2195 dəfə oxunub

Şengen vizası alma sənəti

Öncədən deyim mən Biləcərini keçənlərdənəm.Qrupda bir çox travel macəralarımı paylaşmışam. Bəs necə oldu ki, mən ilk dəfə şengen vizası aldım? Sizə bu macəram barədə danışacam.




Universiteti bitrdikdən sonra avropanı gəzmək xəyalına düşdüm.Bir “dostumun” sayəsində viza maşenikinə calandım.700 azn pul verdim ki,mənə viza alsın.1 aya işi həll edəcəyinə söz verdi və biz razılaşdıq.Mənim sənətləri hamısını özü hazırlayıb Çexia səfirliyində məni qəbula yazdı.Məndə düşünürdüm ki,bəs konsul hər hansı şirkət iş qəbulundaki kimi otağda oturacıq üzbəüz söhbət edəcəyik.Birda baxdım şüşə arxasından bir qıvrım baş məndən sənət istəyir.Məndə sən kimsən məm konsula verəcəm sənətimi dedim.Əsəbi şəkildə sənəti istəyir şüşə arxasından dalaşırıq.İngilis dilində bir şeyler deyi,məndə nə rus dili bilirəm nə ingilis dili.Nə isə 5-6 dəqiqə dalaşdıq və sonra bir qız gəldi çıxdı ve dedi konsul sizdən sənəti istəyir niye vermirsiz? Mən mat vəziyyətdə qalmışam.Vəziyyəti düzəltmək üçün 5 saniyədən bir üzür istəyib şirinlik edirəm konsula.????Həyacandan mənə guya işlədiyimi şirkətin adını demişdilər onu unutdum.Otelin adını hər şeyi yaddan çıxartdım,ağzıma gələni danışdım.???? 1 həftə sonra təbi ki,imtina cavabı aldım.700 azn batdı bilmədim niyə batdı.Guya otel və bilet xərcləri sərf edilən enerji müxtəlif behanələr v.s.

Pul getdi xəyallarımda puç oldu. Üzərindən 8-9 ay keçdi.Bir yaxın dostum ( əsil dostum ) dedi ki bəs onun Litvada dostu var MRU universitetində summer school olacaq iştirak haqqı 400 avrodur.O vaxt hardasa 400 Azn edirdi.Baha olduqunu bilet xərcləri v.s ordanda başqa ölkəyə getmək büccəmi aşırdı..Endirim üçün maile yazaq dedim.200 avro olsa üstünü düzəldib birtəhər gederəm düşündüm.Mail yazdıq 10 gün keçdi cavab gəlmədi dedik hər halda düşündülər bu bazar adamları kimdi bizim summer schoola gəlmək istəyirlər.Hələ bir endirimdə tələb edirlər..Ümidimizi üzdük artıq səfəri qişa falan bəlkə alınar nəsə dedik dəftəri bağladıq.Tam ümidi üzmüş idi ki,birdə gördük mail gəldi bəs qəbul eldirik 200 avro ödəyin dəvət göndərək..2-3 günə sənətlər içəri verdik 1 həftəyə cavabı almaq üçün kağız verdilər.Həyəcanlı gözləyiş başladı.1 həftə stressli günlər keçdi o böyük gün çatdı.Və mən yenə imtina aldım...Zarafat edirəm.???? 12də cavab çıxmalı idi və cavab sistem işləmədiyinə görə saat 4də çıxacaq dedilər. Onu da gözlədik və ilk məni çağırdılar içəri girdim pasportu verdilər. Və mən bunu bacardım viza aldım.???? Özü də imtina ştapının düz yuxarısındaki səhifəyə vizanı vurmuşdular.Bu məni qələbəm idi.




