1045 dəfə oxunub

Səyahət əhvalatları - İtaliya

Rimindəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Hər vaxtınız xeyirli ve maraqlı olsun, Gəzəyənlər )

Tövbə-tövbə ... İlk və axırıncı kollektiv səyahətim .

İlk İtaliya macəramdan söhbət açmaq istəyirəm .
2013 ildi , Martın 18-i qızım məktəbdən 14 günlük İtaliyaya yola düşəcək . Tək getməsin deyə, mən də bu 23 nəfərlik qrupa qoşuldum . Məndən böyük bacım var, ona da dedim, uçduq Riminiyə ) Adama 1400€ ödəmişik, bura daxildi : aviabilet, səhər +axşam yeməyi +otel 4* //hər günə 2€ vergi haqqı daxil deyil // və Roma + Venesiya+ r-ka San Marino + Florensiya + Vatikana getmək.

[caption id="attachment_1072" align="aligncenter" width="551"]39085302_1917332201658007_7893900983808294912_n San Marino[/caption]

Deməli, 6 qün Riminidə qaldıq , oradan hər qün bir şəhərə yollanırdıq (Piza, Qenuya, Verona Milan, Bolonya) .
İlk gündən xəstələnmişəm, ağzımın-burnumun suyu , boğazım qatışıb bir-birinə ) Yeməkpərəst deyiləm, amma bu İtaliyada ürəyim kənd toyuğunun bulyonunda bişmiş, göylü-göyərtili qaynar-qaynar sup, bir də kəkotulu, dəmli çay istəyir )

Hər səhər 10 cür kruassan, 7 sort yumşaq- bərk pendir, 5 vid’də yağ və yumurta , paket çayı görəndə gözlərim qaralır ???? Şam yeməyinə də - mal, toyuq, donuz əti + düyüdən, paxlalılardan qarnir və çiy ???? bişmiş MAKARON ???????? Birdənə də olsun nə meyvə, nə tərəvəz, nə göy-göyərti menyuda yoxdu . Heç doğranmış kələm, bibər belə süfrəyə qoymurlar ????

Əvvəllər, 7 il vegetarian olmuşam ( yumurta, ət, balıq və onlardan hazırlanmış heç bir yeməyi dadmamışam ) . Bu səbəbdən də meyvəyə və göyərtiyə çox meyilliyəm . İndi ət yeyirəm , amma halal olmayan ətə və onunla bir verilən qarnirə ,acından ölsəm də, toxunmuram.

[caption id="attachment_1073" align="aligncenter" width="551"]39089047_1917331501658077_9118332216424792064_n Florensiya[/caption]

Günortanı şəhərdə yeyirik , oda ki ayaq üstü pizzayla falan keçiririk )
Nəysə, 6-cı günümüzdü - Bolonyadayıq . Şəhərə çatan kimi , bacımla mən qruppadan ayrılırıq və özbaşımıza dolanırıq . Şəhərdə gəzdik-fırlandıq , alış-veriş etdik və...????????

Ay qardaş , qəfildən elə bil məni atdılar vosmoyun(8) bazarına ???? Qadan alım, ara küçələrdə bir bazar var , bir bazar var ???? İndi bilmirəm sevinəm, bilmirəm hirsim’dən özümü çırpam Bolonyanın bu dar küçələrinə , bilmirəm ağlayam))) Day nələr yoxdu ... Göy-göyərtinin iyi adamı bihuş eliyir . Görməmiş kimi, lazım olanı da aldım, lazım olmayanı da .

Düzünü desəm, yeməyə meyilli adam deyiləm. Ay nəfsim nəysə istəsin, tez onu ya bişirim, ya alım yeyim - yox . İtaliyanın havası mənə başqa cürə təsir eləyib ????

Uje Romadayıq, şəhərin mərkəz yerlərinin birində otelə yerləşdik .
Səhər yeməyi oteldədir, menyu Riminidəkindən az fərqlənir .

