1027 dəfə oxunub

'Business Classla' uçuş

Qərara aldım mən də bu yaxınlarda yaşadığım bir səyahət təcrübəsini bölüşüm  20-ci uçuşum Emirates -in B-claassı ilə keçdi. İstiqamət Seul to Dubai idi. Çoxdandır bunu test eləmək arzusunda idim. Adətən mən də işdən əlavə səyahətlərim zamanı Low-costlarda uçuram amma bu dəfə Emirates business classda səfər edəcəkdim. İlk olaraq səfəri reallaşdıran təyyarə airbus a380 idi. Bu nəhəng gəmi, 2 mərtəbədən ibarətdir və ikinci mərtəbəsi First və Biznes klasslar üçün ayrılıb. Açığı bu böyüklükdə bir təyyarənin havaya necə qalxacağının həyacanı məni az da olsa narahat edirdi.

Lakin hələ Biznes gözləmə zalında təklif olunan wiskey stressi atmaq üçün əla seçim oldu. Bu gözləmə zalında hər şey var. Komputerlər, printer, yemək, içmək, xidmət və s. Uçuş gecə idi və təyyarədə bizi çox xoş qarşıladılar. Oturan kimi rahatlığın üçün hər şey təmin edilirdi və B.classların əvəz olunmaz içkisi meyvə suyu da var idi və çox təbii idi. Ərəb səhralarını gözünün önündə canlandıran həzin musiqi isə bütün stressi aradan qaldırırdı. Oturduğun yerin tam yanında mini bar var və ən əsası hər şey pulsuzdur. Barda çərəzlər və soyuq içkilər yer alır, işıqlandırma isə göz oxşayır. Qarşında olan monitorda isə vizyonda olan ən son filmlərə baxa bilərsən. Daha bir idarəetmə monitoru isə sağ tərəfdə yerləşdirilib. Ən önəmlisi isə içəridə pulsuz wi-fi var. Təyyarə çox rahatlıqla havaya qalxdı və heç nə hiss etmədik. Havada duş qəbul eləmək kimi bir imkan isə əvəzedilməz bir hissdir. Menyuda şefdən çox əla bir giriş mesajı olur. Çox ləzzətli yeməklərdən dadmaq imkanın var.

34670828_1641808445917285_3858722348144263168_n

Şərab menyusu isə ayrıdır. Çox qədim fransız şərabını belə burdan tapmaq olur. Gecə uçuşu zamanı səhər yeməyini də əvvəlcədən qeyd edirsən. Yatmaq zamanı gələndə isə sənin üçün döşək, çox yumşaq yastıq və üstünə sərmək üçün hər şey verilir. Yataq isə 180 dərəcə tam açılır və asan idarə olunur. Cəmi 6 saat rahatlıqla yatdım. Təqdim olunan balaca çantada isə Bvlgari, Versace-dan olan parfumeriya və digər lazımı avadanlıqlar var idi. (Ətir, duş geli, təraş üçün avadanlıq, antiperspirant, şampun və s. və s.). Arxa hissədə ayrıca bar yer alır. Bu barda çox ləzzətli koktel içdim və elə onda təyyarə turbulence-a düşdü. Məni yerimə belə keçməyə qoymadılar və elə bardaca bağlayıb otuzdurdular. 15 dəqiqə bütün barda olan şüşələrin silkələnməsini izləmək biraz qorxuducu və biraz da həzz verici bir hiss yaşadırdı. Ölürüksə belə ölək kimi bir hiss keçirdi adamın içindən 

34591228_1641807159250747_2514766835719602176_n

Səhər məni Seuldan olan və ərəb geyimində çox gözəl bir xanım toxunub oyandırdı. İçmək üçün ilkin təkliflərdən sonra səhər yeməyi gəlir. Səyahət əla idi amma bu qədər təcrübənin içindən o qızın toxunuşu daha çox yadımda qaldı  Bəzi şəkilləri əlavəyə yükləyirəm  Seul səfəri isə Korean Air -in b.classı ilə getmişdim. O da əla idi amma bir Emirates ola bilməzdi.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Farid Pardashunas

