1900 dəfə oxunub

İzmir səyahəti (Part 2)

İzmir səyahəti / 3-10 sentyabr
İzmir / 1 gün
Lagora Old Town & Bazaar – erkən check-in istəyim puç oldu, booking.com Genius Level 2 olduğum üçün otağımı pulsuz upgrade etmişdi Standard Room-dan Deluxe Room-a və cəmi 3 Deluxe var imiş, hər 3-ü də məşğul imiş... beləliklə sındı qol qanadım yanıma düşdü, yatmaq planlarım da alt üst oldu... baqajı qoydum oteldə, dedim 2-də gələcəm (amma gəlmədim), düşdüm şəhərin canına... Otel çarşıda (mərkəzdə, bazarda) yerləşirdi deyə (Çankaya və Konak m/st yaxınlığında / arasında) bir anlıq vosmoyun bazarına və ya sədərəyə gəlmiş kimi hiss elədim özümü. Şəhəri biraz gəzib gördüm ki, yox, nə isə o deyil eee, üzümü tutdum Optimum alış-veriş mərkəzinə. MADO-da gəşəng isti səhər yeməyini yeyib alış-veriş edirdim ki, dostum yazdı ki, bəs çatmışam, gəleyrəm Optimuma, 2-3 vacib alınası şeylər var, ordan kak raz gedərik birgə otelə, mənim çantamı qoyarıq və şəhəri gəzərik. Mən də onun qol qanadını sındırıb demək istəyirdim ki, bəs otel düz vosmoy bazarına baxır, amma heç zad demədim ki, gəlib göz şahidi olsun, qulaq şahidi deyil 
????
Gəziləsi/görüləsi yerlər: Çarşı (Kəməraltı), Saat qülləsi, Liman, dənizkənarı park/bulvar, Optimum və Forum Bornova alış-veriş mərkəzləri, Konak Pier AVM, Smyrna Antik Kent, Alsancak Sevgi Yolu, Kadifekale, Tarihi Asansör Binası.
Şəhər sənayə mərkəzi təəssüratı bağışladı, qətiyyən sevmədik və onsuzda gözləntimiz aşağı idi.

Qayıdaq otelə: qiymətə səhər yeməyi daxil idi, otelin yerləşməsi qaneedici olmasa da, özü çox authentic bir yer idi. Yüngülvari bizim Şəki Karvansarayına oxşayırdı, axşamlar musiqi gecələri olur, veranda da oturub jazz-a flan qulaq asırsan, lap belə romantişnı, hüzur içində olursan... Amma gəl ki oteldən burnunu kənara çıxaran kimi: “vosmoyun bazarına xoş gəlmisiniz”... Rezki abu-havanın dəyişməyi adamı konkret ruhdan salırdı... Səhər yəməyi standart idi, özləri servis edirlər açıq havada olan restoranda, çay pulsuz və limitsiz olsa da qəhvə ödənişli idi.
Nəqliyyat: İzmir kartı almağınız və HES kodunu oxutdurmağınız məsləhətdir. Metro ilə rahat istədiyiniz bir çox yerə gedə bilərsiniz, əlavə olaraq İZBAN (qatar) ilə də havalimanına və ya digər yerlərə getmək mümkündür. Əsas məsələ: İZBAN istifadə edəndə İzmir kartı ilə check-out etməyi (xüsusi sarı aparatlarda, çıxışda olur) unutmayın.
Sumqayıta (oxu: İzmirə) sağ ol deyib, yollandıq daha əyləncəli hesab etdiyimiz Çeşmə-yə... 
Çeşmə / 2 gün
İzmirdən Çeşməyə avtobus ilə 2 yerdən getmək mümkündür: İzmir Beynəlxalq Avtobus Terminalı (İzmir Otogar) və Fahrattin Altay Aktarma Merkezi (FAAM) (zona olaraq Üçkuyular). İkinci yer metro ilə əlçatan olduğu üçün, biz hələ onu seçdik. FAAM-dən Ceşməyə “cesmeseyahat” transfer avtobusları işləyir. Biletləri https://www.cesmeseyahat.com/ veb-səhifəsindən online və ya FAAM-də yerində bilet satışını həyata keçirən nümayəndədən almaq olar. Biletin qiyməti 1 nəfər üçün 26 TL-dir. Avtobusda maska taxmaq mütləq idi.
Avtobus qalacağımız otelin yanından keçdiyi üçün, xahiş etdik, yaxınlıqda olan dayanacaqda saxladı və ordan otelə 3 dəq piyada yolu keçib gedəsi olduq. Calis Hotel - Twin Room – yerləşməsi yaxşı idi, piyada mərkəzə 10-15 dəq yolumuz var idi, Cesme Otagara da 15 dəq piyada yol idi, şəhərdən otelə qayıdanda amma pilləkənları qalxmaq yorğun adamlar üçün zülm ola bilər (məsələn, mənim dostum üçün). Otel iki 3 mərtəbəli binadan ibarətdir, binaların arasında kiçik hovuz var. Şəkillərdə çox gəşəng görsənir, amma əslində normdur, vau deyiləsi yer deyil. Bizim otağın 2 balkonu var idi, 1nin qapısının tutacağı qırıq idi, digəri amma işləyirdi. Otaq çox kiçik idi, xüsusi ilə hamam-tualet (cəmi 2 kv.m.). Diş sürtmək üçün yüngülvari əyilmək belə mümkün deyildi, hər şey iç-içə idi...
Otelin səhər yeməyi normal idi, işçilər özləri xidmət göstərirdi, nə istədiyini, nə qədər istədiyini deyirdin, boşqaba çəkib özləri verirdilər. Limitsiz çay və kofe də öz yerində.

