4585 dəfə oxunub

Bir gəzəyənin Türkiyə günlüyü - Alaçatı

Alaçatıdakı otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Başqa Alaçatı...

Türkiyədə bəzi yerlər var, pulu çox olub bunu nümayiş etdirmək istəyənlərin, pulu az olub çoxmuş kimi görünmək istəyənlərin ve az pulla da ölkənin maraqlı bölgələrini kəşf etmək istəyənlərin hamısını bir arada görə bilərsiniz. Bu yerlərdən bəlkə də birincisiAlaçatıdı. Sezonda qiymətlərin kəllə-çarxa çıxdığı, hər küçədən fərqli bir musiqi səsinin gəldiyi, səviyyənin her keçən il bir az daha düşdüyü, amma hələ də Ege tətili deyərkən hər kəsin ağlının bir kənarında duran, çox gözəl butik otelləri, restoranları, mağazaları, aşırı gözəl yeməkləri, səhər yeməkləri, aşırı instaqramik küçələri olan bir yerdi.
Sizi bilmirəm, mən Alaçatıda ancaq 2 gün qala bilərdim ve elə də elədik. 2 günün axşamını, 2 gün də səhər erkənden boş (təbii ki daha gözəl) küçələrini gəzdik, bəs elədi.

Amma Alaçatı ətrafında tətilinizi 4-5 günə çıxardacaq gözəl yerlər var. Mən indi o 4-5 günlük tətil tövsiyələrini bölüşürəm.

alacati2

- İzmirdən Alaçatıya avtobuslarla çox rahat gedə bilərsiz. Teyyarəyle İzmirə getmisizsə, HAVAŞ-la 25 lireye Çeşmeyə, oradan dolmuşla Alaçatıya gedə bilərsiz. Və ya HAVAŞ-dan Alaçatı ayrımında durmasını istəyib taksiylə keçə bilərsiz (taksi tapmaq bir az çətin ola bilər). Türkiyənin başqa yerlərindən də avtobusla Alaçatıya gedə bilərsiz (Çeşmə avtobuslarına minəcəksiz)
İkinci variant, İzmir otogarından (19 tl) və ya İzmir Üçkuyular semt qarajından (15 tl) Alaçatıya gedə bilərsiz. İzmir- Alaçatı arası 1 saatdı.

alacati3

- Alaçatıya getmək asandı, amma ətrafı gəzmək istəyirsizsə, maşın kirayələmək ən sərfəli variantdı. İzmir havalimanından maşın götürə bilərsiz.

- Alaçatı axşamüstünə qədər səssiz, sakit, axşam isə aşırı qələbəlikdi. Rahat foto çekib gəzmək üçün səhər tezdən çıxa bilərsiz.

- Ən məşhur yeri Hacı Memiş sokağıdı - hər şey bu küçənin ətrafında dönür:) Mağazalar, barlar, restoranlar, Hacı Memiş və paralelindəki küçədədi. Bir gündə hamısını görmək mümkündü.

- Digər məşhur yer də Alaçatı deyirmanlarıdı - məhəllənin yuxarı hissəsindədi.

- Otelləri çox bahalıdı, ən az 2-3 ay əvvəldən çoxu dolmuş olur. Ayrıca, qafa dinləmək istəyənlərə sezonda Alaçatı mərkəzdə qalmağı tövsiyə eləmirəm. Ancaq yenə də 2 nəfərə 300-400 lirə civarında otel tapmaq mümkündü. Biz 5 km məsafədə Reisderede çox çox gözəl bir butik oteldə qalmışdıq. Airbnb-dən evlərə də baxa bilərsiz.

- Alaçatıya gedişinizin bir gününü mütləq həftənin altıncı gününə salın. Altıncı günlər açılan Alaçatı bazarı o bölgədə çox məşhurdu, siz də görün.

- Alaçatının ən məşhur restoranı Asma Yaprağıdı. Ancaq axşam orada yemək yemək istəyirsizsə, ən az bir-iki ay əvvəldən rezervasiyanız olmalıdı. Ancaq günorta da yemək servisləri var - rezervasiyasız gedə bilərsiz. Bir az sırada gözləyəcəksiz, amma dəyər.

- Asfalya, Kabak Çiçeği və Fava restoranları da mənim bəyəndiyim digər üç yerdi.
Alaçatıda uzuz yemək axtarmayın.

- İmren Pastanesinin saqqızlı dondurması və qurabiyəsi, Dondurminonun dondurması meşhurdu.

- 1850 oteldə qalmasanız belə, kafe olaraq gedə bilərsiz. Nisbətən sakit bir yerdə olduğu üçün gözəl bağçasında çayınızı içə bilərsiz.

- Dutlu Kahvedə gündüzləri çay-qəhvə, axşamlar rakı-balıq olur.

- Turşu suyu içmeyi, Nikonun mürəbbələrinden almağı unutmayın:)

- Hədiyyəlik əşya üçün Çatladı Kapı adlı bazara gedin.

- Alaçatı mərkəzdə dəniz yoxdu. Ən yaxın dəniz 5 km məsafədə Port Alaçatıdadı. Sörfçülərin əsas mərkəzi də buradı. Sabahla axşam arasında vaxtınızı burada keçirə bilərsiz. Çox pulunuz varsa axşama qalıb Ferdi Baba restoranında balıq yeyin.

