1654 dəfə oxunub

Qaudinin şəhəri - Barselona

Barselonadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Hörmətli Gəzəyənlər hamınızı salamlayıram. Bu dəfə də sizə danışım 10-14 Yanvar tarixlərində səyahət etdiyim Barcelona turundan. İlk öncə 1 ay əvvəl 9avroya tapdığımız biletlərdən danışım  Deməli Berlin Schönefeld airportundan Barcelona Terminal 2-yə 9avroya bilet tapdıq. Hətta Rostockdan Berlinə 10avroya gedib gəlmişik. Elvin çoxsağolsun Flixbusun Voucherləri ilə bizi xilas edir. İlk öncə mindik getdik Berlinə ilk dəfə idi ki, dalbadala airporta tərəf gedən qatarlar işləmirdi yaxşı ki, vaxtında çıxmışdıq evdən 3saat boş aralıq kimi götürmüşdük ehtiyyat. Mindik təyyarəyə öz yerimizi tutduq mən və dostum. Adətən təyyarədə yatmaq yerinə yanımda oturanlar ilə söhbət etməyə çalışıram bu dəfə də elə oldu. Bir xanım əyləşmişdi yanımda biraz söhbət etdik sonra isə telefonda başladım surfing etməyə. Sən demə ekranıma qoyduğum bayraq şəklini görüb və Facebookdakı dostlarımın rusca paylaşımlarına diqqət yetiribmiş. Sonra yatdı və mənə dəydi oturduğu yerdə. Və beləcə söhbət başladı. Bir neçə dəfə məndən haralı olduğumu soruşdu və mən də hərdəfəsində Azərbaycandanam deyib soruşmurdum. Bilmirəm niyə soruşmadığımı  Sonunda ouu Bizim qonşularımızsınız dedi heç gözləmədiyim bir cavab oldu və soruşdum qız Ermənistan vətəndaşı imiş. Başladıq bütün yol boyu danışmağa sivil insanlar kimi. Verdiyi məlumata görə əmisi Qarabağ döyüşlərində iştirak edibmiş. Mənə dedi ki, mən bilirəm ki, hazırda mənə qarşı nələr yaşayırsan amma mən həmişə sizi dəstəkləmişəm əmimlə artıq illərdi fikirlərimə görə düşmən kimiyik. Bilirəm Qarabağda çoxlu insanlar qətlə yetirib indi də hərgün travma ilə yuxudan durur özü də peşman olub. Ölkə səviyyəsində nəqədər də haqsızlıq etsək də millətimiz bilir ki, siz bizə qucaq açmısız və hərzaman yer vermisiz. Mən sizin millətə güvənirəm nəinki özümüzünki. Heç zaman azərbaycanlı biri ilə əlaqəm belə bir söhbətim olmayıb hərzaman birisi çıxacaq deyə gözləyirdim sanki bugünü ki, bir dövlətin millətin nümayəndəsi kimi üzr istəyim. Ən azından müharibə əsgərlər arasında olur sivil insanlar arasında olmaz. Qatilin nə milliyəti nə də dini irqi olur. Bizim dövlət qatildir. Mən istərdim gələcəkdə Azərbaycana gəlim və bilirəm sizin ölkədə hələ də çoxlu ermənilər yaşayır. Hətta bizdə belə demirlər amma ermənistanda çoxlu azərbaycanlılar yaşayırlar. Sadəcə təəssüff ki, mən sizin dilinizi bilmirəm və hazırda Qarabağda böyüyən uşağın 22 yaşı var və inanmıramki o öz doğulduğu torpaqların verilməsinə razı olar. Nəysə uzun söhbətdən sonra sağollaşdıq ayrıldıq hərə öz işinə getdi.