İndi orada xərcləməyə pul olmadan düşdüm Litvaya yola.İngilis dili bilmədən summer school gelmişəm a kişi.???? O biri dostum sağ olsun mənə öz haqqımda ingilis dilində mətn verdi əzbərlədim bir təhər 1ci günü yola verdim.Hər şey viza üçün.????Qalan 5-6 günü müxtəlif bəhanəlarlə güc bəla bitirdim summer schoolu.Hesabda burdan alacaqım sertifkatı videosu ( videonu yüklədim posta ) atama göndərəcəm və qürurlanacaq mənə pul göndərəcək,mən ordan arzum olan İtaliya gedəcəm.Papama atdım sertifakti kişi bir qürurlandı oğlum partdadır ingilis dilidə öyrənib falan filan.????Həmin gün 500 avro oturdu balansa.Bakıdan bilet aldı traveldeki şirkət sabah uçuruq Milana.Getdik bileti verdik dedilər ki siz uça bilmərsiz.Üçümüz bir yerdə niyəəəəəəəə?????? Dediler ki siz biletinizi çerez Ukraniya almısınız sizin vizanız bir girişlidir şengen zonasından çıxdıqınız üçün siz italiyaya uça bilməzsiz.Buda bizim turizim şirkətindəki bilet yazan qızın hünəri.Nə isə dava dalaşla turizim şirkəti biletimiizi 12 saat sonraya Varşava ordanda Milana aldıq.Və sonda bunuda bacardım artıq İtaliyanı gəzmək xəyalımı gərəçəkləşmişdi.Arzulara çatmaq heçdə asand olmur gəzəyənlər.
Bugün Allahın izn ilə atamın pul dəstəyi və 3 dostumun koməyi ilə başladıqım macərada 35 ölkə 78 şəhər sayısız macəra yaşamışam.Və bir çox gəzəyən kimi mənimdə bolluca xatirələrim var.Davamı olacaq...✈️ Səyahət etmək evrim geçirmekdir.



Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Sanan Karimov

DİGƏR BLOQLAR

Səyahət əhvalatları - Hamburg

Hamburqdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Deməli sonunda evdəyəm sağ-salamat oturmuşam dincəlirəm. Hamburg səfərini beynimdə planlaşdırdığım gündən "uğursuzluq" adlandırdığım şeylər ardı-arası kəsilmədi. Biletimi aldığım gündən başladı hər şey bir-bir gəlməyə. Nəysə nə uzadım, Almaniyanın məşhur musiqi alətləri firması olan Thomann-dan gitar sifariş etdim vaxtında gəldi, düşündüm uzun müddət sonra yenidən qayıdaram. Gəldiyi günü zavod defekti olan bir hissəsi oldu və ürəyimdə qaldı. E-mail yazdım şəklini yolladım əlaqə saxladılar və öncəkini qaytarmadan sizə yenisini göndərəcik dedilər düzü inanmadım bu qədər müştəri məmnuniyyəti mi? Köhnəni də düzəltdim bu arada hazırda 2 gitaram var Sonra sizə danışım növbəti uğursuzluq olan Amazondan sifariş verdiyim Panasonic əl fotokamerası ilə 18 avroya aldığım smart selfie stickdən. Hamburga gedərkən ilk düşdüyümdən sonra başıma gələn o oldu. Baxdımkı yoxdur ya kimsə götürüb ya da hardasa düşürmüşəm (düşürməyimə və kiminsə götürməyinə inana bilmirəm mümkün olmayan birşeydir). Nəysə qoyuldum yola getdim gəzməyə kameram birdən olaraq beyni qarışdı və cihazı charge etmək