- 3-cü günü Alaçatı ətrafını gəzməyə başlayın. Alaçatı coğrafi baxımdan bir çox yerə gedə biləcəyiniz məsafədədi.

- Soyuq dəniz üçün Çeşme Altınkuma gedə bilərsiz. Bölgənin ən gözəl dənizlərindən biridi, çimərliklərə giriş pulludu və çox ucuz deyil, nəzəre alın. İnternetdən tapa bilərsiz qiymətləri. Altınkumda dənizə girdikdən sonra Çeşme Marinada yeməyinizi yeyib, kahvenizi içib Alaçatıya dönə bilərsiz.

- İlıq və daha ucuz dəniz içün Ilıcaya gedin. Ilıcada yeraltı termal sular səbəbilə su ilıqdı və dəniz çox gec dərinləşir. Dənizdən çıxınca ya Kumrucu Hüseyin-də kumru yeyin, ya da Dost Pide-nin pidelərinin dadına baxın. İkisi də çox sadə yerlərdi, ilk görünüşə aldanmayın:)

- - “Balıq Dalyanda yenir” deyə bir söz var. Balıq yemək üçün Çeşme Dalyana gedə biləriz - maşınla 25 dəqiqe yoldu. Balıkçı Hasan bölgənin ən yaxşılarındandı.

- Bir gününüzü mütləq İldırı köyünə ayırın. Məşhur “Fatmagülün suçu ne” dizisinin çəkildiyi kiçik bir balıqçı qəsəbəsidi bura. Bizim Çeşme yarımadasında sevdiyimiz ən gözəl yerdi. Qalmaq istəsəniz bir otel də var. Rakı-balık və ya səhər yeməyi, ya da günorta qəhvəsi üçün də kəndin üstündə dəniz mənzərəli möhtəşəm Agora Kafe var. Günbatımı mənzərəsi üçün də Manzara Kafe. Axşam üstü yer tapmaq olmur -günbatımı çox gözəldi. Zeki Müren adasına doğru oturub mənzərəni izləmək çox hüzur vericidi. Orada lokma yeyin.

- Ən nəhayət, dolanbaclı yollardan qorxmuram,daha da pozulmamış yerlər axtarıram deyirsizsə, Ildıra bir saatlıq məsafədəki Karaburuna gedin.

- İzmir üzərindən dönəcəksizsə, gözəllər gözəli Urlaya da baş çəkin

Bu da sizə 5 günlük tətil planı:))

P.S. Mən yemək sevən olduğum üçün getdiyim yerlərin yaxşı yemək verən yerlərini ayrıca araşdırıram, sizin üçün fərqi yoxdursa, nəzərə almaya bilərsiz:)