DİGƏR BLOQLAR

Alkatras Adası və Həbsxanası

Öncəliklə hamıya salamlar. Uzun zamandır bu qrupda heçnə paylaşmırdım, baxmayaraq ki indi daha çox səyahət edirəm . Bu dəfə sizə Alkatras (Alcatraz) adası və həbsxanası haqqında paylaşım edirəm. Bir çoxunuz bəlkə də eşitmisiniz, maraqlı olar bəlkə bilməyənlər üçün də. Alkatras əvvəlcə dəniz müdafiə qalası kimi nəzərdə tutulmuşdu, ancaq 1861-ci ildə hərbi cinayətkarlar üçün yaşayış yeri kimi təyin olundu və ilk illərində müxtəlif məhbuslara ev sahibliyi etdi. 1934–1963-cü illər arasında Alkatras ABŞ-ın ən təhlükəli məhkumları üçün federal həbsxana kimi fəaliyyət göstərirdi. Bəzi məşhur məhkumları arasında Al Capone, George (“Machine Gun”) Kelly, Robert Stroud, the “Birdman of Alcatraz,” James (“Whitey”) Bulger, və Mickey Cohen də var idi. San Fransisco’nun gedib mütləq görülməli yerlərindən biridir. Bileti mən internetdən 48 aldım, bu qiymətə gediş dönüş, həbsxanaya giriş və səsli hekayəli anlatım da daxildir. Turlar həm axşam həm də gündüz olur. Pier 33’dən qalxır bərə (ferry boat), bileti yerində də ala bilərsiniz amma pik sezondursa tapmaya da bilərsiniz. Gedəndə üstünüzə mutləq isti bir şeylər geyinin, külək məni birtəhər etdi orda Mən çox bəyəndim, filmlərdəki səhnələr hamısı gəldi keçdi gözümün önündən . Film demişkən Escape from Alcatraz’ı Netflixdən də izləyə bilərsiniz. Ümid edirəm ki sizə də maraqlı və faydalı olar bu post. Aşağıda saytın linkini sizin üçün əlavə edirəm Cityexperiences.comPaylaşan Afshan Babazade