üçün qayıdanda başladı çox yüksək temperatura qədər qızmağa və beyni dondu işləmədi. Amazona zəng etdim yeni sifariş qəbul etdilər artıq dünən şikayətimə baxmayaraq səhər mən yuxudan duranda yeni fotokamera gəldiyini gördüm hələki problemsizdir.Hamburgda online bilet aldım günlük bilet 6.40avro. 25-30 km gəzən biri olaraq kameram da işləmədiyindən telefonla çəkirdim bütün şəkilləri və videoları. Geri dönəndə uzun bir yol qət etdim çatacağım stansiyada düşənə 5saniyə qalmış yoxlama gəldi və xahiş etdim çölə çıxaq çöldə heç olmasa danışaq növbəti dayanacağa getməyim ən azından mənə lazım olan platformada danışaq. Tələbə olduğumu da sübut etdim sadəcə telefonumun batareyası olmadığından sübut edə bilmədim. Sonradan başa düşdülər əvvəl mənimlə sərt danışsalar da. Yenə də protokolu ləğv etmədilər yazdılar qeydləri də etdilər hansı bilet aldığımı qeyd etdilər neçədə aldığımı. Həftənin 6-cı günü olduğundan getdim İnformation Centeri tapdım bir təhər ki, yoxlasın və sübut edim. Dedilər ki yox sən ödəməlisən 60avronu biletsiz minmək filan. Əsəblərimi cilovlayıb 2-3kəlmə dedim və getdim məni dinləmədikləri üçün. Keyfimi pozmadan məşhur Glühwein içib Halben Meter Wurstlarından yeyib bərpa olundum  Gəldim e-mail yazdım həm mənə pis davranan alman metro işçisindən həm də biletim barədə. Cəriməni hazırda ləğv ediblər baxıblar sistemə görüblər doğurdan biletim var imiş. Bu arada dostlarım dedilər əgər Hamburg qeydiyyatındasınızsa 150avro digər vətəndaşlar isə biletsiz minməyə görə 60avro dəyərində cərimə edilirsiniz. Və dayanmadan Hochbahndan çoxlu zənglər gəlir o işçiyə görə artıq 4-cü rəsmi sayılan almanlar zəng edib üzr istəyirlər bu hala görə. Həqiqətən də mənə sərt davrandıqları üçün bir neçə dəfədir zəng gəlir.Hamburg sadəcə möhtəşəm şəhərdir. Hər başıma qəribə iş gəldikcə keyfimi pozmadan onsuz da düzələr deyib yola qoyuldum. Bu qədər Hamburg səfərinə görə negativ şeylər baş verib xaos kimi birşeylər yaşatmaq istədi həyat amma vecimə olmadı Weihnachtsmarkt Hamburg sadəcə möhtəşəm idi. Hamburga getsəniz mütləq Hard-Rock cafesinə gedin maraqlı gəldi digər şəhərlərə baxanda. Mütləq girişi pulsuz olan o möhtəşəm arxitekturası olan Hamburg Filarmoniyasına gedin baxın. Qayıdanda avtobusumuz Qəza etdi amma yolumuza yenə davam etdik Flixbus 4ever haha Mənə qalmağa yerini paylaşdığı üçün Elvinə də təşəkkür edirəm! Gəzəyənlər qrupu birləşdirir! Nağıl kimi şəhərdir. Dresden və Hamburg bugünə qədər getdiyim şəhərlər arasında liderdir. Berlin isə həmişəki kimi məni açmır və xoşuma gəlmir. Hərşeyə rəğmən üzünüz gülsün hamınıza xoş həftə arzu edirəm! Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Murad Chicharito Huseynow