[caption id="attachment_1074" align="aligncenter" width="549"]39021209_1917332411657986_8005956057790676992_n Neapol[/caption]

5-10 dəqiqəlik aralıqda xudmani, çoox simpatiçni restoran var, şam yeməyinə ora gedirik. Bizi restoranın şefi, tipik italyan sifətli, pozitiv Mario qarşıladı ) Dedi ki : “ Mən çox tanınmış aşbazam, ona görə ki xanımım 11-ci uşağımıza hamilədi, klinikadadı və körpənin doğulmasını gözləyirik. “Sonra bizə İtaliyada “bərk gedən “, yüksək tirajlı jurnal gösdərdi - üst vərəqədə şef-Marionun fotosu və ailəsi haqda məqalə )

Nəysə, yeməyimizi gətirdilər. Pomidorlu-bibarlı ət qızartması, etli-göbələkli sup, kotletlə+spagetti. Mən yemirəm, Mario yaxınlaşdı mənə. Niyə yemədiyimi soruşdu, mən də anlatdım.

Girdi qoluma, apardı məni mətbəx zonasına. 4 yaraşıqlı qaraqaş-qaragöz oğlanlarla məni tanış elədi. Dedi ki: “Bunlarda müsəlmandılar, başıma bəladılar, qazanları da, çömçələri də ayrıdı. Sən bizim qonağımızsan, hər gün daa 4 yox , 5 personluq - sənə də yemək bişirəcəklər .”
Bax beləəə ????

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Sevinch Huseynqizi

 

 

DİGƏR BLOQLAR

Səyahət əhvalatları - "Hər şeyə rəğmən"

