1528 dəfə oxunub

Kabusların, ruhların at oynatdığı otel - Fairmont Banff Springs

Əslən Albertadan olan iş yoldaşım mənə çox maraqlı bir hadisə danışdı, sizlərlə də, bölüşmək istədim. Əvvəlcə onu deyim ki, özüm belə hadisələrə inanan biri deyiləm, sadəcə adam çox inandırıcı danışdı və hadisənin Albertada məhşur olduğunu dedi.

Deməli, Albertanın Banff adında kiçik və gözəl bir şəhəri var. Şəhərdə 1888-ci ildə inşa olunmuş Fairmont Banff Springs adındakı otel eyni adlı təbii qoruq ərazisinə yaxın yerləşir. Otelin lənətli olduğu deyilir.. 1920-ci ildə oteldə toy keçirilib. Toy günü, gəlin pilləkənlərdən qaçaraq düşən zaman ayağı gəlinlik paltarına ilişir və bərk yıxılır. Hadisə nəticəsində qız ölür və daha sonra qızın kabusu otelin müxtəlif yerlərində görünməyə başlayır. 1950-ci illərdə, 2 nəfər oteldə tək otaq götürür və bir müddət qaldıqdan sonra özünü asır. 692 və 873 nömrəli otaqların lənətli olduğu düşünülür. Həmin otaqlarda intihar hadisəsi baş verib.

Bannfda normal, kabuslardan, ruhlardan azad otellərə baxmaq üçün bu linkə keçin :D

692-ci otaqda qalmış bəzi müştərilər, axşamlar otaqda işıqların yandığını, yastıqların başlarının altından qəfildən sürüşdüyünü və bir qüvvə tərəfindən yataqdan itələndiklərini bildirblər.

32462815_1239499772847761_2915407273490644992_n

873 nömrəli otağın hekayəsi isə lap qəribədir. 50-ci illərdə burada müştəri olan bir ailə ölü aşkarlanıb. Hadisədən bir müddət sonra otaqdan istifadə edən müştərilər, hamam otağında kranların öz-özünə açıldığından şikayət ediblər. Bəziləri səhərlər, qışqırıq və help us (bizə kömək edin) səsinə oyanınıblar. Bu səbəbdən, otağın yerləşdiyi 8-ci mərtəbənin koridoru qismən qapalıdır və otaq müştərilərə təklif olunmur.

Bir faktın isə real şahidləri var. 1975-ci ildə oteldə qalmış iki yaşlı qadın, otaqlarında yaranmış problemlə görə özünü otel işçisi kimi təqdim etmiş Sam McCAuley adlı birinə müraciət edirlər. Qadınlardan biri otağın qapısını açmaqda çətinlik çəkir və Sam, açarı qadından alaraq qapını açır və ona nəzakət göstərir. Qadın, adamın adını öyrənir və söhbətləşirlər. Qadın sonra həmin adamı axtaranda məlum olur ki, Sam McCAuley adlı şəxs oteldə çalışıb, sadəcə 1972-ci ildə vəfat edib.. Qadınlar onun fotosu əsasında onlara köməklik edən şəxsin Sam McCAuley olduğunu iddia edirlər..

Axşam vaxtı bəzi otel qapıları döyülür, qapını açanda isə heç kim yoxdu. Pəncərələr özlüyündən açılır, içəri yarpaq zad girir. Liftdə, məsələn 5-ci mərtəbədən, 2-ci mərtbəyə getmək istəyirsən və 2-ni basırsan. Birdə gördün ki, 3 rəqəmidə basılıdı. Bütün bu söz-söhbətlərə görə bir necə işçi oteldən çıxıb.

Söhbətin ən maraqlı yeri isə don't look back söhbəti oldu. Otelin səkkizinci mərtəbəsində, axşam vaxtı gedərkən arxa tərəfdən don't look back (arxaya baxma) sözləri gəlirmiş.. Bununda həmin gəlinin ruhu olduğu deyilir.