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Könül Şamilkızı Nesibova

DİGƏR BLOQLAR

Krakov səyahəti – Oskar Şindlerin fabriki

Krakovdakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Keçən dəfə Varşava yazımda da yazdığım kimi, Varşavaya getdiyimi eşidən hamı niyə Krakova deyil də Varşavaya getdiyimi soruşduğundan artıq qərara gəlmişdim ki, Varşavadakı tədbir bitən kimi Krakova yola düşəcəm. Beləcə tədbir bitəndən sonra italyanistehsalı olan (burada italyanların o məşhur əl hərəkətini də etmək olar ???? ) Pendolino sürət qatarına minib, hardasa 2 saat 20 dəqiqədən sonra oldum Krakovda. Dəmir Yolu vağzalı Galeria Krakowska alış-veriş mərkəzinin  altında yerləşir, ya da alış-veriş mərkəzi vağzalın üstündə yerləşir. Bəri başdan deyim ki, Avropada alış-veriş nəzərdə tutursunuzsa, Polşa ən yaxşı seçimlərdən biridir. Ölkə ucuzluq olduğundan və hələlik avroya keçmədiyindən qiymətlər digər ölkələr ilə müqayisədə daha ucuzdur.Qısa tarixi infodan sonra keçəcəm turistlər üçün məlumatları paylaşmağa. İlk ondan başlayım ki, Krakov Polşanın və ya əski dillə desək Lehistanın paytaxtı olub, sonradan paytaxt Varşavaya köçürülsə də, Varşavanın 2-ci dünya müharibəsində ağır yaralar almasıyla Krakov elmi, mədəni “paytaxt” statusunu qoruyub saxalayıb. Varşavadan fərqli olaraq 2-ci dünya müharibəsində şəhər demək olar ki, heç bir ciddi zərər görməyib amma müharibənin bütün dəhşətlərini nətər deyərlər “çiynində daşıyıb”. Məhz bu dəhşətlərin qalıqlarını görmək üçün hər il Krakova 7 milyona yaxın turist gəlir. Krakova Budapeşt və Praqaya bənzədiyinə görə bəzən Polşanın Budapeşti, daha çox isə Praqası deyirlər.İndi isə keçək əsas məsələlərdən birincisi olan Bakıdan Krakova necə getmək olar? sualına. Ən ucuz varyant WizzAirlə Budapeştə gəlib, buradan qatar və ya avtobusla Krakova getməkdir. Krakovdan gələrkən demək olar ki, yolun yarısı Slovakiya ərazisindən keçir və ilin istənilən fəslində buradan sadəcə avtobusla keçərkən belə böyük zovq alacağınıza əminəm.Varşava haqqında yazıda Polşada nə yeyilib içilməlidir mövzusuna toxunmuşam, oradan baxa bilərsiniz amma bir yemək var ki, onu qeyd etməsəm olmaz. Bu yeməyin adı zapiekankadır. Baqetin üzərinə müxtəlif soslar, pendirlər, kolbasalar, vetçinalar, sosilər, tərəvəzlər düzülməklə hazırlanır. İstəyinizə görə pendirli, sosisli, tərəvəzli və ya qarışıq növünü seçə bilərsiniz. Görünüş olaraq bir növ pizzaya oxşayır amma dad olaraq müqayisə olunacaq kimi deyil. Pizzayla heç müqayisə olunası deyil. Deməli bu zapiekankanı yemək üçün Krakovun qədim yəhudi məhəlləsi var Kazimierz adında mütləq oradakı köhnə bazara getmək lazımdır. Ən dadlıları orada olur, istəyə görə yanına meyvə şirəsi, qazlı su və ya pivə də ala bilərsiniz.Harda gecələməli sualına gəldikdə isə, mən adətən bizim bloqun oxucularına hostellərdə qalmağı və ya couchsurfingdən istifadə etməyi məsləhət görürəm. Elə özüm də hosteldə qalmışdım. Qaldığım hostel mərkəzə 10-15 dəqiqə yerimə məsafəsində olan, Premium Hostel idi. 4 nəfərlik otaqda 1 yataq kirayələmişdim və 2 gecə üçün 12 avro vermişdim. Təmizliyi, yerləşməsi, şəraiti də ki, öz yerində. Yolunuz Krakova düşsə bu hosteldə qala bilərsiniz.Hostelə gəlib yerləşəndən sonra, kiçik bir xəritə alıb düşdüm yola şəhər meydanına doğru. Krakovun şəhər meydanının əsası 13-cü əsrdə qoyulub daha dəqiq 1257-ci ildə. Meydan Rynek Glownyadlanır və Avropada Venesiya şəhər meydanından sonra ən böyük meydan hesab olunur. Meydanın uzunluğu və eni 200 metrdir və 4 tərəfi də qədimi və rəngarəng binalarla əhatə olunub. Meydanın mərkəzində Sukiennice adlı bazar yerləşir. Bazar dünyanın ən qədim alış-veriş mərkəzlərindən biridir. İstanbuldakı Kapalı Çarşının daha kiçik formasıdır sanki. Bazardan turistik əşyalar, suvenirlər və ən əsası Polşada çox məşhur olan kəhraba daşı almaq olar. Bazar turistik məkan olduğundan qiymətlər kifayət qədər bahadır, nəsə almaq istəsəniz mütləq bazarlıq edin, aşağı yeri nədir soruşun. Aşağı yeri yoxdu desə, öz varyantımızda heç yoxdu? deyə soruşun ????Meydandakı digər görməli yer isə St Mary və ya Müqəddəs Məryəm bazilikasıdır. Bazilikanın vitrajları çox möhtəşəmdir və vitrajların hazırlanması 12 il çəkib. Kərpicdən tikilən bu bazilikanın hündürlüyü 81 metrdir və oradan şəhərə gözəl bir panoramik mənzərə açılır. Bazilikanın qüllələrindən birində hər saat başı çox qısa müddətlik şeypur çalınır. 