1140 dəfə oxunub

London-Kutaisi yolundakı əhvalat

Həə qrupun əziz üzvləri, Bu hekayəni qrupda üç-dörd ay əvvəl hekayə yarışı üçün yazmışdım amma paylaşmaq bu günə qismət imiş. Maraqlı və fərqli bir hekayə olduğunu düşünürəm və Sizlərin ixtiyarına buraxıram.  “London – Kutaisi”Təxminən 2018-ci ilin May ayı idi . Artıq ailəlikcə dəqiqləşdirdik ki, böyük qardaşım - Kənanın, sentyabrın 7-də Bakıda toy məclisi olacaq. Hər bir balaca qardaş kimi mən də çox sevinir, həmin günün tez gəlməsini arzulayırdım. Axı bu bizim ailədə ilk belə hadisə olacaqdı. Günlər bir-birini əvəzləyir və mən də artıq öz planlarımı yavaş-yavaş yekunlaşdırırdım. Qərara gəldim ki, Avqust ayının 12-si ailəmlə birlikdə Bakıya yollanım. Artıq biletlər alınmış və həmin günün gəlməsini gözləyirdim. Lakin, uçuşdan üç gün əvvəl telefonuma gələn zənglə bütün planlarım dəyişdi. Mənə Amerikanın 13-cü ən böyük şirkəti olan “General Electric Healthcare” – in London ofisində bir illik təcrübə qazanmaq şansı çıxdı və məndən tez bir zamanda işə başlamağımı istədilər. Mən də qərar verdim ki, bu cür şansı qaçırtmaq çox böyük səhv olar və biletimin tarixini həmin ayın 26-na (“Bank Holiday” gününə - Birləşmiş Krallıqda il ərzində səkkiz gün milli bayram olur və bu günlərdən biri də Avqust ayının 26-na düşür) dəyişdim. Yəqin yeganə insan olaram ki, işə başlamadan menecerimlə bir həftə sonraya tətil götürməyi müzakirə elədim və çox sağ olsun ki, məni başa düşüb icazə verdi.Planım ilk öncə London-Kutaisi uçuş xətti ilə Kutaisiyə (Gürcüstan), oradan da avtobus ilə Tiflis şəhərinə yollanmaq idi (buradan AZAL-a xüsusi təşəkkürlərimi çatdırıram  ). Planımın sonrakı hissəsində isə Tiflisdən taksi ilə bizim “Qırmızı Körpü” sərhəd məntəqəsinə, oradan da taksi ilə birbaşa Bakıya yollanmaq dururdu. Hər şeyi çox incə nöqtəsinə qədər beynimdə hesablamışdım. Lakin, hesablamadığım iki şey vardı: Gürcüstanın köhnə bir SSR dövləti olması və həyatın və insanların Birləşmiş Krallıqdakı kimi asan və sadə olmaması. Və budur. Həmin gün gəldi. Saat 15:45-i göstərir. Hava çox günəşli və istidir (normalda Londonda nadirən belə hava görmək mümkündür). Mən əlimdə balaca çamadanımla Londonun beş hava limanından biri olan Luton hava limanına yollanıram. Günəş şüaları üzümdə öz isti hərarətini hiss elətdirdikcə mən öz-özümə həyatın nə qədər gözəl, yaşanılır və əsrarəngiz olduğunu düşünürəm. Hər şey nə qədər də mükəmməldir deyə xəyala dalmışdım ki, bizim “Növbəti stansiya Memar Əcəmi. Zəhmət olmasa əşyalarınızı  unutmayın.” ifadəsinə oxşar bir ifadə ilə xəyallar aləmindən ayılıb reallığa qayıtdım. :) Artıq mən hava limanına çatmışdım. Yavaş-yavaş irəliləyib, təhlükəsizlik zonasından keçdim və gəlib çıxdım bizi aparan təyyarəyə. Ünsiyyətcil insan olduğumdan nə təsadüfdürsə yanımda oturan xanım da mənim kimi Bristol şəhərində yaşayıb, təhsilini orada almışdı. Beləcə biz düz beş saat dayanmadan Bristolun zəngin küçə incəsənətindən, möhtəşəm Bristol limanından (xüsusilə isti yay aylarında liman boyu düzülmüş barlarda çalınan, qəlb oxşayan musiqilərdən) və Bristola səyahət edərkən mütləq və mütləq gedib görüləsi məhşur “ Klifton Saspenşin Körpü”sü (The Clinfton Suspension Bridge) haqqında uzun-uzadı söhbətləşdik. Zamanın necə axdığının heç fərqində belə olmadıq. Bir daha orada əmin oldum ki, səyahət etməyin ən gözəl tərəflərindən biri də tanımadığın insanlarla gözəl münasibət qurmaqdır, hansi ki, sonradan be lə gözəl xatirəyə çevrilir.Axşam saat 10:00 – da Gürcüstanın Kutaisi hava limanına endik. Hamı kimi sərhəd məntəqəsindən keçib, Tiflisə gedəcək avtobus biletlərinin satıldığı yerə gəlib çıxdım. Təxminən