2849 dəfə oxunub

Gəzəyən məsləhəti - sevimli restoranlar

Olduğunuz ölkələrdə ən sevdiyiniz restoran, kafelər hansılar olub?  Mənim ilk 7liyim bunlardır. Yolunuz bu şəhərlərdən düşsə, mütləq baş çəkin:

1. The Test Kitchen (Keyptaun, CAR) - Porsiyalar çox kiçik olsa da, mükəmməl dad yaradırlar. Bu restoran hər il dünyanın fərqli yemək jurnallarında "Dünya üzrə Top 50, Top 100 Restoranlar" listinə düşür. Bütün yeməklər gözünüzün önündə hazırlanır. Təamlar doymaq üçün deyil, zövq almaq üçündür. Biraz toppuşlar burdan birbaşa McDonaldsa doymaq üçün rahat gedə bilər. 

testkitchen

2. Copa Lima (Rio, Braziliya) – Rionun mərkəzində Kopokabana tərəflərdə əsas mərkəzi küçələrdə olan balaca Fast Food kafeləridir. Əjdaha burgerləri və təbii şirələri olur. Alırsan 1 burger, 1 şirə. Düşürsən 2 küçə aşağıda yerləşən və dünyanın ön məhşur çimərliklərindən sayılan Kopokabanaya. Oturursan sahildə, vurursan bədənə əlindəkiləri. 5 Ulduz restoranlardan daha çox zövq alırsan. 

3. The Rules (London, Birləşmiş Krallıq) - Londonun ən qədim restoranıdır, 1798-ci ildən fəaliyyətdədir. Sezonuna düşsəniz, məhz gündəlik olaraq ovlanmış ceyran, maral və digər heyvanların ətlərindən hazırlanmış təamların dadına baxa bilərsiniz. Təkcə interyer restoranın qiymətləri haqqında nəticə çıxarmanıza yardımçı ola bilər. Amma yeməklərin dadı interyeri ikinci plana salır. Bu restorana turistlər və yerlilər xüsusən onlarla növü olan ingilis pudinqləri üçün gəlirlər.

rules-covent-garden-london-2

4. Café de Tacuba (Meksiko, Meksika) - öz tarixinə uyğun freska və divar rəsmləri ilə dizayn edilmiş retsoranda Meksika mətbəxinin ən dadlı yeməklərini dada bilərsiniz. Restoran 1912-ci ildən fəaliyyət göstərir və bütün interyer bir tarixdir. Mən ençiladas və miçelada sifariş vermişdim. Yeməkləri də çox dadlıdır. Heyif ki, Bakıda heçbir restoran, kafe, pab miçelada vermir.

credit-cafe-tacuba

5. Texas Steak House (Dubay, BƏƏ) – Həyatımda yediyim ən dadlı steykləri burada yemişəm. Dubai Mall-da (Fountain Restaurant Area – Lower Ground Level) yerləşir. Dubaya gedəndə mütləq özünüzə bir qonaqlıq verin orada.

6. Mama Africa (Keyptaun, CAR) – Keyptauna gələnlər üçün “must be” restorandır. Qiymətləri biraz yüksək olsa da, Krokodil, dəvəquşu və birçox başqa heyvanların ətlərindən hazırlanmış qrillərin və MicroBrewery-lərin dadına baxmağa dəyər bir yerdir. Həm də canl Afrika musiqisi ilə. 

mama_africa

7. Компот (Odessa, Ukrayna) – Odessadan yolunuz düşsə, dovşan ətindən olan pelmenilərinin (kompotla  ) və Borşlarının dadına baxın. 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Baba Aghayev

DİGƏR BLOQLAR

Niyə təyyarələr əsasən ağ rəngdədir?