Salam, dostlar. Başıma gələn maraqlı hadisəni paylaşmaq istədim. Bu yazı biraz uzun olacaq. Ümid edirəm sıxılmazsınız. Hadisələri olduğu kimi danışacam. İndiyədək xaricdə olmamışam və Mingəçevirdə yaşayıram. Bakıya belə az-az, bayramdan bayrama gəlirdim. Daim Avropa həvəsi ilə yaşayan biri olmuşam və hələ də eləyəm. Mən keçən il İspaniyada "ERASMUS +" mübadilə proqramı ilə oxumuşam. Pasxa zamanı digər şəhərləri, ölkələri gəzmək istədik. Səyahəti planlamağım tam 1 həftəmi almışdı. Hostellər, biletlər və s. Başlayanda bilirdim ki, başıma nələrsə gələcək ????????????‍♀️ İlk planımız Venesiya oldu. Madrid -Lyon-Venesiya və səhər 32 saatdan sonra, saat 06:00-da Venesiyaya çatdıb, hostelə yollandıq. Heç ağlımızdan da keçməzdi ki, hostel bağlı olar. 3 saat binanın qarşısında oturub gözləyəndən sonra bir müştərinin yazığı gəlib pəncərədən açar atdı. Biz daxil olduq foyede hostel işçisini gözlədik və nəhayət gəldi. 2 gecə 3 gün orda olduq çox da maraqlı oldu  bizim üçün. Sonra yollandıq Kölnə (gəzdiyim yerlərin içəridində ən rahat və təhlükəsizi). Orada Hard Rockda qaldıq. Ucuz və tam mərkəzdə idi deyə tutmuşduq oranı. Təsadüfən sahibinin azərbaycanlılar olduğunu öyrəndik. Nəisə çox uzatmayım, oradan yollandıq Brüsselə. Çox gözəl şəhər idi, lakin axşamüstü gərək tək şəhərə çıxmayasan (homelesslər, oğrular dəhşət çox idi). Hətta qaldığımız oteldə bizə iranlı oğlan bildirdi ki, Şimal stansiyasından gedəcəksizsə ehtiyatlı olun. Bizim də bəxtdən biletimiz orda idi və ehtiyatlı şəkildə ora yollandıq. Yolda görmədiyimiz hadisə olmadı. Sağ-salamat ora çatdıq. İçəridə gözləməyə başladıq. Avtobusumuza tam 2 saat var idi, birdən yaxınlıqdakı qızların passportlarının oğurlandığını gördük. Security tərəfdə gözləməyə başladıq və buranı da sağ salamat atlatdık )) Sonra isə Parisə yollandıq, 2 gün yol getdik. Ən qorxduğumuz bu şəhər idi amma rahat yola verdik. 3 gecə də burda qaldıq.Və son məntəqə - kaş getməz olaydım dediyim yer, bu postun kuliminiyasiya nöqtesi - Marsel (Le petit Marseillais markasını da görəndə qorxuram????????????‍♀️) Google'deki dəniz limanı görüntüsünə aldandım????             Nəisə əslində peşman deyiləm, düşünürdüm ki, heç vaxt tək başına nəyisə həll edə bilmərəm amma yola verdik. Onu deyim ki, gedəcəyim yerə hər çatdığımızda anama xəbər verirdim. Marselə də çatanda yazdım və anamın cavabı bu oldu "İnternetdə baxmışam, qızım, ora biraz təhlükəlidir, ehtiyatlı ol." Necə də hiss edib canım anam❤️ Biz yarım günlük yoldan sonra stansiyaya çatdıq. Fikirləşdik ki, çox gəzmişik. Dua edirəm ki, sağ-salamat, xatasız-balasız yola verdik və İspaniyaya - evə qayıdırıq. Dedik bu şəhəri gəzməyə tələsməyək, biraz dincələk, stansiyada oturaq. Stansiyada uzandıq növbə ilə yanımdaki qız ilə. Mən fikirləşdim ki, gedib su, yemək alım və mübahisə elədik. O dedi mən gedəcəm, mən dedim mən. Mən getdim sonda.Uzaqlaşalı 15 dəqiqə olmuşdu ki, qız zəng etdi: "Rasta, de ki, sumkanı özünlə aparmısan". Elə o andaca fsoo dedim getdi sumka, pul, pasport, hər şey????????