmaq mümkündür. Kater qiymətləri kifayət qədər bahadır. Seyşel adalarında əhali ingilis və fransız dillərində danışır.Ölkənin valyutası Seyşel rupisidir. Euro ilə getməyiniz daha məsləhətlidir. 1 euro 14 rupidir. Adalar tam təhlükəsizdir. Exchangelərdə digər Asiya ölkələrindən fərqli olaraq heç kəs sizə atmağa çalışmır. Demək olar hər yerdə valyuta kursları eynidir. Seyşellər tək gəzən gəzginlər üçün ideal yer deyil. Burda əyləncə, səs-küy, gecə həyatı zəifdir. Adalarda daima sakitlik vardır və bu insana rahatlıq verir. Adalarda avtomobil azdır. Əsasən velosiped və motolar istifadə edilir. Velosipedlər günlük təxminən 10 manata kirayə götürmək mümkündür. Həmçinin suları göz yaşı kimi təmiz olduğundan Seyşellər şnorkel üçün ideal yer sayılır. Atla gəzmək və ağ qumlu sahillərdə oturub dincəlməyin özü insana rahatlıq verir. Avtomobillərdə sükan sağdadır, bu səbəbdən avtomobil icarəyə götürüb sürmək bizim vətəndaşlar üçün biraz çətinlik yarada bilər. Adalarda taksilər inanılmaz dərəcədə bahadır. 10-15 dəqiqəlik məsafəyə 50 euro pul istəyə bilərlər. Taksilərdən uzaq durun. Mae adasında rahatca avtobusdan istifadə edə bilərsiniz. Yalnız avtobusa çamadanla oturmaq olmaz. Bütüb ölkədə avtobus qiyməti eynidir, 5 rupi yəni təxminən 0.50-60 qəpik.Paytaxt şəhəri Mae adasında yerləşən Viktoriya şəhəridir. Bu şəhər Afrikanın ən kiçik paytaxt şəhəri sayılır. Paytaxtda yerləşən mərkəzi bazar ölkənin ən ucuz yerlərindən biri sayılır. Özünüzə gərəkli olan bütün ərzağı ucuz qiymətə buradan ala bilərsiniz. Balıq məhsulları, hindistan cövizi, tropik meyvələr burada digər ərazilərlə müqayisədə 3-4 dəfə ucuzdur. La Digue adasında təkcə velosiped istifadə etməyə icazə vardır. Buna görə ada həddən çox sakitdir. Bütün adalarda otel qiymətləri bahadır. 2 nəfər üçün təxminən 50-70 Euro ödəməklə normal vəziyyətdə olan 2-3 ulduzlu otellərdə qala bilərsiniz. Couch və airbnb ilə daha ucuz evlər tapıb qala bilərsiniz. İstəyən özü ilə çadır aparıb çadırda belə gecələyə bilər. Lap sahildə tropik ağacın altında belə yata bilərsiniz. Əsas məqsəd gəzmək və həmin gözəlliyi görməkdirsə xərcinizi aşağı salıb bu adalarda 10-15 unudulmaz gününüzü keçirə bilərsiniz.Hər kəsə uğurlu səyahətlər. Yolunuz açıq olsun!!!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Рашид Азе