Gəldik Barcelonaya dostum ilə düşəndən artıq başqa ab-hava var idi. Mən getdiyim ölkələr arasında belə bir şəhərə getməmişdim. Miami, Californiya kimi şəhərlərə bənzəyirdi. Airbnbdən 4günü adambaşı cəmi 30avroya ev tutmuşduq adam da rus çıxdı  Onunla da çoxlu söhbətlər etmişik adamın əsgərlik yoldaşı azərbaycanlı olub burdan Ədalət Hüseynova da salam göndərirəm  Adama əsgərlikdə çoxlu çaxırlar gəlirmiş ət kabab zad ediblər. Azərbaycanlı olduğumuz üçün bur us əlindən gələni edirdi çox yaxşı qarşıladı bizi  Sonra gəzəyənlərdən tanıdığımız Mürsəl bizi qonaq elədi görüşdük çoxlu taktikalar Verdi. Çox sağolsun ki, hərzman xaricdə yaşayan öz həmvətənlərimiz bizə hərdəfə köməklik edirlər. Paelliya və digər local yeməkləri yedik. 4 günə 2dəfə 10gediş kartını aldıq 10avroya 2 nəfər həryerə piyada gəzirdik. Hava gah soyuq gah da isti olurdu. Və qərara gəldik Tibidabo deyilən yerə getməyə. Səhər evdən çıxdıq google map sağolsun bizi səhv istiqamətləndirdi getdik çıxdıq başqa yerə. Tram Metro əladır Barcelonada amma Avtobus məncə ən bərbad nəqliyyatdır o şəhərdə. Bizi səhv dağa qaldırdı və çoxlu gecikmələri göstərirdi. Bizimkimi 2 italiyan oğlan 1 vyetnamlı və 2 ukraynalı qız azıb gəlmişdilər  elə oradaca qərara gəldikki obri dağa qədər yürüş edək həmdə həyat bizi bir nöqtəyə gətirib google map sağolsun başımıza oyun açdı. Bütün yolu söhbət edə edə getdik axırki məkana çatdıq. Bütün şəhər gözəl görünürdü. Çoxlu küçə musiqiçiləri və tarixi binalar sadəcə möhtəşəmdir. Qiymətlər də Almaniyaya baxdıqda azacıq sanki ucuz kimi göründü mənə. Təbii ki, Sagrada Familia unutmaq olmaz o əzəmətli məkan.

Mütləq gedərkən bütün dəniz məhsullarının dadına baxın. Yeməkləri çox dadlıdır. Axşam tərəfi politik məhbuslara aid mitinq varmış qocalı cavanlı hamı orda idi mərkəzi küçələr ilə gedirdilər. Sonra biz qərara gəldik bu yolda təsadüfi görüşdüyümüz insanlarla gedək bir yemək yeyək. Tripadvisor köməyimizə gəldi. “Vasconia” restoranına getdik qiymətlər çox ucuz və porsiya çox möhtəşəm və dadlı gəldi. Hətta yaxınlaşdım selfie çəkdirdikdə bizə əlavə içki Shot-lar da verdilər əhvalımız daha kökəldi və yolumuza davam etdik üzü dəniz tərəfə. Mütləq küçədə tanış olun yeni insanlarla.

Son günü istiqamətini getdik Camp Nou-ya təbii ki, özüm anti-barcelonalı olsam da avropanın ən böyük stadionudur. Axşam oyun var idi deyə museyə girsək belə stadionun içinə buraxmayacaqdılar deyə biz də heç girmədik. Mütləq Google Trips proqramını istifadə edin. Səyahət edərkən ən lazımlı səyahət dostumdur. Oğurluqları məşhur olan şəhərdə və sonunda sağ salamat gəldik çıxdıq Almaniyaya heçbirşey oğurlatmadan. Əgər nədənsə şübhəniz varsa sənədləri evə qoyun şəkillərini çəkib telefonda saxlayın. Oturduğunuz stollara telefonları qoymayın pul istəyən dilənçilər gəlib sizə kağız qəzet qoyacaqlarki oxuyun sonra gedəndə görəcəksiz telefonunuz yoxdur kağzı qoyur diqqətinizi cəlb edir sonra oğurluq edirlər. Bax belə  İndi siz bunu oxuyanda çox güman ki, mən artıq Danimarka, Kopenhagendə olacam. Gəzəyən olun, səyyah yox  Hamınıza xoş həftəsonu arzulayıram.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Murad Chicharito Huseynow

