3830 dəfə oxunub

Avropanın ən məşhur şəhərləri (II hissə)

"Səyahət etmək əvvəl səni lal edir, sonra səni daha yaxşı hekayəçi halına gətirir" - İbn Battuta

Nömrə 3- Türkiyə

Marmaris

Bu şəhərdə olduğunuz zaman elə bil Türkiyə istirahət zonasında deyil, Palma de Malyorka kimi yerdəsiz- yəni elə bil İspaniyanın gözəl istirahət zonasındasınız. Egey dənizi sahilində yerləşən bu şəhər əsasən avropalıların istirahət etdiyi şəhərdir. Digər kurort zonalarında olduğu kimi burada əksinə postsovet ölkəsindən az adam görmək olar.


İzmir

Türkiyənin avropa paytaxtı bu şəhərə desək heç yanılmarıq. Burada insanlar, yaşayış tərzi çox avropasayağıdır. Egey dənizi sahilində olan şəhərin çox gözəl mənzərələri, dəniz gəzintiləri və baxılacaq yerləri var. Assansör adlanan məşhur yerdən şəhəri hündürdən görmək imkanınız var və bir az aralı getsəz Efes kilsələrini görə bilərsiz.

İstanbul/Bodrum

İstanbul Türkiyənin ən böyük şəhəridir. İqtisadi böyüklüyünə görə dünyada 34-cü, əhalisinə görə Avropada birinci, dünyada isə Laqos şəhərindən sonra altıncı sırada yer alır. Sultanəhməd rayonunda eyni adlı məbəd turistlərin ən diqqətini çəkən yerlərdəndir. Turistlər həm də bu ərazini Mavi məsçid kimi tanıyırlar.

Bodrum klassik istirahət mərkəzidir, 7/24 limitsiz yeyib-içmək və dəniz qırağında günəş vannası almaq istəyirsizsə, Bodrum tam sizin üçündür  Amma nəzərə almaq lazımdır ki dəniz suyu çox duzludur, əksər insanlar belə dənizdə çimmək əvəzinə, gözəl hotellərdə olan hovuzlara üstünlük verir.

Nömrə 4- Portuqaliya

Lissabon - Portuqaliyanın paytaxtı olan Lissabon şəhəri avropanın ən ucuz və ən gözəl şəhərlərindəndir. Hətta havası belə ideal sərin keçən Avropa şəhərlər arasında ən mülayim hava klimatına malik şəhərlər arasında öndədir. Burada yay 6 ay və hətta arada daha da çox müddət olur. Pena Palas adında təbiətdə yerləşən saray turistlər üçün ideal yerdir. Burada gözəl kafelər, təbiət qoynunda istirahət yerləri və qalaların önündə keçirilən tamaşalar ilə turistlərin könlünü oxşayır.


Almada Teju çayı sahillərində yerləşən gözəl şəhərin mənzərəsi nəyə istəyirsizsə deyər. Ən baxılacaq və turistləri cəlb edəcək yerlərdən biri İsa Məsihin abidəsi olan yerdir. Braziliyada Rio de Jenairo-da olan eyni abidənin bir az kiçik versiyasıdır. Əlavə ödəniş etməklə həmin abidəyə daha yaxın qalxa bilərsiz, mütləq qalxıb bu zəhmi hiss edin.


Nömrə 5- Almaniya

Hamburq şəhəri mənə bir az boz gəldi və buna da səbəblər var. Şəhərdə daim yağış yağır. Axşam 5-6-dan sonra həyat demək olar dayanır, küçədə çox az insan olur, gecə heyatı demək olar yoxdur və əksər obyektlər bağlanır, hətta restoranların əksəriyyəti. Mənim şəxsi fikrim budur ki, şəhər daha çox yaşlı nəsil üçün nəzərdə tutulub. Amma şəhəri gözəl edən körpüləridir. Ən çox körpü sayına sahib şəhər Venesiya deyil, məhz Hamburq şəhəridir. İnsanlar burada Almaniyanın digər şəhərlərindən fərqli olaraq daha gülərüz və yardım sevəndilər.Taksi şoferlərinin hər ikincisi türkiyəlidir. Şəhərdə bankomat qıtlığı var və özünüzlə daima nağd pul gəzdirməlisiz. Əks halda, əsasən də restoranlarda kart qəbul edilməyəndə ( belələri az deyil ) pis vəziyyətdə qalacaqsız.

Nömrə 6- Misir

Şarm El Şeyx istirahət, qədimlik, dəbdəbəli otellər, əsrarəngiz səhralığı özündə birləşdirən şəhərdir. Burda olduğunuz zaman mütləq meyvələrin dadına baxın, əsasən də mango yeməyi unutmayın. Bu şəhərdəki kimi dadlı mango əminəm daha heç yanda yeməyəcəksiz. Qırmızı dənizin sahillərində yerləşən bu şəhərdə həmişə demək olar yaydır və yağıntıların minimum olan yeridir. Köhnə bazar adında turistik olan yerə getmək məsləhətdir. Ən azından ordan xüsusi ətirlər və xanımlar üçün dəvə kremi almağa dəyər. Səhra zonasında xüsusi maşınları sürmək isə ayrıca bir həzz verəcək. Hətta gəzinti zamanı dəvə üzərində şəkil çəkmək belə daxildir. Özünüzü Ərəb şeyxi və ya qulduru hiss etmək üçün gözəl məkan.


Nömrə 7- İngiltərə/BƏƏ/Rusiya

London İngiltərənin paytaxtı olan bu şəhər öz alicənabları ilə seçilir. Köhnə krallıq adətlərin saxlanılması və buna misal çay mərasimi, kraliçanın olması və böyük işlər görmüş insanları “SER” adı ilə təltif olunması buna bariz nümunədir. Şəhər daima duman içindədir. Boşuna buranı Dumanlı Albion adlandırmırlar. Londonda yağıntı çox olduğundan pessimist olmaq təəccüblü deyil. Temza çayının sahil boyunda çox maraqlı və baxmalı yerlər var. Bunlara misal Big Ben saatı, London Eye karuseli, Madam Tüsso muzeyi və sairə..


Dubaya Ərəb Əmirliyinin Monakosu desək, yanılmarıq. Yəni dəbdəbə də, bahalı maşınlar və eksklüziv mağazalara görə Monakodan geri qalmayan şəhər. Bircə fərq burada çox istidir. İlin əksər hissəsini bayırda keçirmək mümkün deyil, ancaq mall və restoranlarda rahat nəfəs almaq olur. Mütləq dünyada ən hündür bina olan 163 mərtəbəli Burj Al Khalifa-ya qalxın. Musiqili fəvvarəni da izləməyi unutmayın, belə bir fəvvarə əmin olun görməmisiz. Son olaraq da milyonçular məhləsi olan JBR -i (Jumeirah Beach Residence) ziyarət edin və Fransız xalqı necə kef etdiyini canlı görün 

Rusiyanın paytaxtı olan Moskva şəhəri isə hamımıza tanış olan Qırmızı meydan, Lenin mavzoleyi, Kreml və kilsələri ilə göz oxşayır. Moskva çayı ətrafında yerləşən bu şəhərdə demək olar hər millət, təriqət və inanca rast gələ bilərsiz.


