681 dəfə oxunub

Pokhara, Nepal - Macəracıların şəhəri

Pokharadakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.

Pokhara - özümü rahat hiss etdiyim, normal yeməklər yeyə bildiyim və hər küncündən zövq aldığım bir şəhərdir. Təəssüf edirəm ki, cəmi iki gün burda vaxt keçirə bildim, mütləq şəkildə Nepala təkrar səfərimdə Pokharada minimum 10 gün vaxt keçirməyi planlayıram.

Kathmandudan 200 km aralıda yerləşən Pokharaya necə getmək olar bəs?

3 seçim var :

İlk seçim təyyarədir, yerlilər üçün qiyməti 25 dollar-tək səfərlik, turistlər üçün isə 50 dollardan başlayır, Kathmandudan təyyarə ilə Pokharaya cəmi 25 dəqiqəyə çatırsınız. Çox möhtəşəm səslənir.

İkinci seçim avtobusla gedə bilərsiniz, qiymət 10-15 dollar arası dəyişir, əgər avtobusu seçmiş olsanız 8 saatlıq bir gəzintiyə hazır olun, qeyd edim ki, yollar biraz narahat olduğu üçün avtobus yox, elə bil traktorda getdiyinizi hiss edəcəksiniz. Ancaq pulunuza qənaət etmək üçün yaxşı seçimdir.

Üçüncü seçim isə bildiyimiz taksilər, qiyməti 30-dollardan başlayır və daha da arta bilir. Taksi ilə məsafə demək olar ki, 4-5 saatdır, ancaq əksəriyyəti 50-dən yuxarı sürmürlər deyə, avtobusdan fərqlənmirlər. Biz taksi ilə getdik, ancaq 9 saata çata bildik Pokharaya...

Otellərin qiyməti necədir? 5 dollardan başlayır, 30 dollara kimi davam edir və hər biri şəhər mərkəzinə yaxındır. Rahatlıqla ucuz qiymətli otellərdə qala bilərsiniz, təxmini hər biri bir-birinə oxşayır. Yeməklərində fərq ola bilər, amma Pokharaya gedirsinizsə mütləq şəkildə şəhər mərkəzində yerləşən restoranlardan birinə getsəniz daha çox zövq alacaqsınız. Kathmandudan sonra Pokharada getdiyim restoranlarda özümü çox rahat hiss edirdim, bütün yeməklərdən xüsusi zövq alırdım...

Kathmandudan fərqli olaraq burda evlər bir-birinə bitişik deyil, küçələrdə səkilər var, maşınlar sizin üzərinizə gəlmir, rahatlıqla kənardakı mağazalardan həzz ala bilərsiniz, tələsməyinizə də ehtiyac yoxdur. Dağlıq ərazi olduğu üçün mağazalarda daha çox xizəklər, sport geyimləri ilə rastlaşacaqsınız. Qiymətlər isə olduqca münasibdir.

Pokharadakı görə biləcəyiniz yerlərin bir hissəsinin siyahısı.

Pokhara Phewa gölünün ətrafında yerləşir, şəhərin bir tərəfindən digər tərəfinə göldəki qayıqlardan istifadə edərək səfər edə bilərsiz. Qiymətlər 6 dollardan başlayır və dəyişir. Ancaq görüntünü görmək üçün mütləq mütləq qayıq turu təşkil etməlisiz. Ancaq əsas məsələ, qayıqla gəzməyinizə baxmayaraq avqust ayında səyahət etməyi planlaşdırırsınızsa hava dəhşətli dərəcədə isti olacaq. İsti o qədər kəskindir ki, nəfəs almaq olmur, oturduğunuz yerdə sifətinizdən tərlər su kimi axır... Müsbət tərəfindən baxsaq, pulsuz sauna adlandıra bilərik.

69147979_2360511847600248_9061340160775421952_n

Nepalın ən bahalı şəhəri Pokhara sayılır. Himalay dağlarına gedən əsas yollardan biri burdan keçir deyə, hər il turist axını baş verir, bu il də biz getdiyimiz hər yerdə 100-lərlə turistlərlə rastlaşdıq.