İnternetdən bir az araşdırdım və həqiqətəndə belə hadisələrin olduğunu gördüm.. Siz bu oteldə qalardınızmı ? Məsələn, 692-ci otaqda qalırsız və gecə 01:20 də qapı döyülür :))

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

 

Paylaşdı: Nihat Valizada

DİGƏR BLOQLAR

Futbolsevər gəzəyənlər -Səyahət əhvalatları

Bir neçə gün öncə Babek Musa-Zadeh “kim bu il hara səyahət edib?” deyə bir status paylaşmışdı. Mən də bu il, məhz bu ilə layiq baş tutan son səyahətimdən yazıram. Bakıdan Praqaya təzə qayıtmışdım. Manchester United - Manchester City oynuna getmək üçün artıq hərşey bir ay öncədən hazır idi. Dünyanın karantinə bağlanmağına sayılı günlər qalmışdı. 7.3.2020 tarixində Praga-London (ryanair), London-Manchester(National Express avtobus) biletim var idi. Praga-London reysi saat 22:00-da idi. Planım Londona uçub, gecə avtobusu ile Manchestere getmək, çox yorulmamaq üçün avtobusda yatmaq idi. Aeroporta getmək üçün taksi sifariş etdim. Taksi sürücüsü Ukraynanın Zakarpatiya bölgəsindən olan çox axmaq bir insan idi. Tərslik o adamı tanıdığım andan başladı. Sürücü öz diqqətsizliyi ucbatından yalnış yola girdi. Polis saxladı. Sürücü başqa bir insanın profili ilə işlədiyinə görə avtomobildən düşüb özünü mənim tanışım olduğunu və taksi sürücüsü olmadığını bildiribmiş. Polislər mənim sənətimi yoxlayanda nə qədər muddətdir bir birimizi tanıdığımızı soruşdu, məndə cavabında “taksı çağırdım bu gəldi” deyə bildirdim. Çünki nə danışdıqlarından xəbərim belə yox idi. Yoxlama xeyli uzun çəkdi. Sağa sola gedir, sürücünün üstünə qışqırıram. Dəfələrlə polislərə müraciət etdim gözləməyim söylənildi. Gecikdim və təyyarəyə çata bilmədim (bu arada əgər geciksəm biletim batsa bütün xərcimi sən odəyəcəksən deyib Ukrayna pasportunu və bir mobil telefonunu əlindən aldım. Özünüdə çexcə sənətimi və telefonumu öz istəyimlə vermişəm dedirdib videoya çəkdim). Bununla təyyarəyə olan biletim batdı. Londona gedə bilmədiyim üçün avtomatik olaraq London-Manchester avtobus biletidə yandı. Kor peşiman evə qayıtdım. Çox əsəbi idim. Düşündüm ki, bəlkədə sezonun ən son azarkeşli (həqiqətəndə elə oldu) oynuna baxacam. Nəisə, evə qayıdıb internetə girib bütün saytları ələk-vələk edib getməyə yol axtarırdım. Nəhayət Berlin - Manchester (easyjet) bileti tapdım. Bilet normaldan baha idi. Ancaq mövzu Manchester United olduğundan heçnə və heçkim buna qarşı gələ bilməzdi. Təyyarənin uçuş və eniş vaxtları o qədərdə pis deyildi. Təyyarə Manchester Hava Limanına enendən 80 dəqiqə sonra oyun başlayırdı. Hesablamalarıma görə mən oyuna tam çatırdım. Ancaq bir problem var idi. Özüdə çox boyuk problem. Praqadan Berline gece avtobusları tam dolu idi. Həmin reysə çatmaq üçün gecə avtobusla Berlinə getmək şərt idi. Normalda o vaxrlarda Berlinə ancaq Flixbus gedir. Bütün biletlər satılmışdı. Adətən həmişə boş yer