otuz lari (Gürcüstanın pul vahidi) verib, orta sıralardan özümə yer seçdim. Çox yorulduğumdan düşündüm ki, biraz yatım, onsuz avtobus üç saat yarım yol gedəcək. Bir saat yol getdikdən sonra avtobus ilk fasilə verməli olduğu dayanacaqda saxladı. On beş dəqiqəlik fasilədən sonra yolumuza davam elədik və hər şeydə bundan sonra başladı...Avtobusda kifayət qədər azərbaycanlı sərnişinlər var idi. Kimisi bir-birilə söhbət edir, kimisi yatır, kimisi də mənim kimi sadəcə kənardan hər şeyi izləyirdi. Elə bu an avtobusdakı sərnişin xalalardan biri (azərbaycanlı) həyəcanlı şəkildə Birləşmiş Krallıqdakı yaşama icazəsi kartını gömrük işçiləri tərəfindən yoxlanıldıqdan sonra geri verilmədiyini dedi və əl çantasını axtarmağa davam elədi. Yanımda oturan digər azərbaycanlı oğlan, Samir (şərti addır - 35 yaşı olardı) xalanı (58-62 yaş arası olardı) sakitləşdirməyə çalışır və eyni zamanda məsləhət bilirdi ki, mütləq şəkildə yaxınlaşsın Britaniyanın Tiflisdəki səfirliyinə. Onlar tez bir zamanda həmin kartı tapa bilərlər və ya yenisi ilə əvəzləyə bilərlər. Mən isə hələdə kənardan sadəcə bu olanları izləyir və ara-sıra “SOCAR”ın yol boyu benzin doldurma məntəqələrini pəncərədən görüb öz-özümə həm təəccüb edir (niyə bu qədər çoxdur?), həmdə sevinirdim (bayrağımızı hər gördükcə milli hisslərim yavaş-yavaş üzə vururdu) :). Xala ilə oğlan uzun-uzadı müzakirələrdən sonra nəhayət ki, bir qərara gəldilər, amma qərar nə qərar...Sizə nədən danışım, kimdən danışım, Sizə xalanın yanındakı gəlinindən danışım. Bizim bu gözəl xalamız bu səyahəti tək eləmirdi. Onun yanında bir gəlini də vardı. Bütün bu hadisələr baş vərən vaxtı (haqqına girmədən) sadəcə gördüyüm və xatırladığım qədər ilə bizim gəlin çox sakit və təlaşsız görünürdü. Sanki itən mənim kartım, kömək istəyəcəyim insanlarda bunlar idi. Öz-özümə düşündüm ki, yəqin mən səhv anlamışam, kənardan helə görünür və yoxsa niyə belə olsun ki. Çox da fikir vermədən diqqətimi cəmlədim bizim “məşhur” qərara. Bizim xalamız müzakirənin ən gərgin anında üzünü mənə tutdu və aşağıdakı dialoq yarandı:Xala: Bala, sən də azərbaycanlısan?Mən: BəliXala: Bala, sən də Bakıya gedirsən?Mən (beynimdə): Bu məsələ nəsə yaxşı yerə getmir. Bəlkə deyim getmirəm? Onsuz avtobusda kifayət qədər məndən yaşca böyük azərbaycanlılar var və Bakıya gedirlər. Amma nə hikmətdisə heç birindən bir səs də çıxmır amma hamısının gözü üstümdədi. Sanki, hamısı “hə” deməyimi gözləyir. Mən tam qərarsız qalmışam bu anda. Mən: Xala, üzr istəyirəm eşitmədim.Xala: Bala, deyirəm Bakıya gedirsən?Mən: Bəli, xala. Xala: Bala, sən də mənim bir nəvəm. Gəlinimi Bakıya qədər apararsan?Mən (beynimdə): Xala, mən nənə axtarışında deyiləm. Təklif üçün sağ ol. :D. Gəlinimi Bakıya apar nə deməkdir? Bu sualdan sonra mənim beynimdə qısa qapanma yarandı. Mən: Xala (sözüm kəsildi)Samir: Hə xala, aparar. Niyə aparmasın ki?! O da bir azərbaycanlıdı da. Mən güvənirəm ( hansı ki, bir saat yarım əvvəl tanış olub).Mən: Xala (sözüm yenə kəsildi və mən hələ özümü mədəni aparıram)Samir: Xala, narahat olma. Tiflisdən minərlər taksiyə və üzü sərhəddə. Sonra da ordan taksiynən Bakıya. Xala: Çox sağ ol e, bala. Sən də mənim bir nəvəm. Mən (beynimdə): Nəvə deyib durub ee. Ötürmür. :D Gəlini aparmaq nədi?? Mənə hələ də çatmır. Bu əşya deyil, oyuncaq deyil. Bu insandır, insan!Samir: Hə, xala narahat olma. Məsələ həll olundu. Mən: Əəə, bir-bir (Tağı Əhmədov). Samir bir dəqiqə! Xala, mən Bakıya gedirəm, amma mən necə aparım bu gəlini? Mən ola bilər yolda gecikdim. Mən özümdə birinci dəfədir gedirəm bu yolu. Özüdə biz təyyarə ilə getmirik. Taksi ilə gedirik və gecə saat dörddür. Mən ehtiyat edirəm. Birdən hadisə olar və bunun məsuliyyəti mənim boynumda qalacaq.Xala: Bala, sən də mənim bir nəvəm. Mən qayıdacam Kutaisi hava limanına və sənədlərimi oradan alacam. Bu gəlində səninlə gəlsin.  