606 dəfə oxunub

Qorxunc email

Uğursuz gün keçirdiyinizi düşünürsünüzsə sizinlə son səyahətimi paylaşım, azca uzun ola bilər ;) Avropa Parlamentində keçirilən Gənclər Tədbirində iştirak etmək üçün Mayın 31-i Bakıdan Moskvaya, Moskvadan Amsterdama yola düşdüm. Son uçuşum Amsterdam-Strasburq uçuşu olmalı idi, Amsterdamda 4 saatlıq gözləmə müddətindən sonra hava yolları şirkətindən email aldım ki, Amsterdam-Strasburq uçuşu təxirə salınıb. Məsələni dəqiqləşdirmək üçün hava yolları şirkəti (KLM Dutch Airlines) nümayəndələri ilə danışmaq üçün getdiyimdə çox uzun bir növbə olduğunu gördüm. Tədbir təşkilatçılarına yazıb məsələni izah elədim və onlar sabahkı tədbirə çatmağım üçün yeni biletlər aldılar.

Yeni marşruta görə Amsterdamdan qatarla Brüsselə, Brüsseldən təyyarə ilə Lyona, Lyondan Strasburqa uçmalı idim. Ancaq kiçik problem vardı, baqajım Bakıdan birbaş Strasburqa getməli olduğundan və uçuş ləğv edildiyindən çemodanımı mənə vermədilər, bildirdilər ki, online report edim, sonra ala biləcəm. Vaxt az olduğundan Amsterdam aeroportunu tərk edib qatarla Brüsselə yola düşdüm, orda oteldə 3 saat qaldıqdan sonra Brüssel aeroportuna, ordan da Lyona yola düşdüm. Bu dəfə hava yolları “Hop” idi və indiyədək gördüyüm ən balaca təyyarə idi. Lyon aeroportuna çatdıqda az sonra Strasburqda olacağım ümidi ilə sevinərək monitora baxdıqda Strasburq reysini tapa bilmədim və o qorxunc emaili yenidən aldım. Hə, Strasburq uçuşum yenə ləğv edilmişdi... Lyondan Strasburqa qatarla gəlməli oldum və 31 may 17:45də Strasburqa çatmalı olduğum halda 1 iyun 16:00-da çatdım, çemodansız- geyimsiz qaldım və təbii olaraq tədbirin ilk gününü qaçırdım.186572492_10

İkinci gün üçün qeydiyyatdan keçməyə getdikdə isə artıq qeydiyyatın bağlı olduğunu, ancaq növbəti gün yaxınlaşa biləcəyimi dedilər. Yenə də bir ümidlə gözləyib növbəti gün Strasburq hava limanına gedib çemodanla bağlı şikayət elədim və elə ordaca öyrəndim ki, Fransa dəmiryol işçiləri üsyana, tətilə çıxdıqlarından geri qayıdış üçün olan Strasburq-Paris reysim də təxirə salınıb. Tədbirdə ancaq bir gün iştirak edə bildikdən sonra növbəti gün səhər 3-də Strasburqdan Parisə yola düşdüm, yenə də hər şeyin ən azından bitdiyini və bir müddət sonra Bakıda olacağım ümidi ilə aeroportda check in üçün AZAL təmsilçilərinə yaxınlaşdım. Və yenə eyni cümlə... Bir uçuşum ləğv olunduğu üçün geri dönüş biletim də avtomatik ləğv edilmişdi və təyyarəyə minə bilmədim. Nəticədə yenidən bilet almalı oldum və baqajı təhvil verdiyim gündən bir həftə sonra bu gün çemodanım nəhayət mənə qayıtdı. O da az yol gəlməyib: Amsterdam-Brüssel-İstanbul-Bakı...

