700 dəfə oxunub

Yürüyüş - Santiaqo Yolu

Salut! 

Yaxınlarda etdiyim 715 km-lik solo hiking-lə bağlı təcrübəmi sizlərlə bölüşmək istədim  Hiking məşhur El Camino de Santiago adlanır. Başlanğıc nöqtə Fransa ilə İspaniyanın sərhədindən başlayır və onun sonunadək davam edir. Qızlar da heç çəkinməsin, deyərdim ki, solo səyahət edən qızlar üçün ən təhlükəsiz yoldur! O qədər təhlükəsiz ki, sübh saat 5-6da belə mənim tək telefonumun fənəri ilə yola düşdüyüm, meşənin içindən keçdiyim vaxtlar da olub. Qaranlıq qorxum olduğuna görə, onu bu yolla aşmaq istəyim güclü idi, duxumu güclü saxladım ( ) və bacardım.

42189775_2153996407945124_6683780668121415680_n

Belə baxanda, ümumilikdə yolda tək olmursunuz, yol boyu dünyanın hər yerindən gələn səyahətçilərlə tanış olmaq, dostlaşmaq imkanınız olur. İstədiyiniz zaman da özünüz üçün tək yolunuza davam edə bilərsiniz. Yolda heçkimin beynini aparan, yoran da olmur. Çünki bura əsasən hamıdan, hər şeydən dincəlmək istəyən adamlar, öz düşüncələrində gəzmək istəyən adamlar axışıb gəlir. Hikinq bütün il boyu davam edir, lakin hər mərhələdə dağa-təpəyə aparan yollar, oradan enişlər də olduğuna görə, qışda bu yollar bir az təhlükəli olur. Bir ay davam edən yolda çantanı daşımaq da var təbii ki. O səbəbdən ağır olmasın deyə mən avqust ayını tərcih etdim. Ümumilikdə, işdi gedəsi olsanız, çalışın backpack-iniz bədən çəkinizin ancaq 10%-ni təşkil etsin, artıq olmasın. Çünki gəzdikcə, günlər keçdikcə belinizdəki yük sizə daha ağır gəlməyə başlayır. Belə olanda yolda qarşıma çıxanlardan bəziləri əşyalarını, pal-paltarlarının müəyyən hissəsini poçtla evə göndərir, bəziləri isə albergue-lərdə (hostel tipli gecələmək üçün yerlər) donative olaraq bağışlayırdılar.

42059076_2153997154611716_3720979886513324032_n
Fiziki gücünüz və iradəniz də möhkəm olmalıdır. Mən həm də bunu yoxlamaqdan ötrü ən uzun yolu seçdim - 799 km Camino Frances yolu adlanır. Lakin 3 dəfə avtobusdan istifadə etməli oldum. Çünki ayaqlarım dad edirdi və addım ata bilmirdim. Bu isə hiking təcrübəsizliyimdən və bir az fiziki hazırlığımın zəif olduğundan irəli gəldi. Belə olan halda da iradənin güclü olması deyərdim ki, böyük rol oynayır. Gün ərzində ən az getdiyim məsafə 17 km (bir dəfə), ən çox getdiyim məsafə isə 37 km (2 dəfə) olub. Özünüzə görə günlük neçə km qət edə biləcəyinizi özünüz müəyyən edə bilirsiniz, yolunuzun üstündə qalmağa kəndlər və şəhərciklər var. Albergue-lərdə isə bir gecəlik qiymət 5-13 avro arası dəyişir. Bəzilərinə səhər yeməyi də daxil olur, bəzilərində isə mətbəx olur. Mağazadan alış-veriş edib özünüz yemək bişirə bilərsiniz. Ümumilikdə sərf edilən məbləği təxmini olaraq günə 20-30 avrodan hesablayıb bu səyahəti planlaşdıra bilərsiniz. Mən ötən ilin noyabr ayından bunu planlamağa başladım 
Xəritəsiz də ötüşmək olur. Yol boyu xəritədən istiqaməti tapmaq üçün yox, ancaq neçə km gedəcəyimi müəyyən etmək üçün istifadə etmişəm. Xəritəyə ehtiyac olmur, sizi lap başdan sonacan sarı ox işarələri və balıqqulağılar (Camino-nun simvollarından biri) müşaiyət edir.