Macəra sevərlərin məkanıdır Pokhara. Bütün növ ekstrim idman oyunları var, hər birindən maksimum dərəcədə yararlana bilərsiniz. Paraşüt üçün xüsusi bir məkanı var ki, bura dünyanın ən yaxşı paraşüt məkanlarından biri sayıla bilər. Əziz təbiətsevərlər, bura tamamilə sizlər üçündür.

Kathmanduda hava və ətraf tamamilə çirkli olduğu üçün, orda yaşayan varlı insanlar Pokharadan ərazi alıb xüsusi evlər tikirlər, bu da şəhərdəki insan sayının artmasına gətirib çıxarır.

İki gün ərzində sadəcə “Mahendra Mağarası”, “Phawe Gölü”, “ Pokhara Qalası” və “World Peace Pagoda”-nı görə bildik.

68950130_2360510910933675_1459184399735062528_n.jpg

69404533_2360512544266845_3286073933366820864_n (1)

Həyatımda ilk dəfə idi bir mağarada olurdum, çox fərqli bir macəradı, Mahendra mağarasında oksigen yoxdur deyə nəfəs almaqda çətinlik çəkdim. Mağaranı gəzdikcə bunun bir sonu olmalıdır deyə danışırdıq ki, bir də gördük sonluqda belə bir balaca büt qoyublar, şərflər, güllər, pullarla zəngin bir büt. Gələn gedən bir şey qoyub gedir. Mən sadəcə şəklini çəkdim, heçnə qoymadım 

69513428_2360511697600263_7080591193360302080_n

Çıxış necədir? Bapbalaca dar qayalıq, aradan çıxmalısan, burda dedim yox, bacarmayacam, mümkün deyil, qorxu ələ almışdı və nəfəsim daralırdı. Sağolsun Banqladeşli dostlar necə motivasiya verdisə özgüvənim artdı və bunu bacardım. Çıxdıqdan sonra inana bilmirdim ki, mən bu balaca yerdən necə keçdim?! Mağaraya girişdə həyət o qədər gözəl, yaşıllıqlarla zəngindir ki, heyran qaldım sadəcə...
Mağaranın çıxışı

cixish

“Pokhara Qalası” - əslində bizi yarasa mağarasına aparacaqdılar, elə hazırlaşmışdıq, birdən fikirlərini dəyişdilər və qalaya apardılar, qala dağın başında yerləşir və piyada minimum 50 dəqiqə yürüyüş etməlisiniz. İsti olduğu üçün yol bitmək bilmir, uzandıqca uzanır, dəhşət yorucudur. Qalxdıqca düşünürdük ki, yəqin möhtəşəm bir qaladır ki, onu qoruyub saxlayır və sırf onu göstərmək istəyirlər. Amma nə imiş? Balaca bir məbəd, kənarlarında turbalar, vəssalam... Məbəd üçün yox, amma mənzərə üçün 2 saat da artıq yerimək olardı... Bir sözlə möhtəşəmmm... Qayıdanda şansınız olsa bir maşın olacaq və sizi aşağı düşürəcək. Biz bütün iştirakçılarla bərabər kamaz kimi bir maşının arxasında gəldik, çox maraqlı idi.

69035913_2360514157600017_4377727278524661760_n

Məşhur Pagoda Məbədi...

Nepaldakı ən iri məbədlərdən biridir. Burda da iki seçiminiz var. Ya qayıqla yaxınlaşmalısınız Pagodaya, ya da maşınla. Bizim vaxtımız yox idi deyə maşınla qalxdıq, maşın yolu bitdikdən sonra 15 dəqiqəlik pilləkənli yollar başlayır. Turistik ərazi olduğu üçün Nepallılar fərqli əşyalar, suvinerlər, himalay kofeləri və fərqli atışdırmalıq nələrsə satırlar. Deməli bunların məşhur qəlyənaltıları nədir? Uzun-uzun doğranmış acı xiyar dilimi + milçəklərlə zəngin islanmış pul bibər və islanmış duz, xiyarın üzərinə bu sousu əlavə edib bəh-bəhlə yeyirlər, hər yerdə bunu görəcəksiz, balaca uşaqdan tutmuş, böyüklərə kimi hamının sevimlisidir..