 

DİGƏR BLOQLAR

Fərqli dünya - Vietnam

Hanoydakı otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Artıq Vietnamdaki bir aylıq yaşamımı tamamladım. Əgər Asia Pacific təcrübəniz yoxdursa və səyahət etdiyiniz ölkələr Avropa və Amerikadırsa, bura gələrkən bütün bildiklərinizi unudun. Bu ölkəni səyahət kitabçanıza yeni səhifədən yazmalı olacaqsız.1. Yeni nəslin Azərbaycanı tanımamaqlarına baxmayaraq, yaşlı nəsil Azərbaycanı tanıyır və sevir. Bir çox Vyetnamlı sovet vaxtında Azərbaycanda yaşayıblar, və indiyə kimi Xutor, İngilab, Sovetski, Nabran kimi yerləri xatırlayırlar. Hətta təndir çörəyi üçün darıxanı da var.2. Ailə münasibətləri soyuqdur. Valideynlər uşaqları ilə dost yox, mentor rolunu oynayırlar. Ər-arvad münasibətləri belə distansiyada saxlanılır. Ailə üzvlərinin bir birini qucaqlaması, öpməsi və ya "səni sevirəm" deməsi demək olar ki yoxdur.3. Mədəniyyət anlayışı bildiyimiz davranış qaydalarından tam fərqlidir. Vyetnamlıların aşırı mehriban olmaqlarına baxmayaraq, sıranı pozmaq, itələmə və ya ayaq taptalama halları burda kobudluq sayılmır. Bir sözlə, britaniyalıların burda işi çətindir.4. Nəfəs almaq çətindir. Əsas nəqliyyat növünün motosiklet olduğundan havada qaz emissiyaları boğanaqlıq yaradır. Gələsi olsaz, üz maskası almağı unutmayın.5. Hanoy və Hoşimin şəhərlərində turistləri aldatma halları normadan artıqdır. 5.000 VND-lik suyu belə sizə 30.000 VND-yə sata bilərlər. Bu səbəbdən, Vyetnama gəlməmişdən qabaq bazar qiymətlərini bilmək, və ya ancaq supermarketlərə getmək lazımdır (bir neçə hal yaşamışdım ki supermarket pulum çatmamağına baxmayaraq mallarını satmışdılar - belə şey harda görülüb!). Turist axını olmayan şəhərlərdə isə aldatma halları yoxa bərabərdir.6. Vyetnam ailəsinin evinə daxil olarkən hörmət və nəzakətə boyük önəm vermək lazımdır. Onların həm yaşayışını, həm dinini, həm də adətlərini qəbul etməlisiz. Məsələn, evə daxil olanda ölmüş insanın şəkilini görsəz, mütləq üç dəfə ???????? belə salam verməlisiz və ölmüş