çox olur. Ancaq bu dəfə kim necə ƏSNƏDİSƏ qurutdu))) Təyyarəyə isə bileti artıq almışdım. Praqada yaşayan dostlarımdan bir neçəsinə “gəl məni Berlinə apar mənim maşınmla” deye xahiş etdim ancaq istədiyim cavab gəlmədi. Getdim avtobusun dayandığı yerə bəlkə kimsə gecikər və ya gəlməz. Bəxtimdən elədə oldu. 4 nəfər Praqada qalmağa qərar verdilər və onların yerinə sürücü məni götürdü. Berlinə qədər yatıb azda olsa istirahət etmək kimi bir imkanım var idi. Amma Dresdende avtobusa ana-bala mindi. Uşaq 2 nəfərlik oturacaqda yatmaq istədiyini bildirdiyi üçün anası mənim yanımda oturmağa icazə aldı. Yox demədim, deyədə bilməzdim. Çünkü əslən Moskvadan olan qızı ilə avrotura çıxan Julia xanım çox, çox, LAP çox gözəl idi)))) Dresdendən Berlinədək xanımın, qızının və hətta böyük qızının boy friendinə qədər hər şeyi öyrəndim. Xanım danışır, məndə qulaq asiram və yata bilmirəm. Normalda başqası olsa xahiş edib səsin kəsdirərdim amma bu Julia başqa Julia idi))) O qədər gözəl idiki, yuxu üçün ölürdüm, amma baxmaqdanda qopa bilmirdim)))) Gəlib çatdıq Berlin Tegel hava limanına. Təyyarəyə minik başladı. Hər dəqiqə mənimçün dəyərli idi. Təyyarədə hər kəs öz yerində oturub uçuşu gözləyir. BUDUR, ən gözəl “SÜRPRİZ”. UÇMURUQ, daha doğrusu uçuş 1 saat dayanır. Səbəb, Stuardessalardan biri özünü çox pis hiss edir və ambulance gəlməlidir. Ambulance tez gəldi və bunu apardı. Sevindim ki, bitdi və artıq uça bilərik. Amma hələdə gözləyirik. Mən əsəbi, yuxusuz, dəli kimi təyyarənin içində irəli geri gedirəm. Yaxınlaşıb soruşdum ki, nəyi və kimi gözləyirik. Bildirdilər ki, başqa bir stuardessa gəlməlidir. Onsuz uça bilmərik. Təyyarədə hər kəs mənim futbola getdiyimi bilir. Çoxusuda mənə dəstək olub mənim əhvalımı qaldıqmaq üçün zarafat edirdilər))) “ Nəyə gedirsən? Onsuzda uduzacaqlar” filan zad))) Hətta ingilislərdən biri qapının önündəki yerini mənə verdiki, düşən kimi qaç. Tony adlı ingilis aeroportdan məni OLD TRAFFORDA qədər öz maşını ilə aparacağını dedi. Hesablamalarima görə oyunun birinci hissəsinin sonuna çatırdım. Qız gəldi uçduq. Təyyarə enən kimi qapının ağzından güllə kimi uçdum pasport kontrola. Təbii ki, sıra ucsuz bucaqsız. Qurban olum, başıva dönümlə bir təhər özümü verdim qabağa. Passport yoxlayan əməkdaş vəzifəsi gərəyi soruşdu:-Hara gedirsən? -oyuna baxmağa.-Nə oyun?-United - City-bu qədər yolu futbola görə gəlmisən?-bəli-Qırmızı ya mavi?Cavabında “Manchester is Red” (Mançester Qırmızıdır) dedim. Barmağı ilə mənə digər əməkdaşı göstərib “onu görürsən? Bax o Unitedin azarkeşidir. İndi get gözlə sənin pasportuvu o yoxlasın.” dedi və gülümsədi. Daha sonra pasportumu, alıb möhür vurub mənə qaytardı. Pasport kontroldan çıxıb Tonyni axtarırdım ki, gördüm çöldə məndən əvvəl keçib məni gözləyirmiş. Məni stadiona apardı. Maşından çıxıb qaçaraq meydana getdim. Meydana öz yerimə oturub üzümün tərini sildim ki, oyun başladı. Bildiyiniz saniyə belə gecikmədim. Manchester United Old Trafforda Cityni 2-0 otardı))) Getdiyim üçün an olsun paşmançılıq çəkmirsim. Əziyyətim, yuxusuz səyahət, stress, əsəb, həyəcan, adrenalin, xərclədiyim pul hamısına dəyərdi. Oyundan zövq aldım. 