2564 dəfə oxunub

Gözəl, zəngin Skandinaviya - Norveç və Danimarka

Oslodakı bütün otel, apartament və hostelləri bu linkdən Kopenhagendəki bütün otel, apartament və hostelləri isə bu linkdən book (bron) edə bilərsiz.

Salam hər kəsə 

Ümumilikdə 6 ölkə gəzdim.????????????????????????????????????????????????
İsveç???????? və İspaniya???????? postunu daha öncə paylaşdığım üçün sizə indi digər postlarda az gördüyüm 2 ölkə haqqında qısa məlumatlar yazacam. ????Norveç???????? & Danimarka????????

56488566_2335342036486124_5793542417059676160_o

1) Norveç-Oslo ???????? - Ümumilikdə bu ölkə bahalıdı deyirdilər. Boşuna demirlərmiş cox bahalı ölkədi????. Öncədən deyim ki, ölkədə €(euro) işlədilmir . Rəsmi pullari???? NOK-dur(Norvec kronu). Kimsə deyirsə insanları soyuqdur mənim fikrimcə bu belə deyil . İnsanın özünün müraciətindən asılıdır, bir şeyi sənə cavab vermek borcudur sifətilə yaxınlaşsan soyuq olmaqları normaldı????. Kimə yaxınlaşıb gülərüzlə sual versən səndən daha gülərüzlə sənə kömək edəcəklər???? Nəqliyyat???????????? sistemi #Ruter kartı deyilən sistemlərə bağlıdı və bu kart bütün nəqliyyatlarda keçərlidi. Yadaki bus-a????minərkən yerindəcə 20 NOK =2€ verib ödəyə bilərsiniz .Bundan əlavə Turistə sərf edən OsloPass karti əldə edə bilərsiz???? . 3 qrupa bölünür. Child, Adult, Seniors. Seniors yaşlılar üçündü ona görə Adult kartı almalısız. 24 saat 355 NOK (≈ 37 EUR)???? Amma bir üstünlüyü ondadır ki bu kartla bir çox muzeylər pulsuzdu. Hər muzeyə 10€ ödəməkdən yaxşıdı . Demək olar 80%i bu kartın hesabına girə bilərsiz????. Oslo Visitor Centre yerləri var, Turist üçün məlumatlar və bir çox map-lar. ????

56645697_2335337686486559_8846833289101574144_o
Gəzməli görməli yerlər üçün ????????????????National Gallery The Royal Palace, National Theatre, Historical Museum, City Hall, Parliament, Astrup Fearnley Museum ,Akershus Fortress, Karls Johans, Norwegian National Opera&Ballet , Oslo Cathedral, Norsk FolkMuseum, Viking Ship Museum, Norwegian Maritime Museum, Kon-Tiki Museum. Slottsparken ve Vigeland Sculpture parklarinada yayda gedə bilərsiz????
Yeməkləri çox bahadı. Subwaydan balaca aldığım 15sm çörək sandvic 69NOK=6.9€ pul verdim. İsveçdə özünə qonaqlıq vermək olur o pula????.
Keçək digər ölkəmizə????

2) Danimarka-Copenhagen ???????? - Burda da Norveçdə olduğu kimi hər kəs öz milli valyutasından DKK (Danimarka Kronu) istifadə edir. Şəhər çox təhlükəsiz şəhərdi Oslo kimi. Oğurluq ümumiyyətlə yox səviyyəsində????????. Hosteli isə dəmiryoluna yaxın seçmişdim İsveçe qayıtmaq üçün ve olduqca lazımı yerlərə də yaxın idi. Qeyd etmək istəyirəm ki, Danimarkanın pulu Norveç və İsveç kronlarından da dəyərlidir. Misal olaraq 75DKK=100NOK=10€ . Burası da olduqca bahalı ölkədi. Rəqəmlərin xırda görünməsi aldada bilər sizi. Norveçdə 300Kron gördüyünüz şey burda 210Kron olarsa düşünməyin ki,ucuzdu eyni qiymətdi???????? 21€.

56935189_2335379886482339_7816554665826320384_o
Kopenhagende əsas avtobus???? xətti "A" kodu ile başlayır 24 saat xidmet edir. "S" kodu ile başlayan səhər 06:00-dan gecə 01:00 qədər xidmət göstərir ????. "N" ilə başlayan isə gecə boyunca işləyir ???? . Metro???? isə 24 saat xidmətdədir????. Aeroportdan M2 xətti ilə mərkəz xəttinə gəlmək 12 dəqiqə çəkir.????
Kopenhagendə nəqliyyat sistemi üçün 2 cür kart seçimi var
1) Flexcard 1dəfəlik 200DKK=27€ ödəməklə istifadə etdiyiniz gündən etibarən 7 gün ərzində limitsiz bütün nəqliyyat daxil.