insanın ruhuna "mən sənin ailənə və evinə heç bir ziyan vurmayacam" sözünü verməlisiz. Bunu həmən insanın ölməyindən 100 gün sonra davam etməlisiz.7. Vyetnamlılar günlərini smartfonlarının qabağında keçirmirlər. Axşam olan kimi gənclər çıxıb bizim 90-cı illərdə oynadığımız daş, прыгалки, ip dartma və s. oyunlarını oynayırlar. İstəyən insan oyuna qoşula bilər ("kruq" söhbəti yoxdur).8. Vyetnam ksenofil ölkədir. Xariciləri çox sevirlər, və hətta gənclərin bir hobbi növü kimi xaricilərlə şəkil çəkib kolleksiya yığmaq kimi maraqları da var. Əgər Vietnama gəlsəz, addım başı bir Vietnamlının sizə yaxınlaşıb və söhbət eləməsini normal qarşılayın.9. Vyetnam sosialist ölkədir. Dünyada qəbul olunan bir çox bərabərliklər burda keçmir. İrqi, dini, cinsi və sexsual bərabərliklərlə problemlər yaşanılır. Bu o dərəcədədir ki xaricilərin arasında belə fərq qoyulur: əgər ağ dəri və sarı saçlısansa, sən daha "keyfiyyətli" xaricisən.10. Vyetnamlılar qapalı insanlardırlar. Emosiya bildirmək, fərqlilik yaratmaq kimi şeylər cəmiyyət tərəfindən basdırılır. Xaricilərin Vyetnama axını olsa belə, Vyetnamlılar ölkə daxilindən çıxmağı və ya yeni dil öyrənməyi sevmirlər. Turist kimi gəlsəz belə elementar vyetnamca bilməyiniz məsləhətlidir.11. Tipik vyetnamlının günü səhər 5-də başlayır və axşam 9-da qurtarır. İspanların siesta dedikləri günorta yuxusu burda vacib sayılır. Hətta iş yerlərində belə "yuxu saatı" var.12. Vyetnamlılar xaricilərlə evlənməyə üstünlük verirlər, əsasən də xanımlar. Burda insanlar əsasən balacaboydurlar, və xarici evliliklərin nəticəsilə gələcək nəslin daha hündür və gözəl ola biləcəklərinə inanırlar. Evdə qalmısızsa - buyurun gəlin.Uzun sözün qısası, Vyetnam fərqli ölkədir. Tipik turistik səyahətlərdən yorulmusuzsa, mütləq Vyetnama baş çəkməlisiz. Ən sıxılmış gəzəyən belə burda "ikinci nəfəs" alıb səyahətlərdən yenidən həzz ala bilər. Vyetnamla bağlı sualınız olarsa, buyurun! Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Narmin Hajizadeh 

