1819 dəfə oxunub

İtaliya bələdçisi - "Yada düşər xatirələr"

İtaliya ilə tanışlığım 2006-cı ilə təsadüf edir. Verona və Venesiyaya getmişdim. Daha doğrusu oralardan keçirdim, fürsət tapıb, gedib gəzmişdim. Almaniyadan maşınla gəlirdim, o vaxtlar maşın alveri ilə məşğul idim ????

Gecə saat 4-də yol qırağında balaca bir yanacaqdoldurma məntəqəsində dayandıq, benzin doldururduq. Bap-balaca bir kafesi var idi. Yaxınlaşıb kofe aldım. İlahi, gecə saat 4, yolun düzü, benzokolonkada balaca bir kafedə bu qədər dadlı kofe niyə olsun axı??? Sonra dedim İtaliyadasan, ay Mehriban. Enjoy!




İkinci gəlişim Romaya oldu. Elə vuruldum ki, orada daha çox olmaq üçün 5-6 il sonra Romada universitetə qəbul olmaq qərarına gəldim, gəzməyin dərdindən oxudum. Bir dostum o vaxt dedi neynirsən ki, master diplomunu? Dedim CV-yə yazmaq üçün, dedi yaz dəə, kim nə bilir?! ????



Milana Leonardo da Vinçinin “Last Supper”-inə baxmağa getmişdim. 2 ay əvvəl biletlər bitmişdi, güc-bəla ilə bahalı bir tur tapdım, içində cəmi 15 dəqiqəlik istəyimə çatmaq var idi. Şəkil çəkməyə qoymurdular, qorxa-qorxa gizlin bir selfie edə bildim.

“San-Siro”-ya Milan-Verona oyununa getmişdim, qızardılmış şabalıd yeyib, şərab içə-içə dəli azarkeşləri izləyib, donurdum. Stadiondan evə piyada qayıtmışdıq.

2 il əvvəl rəfiqəmlə Romada evə gedəndə, elə yolda vağzaldan keçəndə dedim sabah ad günümdür, hara gedək? Sienaya bilet aldıq, səhər artıq şəhərin mərkəzi meydanında, günəşin altında yerdə uzanıb, ucadan qeybət edib, gülürdük. Birdən yan tərəfdən səs gəldi: “Mehriban xanım, mən sizin Facebook-da izləyicinizəm, adım Nərgizdir”. Dedim ay Allah, görəsən nə vaxtdan qulaq asır bizə? Bilmədik hansı istiqamətdə biabır olaq.

Bir dəfə Romada qaldığım evin yiyəsi Markoya deyirəm ki, su niyə ağ gəlir, a kişi? Çayın dadı xoşuma gəlmir. Deyir su ftaaaminlidir, kalsiy var tərkibində, kalsiy də ağ olur, tpoysan?

Ahh, Florensiya, mənim məhəbbətim. Nə vaxtsa orada yaşamaq istəyərəm. Toskana mətbəxini öyrədən kulinariya kurslarını bitirmişəm Florensiyada. Dərsdən imkan tapanda qaçıb möhtəşəm Davidi izləyirdim, Uffizi Qalereyasından zövq alırdım. Bir dəfə gecə böyrümdən çıxan ağrıdan öləcəyimi zənn etdim, ağlıma gələn ilk şey telefonumu təcili format etməliyəm. Yazışmalar kiminsə əlinə keçsə, meyitim ortalıqda qalacaq, basdıran da olmayacaq. Təcili yardım gəldi, 2 qəşəng oğlan mitilimi atdı nosılkaya, apardı hospitala. Ayılanda, keçmişi unutmuşdum.

Keçən il bu vaxt ad günümə Turində Juventus-Milan oyununa bilet hədiyyə vermişdilər. Como, Turin, Genoa, Cinque Terre, Milan turum çemodanımın itməsini nəzərə almasaq, möhtəşəm keçmişdi.




Hələ bu kabus İtaliyadan uzaq olanda son dəfə Romaya getdim, vidalaşmağa. Fevralın 2-si qayıtmışam və elə bil neçə illərdir sevdiyim yerlərə gedə bilmirəm.

Səyahət – həyatda məni eşqdən sonra xoşbəxt edən yeganə şeydir. Xoşbəxtliyimi əlimdən alıblar elə bil.

Bu gün Vogue jurnalı İtaliyanın yeni həyata başlamasını göstərmək məqsədilə ağappaq qapaqla çap olunub. 10 aprel İtaliya üçün yeni həyatın ilk günüdür.

Hər şey bitsin, İtaliyaya gedəcəm, kofe ətirli şəhərlərin dar küçələri ilə məqsədsizcəsinə gəzəcəm. Günəşin səsini dinləyəcəm. Ətrafımda gülən, danışan, əl-ələ gəzən, öpüşən, sevgi saçan bəxtəvər insanları izləyəcəm. İlin bütün günləri günəş olan şəhərlərdə aşiq olmamaq günahdır. #eşq yaşayacam!



Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Mehriban Hasanova

DİGƏR BLOQLAR

Pandemiya dövrünün ilk səyahəti - Sofiya

Deyəsən Azərbaycandan başqa heç yerdə karantin yoxdur. Pandemiya dövründəki ilk səyahətim haqqında yazıb qrupdakılara bir az acıq verim. (təxmin edirəm ki, ilkdir)Gecə saat 3-də (29 iyun) Italiyadan Sofia hava limanına endik. (terminal 1, Wizzairlə 20 euro) Təyyarədən çıxan kimi havadakı qoxu sanki SSSR - yə xoş gəlmisiniz deyirdi. Pasport yoxlanışında oturan 3 maniken kimi qız elə gözəllikləri qədər ciddi baxışları ilə də bizi buraxmamağa çalışırdılar. Nəysə, birtəhər yoxlanışı keçdikdən sonra qarşımıza bir həkim çıxdı. Həkim nə həkim əminliklə deyə bilərəm ki, əynindəki xalatı karantin başlayan gündən bugünədək əynindən çıxartmayıb (heç nə yoxlamadılar, self declaration doldurub yolumuza davam etdik) T1-in vəziyyəti həqiqətən də pis gündə idi, Sofiya haqqında çox pis fikirlər formalaşmağa başlayırdı. İlk gördüyüm mənzərə soyuq insanlar, əldən düşmüş, sınıq-sökük hava limanı.Axır ki, gəlib Bolqarıstanın paytaxtı və əsas şəhəri Sofiyaya çatdıq. Gecə saat 3 olduğundan gecəni barda keçirib, səhər şəhərə yollanmağı fikirləşdik. Ətrafdan öyrəndik ki, bu saatda ancaq bir kafe açıq ola bilər. Kafe deyirəm e sizə 1 manatlıq çayxanalarımız onun yanında toya getməli idi.Girdik kafeyə və mən "traditional" nəyiniz var ?- deyə soruşdum (suala bax e) Nə istədiyimi soruşdu, dedim "ət" .(uğursuz bir zarafat idi) Nəysə, bu güclü zarafatdan sonra bildiyimiz kartof və toyuğu "traditional" adı ilə məcbur yedik. Səhərə yaxın saat 5-6 arası xəritədən baxdıq ki, bir azdan avtobuslar hərəkətə başlayacaq. Bundan sonra Sofiya barədə formalaşan mənfi fikirlər müsbətə doğru dəyişməyə başladı. Dayanacaqda gözləsək də biletimiz yox idi. (Bilet satışı 7-8 arası başlayır) Avtobus gəlsə də koronaya görə terminal 2-yə gedib ordan da qatarla mərkəzə getməli olduğumuzu dedilər. Ən rahat yol bu imiş. (ooo terminal 2-də varmış) Xəritədə baxdıq ki, piyada T1 ilə T2 arasında 30 dəqiqəlik yol var. ilk dəfədir ki, eyni havalimanının terminalları arasında bu qədər məsafə olduğunu görürəm. Tam ümidlərimiz öləndə avtobusun sürücüsü bizi T2-yə qədər aparacağını dedi))) Qayıtdım ki, "naçalnik" bəs biletimiz yoxdur. Dedi : chill up man)) Avtobusa minib getdik və mən T2-nin gözəlliyinə vuruldum, ya rəbb. Terminal o qədər gözəl idi ( bir gediş üçün 1.6 BL =0.8 sent, ancaq 4 BL = 2 euroya bir günlük limitsiz metro gedişi almağınız daha yaxşıdır. Bunun avtobusa uyğun olub-olmadığını bilmirəm. Çünki hər istifadə üçün barkodu kioska daxil edib aktiv etməlisiniz). Nəysə, artıq şəhərə çatdıq.Şəhər bir sözlə belissimo, perfetto. Bugünə qədər olduğum heç bir şəhər təmizlik və gözəllikdə Sofiyaya çatmaz. (Ələxsus Sicilyada yaşayan biri üçün). Şəhər sanki meşənin içərisində qurulub, hər yer park və ağaclıqdır. Lakin şəhərin əsas problemi qidalanmanın çox zəif olmasıdır. (barmaqla sayılacaq qədər yemək yeyə biləcəyiniz kafelər, restoranlar var.Onlar da bulvar adlanan ərazidə) Di gəl ki, söhbət içkiyə gəldikdə 2 metrdən bir barlar, kafelər doludur. (sırf içki üçün) Səhər 11-dən boş yer tapmaq olmurdu. Hamı oturub içir eləcə)) "Hər gün son günmüş kimi için"- devizi ilə yaşayırlar deyəsən. Bərbad başlayan səyahət gözəl sonluqla bitdi. Sofiyanı tam gəzməyə bir gününüz bəs edər. Bizim də onsuzda 1 gün vaxtımız vardı, bol-bol gəzdik (sözün əsl mənasında gəzdik, internetdən girib məşhur yerlərinə baxıram, hamısında olmuşuq) və oradan da İstanbula keçdik.(yeriniz məlum) Daha Türkiyə haqqında məlumat vermirəm, bu qədər kafidir.P. S ümid edirəm ki, sizi yetəri qədər qıcıqlandıra bildim))Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Sadiqov Nicat