13-cü əsrdə qüllədən darvazaların açılıb və bağlanmasını bildirmək üçün şeypur çalınırmış, 1241-ci ildə isə tatar bir oxçu şeypurçunu oxla vurub öldürür və indilərdə bu qısa müddət çalınıb kəsilən bu şeypur səsi də şeypurçunun oxçu tərəfindən vurulmasını simvolizə edir.Qədim hissədə görməli digər yer Florianski küçəsidir, küçənin sonunda bu günə qədər sağ-salamat gəlib çıxmış Florianski şəhər qapısı var. Qapını keçdikdən sonra isə şəhər divarlarından bir hissə olan Barbakan divarı qarşınıza çıxacaqdır.Qədim hissəni gəzdikdən sonra yola düşdüm qədim yəhudi məhəlləsi olan Kazimierzə doğru. Kazimierz 2ci dünya müharibəsinə qədər yəhudilərin çox yaşadığı bir məhəllə olub. Sonradan isə burada yaşayan yəhudilər hamısı toplama kamplarına göndərilib. Kazimierzin özünəməxsus xüsusi abu-havası var. Gəzərkən özünü 20-ci əsrin ortalarında hiss edirsən. Bu hissədə demək olar ki, heç nə dəyişməyib hətta bəzi mağazaların reklam lövhələri belə 30-40 illik kimi görünür. Məşhur “Şindlerin siyahısı” filminin də bəzi hissələri burada çəkilib. Elə ara məhəllələrdə gəzərkən də filmdən bəzi səhnələrin fotolarını asıblar və fotolardan aydın görmək olur ki, filmin bu hissəsi burada çəkilib. Məhəllələri gəzəndən sonra Kazimierzin qədim bazarında bir Zapikanka yeyə bilərsiniz. Mən da Zapikankamı yeyib Kazimierzi tərk edirdim ki, burada 20-ci əsrin ortalarına aid olduğunu güman etdiyim film çəkilişi ilə qarşılaşdım. Aşağıdakı videodan da ətrafın dekorasiyasının və aktyorların geyimlərinin qədimliyini görə bilərsiniz.Krakovda olduğum 2ci gün isə səhər-tezdən payi-piyadə yola düşdüm məşhur “Şindlerin siyahısı” filmində hadisələrin baş verdiyi Şindlerin fabrikinə. Fabrik şəhər mərkəzindən bir az qıraqda yerləşsə də, gözəl hava varsa piyada gedə bilərsiniz. Oskar Şindler haqqında məlumat vermək istəmirəm, məncə Stiven Spilberqin bu möhtəşəm filminə baxsanız daha maraqlı olar. Fabrik indi muzey kimi fəaliyyət göstərir və içəridə bir çox sənət əsərini, Oskar Şindlerin ofisini, yəhudi işçilərin qaldığı otaqların maketlərini, fabrikdə hazırlanan və böyük bir şüşə qutunun içində saxlanılan qazanları görə bilərsiniz. Bu eksponatlara baxdıqdan sonra otaqlardan birində o zamankı hadisələrdən sağ-salamat qurtulmuş yəhudilərin başlarına gələnlərdən danışdığı filmi izləməyə getdim. Muzeyə giriş qiymətini xatırlamıram amma internetdən çox güman tapa bilərsiniz. Bundan başqa bəzən muzeyə giriş üçün bir az gözləmək tələb olunur, çünki insanları içəri sayla buraxırlar. Say müəyyən bir həddə çatdıqda, digər ziyarətçilərin çıxmasını gözləmək lazımdır. Muzeyi gəzib o dövrün insanlıq başına gətirilən fəlakətlərinin təsiri ilə fikirləşdim ki, gərək Krakovda 2 gün daha artıq qalıb Auşvitz toplama kampına da gedəydim.Bəli Krakovda digər mütləq görülməli yer Auşvitz toplamakampıdır. Ora getmədiyimdən məlumat verə bilməyəcəm amma Krakova yolunuz düşsə məncə mütləq gedib bir baş çəkin. Beləcə Auşvitzə gedə bilməməyin təəssüfü ilə xəritədəki növbəti nöqtəyə doğru irəlilədim. Və gəlib çatdım Vavel qəsrinə.Qəsr təpənin üzərində yerləşir və1330-70-ci illərdə tikilib. Həmən dövrlərdə Krakov Polşanın paytaxtı imiş. 1600-cü illərdə paytaxt indiki Varşavaya köçürülsə də demək olar ki, bütün kralların tac qoyma mərasimi məhz bu qəsrdə baş tutub. Bundan başqa bütün krallar da qəsrin ərazisindəki katedralda dəfn olunub. Qəsrin ərazisinə giriş ödənişsizdir sadəcə saray ərazisi, muzeylər və sərgi salonlarına giriş  üçün pul ödəməlisiz. Qalanın və ya qəsrin içərisində bir mağara var və mağaranın önündə isə Wawel əjdahası durur. Əjdaha bir neçə dəqiqə aralıqlarla ağzından qısa müddətli alov püskürür. Hər yarım saatdan bir isə daha uzun müddətli olur bu alov. Qəsrin ərazisini doya-doya gəzmək, Vistula çayının mənzərəsinin dadını çıxarmaq üçün bir neçə saat lazımdır, ona görə də getmədən öncə zaman məsələsini nəzərə alın.Krakov, mərkəzindən çay keçən və bu çaydan çox pis istifadə edən şəhərlərdən biridir. Belə ki, çayın kənarı ilə gəzərkən demək olar ki, heç bir tarixi bina, memarlıq abidəsi yoxdur amma hava günəşlidirsə çayın kənarında, otların üzərində oturub mənzərəni seyr etmək olar.Son olaraq Auşvitzdən sonra Krakovda getmədiyimə çox böyük təəssüf hissi keçirdiyim Veliçka (Wieliczka) duz mədəni haqqında da təəssüf ki, məlumat verə bilməyəcəm amma şəkillərdən gördüyüm qədərilə Krakova 2 gün ayırıb gəzə bilməməklə çox böyük səhv etmişəm. Çox güman sırf Auşvitz və Veliçka üçün yenidən gedəcəm Krakova. Nə zaman? Bax, onu bilmirəm amma məncə çox gözləmək lazım gəlməyəcək sevimli Krakovu görməkdən ötrü ????Krakov haqqında bu qədər. İnanıram ki, yazının 2-ci hissəsi də olacaq nə vaxtsa ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh

1880 dəfə oxunub

Fransanın festivallar şəhəri - Kann

Kanndakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.İstidi bilirəm, heç kəsin uzun statuslar oxumağa səbri çatmır.Ama şəkillərdən göründüyü kimi "elə də sıxıcı post olmaz yəqin" deyə düşünüb, buz kimi sularınızı yanınızda hazır edin,  oxumağa başlayın. Mən də yazacağım müddətdə su içib istirahət edəcəm????Deməli yay tətili üçün unikal istirahət təbii ki, dəniz,  çimərlik sayılır.22 yaşımda aeraporta gedib tək-tənha ilk dəfə təyyarəyə minib,yollandım deyilənə görə dünyanın ən böyük aeraportu sayılan Frankfurt Main stansiyasına. Ordan da Fransaya keçdim.(həyat elə gətirdi)Bəlkə bir gün orda-aeraportda başıma gələnləri paylaşaram. Ama hələlik ilk Avropa turumu Fransa ilə başlamağım haqqında QISA yazmaq istəyirəm.????Fransanın bir neçə şəhərlərində oldum,ama indi Kann haqqında yazacam.Çox-çox baha şəhərdi????Bəlkə də tələbəyəm deyə mənə elə gəldi. Bilmirəm. Sən de görüm, adicə yarım litrlik su 2 EURO baha deyilmi? Yəni içmə, öl deyirdilər də ????Şəhərdə gəzəndə yol boyu motosikletlər maşınlardan çox idi. Müxtəlif kabrioletlər, mağazalar, xüsusən də hər növ palmalar, çimərliklə üzbəüz sıralama otellər şəhəri çox bahalı və möhtəşəm göstərirdi. Kann demək olar ki iki yerə ayrılırdı.Sağ tərəf-glamurların alış-veriş etdiyi mağazalar????, sol tərəf-glamurların istirhət zonası olan çimərlik???? Xüsusən günbatımı və yaxtalar Aralıq dənizini çox möhtəşəm göstərirdi. Çimərlik zonası son dərəcə təmiz idi. Ödənişsiz xüsusi bir zona var idi ki, ordan rahat şəkildə istifadə etmək mümkündür. Lakin ödənişli yerləri də baha idi. Heç bir xüsusi özəlliyi yoxdur. Ondansa özün hər şey aparıb istədiyin kimi düz-qoş etsən daha sərfəli olur. Günbatımındakı möhtəşəm mənzərələri heç nəyə dəyişmək olmaz. Eyforiya yaşamaq istəyənlər üçün əsl yerdi. (buz kimi suyun isinməyibsə içə bilərsən)Davam edək..Şəhər boyu velosipedlər, motosikletlər üçün ayrılmış xüsusi yerlər, ev heyvanları saxlayan insanlar üçün zibil qabıları kimi nüanslar da şəhəri səliqəli və təmiz göstərirdi. Ki, insanlar onlardan düzgün istifadə edir.İnsanlarına qaldıqda mehriban və çox patriotdur.Yerli xalq öz dillərindən başqa dildə danışmırdılar və cavab vermirdilər. Yalnız turist gördükdə ingilis və ya rusca nəsə soruşsan cavab alarsan. Əslində çox sevdim elə olmaqlarını.Yeganə sevmədiyim nüansı deyim. Baha olması ???? o heç...Yol mədəniyyətləri demək olar inkişaf etməyib. Piyada keçidlərinə, işıqfora baxan ümumiyyətlə yoxdu. Əgər yolu keçdinsə, sənə halaldı. Hər kəs yığılırdı işıqforun yanına, kimsə cürət edirdisə birinci keçirdi və cürətlənib hamımız da onun arxasıyca))) Hər yol keçəndə hər kəs alqış gözləyirmiş kimi hiss edirdim ????(Mətbəxlərini də sevmədim ama o zövqə görə, ağız tamına görə dəyişir deyə, o haqda danışmaq istəmədim)Belə. Bir sözlə Kanna getmək üçün glamur olmalısan və ac qalmamaq, susundan ölməmək üçün pulun olmalıdı. Mən susum bir az da şəkillər danışsın. Gələcək postlarda görüşərik. Sevilirsən! ❤️#xəyaletmətəsəvvüret #NayPinƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Наиба Новрузова