Pagodanın birinci hissəsində girişdə ayaqqabıları çıxartdıq, telefondan çəkilişə icazə yox idi, sadəcə buddist rahib dünyadan təcrid olunmuşdu deyə, rahat video da çəkdik, hələ üstəgəl o rahibin şəklini də çəkdik.

68868120_2360512700933496_5260105692190081024_n
Belə, Pokhara haqqında çox yazıb çox danışmaq istəyərəm, amma daha yormaq istəmirəm sizi, təşəkkürlər diqqətiniz üçün...

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Mahbuba Musayeva

DİGƏR BLOQLAR

Səfərim Hindistandan keçmişdi: Delhi və Mumbay

Mumbaydakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Hamı getdiyi yerin görülməsinin mütləq olduğun vurğulayır, amma Hindistan ölmədən gedilməsi gərəkən yer olsa gərək, ən azından Tac Mahal üçün. Mən üstünlüyü Delhi və Mumbaya verdim. Aralarındakı məsafə 22 saat edir deyə yerli hava yollarından istifadə edə bilərsiz. Ən ucuzu Spicejet-dir. Çox koloritli, mədəniyyəti fərqli yerlərdir. Təsəvvür edin, azı 800 dilləri (22si rəsmən təsdiqlənib), 9dan çox dinin hökm sürdüyü məkan! Və ən maraqlısı, 300mln allahları var. Belə deyim, hər adamın öz sevib bəslədiyi Allah. Biri öz sevgisin bədəninə tatoo edərək bildirir, biri “tuk-tuk”una (rikşa-yerli 3 çarxlı ən ucuz taksi, minərkən metraj-ın olub olmadığını soruşun, yoxsa bütün şəhəri fırladacaqlar, bütün səyahət pulunuzu kaptırmış olacaqsız :) ) qəribə fiqurlar yığıb. Nə isə, bizə də hörmət etmək düşər deyib çox fikir vermədim. Deyirlər çox təhlükəlidi oralar, amma yanınızda yerli bələdçi olarsa və bu səfər üçün mütləqdir, heç bir qorxusu yoxdur. Ruslara mafioz deyib dururlar, türkəm desəm də inanmırdılar, amma Cahan şah-dan bir az danışın, dostlaşarsınız :) . Mumbayda elə də özəllik yoxdu. Əsas Gateway of İndia ora gedin, elə o meydanda məşhur Tac Mahal otelin də görmüş olarsınız. Şopinq üçün əla olsa da özünüzü Delhiyə saxlayın, ora lap ucuz idi. Mumbaya əsas Leopold restoranın görmək üçün getdim, “Şantaram” romanını oxuyanlar oranı gözəl tanıyar, 2 əsrlik restoran necə var elə də qalıb. Delhi bir az şimal tərəfdi deyə, havası daha sərin və təmiz yerdi, müsəlmanlar daha çoxdur. (14% əhali islam dininə sitayiş edir) Onu da 2-ə bölüblər, müasir və köhnə. Yeni Delhidə 2-ci böyük məscid deyib tutdurduqları Jama mosque, bir də Cahan şahın iqamətgahı Red Fort əsasdı və dəyəri 10mln olan Lotus məbədi. Çox möhtəşəmdir həqiqətən, nə əcəbsə bunun girişi pulsuz idi. Aqraya ordan minik avtomobili ilə getsəz həm yolüstü yerli kəndlər olan Mathura, Krişnanın (əsas allahları, onun haqqında qəşəng əfsanə qurublar) doğulduğu yer Vrindavanı görərsiz. Və Aqra və Tac Mahal, möhtəşəmdir. Girişi turist üçün 15$, özləri üçün heç 1$-da eləmir, ona görə sıxlıq dəhşətdir. İçinə girmək üçün növbədə durmalısan amma dəyməz, içində təmir gedir və mərkəzdə Cahan şahla, Mumtazın qəbridi. Uzun sözün qısası, bura haqda çox danışmaq olar amma gedib gözünlə görmək ömür boyu bəs edər...Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Jale Valehova