Gəziləsi/görüləsi yerlər: Çeşmə Sahil, Çeşmə Qalası, Tekke Plaj, İlica Halk Plajı
Restoranlar: Casa De Costa (hər şey yaxşı idi, gəşəng interyeri və mənzərəsi var, qiymətlər normal idi, menu da zəngin idi, bir sözlə məsləhətdir)
Çeşme Sahilini gəzəndə gözümüzə gəmi (tekne) turları sataşdı, tripadvisor-da flan yoxladıq və seçimi Lady Bente üzərində saxladıq: orta səsli musiqi, animasiya / disko flan yoxdur, 4 dayanacaq (hava küləkli olduğu üçün bizim halda 3 dayanacaq oldu), 8 saat (10:30 – 16:30) ərzində koy-larda dəniz keyfi, bir sözlə əsl keyfiyyətli və sakitçilik / hüzur dolu zaman keçirmək üçün əla seçimdir. https://www.cesmeladybente.com/program/ - saytda ətraflı maraqlana bilərsiniz proqram ilə. Qiymət yemək daxil 150 TL idi adam başı, lejankalar var idi (hər iki mərtəbədə), say olaraq isə cəmi 60-70 nəfər var idi (kovidə görə). Yeməkləri birinci koy-da biz çimdiyimiz halda personal ocaqda hazırlayırdı, iki seçim var: közdə balıq və közdə toyuq, birincini seçmişdim və çox dadlı idi.
Çeşməni çox bəyəndik, xüsüsən də tekne turuna görə! Növbəti gün bura ilə sağollaşıb yollandıq Kuşadasına. Bunun üçün təəssüf ki birbaşa transfer tapa bilmədik, ona görə “cesmeseyahat” ilə geriyə İzmirə gəlib, yenə də Optimum AVM-də alış-veriş edib (baqajları Optimum-un içində baqaj saxlama kamerasına qoymuşduq – 12 saat cəmi 20 TL) yollandıq hava limanına və Havas Avtobus Xidmətini istifadə edərək getdik Kuşadasına (biletin qiyməti 43 TL idi). Ətraflı avtobusların istiqamətləri və servis saatları barədə: http://www.havas.net/.../OtobusServisNok.../Pages/Izmir.aspx

Kuşadası / 3 gün
Havas Avtobus-larının Kuşadasında dayanacağı Kuşadası Avtobus Terminalıdır (Otogar). Qalacağımız oteldən avtobus terminalına 15 dəqiqəlik piyada yol var idi. Eliada Hotel – twin room - yerləşməsi əla idi, piyada mərkəzə 5 dəq yolumuz var idi. Hovuzu, çox gəşəng (pişiklər ilə bol) terrası var idi və bu terrasda hər gün səhər yeməyi təqdim edilirdi. Bu otel bu səyahət boyu qaldığımız otellərin ən yaxşısı idi (hər cəhətdən). Səhər yeməyi: açıq bufe türk kahvaltası – özümüz götürürdük hər şeyi, çay və kofe limitsiz, amma bundan sonra qərar vermişəm ki, Turkiyə otellərinə gedəndə səhər yeməyi daxil otaqlar götürməyəcəm... Eyni şeydən bezdiyimiz üçün arada MADO-ya flan baş çəkirdik brunch üçün (MADO-nun isti kalvaltası üçün sino gedirəm).
Gəziləsi / görüləsi yerlər: Kuşadası Sahil, Kuşadası Karvansaray, Ladies Beach, Guvercinada qalası, Efes Antik kenti, Şirince köyü, Meryem ana evi, Adaland Aquapark və sairə
Restoranlar: Komşu Cafe & Restaurant (bu məkana valeh olmuşduq, yeməkləri möhtəşəm, xidmət üst səviyyədə, möhtəşəm mənzərə, qiymətləri də çox münasib). Lifehack: restorana daxil olmadan kart ilə ödənişin olub olmamasına dair məlumat alın.
Bir günümüzü sırf Efes Antik Kenti və Şirince üçün ayırdıq. Əlbəttə ki, mən o mən deyiləm ora ictimai nəqliyyat ilə getməyin yolunu tapmasam
????
Ümumiyyətlə, Türkiyədə turist axını olan yerlərdə dolmuşların (kiçik avtobusların) işləməsi çox yaxşı haldır, hər yeri əlçatan edir. Qiymətlər də çox münasibdir (10 lira-yadək). Efes Antik Kenti-nə giriş üçün minimum 120 TL-dən başlayan qiymətlər ilə təqdim edilən biletlərdən yararlana bilərsiniz. Audio guide, yamac evləri və sairə yerlər əlavə ödəniş tələb edir, lakin bir neçə seçimli (hər yer daxil) biletlər də mövcüddur. Tələbələr üçün giriş pulsuzdur.