Təyyarələrin ağ rəngdə olmasının 5 səbəbi:Belə bir test edək. Portağılın rəngi nə rəngdir? Narıncı. Bəs Təyyarənin? Çoxunuz ağ rəng deyəcək. Bilirəm bəziləri də deyəcək ki, ağ rəngdən də başqa rəngdə olur. Məs S7-nin əsas hissəsi yaşıl və WizzAir- in isə bənövşəyi rəngdədir. Bəs niyə görə bu qədər hava yolları ağ rəngə üstünlük verir. Gəlin səbəblərinə baxaq:1)İnsanların ağ rəngə yay aylarında üstünlük verməsinin səbəbi günəş işığını özündən əks etdirməsidir. Təyyarə istehsalçıları da bu prinsipi əsas tutaraq təyyarəni sərin saxlamaq üçün bu rəngə üstünlük verirlər. Bundan əlavə ağ rəng günəş şüaları radiasiyasını minimuma endirir. Təyyarələrin bütün hissəsi metaldan ibarət deyildir. Bəzi hissələri plastik, karbon-fiber və fiber-glass-dan istifadə olunur. Günəş şüalarına ən çox məruz qalan hissə də elə bu hissələrdir. Ona görə də qızğın günəşdən ən çox qorunması lazım olan yerlər. təyyarənin burun və kontrol hissələri daxil olmaqla ağ rəngdə olmalıdır.2)Henri Ford dövrünün məşhur biznesmenlərindən olub belə bir söz demişdir. İstənilən müştəri qara rəngdə olduğu müddətdə istədiyi rəngə boyanmış bir maşına sahib ola bilər. OK, bildim bir az qarışıq oldu. Qısaca demək istəyir ki, ən dəbli maşınlar qaradır. Bu sözü ilə maşın industriyasında inqilaba səbəb oldu və bugün ən çox sürülən maşınlar qara rəngdir. Amma bunu deməkdə əsas məqsəd qara rəngli maşınların istehsalının daha ucuz başa gəlməsidir. Təyyarələrdə isə ağ rəng daha ucuz başa gəlir. Əlavə rənglərdən istifadə ekstra 50,000$-dan 200,000$-a qədər xərcə başa gələ bilər.3)Digər rənglərdən istifadə təyyarənin ağırlığına 450 KG-dan əlavə çəki əlavə edir və təyyarə ağırlaşır. Daha çox ağırlıq daha çox yanacaq sərfiyyatı deməkdir.4)Əlavə rəngin gətirdiyi ağırlıq ,yanacaq sərfiyyatı və bahalı olması onu gələcəkdə satmaq üçün ciddi problem yaradır. Çünki siz daha ucuza daha az yanacaq sərfiyyatı istifadə edən eyni keyfiyyətdə məhsulu ala bilərsiniz. Niyə əlavə pul ödəyəsiniz ki. Əgər gələcəkdə bir müddətdən sonra satılmağı düşünülürsə bu məqamlar düşünülməlidir.5) Təyyarənin üzərində olan cızıq və ya xəsarət ağ rəngdə daha tez nəzərə çarpır. Hətta təyyarə qəza uğrayıb dənizə və ya okeana düşsə xilasedicilər yerini tez aşkar edib kömək edə bilirlər.Bu məlumatlarım sizə uçuş zamanı necə kömək edəcəyi barəsində bir fikrim yoxdur. Amma əminliklə deyə bilərəm ki, siz bu məlumatları bilən tək-tük sərnişinlərdən biri olacaqsınız????P.S. Şəkildəki dünyanın ən böyük sərnişin təyyarəsi Emirates-in "Airbus A380plus" modelidir. 2 mərtəbəli olub maksimum 853 nəfər sərnişin daşıya bilir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nurlan Jabrayilov