1145 dəfə oxunub

London-Kutaisi yolundakı əhvalat

Həə qrupun əziz üzvləri, Bu hekayəni qrupda üç-dörd ay əvvəl hekayə yarışı üçün yazmışdım amma paylaşmaq bu günə qismət imiş. Maraqlı və fərqli bir hekayə olduğunu düşünürəm və Sizlərin ixtiyarına buraxıram.  “London – Kutaisi”Təxminən 2018-ci ilin May ayı idi . Artıq ailəlikcə dəqiqləşdirdik ki, böyük qardaşım - Kənanın, sentyabrın 7-də Bakıda toy məclisi olacaq. Hər bir balaca qardaş kimi mən də çox sevinir, həmin günün tez gəlməsini arzulayırdım. Axı bu bizim ailədə ilk belə hadisə olacaqdı. Günlər bir-birini əvəzləyir və mən də artıq öz planlarımı yavaş-yavaş yekunlaşdırırdım. Qərara gəldim ki, Avqust ayının 12-si ailəmlə birlikdə Bakıya yollanım. Artıq biletlər alınmış və həmin günün gəlməsini gözləyirdim. Lakin, uçuşdan üç gün əvvəl telefonuma gələn zənglə bütün planlarım dəyişdi. Mənə Amerikanın 13-cü ən böyük şirkəti olan “General Electric Healthcare” – in London ofisində bir illik təcrübə qazanmaq şansı çıxdı və məndən tez bir zamanda işə başlamağımı istədilər. Mən də qərar verdim ki, bu cür şansı qaçırtmaq çox böyük səhv olar və biletimin tarixini həmin ayın 26-na (“Bank Holiday” gününə - Birləşmiş Krallıqda il ərzində səkkiz gün milli bayram olur və bu günlərdən biri də Avqust ayının 26-na düşür) dəyişdim. Yəqin yeganə insan olaram ki, işə başlamadan menecerimlə bir həftə sonraya tətil götürməyi müzakirə elədim və çox sağ olsun ki, məni başa düşüb icazə verdi.Planım ilk öncə London-Kutaisi uçuş xətti ilə Kutaisiyə (Gürcüstan), oradan da avtobus ilə Tiflis şəhərinə yollanmaq idi (buradan AZAL-a xüsusi təşəkkürlərimi çatdırıram  ). Planımın sonrakı hissəsində isə Tiflisdən taksi ilə bizim “Qırmızı Körpü” sərhəd məntəqəsinə, oradan da taksi ilə birbaşa Bakıya yollanmaq dururdu. Hər şeyi çox incə nöqtəsinə qədər beynimdə hesablamışdım. Lakin, hesablamadığım iki şey vardı: Gürcüstanın köhnə bir SSR dövləti olması və həyatın və insanların Birləşmiş Krallıqdakı kimi asan və sadə olmaması. Və budur. Həmin gün gəldi. Saat 15:45-i göstərir. Hava çox günəşli və istidir (normalda Londonda nadirən belə hava görmək mümkündür). Mən əlimdə balaca çamadanımla Londonun beş hava limanından biri olan Luton hava limanına yollanıram. Günəş şüaları üzümdə öz isti hərarətini hiss elətdirdikcə mən öz-özümə həyatın nə qədər gözəl, yaşanılır və əsrarəngiz olduğunu düşünürəm. Hər şey nə qədər də mükəmməldir deyə xəyala dalmışdım ki, bizim “Növbəti stansiya Memar Əcəmi. Zəhmət olmasa əşyalarınızı  unutmayın.” ifadəsinə oxşar bir ifadə ilə xəyallar aləmindən ayılıb reallığa qayıtdım. :) Artıq mən hava limanına çatmışdım. Yavaş-yavaş irəliləyib, təhlükəsizlik zonasından keçdim və gəlib çıxdım bizi aparan təyyarəyə. Ünsiyyətcil insan olduğumdan nə təsadüfdürsə yanımda oturan xanım da mənim kimi Bristol şəhərində yaşayıb, təhsilini orada almışdı. Beləcə biz düz beş saat dayanmadan Bristolun zəngin küçə incəsənətindən, möhtəşəm Bristol limanından (xüsusilə isti yay aylarında liman boyu düzülmüş barlarda çalınan, qəlb oxşayan musiqilərdən) və Bristola səyahət edərkən mütləq və mütləq gedib görüləsi məhşur “ Klifton Saspenşin Körpü”sü (The Clinfton Suspension Bridge) haqqında uzun-uzadı söhbətləşdik. Zamanın necə axdığının heç fərqində belə olmadıq. Bir daha orada əmin oldum ki, səyahət etməyin ən gözəl tərəflərindən biri də tanımadığın insanlarla gözəl münasibət qurmaqdır, hansi ki, sonradan be lə gözəl xatirəyə çevrilir.Axşam saat 10:00 – da Gürcüstanın Kutaisi hava limanına endik. Hamı kimi sərhəd məntəqəsindən keçib, Tiflisə gedəcək avtobus biletlərinin satıldığı yerə gəlib çıxdım. Təxminən