2813 dəfə oxunub

Günəşin doğulduğu diyar - Cənubi Koreya

Hər kəsə Salam ????????‍♂️Fikir verdim qrupda Cənubi Koreya ilə bağlı paylaşım azdır.Qərara gəldim ki, bugün sizə 2 il öncə həyata keçirdiyimiz uzaq Koreya səfəri barəsində bir qədər yazam ????????. Başlayaq!????İlk öncə onu qeyd edim ki, Bakıdan Seula birbaşa reyslər təəssüf ki yoxdu, ona görə hər hansısa bir tranzit şəhər seçməlisiz. Biz Pekini seçdik, amma siz seçməyin. İndiyədək gördüyüm ən problemli staff orda oldu????????‍♂️. Alternativ olaraq Moskva, Tokyo və ya 2 saat uzun olsa belə İstanbulu seçməyi məsləhət görərdim, amma Pekin yox. Yol biraz uzundur, amma o əziyyətə dəyər????10 günlük səfərimizdə Koreyanın Seul da daxil olmaqla 5 fərqli şəhərində olduq. Ölkəyə ilk addım atdığınız andan etibarən tam fərqli bir dünyaya düşdüyünüzün fərqinə varacaqsız. İnsanlar çox gülərüz,turistlərə qarşı mehribandır, şərq qonaqpərvərliyinin ilk dəfə burda canlı şahidi oldum. Təhlükəsizlik cəhətdən Seul dünyada criminal rate'in ən aşağı olduğu paytaxt şəhərlərindən biridir. Gecə saat 2-də belə tək, tam rahat şəhərdə gəzə bilərsiniz. Məqsədiniz əylənmək, cavanlıq eləməkdirsə Gangam Station (aha PSY'nin "Gangam style" hitinin çıxdığı yer ????) buna ən uyğun, gənclərin çox getdiyi yerdir. Yox əgər fikriniz görməli yerləri dolaşmaqdırsa, İmperator sarayı ????, Namsan tower, Samsung'un innovasiya muzeyi maraqlı məkanlardır. Paytaxtda 1 tək bəyənmədiyim havasının bir qədər ağır olması oldu. Yerli əhali bunu yalnız şəhərdəki əhali sıxlığıyla yox Çinin əksər zavodlarının ölkənin şimal-şərqində tikməsi ilə əlaqələndirirlər.Ən önəmli məqamlardan biri- yemək məsələsi. Bunu mütləq nəzərə alın ki, Koreyalılar çox acı sevirlər. Yeni bir təam sınayacaqsızsa, su yanınızda mütləq olsun. Ən məşhur yeməkləri kim-çi, bibimbap və balıq məhsullarıdı????. Amma gördüyünüz hər çiy balığa bizim kimi suşi deməyin, yaponları çox da sevmirlər burda  Bir də getmişkən okean balığının da dadına mütləq baxarsız, tam fərqli olur????????. Əgər Koreya mətbəxi ağız dadınıza uyğun gəlməsə, şəhərdə bizə daha yaxın olan Özbəklərin və Türklərin restoranları da var, onları yoxlaya bilərsiniz.Səfərimizin ən maraqlı hissəsi dostumla 1 günlük sadə Koreya ailəsində qalmağımız oldu. Axşamüstü söhbət edəndə ailə üzvlərimizi falan soruşdu, səhər oyananda gördük ki, hər ikimizin ailə üzvləri üçün ayrıca hədiyyələr hazırlayıb ???? Digər maraqlı bir məqam Şimali Koreya ilə sərhədə yaxın ərazidən keçəndə oldu. Uzaqdan görünürdü ki, sərhəd boyunca şimallılar gözəl görünüşlü, əzəmətli binalar tikiblər. İşin ən maraqlı tərəfi odur ki, o binalarda realda yaşayış yoxdu, sadəcə olaraq sərhədboyu görüntü xarakteri daşıyır, bircə gecələr işıqları yandırılır???????????? Məndən məsləhət söhbət düşmədikcə Koreya problemindən danışmayın, həssas məsələdir onlar üçün.İndiyədək olduğum 11 ölkə arasında Koreya Respublikası həqiqətən də ən fərqlisi və əsrarəngizidir. Əgər nə vaxtsa "monoton" Avropa şəhərlərindən bezsəz, istiqaməti şərqə-Asiyaya yönləndirməyi məsləhət görərdim ????#yoladami #KoreyaƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Mayıl Mammadli