2) "Copenhagen Card" 24 saat üçün 389DKK=53€, 48 saat üçün 549=74€ ödəməklə 80dən artıq muzeyə pulsuz giriş edə bilərsiz ve boat (qayıq) turlarına da minmək içinə daxildi????.

Gəzməli yerlərə gəlincə isə təbii ki ən başda 1)Nyhavn???????? sonra məşhur 2)Tivoli Garden????-aprel ayında açılır bura, 3)Stroget küçəsi, 4) Bakken Amusement Park (Tivoli kimi yerdi amma balaca) daha sonra isə ????National Gallery of Art, Botanical Gardens, Rosenborg Castle, Kunstsal Charlottenberg, Det Kgl Teater, The round Tower, Nikolaj Kunsthal, Christianborg Palace, Thorvaldens Museum, The National Museum of Denmark , City Hall, Danish Architecture Center , Vor Frue Kirke, The Black Diamond, ????Copenhagen Zoo-nu gəzə bilərsiz. Mən hamısını gəzmədim amma ən vaciblərini gəzdim gördüm demək olar???? .
Yeməkləri də Norveç kimi bahalıdı ve doymaq istəyirsizsə türk mətbəxlərinə və ya az yemək istəyirsizsə Subway-ə üz tuta bilərsiz ????.Bu qədər ????

Əziyyət çəkib oxuduğunuz üçün hər birinizə Təşəkkür edirem????. Növbəti səyahətlərədək????

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Cavid Isgenderli

DİGƏR BLOQLAR

Amsterdamın məşhur kanalları

Qrupdakı Amsterdam fanatları üçün növbəti paylaşımı edim: bu dəfəki mövzumuz şəhərimizin məhşur kanallarıdı.Amsterdamı kanallarına görə əsasən "Şimalın Venesiyası" adlandırırlar. Amma Amsterdamda kanalların sayı, məsafəsi Venesiyadan çoxdu: quruluş etibarilə Amsterdamın kanallarının uzunluğu təxminən 90 km edir. Şəhərin şimal bölgəsində isə əlavə olaraq adalar mövcuddu.Ümumilikdə Amsterdam suyun üstündə tikilib. Xüsusilə kanala baxan qədim evlərin bünövrəsində dayaqlar taxtadandı. Buranıı gəlib gəzənlərin diqqətindən yayınmayıb yəqin: belə evlərin çoxunun sağa-sola əyri olması məhz bu səbəbdəndi.Kanal turu Amsterdam turizm biznesinin ən gəlirli sahələrindən biridi. Şəhərdə bu turları təşkil edən bir çox şirkət var. Hərəsinin öz qiyməti, fərqli qayıqları olur. Məsələn Pizza Cruise-lə kanal turu etsəniz 1.5 saat davam edən tur vaxtı sizin gəmidə pizza verilir (şəkildə var). Şəhəri yaxından tanımaq istəsəz kanal turunu məsəhət görürəm. 2 ildir bura təhsil üçün gələn əcnəbi tələbələrin introduction həftəsində coach kimi grupları gəmi ilə gəzdirməkdən bezmişəm.Ona görə də bu qrupdan kim gəlsə turu təklif edib özüm qoşulmuram Turistlər üçün gəzməli yer olmaqdan əlavə, təəssüf ki kanallar həm də turistlərin qənimi sayılır. Belə ki, hansısa turistin itmək xəbəri yayılan kimi polis və dalğıclar hər şeydən öncə ilk kanalları yoxlayır. Və 99% itən turistlərin cəsədi bu kanallardan çıxır. Çox vaxt turistlər içkili, və Amsterdam olduğunu nəzərə alsaq hallı olduqları üçün kanallardan tualet kimi istifadə etmək istədikdə və ya kanala yaxın yerdə gəzdikdə müvazinətlərini itirib yıxılırlar. Alkoqollu bədən suda daha çox temperatur itirir deyə daha tez donurlar və hərəkət edə bilmirlər, beləcə batırlar. Ona görə də bu məsələdə diqqətli olmağınız arzuolunandı.Kanallar eyni zamanda velosipedlə doludur. Amsterdam bələdiyyəsi hər il 1-2 dəfə böyük təmizliklə məşğul olur və kanallardan 10.000-dən çox velosiped çıxır hər dəfə  (şəkildə var)Və Amsterdam kanallarının daha bir (g)özəlliyi: şaxta olanda kanallar donur və xizək sürmək xəstəliyi genlərində olan Hollandlar kanalların üstü ilə sürüşürlər. Amma burda olduğum 15 il ərzində kanalların cəmi 2 qış tam donduğunun şahidi olmuşam.Enjoy the canals! Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Isa Yusibov