otuz lari (Gürcüstanın pul vahidi) verib, orta sıralardan özümə yer seçdim. Çox yorulduğumdan düşündüm ki, biraz yatım, onsuz avtobus üç saat yarım yol gedəcək. Bir saat yol getdikdən sonra avtobus ilk fasilə verməli olduğu dayanacaqda saxladı. On beş dəqiqəlik fasilədən sonra yolumuza davam elədik və hər şeydə bundan sonra başladı...Avtobusda kifayət qədər azərbaycanlı sərnişinlər var idi. Kimisi bir-birilə söhbət edir, kimisi yatır, kimisi də mənim kimi sadəcə kənardan hər şeyi izləyirdi. Elə bu an avtobusdakı sərnişin xalalardan biri (azərbaycanlı) həyəcanlı şəkildə Birləşmiş Krallıqdakı yaşama icazəsi kartını gömrük işçiləri tərəfindən yoxlanıldıqdan sonra geri verilmədiyini dedi və əl çantasını axtarmağa davam elədi. Yanımda oturan digər azərbaycanlı oğlan, Samir (şərti addır - 35 yaşı olardı) xalanı (58-62 yaş arası olardı) sakitləşdirməyə çalışır və eyni zamanda məsləhət bilirdi ki, mütləq şəkildə yaxınlaşsın Britaniyanın Tiflisdəki səfirliyinə. Onlar tez bir zamanda həmin kartı tapa bilərlər və ya yenisi ilə əvəzləyə bilərlər. Mən isə hələdə kənardan sadəcə bu olanları izləyir və ara-sıra “SOCAR”ın yol boyu benzin doldurma məntəqələrini pəncərədən görüb öz-özümə həm təəccüb edir (niyə bu qədər çoxdur?), həmdə sevinirdim (bayrağımızı hər gördükcə milli hisslərim yavaş-yavaş üzə vururdu) :). Xala ilə oğlan uzun-uzadı müzakirələrdən sonra nəhayət ki, bir qərara gəldilər, amma qərar nə qərar...Sizə nədən danışım, kimdən danışım, Sizə xalanın yanındakı gəlinindən danışım. Bizim bu gözəl xalamız bu səyahəti tək eləmirdi. Onun yanında bir gəlini də vardı. Bütün bu hadisələr baş vərən vaxtı (haqqına girmədən) sadəcə gördüyüm və xatırladığım qədər ilə bizim gəlin çox sakit və təlaşsız görünürdü. Sanki itən mənim kartım, kömək istəyəcəyim insanlarda bunlar idi. Öz-özümə düşündüm ki, yəqin mən səhv anlamışam, kənardan helə görünür və yoxsa niyə belə olsun ki. Çox da fikir vermədən diqqətimi cəmlədim bizim “məşhur” qərara. Bizim xalamız müzakirənin ən gərgin anında üzünü mənə tutdu və aşağıdakı dialoq yarandı:Xala: Bala, sən də azərbaycanlısan?Mən: BəliXala: Bala, sən də Bakıya gedirsən?Mən (beynimdə): Bu məsələ nəsə yaxşı yerə getmir. Bəlkə deyim getmirəm? Onsuz avtobusda kifayət qədər məndən yaşca böyük azərbaycanlılar var və Bakıya gedirlər. Amma nə hikmətdisə heç birindən bir səs də çıxmır amma hamısının gözü üstümdədi. Sanki, hamısı “hə” deməyimi gözləyir. Mən tam qərarsız qalmışam bu anda. Mən: Xala, üzr istəyirəm eşitmədim.Xala: Bala, deyirəm Bakıya gedirsən?Mən: Bəli, xala. Xala: Bala, sən də mənim bir nəvəm. Gəlinimi Bakıya qədər apararsan?Mən (beynimdə): Xala, mən nənə axtarışında deyiləm. Təklif üçün sağ ol. :D. Gəlinimi Bakıya apar nə deməkdir? Bu sualdan sonra mənim beynimdə qısa qapanma yarandı. Mən: Xala (sözüm kəsildi)Samir: Hə xala, aparar. Niyə aparmasın ki?! O da bir azərbaycanlıdı da. Mən güvənirəm ( hansı ki, bir saat yarım əvvəl tanış olub).Mən: Xala (sözüm yenə kəsildi və mən hələ özümü mədəni aparıram)Samir: Xala, narahat olma. Tiflisdən minərlər taksiyə və üzü sərhəddə. Sonra da ordan taksiynən Bakıya. Xala: Çox sağ ol e, bala. Sən də mənim bir nəvəm. Mən (beynimdə): Nəvə deyib durub ee. Ötürmür. :D Gəlini aparmaq nədi?? Mənə hələ də çatmır. Bu əşya deyil, oyuncaq deyil. Bu insandır, insan!Samir: Hə, xala narahat olma. Məsələ həll olundu. Mən: Əəə, bir-bir (Tağı Əhmədov). Samir bir dəqiqə! Xala, mən Bakıya gedirəm, amma mən necə aparım bu gəlini? Mən ola bilər yolda gecikdim. Mən özümdə birinci dəfədir gedirəm bu yolu. Özüdə biz təyyarə ilə getmirik. Taksi ilə gedirik və gecə saat dörddür. Mən ehtiyat edirəm. Birdən hadisə olar və bunun məsuliyyəti mənim boynumda qalacaq.Xala: Bala, sən də mənim bir nəvəm. Mən qayıdacam Kutaisi hava limanına və sənədlərimi oradan alacam. Bu gəlində səninlə gəlsin.  