1738 dəfə oxunub

Amsterdam yaxınlığındakı qəsəbələr

Amsterdam yaxınlığındakı qəsəbələrBu qəsəbələr kanalları, yel dəyirmanları, qayıqları, kiçik, şirin evləri və dadlı balıqları ilə məşhurdurGələn dəfə sizə “Azadlığın şəhəri Amsterdam” - barədə yazaram. Ancaq bu gün yaxınlığındakı qəsəbələrdən danışmaq istəyirəm. Çünki Amsterdam daha çox yaxınlığındakı qəsəbələrlə yadımda qalıb.Səyahətimin ən gözəl yerini bu qəsəbələr tamamladı. Anladım ki, Niderland təkcə, Amsterdamdan ibarət deyilmiş. Volendam, Marken, Eden, Zaanse Schans – bəlkə də nağıllarda oxuduğumuz şəhərlərin təsviri elə bu qəsəbələrdən götürülüb. Hər biri gözəlliyi ilə adamı nağıllar aləminə aparır. Qəsəbələr avtobusla Amsterdama 30-35 dəqiqəlik məsafədədir. Həmin qəsəbələrə avtobus və qatarlar Amsterdamın mərkəzindəki tarixi qatar vağzalından gedir.Cəmi 10 avro ödəməkləVağzalda 10 avro ödəməklə bölgələrdə istifadə olunan günlük kart ala bilərsiniz. Həmin kartla gün ərzində saydığım bütün qəsəbələrə getmək olur. Biz gəzməyə Volendamla başladıq. Bura çox gözəl evlər, mağazalar və restoranların olduğu kiçik balıqçı qəsəbəsidir. Eyniölçülü kiçik evlər sanki turistlərin ağlın başından almaq üçün xüsusi bəzədilib. Gülərüzlü insanları bu gözəlliyi məhz səndən ötrü etdiklərini göstərmək üçün evlərinin şəkillərini çəkməyini və gedib öz ölkəndə göstərməyini istəyirlər. Məncə, çox şey istəmirlər. Bu evləri fotoaparatın yaddaşına yazmaq zövq verir. Qəsəbənin dənizə yaxın və çoxlu restoranlarının olduğu mərkəz hissəsində dadlı dəniz məhsullarının dadına baxa bilərsiz.Kiçik balıqçı qəsəbəsi – MarkenNövbəti getdiyimiz qəsəbə Marken oldu. Bu qəsəbə kiçik bir yarımadada yerləşir. Eyniboylu, yaşıl rəngli evlərdən ibarət kiçik qəsəbədir… Evlərin önündə alışdığımız çəpərlərə rast gəlmədik. Evlər bir-birindən ya güllər, ya da kanallarla ayrılır. Volendamdan Markenə gəmi ilə 30 dəqiqəyə çatmaq mümkündür.Kanallarla bəzənmiş EdenEden bir fərqli gözəllikdir. Evlərin önü böyük bir kanala açılır. Kanalın kənarına düzülən masalarda kimi şam edir, kimi kitab oxuyur, kimi də Şimal dənizinin seyrinə dalır. Küçələrdən gələn gözəl yemək qoxusu aclığımızı xatırladır. Qəsəbənin ortasındakı restoranda hollandların məşhur tərəvəzdə bişirilmiş ördək yeməyinin dadına baxırıq. Və sizlərə də məsləhət görürük.Köhnə yel dəyirmanlarının olduğu möhtəşəm qəsəbəZaanse Schans qəsəbəsi isə daha çox yel dəyirmanları ilə məşhurdur. Bu qəsəbənin hekayəsi Zaan çayından başlayır. Çayın kənarında yaşayan insanlar ta qədimdən ticarət və balıqçılıqla məşğul olublar. Bu üsulla varlanan qəsəbə sakinləri 1600-cü illərdə ilk yel dəyirmanını icad ediblər. Onlar küləkdən ilk başlarda çay daşqınlarının qarşısının alınması üçün, sonradan isə qəsəbəni sənaye bölgəsinə çevirməkdən ötrü istifadə ediblər. Ağıllı adamlardı, elə deyilmi? Həmin illərdəki 1000 yel dəyirmanından bu günə cəmi 13-ü qalıb. Bu dəyirmanları görməyə dünyanın hər yerindən turistlər gəlir. Dünyanın hər tərəfindən gələn uşaqlar isə yağlı boya ilə bu dəyirmanların şəklini çəkirlər.Niderlandı sadəcə gedib görmək lazımdır. Həm Amsterdam, Rotterdam, Haaqa şəhərləri, həm də Volendam, Marken, Eden, Zaanse Schans qəsəbələri ilə bu ölkə Van Qoqun əsərlərindən sıçrayıb çıxmış kimidir…Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Guler Mehdizade