Şirince köyünə isə Selcukdan dolmuş ilə getmək olur (4 TL). Qəsəbə sizə Lahıcı xatırladacaq, yolboyu möhtəşəm mənzərələr ilə qarşılaşacaqsınız. Qəsəbədə zeytun sabunu, zeytun tərkibli kremlər, geyim, suvenir və sairə xırda-para almaq mümkündür. Lakin Şirince ən çox öz meyvəli şərabları ilə məşhurdur. Burdakı şərab mağazalarını gəzərək doyunca şərablardan dada bilərsiniz və bəyəndiyiniz meyvə şərablarından əldə edə bilərsiniz. Şərabların qiymətləri 50-200 TL arasında dəyişir.
Digər günümüzü isə sırf passiv istirahətə həsr edərək Adaland Aquaparkına getdik. Giriş TR vətəndaşları üçün 170 TL, xarici vətandaşlar üçün isə 24 EUR təşkil edir. Lifehack: türkcə danışaraq TR vətəndaşları üçün nəzərdə tutulmuş qiymət ilə içəri daxil ola bilərsiniz
????
Bura da Kuşadasından dolmuş ilə gəlmək mümkündür. Attraksionlar boldur, istənilən səviyyədə dəlilik və əyləncə dolu anları yaşaya bilərsiniz. Aquapark daxilində ödənişi yalnız xüsusi kart ilə etmək mümkündür (depozit yatıraraq kassada). Yeganə mənfi cəhəti: aquapark daxilində satılan fast food-lar heç yaxşı deyildi.
Ümumi olaraq, Kuşadasına Avropalılar çox gəldiyi üçün digər turistik şəhərlər ilə müqayisədə bura nisbətən baha idi, amma TL-nin mövcud vəziyyətini nəzərə alaraq narahatçılığa heç bir səbəb yox idi
????
Mənfi cəhət: sizi aldatmağa çalışanlar olacaq (restoranda hesab ödəyəndə kart ilə ödəniş üçün əlavə faiz yazanlardan tutmuş köşkdən içki / aptekdə dərman flan alan zaman kart ilə ödənişə razı olamayanlaradək / kart ilə ödəniş zamanı TL əvəzində USD seçənlərədək). Həmçinin USD-ni TL-yə dəyişmək fikriniz varsa, mütləq İzmirdə edin, çünki burdakı məzənnə dəhşət aşağıdır.
Kuşadasından İzmir hava limanına transfer sifariş etdik. Şəhərdə gəzərkən bir turizm agentliyinin qapısında elanı görərək, daxil olub adama 40 TL ödəyərək transferimizi 10 dəq içində aldıq. Transfer Kuşadası Otogarından İzmir Hava limanının həm daxili, həm də beynəlxalq uçuşlar üçün nəzərdə tutulmuş terminallarına sizi 2,5 saata rahat çatdıracaq.
Sentyabr gəzintim barədə mənlik bu qədər!
Şəxsi instagram hesabım: @ilgarafandi
Faydalı olmaq diləyi ilə!
P.s. Səyahət ilə bağlı bütün postlarımı həm instagramda, həm də qrupda #tripbyafandi hashtagi altında oxuya bilərsiniz
????