Samir: Cavid, ə heçnə olmaz. Narahat olma. Mən: Yaxşı, xala. Üç saat yarımdan sonra səhər saat dörddə Tiflis şəhərinə çatdıq. Gecənin qaranlığı və sərin mehi mənə bir anlıq üzərimə yüklənən məsuliyyətdən xilas edib , rahat hiss elətdirdi. Rus dilim “Menya zavut Djavid”den o terefe keçmədiyinə görə Samirdən xahiş elədim ki, bir taksi ilə danışsın və bizi sərhəd gömrük məntəqəsinə aparsın. Yanımıza yaxınlaşan bir dayı ilə (heç qanım qaynamadı ona qarşı) söhbətdən sonra yüz lariyə razılaşdıq. Gözəl nənəmizlə (artıq nəvəsi olmuşdum :D) sağollaşdıq və üzü sərhəddə tərəf yollandıq. On dəqiqə getdikdən sonra taksi sürücüsü maşını saxlayıb məndən pulu tələb elədi. Əvvəldən heç bəyənmədiyim taksi sürücüsünün bu hərəkəti məni daha da narahat etdi. Amma onun qırıq ingilis dili ilə bir təhər razlığa gəldik ki, pulun yarı hissəsini indi, qalan yarısını isə sərhəddə çatanda ödəyəcəm. Artıq qırx beş dəqiqəlik yol mənim gözümdə illərə bərabər bir zamana çevrilmişdi. Telefonumu Britaniyanı tərk edərkən rominq etdirdiyimi düşünürdüm, amma yol boyu telefonumun heç bir siqnal almadığını görüb və internetə çıxışımın olmamasını anlayanda həyəcanım daha da artdı. Ucsuz bucaqsız uzanan və heç bir yol nişan işarəsinin olmadığı yol, sürücünün daima hansısa dildə bir dostu ilə danışığı və rişxənd şəklində gülməyi (məndən haralı olduğumu pulun yarısını verəndə soruşmuşdu), arxa oturacaqda əyləşən gəlinimiz və onun məsuliyyəti və hər an təhlükə gözlədiyim sürücü və bu kimi digər nüanslar artıq məndə Britaniya dövlətinin və cəmiyyətinin mənə aşıladığı təhlükəsizlik hissini qorxu hissi ilə əvəzləyirdi. Bütün bu düşüncələrin içinə qərq olmuşdum ki, məhz o an gəldi...Və budur. Mən artıq “Qırmızı Körpü” sərhəd məntəqəsini görürəm. Uzaqdan da olsa, Azərbaycanımın üç rəngli bayrağını görüb özümə gəldim. Artıq özümü tam təhlükəsiz və qorxmaz hiss edirdim. Taksi sərhəd məntəqəsinin tam qarşısında saxladı. Mən və gəlinimiz maşından düşdük. Sürücünün qalan pulunu verib, təşəkkür etdim. Biraz aralanmışdım ki, arxadan gələn səsə çevrildim:- Salam qardaş.- Mən: Ələykümə Salam. Buyurun.- Siz o sizi gətirən taksini tanıyırsınız?- Mən: Yox, necə ki?- Siz bilmirsiniz o ermənidir?- Mən: Yox, heç bilmirdim. İlk dəfədir bu yolu gəlirəm.- Bəli, qardaş. O bildiyiniz ermənidir. Gələn dəfə gələndə yadınızda qalsın.- Mən: Çox sağ olun. Unutmaram. Biraz aralandıqdan sonra hər şey beynimdə çox aydın bir şəkildə öz yerinə otururdu; mənim niyə sürücünü ilk görüşdən bəyənməməyim, onun mənim haradan olduğumu soruşmağı, pulun yarısını ilk andan almağı və rişxənd ilə gülməyi. Dərin bir nəfəs alıb gəlinimizlə yolumuza, üzü Bakıya doğru istiqamətləndik. Səyahətimizin Azərbaycan tərəfi çox da həyəcanlı keçməsə də, sağ-salamat gəlinimizi evlərinə ötürə bildik. Bu səyahət boyu çəkdiyim stress və həyəcan yenə də AZALa olan fikrimi dəyişmədi. Sonda hamının da marağında olan nənəmə qalanda, hələ də nənəmdən xəbər yoxdur. Ümid edirəm o da sağ-salamatdır. Görənlərdən, xahiş edirəm məni nənəmə qovuşdursun. :D Hekayədən özüm üçün çıxartdığım nəticələr:1. İnsanları tanımadan bu qədər böyük bir məsuliyyəti digər insanlara yükləmək yalnışdır.2. Bəzən belə çıxılmaz anlarda isə ingilislər demiş “ You have to give a go and hope for the best!”3. “Həyatda hər zaman belə şanslı olmaya bilərsən”Sizlərə sayğılarlaƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Javid Abbaszada