2393 dəfə oxunub

Bütün detalları ilə Bali bələdçisi

Balidəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Bali geniş post - Bir neçə gün əvvəl paylaşdığım Qatar Airwaysin oktyabr 2019-mart - 2020 arası uçuşlarda Bali, həmçinin digər Asiya ölkələrə və Maldivlərə olan 50% bilet endirimi 4 gün sonra yəni -07 avqustda bitəcəkdir. Hazırda həmin tarixlərdə Baliyə 520-550 dollara rahat gediş-dönüş bileti tapmaq mümkündür. Mənim fikrimcə Bali ölmədən əvvəl mütləq görüləsi yerlərdən biridir. Bu postda niyəsini yazmaq istəyirəm. Əvvəlcədən deyim ki, Balidən aktiv istirahət üçün maraqlıdır. Yəni buradan bir Maldiv və ya Seyşel efekti gözləyirsizsə getməyin. - Viza - Ölkə vətəndaşlarımız 1 ay müddətində vizasız İndoneziya və Bali adasında qala bilərlər. Hər hala qarşı giriş edərkən ölkədən çıxış biletiniz və ya bookingi əlinizdə olsun. - Bunları etmədən dönmək olmaz 1) Bali Swing - Ubud bölgəsində Düyü terraslarının ən yuxarı hissəsində olan təpədə Palma ağaclarından bağlanmış yelləncəkdən boşluğa doğru yellənib möhtəşəm adrenalin yaşaya bilərsiz. Burada alınan şəkillərin gözəlliyini demirəm hələ2) Bali masajı - Demək olar ki, hər addımda salonlar var. 10-15 manat ödəyib 1 saat bədəninizə istirahət vermək üçün Bali ideal yerdir. Bali masajlarından sonra özünüzü pambıq kimi yumşaq hiss edəcəksiz.3) Handara qapılarında şəkil çəkdirin - Bir çoxunuz bu qapılarda çəkilən cütlük şəkillərini görmüsünüz. Realda şəkillərin altına ayna qoyurlar)) Amma yenə də insanların baxarlən awww deyə biləcəyi şəkillər alınır)) 4) Bali sörfinq - Sörf bacarmırsınızsa öyrənmək üçün ideal yerlərdən biri Balidir. Təxminən 50 dollara 5 saatlıq kursla özünüzü okean sularına buraxacaqsız J5) Climax Bali atraksionu - Bir kapsulun içinə girirsiz və düz formada ayaq üstə dayanırsız. Anidən ayağınızın altındakı şüşə açılır və möhtəşəm sürətlə aşağı düşüb sonda hovuza düşürsüz. Adrenalin sevirsizsə Asiyanın ən böyük su parkı olan Waterboom Balidə olan bu atraksiondan mütləq istifadə edin. Möhtəşəm adrenalin yaşadır. (Drench 5/5, thrill-5/5, speed 5/5)6) Meşə mənzərəli sonsuz hovuzlarda şəkil çəkdirin - Əminəm bir çoxunuz Bali otellərinin bəzilərində olan sonsuz hovuzlarda çəkilən şəkilləri görmüsünüz. Meşənin üzərində olan bir otelin şüşədən hovuzundakı şəkillərinizə baxmaqdan doymayacaqsız)7) Uluwatu bölgəsində gün batımını, Batur dağından isə günün doğuşunu izləyin. Həyatımda gördüyüm ən gözəl mənzərələrdən biri idi.8) Padang Padang beachi görün - Yəqin ki, Eat love, pray izləməyib Baliyə gedən yoxdur. Julia Robertsin okeanna girdiyi səhnənin çəkildiyi bu yer görüləsi yerlərdən biridir. Filmdən həmin hissənin şəklini çıxardıb eyni yerdən okeana girərkən şəkil şəkdirə bilərsiz.9) Tirta Gangga(su sarayı) - Balinin ən gözəl, lakin az bilinən yerlərindən biridir. Yolunuzu burdan salın.10) Bali kofelərindən için - Adada fərqli dadlı 20-yə yaxın kofe növü vardır. Qiymətlər ucuzdur. Həmçinin məhşur Luwak kofesi də burada hazırlanır. Yəqin ki, bilirsiz bu kofe necə hazırlanır - bu barədə post yazmışam - rəylərdə link ataram))11) Bali Seawalker tourlara qatılın - Vaxtınız və marağınız varsa xüsusən Gili adaları ətrafında bu turlara qatılın. Okeanın dibində olan heykəllər insanı heyrətləndirir.12) Ölülər kəndi Truyana getmək - Balinin ən qədim sakinlərinin yaşadığı bu kənddə insanlar öldükdən sonra meyitləri sehrli Taru Menyan ağacının altına qoyulur. Meyitlər sümük olana qədər burada qalırlar. Ən maraqlısı isə meyitlər çürüyərkən bu ağacın altında heç bir pis qoxu yaranmamasıdır. Bura haqqında keçmişdə ətraflı post yazmışdım.