Son olaraq Tbilisi və Sofiya bir az köhnə sovet tipli şəhərlər olduğundan (mənim fikrimə görə) daha geniş yazmayacam.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…



Paylaşdı: Asif ibrahimov

DİGƏR BLOQLAR

Amalfi sahilləri - Positano bələdçisi

Ona İtaliyanın ən romantik qəsəbəsi də deyirlər. Bəli, söhbət Amalfi sahillərində yerləşən Positanodan gedir. Positanoya həm Romadan, həm də Napolidən getmək mümkündür. Mən Napolidən getməyi seçdim. Amma bu səhvi mən etdim, siz etməyin. Avropanın göbəyində bu qədər çirkab görəcəyimi ağlıma belə gətirə bilməzdim. Mərkəzi küçələrində belə dolub-daşan zibil yeşikləri, üfunət qoxusu - Napolidən mənə qalan xatirələr oldu. Əbəs yerə İtaliyanın ən çirkli və ən təhlükəli şəhəri adını almayıb ki?!. Və ilk dəfə bir şəhəri daha çox gəzməkdən imtina edib, otel otağında oturub qatarımın vaxtını gözləməyi seçdim.Bu şəhəri çox yerdən-yerə vurdum. Bir az da yaxşı sözlər deyim. Yəqin ki, pizzanın vətəninin Napoli olduğunu bilirsiniz. Bizdən fərqli olaraq, burada pizzalar daha çox sadəliyi ilə, daha dəqiq desəm, üstündə heç nə olmaması ilə seçilir. Hardasan ay bizim toyuqlu, qiyməli, sosikalı, kolbasalı, zeytunlu, bibərli, göbələkli pizzamız deyə-deyə üstü bomboş olan, Bakıda üzünə baxmadığımız Marqarita pizzasını yeməli olduq. Pizzanın vətəni olan Napolidə nə az, nə çox, düz 800 pizzacı var. Onlardan ən məşhuru isə 149 yaşlı L’antica Pizzeria da Michele-dir. Bu qədər qədim və məşhur bir pizzacı olasan və cəmi iki növdə pizza təqdim edəsən: o da ki, Marqarita çeşidləri. Amma di gəl gör ki, pizzeriyanın önündə bir növbə olur ki, 90-cı illərin Bakısının çörək növbəsi onun yanında heç nədir. Culiya Robertsin “Eat, Pray, Love” filmi ilə məşhurluğuna məşhurluq qatan bu pizzeriyadan sonra buralara gəlib çıxma səbəbim olan Positanoya yollanıram.Rəng, qoxu, huzur...Cəmi 4 min əhalisi olan, amma il ərzində 5 milyon turist qəbul edən Positano... Belə yerdə deyiblər, “bir balaca boyu var, dam dolusu toyu var”. Özü də nə dam dolusu?! Hər addımında bir başqa gözəllik... Bilmirsən hansı tərəfə baxasan. Bir tərəfdə masmavi dəniz, bir tərəfdə sıldırım qayalıqlar, bir tərəfdə rəngli evlər...“Positanonu 3 sözlə təsvir et”, - desələr, ilk ağlıma gələnlər bunlar olar: rəng, qoxu, huzur. Qəsəbənin rəngli dünyalı insanları evlərini də rəngbərəng boyamağı seçiblər. Bir rəssam fırçasından çıxmış kimi rəngbərəng, özünəməxsus evlər düşünün. Buna bir də limon ağaclarının və begonvillərin qoxusunu əlavə edin. Ortaya çıxan nəticə isə huzurdur.Positano əvvəllər kiçik bir balıqcı kəndi imiş. 1953-cü ildə tanınmış yazıçı Con Steynbakın bir moda jurnalına yazdığı məqalə ilə kəşf edilir və bugünkü məşhurluğuna çatır. Buna da qələmin, sözün gücü deyirik.Positano paytaxtı Napoli olan Campania bölgəsinin qəsəbələrindən biridir. Amalfi sahillərində yerləşən bir qəsəbə. Positano adını eşitməsəniz belə, Amalfi sahillərini eşitməməyiniz mümkün deyil. UNESCO Dünya Mirası siyahısına düşəcək qədər məşhur sahillərdir. Şairlərə, yazarlara, sənətkarlara ilham qaynağı olacaq qədər gözəl Amalfi sahilləri “National Geographic” tərəfindən də ən gözəl yolu olan yerlərdən biri seçilib.Sorrentodan Solernoya körfəz boyunca 50 kilometrlik məsafədə uzanan, iri qayalıqların yamaclarına naxış kimi səpələnən bir-birindən rəngli qəsəbələrin toplusudur Amalfi sahilləri... Cənnətdən bir parça da deyə bilərik bu yerlərə. Amalfi adı mifologiyadan gəlir. Yunan mifologiyasından tanıdığımız Heraklesin aşiq olduğu su pərisinin adı imiş Amalfi. Sevdiyi gənc yaşda öldükdə Herakles onu dünyanın ən gözəl yerində dəfn edəcəyinə söz verir. Həmin yer olaraq Amalfi sahillərini seçir və buraları sevdiyinin şərəfinə adlandırır.Positano, Praiano, Conca Dei Marini, Amalfi, Atrani, Ravello, Minori, Maiori və Vietri Sul Mare qəsəbələrindən ibarətdir Amalfi sahilləri. Bunların ən gözəli isə, heç şübhəsiz ki, Positanodur. İtaliyanın ən romantik qəsəbəsi olan Positano...Belə gözəlliyin də gözəl qiymətləri olacaq, təbii ki. Dəniz sahilinə endikcə restoranlar da, otellər də od tutub yanır. Yuxarı hissələrində, mərkəzdən və sahildən kənar yerlərində qiymətlər daha münasibdir. Çimərlikləri də çox məşhurdur Positanonun. Amma elə bilməyin ki, burada hər şey pulludur. Belə ki, çimərlikləri tam pulsuzdur. Təbii ki, əgər şezlonq və çətir götürməyəcəksinizsə. Şezlonq və çətirləri isə sahildəki kafe və restoranlar işlətiyi üçün onların müqabilində pul ödəmi olursan. İyul, avqust ayları ən qonaq-qaralı vaxtlarıdır Positanonun. İynə atsanız, yerə düşməyəcək qədər qonaq-qaralı...Dik yamaclarda bir-birinin üstündə tikilən rəngbərəng evləri, çəhrayı-bənövşəyi begonvilli, limon qoxulu, ilan kimi qıvrıla-qıvrıla sahilə enən dar küçələri ilə dünyanın ən sevimli qəsəbələrindəndir Positano. Əzəmətli qübbəsi ilə seçilən “Majolica” kilisəsinin qəsəbəyə qatdığı gözəlliyi fotoaparatımızın obyektivinə köçürərkən, Xristofor Kolumb küçəsində yeriyərkən, La Zagarada qəhvəmizi içərkən, Positano mənzərəsinin ən gözəl göründüyü yer olan Le Sirenuse otelinin terrasında ən gözəl şəkillərimizi çəkməyə çalışarkən zamanın necə keçdiyini bilmirik... Heç oyanmaq istəmədiyi bir yuxunun içində hiss edir burada insan özünü...Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: ‎‎‎Rena Karimova