‍♀️ (mənim də yekə qəhvəyi rəngdə rukzakım var idi. Dedim gedib yemək alıb gələcəm qızın yanında qoyum, gedib- gələrəm. Halbuki yanımdan ayırmırdım) Ağlıyaraq gəldim qışqır-bağır sumka, içərisindəkilər hər şey gedib təkcə telefonum qalıb. Deməli iki oğlan yaxınlaşıb qıza biri saat soruşib, sonra da qorxudub sumkamı götürüb gediblər. Mən ağlaya-ağlaya çatdım ki, qız hələ şokdadır. Əsəbləşdim, incidim amma anladım ki, əldən nə gələr olan olub. Bir yandam deyirdim ki, məşhur deyimdə olduğu kimi - Kişinin başına iş gələr. Bu an orda dərdimizi başa salmağa çalışdıq amma heç kəs ingiliscə bilmirdi, Sonda fransız oğlan bizə yaxınlaşdı başa saldı ki, gedin polisə itkiyə aid rapor alın , sağolsun bizi polis idarəsinə apardı gözledi bizlə. Elə bu anda 20 nəfərin passport çantası itdiyini də öyrəndik (tək mən deyilmişəm deyə özümə təsəlli verirəm????) Tam 5 saat gözlədik və bizə rapor verdilər sonda. Qaça-qaça gəldik ki, Madridə gedən avtobusuma çataq, Flixbus idi adı amma Öiubus adı ilə tərpənib artıq avtobus. Bizim kimi neçə adam da gözləyib bilməyib. 100 € da belə batdı. Sumka itib (İspaniyadakı ev açarları, kartlarım, passport Az kartları və s), avtobus gedib, biz o lanetli stansiyadayıq yenə.????????‍♀️ Artıq itirməyə də heç nəyimiz qalmıyıb, qorxuruq.  Bu anda türk qızlar yaxınlaşdı və "birlikde beklesek olur mu" dedilər. Təbii ki yaxınlaşdıq və ünsiyyət qurduq. -Avtobusun belə etməyi, passport itməyi, əsəblər gərgin anama atama da heç nə deyə bilmirəm (Təzyiq və ürəkləri narahatdı. Onları da tələşlandırmaq istəmədim????). Ancaq zəng edib bacıma dedim. O da 1-2 dəqiqə danladı sonra çıxış yolları dedi .Sonra türk qızlar ilə gözlədik. Gecə düşürdü. Türk qızlar mənim passport məsələmdən sonra lap qorxdu. Səfirliklərinə zəng etdilər və gəlib götürdülər bizi. Gecəni səfirlikdə qaldıq. Sürücü səhər-səhər bizi yenidən stansiyaya gətirdi. Yanımdakı qızın kartı ilə bilet aldıq, Madridə yollanırdıq. Tam sevinmişdim ki, artıq vso rahatam, evə çatıram. Çünki, avtobusda indiyədək gəldiyim yerlərdə sərhəddə passport yoxlamırdılar. Bu cəhətdən rahat idim, Elə Marselin çıxşında polis saxladı və o ürkütücü cümlə "Passport Control". Əlim-ayağım keyidi. Həll yolu axtarırdım. Fransada yolda məni düşürtsələr nə edəcəm? Ağlayıram, heçnə fikirləşə bilmirəm polis yaxınlaşdı passport istədi . Başa sala bilmirəm. "Lost lost" deyirəm. Fransızlar da ingiliscə bilmir, başa düşmür. Ömrümdə hələ elə çarəsiz hiss etməmişdim. Yanımdakı qıza çöndüm dedim ki "nəsə edək izah et, bir şey elə". Bu anda Polisin biri əlini çiynimə qoydu ki, "Korkma, anlat bakıyım noldu?" Bu hissi izah edə bilmərəm həqiqətən - Polisin birinin türk olması????????dərdimizi dedim. Dedi "rapor filan bir şey varsa keç sən, sorun yok" Biz sənədi təqdim edib keçdik. Madridə çatdıq Səfirlikdən gün aldım. Azərbaycana getməmişdən 3 öncə gedib sənədəri götürməli idim. İnternetdə hər şeyi qaydasına salıb getdim Madridə 3 saat gözlədim. İyun ayı idi və bildim ki, qeyri-iş günü imiş???? off Rasta, yenə bəxtin gətirmədi deyirdim ki, Səfirlik nümayəndəsinin (Adil Şükürov, burdan bir daha öz təşəkkürümü bildirirəm) əlaqə nömrəsini tapıb ona zəng etdim. Sağolsun axşam gəldi və sənədləri həll etdi???????? Nəyahət evimə - Mingəçevirimə gəldim çıxdım.Xülasə mənim kimi heç vaxt evdən qırağa çıxmamısızsa çıxın, komfort zonanızı tərk edin. Desəydilər ki, getmə itirəcəksən passportu yenə gedərdim. Hər gördüyümüz, yaşadığımız bir təcrübədi. Nəyi yaşamamışıqsa onu mütləq yaşayırıq. Yeni ölkələr, şəhərlər, yeni macəralar diləyi ilə#gəzəyənlər #aviasalesazƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Rasta Pashayeva