-link-rəylərdə olacaq13) Paytaxt Kutada günbatımında sahilləri gəzib Bali pivəsi olan Bintangdan için Haralara getməli:1) Tanah Lot Məbədi - Okean sularının qurudan ayırdığı bu məbədə xüsusən günbatımında gedin.2) Waterboom Bali  - Buraya ən az 1 gün ayırın. Paytaxt Kutada yerləşir. Asiyanın ən böyük, Dünyanın isə 3-cü böyük aquaparkıdır. Giriş 55-60 manatdır. İçəri yemək və su aparmaq olmaz. Əşyaları saxlamaq üçün Lockerlər var və dəsmalları özləri verirlər. Əyləncənin limitlərini burada aşacaqsız.3) Ubudda Düyü Terrasları, Meymun meşəsi, Kofe plantasiyaları, Batur dağı və gölünü gəzin.4) Bali 20-yə yaxın böyük şəlalə ilə məhşurdur. Mənim gördüyüm və sizə də getməyə məsləhət bildiyim şəlalələr: Ubudda-Tegenungan şəlaləsi-giriş 2$, Sekumpul şəlaləsi-Giriş 1,5$, Kanto Lampo şəlaləsi-Giriş 1$, Tibumana şəlaləsi-Giriş 1$, Gitgit şəlaləsi- giriş 2$, banyumala ekiz şəlaləsi-2$5) Mən heç nədən qorxmuram deyənlərdənsizsə ölülər kəndi Truyanı gəzin.6) Bali Bird Park - Quşların hər növündən burada görə bilərsiz.7) Nusa Dua ətrafındakı çimərliklər, Dreamland beach və başqaları8) Garuda Wisnu Kencana Cultural Park - Özünüzü Avatar filmlərindəki yerlərdə hiss etmək istəyirsizsə buraya gedin.9) Gili adaları - Balidə olarkən özünüzü ekonom Maldivlərdə hiss etmək istəyirsinizsə 3 Gili adasına bir neçə gününüzü ayırın. Əsas görüləsi ada Gili travagandır.  10) Skygarden Bali - Paytaxt Kutada yerləşən bu klub Asiyanın ən böyük klublarından biridir. 5 mərtəbəli, hər mərtəbəsində fərqli dizayn və fərqli millətlərin üstünlük təşkil etdiyi bu kluba giriş 10$dır.11) Uluwatu bölgəsini gəzin - Sözsüz Balidə olan ən gözəl yerlərdən biridir. Burada gəzərkən ehtiyyatlı olun meymunlar telefonunuzu oğurlaya bilər.12) Tərk edilmiş Palace hoteli gəzin - 100 milyon dollara tikilməsi ehtimal edilən, yerlilərin pərili otel deyib getməyə qorxduğu bu oteli gəzmək ayrı bir adrenalindir.13) Adanın turistlər olmayan şimal hissəsini gəzin. Otel qiymətləri:Balidə 10 günü 2 nəfərlik otaq üçün ümumilikdə 200-300 manat olan 2-3-4 ulduzlu otellər də var 2000-3000 manat ola otellər də. Balaca və böyük hovuzlu villalar, hostellər nə istəsəniz burada tapa bilərsiz. Qiymətləri çox münasibdir və ölkəmizdən qat-qat ucuzdur. Okean sahili üçün Nusa Dua bölgəsində, meşəlik üçün isə Adanın Ubud hissəsində qalın.  Yemək və içki:Otellərdə və restoranlarda yeməklər kifayət qədər ucuzdur. Çoxlu düyü yeyirlər. Çörəkləri də düyüdəndir. Pivədən başqa digər içkilər çox da ucuz deyil. Qatar airlə uçanlar Doha aeroportunda Duty freedə sərfəli qiymətə içki alıb özünüzlə apara bilərsiz. Klublarında içkilər ucuzdur, amma çox da keyfiyyətli deyil. Mütləq hər cür ekzotik meyvələrdən yeyin. Bizim ölkədə cib yandıran ekzotik meyvə qiymətləri orda çox ucuzdur. -Bu yazdıqlarım mənim gedib gördüyüm yerlərdir. Bunlardan başqa Balidə gəzməli çox yerlər vardır. Post çox uzun oldu bilirəm, buraya qədər səbr edib oxuyanlar yaxın müddətdə Baliyə gedənlər olacaq yəqin ki, əlavə suallarınız olarsa rəylərdə soruşun cavablandıraram. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…  Paylaşdı: Gəzgin Həyat