3517 dəfə oxunub

Hollandiyada nəqliyyat

Hollandiyada nəqliyyat ümumi götürdükdə heç də ucuz deyil. Buna baxmayaraq, bir çox hallarda ucuz səyahət etmək mümkündür. Bunun üçün isə Hollandiyada nəqliyyatın neçə işlədiyini bilmək və hansı endirimlərdən istifadə etməyi bilməlisiz. İlk öncə başlayaq Hollandiyadakı nəqliyyat kartından. Burada rəsmi nəqliyyat kartı – OV-Chipkaart deyilir. Əgər Hollandiyaya bir neçə günlük gəlirsizsə, bu kartdan almağınız mütləqdir. Əks təqdirdə hər kağız bileti üçün əlavə 1 avro ödəyəcəksiz. Avtobus/Metro/Tramvaylarda isə səyahət daha baha olacaq, çünki orada saatlıq və ya günlük biletlər almalı olacaqsız.OV-CHIPKAART (Qatar/Avtobus/Metro/Tramvay kartı)Bu kartın qiyməti 7 avrodur. Bir neçə növləri var. Disposable, Anonymous, Personal, Business. Disposable bir dəfə istifadə oluna bilər və içinə əlavə pul yükləmək olmur. Kağız-kart formasında olur. Günlük disposable kartlar isə 24 saat istifadə oluna bilər, ancaq ondan sonra istifadə oluna bilməz. Anonymous da buna bənzər olsa da, plastik formada olur və içinə pul yükləyərək istədiyiniz qədər istifadə oluna bilər. Anonymous karta heç bir xüsusi endirim yükləmək olmur, yalnız ças-pik saatlarından kənarda 40% endirimdən başqa. Bunlar barədə ətraflı daha sonra. Personal kartlar isə Hollandiyada hər hansı evdə qeydiyyatda olduğunuz zaman əldə etmək mümkündür. Online sifariş oluna bilər yalnız. Bu karta isə hər cürə abunələr və ya endirimlə almaq/yükləmək olur. Business OV-Chipkaartlar isə işlədiyiniz şirkət tərəfindən verilir və içinə şirkətdən asılı olaraq müxtəlif abunəliklər əlavə etmək mümkündür.OV-Chipkaartdan istifadə qaydalarıHollandiya nəqliyyatında check-in, check-out sistemi mövcuddur. Bu nə deməkdir? Qatara minmədən öncə xüsusi yerlərdə (əgər girəcəkdə qapı yoxdursa) və ya qatar stansiyasının girəcəyində qapılar olur ki, bu kartdan istifadə edərək o qapını aça bilərsiz. Buna check-in deyirlər. Anonymous kartlar ilə qapını açmaq üçün hesabda minimum 20 avro olmalıdır. Qatardan düşüb stansiyadan çıxarkən isə kartı yenidən istifadə etməklə stansiyanı tərk edə bilərsiz. Buna check-out deyirlər. Bu zaman isə sizin mindiyini stansiya ilə endiyiniz stansiyanı nəzərə alaraq ona uyğun pulu, öncədən depizot kimi saxladığı 20 avrodan çıxır və qalığı geri qaytarır. 40% endirim olan personal ov-chipkaartlarda isə check-in üçün minimum 10 avro olmalıdır kartda. Ölkədən çıxarkən kartda qalan bütün qalıq pulları stansiyalarda olan NS şirkətinin mərkəzlərindən geri götürə bilərsiz. Ancaq kartın özünü geri verə bilməzsiz. Başqa şəxs olarsa, ona sata bilərsiz.Qatarlar üçün minimum 20 avro, avtobus/metro/tramvay üçün isə müsbət balans olmalıdır. Yəni 0 olsa da olar, yetər ki, mənfi olmasın. Yəni kartda 0 avro hesab ilə avtobusa minib düşəndə hesab mənfiyə düşür. Ona görə avtobus/tramvay/metro üçün kartlarınızda hər zaman ən azı 5 avro saxlamağa çalışın. Check-in və check-out etməyi isə unutmayın! Check-in etmədikdə qatarda yoxlama zamanı 55 avro + gediş haqqı cərimələyəcəklər. Check-in edib check-out etmədikdə isə check-in etdiyiniz zaman rezerv olunan 20 avro (qatarlar üçün) və ya 4 avro (avtobus/metro/tramvay üçün) hesabınızdan tam silinəcək. Belə olan halda isə NS şirkətinə zəng vurmaqla, pulu geri qaytara bilərsiz. Check-out etməmək necə olur? Bəzi hallarda qatar stansiyasında qapılar yoxdur. Sadəcə xüsusi quraşdırılmış qurğular olur ki, onlardan istifadə edərək check-out edə bilərsiz. Çox zamanlar da insanlar unudurlar və beləcə hesabdan rezerv olunan bütün məbləğ silinir. Check-out etməyi unutmayın!QATARHollandiyada ən böyük qatar şirkəti NS-dir. Bütün qatar cədvəllərinə isə (https://www.ns.nl/en) saytından baxa bilərsiz. Burada həmçinin qatarın qiyməti də qeyd olunur. “Show discount and return price”-ın üstünə klikləməklə isə bütün endirimli qiymətləri də görə bilərsiz.AVTOBUS/METRO/TRAMVAYAvtobus və tramvay qiymətləri şəhərdən şəhərə dəyişir. OV-Chipkaart istifadə edəcəyiniz təqdirdə saatlıq, günlük və ya aylıq bilet almağa ehtiyac yoxdur. Yox əgər şəhər daxili çox səyahət edəcəksizsə, o zaman günlük və ya aylıq bilet almalısız ki, bu da şəhərdən şəhərə dəyişir. Günlük Amsterdam biletlərinin qiymətinə baxmaq üçün bu saytdan istifadə edə bilərsiz: https://en.gvb.nl/gvb-dag-meerdagenkaart. Günlük bilet isə ilk check-in etdiyiniz andan 24 saat ərzində keçərlidir. Bu günlük biletləri isə ya OV-Chipkaarta