2096 dəfə oxunub

Səyahət əhvalatları - İrana aparan yollar

Uşaq vaxtı səyahət arzumun ünvanı Qərb, Avropa və s. idisə, illər keçdikcə bu, özünü cana yaxın Şərqə dəyişir. Isti yerləri sevirəm. Yayda, iyulun cırhacırında, bir səyahətdən qayıtdıqdan 3 gün sonra, qaşınmağa başladım. Təbrizi, Ərdəbili görmək çoxdankı arzum idi. Qismət olmamışdı.Yazını oxuyan və 'Təbrizin nəyini tərifləyir', '50 il geridə qalıb', 'orda hər yer moşşennikdir' kimi düşüncələrə elə indidən qapılanlar, oxumasalar yaxşıdır.Jurnalistikada müəllimim Vəli Əkbərə zəng etdim. Dedim, bəlkə Təbrizə gedək? Təklifdən bu qədər sevinəcəyini düşünmürdüm düzü. Adamın ürəyi açıldı. Beləliklə, 1 gün sonraya səyahəti planlaşdırdıq.Soruşduq dost-tanışdan, dedilər Biləsuvardan keçin. Astarada çox adam olur və s.. Həm uzaqdır.. Amma Azərbaycanda ayaq basmadığım 2 rayon var idi. Sədərək və Astara. Dedim, yox ey, yolüstü keçməliyəm Astaradan. Maşını xodlayıb, düşdük yola. Yeni çəkilən adı pullu, özü isə hələlik pulsuz olan yol çox əladır. Səni düüüz Astaranın mərkəzinə aparır. Elə mərkəzdə yol soruşurduq ki, dedilər qardaş bu deyy, sərhəddəsiniz. Şəhərdə bir məhəllədir sanki. Maşını günü 2 manata sərhəddə bir dayanacağa qoyub, piyada xəttinə yaxınlaşdıq. Indi gözləyirik ki, basabas olacaq, qırğın qiyamət.. Gördük adam nəəzir)) Bizim sərhəd-keçid məntəqəsi çox baxımlı və səliqəlidir. Rahat keçdik. Bizimlə bərabər 'Iranda qadın' deyiləndə sonuncu dəfə 60-cı illərdə olan biləcək geyimlərdə 4-5 xanım da keçirdi. Sərhəddin bu tərəfində əyinlərində, azərbaycanlı turistlər Qırmızı Körpünü keçib, Batuma gedəndəki kimi əyinlərinə geyindikləri paltarlardan olsa da, neytralda altdan- üstdən qıfıllanmağa başladılar. Bəli.. körpünün yarısını keçərkən gözümüzə Iran bayraqları dəyməyə başlayırdı..Qarşı tərəfə doğru getdikcə baxırıq ki, a kişi burda da adam nəəəzir.. Səbəbini bilməsək də, çox çox rahat formada Iran sərhəddini də keçdik. Pasportlarımıza peçat zad vurmadılar, deyim ki.Hələ Bakıda olanda Irana gedəcəyimizi bilən hər kəs, sərhəddən ehtiyatlı olun, aldadırlar demişdi. Biz də onun təsiri ilə qorxa-qorxa bir taksiyə yaxınlaşdıq. Daha doğrusu, özü bizə yaxınlaşdı. 20 yanvar metrosunun çıxışındakı Sumqayıt taksiləri kimi) 20 qəp.. yo, istəmədilər)) Qardaş dedi ki, baba, hara gedirsiniz? Dedik, Ərdəbilə. İlk ünvan Ərdəbili seçmişdik. Dedi, sizin pulla 5 manata apararam. Dedik, nə ucuz)) Nəsə, mindik maşına.. 90-cı illərin nostaljisinə qapılaraq yola düzəldik.Talış dağlarının davamı, sərhəddin o üzündə də uzanır. Əla mənzərələr var. Bir 20 dəqiqə bu həzzi yaşadır insana. Sonrasa tuneli keçərək dağlıq ərazini tərk edirsən. Sarı tonlu Selcan xatun.. Sorry, sarı tonlu qayalıqlar, səhra başlayır. Bu şofer qardaş dedi ki, acmamısınız? Baay, ölürük acından.. Saxladı bir 'Bığ' restoranı fason yerdə. Yeməyə nə var? Aşla kabab)) Ver gəlsin.. Buarada hər kəs Azərbaycan türkcəsində danışır. Nə fars, nə bir şey.. Fars o torpaqları ilhaq etdiyini düşünə bilər.. Yəni, yalnız düşünə bilər. Beyin və dil azərbaycanca işləyir insanlarda.Yedik, hesabı soruşanda qardaş dedi nə bilim neçəsə min tümən. İrana gedəcəklərçün deyim: Ölkənin rəsmi pulu rial olsa da, hamı bir sıfırı nominaldan silərək, tümən deyir. Məsələn, 100 000 lik rial, gündəlik həyatda 10 min tüməndir. Kursu indi unutmuşam, haradasa 20 manat elədi hesab. Məsələ aydın idi.. Şofer qardaş, daimi işlədiyi restorana aparmışdı. Sonradan faizini alacaqdı.. Nuşi can!Hesabı manatla(!) ödəyib, yollandıq. Ətraf çox köhnədir. Yollar, avtomobillər, evlər.. Amma biz torpağın adına vurğunuq. Azərbaycana gəlmişik. Cənubi və daha böyük Azərbaycana..Heyranlıqla ətrafa baxa-baxa, ənənəvi xam adam sualları verə-verə, Ərdəbilə çatdıq.Bizim tərəflərdə bir yer uzaq olanda 'elə bil Ərdəbilə gedir' deyib, uzaq olduğunu düşünsək də.. Ərdəbil çox yaxındır. Dilimiz qədər.Ərdəbil, Şah Ismayılın və Şeyx Səfinin məzarının olduğu şəhərdir. Yolboyu da həsrətlə onların qəbrini görmək istəyirdik. Damardakı qanımız bizi o məkana doğru aparırdı.. kimi ədəbi-fəlsəfi cümlələr qura bilərdim....amma taksi sürücüsü ənənəni pozaraq, fikirləri alt-üst etməyə imkan vermədi. Bizdən daha bir 20 manat alaraq, Ərdəbilin tam mərkəzində düşürdü. Sən demə adama 5 manata gətirirmiş.. Və bizi 4 nəfər kimi görüb.. Mürtəd oğlu mürtəd.. Halal eləmirəm..))Posta bir neçə foto əlavə edərək, sizi bezdirməmək niyyətilə hekayənin davamını 1 həftə sonraya saxlayıram. (Əslindəsə, yazmaqdan yoruldum))))