165 dəfə oxunub

Plansız Türkiyə səfəri

Gəzəyənlər, tələbə dostumla birgə Türk cəmiyyətini yaxından tanımaq üçün 10 günlük motosikla səfərə çıxdıq. Bir şərtlə yola çıxmışdıq ,nə pansiyon,nə hostel, nədə ki oteldə qalacık, restoranlarda yemək yemiyəcəkdik nə tapqıdsa onunla kifayətlənəcik, harda yer tapdıq orda qalacaqdıq, dağ, dərə, daş, kəsə, təpə, təhlükəli zənn etdiyimiz hər yer.Plansız çıxmışdıq, yolumuzun üstündə maraqlı bir kənd, yada ki qəsəbə görsək yolumuzu o tərəfə çevirirdik, yaxşıki də yolumuz uzadırdıq, çünki ən maraqlı hekayələr və hadisələr məhz siz planlamadığınız zamanda, ən gözəl hekayələr isə sizin itmə riskini gözə adlğınız yerlərdə yazılır. Sahili gözünüzdən itirməyə cəsarət etmədiyiniz müddətcə, yeni okeanlar kəşf edə bilməzsiniz. Fərqlidir gəzəyən olmaq, xarakterinə, arzularına və həyat tərzinə görə fərqlənir. Sanki yeni dil danışmaq yeni bir dünya mədəniyyətin qəlbini açmaq kimi bir şeydir. Əgər öyrənmək istəyirsinizsə gəzəyən olmaq şərtdir.Qadağa olduğu halda bir parka girib çadırımızı qurmağa hazırlaşırdıq ki birdən güvənlik bizi oğru zənn edib, havaya atəş açdı, daha sonra otağına çağırdı, gözəl söhbətdən sonra bizə "burda uyumak yasak amma gezginlere yasak değil" deyərək bizə otağını verdi . Səhər yeməyinə isə evinə apardı. Təsadüfən bir toya rast gəldik özümüzü bəy tərəfdən təqdim etdik. Türkiyədəki kənd toyları sadədir, hamı bir qabdan yeyərək, paylaşma mədəniyyətinə üstünlük verirlər. Bizi motosikla görənlər gah çaya dəvət edirdi, gah yeməyə, soyuqda üşüməyək deyə məsciddə qalmaya dəvət edən imamdan, təndirdə isti çörək pişirən nənəyə kimi.Yüzlərcə insan tanıdıq ,onlarla insan evlərini süfrələrini açdı, çoxlu hekayələr dinlədik, gəzəyən olmaq istəyən çox idi, ancaq o gədər bəhanələri varıydı ki onları unudub yola çıxmaya cəsarət edən az idi. Kiminin vaxtı, kiminin işini, kiminin ailəsi bəhanə idi. Harda qalmadıq ki, mecid, park, dağın təpəsi, meşə, benzin stansiyasi, plyaj.Polis və jandarma tərəfindən dəfələrlə qovalandıq . Təhlükəli deyilmi deyəcəksiniz bu növ səyahətlər? Təhlükəlidir, amma inanın evdə oturub heçnə etməmək, düşüncələrinizi dəyişməmək, risk almamaq, səyahətə maddiyat dincəlmək, fəlsəfəsi ilə baxıb " imkanım yaxşı olsun səyahətə çıxacam" düşüncəsi ilə yaşamaq və heçnə etməmək Pablo Nerudanın dediyi kimi " yavaş-yavaş ölmək" daha da təhlükəlidir. 10 gündə 5 şəhərini 22 kənd 5 qədim kəndini 6 milli muzeyini ziyarət etdik. İki elmi kənd olan Riyaziyat və Fəlsəfə kəndlərinə getdik. Bütün bunlara isə bir gün bahalı restorana gedib ödədyiniz xərcdən daha az xərclə edə bildik.Hər ölkə, hər mədəniyyət özü ilə fərqli şeylər öyrədir insana. fransızlardan, romantikanı və sevməni öyrənirsən, italyanlardan rahat geyimi, İspanyalılardan əyləncəni,ərəblərdən istiqanlılığı, almanlardan distiplinanı, koreyalılardan duygusallığı,yaponlardan möcüzələr etməyi, yahudilərdən icmalaşmanı, amerikalıdan özünün rahat hiss etməni, türklərdən isə qonaqpərvərliyi və şəfqatli olmağı öyrənirsən. Dünya və dünyanımızı gözəl bir yerə çevirmək və qəlbinizi hamı üçün, hər cür fərqliliklərə açmaq və o fərqliliqləri qəlbinizin içinə almaq üçün, yoldan, sevgidən, sülhdən uzaqlaşmayın.Gəzməklə qalın.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Emin Yadigarov