yükləyə bilərsiz, ya da bir dəfəlik istifadə oluna bilən kart şəklində ala bilərsiz.Səyahət edəcəyiniz ünvanları bildiyiniz təqdirdə və ya səyahət edəcəyiniz yol həm qatar, həm də avtobusdan ibarətdirsə, bu saytdan istifadə edə bilərsiz: https://9292.nl/en.ENDİRİMLƏR (Yalnız qatarlar üçün)Endirimlərə keçmədən öncə bunu bilmək önəmlidir ki, demək olar ki, bütün endirimlər “ças pik” vaxtından kənar üçün nəzərdə tutulur. Hollandiyada “ças pik” saatları 06:30-09:00 və 16:00-18:30 olaraq təyin olunub və bir çox hallarda endirimlər bu saatlar üçün nəzərdə tutulmur. Bileti alarkən şərtləri oxuyun mütləq. Həftəsonları (şənbə, bazar) isə “ças pik” yoxdur və istənilən saatda endirimlə səyahət edə bilərsiz.Hollandiyada qatarlar çox bahadır. Ancaq NS şirkəti sağolsun ki, daimi olaraq endirimlər təqdim edirlər.1. Əgər gələcəyiniz müddətdə təsadüfən qarşınıza AH, HEMA və ya Kruidvat mağazalarının önündə endirimli “Dagkaart” (Day Card) reklamlarını görsəz, mütləq alın. Çünki bu biletlərin əsli 50 avro olsa da, endirim zamanı 16 avro olur və Hollandiya daxili qatarlardan günlük istədiyiniz qədər istifadə edə bilərsiz. Bu kart əsasən də Giethoorn və ya digər uzaq şəhərlərə gediş-gəliş üçün sərfəlidir. Ancaq bu kartlar 2 ayda cəmi 1 dəfə satışa çıxarılır və 3 gün içərisində bitir. Belə olan halda isə bu saytdan istifadə edərək digər endirimləri görə bilərsiz: https://www.treinreiziger.nl/category/treinkaartjes/.2. Ən çox istifadə etdiyim 1 tərəfli 12 avro (istənilən şəhərdən istənilən şəhərə) olan endirimdir (https://www.treinreiziger.nl/treinactie-twee-enkele-reizen…/). Ancaq bunu da almaq üçün gərək 2 ədəd alasız və eyni gündə istifadə etməyə məcbur deyilsiz. Əlavə şərtlər üçün isə sayta baxmağınız mütləqdir. Bir də bu biletləri mütləq çap etməlisiz. Stansiyada 1 avroya çap edirlər. İstifadə müddəti 31 Avqusta kimi.3. Onlayn “Dagkaart” yəni günlük qatar bilet almaq istəsəz, qiyməti 19 avrodur. https://www.treinreiziger.nl/ns-dagkaart-actievandedag/. İstifadə müddəti 31 Avqusta kimi.4. Ən azı 4 nəfər olduğunuz təqdirdə “Group Ticket” ala bilərsiz. Bu biletləri isə NS-in App Store və ya Play Store-da olan “Reisplanner” adlı proqramına yükləyə bilərsiz. Çap etməyə ehtiyac yoxdur. 7 nəfərə kimi nə qədər çox adam olarsızsa, bir o qədər çox ucuz düşər bilet. 4 nəfər üçün isə toplam 30 avro edir. Adam başı 7.50 avro yəni. 1 tərəfli gediş. Bilet almaq və ya əlavə məlumat üçün: (https://www.ns.nl/pr…/…/meest-gekocht/p/groepsticket-daluren)5. Hollandiyadan digər ölkələrə gedən qatar və ya avtobuslara baxmaq üçün isə https://www.nsinternational.nl/en/home saytından istifadə edə bilərsiz. Əlbəttə paralel olaraq https://www.goeuro.com/ istifadə edə bilərsiz.6. Əgər heç bir endirim əldə edə bilməsəz, o zaman Anonymous OV Chipkaartınıza 40%-lıq endirim yükləyə bilərsiz. Bunu ya stansiyada yerləşən aparatlardan ya da bilet mərkəzlərindən kartınıza “Joint Travel Discount” vəya “Combined Travel Discount” (holland dilində isə “Samenreiskorting”) yükləyə bilərsiz. Bunu istifadə etmək üçün isə gərək səyahət edən və kartında 40% endirim olan bir nəfərdən xahiş edəsiz ki, onunla birgə səyahət edəsiz. Yəni yoxlama gələrkən bunu soruşa bilər. Check-out etdikdən sonra yenidən bundan yararlanmaq istəyirsizsə, o zaman yenidən aparat vasitəsilə karta bunu yükləməlisiz.7. 4-11 yaşlı uşaqlar isə hər zaman pulsuz səyahət edirlər. Uşaqlar üçün kartın qiyməti isə 1 centdir. Bu kartı isə yalnız online sifariş etmək olur (https://www.ns.nl/en/season-tickets/kids-vrij.html). Stansiyada yerləşən bilet mərkəzlərindən əldə etməklə bağlı məlumata isə sahib deyiləm.Demək olar ki, bütün əsas məqamları vurğulamağa çalışdım. Mövsümi abunəliklər və biznes OV Chipkaartlar barədə isə ehtiyac olmadığı üçün yazıya əlavə etmədim. Əgər Hollandiyada yaşayırsızsa, o zaman əlaqə saxlayın, bunlar barədə də ətraflı məlumat verməyə çalışaram. Ola bilər ki, bəzi məqamları qeyd etməyi unutmuşam. Əgər belə hal olarsa, bildirin, məmnuniyyətlə məqaləyə əlavə etməyə hazıram :) Xoş səyahətlər!P.S.: Əgər bu məqaləni 31 Avqustdan sonra oxuyursuzsa,https://www.treinreiziger.nl/category/treinkaartjes/ saytına girməklə digər endirimlər barədə məlumatlar əldə edə bilərsiz. Saytın niderland dilində olmasına baxmayaraq google translate-dən istifadə edərək yararlana biləcəyinizə əminəm.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Shamil Mustafayev