1764 dəfə oxunub

Xalaxel gölünə gəzəyən turu

Bugün sizə karantin günlərində Zaqatalada yerləşən Xalaxel (Zaqatalada daha çox Xalaxi deyirlər) gölünə etdiyim səyahətdən danışacam. Buzlaq mənşəli olan bu göl dəniz səviyyəsindən təxminən 3060 metr hündürlükdə, yüksək dağlıq ərazidə yerləşir. Əslində gölə getməyi keçən ilə planlasam da yol yoldaşı tapmadığıma görə səyahətim ləngiməli oldu. İyulun 5-dən Şəkinin də karantinə alınacağını eşidəndə 3-ü axşamı qərara gəldik ki, yollar bağlanmamış tez-bazar özümüzü Zaqatalaya yetirək. Dostum Vüsal ilə Qəbələdən yola çıxdıq və artıq axşam Zaqatalada idik .Yolüstü Qaxda yerləşən Kürmük Alban məbədinə də baş çəkdik. Planımızda Xalaxel gölünə Qanslar şəlaləsinin yerləşdiyi dərə ilə getmək vardı. Lakin kənddə yaşayan və ərazini yaxşı tanıyan çobanların məsləhətinə əsasən, Yuxarı Çardaqlar kəndindən başlayaraq yaylaqlar boyu uzanan marşrutla getmək qərarına gəldik.1-ci gün, 22km İyulun 5-də səhər saat 6-da 3 nəfər taksi ilə Yuxarı Çardaqlar kəndinə yollandıq. Qeyd edim ki, hər üçümüz gölə ilk dəfə gedirdik və şəxsən mənim içimdə çox böyük sevinc vardı. Kəndin bitəcəyindəki çay dərəsindən cığırla yola başladıq, bir neçə kilometr yol qət etdikdən sonra artıq kolluğun başladığını və dərə ilə davam etməyin rahat olmadığını gördük. Üzü meşəliyə tərəf biraz dırmaşandan sonra gəlib köhnə at cığırına çıxdıq ( bu yerdə bəxtimiz gətirmişdi). Cığır bizi meşə massivinin bitdiyi göz oxşayan, yamyaşıl alp, subalp çəmənliklərinin başladığı yerə gətirib çıxardı. Bu yerdə Metrologiya stansiyası yerləşirdi.Metrologiya stansiyasında işləyən nur üzlü insanlar bizi çaya dəvət etdilər. Biz də dəvətə icabət etdik, düzü, dağda çaya yox deyə bilmirəm)). Stansiya olduqca gözəl bir yerdə yerləşdiyindən, burdan üzü Zaqatalaya açılan mənzərəni seyr eləmək nəyə desəniz dəyərdi. Hər tərəf al-əlvan çiçəklərlə dolu idi .. Artıq günorta idi və biz yüngül günorta yeməyindən sonra yola davam elədik. Yol boyu gözəl mənzərələrə baxa-baxa ruhumuz dincəlirdi. Təbiət qoynunda insan fiziki olaraq yorulsa belə özünü ruhən çox xoşbəxt hiss edir. Bunu təbiətə bol-bol səyahət edənlər daha yaxşı bilər)))4-5 saatlıq yoldan sonra növbəti çoban alaçığında dincimizi aldıq. Burda da bizi çobanlar, Murad və Piri olduqca qonaqpərvər qarşıladı, çatan kimi çay süzdülər və bizi axşama da qonaq saxlamaq istədilər. Ancaq biz burada çox ləngiməyib, gölə ən yaxın çoban alaçığı olan Daşkəsən yaylağına üz tutduq. Onlara söz verdik ki, qayıdanda sizə yenə baş çəkəcik)))) Alaçığa çatanda artıq hava qaralmağa başlayırdı, burda da bizi olduqca qonaqpərvər qarşıladılar. Biz axşam üçün öz çadırımızı qurub yatmaq istəsək də çobanlar təkidlə öz alaçıqlarında yatmağımızı istədilər.(alaçıq həm təhlükəsiz, həm də böyükdür)Bu bölgədəki çoban alaçıqları ətrafı daşlarla hörülmüş, dam hissəsi isə əsasən dəmirdən düzəldilir. Alaçığın içinə yay boyu pendirlər yığılır. Olduqca dadlı olan bu pendirlərin dadına baxmaq fürsətimiz də oldu. Bəzi çobanlar göl yolunun çətin olduğunu, ərazidə havanın tez-tez dəyişdiyini, dumana düşə biləcəyimizi desələr də onlara ilk dəfə dağa çıxmadığımızı, müəyyən bir təcrübə sahibi olduğumuzu deyəndən sonra bizə inamları yarandı və göl yolu haqqındakı məlumatlarını bizimlə bölüşdülər. Axşam isə bizi öz süfrələrinə dəvət edib yaylaqda dadına doymadığım quzu soyutmasına qonaq etdilər.