Samir: Cavid, ə heçnə olmaz. Narahat olma. Mən: Yaxşı, xala. Üç saat yarımdan sonra səhər saat dörddə Tiflis şəhərinə çatdıq. Gecənin qaranlığı və sərin mehi mənə bir anlıq üzərimə yüklənən məsuliyyətdən xilas edib , rahat hiss elətdirdi. Rus dilim “Menya zavut Djavid”den o terefe keçmədiyinə görə Samirdən xahiş elədim ki, bir taksi ilə danışsın və bizi sərhəd gömrük məntəqəsinə aparsın. Yanımıza yaxınlaşan bir dayı ilə (heç qanım qaynamadı ona qarşı) söhbətdən sonra yüz lariyə razılaşdıq. Gözəl nənəmizlə (artıq nəvəsi olmuşdum :D) sağollaşdıq və üzü sərhəddə tərəf yollandıq. On dəqiqə getdikdən sonra taksi sürücüsü maşını saxlayıb məndən pulu tələb elədi. Əvvəldən heç bəyənmədiyim taksi sürücüsünün bu hərəkəti məni daha da narahat etdi. Amma onun qırıq ingilis dili ilə bir təhər razlığa gəldik ki, pulun yarı hissəsini indi, qalan yarısını isə sərhəddə çatanda ödəyəcəm. Artıq qırx beş dəqiqəlik yol mənim gözümdə illərə bərabər bir zamana çevrilmişdi. Telefonumu Britaniyanı tərk edərkən rominq etdirdiyimi düşünürdüm, amma yol boyu telefonumun heç bir siqnal almadığını görüb və internetə çıxışımın olmamasını anlayanda həyəcanım daha da artdı. Ucsuz bucaqsız uzanan və heç bir yol nişan işarəsinin olmadığı yol, sürücünün daima hansısa dildə bir dostu ilə danışığı və rişxənd şəklində gülməyi (məndən haralı olduğumu pulun yarısını verəndə soruşmuşdu), arxa oturacaqda əyləşən gəlinimiz və onun məsuliyyəti və hər an təhlükə gözlədiyim sürücü və bu kimi digər nüanslar artıq məndə Britaniya dövlətinin və cəmiyyətinin mənə aşıladığı təhlükəsizlik hissini qorxu hissi ilə əvəzləyirdi. Bütün bu düşüncələrin içinə qərq olmuşdum ki, məhz o an gəldi...Və budur. Mən artıq “Qırmızı Körpü” sərhəd məntəqəsini görürəm. Uzaqdan da olsa, Azərbaycanımın üç rəngli bayrağını görüb özümə gəldim. Artıq özümü tam təhlükəsiz və qorxmaz hiss edirdim. Taksi sərhəd məntəqəsinin tam qarşısında saxladı. Mən və gəlinimiz maşından düşdük. Sürücünün qalan pulunu verib, təşəkkür etdim. Biraz aralanmışdım ki, arxadan gələn səsə çevrildim:- Salam qardaş.- Mən: Ələykümə Salam. Buyurun.- Siz o sizi gətirən taksini tanıyırsınız?- Mən: Yox, necə ki?- Siz bilmirsiniz o ermənidir?- Mən: Yox, heç bilmirdim. İlk dəfədir bu yolu gəlirəm.- Bəli, qardaş. O bildiyiniz ermənidir. Gələn dəfə gələndə yadınızda qalsın.- Mən: Çox sağ olun. Unutmaram. Biraz aralandıqdan sonra hər şey beynimdə çox aydın bir şəkildə öz yerinə otururdu; mənim niyə sürücünü ilk görüşdən bəyənməməyim, onun mənim haradan olduğumu soruşmağı, pulun yarısını ilk andan almağı və rişxənd ilə gülməyi. Dərin bir nəfəs alıb gəlinimizlə yolumuza, üzü Bakıya doğru istiqamətləndik. Səyahətimizin Azərbaycan tərəfi çox da həyəcanlı keçməsə də, sağ-salamat gəlinimizi evlərinə ötürə bildik. Bu səyahət boyu çəkdiyim stress və həyəcan yenə də AZALa olan fikrimi dəyişmədi. Sonda hamının da marağında olan nənəmə qalanda, hələ də nənəmdən xəbər yoxdur. Ümid edirəm o da sağ-salamatdır. Görənlərdən, xahiş edirəm məni nənəmə qovuşdursun. :D Hekayədən özüm üçün çıxartdığım nəticələr:1. İnsanları tanımadan bu qədər böyük bir məsuliyyəti digər insanlara yükləmək yalnışdır.2. Bəzən belə çıxılmaz anlarda isə ingilislər demiş “ You have to give a go and hope for the best!”3. “Həyatda hər zaman belə şanslı olmaya bilərsən”Sizlərə sayğılarlaƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Javid Abbaszada