1325 dəfə oxunub

Budapeşt-Vyana-Praqa turu

Hörmətli qrup üzvləri!Sizlərə tur şirkətlərin çoxunun təklif və təşkil etdiyi 6 gecəlik Budapeşt-Vyana-Praqa turu haqqında qısa məlumat vermək istəyirəm, ümid edirəm, maraqlananlar üçün faydalı olacaq.1. İlk öncə şenqen viza üçün Dəmirçi Plazada yerləşən Çexiya viza mərkəzinə müraciəti etdik. Müraciət edərkən, aşağıdakı sənədlərin olması lazımdır.Passpot ( ən azı 2 boş səhifəsi olmalıdır, son istifadə vaxtına ən azı 4 ay vaxt qalmalıdır.Şəxsiyyət vəsiqəsiEvlisinizsə, nigah şəhadətnamənizin notarial qaydada ingilis dilində tərcüməsi.Visa müraciət blankıBiometrik şəkilİş yerindən arayışBank hesabınızdan son 6 ayın çıxarışı və bankdan səfirliyə arayışVisa və ya master cardınızın sürətiBilet bronuHər 3 şəhər üçün hotel voucheriTibbi sığorta.Viza rüsumu 70 azn, xidmət haqqı isə 55 azn civarındadır.Budapeşt-Vyana-Praga.Bakıda köhnə hava limanından Wizzairlə ilk Budapeştə gedirsiniz, biletə özünüzlə 10 kg əl bagajı daxildir, əlavə 20 kg yük bagajı ehtiyacınız varsa, 40-50 avro arası online ala bilərsiniz, təyyarədə yemək və su vermirlər, pulla almaq olar. Uçuş hal-hazırda Bakıdan səhər saat 6 radələrindədir, səhər 8-9 arası Budapeştdə olursunuz.BudapeştBudapeşt hava limanından şəhər mərkəzinə getməyin ən yaxşı yolu E100 nömrəli avtobusdur, 900 forentə ( təxminən 2.9 avro) düz şəhərin mərkəzinə getmək olur, oradan da qaldığınız yerə ictimai nəqliyyatla gedə bilərsiniz, şəhərin ictimai nəqliyyatı çox rahatdır, 10 gedişli bilet 10 avro civarındadır, bu biletlə şəhər daxili metro, avtobus, tramvay və trolleybusdan istifadə edə bilərsiniz. Gedəcəyiniz yerə nə ilə getməyinizi öyrənmək üçün, Google Maps çox köməkçidir, gedəcəyiniz adresi qeyd etməklə həm piyada, həm də nəqliyyat vasitələriylə gediş yollarını sizə göstərir. Budapeşt şəhərində cəmi 1 gün qaldığım üçün şəhər haqqında çox məlumat verə bilmirəm, ümumi olaraq bunları deyim, ölkənin pul vahidi forentdir, hal-hazırda 100 avro 32000 forentə bərabərdir, yaxşı olar ki, pulunuzu forentə çevirəsiniz və ya kartla ödəniş edəsiniz, avroyla ödəniş etsəniz, kursda uduza bilərsiniz. Şəhəri Dunay çayı 2 hissəyə bölür, Buda və Peşt. Mütləq Parlament binasına, Bazilika qalası ətrafı və Buda Qalasına gedin. Şəhərin mərkəzində bir çox restoranda kondisioner yoxdur, qiymətlər ortalama normaldır, şəhər çox təmiz olmasa da, qəşəngdir, getməyə dəyər, peşman olmazsınız.P.S. Marketdən su alarkən diqqətli olun, çəhrayı rəngli qazsız, göy rəngli qazlıdır ????VyanaBudapeştdən Vyanaya Regiojet şirkətinin avtobusuyla getdim, avtobus çox rahatdır, içində wi-fi mövcuddur, bundan əlavə qarşında monitor, qulaqcıq, telefonu şarj etmək üçün usb yeri, çay və ya kofe, tualet də