854 dəfə oxunub

Səyahət əvalatları - Lokau

????????????????Deməli səhər saat 6-da, siz şirin yuxunuzda, isti çarpayınızda yuxu görərkən, mən düşmüşəm Bregenz (Avstriya) çöllərinə. Payız sabahı, zülmət qaranlıq, Alpların soyuğu, bundan gözəl nə olar bilər?! Şəhərdaxili 18 km gəzərək, yol aldım 4-5km məsafədə yerləşən Lokau (Lochau) qəsəbəsinə. Ümumiyətlə, Avstriyanın bu regionunu ümumi gördüyüm təbiətlə vəhdət təşkil edən şəhərlər arasında (Norveç istisna) ən çox sevdiyim yer oldu. Uzun sözün qısası, Konstazns gölünü qırağı ilə gəzə-gəzə gəldim Lokauya. Deməli, Lokau müasir evlərdən ibarət dağətəyi (Erdenberg dağları) bir zonadır.Məndə neçə saatdı nə normal bir kafe, nə də mağaza tapmamışdım deyə çox acmışdım. Onunla da hələ 25-ci kmi yeriyirdim, çantanın da ağırlığı ayrı bir dərd, təxminən minimum 12 kq olardı. Deməli, bir supermarketə rast gəldim və daxil oldum içəri. Norveç balığını (konserv) görübdə almasam ayıb olardı, bir ədəddə Isveçrə inəyinin südündən hazırlanan ayran ????İndi deyəcəksiz ayran hara, balıq hara ???? olur arada, boş verin. Deməli, mən indi bu "ləziz təamları" yaşıllıqlar əhatəsində, mənzərədən feyziyab olaraq yeyib enerji yığmaq üçün otların üzərində oturmadım çünki yaş idi ???? Bir təhər enerjimin son damlasına qədər yeriyib bir skamya tapdım. Kabab qonaqlığındaymış kimi, elə oturub yeməyin qapağını açıb, ayrandan bir qurtum içirdim ki, bir də gördüm mənimlə üzbəüz evdən bir qadın çıxıb, qoyub üstünə:- Sie zahlen zad, ich die "Polizei" rufen falan fılan ????Məndə yaxşı eşitmədim aclıq başıma vurduğundan ????Məndə öz növbəmdə: What happened? What is problem? I am sorry but I don't understand falan fılan. Gördüm bu keçmir, dedim yəqin ingilis dilindən zəhləsi gedir, başladım fransızca hücuma: madam eskuze mua, pağle le pax fonse falan fılan ağlıma gələn bütün fransızca sözləri reperler kimi dedim ????Gördüm yoxe xanım elə dediyin deyir, mən isə konkret yoxam, o qədər yorğunam ki, xanımı eşitmirəm. Xanım evdı daxil oldu. Dedim əşi yəqin hərşeyə deyinən avropalılardan biridir yəqin şalvarımın rəngi onunçün uğursuzdur, deyinib ????. Birdə gördüm xanım yenidən qapını açıb şayze falan əlində kamera məni çəkir və anidən polize deyə deyinir, ilahi, bu nə sınaqdı mən çəkilirəm, polis deyəndə aclıq söhbəti qalar, bunların da polisinə belə yüngülvari söhbətlər lazımdı elə ????Bir əlimdə ağır çanta, bir əlimdə də yemək, ayran da qaldı skamya da (yanıram yanıram, onu içə bilmədiyimə ????). Yeməkdən əsər əlamət qalmadı, necə qaçmışamsa???? Özüdə yolu enişə tərəf yox, yoxuşa doğru çıxıram, ilahi axı niyə belə?! Sən demə qadın elə bilib ki, mən əlimdəki telefonla bunun evini çəkirəm, yazıq mən ????Deməli, artıq Lokaunun gözəlliyi həmin an gözümdən "itmişdi", 5 km qatar stansiyasına doğru gedib, Almaniyanın Avstriya ilə qonşu Lindau şəhərinə. Forsmajor elə gedirəm ???? Nəysə, aldım OBB Avstriya dəmir yollarından 2 avroluq bilet, Lokaudan Lindauya. Siz siz olun Lindauya nəğd pulsuz getməyin, şəhərdə hansı mağazaya, hansı restorana, hansı yerə getdimsə only cash, only cash, only cash.....Burda konkret çürüyürəm hər şey nəğd, məndə həmişə kartdan istifadə edən adam. Aldım bir DB Almanıya dəmir yollarından bilet, yollar Münxenə, heç sevmədim Münxeni dəlixana bir şəhər, dilənçi en qədər. Təsəvvür edin, vaqona daxil olanda bileti, pasportun yoxladılar dedim okey prosedura, amma yatmaq üçün başımı qoyurdum ki, bir də gördüm düz 3 polis gəldi, ağlıma o dəyqə həmin qadın gəldi, dedim yüz faiz şəklimi falan çəkib ötürüb polislərə. Nəsə polislər aldılar pasportu göndərdilər yoxlamaya heç nə başa düşmədim, deyirəm bu qədər yoxlama nə üçündür, axı mən 2saatdan çox olan yolda yatmaq istəyirəm yorğunam, özü də axşam saat 10:00.Qatarda düz 40 dəfə polis gedib-gəlib yoxladı məni, yuxuma konkret haram qatdılar, 5 dəqiqədən bir gəldilər ki, hey man, hey Mr. qalx ayağa qadasıƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: ‎‎Royal Planck‎ ?