77000 azarkeşin sevinci, oxunan çantlat inanılmaz bir atmosfer yaradır. İnsanın düşüb meydanda oyunçuları qucaqlamağı gəlir. Oyun, dediyim kimi 2-0 bizim xeyrimizə bitdi. Oyundan sonra Ruminyada təhsil alan və United azarkeşi olan qardaşımız Anar Əzizovla görüşüb tanış olduq. Praqaya qayıtmağım isə ayrı bir mövzü. Oyundakı sevinc, həyəcan məndə olan qalan enerjinidə alıb götürmüşdü. Zombidən fərqlənmirdim. Praqaya Liverpool üzərindən qayıdacaqdım. Liverpool - Praqa uçuşum 11:00 9.3.2020 tarixində idi. Mançesterde tutduğum hostel məlum pandemiya səbəbindən bütün bronları ləğv etmişdi. Digər hotel və hostellər isə oyun səbəbi ilə full idi. Tək çarə Liverpoola gedib aeroportda yatmaq idi. Məcbur bilet alıb Liverpool aeroportuna getdim. Uzun axtarışdan sonra aeroportda 3 nəfərlik oturacaq tapdım. Özümü həmin oturacaga yıxıb 1 dəqiqə sonra yuxuya getdim. Uzun zaman sonra məni oyatmaq üçün ayağıma dəyən təpiklərdən oyandım, amma gözümə inanmadım. Necə yatmışamsa oturacaqdan yıxıldığımı hiss etməmişəm, Üzü üstə, əllərim, ayaqlarım X hərfi formasında şirin şirin yatmışam))) Yerdən qalxanda yatdığım yerin bütün tozu mənim uzərimdə)))) Mobil telefonum cibimdən düşübmüş. Kimsə götürüb corabımın içinə qoyub ki, oğurlamasınlar. Durub əl üzümü yumağa gedəndə hiss etdim ki, ayağımda nəsə artıqlıq var)))) Saatdan ümumiyyətlə xəbərim yox idi))) baxanda gordüm ki, qeydiyyatın bitməyinə 45 dəqiqə qalıb))) Özümü təyyarəyə çatdırıb nəhayət ki, sağ salamat Praqaya qayıtdım. Bu səyahət mənimçün inanılmaz oldu və bu mənim 2020-dəki avropaya son səyahətim oldu. Bu oyundan 4 gün sonra baş tutacaq Lask - Manchester United oynuna biletim var idi, amma məlum pandemiya səbəbi ilə oyun azarkeşsiz baş tutdu. O gündən etibarən indiyədək mən başda olmaqla bütün azarkeşlər yaşıl meydanlara həsrətdilər. Bizim Red Army-nin (Qırmızı Ordu) dediyi kimi ”Football is nothing without fans”. Ümid edirəm ki, bu bəla tezliklə bitər. Ümid edirəm növbəti il insanlar üçün daha gözəl, daha mənalı və daha faydalı olar. Mən artıq 28 ildir ki, Manchester United azarkişiyəm. 2006-cı ildən rəsmi azarkeşəm. Tanıyanda biləndə mənim klubuma bağlılığımı bilir. Unidetin hesabına Avropada getmədiyim ölkə qalmayıb. Hər zaman deyirəm, əgər həyatınıza rəng qatmaq istəyirsinizsə bir klub seçin və yalnız o kluba azarkeşlik edin. Mənimçün 2-3 kluba azarkeşlik edən kəs sadacə futbol sevəndir, azarkeş deyil. Sizləri əmin edirəm həyatınız dəyişəcək. Yazacaqlarım bu qədər. Hər kəsə uğurlar. ALLAH sizləri və Azərbaycanı qorusun.