551 dəfə oxunub

Budapeşt, Vyana, Praqa turu

Salam. Səfər Budapeşt-->Vyana--->Praqa---Budapeşt. Biletləri səfər tarixinə yaxın aldığım üçün ucuz olmadı. 3 adam üçün gediş qayıdış təxminən 1080 $. Şəhərlər haqqında ətraflı postlar olub qrupda, ona görə də şəhərlərin görməli yerləri filan haqqında qeyd etməyəcəm. Budapeştdə hotel Peştin mərkəzində Deak Ferenc metrostansiyasının yaxınlığında idi, airportdan bu metronun yanına 100E avtobusla gəldik, Hotel: Gozsdu court apartament 3*. Həm yerləşməsi, həm təmizliyi, səhər yeməyi əla idi. (Amma book edəndə səhər yeməyinə əlavə ödəniş etmişdim). Mən uşaqla getdiyim üçün hotelin ya özündə, ya da bir addımlığında cafe restarauntun olmağı vacib idi. Budapeştdəki hotelin düz yanında MATKA adlı restoran vardı. Yeməklər dadlı, məkan isə çox təmizdi. (Ənənəvi yeməkləri gulaj çox dadlıdır), Budapeşti hop off hop on bus turla gəzdik. Big bus tour ən yaxşıdır.Budapeştdən öncədən aldığım flixbus biletlərlə Vyanaya getdik. (Bizim hoteldən Nepliget flixbus stationa M3 metro / olmayanda isə avtobusla getmək olur). Vyanada International Bus stationda düşdük (flixbuslar bəzən gecikir, biletləri daha gündüz vaxtı üçün almaq sərf edir). Əsas məsələ burda başladı))). Google map düşdüyümüz yerdən bizim otelə U3 və daha sonra U4 metro xətləri ilə getməyimizi göstərirdi. Düşdüyümüz yerdə isə ancaq U1 idi. U1-den U4-ə ordan da 31 nömrəli trainlə otelə gəldik. Otel: My next hotel Leo 3*. Təmizlik və səhər yeməyi, xidmət yüksək səviyyədə. Amma oteldə restoran fəaliyyət göstərmir, özü isə şəhər mərkəzindən təxminən 2 km məsafədə (uşaqlılar üçün problem ola bilər).Vyanadan Praqaya da öncədən alınmış biletlərlə flixbusla gəldik. Praga Main railway stationda düşdük. Bus gecikdiyi üçün qaranlığa düşdük. Sonradan öyrəndim ki, həmin area safe deyilmiş (çoxlu alkaş evsiz vardı), ortadan iki tərəfli yol keçir (willsonova) və əks tərəfə yeraltı keçidlə keçirsən, (bu arada taxilər bizi hədəf götürmüşdü)) Google mapim dayanmşdı, roaming işləmirdi, otel 5 dəqiqəli məsafədə olsa da tapa bilmirdim. Sağolsun bir gənc cütlük (biri poland, biri alman) öz maplari ilə bizi otelə ötürdülər, Otel: şəhər mərkəzində Grandium Prague 5*. Xidmət, təmizlik, səhər yeməyi, restoranı çox yüksək səviyyədə. Praqadan geri Budapeştə qatarla qayıtdım. (hərçəndki qatarın əvəzinə bir başa flixbus seçib Budapeşt airportuna gələ bilərdim) qatar öz stopları ilə lap bezdirdi, Budapeştin Nyugati railway stationa gəldim, ordan yeraltı keçiddən keçib 9 saylı avtobusla Deak Ferenc metro stansiyasına, ordan isə 100E ilə airporta qayıtdım, Wizzairlə uçuş terminalı 2B. Vyana və Praqada tur istifadə etmədim (vaxt az olduğu üçün) özümüz gəzdik.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Sunay Mustafayeva

963 dəfə oxunub

Az büdcə ilə çox gəzmək - Qax bələdçisi (Part 1)