1281 dəfə oxunub

Cənnətdən düşən damcı - Ohrid

Sizə bir çoxumuza tanış olmayan, mənim də yeni tanıdığım Ohrid şəhəri barədə yazmaq istəyirəm.Ohrid Makedoniyanın qərbində Ohrid gölü ətrafında yerləşən çox şirin bir Balkan şəhəridir. Əhalisi azdır; çox mehriban və yardımsevərdir.Çox bilinmədiyindən və bir aeroportu olsa da mütəmadi səfərlər olmadığından çox az turist olur. Hətta ən pik sezonda belə turistik şəhərlərdə gördüyümüz görməmiş rus turistlər və qəbilə halında gəzən şərqli turistləri burada görmək mümkün deyil.Necə getmək olar? Ən yaxşısı Bakı-İstanbul-Skopje marşrutunu istifade etmekdir. Bakı-İstanbul Buta ile İstanbul-Skopje seferini ile Pegasus ile en ucuz reallaşdıra bilərsiz. Skopjedan Ohridə qədər 2 saatlıq bir avtobus seferi sizi gözləyir. Avtobuslar çox yaxşı deyil, köhnədir. Əlbəttə taksi ilə də gedə bilərsiz, amma bu daha tez çatmağa təminat vermir, çünki yollar çox da yaxşı vəziyyətdə deyil.Makedoniya 2 il əvvələ qədər bizə viza tətbiq etmirdi. Azərbaycanda ümumiyyətlə səfirlik yoxdu. Ən yaxını Ankaradır. 2 il əvvəl maraqlanmışdım, hazırda viza olmadığını ama yaxın zamanda bu məsələyə təkrar baxılacağını bildirmişdilər. Əgər hal-hazırda viza tətbiq olunursa belə Şengen vizası olan şəxslər ölkəyə rahat girə bilər.Əlbəttə getmişkən Skopjenı da görün deyərdim. Çox böyük şəhər deyil. Məsələn təyarədən səhər enib axşama kimi gəzib axşam avtobusa oturub Ohridə yollana bilərsiz.Ohridə sırf yay aylarında 1 həftəlik tətil üçün, ilin yorğunluğunu atmaq məqsədi ilə gedə bilərsiz. İlıq iqlim, sakitlik və 0 stres şəraiti, eyni zamanda ucuz tətil axtarırsızsa bura tam sizə görədir.Harada qalmaq olar? Şəhər mərkəzində qalmağı sizə məsləhət görmürəm. Mərkəzdən aralı, Ohrid gölünün ətrafında, şəxsi çimərliyi və hovuzu olan, çox gözəl otellər və villalar var. Çox dəbdəbəli deyil və qiymətləri çox ucuzdur. Onlardan birini kiralaya bilərsiz. Avtobus terminalı mərkəzdə yerləşir. Ordan həmin bu əraziyə taksilər fiks 5 euroya aparıb gətirir. Avtobuslar da işləyir, amma dəqiq qrafik yoxdur.Nə etmək olar? Əvvəla onu deyim ki, Ohrid göl olsa da çox təmiz, büllur kimi suyu var və qətiyən durğun su iyi gəlmir. Bol bol çimərlikdə vaxt keçirə bilərsiz.Şəhər mərkəzində kiçik kafe və restoranlarda oturub balkan musiqisinin sədaları altında yemek yeyə və içki içə bilərsiz. Yeməkləri bizim ağız dadımıza uyğundur. Sosiskaları dadlıdır. Balıqları pis deyil. Bir de piveleri var, onu da məsləhət görürəm.Ohriddə 3 əhəmiyyətli və tarixi kilsə var: Əziz Yuhanna, Əziz Kliment və Ayasofya. 3-ü də ortodoks kilsəsidir. Onlardan heç olmasa təpənin üstündə olan, göl mənzərəli, eyni zamanda ən qədim Əziz Yuhanna kilsəsini mütləq görün.Göldə qayıqlarla tur atın, çox əyləncəlidir. Çar Samuel qalasına gedin, mənzərəsi əladır.Vaxtınız qalsa Albaniyaya keçə bilərsiz. Paytaxt Tirana çox uzaq deyil. İndi bilmirəm o da 2 il əvvəl viza istəmirdi.Və Ohrid gölü çox təmiz mirvarisi ilə məşhurdur. Mərkəzdə bir çox mağazada Ohrid mirvarisi tapa bilərsiz. Sizə məsləhətim ilk girdiyiniz mağazadan almayın. Yaxşıca gəzib qiymətləri öyrənin. Mən oraya yaşayan bir türk abinin mağazasını çox bəyəndim. Mərkəzdə əsas küçənin ortalarında idi və ən böyük mirvari mağazası onun idi. Başqa bir şey almağı düşünməyin. Geyim mağazaları əsasən türk markalarıdır və çox bahadır.Ohridə bir dəfə getsəz əminəm yenə getmək istəyəcəksiz.PS. Tapa bildiyim şəkillər bunlar idi üzrlü sayın.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Jamal Musayev

1231 dəfə oxunub

Balissimo????

Balidəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Balissimo????Vacation, bal ayı və ya sadəcə eqzotik yer kəşfi üçün Bali ən rahat və ilkin seçimlərdən olmalıdır. Çox möhtəşəm gözləntilərlə getməyin ki, ya gözləntiləriniz artıqlaması ilə doğrulsun, ya da sadəcə məyus olmayasanız.Xüsusən Bakının qışa sərt keçidindən qaçmaq üçün ən yaxşı mövsüm noyabrdır, Visa tələb olunmur, turla getmək rahatdır, amma düşünürəm ki, əlinizdə nağd pulunuz varsa, biletləri, oteli və transportu (aeroport-otel&otel-aeroport) özünüz həll edə bilərsiniz.Balinin çimərliyi, cəngəlliyi, meşəliyi və ibadətgahları möhtəşəmdir, adanın qalan hissəsini instagrama çəkib yerləşdirmək istəməzsiz)Gedərkən sizə mütləq bu tipsdən yararlanmağı məsləhət görürəm:- özünüzlə böyük pul qabı götürün, çünki pulları çoxdur)- authorized yazılan yerlərdə qətiyyən pul dəyişməyin, sizi aldada bilərlər, necəsə olur ki, onların yanında pul sayanda düz olur, qıraqda yenidən sayanda az çıxır. Pul dəyişmə məntəqələrində ad&soyad, otel ünvanı kimi detallı informasiya istəyirlərsə, yaxşıdır.- mütləq qalacağınız gün sayına görə tur planları edin, turlar üçün isə tripadvisor turları məsləhət görürəm, biz Alex adlı bələdçi ilə günə 40$-lardan turlar planlayırdıq, adam həm rus, həm eng dilini bilir. Kimsə istəsə kontaktını verə bilərəm (təbii ki qrup qaydalarına zidd deyilsə)- kuta çimərliyi surfing və ya ümumiyyətlə çimmək üçün mükəmməldi, tərtəmizdir, amma orada hər şey pulludur, hətta dəsmalları da ayrıca satırlar ona görə özünüzlə dəsmal aparın)- Bakıdan gedəndə böcək dişləməsi əleyhinə sprey aparın, Bali böcəklərinin ayaq fetişi var elə bil ???? ayaq şişir və göyərir, gecələr isə qaşınmalar güclənir, ona görə tədbirli olun.- bike sürə bilirsinizsə, əlaçı. Balidə bike kirayəsi çox ucuzdur, tək və ya cütlük şəklində getmisinizsə, lap sərf edəcək. əks halda yalnız tur rəhbərinin avtomobili və ya tura getmədiyiniz günlər taksi işlədəsi olacaqsız. Taksi xidmətindən söz düşmüşkən beynəlxalq standartlı taksometr Bluebird taxi xidmətində var, xeyli komfortlu və kondisionerli maşınlardır, amma onların bəzi ərazilərə girişi qadağandır, şəhər mərkəzinə gedəcəksizsə, hər yerdə var və rahatlıqla işlədin. Nəzərə alın ki, yerli taksi xidməti Bali taxi loqolarını və maşın rənglərini Bluebirdə bənzədib, axşam səhv sala bilərsiniz, diqqətli olun)- meşələrdə, cəngəlliklərdə, çimərliklərdə istifadə edəcəyiniz adrenalin əyləncələr zamanı ucuz qiymətə qaçmayın. Mütləq sığorta olub-olmadığını yoxlayın, bəzi yerlərdə var, qoy olsun 2 dəfə baha amma ürəyiniz də rahat olsun)- İbadətgahlara gedərkən çiyin və dizlərinizi örtəcək geyimlər geyinməyə çalışın, necə deyərlər, yerli adətlərə hörmət etməyə çalışaq ????- Günə 100$ xərcinizin çıxması qarantidir, qiymətlərin qeyri-sabitliyinə hazır olun, xüsusən yerli mətbəxə mədəniz alışmasa, italyan restoranlarında servis və tax vergisi gəlir çıxır 21faizə, ona görə qalacağınız günə görə ortalama 100$ (gün üçün) məbləğ götürməyə çalışın.- Heyvanları çoox şirin görsənə bilər, onları qıcıqlandıracaq hərəkət və ya göz zilləmələrinə qədər belə görsənərlər. Xüsusən sacred monkey forest-də meymunlara gözünüzü zilləyib baxmayın, onlar yoxmuş kimi davranın, uzaqdan sevin :d- plastik istifadəsinə çox yol verməyin, şopinq üçün özünüzlə böyük kağız çanta və ya parça çantalar aparın.- əslində yerli əhali noyabr ayını low season olaraq dəyərləndirir, amma bizim bəxtimizdən 10 günlük səfərimizdə cəmi 2 gün yağış yağdı, o da Bali yağışını da görməyə dəyərdi.)Balidən həzz almaq insana görə dəyişir, meditasiya üçün möhtəşəm ab-havaya sahibdir, yaxşıca restart elətdirir düşüncələrinə, bir də çox romantik məkandır ????Baliyə səyahət arzulayırsınızsa, indidən pul yığmağa başlayın????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gulsen Hesenzade