978 dəfə oxunub

Romanın ən görkəmli 5 yeri

Mənim üçün ölməzdən öncə görüləsi ölkələr siyahısında ilk pilləni İtaliya tuturdu. Və ötən ay 28-ci ad günümdə özüm-özümə bu hədiyyəni etmiş oldum. Əminəm ki, bir gün vaxt düşünmədən, tələsmədən bu ölkənin bütün tarixi şəhərlərini, gözəl kiçik qəsəbələrini görmək üçün yenidən buraya geri qayıdacam. Bu səyahətimdə İtaliyanın 4 şəhərini Milan, Florensiya, Roma və Venesiyanı görmək nəsib oldu. İndi isə Romada gəzərək gördüklərimin bir hissəsini sizinlə paylaşmaq istəyirəm. İtaliya və Roma sevənlər üçün ümid edirəm maraqlı olacaq. 1. Kolizey (Colosseum). Hər birimizin ömrümüzdə bir dəfə də olsa eşitdiyimiz və gördüyümüz möhtəşəm memarlıq abidəsi. Romaya gecə gəlmişdik və səhər oteldən çıxan kimi ilk istiqamət aldığımız yer bura oldu. Romanın və bütünlükdə İtaliyanın ən başlıca simvollarından biri olan bu memarlıq abidəsinin ilk adı Flavius ​​Amfiteatrı olub. Kolosseum adı isə amfiteatra 8-ci əsrdə verilmiş ikinci adıdır. Kolizeyin inşası 8 il - eramızın 72-ci ildən 80-ci ilinə qədər davam edib. İnşasına İmperator Vespasian tərəfindən başlanan amfiteatrın tikinti işləri oğlu İmperator Titusun hakimiyyəti zamanı bitir və imperator açılış şərəfinə 100 gün fasiləsiz oyunlar günü elan edir. Uzun müddət bura romalıların əyləncəsinə xidmət edib. Romalılar burada qladiator və vəhşi heyvanlarla döyüşləri izləyirdilər həmçinin burada dəniz döyüşlərini də səhnələşdirirdilər. Hal-hazırda amfiteatrın daxilinə və Roman forumuna giriş bileti ikisi bir yerdə 16 euro təşkil edir.  2. Roman forumu (Roman forum & Palatine Hill). Kolizeyin təəsb süratlarından ayrılmamış özünüzü burada tapacaqsınız. Eramızdan əvvəl 46-cı ildən başlayaraq öz qüdrətlərini və böyüklüklərini göstərmək üçün imperatorlar öz adlarını daşıyan Forumlar yaratmağa başlayırlar. Burada yaradılan ilk forumun imperator Sezara məxsus olduğu təxmin edilir. Ondan sonra digər Roma imperatorları da əsrlər boyu adlarını əbədiləşdirmək üçün forumlar qurmağa başlamışlar. Forumların qurulması təxminən 150 il davam etmişdir. Sezar Forumunun qalıqları, Augustus Forumu, Vespasian Forumu, Nerva Forumu, Trayan Forumu və Sülh Məbədi bu günə qədər qorunub saxlanmışdır. 3. Venesiya meydanı ( Piazza Venezia) - Romadakı ən məşhur meydanlardan biridir. Roman forumundan sonra yol sizi bu meydana gətirib çıxaracaqdır. Meydanın adı eyni adlı saraydan - bir vaxtlar Romada Venesiya Respublikasının nümayəndəliyinin yerləşdiyi Palazzo Venezia sarayından gəlir və indi bir muzey və kitabxanası var. Bütün İtaliyanı birləşdirən və ilk kralı olan Viktor Emmanuel II - Vittorianonun şərəfinə burada at üzərində 12 metrlik Kral Viktor Emmanuel II heykəli ucaldılmışdır. Heykəlin altında Naməlum Əsgərin məzarı olan Vətən qurbangahı (Altare della Patria) yerləşir. Buradan Roma şəhərinin digər görməli yerlərinin kəşfinə başlamaq olar. Əsas memarlıq abidələri bu meydandan təxmini eyni məsafədə yerləşir.4. Panteon - öz dövrünün şah əsəri sayılan daha bir memarlıq nümunəsi. Kahinlər və adi insanlar arasındakı səddi pozan ilk dini binadır. Əvvəllər yalnız kahinlərin tanrıların ziyarətgahına girməsinə icazə verilirdisə, Panteonun inşası ilə tanrılar hər kəsə məxsus olmağa başladı. Bu gün gördüyümüz Pantheon isə II əsrdə köhnənin yerinə, İmperator Hadrian tərəfindən qurulub. Latınca girişdə olan "M. AGRIPPA L F COS TERTIUM FECIT " yazısı isə " Luciusun oğlu, üçüncü dəfə konsul seçilən Mark Agrippa tərəfindən quruldu" anlamına gəlir. Panteonun daxilinə giriş sərbəstdir. Ödəniş tələb olunmur.5. Trevi fontanı ( Fontana di Trevi) - Romada olsanız və yenidən buraya qayıtmaq istəsəniz, məşhur Trevi Bulağına bir qəpik atdığınızdan əmin olun.) İki qəpik atsanız, sevginizi tapacağınız, üç - evlilik, dördü - var-dövlət anlamına gəlir, amma çalışın çox atmayın, atılan beş qəpik ayrılığa səbəb olacağına inanır Romalılar. Hər il bulaqdan təxminən 700.000 avroya qədər qəpiklər toplanılır. Əgər fontan önündə rahat şəkil çəkdirmək istəsəniz o zaman səhər tezdən oyanmağınız lazım gələcək. Günün bütün saatlarında fontan ətrafında adam əlindən tərpənmək olmur.Bunlar Romada ilk gündə gördüklərim idi. Vaxt olduqca şəhərin digər görməli yerləri barədə də yazacam. Hamısını bir posta yerləşdirə bilməyəcəyimdən ardını da gələn səfərə saxladım. Əlavə olaraq gəzintidən bir neçə şəkili əlavə edirəm. Maraqlı gəlsə oxuyun :)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:Ayxan Racabov