var, bilet təxminən 20 avroyadır, yol 2 saat 50 dəq.Vyana şəhəri çox gözəl təsir bağışlayır, çox təmiz və tarixi şəhərdir. Şəhərin mərkəzində, sightseeing bus turuna qoşulsanız peşman olmazsınız, 24 saatlıq bilet 25 avroyadır, avtobus turunda qulaqcıqla rus, ingilis və ya türk dillərində gedəcəyiniz yerlərin adı və tarixiylə tanış ola bilərsiniz. Tur səhər saat 9dan axşam saat 20.00a kimi işləyir, tur vasitəsiylə Belvedere sarayı, Opera Binası, Parlament, Mozart və Bethovenin ev muzeyləri, İncəsənət muzeyi və bir çox digər tarixi yerlərdə düşüb, orayla tanış ola, şəkillər çəkə bilərsiniz. Hər 10-15 dəqiqədən bir olduğunuz yerdən avtobuslar gəlib sizi digər yerə apara bilir.Vyanada ictimai nəqliyyat da çox rahatdır, tək gedişli bilet 2.8 avroyadır, ancaq gün ərzində çox yerə gedəcəksinizsə, 24 saatlıq 8 avroya olan bileti almağınız məsləhətdir, bu biletlə 24 saat ərzində, şəhərdaxili avtobus, metro və tramvaydan istifadə edə bilərsiniz.Şəhər ümumilikdə bahalıdır, ancaq uyğun qiymətlərə də çox şey tapmaq olar.Naschmakt adlı bazar çox maraqlıdır, həm də orada yerləşən restoranlarda istədiyiniz yeməyi tapa bilərsiniz, qiymətlər ucuz olmasa da, baha da deyil.Vyanada Belvedere sarayına yaxın Enzianna hoteli məsləhət görərdim, həm yerləşdiyi ərazi yaxşıdır, otağı genişdir, səhər yəməyi yaxşıdır, düz qabağında tramvay xətti var, mərkəzə piyada da getmək olar, qiyməti də Vyanaya görə uyğundur. Tarix, mədəniyyət və incəsənətlə maraqlananlar, muzey gəzintisi sevənlər üçün ideal şəhərdir Vyana.PragaVyanadan Pragaha Regiojet avtobusuyla gediş, yol 4 saat 30 dəqiqə.Pragaya-Vyanayla Budapeştin qarışığı demək olar bəlkə də, şəhər çox tarixi, eyni zamanda da çirklidir. Ölkənin pul vahidi kroundur, 1 avro 25 çex kroununa bərabərdir. Şəhərdə gəzməli-görməli, mərkəz yer çoxdur. İctimai nəqliyyat burda da rahatdır, 24 saatlıq bilet 4.5 avro civarındadır. Ümumi qiymətlər vyanayla müqayisədə uyğundur, Budapeştlə bir-birinə yaxındır.Köhnə Qala, Karl Körpüsü, Starometska, Namesti Republik , Rəqs edən bina və bir çox digər yerləri görmək məsləhətdir.Restoranlar çoxdur, hər qiymətə, hər mətbəxə uyğun tapmaq olar, donuz əti yeməyənlər diqqətli olsunlar, toyuqlu sezar salatından belə donuz əti dilimləri çıxa bilər, pivə həvəskarları üçün əla şəhərdir, həm pivələri dadlıdır, həm də su qiymətinədir.Yoldakı taksilər çox bahacıldır, yoldakı taksiçinin 15 avroya deyinə-deyinə apardığı yola, Taxifydan sifariş etdiyin taxi 4 avroya aparır, çox rahatdır taxify xidməti burada.Pragada da Budapeşt kimi kondisioner problemdir, çox yerdə olmaya bilər, hotel rezerv edərkən, dəqiqləşdirin.Ümid edirəm ki, faydalı oldu.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Refiq Alili