1527 dəfə oxunub

Ərkivan əhvalatı-Həyəcan axtaranlar üçün

#gezeyenlerQrupda xaricə getmədiyinə görə pis olan insanlar var. Çox insan hansısa yaşa qədər xaricə çıxmayıb (çox az ailə bunu dəstəkliyir), sadəcə bunun üçün səy göstərmək lazımdı. İndi istədiyim yerə gedə bilirəm. Amma 22 yaşıma qədər bu belə deyildi. 22 yaşdan sonra çox yerlər gəzib, çox insanlar tanımışam...psixoloji təzyiq, evdə səyahətlər haqqında verilişlər, hər yolu yoxluyun. Rəfiqəm psixoloji təsir üçün ailə wp qrupu açmışdı və 2019-da 26 yaşında iki ölkəyə səyahət etdi. Odur ki, çalışın.Başqa bir məsələ isə mənim başıma gələnlərlə bağlıdır. #həyəcanüçünuzaqlaragetməklazımdeyilÖz yurdumuzun insanları da sağolsunlar, kifayət qədər adrenalin  sevəndilər. Necə? Deməli, günlərin bir günü Masallıya getməliydim. Hamı getmişdi, Bakıya gec gəldiyim üçün məni gözləməmişdilər. Mən də 20 yanvardan taksi tutub, arxalarından getdim. Həmin vaxt cənuba bu təzə yol çəkilməmişdi. Salyanda maşında problem çıxdı, biraz da gecikdik. Biraz deyəndə +3 saat. Telefonumun bateriyası da Masallıya girəndə söndü. Hava qaralan vaxta düşdük. Bu şofer geri qayıdıb müştəri götürməli idi . Küçəyə girə bilməyəcəyini dedi. Masallıda Ərkivan krugu deyilən yer var, taksilər orda durur. Dedi istəyirsənsə orda düşürdüm (ama dedi ki, indi gecə olduğuna görə bu vaxtı narkamanlar olur. Kaş düşüb aptekdən zəng elətdirərdim, orda hamı bir- birini tanıyır). Dedim yox yolda düşüb piyada gedərəm . Nəysə, Ərkivanda lazım olan yerə çatdıq. (Ərkivan haqqında qısa məlumat: Ölkəmizin ən sıx əhalisi olan kəndidir. Buna görə qəsəbə adı verildi. Həm də “bulaqlar kəndi” kimi də tanınır. (8-ci sinif coğrafiya kitabı))Nəysə düşdüm.. Yol qaranlıq... uzaqlarda işıqlar... hər yer də yamyaşıl ağaclar... Maşını fırladanda yolun o tərəfində siqaret çəkən iki nəfər görmüşdüm (hətta elə bildim səhv gördüm). Düşən kimi sürətli yeridim ki, uzaqlaşım. Bir də gördüm bunlar arxamca gəlir. Çox sürətli getdiyim üçün rahat idim. Uzaqlaşmışdım. Sonra arxama dönəndə gördüm ki, bunlar arxamca qaçırlar, ilk dəfə doğurdan qorxdum (çünki qaçanda zombiyə oxşuyurdular). Soyuqqanlı olmağa çalışdım. Birinin həyətinə girməyi fikirləşdim. Açıq darvaza görüb içəri girdim. (işıqlı- mışıqlı qəşəng yaşıl  həyət idi). Gedib qapını döydüm.Bir kişi qapını açdı, arxasıyca da həyat yoldaşı. Salamlaşıb onlardan kömək istədim. Vəziyyəti izah edirdim, elə o vaxt bu iki qaqaş həyətə girdi (18 yaşlarında iki uşaq - ürəyimdə dedim). Bunları görəndə kişiyə dedim ki, arxamca qaçan bunlar idi. Kişi dedi bunlar menim oğlanlarımdır (upsss). O boyda Ərkivanda gedib bunlarin həyətinə girmişdim. Oğlanlar bilirsiz niyə meni izləyib? Maraqlı gəlib ki, gecə vaxti (saat 8 radələri), görəsən, bu maşından düşən qiz kimdi?! Bunu deyəndə başımdan tüstü çıxdı, üstlərinə necə cumdum. Qanundan girib məhkəmədən çıxdım. Yaziq ataları çox pis olmuşdu, hələ kişi biləndə ki, kimin qiziyam, xəcalət çəkdi. Əmimin ən yaxın dostu imiş. Kişi həyat yoldaşıyla məni ötürdü. Kim olduğumu onlara məni ötürəndə dedim, o iki uşağın yanında yox, olanlar aramızda qalacaq dedim, razılaşdıq (həyat yoldaşı tipik qeybətcil öz oğlanlarının tərəfin tutan biri kimi təssürat bağışladığı üçün ona inanmadım. Özüm haqda biraz məlumat verib, sonra bu hadisə haqqında kimdənsə nəsə eşitsəm evinizə polis göndərərəm dedim. Və evə çatanda "oğlanlarınız yol kənarında siqaret çəkirdilər" dedim). Üç gün rayonda qaldım, heç nə eşitmədim, əmimin həyat yoldaşı qabağıma həyəcanla qaçmadığına görə deməli, heç kəsə deməmişdilər.. Sonradan bu haqda anama ve çox yaxın qohumuma danışdım.Üstündən illər keçib, bu barədə ilk dəfədir yazıram. #birxatirekimi #aviasalesƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ayten Kazımlı