1588 dəfə oxunub

İnsanları özündən gözəl şəhər - Kutaisi bələdçisi

Bu dəfə sizə getdiyim şəhərdən yox, həmin şəhərin insanlarından danışmaq istəyirəm. Təbii şəhərdən, gəzməli-görməli yerlərindən də yazacam, amma sonra...Həftə sonu Kutaisiyə getdik. Şəhəri, ətrafını gəzdik, çox bəyəndik. Bu 2 gündə yolumuz xeyli insanla kəsişdi, gözəl insanlarla. Getmədən 2 gün öncə şəhərin qatar vağzalı yaxınlığında bir günlük ev kirayələmişdik. Səfərdən bir gün əvvəl axşam saat 9-da ev sahibindən mail aldım. “Mümkünsə, mənə zəng edin”, - deyirdi. Zəng etdik, bildirdi ki, onu sabah işə çağırıblar, bizi qarşılaya bilməyəcək. Buna görə dönə-dönə üzr istədi. Açarı qapının önündəki dibçəyin altına qoya və ya üzbəüz qonşuya verə biləcəyini dedi. Qonşu variantının daha təhlükəsiz olacağını dedik. Evi təmiz, səliqəli idi. Masanın üstündə bizim üçün çay süfrəsi hazırlamışdı. Bağından üzüm dərib qoymuşdu. Gününə 20 lari (10 manat) verəcəkdik, çox böyük məbləğ də deyildi. Deməyim odur ki, bu qonaqpərvərliyin maddiyyatla əlaqəsi yox idi. Elə həmin günü şəhərə 30-40 dəqiqəlik məsafədəki Tskhaltubodakı Prometheus mağarasına yollandıq. Marşurt sürücüsündən mağaraya necə gedə biləcəyimizi soruşduq, taksi məsləhət gördü. Arxada oturan yaşlı qadın sakitcə qulağımıza taksilərin baha apardığını, 42 nömrəli marşurtla daha ucuz gedə biləcəyimizi pıçıldadı. Mağaranın möhtəşəmliyindən danışmıram, 5 milyon yaşı olduğu qənaətindədirlər. Siz daha öncə 5 milyon yaşlı nəsə görmüsüz? Günortadan sonrakı plan Kutaisiyə dönüb, oradan Gelati Mosantrına getmək idi. Burada saxlanan Gəncə qapısının tayını görəcəkdik. Marşurtda bir sərnişindən ora haradan gedə biləcəyimizi soruşduq. Bizi avtobusların çıxdığı yerədək apardı. Avtobus yenicə çıxmışdı, növbətisi 1 saata gələcəkdi. Qadın bizim üçün taksi danışdı. “Xariciləri görüb, baha qiymət deyə bilərlər, ən yaxşısı mənim danışmağımdı”, - dedi. Getdik ki, monastr son 3 gündə yağan yağışlar nəticəsində qəzalı vəziyyətə düşüb. Baxış üçün Tbilisidən ekspert qrupu gəlib, bir sözlə, bağlıdır. Taksi də çoxdan gedib. Qaldıqmı dağın başında? Baxdıq ki, yolun kənarında kiçik maşın dayanıb. İçindəki xanımdan buradan marşurt keçib-keçmədiyini soruşduq. “Bu vaxt çətin keçə. Yenə Monastr işləsəydi, taksi olardı ətrafda. Mən də dua etmək üçün gəlmişdim, burada bildim qapalı olduğunu”, - dedi. Sonra yaxınlıqdakı Motsamet Monastrına getdiyini dedi və ona qoşula biləcəyimizi təklif etdi. Razılaşdıq. Dağların başında idi bu monastr, mənzərəsi, abu-havası möhtəşəm idi. Qız (Mari) içəridən mənə hədiyyə də almışdı. Gül ətirli yağ idi. İnanca görə bir yerin ağrıyanda