DİGƏR BLOQLAR

Christmas turu part 1 - Budapeşt, Brüssel, Aachen

Budapeştdəki bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.Sizə nədən deyim, nədən danışım. Hal-hazırda Christmas turumuzun 5-ci günündəyik. Fikir verdim, qrupda bu tərəfə gəlmək istəyənlər çoxdu, ona görə də, bəzi şeyləri qeyd eliyim, bəlkə kiminsə işinə yaradı.???????????????????????????????????????????????????????????????????? Marşrut:Bakı ➡️Budapest ➡️Brussels ➡️Aachen ➡️Strasbourg ➡️Colmar ➡️Switzerland (bir neçə şəhərə getməyi planlayırıq) ➡️Ravensburg ➡️Konstanz ➡️Vienne ➡️Budapest ➡️Bakı????????????????????????????????????????????????????????????????????️ Biletlər;20 dekabr. Bakı-Budapest ➡️ 35 EUR (Wizz)21 dekabr. Budapest - Brussels ➡️ 19 EUR (Wizz)23 dekabr. Brussels - Aachen ➡️ 11 EUR (Flix)Aachen - Konstanz ➡️ Maşınla gəziləcək2 yanvar. Budapest - Bakı ➡️ 103 USD????????????????????????????????????????????????????????????????QEYDLƏR:???? Biletləri 1-2 ay qabaqdan aldım, aydın məsələdi ???? Budapest- Bakı reysini düz bir ay Airhint-lə izlədim. 180 dollardan 103-ə düşəndə risk elədim aldım. Səhv elədim. Çünki, salonun cəmi 50% dolu idi. Böyük ehtimal yenə də düşəcək idi və belə də oldu. Düz 70 dollara kimi düşdü ????‍♂️????‍♂️ Məsləhət odur ki, Airhint-dən əlavə, hər dəfə qiymət düşdükcə, yer seçiminə qədər davam edin və salonun dolu və ya boş olduğuna baxın. Uçuşa bir ay qalıb, yerlər cəmi 40-50% doludursa, mənim kimi tələsməyin ))???? Wizzair-lə birinci dəfə idi uçurdum. Narahatdır. Gecə uçuşu üçün isə, vapşe ölkə ucuna qoyulası deyil. Traxtur səsi verir. Budapest Brussels uçuşunda isə, çox yellədi, babat turbulens idi. Elə bil Quba yoluynan gedirsən ????‍♂️???? Bakıda çantalara heç baxmadılar. Amma Budapeştdə nemes kimi yoxladılar. Gözünüzün yaşına baxmadan, uyğun olmayan hər şeyi çıxardıb, zibil yeşiyinə tulluyasıdılar, əmin olun ???????? Avropa daxilində Wizz-də gecikmələr çox olur belə başa düşdüm. 1 saata kimi gecikdi. Özü də, terminalın içindən təyyarəyə kimi piyadaca gedirsən) Yəni, avtobusa da ekonomiya eliyillər ))???????? Budapest deyib, keçməyin. Mən də keçmədim ???? Miqrasiyadan rahat keçirsən. Mehriban şəkildə, peçatını vurur, göndərirlər. Yuxarı çıxırsan,100E avtobusu var, düz mərkəzə gedir, Deak Ference Ter metrosuna. Elə dayanacaqda aparat var, rahat oxuyub, ala bilərsiniz. Kartla da ödəmə var. 5-cə manata. Elə metronun çıxışında saxlayır. Düşdüyün yerdən bir az irəlidə, sağda ləzətdi bir yaxma obyekti var) Əlüstü girirsən, maraqlı çörək yaxmalarından yeyirsən, ucuzdu.Mən, mərkəzdə Boomerang hostel-də double room götürdüm, 35 EUR. Breakfast daxil. Parlament, Bazilika, Christmas market, Dunayın sahili, Opera binası, hamısı ayaqla gediləsi məsafədə. Xəritə götürüb, piyada gəzdim.Çox gözəl şəhərdir, camaatı da mehriban. Ucuz deyə bilmərik. Christmas marketdə qızıl balıq qızartması gördük, ürəyimiz getdi. Dedim, bunun dadına baxmaq lazımdı. Zakaz elədim. Yan tərəfdə bir xanım da, elə ondan yeyirdi, qayıtdı ki, bu çox bahadi haa, yavaş ol )) Dedim, nə qədər olar ki, aha olsun 10 evro. Dedi, darıxma. Nəysə, bizim balığı gətirdi, yanında da tərəvəz və s. Dedi, 24 EUR. Bayaqkı xanıma qayıtdım dedim, əşi, ömründə bi dəfə yeyirsən da, hər gün Budapeştdə balıq yemirsen ki ????‍♂️????‍♂️ (içimdə də özümü söyürem ki, lom, əvvəl soruş, sora al da, aliqarxsan sən??)Belə bahalı obedden sora, gedirsən Dunayda bir gəmi turu atırsan ki, aliqarx həyatın tam olsun. Gəmi, mütləqdir. Bütün Dunayboyu tikililəri görürsən, audio guide da var. Hər şeyi izah eliyir.Hə, bir də, yaxşı qulyaş yemək istəsəniz, Budapest Bistro ya gedin.Məşhur şirniyyatları olan kurtoskalac, boş şeydi. 1000 forintə boş olanıdır, 2000 forintə içərisinə dondurma qoyulur. Heç biri bir zad deyil, yəni, o pulun üstün düzəldin qızıl balıq yeyin məncə ????‍♂️???????? Brüssel. Ayraportdan şəhərə gəlmək od bahası, 17 EUR. Söhbət, Charleroi dan gedir. Info deskdən də soruşdum ki, ən ucuz nə cür gedim, dedi variant yoxdu, Flip gedir ancaq (avtobusdu). Düz bir saata Gare du Midi-yə gəldik. Mən də Airbnb de tutmuşam evi. O da ki, mərkəzdən yarım saat məsafədə, Jette də. Wizz onsuz da gecikmişdi, bir də yolun belə uzaq olmağı, ev tapşırığını da zəif eləmişəm, bilmirəm nətər gedim Jette-yə. Nəysə, vağzala girən kimi, birini tutdum, sağ olsun izah elədi. Bir başqası kömək elədi, bilet aldıq metroya (2.4 EUR). Başqa bir stansiyada düşüb, avtobusla getməliyik hələ. Gecə 11.30, yağış yağır. Sağ olsun Bakcell, Belçikada işləmir roaming internet paketi.. Kankret stress. Elə metrodan düşən kimi, bir day dayı tutdum ki, xəritəni göstərdim, sağ olsun, düz dayanacağa kimi gətirdi. Biznən bir yerdə avtobusu gözlədi. Avtobusa mindik, aha, bilet yoxdu. Gecə vaxtı yaxında aparat da yoxdu. Çıxartdım cash verəm, götürmədi şofer. Gətirdi düz binanın qabağına. Deməyim odu ki, çox mehriban, gözəl insanları var imiş. Heç belə gözləmirdim.Səhər durub yerli "şirin" kafelərin birində zavtrak eləmək istədik. Çox mehriban sahibəsi var idi. Xeyli piroq yedirtdi bizə, ancaq birinin pulunu aldı ))Brüssel baha şəhərdir. Hər yerdə hiss eliyirsən ) Eləcə pivə qiyməti normaldı, 2 evrodan başlayaraq. Grand Place ətrafında əla Christmas market var. Local yemək və içkilərin dadına baxa bilərsiniz. Monqol mətbəxindən tutmuş, Kanada içkilərinə kimi hər şey var idi ))Ümumiyyətlə, Brüsselin binaları çox gözəldir. Küçələr bir az ensiz və çirklidir. Amma, insanları xoş olduğu üçün, belə şeylər gözə görsənmir.???????? Aachen. Brüsseldən Axenə Flix-lə gəldik. Yarım saat gecikdi avtobus. WiFi da işləmirdi. Amma, rahatdı. Axen çox gözəl şəhərdi, qədimliyi gözə girir. Aldstadt - da çox gözəl Christmas market var. Indilərdə gəlsəniz, nağıl kimi bayram keçirərdiniz. Hələ ki, burdayıq. Bu gün hava küləkli olduğu üçün, Monschau-ya gedə bilmədik. Ona görə də gedim görüm, Christmas marketdə nə var ne yox. Sağlığınıza da bir iki bakal vuraram ???????????????? Sabahkı rotamiz ➡️ Strasbourg !P.S. O məşhur balığın da şəklin aşağıda görə bilərsiniz ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Valid Memmedli 