1212 dəfə oxunub

Aşağı büdcəli səyahət bələdçisi - II hissə

Dostlar, salam!Sizə kurs işi kimi, 6 səhifəlik Avropada səyahət planlaması yazmışam, cəmi 500-700 manata. Bunu turizm şirkətləri 2000-3000 eurodan aşağı satmır.Əsasən ilk dəfə səyahətə çıxanlar üçündür, bunu oxumasaz, Kutaisiyə necə gedəssiz⁉️?Avropada necə minimal büdcə ilə səyahəti planlamalı?Səyahət çox fərdi bir zövq məsələsidir, hər kəsə görə bu fərqli ola bilər. Kiminə görə bütün Paris Eyfeldən ibarətdir, kiminə görə Heminqueyin oturduğu kafedə oturub içmək vacibdir, kiminin əsas arzusu gedib Eskobarın məzarına baş çəkməkdir, hiking, əyləncə, sevdiyi dj’in konsertinə tələsən, Fridanın yaşadığı evi görmək istəyən, həyatda ən böyük arzusu Barca oyunlarının keçirildiyi Kamp Nounu görmək istəyənlər də az deyil.Ona görə heç kimin səyahət zövqünü bilmədiyim üçün, sərfəli və təcrübələrimdən çıxış edərək belə bir planlama edirəm. Mən Avropada yaşayanda gəzmişəm, heç vaxt Kutaisi aeroportundan itifadə etməmişəm, amma yaxşı planlama belə olur.İlk dəfə Avropada səyahətə başlayanlar belə bir planlama edə bilərlər, mən sizə 3 formada bələdçi yazacam:✅Bir ölkə 6-8 şəhər✅Dörd ölkə 5 şəhər✅Bir ölkə 1 şəhər✅Baltikyanı ölkələr və ya balkanlar variantı⭕️ Bir ölkə 6 şəhər, 1 həftə yoxsa 10 gün? - Italiya!⁉️İtaliyada şəhərlərarası avtobus xərcləri: 45 euroGünləri və şəhərlərin sayını artırıb azaltmaq, şəhərləri dəyişmək sizin öz əlinizdədir. Bunlar sadəcə mənim alternativlərim və misallarımdır. Bunu məmnuniyyətlə İspaniya, Əndəlüslə də əvəz edərdim.Yaz, yayın əvvəlləri İtaliyaya getmək üçün ən gözəl vaxtlardan biridir. İyul, avqust ayları çox isti olur, və uzun müddət gəzmək mümkünsüzləşir. Pandemiya vəziyyətini də nəzərə alaraq, gələn ilin martı üçün sizə fikir olsun deyə, İtaliyaya bir səyahət büdcəsi hazırladım.Komputerimizdə 3 pəncərə açmaqla başlayırıq, wizzair.com, flixbusın saytını və İtaliyanın xəritəsini, valyuta konvertorunu da unutmuruq.Gürcüstandan Kutaisi hava limanından İtaliyaya ən ucuz gediş və dönüş vaxtlarını araşdırırıq. 7 martda Kutaisidən Milana bilet 29 eurodur. Əla! Milana bilet alırıq, bəs haralara gedə bilərik, gedəcəyimiz yerləri necə müəyyən edəcəyik? Xəritəni açıb qoyuruq qarşımızda. Məsələn mən Milandan cənuba, Romaya hətta Napoliyə doğru yol üstündəki bir çox getmək istədiyim şəhərlərdən keçdim: Venesiya, Verona, Sienna, Piza, Florensiya, Romaİtaliyada səyahətin ən gözəl tərəfi odur ki, şəhərlər arası məsafə azdır, bir çoxu 1-3 saat arasındadır. Və bu kiçik şəhərlərin çoxunda 5-7 saat kifayətdir ki, gəzib bitirəsiniz, görməli yerlərini görə biləsiniz. Yəni, sübh çağından səyahətinizə durub başlasanız, eyni gündə yaxın 2 şəhəri rahatlıqla gəzə bilərsiniz.Mən flixbus avtobusu ilə belə bir marşurut cızdım, şəhərlərarası qiymətləri və məsafələri yazdım:????Milandan Veronaya- 2 saat, 5 euro????Veronadan Venesiyaya- saat yarım, 5 euro????Venesiyadan Siennaya- 4 saat yarım, 12 euro və ya,????Venesiyadan Florensiyaya– 3-4 saat arası, 9 euro????Siennadan (seçiminizdən asılı olaraq və ya Florensiyadan) Pizaya- 1 saat, 5 euro????Pizadan Romaya- 5 saat, 9 euro????Romadan Napoliyə- 2 saat, 9 euroMilan və Verona 6-7 saata gəzib bitiriləcək şəhərlərdir. Saat məsafəsini də nəzərə alaraq, bu iki şəhəri 1 günə gəzib bitirə bilsəniz, digər günü də Venesiyaya həsr edə bilərsiniz. Əgər Kutaisidən Milana gecə və ya səhər tezdən çatsanız, yorulmayassızsa, həmin günü hostel tutmağınıza ehtiyac yoxdur. Milanı gəzdikdən sonra Veronaya gedə, gecə də Veronadan avtobusla nisbətən uzun məsafəli yolu seçib Venesiyaya gedə bilərsiniz.Venesiya üçün 1-2 gün kifayətdir. Mən gedəndə 1 yoxsa 2 gün qalacağıma orda qərar verəcəkdim, şəhərə çatanda səhər saat 5 idi, axşama qədər şəhəri gəzdim və qərar verdim ki, 1 gün mənə bəsdir. Bütün gün ərzində dayanmayan leysan yağışın da bunda az rolu olmadı.Əgər Venesiyada gecə qalmağa qərar verməsəniz, yenə də gecə avtobusu ilə Siennaya ya da Florensiyaya gedə bilərsiniz. Siennada gəzmək üçün bir neçə saat, Florensiyada isə azı 2 gün kifayətdir.Florensiya İtaliyanın ən gözəl şəhərlərindəndir. Bu şəhərdən transit etsəm də, dayanmadım, çünki Florensiya üçün ayrıca səhayət edib, 3-4 gün qalmaq istəyirdim. Renessans dövrünü hiss etmək, o dövrdən qalan must see’ləri görmək üçün 2 tam gün lazımdır, 3-4 gün isə əla olar.Sienna Roma arası istəsəniz Pisaya da baş çəkə bilərsiniz.Roma mənim ən sevimli şəhərlərimdəndir. 2 bütöv gün ərzində “must see” yerləri gəzib bitirmək, küçələrində doya-doya gəzmək olar, 3-4 gün isə əladır. Mən 2 gün ərzində dayanmadan, piyada bütün muzeyləri, tarixi abidələri gəzib bitirmişdim. Romadır, Viennadır, bu şəhərlər tarix qoxuyur, gəzdikcə özünü tarixin hansısa dövründə hiss edirsən. Bu arada papanın şəhərinə də baş çəkməyi unutmayın.