1605 dəfə oxunub

İndoneziyanın Lombok adasında oğurluq hadisəsinə şahid oldum

Salam, Gəzəyənlər.11 yanvar tarixində İndoneziyanın Lombok adasında qaldığım hosteldə oğurluq hadisəsinə şahid oldum. Bu hadisə bu yazını yazmağıma əsas motivasiya oldu. Malayziyada 1 ay, İndoneziyada 1 ay 10 gün olmaqla artıq təxminən 2 aydır Cənub-Şərqi Asiyadam. Bu, bu səyahətdən qrupdakı 2-ci postumdur. Bu postda Sizə səyahət zamanı təhlükəsizlikdən, xüsusilə oğurluq hadisələrinə qarşı ala biləcəyimiz qabaqlayıcı tədbirlərdən danışacam. Sizin də fikirlərinizi və təkliflərinizi rəydə görməkdən məmnun olaram Hadisə: Mən tək səyahət etdiyimə görə hostellərdə qalmağı üstün tuturam. İndoneziyanın Lombok adasında qaldığım bungalov tipli hosteldə 7 nəfərlik bir otaqda qalırdım. Səhər saat 7-də oyandıqda aramızdan bir avstraliyalı bir qızın kartlarının və nağd pulunun oğurlandığını eşitdim. Ardından sırayla oyanan digər 4 nəfər də eyni formada sadəcə kartlarının və nağd pullarının oğurlandığını dedilər. Hamının kartları Lombok hava limanında istifadə edilmişdi və müəyyən məbləğ xərclənmişdi. Otaqda yalnız mənim və başqa bir şəxsin əşyalarına toxunulmamışdı. Məndən heç nəyin oğurlanmaması oğrunun seksist olması (ancaq qadınlardan oğurluq olmuşdu) və ya şans nəticəsindədir, çünki həmin gün yorğun olduğumdan aşağıda qeyd edəcəyim tədbirlərin çoxunu almamışdım.Oğurluqdan sonra baş verənlər: Kameranı izlədik, kameralarda biz yatdıqdan və kartın istifadə olunduğu tarixdə sadəcə otaqdan bir nəfərin saat 3 arasında otaqdan ayrılıb 30 dəqiqə sonra geri qayıtdığı göründü. Məndən heç nə oğurlanmadığı üçün otaqdakılar əşyaları oğurlanmayan iki nəfərdən şübhələndilər. Amma birbaşa ifadə edə bilmədikləri üçün hamımız bir-birimizin əşyasını axtarmaq bəhanəsi ilə 30 dəqiqə ərzində otaqda axtarış apardıq. Heç nə tapılmadı  Polis gəlmədi, araşdırma olmadı, hostel heç bir məsuliyyət qəbul etmədi. Hadisə 2 gün sonra unuduldu. Bundan gəldiyim nəticə odur ki, oğurluqdan yayınmaq, sonrasında edə biləcəklərinizdən çox daha yaxşıdır. Çünki turistlərin əşyalarının oğurlanması belə yerlərdə adiləşmiş bir haldır və ciddi tədbirlər görülmür.Təhlükəsizlik üçün mən öz təcrübəmdən paylaşa biləcəklərim:3 əsas əşya müəyyən etmişəm, pasport, telefon, pulqabından kənar olan nağd pul. Bu üç əşyanı mütəmadi olaraq, yer dəyişəndə, restorandan və ya oteldən ayrıldıqda yoxlayıram. Beləliklə, itki ehtimalını erkən aşkar edə bilirəm.Nağd pulun bir hissəsini pulqabından kənarda, oğrunun ağlına gəlməyən bir yerdə saxlayıram.Özümlə bir neçə kart gətirmişəm, kartların hamısını eyni yerdə saxlamıram, Əsasən də 2 fərqli çantada saxlayıram. Nəticədə, hər hansı bir çantanı itirsəm, digər çantadakı kartı itirməmiş olacam.Hosteldə qaldıqda locker (şkaf) istifadə edirəm. Nəticə olaraq, otaqda olmadıqda, yuxuda olduqda əşyalarıma kənar müdaxilə olunmasından yayınıram.Yeni və şəxsi ərazim olmayan yerlərdə dəyərli əşyalarımı (kamera, noutbuk) nümayiş etdirmirəm. Beləliklə, pis niyyətli şəxslər üçün hədəf olmaqdan yayınmış oluram.Əsas pul və əlavə pul olaraq pulumu kateqoriyalaşdırmışam və hardasa nağd ödəniş etdikdə əlavə puldan ödəyirəm. Nəticədə, ətrafda pis niyətli adama şirnikləndirməkdən yayınıram.Sizin başqa nə tip təklifləriniz var? Və ya siz oğurluqla əlaqəli hansı neqativ və ya pozitiv hadisələrlə qarşılaşmısınız? Instagram, və youtube-da gəzdiyim yerlər, Malayziya, İndoneziya və digər asiya ölkələri haqqında da məlumat paylaşıram, siz də izləyə bilərsiniz:https://www.youtube.com/@bashiroglu https://www.instagram.com/bashirogluPaylaşan Abdulla Bashiroglu