42044975_2153997391278359_3965689702652051456_n
Uzun yol olduğuna görə, bütün məlumatları və təcrübəmi sığışdıra da bilmirəm əslində  bir bloq yazısı yazmağı fikrimdə tutmuşam. Adminlər buraya link yerləşdirməyə icazə verirlərsə, yazı çıxdıqdan sonra linkini qrupa ata bilərəm.
Fotolarda isə yol boyu yaşanılan gözəl anlardır. Bunlar ancaq telefonla çəkilənlərdir.  Suallarınız olarsa, buyurun 
Gəzin, keyf eliyin 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Gulnar Salim

DİGƏR BLOQLAR

Körpə uşaqla səyahət zamanı lazım olan ləvazimatlar

Avropa və 18 aylıq körpə10 günlük səfər üçün özünüzlə aparmalı olduğumuz ləvazimatların siyahısı ????1. Mövsümə uyğun geyim (4 ədəd body, 3 ədəd polzunki, nazik və qalın papaq, qalın və nazik corab, yatması üçün sleepik, jiletka, 1 ədəd şalvar (biri də əynində idi), 1 ədəd köynək (biri də əynində idi))2. Tibbi çantada götürdüklərim (cefekon şamı, nanə cövhər, espumizan (pinkoo), akvamaris, termometr (dədə babadan olan), oksalin mazı, otrivin (əgər daha ağır qripdirsə), bint, leykoplastr, pambıq, disk pambıq, qulaq çöpü, bədən yağı, prisipka, bepanten kremi, sudokrem, yod, 90%-li spirt, 70%-li spirt)3. Kolyaska - yay kolyaskası adı ilə bilinəndən götürmüşdük. Çünki həm daşıması rahat, həm yığılıb-açılır, həm də yüngüldür. Mütləq və mütləq oturacaq hissənin yığılıb açılan olmasına nəzər yetirin. Uşaqlar tez yorulur və siz gəzəndə o rahat yatsın deyə kolyaskanı ona uyğun seçin. Mənim etdiyim səhv isə bu kolyaskanın qış ədyalının olmaması idi. Buna xüsusi diqqət verin. 4. Gedəcəyiniz gün sayından asılı olaraq uşaq bezləri götürün.5. Mini qaz peçi, balaca qazan, getdiyiniz günün təyyarədən eniş saatından asılı olaraq kartof, kök, düyü, kabaçki (qeyd edim ki, 18 aylıq idi və ancaq özünəməxsus hazırlanan suplar yedirirdim), hazır kaşalar (biz Heinz firmasının kaşalarını işlədirdik), düyü unu (səhərlər kaşasını təbii hazırlayıram, hazır kaşanı əlimyandı anların xilaskarı kimi saxlayırdım), südü isə düşüb mağazadan almaq olar.6.Yemək termosu, balaca su termosu (gəzintidə daşınması rahat), əgər uzunmüddətli avtobus və ya qatar yolunuz varsa və bir səyahətdə bizim kimi 3-4 ölkə nəzərdə tutursunuzsa, iri termos (4-5 stəkanlıq olan) mütləq götürün.7. Nazik və qalın ədyal (havaya əsasən çöldə qalın, restoran, mağaza və muzeyə girəndə isə nazik ədyal örtürdüm üstünə)8. Sevdiyi oyuncaqlar (5-6 növ, nəzərə alın ki, bir oyuncaqla oynama müddəti maksimum 10 dəqiqədir)9. Planşet (kaprizli anların xilaskarıdır rəsmən)10. Ətir (mən @chiccoazerbaycan ətrini işlədirəm). Qusarsa və yuyunmaq üçün uyğun şərait olmazsa, özünüz və ətrafdakılar iydən boğulmasın deyə əla xilaskardır.11. Antibakterial su (bütün marketlər və apteklərdə var, 1-3 AZN arası dəyişir qiymət)Bəs Sizin səyahət çantanıza nələr daxildir?Siz də öz təcrübələrinizi #ninjaparents həştəqi ilə paylaşın, oxuyaq ????Paylaşdı: Eva Safarova 