(yaylaqlara yolunuz düşsə mütləq dadına baxın). Beləcə, ilk günümüzü belə tamamladıq və səhər yürüşün davamı üçün hazırlıq görəndən sonra yatıb dincimizi aldıq. Yuxuya getməzdən əvvəl özümü hədsiz dərəcə də xoşbəxt hiss edirdim. Bu həm sabahkı yürüşün, həm də insanların qonaqpərvərliyinin bəxş etdiyi xoşbəxtlik idi. 2-ci gün, 26 kmSəhər mümkün qədər tez durub yola çıxdıq.(saat 6-da) Qarşımızda uzun yol bizi gözlədiyinə görə motivasiyamızı yüksək tuturduq. Yürüş vaxtı çoban alaçığının itləri bizi qovub yolumuzu uzatsa da hədəfimizə doğru yorulmadan böyük bir əzmlə davam edirdik. Saat 12-də artıq mənzərəsi ilə insanın ruhuna rahatlıq verən Xalaxel gölünə çatdıq. Gölün ətrafında şəkillər çəkdirib gölün suyundan da içdikdən sonra yavaş-yavaş geriyə, Daşkəsən yaylağına doğru yola düzəldik. Məqsədimizə çatdığımız üçün artıq rahat və xoş təsüratlarla geri qayıdırdıq.Təxminən saat 5-də gəlib yaylağa çatdıq. Yaylağa qoyduğumuz yükləri götürəndən sonra yolçu yolunda gərəkdir deyərək yola düşdük. Hava qaralana yaxın bir gün əvvəl çay içdiyimiz çoban alaçığına gəlib çatdıq. Gecəni onların alaçığında qalmağa və səhər Muradla birlikdə yola düşməyə qərar verdik. (bizi daha qısa yolla Sabunçu kəndinə düşürəcəyini dedi ) Artıq əsas hədəfimiz olan gölü görmüş və təbiətin bəxş etdiyi müsbət enerji ilə ruhumuz qidalanmışdı.3-cü gün, 12km Səhər 05:30-da yuxudan durub tez-bazar səhər yeməyini yedik və yola düşdük. Qayıdarkən yüklərimizin bir hissəsini kəndə düşən atlara yüklədik və bu sayədə rahat yol gəldik. Geri qayıtdığımız yol getdiyimiz yoldan fərqli olaraq Sabunçu kəndinə düşürdü. Səhər saat 9-da artıq biz kəndə çatmışdıq. Kənddən axan çayda çimmək üçün çay daşlarından çox gözəl bəndlər düzəldilmişdi. Biz də yol yorğunluğumuzun çıxması üçün özümüzü atdıq bu bəndlərdən birinə. Beləcə Xalaxel gölü səfərimizin sonuna gəldik. Görülməli yerlərdən biridir deyə düşünürəm. Əminəm ki, gölü gördüyünüz an bütün yorğunluğunuz çıxacaq.Ümumilikdə 60 km yol qət etdiyimiz bu səfərdə işinizə gələcək bir neçə qeyd.1) Dağ yolları Azərbaycanın digər ərazilərinə nisbətən (Qəbələ, Quba, Qusar və s) daha rahatdır.2) Kifayət qədər dağçılıq təcrübəniz yoxdursa bələdçisiz getməyi məsləhət görməzdim. 3) Hava şəraitini mütləq nəzərə alıb gedin.Çünki göl 3000+ ərazidə yerləşir. 4) Özünüzlə tez xarab olmayan yeməklər götürün.( mən daha çox ton balığı götürürəm) Ocaq götürməyi unutmayın, çünki meşə massivi təxminən 2000 metr hündürlükdə bitir.5) Çobanlardan eşitdiyim qədəri ilə ərazidə ayılar var və axşamlar qoyun sürülərinə hücum edirlər. Ehtiyatlı olmağınız məsləhətdir. Özümüzlə nə götürməliyik deyə soruşsanız.1) Çadır 2) Yuxu tulumu3) Mat4) Baş fənəri (ehtiyat batareyalar)5) 4 günlük ərzaq 6) Ocaq (Qaz balonu+ başlıq)7) Yürüş çubuqları ( yol uzun olduğundan tez yorulmamağınız üçün )8) Su qabı (Çoban alaçıqlarının yaxınlığında bulaqlar var, soruşsanız göstərəcəklər)9) Ehtiyat paltar ( yağmurluq, başınızı günəşin güclü şüalarından qorumaq üçün panama)10) İlk yardım çantası (Günəş kremi ) və s.Sonda göstərdikləri xoş münasibətə görə Murad,Tunar və digər Zaqatalalı dostlara dərin təşəkkürümü bildirirəm.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ulvi Aslan