181 dəfə oxunub

Vizasız Niaqara səfəri

2 gün əvvəl Niaqara şəlaləsinə gedəndə olmazın bir hadisə yaşadım. Niaqara şəlaləsinin Kanada - ABŞ sərhədini əmələ gətirən körpüdən çəkiliş etmək istəyirdim və bu səbəbdən 50 sent atıb, turniketdən keçdim. Tək deyildim, yanımda alman bir xanım vardı (tədbirdən tanış olmuşuq). Mən də, kişi-kişi çəkirəm, danışıram ???? Nəsə, bu xanım keçdi ABŞ tərəfə ki, işim var, biz filan vaxtı Kanada tərəfdə olan Hard Rock kafenin qabağında görüşək. Həmin gün də dayanmadan yağış yağırdı və passportu, pulu maşına qoymuşdum ki, zədələnməsin. Kanada tərəfə gələndə məlum oldu ki, passport yoxlaması var. Təsəvvür edin ki, Gürcüstan-Azərbaycan sərhədini Gürcüstan tərəfdən keçirsiz (yoxlamasız) və bilirsiz ki, Azərbaycan tərəfə vizanız yoxdur, amma geri qayıtmağa passport lazımdır. Yağış yağır, məni də babat “lomka” basıb. Öz-özümə deyirəm ki, bu şəlaləni gördün, vacib idi körpüdən çəkmən? İçim-içimi yeyir ki, 45 gün viza cavabı gözlə, sonra da gəl sərhəddən deport olun. Növbə mənə çatanda gömrük əməkdaşı ilə aramızda belə bir dialoq baş tutdu:- Salam- Salam- Mən Azərbaycan vətəndaşıyam. Kanada tərəfdən heç bir yoxlamağa olmadığı üçün elə zənn etdim ki, körpünün üstünə çıxmağa sənəd tələb olunmur. Passportum Kanada tərəfdə maşında qalıb.- Ölkəyə hardan girmisiz? (elə sifət aldı ki, dedim vəssalam)- Bakı-Franfurt-Montreal ilə gəlmişəm- Amerika vizanız var?- Yoxdur.- Kanada ərazisini niyə tərk etdiniz bəs?Bu sözü deyəndə cin necə vurdusa quracağım cümlə yadımdan çıxdı ????Bu sözü demişdi ki, qaqa telefonu götürüb zəng elədi. 2 dəqiqə sonra hündür bir gömrük məmuru dalımca gəldi və məni apardı. Kanada tərəfdə sənədlərində problem olanların saxlanıldığı yerə. Sizə yer deyirəm, ərəb, afrikalı və başqa millətdən olan adamları yığıblar bir otağa. Baxan kimi bilinir ki, bu adamların sənədlərində ciddi problem var. Dərdimi kimə izah etdimsə yaxın duran olmadı. Axırda bir təhər internet tapdım və dostlara SOS siqnalı göndərdim.1 saata passport gəlib çıxdı və məni buraxdılar. İşin gözəl tərəfi isə adım sistemə salınmadı və gömrük məmuru passportda olan vizanı görəndən sonra mənimlə bağlı ilkin yazmış olduğu sarı vərəqi gözümün önündə cırdı. Heç adam vizada olan məlumatları kompüterlə dəqiqləşdirmədi belə. Həmin an qorxudan çox böyük bir təəssüf hissi vardı ki, günün sonunda o da yoxa çıxdı. Vəziyyət barədə xəbər tutan kimi Torontodan Niqaraya gəlməyə hazır olduğunu bildirən Alı qardaşıma da buradan hər şey üçün təşəkkür edirəm. :) )Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nihat Valizada