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Samira Gasimova

DİGƏR BLOQLAR

İtaliya bələdçisi - "Yada düşər xatirələr"

İtaliya ilə tanışlığım 2006-cı ilə təsadüf edir. Verona və Venesiyaya getmişdim. Daha doğrusu oralardan keçirdim, fürsət tapıb, gedib gəzmişdim. Almaniyadan maşınla gəlirdim, o vaxtlar maşın alveri ilə məşğul idim ????Gecə saat 4-də yol qırağında balaca bir yanacaqdoldurma məntəqəsində dayandıq, benzin doldururduq. Bap-balaca bir kafesi var idi. Yaxınlaşıb kofe aldım. İlahi, gecə saat 4, yolun düzü, benzokolonkada balaca bir kafedə bu qədər dadlı kofe niyə olsun axı??? Sonra dedim İtaliyadasan, ay Mehriban. Enjoy!İkinci gəlişim Romaya oldu. Elə vuruldum ki, orada daha çox olmaq üçün 5-6 il sonra Romada universitetə qəbul olmaq qərarına gəldim, gəzməyin dərdindən oxudum. Bir dostum o vaxt dedi neynirsən ki, master diplomunu? Dedim CV-yə yazmaq üçün, dedi yaz dəə, kim nə bilir?! ????Milana Leonardo da Vinçinin “Last Supper”-inə baxmağa getmişdim. 2 ay əvvəl biletlər bitmişdi, güc-bəla ilə bahalı bir tur tapdım, içində cəmi 15 dəqiqəlik istəyimə çatmaq var idi. Şəkil çəkməyə qoymurdular, qorxa-qorxa gizlin bir selfie edə bildim.“San-Siro”-ya Milan-Verona oyununa getmişdim, qızardılmış şabalıd yeyib, şərab içə-içə dəli azarkeşləri izləyib, donurdum. Stadiondan evə piyada qayıtmışdıq.2 il əvvəl rəfiqəmlə Romada evə gedəndə, elə yolda vağzaldan keçəndə dedim sabah ad günümdür, hara gedək? Sienaya bilet aldıq, səhər artıq şəhərin mərkəzi meydanında, günəşin altında yerdə uzanıb, ucadan qeybət edib, gülürdük. Birdən yan tərəfdən səs gəldi: “Mehriban xanım, mən sizin Facebook-da izləyicinizəm, adım Nərgizdir”. Dedim ay Allah, görəsən nə vaxtdan qulaq asır bizə? Bilmədik hansı istiqamətdə biabır olaq.Bir dəfə Romada qaldığım evin yiyəsi Markoya deyirəm ki, su niyə ağ gəlir, a kişi? Çayın dadı xoşuma gəlmir. Deyir su ftaaaminlidir, kalsiy var tərkibində, kalsiy də ağ olur, tpoysan?Ahh, Florensiya, mənim məhəbbətim. Nə vaxtsa orada yaşamaq istəyərəm. Toskana mətbəxini öyrədən kulinariya kurslarını bitirmişəm Florensiyada. Dərsdən imkan tapanda qaçıb möhtəşəm Davidi izləyirdim, Uffizi Qalereyasından zövq alırdım. Bir dəfə gecə böyrümdən çıxan ağrıdan öləcəyimi zənn etdim, ağlıma gələn ilk şey telefonumu təcili format etməliyəm. Yazışmalar kiminsə əlinə keçsə, meyitim ortalıqda qalacaq, basdıran da olmayacaq. Təcili yardım gəldi, 2 qəşəng oğlan mitilimi atdı nosılkaya, apardı hospitala. Ayılanda, keçmişi unutmuşdum.Keçən il bu vaxt ad günümə Turində Juventus-Milan oyununa bilet hədiyyə vermişdilər. Como, Turin, Genoa, Cinque Terre, Milan turum çemodanımın itməsini nəzərə almasaq, möhtəşəm keçmişdi.Hələ bu kabus İtaliyadan uzaq olanda son dəfə Romaya getdim, vidalaşmağa. Fevralın 2-si qayıtmışam və elə bil neçə illərdir sevdiyim yerlərə gedə bilmirəm.Səyahət – həyatda məni eşqdən sonra xoşbəxt edən yeganə şeydir. Xoşbəxtliyimi əlimdən alıblar elə bil.Bu gün Vogue jurnalı İtaliyanın yeni həyata başlamasını göstərmək məqsədilə ağappaq qapaqla çap olunub. 10 aprel İtaliya üçün yeni həyatın ilk günüdür.Hər şey bitsin, İtaliyaya gedəcəm, kofe ətirli şəhərlərin dar küçələri ilə məqsədsizcəsinə gəzəcəm. Günəşin səsini dinləyəcəm. Ətrafımda gülən, danışan, əl-ələ gəzən, öpüşən, sevgi saçan bəxtəvər insanları izləyəcəm. İlin bütün günləri günəş olan şəhərlərdə aşiq olmamaq günahdır. #eşq yaşayacam!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: ‎Mehriban Hasanova‎