4388 dəfə oxunub

"Hərbiçi şəhər" Grenobl və Italiyadan xatirə

Hər kəsə salam. Nostalji Italiya ve Fransa xatirələrindən.. Indi korona günlərində şəkillərə baxib o günləri yada salırıq)) Italiyada Milan, Turin, Roma, Fransada isə Grenobl şəhərini gəzdim. Italiyaya 2019-ci ilin noyabrında səfər etmişdim, necə deyərlər korona Italiyaya çatmamış gəzib qayıtdım. Ümumi olaraq onu deyə bilərəm ki, Italiya başdan ayağa tarixi - memarlıq, incəsənət ölkəsidir, onu gəzib dolanmağa aylar da bəs etməz. Mənim kimi Romaya cəmi bir gün vaxt ayırsaz, böyük səhv etmiş olarsınız. Ondansa ora getməyin. Oteldən çıxıb ayağını küçəyə atı rsan ki, hər tərəf tarixdir. Hər küçə, tin, dalan gəzib və görməli tarixi məkanlardır. Ümumiyyətlə, Milanda Duomo və Vatikandaki kilsəni gəzərkən öz-özümə heyrətə gəldim ki, əsrlər boyu təmizlik mədəniyyəti olmayan (çimmək nədir bilməyən) Roma papaları, Italiya xalqı necə belə möhtəşəm memarlıq və incəsənət nümunələrini tarixə bəxş ediblər. Yerdən 50 metr hündürlükdəki tavanda işlənmiş rəsm əsərləri, daş işləmələr necə ərsəyə gəlib? Fikirləşə -fikirləşə qalirsan)) Romada həmin o qladiatorların döyüşdüyü böyük tikilinin yanına gedərkən isə özünüzü dilənçilərdən və ola biləcək hər cür fırıldaqdan qoruyun, hər şey ola bilər) Şükür, mən yaxşı qurtarmışam.Yeri gəlmişkən, həmin tikilidə həmçinin Azərbaycan dilində xidmət göstərən yerli bələdçilər də var (pulumuz az olduğundan onların yanından səssiz keçib özümüzü tanıtmadıq).Fransanın Grenobl şəhəri isə kiçik, lakin çox rəngarəng və möhtəşəm şəhərdir. Şəhərin əsas tarixi üstünlüyü odur ki, burjua inqilabı bu şəhərdən başlayıb. Belə ki, Bastiliya qalasının silah anbarı bu şəhərdə yerləşib və yerli əhali həmin anbarı elə keçirəndən sonra Parisə qədər yürüş ediblər(şəhər əhalisinin mənə verdiyi məlumata əsasən deyirəm). Yekun olaraq onu deyim ki, danişmaqla bitməz. Gedənlər görüb, görməyənlərə də qismət olar Inşallah.P.S. Hamı qiymətlərin baha olduğunu bilir. Italiyada yarim litrlik kolaya 2-3 euro (bizim pulla təxminən 5azn) verərkən adamı cox da yandırmır amma üzr istəyirəm ayaqyoluna girişin 1 euro(bizim pulla 2 MANAT) olduğunu görəndə içdiyin kola da səni yandırır)).Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Orxan Hüseynov 

1394 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!