Əgər Romadan doyunca həzz alsanız, gəzib bitirsəniz, Napoliyə də baş çəkə bilərsiniz, 1 gün görməyə kifayət edir.⁉️Hostel xərcləri: max. 85 euroSadaladığım bütün şəhərlərdə 17-18 avroya yaxşı hostellər tapmaq olar. Əvvəlcədən və ya sonradan booking.comda book edə bilərsiniz. Bacardığımız qədər şəhərlərasası məsafəni gecə avtobusda keçirsək, yenə də 4-5 gün üçün hostel xərcləri yazıram, və sizin seçiminizə buraxıram. Mən təkcə 1 həftəlik səyahətim boyunca təkcə Romada 2 günlük hostel tutmuşdum.⁉️Cib xərci: 70 euro+ 50 muzey xərcləri (120)Əgər İtaliyada 1 həftə qalassızsa, gündəlik 10-12 euro da cib xərci (metro bileti, yemək ) kimi hesablayın. İtaliyaya gedib muzeyləri görmədən qayıtmaq da böyük günah olar. 50 euro da muzey biletlərinə və suvenirlər almağa ayıra bilərsiniz. Yadıma gəlir ki, Kolizeydə 20 euroya bilet almışdım və onla 5 muzeyə də pulsuz girmişdim.Yaxşı bütün bu planlamaları etdik, bəs Kutaisiyə necə gedirik?⁉️Ölkələarası uçuş və nəqliyyat xərcləri: 100 euroBakıdan ucuz olsun deyə avtobusla 12 manata (7 euro) Tiflisə gedirik. Istəsəniz, 1-2 gün də Tiflisdə qala bilərsiniz. Tiflisdən Kutaisiyə shuttle qiymətləri isə 20 gel (6 euro) dir. Bileti alarkən, Kutaisiyə gedəcəyiniz vaxtı, shuttle’ların vaxtını da nəzərə alın. Kutaisi aeroportundan Milana getmək sizə 29 euroya başa gələcək. Milanda aeroportdan mərkəzi getmək isə avtobusla 13 euro tutacaq. Qayıdışı hansı şəhər və aeroportdan edəcəyinizi yazmadım, çünki İtaliyanın müxtəlif şəhərlərindən Kutaisiyə Wizzairin uçuşları var. Onu da 30-40 euro arası düşünsək, və yenidən Bakıya qayıtmağı da hesablasaq, ümumi məbləği 100 euro kimi hesablaya bilərik.Beləliklə bütün xərcləri maximumdan hesablasaq belə, 1 həftəlik 1 ölkə bir neçə şəhər üçün bizə 350, ən çox halda 400 euro lazım olacaq, bu isə o deməkdir ki, biz 650-700 manatla İtaliyanı kəşf edə bilərik.⭕️ Bir neçə ölkə və bir neçə şəhər. Neçə gün? Bəlkə 1 həftə ? Bunu sizin öz öhdənizə buraxıram. Mən 7 gecə 8 gün üçün səfər xərclərini yazıram.⁉️ 4 ölkə arasındakı ümumi avtobus xərcləri: 43 euroYenə də Avropanın xəritəsini açıb qoyuruq qarşımızda, sərhəd ölkələrə baxırıq. Məsələn, hamı çox istəyir ki, Avropanın əzəmətli ölkələrini, şəhərlərini görsün. Şəhərlərarası məsafəni, səfər xərclərini düşünüb, mən olsaydım, Macarıstan (Budapeşt)- Avstriya (Vyana)- Çexiya (Praga) – Almaniya (Drezden, Berlin) marşrutunu seçərdim, baxmayaraq ki, Vienna Avropanın ən bahalı şəhərlərindəndir.Və Wizzairdə Bakıdan və Kutaisidən Budapeştə uçuş qiymətlərini müqayisə edirik. Apreldə Bakıdan da 29 euroya Budapeştə biletlər var, nə gözəl, Kutaisiyə getmirik! Bileti Bakıdan alırıq.İndi isə yenə də bu seçdiyim marşrut üzrə flixbusla olan avtobus qiymətlərini və məsafələri araşdırırıq.????Budapeştdən Vyanaya - 3 saat, 9 euro????Vyanadan Pragaya- 4 saat, 15 euro????Pragadan Berlinə- 19 euroVə ya alternativ kimi????Pragadan Drezdenə- 2 saat, 11 euro????Drezdendən Berlinə- 2 saat, 8 euroBu ölkələrin hər biri qışda soyuq iqlimi olan ölkələr sırasındadır. Gəzmək, səyahətdən zövq ala bilmək üçün mənə görə gediləcək ən gözəl fəsillər yaz və yay aylarıdır. Budapeşti çıxmaq şərtilə, bu şəhərlərin hər birində 2 dəfə, həm soyuq, həm isti fəsillərdə olmuşam, qışda nə qədər sevməmişəmsə, yayda o qədər zövq almışam! Amma onu da qeyd edim ki, Praga yeni ili qeyd etmək üçün ən gözəl Avropa şəhəridir.Əgər tempiniz surətlidirsə, bu şəhərlərin hər birində 2 gün 1 gecə qalmaqla əsas “must see” yerləri görə bilərsiniz, 3 gün isə Praga, Berlin və Vyana üçün ideal olardı.Budapeşt çoxları tərəfindən çox sevilən şəhər olsa da, mən çox sevə bilmədim. Praganın daha kiçik versiyasını xatırladırdı. Əgər çox Budapeşt marağında olan biri deyilsinizsə, 1 tam gün də kifayət edər.Əgər tarixi sevirsinizsə, Berlin və Vyana Avropanın ən zəngin tarixə malik olan şəhərlərindəndir.Muzeylər, kilsələr, xüsusilə də bir neçə cərəyanın birləşdiyi Vyananın arxitekturası, tarixi binaları sizə çox uzaq tarixlərə aparacaq. Vyananın küçələrində yeridikcə hər dəfə yeni bir mədəniyyət nümunəsi kəşf edəssiniz. Zəngin kofe house ənənəsinə sahib olan Vyanada mərkəzdəki traditional kofe houslarda qaymaqlı apfelstrudellə einspanner də içməyi unutmayın.Berlin də zəngin tarixi, muzeyləri, gözəl parkları ilə yanaşı Avropanın, hətta dünyanın ən multikultural şəhərlərindən biridir. Küçələr, parklar həmişə küçə musiqiçiləri ilə qaynayır. Almanlar həftəsonu əyləncəsinin haqqını verən millətdirlər. Müqayisəsiz demək olar ki, Berlinin gecə həyatı, həftəsonu əyləncələri, klubları heç hara ilə müqayisə oluna bilməz. Berlinə getmək üçün 5 və 6-cı günləri seçsəz, bəxtiniz çox gətirər.Praga barədə isə çox uzun danışmağa ehtiyac yoxdur. Kafkanın sevimli şəhəri dünyanın ən romatik şəhərləri arasında ilk 10luqdadır.Drezden Almaniyanın gözəl şəhərlərindən biridir, alternativ kimi onu da yazmağımın səbəbi Praga və Berlinin arasında yerləşməkləri, avtobusların bu şəhərdə transit etməkləridir.