1052 dəfə oxunub

Səyahət üçün lazımlı saytlar

Səyahət üçün köməyinizə çatacaq saytlar.HopperBu proqram uçuş qiymətlərini izləyir və indi satın almaq və ya gözləməyin sərfəli olub olmadığına dair məsləhətləri verir. Eyni zamanda qiymətin nə zaman artacağı ilə bağlı da təxmini tarixləri verir.Hotel TonightDeyək ki, siz bir yerə səyahət edərkən tutduğunuz otellə bağlı problem yarandı və çöldə qaldınız. Bu sayt vasitəsi ilə həmin gün üçün çox sərfəli endirimlə rezervasiya edə bilərsiniz. Təbii ki, ən yaxşı endirimləri həmin gün edilən rezervasiyalar üçün edirlər.Lonely PlanetSəyahət edərkən getdiyiniz yerdə nəyi görəcəyinizi və nə edəcəyinizi bilmək üçün istifadə edə bilərsiniz. Eyni zamanda üçüncü tərəflərin səyahət təcrübələrini və tövsiyələrini təqdim edir.Roomer TravelOtel rezervasiya etdiniz və hər hansı bir səbəbdən gedə bilmirsiniz və rezervasiyanı da artıq ləğv edə bilmirsinizsə, bu saytın köməyi ilə onu digər müştərilərə satıb pulunuzu xilas edə bilərsiniz.FLIOFLIO ilə uzun bir tranzit gözləmə və ya uçuş gecikməsi zamanı faydalanın. Hava limanında təklif olunan xidmətlər, Wi-Fi şəbəkələri, mövcud zallar, ictimai nəqliyyat vasitələri və yeyib- içmək üçün uyğun restoranlarla bağlı məlumatlar toplanır.GasBuddyBu proqram maşınla səyahət edənlərin yol boyu harada və hansı qiymətə yanacaq doldura biləcəkləri ilə bağlı məlumatları verir. Proqram Amerika, Kanada və Avstraliyada keçərlidir.TripItBu sayt emailinizə gələn səyahət məlumatlarını avtomatik olaraq tərtib edir. TripIt uçuş, otel, kirayə avtomobil rezervasyonları və hətta restoran rezervasyonları üçün vacib detalları tapır, sonra isə onları tez əldə edəsiniz deyə bir yerə toplayır.ViatorBu sayt sizə gündəlik turlardan, gəzintilərdən həftəlik səyahətlərə qədər təşkil olunan eventlər barədə məlumatlar verir. Üstəlik transport da bura daxildir.WanderuƏsasən avtobus və qatar səyahətlərini axtarmaq üçün bu sayt yaxşı seçimdir.XE CurrencyGetdiyiniz hər yerdə offline olaraq valyuta konvertasiyası üçün istifadə edə biləcəyiniz ən yaxşı saytlardan başlıcasıdır.IExitBu proqram sizə maşınla səyahət zamanı yolunuzun üstündəki vacib restoran, yanacaq doldurma yeri, bankomat və s. kimi yerlərin olub olmadığını göstərir. Müəyyən bir restoran zənciri və ya istədiyiniz digər xidmətlər varsa, onu qeyd edə bilərsiniz və iExit marşrutunuzda olub olmadığını sizə xəbər verəcəkdir.Bunlardan əlavə bildiyiniz kimi, otel, hostel, ev və s. tipli yerlər rezervasiya etmək üçün ən yaxşı saytlar Booking, Tripadvisor və Airbnb – dir.Uçuş biletlərini qiymətlərə uyğun axtarmaq üçün Skyscanner əla tövsiyədir.Blablacar maşınla səyahət edənlərin sizi də münasib qiymətlərə getdikləri istiqamətə aparmağı təklif etdikləri saytdır.Eyni zamanda pulsuz olaraq gecələmək üçün Couchsurfing-dən istifadə edə bilərsiniz.Və getdiyiniz yerlərdə yerli taksilərdən aldadılmaqdan çəkinib güvənli taksi xidməti istəsəniz Uber köməyinizə çatacaqdır.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elman Heydarli‎ 