1441 dəfə oxunub

Lissabon yaxınlığındakı qəsəbələr

Bu dəfə isə sizə Lissabon yaxınlığındakı qəsəbələr və görməli yerlərdən danışacağam ????Avropanın ən uc nöqtəsindən baxarkən...Keçən dəfəki yazılardan birində sizinlə Lissabon haqqında bölüşmüşdüm. (https://seyahetci.com/tarixle-muasirliyin-kesisdiyi-lissabon/).O tarixlə müasirliyin kəsişdiyi, möcüzəli Lissabonun ətrafı özündən də gözəldir.Lissabonu gəzməyə 2-3 gün ayırandan sonra biz növbəti gün maşın kirayələdik və ətrafdakı qəsəbələrə üz tutduq. İlk gün yolumuzu Coba Da Roca burnu və kiçik, şirin sahil qəsəbəsi Cascaisdən saldıq. Ericeira, Sintra və Mafra qəsəbələrini doyunca gəzə bilmək üçün bir gün sonraya saxladıq. Elə bu 3 qəsəbə barədə yazmağı da gələn dəfəyə saxlayıram.ANS demiş, indi isə yaxın əyləşin, Cascais və Cabo Da Roca barədə daha ətraflı ☺️Zənginlərin, mühacir yazar və sənətçilərin məkanıCascais qəsəbəbəsi Taxo (Tejo) çayının girişindən başlayıb, düz Oeiras şəhərinədək uzanır. Hazırda qəsəbənin 200 mindən artıq sakini var. 19-cu əsrin əvvəllərində Cascaisin əhalisi az olub. Bura kiçik, balıqçı qəsəbəsi kimi tanınırmış. Az keçməmiş ingilis tacirlər və avropalı aristokratların tətil məkanına çevrilib.İkinci Dünya Müharibəsi ərəfəsində isə döyüşdən qaçanların - siyasətçilər, aristokrat, sənət adamları və yazarların sığınacağı olub. Öz adıma deyim ki, burada yaşayan hər gün yazıb, yaradar.Zənginliyin gətirdiyi qumarxana və limanCascais yay aylarında Avropanın varlı ailələrinə ev sahibliyi edir. Onu da deyim ki, Avropanın ən böyük qumarxanası “Casino Estoril” də buradadır. Zənginliyin gətirdiyi daha bir məkan isə Marina de Cascais limanıdır. Bu liman 650 qayığa ev sahibliyi edir. Cascais yay aylarının həftə sonları avtomobili olan lissabonluları da qonaq edir.Gözəl və ürəkaçan sahillər buranı ideal çimərliyə çevirir. “Balıqçı Çimərliyi” (Praia dos Pescadores) yayda adam qaynayır. Həftə sonları ümumiyyətlə, yer tapmaq çətin olur. Vaxtımız az, getməli yerlər çox olduğu üçün biz çimərlikdə vaxt keçirə bilmədik. Həm də getdiyimiz gün səhər tezdən yağış yağmışdı. Hava azcana soyuq idi.“Cəhənnəm Ağzı” - The Boca do InfernoElə Cascaisin özündə də görməli yerlər çoxdur. Qəsəbə uzun-uzun, tənbəl-tənbəl gəzilməli yerdir: bura gəldinsə, gərək hər nöqtəsinin dadını çıxardasan. Məsələn, “Cəhənnəm Ağzı” deyilən yerin adına yox, mənzərəsinə baxın siz. Qəsəbənin ən gözəl yerlərindəndir. Atlantik Okeanına açılan dəhlizindən görünən mənzərəni yemə, içmə saatlarca seyr elə. Qayalara çırpılan dalğalar ağ köpüklər yaradır. Elə bil okeana vanna köpüyü tökmüsən. Yuxarıdan baxanda adama elə gəlir ki, okean qaynayır. Sağa-sola, aşağı-yuxarı hərəkətlər edir. Gözünü ayırmadan baxanda adam vahimələnir. Üzə bilsəm də, ayağım sürüşsə, yıxılsam boğulub, ölərəm deyə, düşünürdüm.Bura həm də balıqçıların məkanıdır. Şəkil çəkdiyimizi görüb, bizə gün batımını buradan seyr etməmizi təklif etdilər. Təəssüf ki gözləməyə vaxtımız yox idi.“Ev deyil, şato, şato, canım”Qəsəbədə çox gözəl bir ev də var. O məşhur türk serialında deyildiyi kimi, əslində ev deyil, şatodur ????Adı Casa de Santa Mariadır. 1902-ci ildə tikilib. Yerli sakinlərdən öyrəndik ki, bura keçmişdə varlı bir irlandiyalı tacirə məxsus olub. Həmin dövrlərdə Cascaisin ən göstərişli və lüks tikilisi sayılırmış.Santa Marta Mayak Muzeyi - Farol Museu de Santa MartaEvin, pardon, şatonun düz qarşısında Santa Marta adlı mayak (gəmilərə yol göstərmək üçün siqnal işığı olan hündür qüllə, dəniz fənəri) ucalır. Francisco Pereira da Silva adlı şəxs tərəfindən inşa etdirilib. 