972 dəfə oxunub

Mərakeşdə 5 Günlük Səfər

Yaxın oturun, sizə Mərakeşdə keçirdiyim 5 günlük səfərimdən danışım.Mərakeş səfərim Ryanair ilə Barcelonadan Rabata uçmaqla başladı. Vaxt məhdud olduğu üçün daha cənuba, Marrakesh, Casablanca, ve Saharaya getməyi növbəti səfərə saxladım. Bu dəfə əsas diqqətimi Rabat, Fes və Chefchaouen şəhərlərinə yönəltdim.Rabat hava limanından şəhərə ALSA avtobusu işləyir — qiymət 25 dirham, və kartla ödəniş mümkündür. Rahat və səliqəli idi.Valyuta məzənnəsi: 1 avro ≈ 10 dirham. Vacib qeyd: Mərakeşdə kart sistemi geniş yayılmayıb. Mütləq nağd pul aparın.Mərakeşin paytaxtı Rabat məni xoş təəccübləndirdi. İnsanlar mehriban və rahat, şəhər isə səliqəli və sakit.Kasbah des Oudaias-da mavi və ağ rənglərin harmoniyası, okean mənzərəsi və Andalusiya bağı — hamısı bir araya gəlib ruhu dincəldir.Medina (köhnə şəhər) – sadə, azad, turist təzyiqindən uzaq. Mərakeşdə həyat medinalarda döyünür. Medina sadəcə bazar deyil — keçmişlə bu günün iç-içə keçdiyi bir həyat fəlsəfəsidir.Hər medinanın öz “temperamenti” var:Rabat – səliqəli və rahatFes – dolğun və xaotikChefchaouen – sakit və estetikRabatdan Fesə qatarla gedə bilərsiniz. Təxminən 3 saat çəkir səfər. 1st class bilet 170 dirhamdir, kondisinerli, bağlı kabində gedirsiniz. Bileti onlayn və ya vağzaldan ala bilərsiniz.Fes Mərakeşin ən qədim və ən mistik şəhərlərindən biridir. Burada yerləşən Al-Qarawiyyin Universiteti — 859-cu ildə qurulub və dünyanın ən qədim fəaliyyət göstərən universitetidir. Qadın alim Fatima al-Fihri tərəfindən təsis edilib.Fesdə nələri görmək lazımdır?Fes el-Bali medinası – 10,000-dən çox dar küçə, scooter belə girə bilmir. GPS işləmir, azmaq normaldır. Yaxşı olar ki gidlə gəzəsiniz bu bazarı, gidi tapmağa ehtiyac qalmır, özləri tapır. Qiyməti mütləq əvvəldən danışın, ya da GetYourGuide appindən də book eləyə bilərsiniz. Mən 3 saat üçün 150 dirhama razılaşdım, axırda 200 istəyirdi, bir az narazılıqdan sonra daışdığımız qiymətdə razılaşdıq. Ümumiyyətlə Mərakeşdə özünüze turist kimi aparmayın, bir az “bazar adamı” mooduna girin, içinizdəki azərbaycanlını sərbəst buraxın.Chouara dəridüzləmə sexi – göy, sarı və qırmızı rənglərdə dəri boyama prosesi. Çox təsir edicidir, amma baxmaq üçün dəridən əşya satan dükanlara girib tip vermək və ya nəsə almaq lazım olur. Burdakı qoxuya özünüzü mənəvi olaraq hazırlayın. Dərini təmizləmək üçün ekoloji göyərçin poxundan istifadə edirlər deyə hər yer pox iylənir, siz də məni bağışlayın. Turistlərə girişdə nanə verirlər iyləmək üçün.Feslə bağlı vacib qeydlər:-Hər yardım təklifi səmimi olmaya bilər.-Bəziləri sizi bilərəkdən azdırıb sonra “kömək” üçün pul istəyir. 10-20 dirham təklif etsəniz, “uşaq pulu” deyib inciyirlər — Ümumiyyətlə, insan faktoru baxımından Fesi o qədər də bəyənmədim. Buna baxmayaraq, Fesin qədimliyi və dərin ruhu insana təsir edir.Fesdən Chefchaouenə və başqa qatar getməyən yerlərə isə CTM avtobusları ilə gedə bilərsiniz. Biletləri onlayn ya vağzaldan ala bilərsiniz. Əgər baqajınız varsa hər baqaj üçün əlavə 5 dirham alırlar. Avtobuslar komfortlu və kondisionerlidir. Şəhərlərdə taxi istifadə edə bilərsiniz. Taksilər münasibdir, amma minmədən əvvəl qiyməti mütləq soruşun ki, sonra “atmasınlar”.Mərakeş mətbəxinin dadına mütləq baxın, çox dadlı olur yeməklər. Mərakeşdə yemək yalnız qida deyil — bir ritualdır, bir hissdir, bir səyahətdir. Hər loxma səni bu torpağın tarixinə, iqliminə və ruhuna bağlayır.Tagine – həm yeməyin adı, həm də onun hazırlandığı konus formalı keramika qabdır. Bu qabın özəlliyi ondadır ki, yemək buxarla öz suyu ilə bişir, və nəticədə heyrətamiz yumşaqlıq və dərin dadlar ortaya çıxır.Mərakeşdə tagine-in saysız versiyası var:•Limonlu və zeytunlu toyuq tagine – turş, duzlu və ədviyyəli.•Balıq tagine – sahil şəhərlərində xüsusilə dəniz ləzzəti ilə dolu olur.•Ətli, ərik və badamlı tagine – şirin və duzlu dadların harmoniyası.Yemək adətən isti çörək (khobz) ilə servis olunur – barmaqla batırıb, yavaşca tagine sousuna batırmaq…Sahil şəhərlərində, xüsusilə Rabat və Tangier kimi yerlərdə, dəniz məhsulları inanılmaz dərəcədə təzə və münasib qiymətlidir.•Təzə oysterlər – dənizdən yeni çıxarılıb, buz üzərində təqdim olunur. Limon suyu, bəlkə də azacıq acı sous – və voilá!•Qızardılmış kalmar, karides və ahtapot – kənarı xırt-xırt, içi yumşaq.•Grilled seabass və sardina – sadə, amma ləzzətin zirvəsində.• Nanəli yaşıl çay (atay) – Mərakeşin rəsmi içkisidir. Səmimi qarşılanmanın bir hissəsidir və bol şəkərlə içilir.•Şirniyyatlar – badamlı briwat, kətan toxumlu ghriba, ya da bal içində üzən pastilla… Hər biri əhvalını qaldıracaq.Son olaraq, Mərakeş – rənglərin, qoxuların və emosiyaların ölkəsidir. Rabat səni dincəldəcək, Fes düşündürəcək, Chefchaouen isə qəlbini sakitləşdirəcək.Amma əsl Mərakeş — medinanın dar küçələrində, əllə bişmiş çörəkdə və bir az tanımadığın, bir az da çox tanış olan xırda adətlərdir.Paylaşan: Ismayil Huseynov