2188 dəfə oxunub

Avropanın ən məşhur şəhərləri (II hissə)

"Səyahət etmək əvvəl səni lal edir, sonra səni daha yaxşı hekayəçi halına gətirir" - İbn BattutaNömrə 3- TürkiyəMarmarisBu şəhərdə olduğunuz zaman elə bil Türkiyə istirahət zonasında deyil, Palma de Malyorka kimi yerdəsiz- yəni elə bil İspaniyanın gözəl istirahət zonasındasınız. Egey dənizi sahilində yerləşən bu şəhər əsasən avropalıların istirahət etdiyi şəhərdir. Digər kurort zonalarında olduğu kimi burada əksinə postsovet ölkəsindən az adam görmək olar.İzmirTürkiyənin avropa paytaxtı bu şəhərə desək heç yanılmarıq. Burada insanlar, yaşayış tərzi çox avropasayağıdır. Egey dənizi sahilində olan şəhərin çox gözəl mənzərələri, dəniz gəzintiləri və baxılacaq yerləri var. Assansör adlanan məşhur yerdən şəhəri hündürdən görmək imkanınız var və bir az aralı getsəz Efes kilsələrini görə bilərsiz.İstanbul/Bodrumİstanbul Türkiyənin ən böyük şəhəridir. İqtisadi böyüklüyünə görə dünyada 34-cü, əhalisinə görə Avropada birinci, dünyada isə Laqos şəhərindən sonra altıncı sırada yer alır. Sultanəhməd rayonunda eyni adlı məbəd turistlərin ən diqqətini çəkən yerlərdəndir. Turistlər həm də bu ərazini Mavi məsçid kimi tanıyırlar.Bodrum klassik istirahət mərkəzidir, 7/24 limitsiz yeyib-içmək və dəniz qırağında günəş vannası almaq istəyirsizsə, Bodrum tam sizin üçündür  Amma nəzərə almaq lazımdır ki dəniz suyu çox duzludur, əksər insanlar belə dənizdə çimmək əvəzinə, gözəl hotellərdə olan hovuzlara üstünlük verir.Nömrə 4- PortuqaliyaLissabon - Portuqaliyanın paytaxtı olan Lissabon şəhəri avropanın ən ucuz və ən gözəl şəhərlərindəndir. Hətta havası belə ideal sərin keçən Avropa şəhərlər arasında ən mülayim hava klimatına malik şəhərlər arasında öndədir. Burada yay 6 ay və hətta arada daha da çox müddət olur. Pena Palas adında təbiətdə yerləşən saray turistlər üçün ideal yerdir. Burada gözəl kafelər, təbiət qoynunda istirahət yerləri və qalaların önündə keçirilən tamaşalar ilə turistlərin könlünü oxşayır.Almada Teju çayı sahillərində yerləşən gözəl şəhərin mənzərəsi nəyə istəyirsizsə deyər. Ən baxılacaq və turistləri cəlb edəcək yerlərdən biri İsa Məsihin abidəsi olan yerdir. Braziliyada Rio de Jenairo-da olan eyni abidənin bir az kiçik versiyasıdır. Əlavə ödəniş etməklə həmin abidəyə daha yaxın qalxa bilərsiz, mütləq qalxıb bu zəhmi hiss edin.Nömrə 5- AlmaniyaHamburq şəhəri mənə bir az boz gəldi və buna da səbəblər var. Şəhərdə daim yağış yağır. Axşam 5-6-dan sonra həyat demək olar dayanır, küçədə çox az insan olur, gecə heyatı demək olar yoxdur və əksər obyektlər bağlanır, hətta restoranların əksəriyyəti. Mənim şəxsi fikrim budur ki, şəhər daha çox yaşlı nəsil üçün nəzərdə tutulub. Amma şəhəri gözəl edən körpüləridir. Ən