1512 dəfə oxunub

Ucuzdur deyə şəhər mərkəzindən uzaqda tutulan hostel

Keçən gün səhifədə səyahətdə olarkən edilən səhvlər adlı bir post paylaşılmışdı. O səhvlərdən birini edərək yaşadığımız çətinliyi və başımıza gələn hadisəni yazmaq istəyirəm. Başladıq Başlıq isə belədir - Ucuzdur deyə şəhər mərkəzindən uzaqda tutulan hostel. Deməli 2017-nin avqustunun sonlarında yaydan planlaşdırıb öncədən xəritəsini cızdığımız, bilet və qalacaq yerlər rezervasiya etdiyimiz 25 günlük avropa turuna çıxdıq. Başlayacağımız ölkə Almaniya idi. İlk şəhərimiz də təbii ki Berlin. Planımız Almaniyanin bir-iki şəhərini gəzib növbəti ölkələrə keçmək idi. Polşada yaşadığımız üçün elə yaxındır deyib avtobusla yollandıq Berlinə. Airbnb aplikasiyasını yeni keşf etdiyimiz səyahətimiz idi. Elə qalacağımız yerləri onun vasitəsiylə seçmişdik. Yeri gəlmişkən məncə əla aplikasiyadır. Xülasə gəlib çatdıq Berlinə-Avtovağzala. Elə ilk düşən kimi bir azərbayccanlı görüb yerli kimi salamlaşdıq  Xəritəmizi açdıq və avtovağzaldan qalacağımız yerə yarımsaatlıq məsafəni necə və hardan gedəcəyimizə baxdıq. Yaxınlıqda dəmiryolu stansiyası var idi.. Elə ən yaxşı variant da qatar olduğu üçün fikirləşmədik və stansiyaya girdik. Hardan hansı qatarın hara getdiyini dəqiqləşdirmək çətindir çünki ilk gün üçün Almaniyada dəmiryolu şəbəkəsi olduqca qarışıqdır. Stanisyada dəmiryolu xəritəsindən gedəcəyimiz dayanacağın adını axtarırdıq. Kənardan çiynində turist sumkası ilə transport xəttinə bələd olmadığımız görünmüş olmalıdır ki, biri bizə yaxınlaşdı və həddindən artıq səmimiyyətlə hara getməli olduğumuz soruşdu və çox rahatlıqla hansı qatara minməli olduğumuzu deyib böyük gülümsəmə ilə yanımızdan ayrıldı. Adam gəlib bizə yol göstərənə qədərki vaxtda xəritədə təxmini hardan gedəcəyimizi aşkarlamışdıq. Amma adamın bizə dediyi istiqamət tamamilə fərqli idi. Yoldaşım dedi ki içimdəki mükəmməl yön hissim bizim haqlı olduğumuzu, adamın mənasız səmimi olduğunu və bizi aldatdığını, yanlış istiqamətləndirdiyini deyir. 1-2 dəqiqəlik diskussiyadan sonra öz seçdiyimiz qatara mindik.. Adam bizə səhv yol göstərmişdi. İndiyə kimi hələ də başa düşməmişəm adamın məqsədi nə idi. Bu arada gedəcəyimiz yer üçün 2 qatar dəyişməli idik. Nə isə nəhayət gəldik çatdıq lazım olan stansiyaya. Sən demə burdan qalacağımız hostelə 15 dəqiqəlik yerimə məsafəsi var. Bu 15 dəqiqəlik məsafəni unutmayaq hərşey bunla başlayacaq  Avqusta görə hava olduqca " sərin " idi.Qaldığımız otaq iki nəfərlik idi.Amma otaq haqqında danışmaq istəmirəm.Yadıma düşdükcə stres keçirirəm  Onu deyə bilərəm ki o "sərin " havada çöldə yatsaq daha isti olardı 3 gün Berlində olduq. Olduqca gözəl şəhərdir. Berlinerdoma aşiq oldum. Möhtəşəm idi. Amma Berlin haqqında yazmayacağam. bu haqda bundan əvvəl yazmışdım .Həmçinin çoxları olub və haqqında məndən də yaxşı yazmış olarlar. Berlindən sonrakı gedəcəyimiz şəhər Hamburg idi. Biletimiz səhər saat 8 ya da 9a idi tam yadımda deyil. Həmin avtovağzala gedəcəkdik. Axşamdan 30-40 dəqiqə tez çatsaq rahat olar deyərək çıxmaq