dua edib, həmin yerə sürtürsən, ağrını götürür. Növbəti dayanacaq Kutaisi oldu. Mari burada bizə dadlı yeməklər yeyə biləcəyimiz restoran da göstərdi. “Yaxşı bir iş görəndə gərək sonacan edəsən. Mən duzunu da səpim dedim. Dadlı yemək səyahətin duzudur”, - dedi Ondan ayrılandan sonra şəhəri xeyli gəzdik, axşam evə taksi ilə qayıtdıq. Kutaisi Hava Limanından əvvəllər çox istifadə etmişik. Şəhər o qədər xoşuma gəlmişdi ki, fikirləşdim yenə buradan harasa uçası olsaq, bir-iki gün əvvəldən gələ bilərik. Hava limanı da şəhərdən xeyli uzaqdadır. Taksi sürücüsündən hava limanına taksilərin neçəyə apardığını soruşdum. “Buradan hava limanına marşurtlar gedir, 1 ya 2 lariyə. Taksiyə niyə pul verəsiniz?” Marşurtların haradan çıxdığını izah etdi. Hə, bu mənim üçün əsl şok idi Ev sahibəsi də çox içdən, canayaxın biri idi. Gec saatlara qədər bizi gözləmişdi, xeyli söhbət edib, çay içdik. Bir dəfə Bakıda olub, çox bəyənib, xüsusən də şəhərin işıqlandırılmasını. Səhəri gün tezdən durub kanyonlara getdik. Birinci Martvili, sonra Okatseyə. Martvilidən çıxışda marşurta mindik, bizi Okatseyə gedən yol ayrıcınadək gətirdi. Burada dedilər ki, sonuncu marşurt yeni gedib, bazar günü olduğundan növbətisi gec gələ bilər. Yol da 14 kilometrdir. Nə isə vaxt itirməmək üçün düzəldik yola, avtostop (bunu ilk dəfəydi edirdik) edib gedərik dedik. Əl etdiyimiz 2-ci maşın saxladı. 40-45 yaşlarında bir abi idi. Dedi ki, evi kanyonun 1 kilometrliyindədir. Ordan o tərəfə yaxındır. Söhbət zamanı balçı olduğunu öyrəndik. Həm də həyətində böyük kivi bağı salmışdı. Çatanda dəvət etdi ki, keçib baxa bilərik. Bağa da baxdıq, kividən hazırladığı konyakın dadına da Xeyli söhbətdən sonra yola düzəldik. Kanyon möhtəşəm idi, o öz yerində. Təkcə orada 7 kilometrdən çox addım atmışdıq. Qayıdanda yorğunçuluq idi və yenə marşurt tapmadıq. Bu dəfə bizi yoldan betonqarışdıran maşın götürdü. Ömrümdə ilk dəfə idi bu maşına minirdim. Döngələrdə nə hala qaldığımı demirəm Sürücü çox zarafatcıl dayı idi. Saxlayanda soruşdu ki, uşaqlar, daha öncə belə maşında getmisiz? Bizi Kutaisiyədək gətirdi. Arada xəbərdalıq etdi ki, polis görəndə biriniz gizlənin, öndə 2 nəfər otura bilməz Hə, səyahət zamanı Rusiyadan gələn bir xanımla da tanış olduq. Moskvada yaşayırdı, bizi evinə dəvət etdi. Nə zaman Moskvaya yolumuz düşsə, onun evində qala biləcəyimizi söylədi Kutaisi gözəl şəhər idi, çox bəyəndik, yenə getmək haqqında planlar qururuq. Ancaq insanları özündən də gözəl idi, çox sevdik Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Guler Mehdizade

1289 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!