⁉️ Hostel xərcləri: 48 euroBütün hostel xərclərini 1 gecə 2 gün üçün hesablayıram. Hostellərdə check-in vaxtları günorta saat 12-3 arası olur. Check-out vaxtları isə səhər saat 10-12 arasında. Bir gün üçün hostelə ödəniş etdikdən sonra, 2-ci gün pul ödəməyinizə gərək yoxdur, çantalarınızı qoyub gecə gəzdikdən sonra götürə bilərsiniz. Və yenə də gecə ən gec yola düşəcək avtobusu seçib növbəti şəhərinizə yola düşə bilərsiniz.Budapest- 6 euro (11 manat)Vyana- 20 euro (38 manat )Praga- 8 euro (14 manat)Berlin 14 euro (26 manat)Bu hostellərin hər birininin qiymətini araşdırarkən mərkəzə yaxınlığına diqqət etmişəm.⁉️ Cib xərci: 84 euro+ 50 euro (134)Şəhəriçi avtobus-qatar qiymətlərini, yemək xərclərini nəzərə alaraqdan günlük 10-15 euro arası, 12 euro orta qiymət çıxarıram.Budapeştdə təktərəfli tram, qatar qiymətləri 1.20, Vyanada 2.40, Pragada 2.16, Berlində isə 3 eurodan başlayır. Siz 1 neçə saatlıq, 1 günlük, 2 günlük biletlər də ala bilərsiniz.Və bu şəhərlərə gedib muzeylərə getməmək də günah olar. Min. 50 euro da muzeylərə ayırıram.Planlamanı bitirdik, bəs Budapeştə necə gedirik?⁉️ Ümumi gediş-dönüş xərcləri: 83 euroBu dəfə uçuşumuz Bakıdan olacağına görə 28 Maydan avtobusla 1 manat (60 sentə yaxın) ödəniş edib hava limanına gedirik. Budapeşt uçuşumuzun qiyməti 29 eurodur. Budapeştə çatdıqdan sonra isə hava limanından şəhərin mərkəzinə olan qiymət avtobusla 3 eurodur. Qayıdanbaşı uçuşunu mən seçmədim, bunu sizin öhdənizə buraxıram. Siz yenidən Berlindən Budapeştə qayıdıb, elə də Bakıya geri dönə bilərsiniz və ya Berlindən, digər yaxın şəhərlərdən Kutaisiyə qayıdıb, elə Bakıya qayıda bilərsiniz. Bunun üçün də 50 euro ayırırıq.Cəmi 308 euroya, yəni 600 dən də az bir məbləğə siz 4 Avropa ölkəsini və 4 şəhəri görə bilərsiniz.⭕️ 1 şəhər 7 gün! Barcelona!Bəzi adamlar ölkələr, şəhərlər arasında gediş-gəliş edib yorulmağı artıqdan sayırlar, sadəcə bir şəhərdə qalmaq, onu kəşf etmək istəyirlər. Mən seçim edərkən canlı, əyləncəli bir şəhər seçməyə diqqət edərdim ki, həm kompakt olsun, həm də orda qalanda çoxlu seçimlərim olsun. Barcelona bu şəhərlərdən biridir.Port şəhəri olmağı, günəşi, dənizi, binaları, arxitekturası, kulinariyası, parkları, ara küçələrində Bethovenin bəstələrinə qarışan Şopenin bəstələrinin skripkada ifaları, yaraşıqlı oğlanları, gözəl qadınları, və ən əsası Gaudinin memarlığı bu şəhəri nağıllar aləminə çevirir.Pragadan sonra Avropada ilk şəhəridir ki, mən orda 1 həftə qalmışam və qalmağa və yeməyə cəmi 100 euro xərcləmişəm. Çimərliyə görə mən yaydan getməyi məsləhət görərdim. Amma hava bütün fəsillərdə yumşaq isti olur.Hardan uçuşumuzu həyata keçiririk? Yenə də Kutaisi.⁉️ Uçuş xərcləri: 72 euroWizzairin saytında yayboyu uçuşlar 79 gel (22 euro) göstərir. Amma fərqli tarixlərə də baxa bilərsiniz, bu zaman rəqəmlər dəyişəcək. Bakıdan Kutaisiyə getmək və gəlmək xərclərini yazmışdım. Qayıdanbaşı biletləri isə 29 eurodan başlayaraq göstərir. Barcelona hava limanından şəhərin mərkəzinə avtobusla olan qiymət 4 eurodur.Bakıdan Kutaisi Barcelona və Barcelona Kutaisi Bakı xərclərimiz cəmi 72 euro, yəni 132 manatdır.⁉️ Hostel xərcləri: 105 euroMən 4 il qabaq dənizdən 10 saniyəlik arada, şəhərdən 15-20 dəqiqəlik piyadalıq məsafədə hostel üçün 10 euro ödəyirdim. İndi qiymətlər bir az qalxıb, yenə də 15-16 euroya şəhərin mərkəzində hostellər tapa bilərsiniz, dəniz yaxın olmağına xüsusi diqqət edin.⁉️ Cib xərcliyi: 70 euro+50 (cəmi 120 euro)Gedəcəyimiz yerlərin çoxunun bir-birinə yaxınlığına görə, metro avtobusdan çox istifadə etmirik. Restoranlar isə çox baha olduğuna görə, mümkün qədər hosteldə yeyirik. Amma bu bizi sangrianın dadına baxmaqdan, məşhur Barcelona bazarından bol-bol ekzotik meyvə tərəvəzlər alıb yeməkdən çəkindirməməlidir. Gündəlik cib xərcini 10 euro kimi hesablayıram, amma azalda da bilərik.Barcelona Gaudinin cənnətidir, ora gedib Gaudinin binalarına girməmək ayıb olar. Amma növbələrə görə biletləri çox əvvəldən almaq lazımdır, mən əvvəlcədən almadığıma görə bir çoxlarına girə bilmədim. 50 euro az olsa da, bunlar üçün ayırırıq.Tək ölkə, tək şəhər heç vaxt ağlımızdan çıxmayacaq Barcelona səfəri bizə 300 euroya, 600 manatdan da az məbləğə başa gəlir.⭕️ Dördüncü seçimimiz isə baltikyani ölkələr və balkanlar variantı idi, bu ölkələlər məni cəlb etməyib deyə heç vaxt olmamışam, amma 1 həftəlik səfərlər planlamaqla çox ucuz şəkildə onları gəzib bitirə bilərsiniz.Post çox uzun olduğu üçün daha detallı yenə də gələn mövzularda bəzi şeylərə toxunacam. Sizə rahat olsun deyə, Avropanın xəritəsini də yerləşdiriəm.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Narmin Kamilsoy