1358 dəfə oxunub

İtaliya bələdçisi - İkinci hissə (Yurdumun insanları)

Birinci hissədə yazdığım kimi İtalyanları Avropanın qafqazlıları adlandırırlar və bu adlandırma əbəs yerə deyil:) Qafqazlılar kimi səsli-küylü, istiqanlı, kişiləri qadınlara qarşı həddindən artıq diqqətli, dadlı yeməklər hazırlayan, sevən, qanun-qayda saymayan bir millətdirlər:)Romanı və insanlarını xüsusilə çox sevdim, bəlkə uzun müddət orda yaşayanlar belə düşünmürlər amma turist kimi mən xeyli mehribançılıq gördüm:) Orda qaldığım 2 gün yarım ərzində hara girdimsə, kimdən nəsə soruşdumsa hamısı mehriban şəkildə suallarıma cavab verib və hamısı da avtomotik şəkildə gəldiyim ölkəni soruşublar:)Saatlarla uzun-uzun gəzdikdən sonra Romada, şəhər mərkəzindəki kiçik, amma ürəyi böyük bir kafedə oturdum:) Ən dadlı pastanı seçməyə kömək edən ofisiant qız ( İtalyan kimi İtalyan!:) sifarişimi götürdükdən sonra haradan olduğumu soruşdu. Azerbaijan deyəndə qız dayanmadan "wow", "wow", "wow" etməyə başladı, əlini ağzına tutdu, gözləri yaşardı az qala. Mən şoka düşmüşəm, yoxam orda artıq, bilmirəm nə baş verib. Qız sevinə-sevinə içəri getdi, 1 dəqiqə keçməmiş məni restoranın içərisinə çağırdı ( mən bayırda oturmuşdum), getdim gördüm ki, şefi, onun yardımcısı, ofisiantları yığıb məni təqdim edir, "baxin, bu qız azərbaycandandır" deyə. Nə reaksiya verəcəyimi də bilmədən mat-mat sifətlərinə baxıram, şef əlimi sıxdı, bildirdi ki, əvvəl də Azərbaycandan olan müştəriləri olub. Bir az dil-ağız edəndən sonra yenidən keçdim yerimə, pastamı gözləməyə, yenə ofisiant qız gəldi:) Qız elə xoşbəxtdir ki, yerə göyə sığmır. Mənə dedi xahiş edirəm, mənə Azərbaycanın şəkillərini göstər, mənə insanlarınızdan danış, yeməklərinizin şəklini göstər. Qıza googledan xeyli şəkillər göstərdim, insanlarımızdan danışdım, dedim bəs belə qonaqpərvərik, belə istiqanlıyıq (qız hər cümləmə wow, wow edib, hə, sənin kimi deyirdi), mətbəximizdən yoxdur, ölkəmizdə hər şey zordur????Gördüm mən danışdıqca qız az qala qəhərdən boğulub ağlayacaq, fikirləşdim yəqin azərbaycanlı sevgilisi olub, nisgili böyükdür. Soruşdum ki, sən bəs harda eşitmişdin bizim ölkə barədə, necə tanış olmuşdun Azərbaycanla? Qız mənə deyəsən ki, bəs mən birinci dəfədir eşidirəm sizin ölkənin adını, bundan qabaq heç vaxt azərbaycanlı biriylə tanış olmamışam:) Heç nə, pastamı yeyib, hesabı ödəyib, qızdan da avtobusun nömrəsini soruşub çıxdım???? Da ağartmadım üstünü????Elə həmin avtobusun dayanacağına gedəndə avtobusu dəqiqləşdirmək üçün 80 yaşlarından bir nənədən bir də soruşdum. Nənə dedi, bala, elə düz gəlmisən, bu avtobusdur, yolumuz da birdir:) Yolda dedi, a bala, bəs hara maralısan, hansı güzəran gətirib səni buralara? Dedim, ay nənə, bəs mən Azərbaycandanam, məni İtaliya sevgisi gətirib buralara:) Kaşki söhbəti ən yaxşı yerində sonlandırardım və arxasını eşitməzdim, nənə mənə şillə kimi cavab verdi. Deyəsən ki, bəs mən sizin ölkəni çox sevirəm, iki il bundan qabaq Eurovision ərəfəsində sizin ölkəyə gəlmək üçün vizaya müraciət etdim, mənə viza vermədilər! Nənə danışdıqca kədərlənirdi, məndən xeyli Bakı haqqında soruşdu və sonra dedi ki, bala, elə sənin gəlişin Allahdan oldu, mən bu il padruqamla yenə də Bakıya gəlmək üçün vizaya müraciət edəcəm. Dedim sənə viza verməyənlər ölsün, ay Nənə! Bu yaşında qadın Bakı eşqiylə alışıb yanır amma viza ala bilmir. Nənəylə xeyli söhbətləşib düşdük, dedik növbəti dəfə inşallah Bakıda, 65 nömrəli avtobusda görüşərik !:)Həmin günün səhərisi