93 dəfə oxunub

Paytaxt Sofiyada qarşılaşdığım 10 maraqlı məqam

Sofiyadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.İlk öncə onu qeyd edim ki, Sofiya səfəri son 3 ayda Buta Airways ilə 3-cü səfərim idi. Mart ayında Tehrana, Aprel ayında isə İstanbula səfər etmişdim. İlk Buta təcrübəm  barədə bloq yazısı paylaşmışdım.  3-cü səfərimdən sonra da təəssüratım yazıda olduğu kimidir, yəni müsbət.Bolqarıstan 110 min kv. km əraziyə, 7,1 milyon əhaliyə sahib ölkədir. Onu qeyd edim ki, bu ölkə əhalisi azalmaqda olan ölkələr sırasındadır və proqnozlara görə 2030-cü ilə ölkə əhalisinin sayı 6,5 milyona, 2050-ci ildə isə 5,5 milyona enəcək.Ölkənin pul vahidi lev dəyərinə görə manatla demək olar, eynidir (1 lev – 1.03 manatdır). Danışıq dili rus dilinə çox yaxındır, aktiv istifadə olunan bir çox sözlər sanki, rus və türk dilinin qarışığı sözlərdir. Həmçinin ölkənin milli mətbəxi də rus və türk mətbəxinə çox yaxındır.Paytaxt Sofiya 1,5 milyon (bəzi mənbələrə görə 2 milyon) əhalisi olan, ölkənin ən böyük və strateji şəhəridir. Sofiyada bir həftə oldum, iki beynəlxalq tədbirdə iştirak etdim, bununla yanaşı şəhərlə yaxından tanış olmaq imkanı qazandım. Bu müddətdə rastıma çıxan maraqlı məqamları sizlərlə bölüşmək istəyirəm. İnanıram ki, bu yazı Sofiyaya səfər edəcək olan şəxslər üçün də faydalı olacaq.P.s. Bu yerdə İstanbul səfərinə başım qarışdığı üçün viza müraciətini gecikdirməyim və bununla da Bolqarstan vizası almaqda problem yarandığı zaman mənə kömək olub, vizanı almğıma səbəb olan Vizam.az kollektivinə operativ fəaliyyəti üçün təşəkkür etmək istəyirəm.1. NəqliyyatMetronun sonuncu stansiyalarından biri Sofiya aeroportudur. Bun görə də aeroportdan şəhərin əsas nöqtələrinə metro ilə gedə bilirsiniz. Sofiyada nəqliyyatın qiyməti Bakı ilə müqayisədə çox bahadır: 1 gediş – 1.6 lev. Amma burada “Daily Card” var ki, bu kartla bütün ictimai nəqliyyat sistemindən (metro, avtobus, trolleybus, tramvay) gün ərzində limitsiz istifadə edə bilərsiniz. Kartın qiyməti 4 lev’dir. Buna görə də Sofiyaya səfər edənlər üçün bu kart əladır.Ümumiyyətlə Sofiyada ictimai nəqliyyatın fəaliyyəti əladır. İlk dəfə idi ki, olduğum xarici bir şəhərdə taksidən istifadə etmədim. Yuxarıda qeyd etdiyim kimi, avtobus və metrodan başqa tramvay və trolleybus da fəaliyyətdədir və bir turistə lazım olan əsas nöqtələrə ictimai nəqliyyatla sürətli şəkildə gedə bilirsiniz.Eway.bg adlı əla bir sayt var, bunun vasitəsilə bütün növ ictimai nəqliyyatın marşrut xətti, dayanacaqları və s. haqda məlumat almaq olur.Metro iki xətdən ibarərdir, ona görə də stansiyaları tapmaq çətin olmur. Serdika stansiyası iki xətti birləşdirir. Elə şəhərin mərkəzi də Serdika stansiyası olan ərazilərdir. “Vitoşa Bulvarı” adlandırılan, Sofiyanın “Tarqovı”sı da məhz Serdika stansiyasının yaxınlığında başlayır.2. Serdika metro stansiyasıSerdika stansiyasının maraqlı quruluşu var. Stansiyaya ilk dəfə daxil olanda diqqətimi çəkdi. Stansiya şəhərin düz mərkəzində yerləşir. Buradan bir çox məşhur turistik nöqtələrə ayaqla gedə bilirsiniz.3. Daş örtülü yollarÇəkdiyim şəkillərə