Az büdcə ilə çox gəzmək---Bu dəfə sizə Qax macəralarım, ilk dəfə tək çadırda qalmağım, Hamamdərə, şəlalələr və maraqlı yol yoldaşları ilə qarşılaşmağımdan yazacam.1-ci hissə.Ənənəyə sadiq qalaraq yenə yola avtostopla çıxdım və bəxtim yenə gətirmişdi, yol yoldaşlarım özləri də Qaxdan, Sarıbaşdan idilər. Qaxın demək olar ki, girişində Kürmük alban məbədi/kilsəsinə çatan kimi səyahətim başladı. Bir qədər yoxuşlu yol ilə qalxdıqdan sonra kilsəyə çatırsınız. Mənzərəsi də, kilsənin özü də çox qəşəngdir. Qaxdan keçirsinizsə yolüstü mütləq buraya qalxın, görün.Daha sonrakı planım İlisuya getmək idi. Yol uzun olduğu üçün yenə avtostop etdim. Yolüstü isə Müqəddəs Georgi kilsəsinə getməsəm olmazdı. Çox gözəl həyəti var idi, içi də çox yaxşı və baxımlıdır. Yeri gəlmişkən, Qaxın bu ərazisində çox sayda ingiloylar yaşadığından bu kilsənin yaxınlığında qəşəng dadlı gürcü təndir çörəyi və xaçapuri satılır. Dadmamış yola davam etməyin.Xaçapurimi yeyə-yeyə gəldim çatdım Sumuq qalaya. Səhv xatırlamıramsa giriş ödənişli idi. İçərisini mütləq ziyarət edin. Qalanın ən yuxarı hissəinə çatana qədər hər mərtəbədə maraqlı və tarixi eksponatlar, əşyalar sərgilənir. Taxtadan pilləkənlərlə qalxırsınız. Ən yüksəkdən, qalanın pəncərəsindən İlisuya doğru açılan mənzərəni görməyə dəyər.Yaxınlıqda Şamil qala yerləşir. Qalaya gedərkən isə yolüstü Ulu məscidi görə bilərsiniz. Mən gedəndə (keçən il) bağlı idi deyə içərisinə daxil ola bilməmişdim, bəlkə hələ də bağlıdır. Yenə də diqqət edin. Qalanın yolu da yenə yoxuşdur, amma heç çətin deyil. Cığır sizi birbaşa qalanın yanına aparır. Mən qalaya yollanmamış yaxınlıqdakı mağazanın yanında yerlilərlə söhbət edərkən mənə təklif etdilər ki, çantamı özümlə daşımayım ora qədər, mağazada qoyub qalxdım mən. O an verdiyim ən yaxşı qərar o oldu. Gün ən təpədə ikən və yorğun halda o yoxuş çıxılmazdı yoxsa. Qaladan Sarıbaşa doğru çox qəşəng bir mənzərə var.Qaladan qayıdarkən isə Ramramay və ya İlisu şəlaləsinə yollana bilərsiniz. Mən də elə etdim. Şəlalənin çox rahat yolu var. Amma yenə də "yox mən ayaqla getmək istəmirəm" deyirsinizsə, aşağıdan şəlalənin düz yanına qədər aparan 40-50 AZN arası UAZ-lar olur.Ən sonda isə yorğun və xoşbəxt Zəhra gecələmək və çadırını qurmaq üçün üz tutdu İlisu Pansionatına. Mənim tək çadırda qalmaq təcrübəm ilk olduğu üçün çox riskə getmədən pansionatın ərazisini seçdim. İlk dəfə üçün yaxşı seçim oldu. Hər nə qədər axşam itlər məni tək buraxmasa da, səhərə qədər sağolsunlar çadırımın başında keşik çəksələr də yaxşı təcrübə idi.Pansionatdakı gözətçi İlham dayı isə sağolsun su, çay, hətta yeməksiz də qoymadı məni. Səhər də biləndə ki, Qum kəndinə getmək istəyirəm, o tərəfə yollanan bir avtobus sürücüsü tanışı ilə yola saldı məni. Qum kəndi necə gözəl idi! Kənddə Qum məbədi/Qum bazilikasının qalıqları var. Çox təssüf baxımsız vəziyyətdə olsa da, tamamilə yox olmamış, gedib görün. Bu arada belə bir rəvayət də var ki, Nizami Gəncəvi də Qum kəndində doğulubmuş. Hətta bunula bağlı bəzi faktların olduğu da deyilir.Kəndin başında isə axular deyə bir yer var. Buranın mənzərəsi əsl çadır qurub qalmaqlıqdır. Mən tək olduğumdan yerli əhali mənə məsləhət bilmədi orada çadır qurmağı. Belə anlarda gərək yerliləri dinləyəsən. Onun əvəzinə mənzərədən zövq almaq üçün məni qəşəng isti çaya və mürəbbəyə qonaq etdilər.Ardı...Hələ çox danışılası hissələr olduğundan Qax səyahətinə 2-ci hissədə davam edəcəm.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Zahra Imanova