2943 dəfə oxunub

SƏYAHƏTİNİZƏ RƏNG QATA BİLƏCƏK MOBİL TƏTBİQLƏR (applications)

İndi kasada-masada, suda-muda, kartda-martda fala baxmırlar! Application! Səfərinizi planlaşdırmağa, vaxta, pula qənaət etməyə yardımçınız ola bilər bu cubbulu tətbiqlər (applicationlar).1️⃣ PackPointSaatlarla səfər üçün çamadan yığmısız və sonra da bəlli olur ki, nəsə yaddan çıxıb? Onda qoy bunu sizin üçün PackPoint etsin. Gedəcəyiniz şəhəri, tarixi, yola sərf edəcəyiniz vaxtı, səyahətdə nəylə məşğul olacağınızı qeyd edin və o sizin əvəzinizə yol üçün lazım olan nə varsa - hamısının siyahısını özü tərtib edəcək. Sonradan lazım olmayanları siyahıdan çıxara bilərsiz. Əsas odur ki, yaddan çıxan heç nə olmayacaq və yadınızda belə olmayan, amma səfərdə karınıza gələ biləcək nəyisə tətbiqin hesabına əlavə etmiş olacaqsız.iOS üçün - https://itunes.apple.com/…/packpoint-travel-pac…/id896337401Android üçün - https://play.google.com/store/apps/details…2️⃣ Flightradar24100-dən çox ölkədə səyahət üçün ən yaxşı tətbiq kimi seçilən Flightradar24 sizi maraqlandıran təyyarənin tipi, aviaşirkəti, marşrutu, sürəti, hündürlüyü, uçuş və enmə vaxtı barədə məlumatı 3D effektlərlə sizə peşkəş edəcək. Lap heç özünüz olmayın, dost-tanışdan kimsə harasa təyyarəylə səfər edirsə, siz də narahat qalmayasız deyə, həmin reysin nömrəsini tətbiqə əlavə etməklə uçuş barədə sadaladığım məlumatlarla tanış ola bilərsiz.iOS üçün - https://itunes.apple.com/…/flightradar24-flight…/id382233851Android üçün - https://play.google.com/store/apps/details…3️⃣ SkyGuruBu tətbiq təyyarəylə uçuşlardan hürkənlər üçündür, aerofobiyadan əziyyət çəkənlər üçün sanki bir psixoloqdur adamla bərabər təyyarədə uçur. Uça-uça da təyyarədə baş verən cüzi bir məqamla bağlı belə açıqlama verir, məsələn, təyyarə qəfil enəndə deyir ki: "Sən canı panikaya düşmə, bu, normal haldır, filan şeydən ötrüdür". Aerofob da özünə gəlib həşirə düşmür.iOS üçün - https://itunes.apple.com/app/id1382240614Android üçün - https://play.google.com/store/apps/details…4️⃣ Rome2RioAvtomobillə və ya qatarla səyahət edənlər hərdən A-dan B-yə çatmaq üçün C və D-dən keçməli olurlar. Bu halda tətbiq bir neçə ölkə arasında belə marşrutunuzu cızıb verir sizə. Hətta, məsələn, Antalyadan Tbilisiyə çatmaq üçün hansı avtobuslardan istifadə etməlisiz, Moskvadan Ulan-Batora çatmaq üçün neçə qatar dəyişməlisiz. Hər seqment üzrə təqribi qiymət və bilet ala biləcəyiniz saytı da göstərilir.iOS üçün - https://itunes.apple.com/…/rome2rio-find-out-ho…/id569793256Android üçün - https://play.google.com/store/apps/details…5️⃣ RailPlannerQatarların gediş-gəlişi filanı ilə bağlı adam hərdən öz ölkəsində də çaş-baş qalır, o ki qalmışdı xaricdə. Avropa üzrə bu problemin həllində RailPlanner tətbiqi qulunuz ola bilər. Offline rejimdə bütün stansiyalar üzrə cədvəlləri göstərə, birbaşa hərəkətdir ya yox barədə böyük məmuniyyətlə xəbərçilik edə bilər.iOS üçün - https://itunes.apple.com/…/rail-planner-offline…/id579547877Android üçün - https://play.google.com/store/apps/details…6️⃣ MobikeBu tətbiq vasitəsilə icarə üçün nəzərdə tutulan velosiped seçirsiz, dayanacaqda onu blokdan çıxarıb istifadə edirsiz, bezəndə də onu ya xüsusi dayanacaqda, ya da elə küçənin ortasında (əgər şərtlər buna icazə verirsə) qoyub gedirsiz.iOS üçün - https://itunes.apple.com/app/id1044535426Android üçün - https://play.google.com/store/apps/details…7️⃣ StravaVelosipedlə bağlı daha bir tətbiq. Bu tətbiqdən hətta təkcə səyahət zamanı yox, elə fitnes məqsədi ilə də istifadə edə bilərsiz. Tətbiq sizin velosipeddə və ya adi qaçışda qazandığınız uğurları digər istifadəçilərlə paylaşır. Başqalarıyla ən yüksək göstərici uğrunda yarışa da bilər, yeni cığırları birgə kəşf edə də bilərsiz.iOS üçün - https://itunes.apple.com/app/strava-cycling/id426826309Android üçün - https://play.google.com/store/apps/details?id=com.strava8️⃣ OruxMapsCığırlardan kənarda trekinqə və ya velosipedlə səyahətə hazırlaşırsızsa, Maps.me tətbiqi bəs etməyə bilər. OruxMaps vasitəsilə çadırı harda qurmaq, su mənbəyini necə tapmaq olar və sair kimi məlumatları tapmaq olar.Android üçün - https://www.oruxmaps.com/cs/en/9️⃣ Citymapperİctimai nəqliyyatla bağlı sizə olmazın köməkliyi göstərməyə hazır olan tətbiq. Marşrutunuzun ilkin və sonuncu məntəqələrini qeyd edirsiz və tətbiq sizə həmin yerə necə çatmaq barədə ətraflı məlumat verəcək (o cümlədən tranzitlə, piyada və ya velosipedlə). Hər nəqliyyat növü üzrə tətbiq qiymətləri də göstərir və, məsələn, avtobusun nə vaxt gələcəyini də diqqətinizə çatdırır. Bir əmması var, o da tətbiqin yalnız böyük şəhərlərdə işləməsidir. Citymapper-də tapmadığınız şəhəri digər tətbiqdə - Moovit-də axtarın.iOS üçün - https://itunes.apple.com/…/citymapper-transit-n…/id469463298Android üçün - https://play.google.com/store/apps/details…???? BudgyDost-tanışla səyahət etdikdə xərclərlə bağlı qanqaraçılıq yarana bilər. Restoranda kim pulu ödədi, avtomobilə görə icarə pulu kimin cibindən çıxdı, parkdakı piknik kimin hesabına başa gəldi - bütün bu kimi məqamlarda qardaş qırğınına çıxmamaq üçün Budgy-də ümumi büdcə tərtib edə bilərsiz. Bütün ödənişləri bura əlavə edin və səfərin sonunda o, hesablayıb deyəcək ki, kimin kimə nə qədər borcu var.iOS üçün - https://itunes.apple.com/ru/app/budgy-2/id1156229427Android istifadəçiləri, vəziyyəti özünüz birtəhər yola verin.1️⃣1️⃣ Google Arts & CultureYaxınlığdakı muzeylərin koordinatları, iş qrafiki, muzeydə nələrə baxa bilərsiz və sair barədə məlumat ala biləcəyiniz tətbiq də budur.iOS üçün - https://itunes.apple.com/…/app/google-arts-cul…/id1050970557Android üçün - https://play.google.com/store/apps/details…1️⃣2️⃣ YugglerƏliuşağlısızsa, səyahət zamanı arada uşağın da marağlı vaxt keçirməsi barədə düşünməlisiz. Amma siz düşünməyin. Qoy bunu Yugger düşünsün. Uşağlar üçün əyləncə meydançaları, hovuzlar, zooparklar, muzeylər və s. barədə məlumatı tezbazar tapıb sizə təhvil verəcək.iOS üçün - https://itunes.apple.com/us/app/yuggler/id741597223Android istifadəçiləri, səfərə uşaqsız çıxın :)1️⃣3️⃣ izi.TRAVELİntrovertlər üçün bələdçidir. Tətbiqdə görməli yerlər barədə audio-bələdçi xidmətindən istifadə etmək olar. Yəni canlı bələdçinin arxasıyca düşüb gəzmək istəmirsizsə, bu tətbiq vasitəsilə istədyiniz tempdə, istədiyiniz vaxt gəzə-gəzə istədiyiniz yer barədə audio məlumat ala bilərsiz. Səfər vaxtı internetə pul xərcləməmək üçün wifi olan yerdə sizə lazım olan turu telefona yükləyin. Tətbiqi işə salanda o, GPS-ə görə təyin edəcək olduğunuz yeri və əvvəlcədən yüklədiyiniz məlumatlar hesabına başlayacaq həmin yer barədə əngə verməyə.iOS üçün - https://itunes.apple.com/app/opas/id554726752Android üçün - https://play.google.com/store/apps/details…1️⃣4️⃣ FoursquareYeyib-içməyi də yaddan çıxarmadıq. Qarşınızdakı restoranın ləyaxlı olub-olmadığı barədə və ya hər hansı suşi-bar axtarışındasızsa özünüz ərazini qeyd edib həmin barın orada olub-olmadığı barədə məlumatı rahatlıqla bu tətbiqdən öyrənmək olar. Həm də başqalarının bu və ya digər iaşə obyektində çəkdikləri fotolarla da tanış olmaq olar. Amma diqqət edin ki, rəylər 100 ilin rəyi olmasın. Çünki qısa müddət ərzində də hansısa kafe imicini dəyişib əvvəlki vaxtlardan fərqli olaraq dovğaya noxud qatmaya bilər. Siz də peşman olassız.iOS üçün - https://itunes.apple.com/…/foursquare-city-guide/id306934924Android üçün - https://play.google.com/store/apps/details…1️⃣5️⃣ HappyCowAdından da bəlli olduğu kimi, vegetarian ve veqanlar üçün yaradılmış tətbiqdir. Ürəyləri istəyən ətə xor baxan restoran-kafeləri burada tapa bilərlər. Həm də tətbiqdə müxtəlif fermer bazarları, sağlam qida mağazaları haqqında da məlumat boldur.iOS üçün - https://itunes.apple.com/…/happycow-find-vegan-…/id435871950Android üçün - https://play.google.com/store/apps/details…1️⃣6️⃣ VivinoŞərab manyakları, sizi də unutmadıq! Kaxetiyada hansı şərabı almaq məsləhətdi? Burqundiyada, Toskanada hansı şərabdan dadmasaz ömrünüzün axırınacan bunu özünüzə bağışlamaya bilərsiz? Dünyanın istənilən nöqtəsində adınıza layiq şərab barədə məlumatı bu tətbiqdən ala bilərsiz. Tətbiqi qoyun qarşınıza və açın sinənizi: məsələn, 50 AVRO-ya ağ italyan şərabı və ya 3,5 ulduzdan yuxarı Gürcüstan şərabı… Tətbiq o dəqiqə axtarışınıza uyğun bütün şərab çeşidlərini reytinq və rəyləri ilə birgə tapıb sizə göstərəcək.Mağazada hər hansı şərabı seçməkdə çətinlik çəksəz, bu tətbiqlə onun etiketkasını skan edin və ən son rəy, reytinqi barədə məlumat alın.iOS üçün - https://itunes.apple.com/app/id414461255Android üçün - https://play.google.com/store/apps/details?id=vivino.web.appP.S. SkyScanner, Uber, Google Maps, Maps.me, BlaBlaCar, Couchsurfing filan barədə də day özünüz bilirsiz. Bir də yazmayım.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ali Akbar

1228 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!