1566 dəfə oxunub

Trabzon, Rizə - Qaradəniz (Karadeniz) turu

Hamıya salam. Ümid edirəm ki, hər şey yaxşıdır, dostlar. Sizə yaxın zamanda getdiyim, Covid-19 pandemiyasından sonrakı ilk turumdan, Karadeniz səyahətimdən danışmaq istəyirəm. Əvvəlcə, onu deyim ki MÖHTƏŞƏM idi.İstanbuldan Qaradənizə təyyarə ilə 1,5 saata getdik, Pegasusun işçiləri bizlərə necə həsrət qalmışdılarsa, yüksək əhval - ruhiyyə ilə qarşıladılar və yola saldılar bizi, hələ pilotu demirəm. Amma nə HES kodunu yoxladılar, nə maska verdilər, nə də əllərimizi dezinfeksiya etdirdilər. Bu belə. Bileti gediş-dönüş 645 tl’yə aldıq. Havalimanına gəlib elə oradaca maşın icarəyə götürdük. (Şirkət: Esas), Dacia Duster (5 gün 650 tl + 1000 depozit), məsləhətli maşındır. Çalışın 4x4 olmasa da yaylalara çıxacaqsızsa, hündür maşın götürün.Ümumiyyətlə, maşın icarəyə götürmək bu tur üçün ən yaxşı variantdır. Dizel motor - ortalama 5 günə 470 tl pulumuz çıxdı. Maşını alıb birbaşa Rizəyə otelimizə (Keleş otel) getdik. Rizə şəhərini heç sevmədim. Hər gün bir oteldə qaldıq. Və sezon olmadığı üçün sifariş rezervasiyası etmədim, hamısını zənglə sifariş etdim və gedib, yerində görüb, dəyərləndirib elə qalmağa qərar verdim. Bron qiymətləri ucuz, amma telefon qiymətləri baha idi. Qısaca, çənə döymək lazımdır. Otel pis deyildi, lakin çox əksikləri vardı, səhər yeməyi isə yaxşı idi. Şəhərin mərkəzində olduğu üçün bir gecə orada qaldıq. (200 tl ) Həmin gün Fırtına dərəsinə getdik, orada Eveli Cafe var. Rizedə 3 gün qaldıq və səhər yeməkləri yaxşıdır deyə hər gün bu kafeyə gəldik. Zipline 20 tl -e, rafting isə 70 tl - dir. Rizedə 3-4 yemək çeşiti var - ızgara, alabalık və s. Osmanlı restoranı da məsləhətlidir. Qiymətlər isə çox münasib idi. İki nəfərlik yemək hər yerdə ortalama 100 liraya başa gəlirdi. Deyildiyi kimi Ayder yaylasında və ora gedən yolda təmir işləri gedirdi. Hər gün sadəcə 1 saat vaxt verilir ora getməyə. Biz getmədik. Birdən oralarda otel rezerv edərsiniz, etməyin. Ikinci gün getdik Pokut Yaylasına, çoooox bəyəndim. Havası təmiz, buzz kimi. Az insan çox huzur:)Iki gün Oris Green oteldə qaldıq, çox gözəl və təmiz idi. Oteldə bizdən başqa müştəri yox idi və otel sahibləri çox şirin insanlar idi. Üçüncü gün yenə oteli dəyişib, bu səfər də Kotit Bungalowda qaldiq. Oranın ambiansı bir başqa idi. Kaş ki daha çox vaxtım olardı və bir günümü heçnə etmədən orada keçirərdim. Bir gecəsinə 500 lirə ödədik, hər bungalow max 4 nəfərlikdir, 2 mərtəbədir. Üç gün gedib Huser Yaylasında qaldıq. O məşhur sis dənizi olan yaylaya, amma təəssüf möhtəşəm buludları görə bilmədik. Huser yaylasına gedən yol ürkütücü və qorxuludur. Dua edə - edə çıxıb düşmüşük. Dəyərdi mi? Dəyərdi. Hələ o yelləncək. 10 lirəyə istədiyin qədər uç. Yaylada dağların mənzərəsi başqa gözəl olur. Yaylalara gedib-qayıtmaq xeyli vaxt alır. Məncə, bir gündə 2 yayla gəzmək olar. Maşın yoxdursa, turlarla da gedə bilərsiniz. Dördüncü gün günorta Uzungölə getdik, yola 2 saat vaxt sərf etdik. Orada İnci oteldə qaldıq, səhər yeməyi (yaxşı deyildi) daxil 200 lirə, otağımız gəşəng idi.Uzungöldə vaxtımız az olduğundan sadəcə Karestel yaylasına getdik, yeməyimizi də Ada restoranında yedik (çox bəyəndim). Beşinci gün Trabzona getdik, orda da Cemil Hoca’ya axşam yeməyinə getdik (10 numara 5 yildiz), qaldığımız otel isə Hanzade Park Hotel (çox bəyəndim), 200 tl. Trabzon Rizədən daha maraqlı idi, downtown hərəkətli idi, Boztepe pis deyildi. Sümela bağlı olduğundan getmək məsləhət görülmedi. Belə belə işlər. Bir sözlə kim deyir ki, Rize, Trabzon maraqsızdır, inanmayın. Mən daha çox vaxtımın olmağını və daha çox kəşf etməyi arzulayırdım.Bildiyim yerlərdən suallarınız olsa, sevə -sevə cavablaya bilərəm.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Afshan Babazade

1971 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!