985 dəfə oxunub

Moskva bələdçisi

Salam DostlarBu gün sizlərlə Moskvaya Səyahət Təcrübəmi bölüşmək istəyirəm. Ümidvaram postum kimlərəsə faydalı olar. 1. Səyahət Öncəsi: Moskvaya gediş dönüş biletimi Aeroflot-dan 850 manata əldə etmişdim( Economy Class+10 kg Baqaj). Səyahətdən maksimum 72 saat əvvəl PCR testi vermək lazımdır. Mən testi Neftçilər stansiyası yaxınlığında yerləşən 18 nömrəli birləşmiş şəhər xəstəxanasında verdim. Testin qiyməti 40 manat idi və 1 gün ərzində hazır oldu. Test nəticəsini xəstəxanadan götürməyə ehtiyac olmadı, sadəcə travel. its. gov. az-da şəxsi məlumatları qeyd edib nəticəni çap etmək olur.2. Moskvaya uçuş: Aeroport-da check-in uçuşdan 3 saat əvvəl başladı. Çəkisi 5kg olan bel çantamı kabinə keçirməyə icazə verdilər( P.S. Böyük səyahət çamadanı keçirənlər də var idi). 3 saat sonra Moskvaya, Sheremetyevo hava limanına eniş etdik və ilk şokumu passport kontrolda yaşadım. Aeroport işçisi ingilis dilini bilmirdi, və rus dilində zəif danışan biri olaraq kommunikasiya qurmaqda çətinlik çəkdim. Elə bu an başa düşdüm ki, səyahətimin ardında dil barədə çətinliklər çəkəcəm. Aeroport daxilində müxtəlif mobil operatorların mağazaları var idi və 650 rubl ödəyərək beeline nömrə aldım( 50gb internet+700 dəq danışıq daxil).3. Moskva:Əvvəla onu deyim ki, Moskva deyib keçməyin, hər küçəsi tarix və sənət əsərləri ilə dolu bir şəhərdir. Aeroport-dan Metroya Aeroekspress sürət qatarı ilə təqribən 1 saata çatdım( bilet 400 rubl). Moskvaya gəlmədən öncə telefona metro xəritəsi yükləməkdə fayda var. Əslində Moskva metrosu çoxlarının dediyi kimi qəliz deyil, metro daxilində hər yerdə işarələr olduğu üçün, telefonunuzda xəritə olarsa azmazsınız( metro gediş haqqı 60 rubl). Moskvadakı vaxtım məhdud olduğu üçün sadəcə ən məşhur yerləri gəzə bildim. Mən getdiyim ərəfədə Qırmızı Meydanda kitab festivalı olduğu üçün xeyli insan var idi. Rusların cavan nəsli əksəriyyəti ingilis dili bildiyi üçün və yaşlı nəslə nisbətən mehriban olduğu üçün onlarla söhbətləşə bildim. Amma 40+ yaşı olanlardan heç yol da soruşmaq olmurdu, rus dilində danışsam belə kobud cavab verirdilər.Azərbaycanla nisbətdə şəhərdə ərzaq qiymətləri təqribən 2 dəfə bahadır. Moskva barədə sevmədiyim digər məqam isə, bizdəki kimi böyük supermaketlərin az olmağıdır. Bəzi yerlərdə mini-marketlər var amma orda da çeşid az idi. Amma bütün bunlara baxmayaraq şəhər çox xoşuma gəldi və fikrimcə bir daha gəlib gəzməyə dəyər.4. Bakıya dönüş:PCR testini hava limanında 2750 rubl ödəyərək 1 saata əldə etdim( Növbə olmadığı üçün mən 1 saata əldə etdim, əsində bu qiymətə 2 saata hazır olur).Uçuş problemsiz oldu və 3 saat-a Bakıya çatdım.Sona kimi oxuduğunuz üçün minnnətdaram. Qismət olsa sonrakı yazımda Helsinki-yə səyahət təcrübəmi bölüşəcəm. Suallarınız varsa rəylərdə soruşa bilərsiniz.Təşəkkürlər,Şamil NiftəliyevƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Shamil Niftaliyev

2085 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!