1142 dəfə oxunub

Səyahət əhvalatları -Turin

Turindəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Hörmətli, Gəzəyənlər Harda əndrəbadi iş var məni tapmalıdır axı Deməli getmişik Nitsaya, ordan Monako, Kann, Menton, Milan, Turin, Florensiya bir sözlə, boş vaxt nə qədər desən, avro da hələ qalxmıyıb, "birin birə"dir, kef boydan Gəldik Turinə, dedim acqarına Yuventusun maqazinindən suvenir almağa getsək, yaxamızdan tutub atacaqlar çölə ki, tfu sizə pis fakirlər  Bir şey atışdıraq, sonra gedək  Elə düz otelimiz yerləşən binanın birinci mərtəbəsində bir pizzeriya var ki, gəl görəsən, heç "avtoş dönər"in qabağında o qədər adam olmur Nəisəəə millət əlində pizza yarıoturaq, yarıayaqüstə, ona buna dəyə dəyə pizzasını yeyir, dedim ala yox eee, bomj zad deyilik ki, o boyda yol gəlmişik, Monako kazinosunun behindən də bir az qalığımız qalıb (nuuuu bu zarafatdı başa düşdüz), gəl keçək içəridə qəşəng oturmalı yerlər var, oturaq pizzamızı yeyək  Keçdik içəri ki, akazımıçka bidənə də zal var ki, konkret pizza yemək üçün nəzərdə tutulmuş "şaxmatnı pakrıval" kimi süfrələr, qədimovski adi taxta stollar, amma içəridəki İtalyan abu-havası çooox qəşəngdir, içəri doludu "qan iyinə gələn" turistlərnən Pizzamızı, kolamızı, pivəmizi zakaz elədik, yedik, içdik, yeriniz məlum, əlimi yuxarı qaldırıb bizə qulluq edən gözlərindən od yağan italyan ofisiant qızı çağırdım ki, bəs, ağalar yeyib doyub, rəqqasələr.... yox ee, çaşdım, şot gəlsin Şot gəlib, yediklərimiz də, içdiklərimiz də hər şey menyuda olduğu kimi yazılıb, ni tuda ni syuda, nikakoqo artığa əskiya, no 6 euro okupate yazıblar ki, ay tövbə biz onnan nəinki yeməmişik, heç üzünü də görməmişik  Qızı çağırdım, istədim deyim ki, "sən bilirsən kimə atış gəlirsən?", gördüm yox, bu nəinki Azərbaycan dilini, heç ingilis dilini də düz əməlli bilmir.. İndi mən deyirəm, o deyir, dostum da ki, ümumiyyətlə mənimlə "na urra" gəlib Avropaya, dil-fil qanıb qandırmır, prosto vizası var, vəssalam :)))) Qız deyir gözlə bizim bir administrator var, gəlsin sənə günüvü göstərəcək, dedim çağır gəlsin mən də ona kimi qollarımı çirmələyim  Qara-qura, saçlı-saqqallı, bığıburma bir qaqaş gəldi ki, abi naber?? Dedim ala bragəl  Yekə kişisən, abi biz Azeriyiz, sen Türk, bəs rəvadırmı ki bizə burda "atış geliyorlar" sen de gelmisen ki "okkupate yemisiz, men de gormuşem" :)))) Qardaş qayıdasan ki, abi, ruçnoyu ya da ki xudoy konec tormozu basarmısın lütfen?  Abi bak, millet ayaq üstə yemək yeyir ki, adambaşı 3 avro oturmaq pulu verməsin, amma oturanlar 3 avro verir, buna da italyan eli arasında okkupate deyirlər, tak çto, əlin cibində olsun :))))))Əziz Gəzəyənlər, Avropada xod getməyin, onsuz da pulunuzu alacaqlar Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ramin Mammadov

949 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!