2007-ci ildən bu yana Santa Marta Mayak Muzeyi kimi işləyir. Vaxtınız olsa, içinə girib, gəzə, hətta mayaka qalxa, oradan Cascais mənzərəsini seyr edə bilərsiniz.Portuqaliya okeansahili ölkə olduğundan burada mayak, dənizçilik muzeyləri, limanlar, gəmilər, balıq, balıq yeməkləri məşhurdur. Hər addım başı dənizçilik mədəniyyəti ilə qarşılaşırsan. Havada asılı qalan dəniz, yosun qoxusu da bunu unutmağa imkan vermir.Bu arada, unutmadan deyim ki, Santa Marta Mayak Muzeyinə giriş təxminən 5 avro civarında idi.Cascais Qalası - Cidadela de CascaisBundan başqa qəsəbədə Cascais Qalası da var. Düz mərkəzdə, limanın arxasındadır. Binanın üzündən tarix, qədimlik yağır. Yerləşdiyi ərazidə başqa hökumət binaları da var. Daş döşənmiş meydanın mərkəzindəki tarixi bələdiyyə binası kimi.Avropanın ən uc nöqtəsindəCascaisə səhər saat 8-də gəlmişdik. Günortadan sonra, təxminən 3-4 arası buradan Cabo Da Roca burnuna tərəf yola düşdük. Təxminən 30 dəqiqəlik yol idi.Bura “ən xoşbəxt olduğum yer” də deyirəm. Xoşbəxtlik deyəndə nədənsə ağlıma bura gəlir. Kimi Avropanın, kimi dünyanın sonu adlandırır. Söhbət Avropanın Qərb tərəfdən ən uc nöqtəsi, sonu olan Cabo da Roca-dan gedir. Qısacası, Roca burnu.Xoşbəxtliyi xatırladan və “sonsuzluğa” açılan pəncərə...Ərazidə dəniz fənəri və balaca bir kafe var. Bir də suvenir satılan mağaza... Başqa da heç nə. Amma möhtəşəm abu-havası adamı sərxoş edir. Uçurum boyu ağac parçalarından çəkilən çəpər uzaqdan baxanda dəhlizə bənzəyir. Uçurum Atlantik Okeanına açılır. Uzaqdan gələn, dalğaların qayalara çırpılarkən çıxardığı səs səni ovsunlayır və tamamilə öz abu-havasına salır. Qonaqlar şəkil çəkdirir, mənzərənin dadını çıxarırlar. Havasından isə heç danışmayım, tərtəmiz, ləzzətli, çək ciyərlərinə...Bir xeyli gəzib, şəkil çəkdirəndən sonra buradakı kafedə okean mənzərəsində qəşəng bir Porto şərabı içdik. Porto Portuqaliyanın şəhərlərindən biridir. Həm gözəlliyi, həm də şərabları ilə məşhurdur. Şərabları xüsusi şirin olur. Nəticədə, nə qədər içdiyinin fərqində olmursan, bir də ayılırsan ki, hazırsan ????Nə isə, Roca burnuna mütləq getmək lazımdır. Mən hətta ora ikinci səyahət planlayıram. Oradan aldığım foto isə yazı masamın üzərində, ən görməli yerdədir. Nə vaxt keyfim olmur, baxıram, baxanda xoşbəxtliyi xatırlayıram ????Bura sonsuzluğa açılan pəncərə kimi qalıb yadımda. Hər ağlıma gələndə, “hələ ümid var, tükənməyib” – deyib, təskinlik tapıram.Bu yerlərə necə gedə bilərik?Biz yaxın qəsəbələri gəzmək üçün 2 günlük maşın kirayələmişdik. Günü 60 avroya (Fiat Punto). Mühərriki kiçik olduğundan günlük benzin sərfiyyatı da aşağı idi. 2 günə benzinə 30 avro xərclədik. Pullu yollardan istifadəyə görə 2-3 avromuz çıxdı.Cascaisə qatarla da getmək mümkündür. Eləcə də Roca burnuna avtobusla getmək olar. Mən isə deyərdim ki, istədiyiniz yerdə saxlayıb, şəkil çəkdirə-çəkdirə getmək, rahat gəzmək üçün avtomobil kirayələyin.Bakıdan Lissabona isə “Aeroflot” (Rusiyanın hava şirkəti) və Türk Hava Yollarının (THY) reysləri ilə gedə bilərsiniz. Qiyməti gedəcəyiniz günlərə və bileti nə qədər öncədən almağınıza görə dəyişir. Gediş-gəliş üçün minimum 500 manatı gözdən çıxarmalısınız. Mən başqa cür etdim. Bakıdan “Wizzair”-lə (Macarıstanın hava şirkətidir) Budapeştə (Macarıstan), oradan İspaniyaya, daha sonra isə Portuqaliyaya getdim. Sonda da Portuqaliyadan yenə Budapeştə, oradan da Bakıya döndüm. Gediş-gəlişə təxminən 300 manat xərclədim.Nə yeyək-içək?Yeməyə gəlincə, Portuqaliya Avropanın balıq məkanıdır. Balıq və qırmızı ət məbəxlərinin olmazsa olmazıdır. Yanında müxtəlif növ paella (bulğura oxşayan düyüdən hazırlanmış, qırmızı, sarı və ya qara rəng çeşidləri olan plov növü), souslu tərəvəzlər və s. ilə servis edilir. Mən Portuqaliyada olduğum müddətdə yalnız dəniz məhsulları yedim. Sizə də məsləhət görürəm. Bir sözlə, dənizdən çıxan hər şeyi bişirir, çox gözəl də servis edirlər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Guler Mehdizade