1544 dəfə oxunub

Qaranohura gəzəyən turu – Səfər qeydi

Sıxıcı və fəaliyyətsiz sentyabrdan sonra bu şəkildə davam edə bilməyəcəyimi başa düşdüm. İş-ev marşurutu bir müddət sonra adamı sıxır. İlk olaraq dostlarla olan görüşləri çoxaltdım. İş və dərslərimi tam çatdıra bilməsəm də bu görüşlər məni daha yaxşı hiss etdirirdi. Oktyabrın ilk iki həftəsonu futbol oynadım. Sonrakı həftəsonu isə haqqında danışacağım möhtəşəm səfərə qoşuldum.Qrupda real olaraq təkcə Toğrulu tanıyırdım, 3-4 nəfər də virtual tanışlar vardı. İlk başlarda biraz məsafəli davrandım. Getməmişdən qabaq Toğrul dedi ki, uşaqların çoxu bir-birini tanıyır. Tək başına səssiz gölə qalxıb düşəcəyimi düşündüm. Ancaq danışmağa başladıqca qrupdakılarla qaynaşmağa başladıq. Belə ünsiyyətcil insanları ilk dəfə belə toplu halda görürdüm. Hərəsi ayrı-ayrı peşə sahibləri olmasına baxmayaraq hamımızın bir məqsədi vardı. Gəzintimizi maksimum əyləncəli və yaddaqalan etmək. Düşünürəm ki, biz bunu bacardıq. Yol boyu oynadığımız oyunlar və rəqslər də bizi yol yorğunu olmaqdan xilas etməklə bərabər, həm də yadda qalan xatirələr yaşadıq.Gələk səfərin təbiət hissəsinə. Qaranohur gölü İsmayıllının Talıstan kəndindən yuxarıda, Şahdağ Milli Parkının İsmayıllıda olan hissəsində yerləşir. Dəniz səviyyəsindən təxmini 1600 metr yüksəklikdədir. Bakıda payız hiss olunmasa da, burada qızılı rəng özünü göstərir. Talıstan kəndindən gölə qədər 4,5 km məsafə var. Bunun 3 km çay və meşə ilə qalan 1,5 km isə dağa dırmanma yolu ilə gedir. Təcrübəsi olmayanlar üçün çətin marşrut ola bilər. Meşə yemişan, əzgil, böyürtkən və itburnu ilə doludur. Gölə qədər su ehtiyacımı bu meyvələrlə qarşıladım. Havanın da günəşli olması bizim işimizi asanlaşdırdı, yer nisbətən quru idi. Meşələr Milli park ərazisi olmasına rəğmən köhnə və hündür ağaclar çox az idi. Yaşlı ağacları ancaq gölə yaxın yerlərdə və ondan yüksək görə bildik. Yol boyu aşağıdakı kəndə açılan mənzərə daha da genişlənirdi. Sanki tabloya biraz uzaqdan baxırdıq. “Heç gölə çatmasaq da