çox körpü sayına sahib şəhər Venesiya deyil, məhz Hamburq şəhəridir. İnsanlar burada Almaniyanın digər şəhərlərindən fərqli olaraq daha gülərüz və yardım sevəndilər.Taksi şoferlərinin hər ikincisi türkiyəlidir. Şəhərdə bankomat qıtlığı var və özünüzlə daima nağd pul gəzdirməlisiz. Əks halda, əsasən də restoranlarda kart qəbul edilməyəndə ( belələri az deyil ) pis vəziyyətdə qalacaqsız.Nömrə 6- MisirŞarm El Şeyx istirahət, qədimlik, dəbdəbəli otellər, əsrarəngiz səhralığı özündə birləşdirən şəhərdir. Burda olduğunuz zaman mütləq meyvələrin dadına baxın, əsasən də mango yeməyi unutmayın. Bu şəhərdəki kimi dadlı mango əminəm daha heç yanda yeməyəcəksiz. Qırmızı dənizin sahillərində yerləşən bu şəhərdə həmişə demək olar yaydır və yağıntıların minimum olan yeridir. Köhnə bazar adında turistik olan yerə getmək məsləhətdir. Ən azından ordan xüsusi ətirlər və xanımlar üçün dəvə kremi almağa dəyər. Səhra zonasında xüsusi maşınları sürmək isə ayrıca bir həzz verəcək. Hətta gəzinti zamanı dəvə üzərində şəkil çəkmək belə daxildir. Özünüzü Ərəb şeyxi və ya qulduru hiss etmək üçün gözəl məkan.Nömrə 7- İngiltərə/BƏƏ/RusiyaLondon İngiltərənin paytaxtı olan bu şəhər öz alicənabları ilə seçilir. Köhnə krallıq adətlərin saxlanılması və buna misal çay mərasimi, kraliçanın olması və böyük işlər görmüş insanları “SER” adı ilə təltif olunması buna bariz nümunədir. Şəhər daima duman içindədir. Boşuna buranı Dumanlı Albion adlandırmırlar. Londonda yağıntı çox olduğundan pessimist olmaq təəccüblü deyil. Temza çayının sahil boyunda çox maraqlı və baxmalı yerlər var. Bunlara misal Big Ben saatı, London Eye karuseli, Madam Tüsso muzeyi və sairə..Dubaya Ərəb Əmirliyinin Monakosu desək, yanılmarıq. Yəni dəbdəbə də, bahalı maşınlar və eksklüziv mağazalara görə Monakodan geri qalmayan şəhər. Bircə fərq burada çox istidir. İlin əksər hissəsini bayırda keçirmək mümkün deyil, ancaq mall və restoranlarda rahat nəfəs almaq olur. Mütləq dünyada ən hündür bina olan 163 mərtəbəli Burj Al Khalifa-ya qalxın. Musiqili fəvvarəni da izləməyi unutmayın, belə bir fəvvarə əmin olun görməmisiz. Son olaraq da milyonçular məhləsi olan JBR -i (Jumeirah Beach Residence) ziyarət edin və Fransız xalqı necə kef etdiyini canlı görün Rusiyanın paytaxtı olan Moskva şəhəri isə hamımıza tanış olan Qırmızı meydan, Lenin mavzoleyi, Kreml və kilsələri ilə göz oxşayır. Moskva çayı ətrafında yerləşən bu şəhərdə demək olar hər millət, təriqət və inanca rast gələ bilərsiz. Son olaraq Tbilisi və Sofiya bir az köhnə sovet tipli şəhərlər olduğundan (mənim fikrimə görə) daha geniş yazmayacam.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Asif ibrahimov

2677 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!