4649 dəfə oxunub

Piramidalar ölkəsi - Misir

Qahirədəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Xurqadadakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Hər kəsə salamlar  Artıq Misirə Noyabr ayından birbaşa reyslər açıldığına görə ora səyahət üçün üz tutanların sayı çoxalacaq deyə düşünürəm. Mən də sentyabr ayında Misirə səyahət etmiş biri olaraq istərdim öz təcrübəmdən bəzi məlumatlar verim sizə , çünki mən gedərkən buqrupda çox araşdırma elədim lakin bütün suallarıma cavab olacaq bir post görmədim)Beləliklə mən Misirə gedərkən tur paket aldım, Tiflisdən idi uçuşum. Mənim burda etdiyim səhvi siz etmiyin. Mən turu aldıqdan sonra oteli araşdırdım və bookingdəki rəyləri oxudum və bərbad bir yerə getdiyimə dair özümü hazırladım) Onsuz da səyahət üçün gedirsən deyib özümə təsəlli verirdim Bundan əlavə biletə əsasən mənim geri dönüşüm 29u 02:10 am idi amma check out 28i 12:00da oldu və nə qədər də xahiş etsək qoymadılar biraz da artıq qalaq. Ekstra pul isdiyirdilər və bu bizim pulla 50 manat idi ki, otelin all included qiyməti belə o qədər deyil.Visa məsələsinə gəldikdə heç bir narahatçılıq çəkməyinizə ehtiyac yoxdur. Burda səfirlikdə də ala bilərsiniz əlbəttə. Amma sərhəddə də verirlər cəmi 15 dəqlik prosedurdur . Bir vərəq doldurursunuz ( ki, ona heç fikir verən olmur dəqiqliklə)) , və 25 dollar ödüyürsünüz bitdi. Misirin hər yerinə də keçə bilərsiniz o visa ilə. Şəhər fərqi falan yoxdur.İnsanları turist olduğunuzu hiss edirlər və dəyəri 1 manat olan məhsulu sizə 10-15 manata verirlər. Aldanmayın. Çalışın nəsə almaq istəsəniz salın qiymətini.Gedib mütləq görməli yerləri Cairo , Giza , Luxor şəhərləridir. Mən Hurghadada qalırdım. Şarm-el-sheyxlə eyni auraya fərqli qiymətlərə malik olduğunu öyrənmişdim. Həm də Hurghadadan turlar daha ucuz və daha yaxın idi (1 saat fərq var idi ). Hurghadada Giftun island turu və Safari turu etdim ki, hər biri möhtəşəm idi.Cairoya gedərkən sizi papyrus hazırlanan fabricaya və parfume hazırlanan mağazaya aparacaqlar, qəti şəkildə heçnə almayın , Cleopatra mağazasında (Hurghadada) qat qat qat qat ucuz qiymətə tapacaqsınız. Və hər bir şeyin qiyməti üsdündə olduğuna görə sizi aldada bilməyəcəklər.Qəti şəkildə manat ilə getməyin. Euro, dollar ve ingilis paundu ilə ishləyirlər. Hər üçü də onlar üçün eyni dəyərdədi  Ona görə də dollar ilə getməyiniz sizə sərf edər. Bir daha xatırlatma edim nə alsanız dəyərində endirim isdiyin.Geri dönüş zamanı airporta gedərkən tələsin. Vaxtından 3 saat əvvəl falan çıxın. Çünki ora daxil olarkən sumkanı elə yoxlayırlar ki, az qalır açıb hər bir paltarınızı əyinlərində test edələr. Qırılacaq əşyalarınızdan ehtiyyatlı olun, orda bir nəfərin qəlyanını qırıb sonra günah mənde deyil deyərək arsızcasına eyni çamadanı bir daha yoxladılar.Ağlıma gələnlər bunlar oldu. Başqa sizi maraqlandıran nəsə suallar olsa buyurun soruşun   İndidən hər birinizə xoş əyləncələr Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Garatel Huseyn