1215 dəfə oxunub

Qorxunc email

Uğursuz gün keçirdiyinizi düşünürsünüzsə sizinlə son səyahətimi paylaşım, azca uzun ola bilər ;) Avropa Parlamentində keçirilən Gənclər Tədbirində iştirak etmək üçün Mayın 31-i Bakıdan Moskvaya, Moskvadan Amsterdama yola düşdüm. Son uçuşum Amsterdam-Strasburq uçuşu olmalı idi, Amsterdamda 4 saatlıq gözləmə müddətindən sonra hava yolları şirkətindən email aldım ki, Amsterdam-Strasburq uçuşu təxirə salınıb. Məsələni dəqiqləşdirmək üçün hava yolları şirkəti (KLM Dutch Airlines) nümayəndələri ilə danışmaq üçün getdiyimdə çox uzun bir növbə olduğunu gördüm. Tədbir təşkilatçılarına yazıb məsələni izah elədim və onlar sabahkı tədbirə çatmağım üçün yeni biletlər aldılar.Yeni marşruta görə Amsterdamdan qatarla Brüsselə, Brüsseldən təyyarə ilə Lyona, Lyondan Strasburqa uçmalı idim. Ancaq kiçik problem vardı, baqajım Bakıdan birbaş Strasburqa getməli olduğundan və uçuş ləğv edildiyindən çemodanımı mənə vermədilər, bildirdilər ki, online report edim, sonra ala biləcəm. Vaxt az olduğundan Amsterdam aeroportunu tərk edib qatarla Brüsselə yola düşdüm, orda oteldə 3 saat qaldıqdan sonra Brüssel aeroportuna, ordan da Lyona yola düşdüm. Bu dəfə hava yolları “Hop” idi və indiyədək gördüyüm ən balaca təyyarə idi. Lyon aeroportuna çatdıqda az sonra Strasburqda olacağım ümidi ilə sevinərək monitora baxdıqda Strasburq reysini tapa bilmədim və o qorxunc emaili yenidən aldım. Hə, Strasburq uçuşum yenə ləğv edilmişdi... Lyondan Strasburqa qatarla gəlməli oldum və 31 may 17:45də Strasburqa çatmalı olduğum halda 1 iyun 16:00-da çatdım, çemodansız- geyimsiz qaldım və təbii olaraq tədbirin ilk gününü qaçırdım.İkinci gün üçün qeydiyyatdan keçməyə getdikdə isə artıq qeydiyyatın bağlı olduğunu, ancaq növbəti gün yaxınlaşa biləcəyimi dedilər. Yenə də bir ümidlə gözləyib növbəti gün Strasburq hava limanına gedib çemodanla bağlı şikayət elədim və elə ordaca öyrəndim ki, Fransa dəmiryol işçiləri üsyana, tətilə çıxdıqlarından geri qayıdış üçün olan Strasburq-Paris reysim də təxirə salınıb. Tədbirdə ancaq bir gün iştirak edə bildikdən sonra növbəti gün səhər 3-də Strasburqdan Parisə yola düşdüm, yenə də hər şeyin ən azından bitdiyini və bir müddət sonra Bakıda olacağım ümidi ilə aeroportda check in üçün AZAL təmsilçilərinə yaxınlaşdım. Və yenə eyni cümlə... Bir uçuşum ləğv olunduğu üçün geri dönüş biletim də avtomatik ləğv edilmişdi və təyyarəyə minə bilmədim. Nəticədə yenidən bilet almalı oldum və baqajı təhvil verdiyim gündən bir həftə sonra bu gün çemodanım nəhayət mənə qayıtdı. O da az yol gəlməyib: Amsterdam-Brüssel-İstanbul-Bakı...Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Samira Gasimova

1024 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!