gəzintimi davam etdirəndə yenə bəzi souslar və ədviyyalar almaq üçün bir marketə girdim. Dəqiq xatırlamıram, satıcı səhv etmirəmsə, əfqan idi. Bir xeyli ədviyyaları seçməkdə mənə kömək edəndən sonra hardan olduğumu soruşdu. Azərbaycanlı olduğumu deyəndə, ooo, ohoo Azerbaijan, Azerbaijan deyib gülümsəməyə başladı:) Bu söhbətin axırının haralara gedib çıxacağını gözləyirdim ki, sağ olsun, çox gözlətmədi məni, hekayəyə başladı:) Edit: Statusdakı bütün yazdıqlarım real həyat hekayələrinə əsaslanır???? Bunu ona görə qeyd edirəm ki, elə biləssiz bu zarafat idi, amma bütün müqəddəslərə, İtaliya sevgimə and olsun ki, deyildi:) Dedi mənim bir azərbaycanlı dostum var idi, o bir dəfə Azərbaycandan toy kaseti gətirmişdi. O, mən və bir İtalyan dostumuz sizin toya baxdıq, çox xoşumuza gəldi sizin toy mərasiminiz. Kasetə baxanda italyan dostumuz bir qız bəyəndi:) Bizim xeyirxah azərbaycanlının sayəsində qız da italyanı bəyənib:) Bunlar 10 il skypla danışıblar və bu məsələ xoşbəxt sonla bitib:) Keçən il nəhayət ki, evləniblər və mənim bu satıcı əfqan da onların toyunda iştirak edib:)Daha bir mutlu hekayəni bitirərək diğərinə keçirəm:)Yenə də axşama yaxın bütün Romanı ələk-vələk edərək, bütün rəssamların çəkdiyi rəsmlərə bir-bir baxaraq, bütün küçə çalğıçılarının konsertlərində şəxsən iştirak edərək, bir az dincəlmək, dincəlmək bəhanə, bir tərəfdə gitara ilə Pink Floydun "Another brick in the wall"nu ifa edən küçə musiqiçilərinin ifasını eşitmək, yanında da show göstərən qara dərililərin performansını izləmək üçün çox strateji bir obyekt seçərək, Panteon kilsəsi ilə üzbəüz olan bir kafedə oturdum. Romaya gəlib tiramisunu yoxlamadan da getmək olarmı (bunlar hamısı behane, tiramisu şehane)? Yox təbii!:) Elə tiramisumu sifariş verəndə növbəti azərbaycansevər ofisiantla qarşılaşdım:) Narahat olmayın, bu qardaş lap real azərbaycansevər çıxdı:) Azərbaycanı lap yaxından tanıyan, ürəyi Azərbaycan eşqiylə döyünən bir rus senyor idi:) Xeyli söhbətləşdik, məndən Bakı haqqında soruşdu, ən dadlı tiramisunu məsləhət gördü:) Yəqin yanında da çay olacaq deyə, bütün mahiyyətimizi ortalığa tökən bir sual da verdi???? Tez-tez gəlib əhvalımı yoxlamaq bəhanəsilə Bakı haqqında sorğu edirdi məni (bir növ Bakı sevgisi və sualları ilə istismar etdi məni!:). Doğurdan da qardaş çox yaxşı adam idi, 5-ce dənə də dil bilirdi. Deyəssiz ki, bəs yaxşılığını hardan bildin?:) Sən demə, bu kafe card qəbul etmirmiş, mənim isə üstümdə cash pulum yox idi. O bunu mənə deyəndə mən də normal olaraq, panikaya düşdüm. Panikaya düşdüyümü görən yardım, həm də azərbaycansevər ofisiantımız dedi "no panik", heç narahat olma, sən mənim qonağımsan, qardaşlıq hər şeydən irəlidir. Sənin hesabını mən özüm ödəyəcəm. Onsuz da quru bir maaş üçün bütün gününü ayaqüstə keçirən, o yan-bu yana qaçan mehriban ofisiantın sözləri lap stressə saldı məni. Çantamı diblərinə qədər eşərək, tam-tamına, hesabıma yetəcək qədər 9 avro tapdım. Sevincək pulumu ortaya qoysam da, "yox, yox, narahat olma, sənin pulunu mən ödəyəcəm, bəlkə pula ehtiyacın olar" deyə pulumu geri qaytarmağa çalışdı. 100 dəfə təşəkkür edərək, hər şeyin yaxşı olduğunu bildirərək, mehribanlıqla ayrıldıq????Əslində yazacaqlarım daha uzun, hekayələr daha çox idi amma uzun olduğuna görə burda kəsirəm:) Sizin də səyahətlərinizdən belə kiçik hekayələrinizi oxumaq umidilə! :)P.S. Şəkillər yenə də Google'dandı:)19 Avqust 2017Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:Narmin Kamilsoy  