2564 dəfə oxunub

Adriatik Dənizinin Sahillərindən Salamlar

Adriatik dənizinin sahillərindən salamlar Sizə danışım Balkan səfərimizdən, özüdə elə belə yox, babat keçən 11 gündən. Əsasını şəlalələr ölkəsi Xorvatiya təşkil edən səfərin yolu əsasən Bosniya i Hersoqavinadan keçdi. Çoxlu şəhər, qəsəbə və kəndlər gəzdik. Yam-yaşıl Bosniyadan daxil olduq və Xorvatiyanın ekzotik Adriatik sahilləri ilə gəzə-gəzə fərqli və bir o qədər zövqlü atmosferlər kəşf etdik. Dəniz, qum və ekzotika üçün kəsinliklə Xorvatiyanın sahilyanı şəhərləri və kiçik qəsəbələrini tövsiyyə edirəm. Xorvatiya mənasız bahalı ölkə olsa da, gəzməyə DƏYƏR. Biz 4 dost maşınla səyahət etdik. Avtomobil ilə səyahət edirsizsə, təbii ki, 10-0 irəlisiz, özüdə 100 km üçün 4-5 L yanacaq yandırırsa Xorvatiyadan Zadar, Split, Trogir, Primoşten, Omiš və hərkəsin sevimlisi, Game of Trones-un ev sahibliyini edən Dubrovniki və Milli (şəlalələr) parklardan, məşhur Plitvica (giriş 35 euro) və Krka (40 euro) parklarına baş çəkdik. Plitvicaya verilən 35 euro artıqlaması ilə dəyər, lakin Krka isə qiymətinə qəti şəkildə uygun deyildi. Plitvicanı gəz-gəz bitmir. Təsəvvür edin ki, hələ sürətli gəzməklə 5 saata çıxdıq parkdan. Krka isə 10 eurodan artıq verməzdim, 1-2 saata tam bitir gəzinti. Xorvatiyada gəzdiyimiz bütün şəhərlərin old town-nunu çox bəyəndim, amma ən zövq aldığım Splitdəki oldu, fərqli aurası var idi. Roman forum isə möhtəşəm idi. Primoşten qəsəbəsi və Dubrovnikdəki Blaja çimərliyi isə əla idi. Zadarda sahildə dalğaların sahilə toxunmağı ilə səslənən musiqini mütləq dinləməlisiz. Mükəmməl incəsənət və mühəndislik harikası.. Bosnia i Hersoqavina haqqında isə onu deyə bilərəm ki, ölkənin başdan başa yaşıllığına söz ola bilməz. Büdcəli və passiv istirahət üçün çox uygun yerdir. Jajce şəlaləsinə və Uno milli parkına mütləq baş çəkin. Qaldığımız evlərin mənzərələri elə adamı gəzdirirdi. Çölə çıxmağa ehtiyac yox idi.Uno milli parkında, Uno çayında 16 km-lik və təxminən 5 saatlıq çox dəli-dolu raftinqimiz oldu. Raftinq üzrə rəhbərlər çox ürəy insanlar idi. Gur yağışda qaldıq düz çayın ortasında sakitcə, bunun necə zövqlü olduğuni sözlərlə ifadə etməyim çooox çətindir. Ümumilikdə çox əyləncəli oldu.1 nəfər üçün qiymət 45 euro (DƏYƏR)Foto çəkiliş: Samsung S21 FE Paylaşan: Elcan Məmmədov

120 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!