diqqət etsəniz görəcəksiniz ki, şəhərin əksər yolları asfalt deyil, daş örtülü yollardır. Hiss olunur ki, yollara düzülən daşların onillərlə yaşı var. Amma yolların vəziyyəti əladır.4. Başdan-başa yaşıllıqBakıdan gələn turist üçün Sofiyada həsrətlə baxacağı ilk şeylərdən biri şəhərin yaşıllığıdır. Nəhəng və yaşı çox olan ağacları şəhərin demək olar, bütün küçələrində görmək olur. Şəhərdə xeyli sayda park var ki, o parklar da başdan başa yaşıllıq içərisindədir. Bir sözlə, Sofiyada ciyərləriniz bayram edir.5. QiymətlərExpatistan.com saytından indiyədək istifadə etməmisinizsə baxın mütləq. Müxtəlif şəhərlərdəki ortalama qiyməti müqayisə edib, hansı şəhərin baha, hansının ucuz olduğunu göstərir. O saytda Sofiyanın Bakıdan 31% baha şəhər olduğu göstərilir, amma məncə fərq o qədər deyildi. Bir çox qiymətlər Bakı ilə aşağı-yuxarı eyni, bəziləri 10%-30% baha idi. Amma bəzi qiymətlərdə kifayət qədər fərq var idi (benzin – 2-2.5 lev, çörək 1-3 lev və s.)(Foto: Pizzeria Ugo, Vitosha Bul.)6. Aleksandr Nevski kilsəsi.Sofiyanın əsas simvollarından sayılan bu məbəd dünyada ən böyük ortodoks kilsələrindən biridir. Eyni anda 10 min insanı qəbul edə bilir.Şəhərin əksər turistik məkanlarından fərqli olaraq, bu kilsənin daxilində foto-video çəkmək istəsəniz 10 lev ödəməli olacaqsınız.7. ParklarSofiyada çoxlu parklar var. Nəhəng ağaclarla əhatələnən, bir sıra tarixi və turistik obyektlər yerləşən bu parklarda insanlar sözün əsl mənasında istirahət edirlər. Baxırsan ki, 3-4 nəfər musiqinin səsini yüksəldib, oynamağa başlayırlar. Yoldan keçənlər də çantasını kənara qoyub, gəlir qoşulur oynayanlara, birlikdə oynayırlar.8. Sofiyanın “Tarqovı”sı – Vitoşa BulvarıVitoşa küçəsi müxtəlif restoranların və brend geyim mağazalarının yerləşdiyi küçədir. Müşahidə etdiyim maraqlı bir məqam o oldu ki, bu küçədə demək olar hər gün mitinq olurdu. 4-5 polis mitinq iştirakçılarının önündə, 4-5’i isə arxalarında hərəkət edirdi. Yüzlərlə insan isə şüar səsləndirib, qazan, dəmir parçalarının bir-birinə vurub, səs-küy salırdılar. Maraqlıdır ki, bu, heç kimdə narahatlıq yaratmırdı.9. Mall of Sofia“Mall of Sofia” şəhərin ən böyük alış-veriş mərkəzlərindən biridir. Burada siz elə Bakıda da gördüyümüz bir çox məşhur qlobal brendlərin mağazalarını görə bilərsiniz. Restoran mərtəbəsində isə bəyəndiyim iki yer oldu: 1) “Аби” türk şirniyyat məkanı, 2) “Pizza Lab”. Burada pizzanın hazırlanması maraqlı idi, qarşında olan bütün ət və tərəvəz məhsullarından, cürbəcür souslardan seçib, pizzaya əlavə etdirirsən, cəmi 2 dəqiqəyə hazır olub, sənə təqdim edilir. Pizzaları da dadlı idi.10. TolerantlıqBələdçinin dediyinə görə, Sofiya dünyada ən tolerant şəhərlərdən biri sayılır. Siz Serdika stansiyasında düşüb, şəhərə çıxsanız, bir nöqtədə durmaqla həm kilsə, həm məscid, həm də sinaqoq görə bilərsiniz.Bir sözlə, bəzilərinin “Şərqi Avropanın Parisi” adlandırdıqları Sofiya sadə, amma gözəl havası və rahatlığı ilə görməli şəhərdir.Növbəti yazılarda “Veliko Tarnovo” və “Plovdiv” haqda oxuya biləcəksiniz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Orxan Rzayev