942 dəfə oxunub

"Hərbiçi şəhər" Grenobl və Italiyadan xatirə

Hər kəsə salam. Nostalji Italiya ve Fransa xatirələrindən.. Indi korona günlərində şəkillərə baxib o günləri yada salırıq)) Italiyada Milan, Turin, Roma, Fransada isə Grenobl şəhərini gəzdim. Italiyaya 2019-ci ilin noyabrında səfər etmişdim, necə deyərlər korona Italiyaya çatmamış gəzib qayıtdım. Ümumi olaraq onu deyə bilərəm ki, Italiya başdan ayağa tarixi - memarlıq, incəsənət ölkəsidir, onu gəzib dolanmağa aylar da bəs etməz. Mənim kimi Romaya cəmi bir gün vaxt ayırsaz, böyük səhv etmiş olarsınız. Ondansa ora getməyin. Oteldən çıxıb ayağını küçəyə atı rsan ki, hər tərəf tarixdir. Hər küçə, tin, dalan gəzib və görməli tarixi məkanlardır. Ümumiyyətlə, Milanda Duomo və Vatikandaki kilsəni gəzərkən öz-özümə heyrətə gəldim ki, əsrlər boyu təmizlik mədəniyyəti olmayan (çimmək nədir bilməyən) Roma papaları, Italiya xalqı necə belə möhtəşəm memarlıq və incəsənət nümunələrini tarixə bəxş ediblər. Yerdən 50 metr hündürlükdəki tavanda işlənmiş rəsm əsərləri, daş işləmələr necə ərsəyə gəlib? Fikirləşə -fikirləşə qalirsan)) Romada həmin o qladiatorların döyüşdüyü böyük tikilinin yanına gedərkən isə özünüzü dilənçilərdən və ola biləcək hər cür fırıldaqdan qoruyun, hər şey ola bilər) Şükür, mən yaxşı qurtarmışam.Yeri gəlmişkən, həmin tikilidə həmçinin Azərbaycan dilində xidmət göstərən yerli bələdçilər də var (pulumuz az olduğundan onların yanından səssiz keçib özümüzü tanıtmadıq).Fransanın Grenobl şəhəri isə kiçik, lakin çox rəngarəng və möhtəşəm şəhərdir. Şəhərin əsas tarixi üstünlüyü odur ki, burjua inqilabı bu şəhərdən başlayıb. Belə ki, Bastiliya qalasının silah anbarı bu şəhərdə yerləşib və yerli əhali həmin anbarı elə keçirəndən sonra Parisə qədər yürüş ediblər(şəhər əhalisinin mənə verdiyi məlumata əsasən deyirəm). Yekun olaraq onu deyim ki, danişmaqla bitməz. Gedənlər görüb, görməyənlərə də qismət olar Inşallah.P.S. Hamı qiymətlərin baha olduğunu bilir. Italiyada yarim litrlik kolaya 2-3 euro (bizim pulla təxminən 5azn) verərkən adamı cox da yandırmır amma üzr istəyirəm ayaqyoluna girişin 1 euro(bizim pulla 2 MANAT) olduğunu görəndə içdiyin kola da səni yandırır)).Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Orxan Hüseynov 

1167 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!