olar” kimi bir fikir keçdi ağlımdan. Bir tərəfdə çay və şəlalələr, çayın özünə açdığı kanyon, digər tərəfdə isə böyüyən kənd mənzərəsi. Təbii ki birdə hər addımda bir-birinə dəstək olan, kömək edən, deyib gülən 5 mövsüm ailəsi. Orada olanda tək bir şeyə heyfsləndim; Niyə bu qrupa daha öncə qoşulmadım?Uşaqlıqdan təbiətlə iç-içə olmuşam. Hər səfər təbiət insana bir şeylər öyrədir yaxud yadına salır. Bu dəfə də eynisi baş verdi. Böyük dağları, geniş meşələri gördükcə əslində heç vaxt təbiətə hökm edə bilməyəcəyini, özünlə və özündə olanlarla barışmalı olduğunu sənə xatırladır. Təbiət insana özümüzdə olanları sevməyimiz üçün səbəb və stimul verir. Həmin anlarda “Niyə mən bunları daha öncə düşünmədim” deyə insan özünə təəccüblənir. Yol boyu gördüyümüz çürük və sağlam ağaclar bizə hər şeyi bir tam olaraq qəbul etməyi öyrədir. Pozitivə yönəlsək neqativi, neqativə yönəlsək pozitivi görə bilmərik. Ona görə də tablomuz hər zaman əskik qalacaq. Necəki aşağıda ancaq kəndin çox az hissəsi görünürdü. Təbiət həm də səssiz ortamda rahat düşünməyə imkan verir. Sərt qayaların xırda çayların qarşısında aciz qaldığı bu mühitdə insanların hər zaman bir-birinə ehtiyacı olduğunu sübut edir. Fikrimcə, təbiət insanı cəmiyyətdən uzaqlaşdırmır, əksinə cəmiyyətin niyə lazım olduğunu ona göstərir. Biz isə bunları düşünüb dərk etdikcə daha çox dinləməyə, tələsik fikir bildirməkdən qaçmağa, həqiqətən insanları başa düşməyə başlayırıq. Hər zaman hərəkətdə olmağın vacib olduğunu düşünürəm. Bakıdakı aqressiv və pessimist simalar, amansız sosial münasibətlərlə əhatəli mühitdən bir günün içində tam əks bir mühitə keçdim. İnsan ancaq gəzdikcə, paylaşdıqca böyüyür. Özünün və ətrafının qeydinə qalmağı öyrənir və dərk edir. Bir səfər mənə bu qədər yaxşı təsir edirsə, niyə mən bu səfərləri vaxt aşırı etməyim? Tezliklə yeni səfərlərdə görüşmək ümidilə 5 mövsüm ailəsi. Başda Toğrul və Məsud olmaqla səfərdəki hər kəsə dərin təşəkkürlər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Murad Akifsoy