1279 dəfə oxunub

Malyorka adası - İspaniya

Malyorka adasındakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.Salam Gəzəyənlər, ənənəyə qoşularaq İspaniyanin "gem" sayılacaq Mallorca adasına səyahət haqqında fikirlərimi bölüşmək istədim. Adaya kifayət qədər müxtəlif ölkələrdən uçuşlar var, bu il üçün maksimum sentyabrın ortalarına qədər getməyi məsləhət görürəm, sonra havalar soyuyur adada.- ✈️ Tətilimiz 1 həftə oldu, əminliklə deyə bilərəm ki, 3 həftə lazımdır ki, adanın kifayət qədər dadını çıxarasınız. 1 həftəyə total 1000 euro xərcləndi hər şey daxil.-???? Ən vacib məsələ, maşın kiralamaqdır. Ada böyükdür, public transport yalnız adanın mərkəzi şəhəri sayılan Palma'da var. Maşınla bir ucundan digər ucuna ən az 2-3 saatlıq yoldur. Rent a car şirkətləri çoxdur. Ancaq tax adı ilə çoxusu baha başa gəlir. Biz "RecordGo" şirkətindən heç bir problemsiz, full siğorta ilə götürdük. 7 gecesi - 370 euro (2019 Mercedes A class). Hər növ seçim var, əgər bizim kimi son ana saxlamasanız -???? Ada böyük olduğu üçün, tətili 2 hissəyə böldük, 1ci hissəsində məşhur "beach"-lər olan tərəfdə hotel tutduq. İkinci hissəsində isə Palma şəhərində. Hər ikisinin də keyfini ayrıca çıxartmağı məsləhət görərdim, çünki məşhur çimərliklər adanın şərq tərəfindədir əsasən, Palma şəhəri isə qərbində yerləşir nisbətən.-????️ Mütləq gedilməsi gərəkən beach'lər : Cala D'or, Cala Agulla, Cala Llamp, Santanyi, Cala Figuera, Portals Vells... Ada olduğu üçün dörd bir yanı çimərlikdir buranın. Saydıqlarım ən çox tərcih edilənlərdir, yenə də bilməkdə fayda var ki ən az 30 çimərlik var görünənə görə. Bu çimərliklərin çoxuna da yalnız maşınla gedib çıxa bilərsiniz. Ona görə, mütləq maşın kiralamağı gözə alın.- Turistlərin çoxu almanlar və ingilislərdir.- ????Qiymətlər isə gözlədiyimiz qədər baha deyildi. Yeməklər demək olar ki 10-12 euro civarında idi. Otelləri 1-2 ay əvvəlcədən bron etsəniz daha ucuza başa gələr. Biz getməzdən 2 həftə əvvəl qərar verdiyimiz üçün 1000 euro xərc çıxmışı, bunu təbii ki 800-ə qədər salmaq olardı daha tez hərəkətə keçərək.-????Gələk əsas məsələyə, Palma şəhərinin yanında olan Magaluf adında bir ərazi mi desəm, küçələr mi desəm bilə bilmədim. Sadəcə google'da Magaluf yazaraq necə bir atmosferasının olduğunu görə bilərsiniz. Party, nightlife sevən genclər, biz səhv etdik 2 gün gedə bildik Magalufa, sizə məsləhət ən az 3-5 gün ziyarət edin o müqəddəs məkanı, ruhunuza restart verəcəyindən əmin olun. Axşam 10-dan sonra Magalufdakı bütün küçələr gənclər tərəfindən dolur və enerji partlayışı olur, qısacası dəlixana. Bu tendensiya səhər radələrinə qədər davam edir - Daha ətraflı suallarınız varsa rəy bölməsinə yazın.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Aydin Ahmadli

824 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!