1710 dəfə oxunub

Şəki Səyahətim – Gəzilməli və Görülməli Yerlər

Şəki Səyahətim – Gəzilməli və Görülməli YerlərSalam, dostlar! Ölkəmizin ən gözəl və tarixi şəhərlərindən biri olan Şəkiyə səyahət etdim. Bakıdan qatarla gedib, elə qatarla da geri döndüm.Şəkiyə gedərkən ekonom sinfi seçmişdim. Əgər siz də bu siniflə səyahət edəcəksinizsə, mütləq yüngül paltar götürün, çünki içəridə çox isti olur. Standart+ sinfi isə daha komfortludur və qismən daha rahatdır. Qatarın zəif də olsa Wi-Fi xidməti var və işləyir.Qatar Şəkiyə səhər çox erkən çatır. Vağzaldan şəhərə getmək üçün hər adam üçün 5 AZN-ə taksi xidməti var. Şəhərdə səhər saatlarında açıq olan yerlər məhdud olduğuna görə Central Hostelin kafesində oturub saat 08:00-dan sonra qəhvə içərək gəzintiyə başlaya bilərsiniz.Biz daha erkən saatlarda Ablan Məbədini ziyarət etdik. Daha sonra Cümə Məscidini, oradan isə Xan Evi, Xan Muzeyi və Xan Məscidini gəzdik. Bu hissədə çox sayda tarixi evlər və küçələr var. Yolüstü İmam Əli Məscidini də ziyarət edə bilərsiniz. Şəkinin gözəl mənzərəsini izləmək üçün Ana Abidəsi (Şəhidlər Xiyabanına yaxın yerləşir) əla seçimdir.Şəhərin digər hissəsinə piyada rahatlıqla gedərək Yurd Evi (Miniatür Şəki Abidələri Muzeyi) və Karvansaraya baş çəkə bilərsiniz. Buradan sonra Güllü Təpəyə qədim fayton yolu ilə qalxaraq unikal mənzərənin şahidi ola bilərsiniz.Gəzintidən sonra Şəkinin məşhur Qagarin restoranında şəhər mənzərəsi ilə piti yeməyi tövsiyə edirəm. Daha sonra Şəki Qalasına gedərək Şəki Xan Sarayı, Şəki Qalereyası və ABAD Mərkəzində tarixi sənətkarlıq nümunələrini izləyə bilərsiniz. Əlavə olaraq, qala ərazisində yerləşən Azərbaycan Milli Yemək Muzeyi çox maraqlıdır və görməyə dəyər.Şəki Xan Sarayının həyətində istirahət etdikdən sonra 15 nömrəli avtobusla Kiş kəndinə getmək mümkündür. Təxminən 15 dəqiqəlik yol getdikdən sonra Kiş Alban Məbədinə tarixi yollarla 15-20 dəqiqəyə piyada qalxmaq olar. Məbəd hazırda muzey statusundadır və saat 18:00-a qədər açıqdır.Bundan əlavə, yol boyu Şəki halvası satan məşhur brendləri görəcəksiniz. Şəkidə çox sayda coffee shop var, amma ən məşhuru Illy Espresso Housedur.Gedə biləcəyiniz restoranlar arasında ən məşhurları: • VIP Karvan • Qagarin • Arı MəmmədƏn sərfəli və sürətli taxı - *0066Şəkidə çox sayda ev muzeyi var, ona görə hamısını qeyd etmədim – öz zövqünüzə seçib ziyarət edə bilərsiniz.Əgər Şəkiyə səyahət etməyi düşünürsünüzsə Farid Mustafayev sosial şəbəkələrini izləməyi tövsiyə edirəm A-dan Z-yə bütün lazımi məlumatları paylaşır.Uğurlu və maraqlı səyahətlər! Paylaşan: Ruslan Memmedov

192 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!