2269 dəfə oxunub

Medellinə Səyahət

Soy el fuego que arde tu piel, Soy el agua que mata tu sed.Medellin. Unudulması mümkün olmayan şəhər. Qəhvənizi hazırlayın, sizi maraqlı bir səyahətə aparacam Royal Aliyev ilə çıxdığımız 22 günlük səyahətin ən yadda qalan şəhəri Medellin haqqında sizə bələdçilik edəcək məlumatlar paylaşmaq istəyirəm.Çoxlarımız Medellini əsasən Pablo Escobar haqqında çəkilən film və seriallardan tanıyırıq. Ancaq Medellin şəhərinin səni valeh etməyi üçün heç bir cinayətkar dəstəyə ehtiyacı yoxdur. Şəhər dağlarla əhatələnib və havası, yaşıllığı, yeməkləri, insanları ilə səyahətinizi unudulmaz etməyə qadirdir. Ancaq keçmişdə yaşanan və təsiri bu günə qədər davam edən xoşagəlməz hadisələr şəhərin abu-havasında özünü bir qədər göstərir.Jose Maria Cordova beynəlxalq hava limanından Uber və ya digər taksilərlə şəhərə gələ bilərsiniz. Ancaq bizim kimi əlavə xərclərsiz səyahət edirsinizsə, 1700 pesoya (nağd) avtobus sizi San Diego Mall'un yanına gətirəcək. Sadəcə diqqətli olun sürücü əlavə pul istəyə bilər, verməyin. Oradan da ya metro, ya da taksi ilə davam edə bilərsiniz.Metro istifadəsi çox rahat və təhlükəsizdir. Kartlar girişdə satılır və bir gedişin qiyməti təxminən 4000 pesodur.Medellin rəsmi olaraq 16 Comuno'ya bölünüb, ancaq şəhər böyüməkdə davam edir. Bunlardan ən məşhurları və təhlükəsiz sayılanları:• Comuna 14 – El Poblado• Comuna 11 – Laureles – Estadio• Comuna 13 – San Javier• Comuna 10 – La Candelaria (El Centro)Comuna 14 – El PobladoBunlardan ən turistik və təhlükəsiz olanı Komuna 14 – El Poblado hesab olunur. Burada müxtəlif əyləncə məkanları, kafe-restoranlar, bir sözlə turistlərin qaynaşdığı məkan kimi tanınır. “Parque Lleras” və “Provenza” kimi məşhur yerlər buradadır. Biz də hostelimizi buradan tutmuşduq. Linki şərhdə tapa bilərsiniz.Comuna 11 – Laureles – EstadioƏgər daha sakit yer axtarırsınızsa, bu kommunanı seçə bilərsiniz. Amma yenə də deyirəm: Comuna 14 Comuna 10 – La Candelaria (El Centro)Bura şəhər mərkəzi sayılır və burada ticarət mərkəzləri, muzeylər, tarixi binalar tapa bilərsiniz. Gündüz maraqlı olsa da, axşam saatlarında bir qədər ehtiyatlı olmaq tövsiyə olunur.Comuna 13 – San JavierPablo Escobarın vaxtında buralar polisin belə girə bilmədiyi yerlər sayılırdı. Hər gün burada silahlı qarşıdurmalar, adam oğurluğu, qətllər baş verirdi. Narkotik ticarəti buradan bütün dünyaya yayılırdı. 1993-cü ildə Escobar zərərsizləşdirilsə də, bu ərazilərdə FARC qruplaşması hakim olmuşdu. 2002-ci ildə keçirilən böyük bir əməliyyat nəticəsində bu qruplaşmanın da sonu gətirildi və insanlar rahat nəfəs almağa başladı.Hazırda bu məkan Medellinin əsas turistik bölgəsidir və hər gün minlərlə turist buranı ziyarət edir. Lakin məsləhət görülür ki, gəzərkən mərkəzi küçələrdən kənara çıxmayasınız, yoxsa sizi Xoşqədəm də axtarıb tapa bilməz. Buraya müxtəlif turlarla da gedə bilərsiniz. Yaxud bizim kimi metro ilə San Antonio stansiyasında xətti dəyişib narıncı xətt üzrə San Javier stansiyasında düşsəniz həm büdcəyə qənaət etmiş, həm də sərbəst gəzmiş olarsınız.Burada kafelər, restoranlar, suvenir dükanları və vaxtilə baş vermiş silahlı qarşıdurmaların izlərini daşıyan divarlar üzərində maraqlı qrafiti əsərləri görə bilərsiniz.Təhlükəsizlik baxımından ehtiyatlı olmaqla bu şəhərdə rahat gəzə bilərsiniz. Sadəcə olaraq:Tanımadığınız küçələrə girməyin Sizə yaxınlaşıb narkotik və digər təkliflər edənlərə "yox, təşəkkür edirəm" deyib uzaqlaşın Gecə vaxtı çox da küçələrdə gəzməyə meyil etməyinQiymətlər demək olar ki, hər büdcəyə üçün tapmaq olar. Yeməkləri isə bizim ağız dadımıza tam uyğun gəlir.Yemək seçimləri boldur, amma birini mütləq sınayın deyirəm: Bandeja Paisa . İçində ət, düyü, lobya, yumurta, avokado, patacon (qızardılmış banan) və daha nələr var. Bir boşqabı elə doludur ki, ikiyə bölüb rahatlıqla paylaşmaq olar. Biz bir porsiya ilə ikimiz də tam doymuşduq. Dadı isə... sözlə izah etmək çətindir, mütləq dadmaq lazımdır. İçgiləri isə sadəcə möhtəşəm. Xüsusən pivə həvəskarları üçün...Digər görüləsi yerlərdən:• Museo de Antioquia – Burada məşhur rəssam Fernando Boteronun əsərlərini görə bilərsiniz . Muzeyin yaxınlığında onun heykəlləri ilə dolu meydan da yerləşir.• Metrocable (funikulyor) – Şəhərin panoramasını yuxarıdan seyr edə və Arví Parkına gedə bilərsiniz .Əgər əlavə vaxtınız varsa, yaxınlıqda yerləşən Guatapé şəhərinə və oradakı məşhur El Peñón qayasına gedə bilərsiniz . Daha ətraflı Royal Aliyev in Guatape haqqında postundan oxuya bilərsiniz.Buraya həm turlarla, həm də sərbəst şəkildə getmək olar. Bunun üçün Caribe metro stansiyası yaxınlığındakı Terminal de Norte avtovağzalından 22000 pesoya avtobus bileti ala bilərsiniz . Redbus proqramı ilə onlayn rezervasiya da mümkündür, lakin terminalda təsdiqləmək vacibdir.Qayıdanda Guatapé şəhərini gəzməyi də mütləq tövsiyə edirəm.Sonda isə onu deyim ki, yağışdan sonra günəş necə çıxırsa, Medellin də qaranlıqdan işığa yüksələn bir nağıldır. Keçmişi ilə üzləşməkdən çəkinməyən, cəsur şəkildə gələcəyini yazan bir şəhərdir.Bonus: Narcos serialına marağı olanlar üçün Pablo Escobarın vurulduğu yer, evi və qəbrinin olduğu ünvanları şərhdə paylaşacam Mənimlə birlikdə səyahət etmək istəyirsinizsə, Instagram profilim: @azerhsnPaylaşan Azer Hasanov

225 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!