saatımızı dəqiqləşdirdik. Həm yerimə məsafəsinin 15 dəqiqə olmağını hesablamadıq həm də baş verən hadisənin ola biləcəyini  Səhər rahatca stansiyamıza gəldik. (Bu arada Berlində stansiyalar olduqca maraqlı idi. Bir neçəsi mənə Harry Potter filmindəki stansiyanı xatırlatdı.) Çatan kimi qatar gəldi gözləmədiyimiz üçün çox sevindik çünki qatarlar 10 dəqiqə arayla gəlir. Mindikdən 2 dəq sonra yoldaşımın üzündəki şok və həyəcanla mənə baxıb " bilet almadıq " deməsiylə sevinc filan qalmadı . Almadığımız yadımıza düşməzdi əgər hər iki tərəfdən gələn bilet yoxlayanları görməsəydik. İçəridə bilet almaq üçün avtomat da yoxdur. Olsa belə böyük ehtimalla bağlamış olurlar. Fikirləşdim aradan astaca arxaya keçək ama hara belimizdə dağ boyda sumkalarımızla birinci biz görünürük  Dedim iki ayrı istiqamətə gedək. Çətini birini tutana qədərdir sonra heçkimi yoxlamırlar. Yoldaşım deyir yox e yox qanunu çeynəmişəm ödəməliyəm. Beni bırak sen git :) Gördüm tərpənmir sakitcə bəxtdən adamlar görmədən keçdim arxa qapıya .Və bu sırada uzaqdan adamların yoldaşımı necə əhatəyə aldığını müşahidə edirəm:) Tez tərpənmiş oldum. İki nəfərin cərimələnməsindənsə bir nəfəri qurban verməli olduq  Cəriməsi səhv etmirəmsə 60 ya da 80 euro idi. Kefimizi pozmamağa çalışırıq çünki qarşıda hələ gəziləcək yerlər və 20 günümüz var. Qatardan düşdük və ikinci qatara minməliyik. Eyni hadisəni yaşamamaq üçün bilet alaq dedik. Konsert indi başlayacaq. Bilet avtomatlari işləmir ya səhər olduğu üçün idi ya da başqa səbəbdən idi. Tapdıqlarımız da kartla işləmir və yalnız qəpik pul götürür. Üstümüzdə də kifayət qədər qəpik yoxdur. Avtobusun çıxmağına yarım saat qalır. Gedəcəyimiz stansiya sayısı 12 . Birtəhər bilet alıb mindik qatara. Hər stansiyaya 2 dəqiqəyə çatsa 6 dəq qalır. Avtovağzalla dəmiryolu stansiyası arasındakı məsafə 400-500 metrdir. Plan sadədir: düşən kimi qaçmaq  Amma nə deyib Jhon Lennon həyat sən planlar qurarkən başına gələnlərdir. Nəisə biz stansiyamıza çatanda artıq 2 dəq qalmışdı. Qatar dayanan kimi özümüzü sürətlə çölə atdıq və belimizdəki ağır sumka ilə həyatımızım qaçışını gerçəkləçdirdik. Elə qaçaraq yolu keçəndə bir flixbus gördük ki avtovağzaldan çıxır çox doğma göründü. Ama hələ1 dəqiqəmiz var idi. Gəldik çatdıq ki avtobus yoxdur. Çıxan elə bizimki imiş. Daha nə etmək olar deyib 2-3 qat bahasın yarım saat sonra gedən avtobusa biletimizi alıb Hamburga yola düşdük. Sözümün canı həqiqətən ucuz olsun deyə etdiyimiz şeylər əksərən əlimizdə partlayır  Postda da deyildiyi kimi astarı üzündən baha çıxır. Hələ növbəti postumda Almaniyadan İtaliya yenə qənaət edək deyerəkdən aldığımız bilet və hava limanına hansı zülümlərlə getməyimizdən və eyni minvalla İtalyadaki macəradan danışacam. Ancaq bunlar hamısı bizə təcrübə oldu artıq daha ağılla qərarlar verərək səyahət edirik.Uzun post oldu bilirəm. Ümid edirəm oxumaq maraqlı olar. Bol səyahətli günlər dostlar Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nurlana Ibrahimli      

916 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!