1911 dəfə oxunub

Şengen vizası alma sənəti

Öncədən deyim mən Biləcərini keçənlərdənəm.Qrupda bir çox travel macəralarımı paylaşmışam. Bəs necə oldu ki, mən ilk dəfə şengen vizası aldım? Sizə bu macəram barədə danışacam.Universiteti bitrdikdən sonra avropanı gəzmək xəyalına düşdüm.Bir “dostumun” sayəsində viza maşenikinə calandım.700 azn pul verdim ki,mənə viza alsın.1 aya işi həll edəcəyinə söz verdi və biz razılaşdıq.Mənim sənətləri hamısını özü hazırlayıb Çexia səfirliyində məni qəbula yazdı.Məndə düşünürdüm ki,bəs konsul hər hansı şirkət iş qəbulundaki kimi otağda oturacıq üzbəüz söhbət edəcəyik.Birda baxdım şüşə arxasından bir qıvrım baş məndən sənət istəyir.Məndə sən kimsən məm konsula verəcəm sənətimi dedim.Əsəbi şəkildə sənəti istəyir şüşə arxasından dalaşırıq.İngilis dilində bir şeyler deyi,məndə nə rus dili bilirəm nə ingilis dili.Nə isə 5-6 dəqiqə dalaşdıq və sonra bir qız gəldi çıxdı ve dedi konsul sizdən sənəti istəyir niye vermirsiz? Mən mat vəziyyətdə qalmışam.Vəziyyəti düzəltmək üçün 5 saniyədən bir üzür istəyib şirinlik edirəm konsula.????Həyacandan mənə guya işlədiyimi şirkətin adını demişdilər onu unutdum.Otelin adını hər şeyi yaddan çıxartdım,ağzıma gələni danışdım.???? 1 həftə sonra təbi ki,imtina cavabı aldım.700 azn batdı bilmədim niyə batdı.Guya otel və bilet xərcləri sərf edilən enerji müxtəlif behanələr v.s.Pul getdi xəyallarımda puç oldu. Üzərindən 8-9 ay keçdi.Bir yaxın dostum ( əsil dostum ) dedi ki bəs onun Litvada dostu var MRU universitetində summer school olacaq iştirak haqqı 400 avrodur.O vaxt hardasa 400 Azn edirdi.Baha olduqunu bilet xərcləri v.s ordanda başqa ölkəyə getmək büccəmi aşırdı..Endirim üçün maile yazaq dedim.200 avro olsa üstünü düzəldib birtəhər gederəm düşündüm.Mail yazdıq 10 gün keçdi cavab gəlmədi dedik hər halda düşündülər bu bazar adamları kimdi bizim summer schoola gəlmək istəyirlər.Hələ bir endirimdə tələb edirlər..Ümidimizi üzdük artıq səfəri qişa falan bəlkə alınar nəsə dedik dəftəri bağladıq.Tam ümidi üzmüş idi ki,birdə gördük mail gəldi bəs qəbul eldirik 200 avro ödəyin dəvət göndərək..2-3 günə sənətlər içəri verdik 1 həftəyə cavabı almaq üçün kağız verdilər.Həyəcanlı gözləyiş başladı.1 həftə stressli günlər keçdi o böyük gün çatdı.Və mən yenə imtina aldım...Zarafat edirəm.???? 12də cavab çıxmalı idi və cavab sistem işləmədiyinə görə saat 4də çıxacaq dedilər. Onu da gözlədik və ilk məni çağırdılar içəri girdim pasportu verdilər. Və mən bunu bacardım viza aldım.???? Özü də imtina ştapının düz yuxarısındaki səhifəyə vizanı vurmuşdular.Bu məni qələbəm idi.İndi orada xərcləməyə pul olmadan düşdüm Litvaya yola.İngilis dili bilmədən summer school gelmişəm a kişi.???? O biri dostum sağ olsun mənə öz haqqımda ingilis dilində mətn verdi əzbərlədim bir təhər 1ci günü yola verdim.Hər şey viza üçün.????Qalan 5-6 günü müxtəlif bəhanəlarlə güc bəla bitirdim summer schoolu.Hesabda burdan alacaqım sertifkatı videosu ( videonu yüklədim posta ) atama göndərəcəm və qürurlanacaq mənə pul göndərəcək,mən ordan arzum olan İtaliya gedəcəm.Papama atdım sertifakti kişi bir qürurlandı oğlum partdadır ingilis dilidə öyrənib falan filan.????Həmin gün 500 avro oturdu balansa.Bakıdan bilet aldı traveldeki şirkət sabah uçuruq Milana.Getdik bileti verdik dedilər ki siz uça bilmərsiz.Üçümüz bir yerdə niyəəəəəəəə?????? Dediler ki siz biletinizi çerez Ukraniya almısınız sizin vizanız bir girişlidir şengen zonasından çıxdıqınız üçün siz italiyaya uça bilməzsiz.Buda bizim turizim şirkətindəki bilet yazan qızın hünəri.Nə isə dava dalaşla turizim şirkəti biletimiizi 12 saat sonraya Varşava ordanda Milana aldıq.Və sonda bunuda bacardım artıq İtaliyanı gəzmək xəyalımı gərəçəkləşmişdi.Arzulara çatmaq heçdə asand olmur gəzəyənlər.Bugün Allahın izn ilə atamın pul dəstəyi və 3 dostumun koməyi ilə başladıqım macərada 35 ölkə 78 şəhər sayısız macəra yaşamışam.Və bir çox gəzəyən kimi mənimdə bolluca xatirələrim var.Davamı olacaq...✈️ Səyahət etmək evrim geçirmekdir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Sanan Karimov‎

1757 dəfə oxunub

Səyahət əhvalatları - İtaliya

Rimindəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Hər vaxtınız xeyirli ve maraqlı olsun, Gəzəyənlər )Tövbə-tövbə ... İlk və axırıncı kollektiv səyahətim .İlk İtaliya macəramdan söhbət açmaq istəyirəm .2013 ildi , Martın 18-i qızım məktəbdən 14 günlük İtaliyaya yola düşəcək . Tək getməsin deyə, mən də bu 23 nəfərlik qrupa qoşuldum . Məndən böyük bacım var, ona da dedim, uçduq Riminiyə ) Adama 1400€ ödəmişik, bura daxildi : aviabilet, səhər +axşam yeməyi +otel 4* //hər günə 2€ vergi haqqı daxil deyil // və Roma + Venesiya+ r-ka San Marino + Florensiya + Vatikana getmək.[caption id="attachment_1072" align="aligncenter" width="551"] San Marino[/caption]Deməli, 6 qün Riminidə qaldıq , oradan hər qün bir şəhərə yollanırdıq (Piza, Qenuya, Verona Milan, Bolonya) .İlk gündən xəstələnmişəm, ağzımın-burnumun suyu , boğazım qatışıb bir-birinə ) Yeməkpərəst deyiləm, amma bu İtaliyada ürəyim kənd toyuğunun bulyonunda bişmiş, göylü-göyərtili qaynar-qaynar sup, bir də kəkotulu, dəmli çay istəyir )Hər səhər 10 cür kruassan, 7 sort yumşaq- bərk pendir, 5 vid’də yağ və yumurta , paket çayı görəndə gözlərim qaralır ???? Şam yeməyinə də - mal, toyuq, donuz əti + düyüdən, paxlalılardan qarnir və çiy ???? bişmiş MAKARON ???????? Birdənə də olsun nə meyvə, nə tərəvəz, nə göy-göyərti menyuda yoxdu . Heç doğranmış kələm, bibər belə süfrəyə qoymurlar ????Əvvəllər, 7 il vegetarian olmuşam ( yumurta, ət, balıq və onlardan hazırlanmış heç bir yeməyi dadmamışam ) . Bu səbəbdən də meyvəyə və göyərtiyə çox meyilliyəm . İndi ət yeyirəm , amma halal olmayan ətə və onunla bir verilən qarnirə ,acından ölsəm də, toxunmuram.[caption id="attachment_1073" align="aligncenter" width="551"] Florensiya[/caption]Günortanı şəhərdə yeyirik , oda ki ayaq üstü pizzayla falan keçiririk )Nəysə, 6-cı günümüzdü - Bolonyadayıq . Şəhərə çatan kimi , bacımla mən qruppadan ayrılırıq və özbaşımıza dolanırıq . Şəhərdə gəzdik-fırlandıq , alış-veriş etdik və...????????Ay qardaş , qəfildən elə bil məni atdılar vosmoyun(8) bazarına ???? Qadan alım, ara küçələrdə bir bazar var , bir bazar var ???? İndi bilmirəm sevinəm, bilmirəm hirsim’dən özümü çırpam Bolonyanın bu dar küçələrinə , bilmirəm ağlayam))) Day nələr yoxdu ... Göy-göyərtinin iyi adamı bihuş eliyir . Görməmiş kimi, lazım olanı da aldım, lazım olmayanı da .Düzünü desəm, yeməyə meyilli adam deyiləm. Ay nəfsim nəysə istəsin, tez onu ya bişirim, ya alım yeyim - yox . İtaliyanın havası mənə başqa cürə təsir eləyib ????Uje Romadayıq, şəhərin mərkəz yerlərinin birində otelə yerləşdik .Səhər yeməyi oteldədir, menyu Riminidəkindən az fərqlənir .[caption id="attachment_1074" align="aligncenter" width="549"] Neapol[/caption]5-10 dəqiqəlik aralıqda xudmani, çoox simpatiçni restoran var, şam yeməyinə ora gedirik. Bizi restoranın şefi, tipik italyan sifətli, pozitiv Mario qarşıladı ) Dedi ki : “ Mən çox tanınmış aşbazam, ona görə ki xanımım 11-ci uşağımıza hamilədi, klinikadadı və körpənin doğulmasını gözləyirik. “Sonra bizə İtaliyada “bərk gedən “, yüksək tirajlı jurnal gösdərdi - üst vərəqədə şef-Marionun fotosu və ailəsi haqda məqalə )Nəysə, yeməyimizi gətirdilər. Pomidorlu-bibarlı ət qızartması, etli-göbələkli sup, kotletlə+spagetti. Mən yemirəm, Mario yaxınlaşdı mənə. Niyə yemədiyimi soruşdu, mən də anlatdım.Girdi qoluma, apardı məni mətbəx zonasına. 4 yaraşıqlı qaraqaş-qaragöz oğlanlarla məni tanış elədi. Dedi ki: “Bunlarda müsəlmandılar, başıma bəladılar, qazanları da, çömçələri də ayrıdı. Sən bizim qonağımızsan, hər gün daa 4 yox , 5 personluq - sənə də yemək bişirəcəklər .”Bax beləəə ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Sevinch Huseynqizi‎  

630 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!