1666 dəfə oxunub

Fironlar diyarı - Misir bələdçisi (II hissə)

Misirlə bağlı birinci hissədə getdiyim yerlər haqqında yazmışdım. Bu yazıda isə Misirin məndə oyatdığı təəssurat, insaları və yeməkləri haqqında yazacam.

Məndən əvvəl Misirə bir dostum getmişdi və gəlib danışdıqları isə o qədər də yaxşı şeylər deyildi. Kasıb ölkədir, dəlixanadar, iyrənc gündədir və s. Düzdü bu bir az əhvalımı pozsa da, getmək fikrində qəti idim.
Birinci yazıda da qeyd etdiyim kimi, ilk mədəniyyət şoku - yolda heç bir qaydalar işləmir və siqnal səsindən ilk gün başım ağrıdı. Orada Azərbaycan sürücülərinin nə qədər mədəni olduğunun fərqinə vardım.

Misir insanlarının çoxu fürsətçildi. Bu bəlkə də ölkənin kasıb durumundan irəli gəlir. Məsələn siz küçədə yeriyən zaman birdə hiss edirsiniz ki, arxanızca kimsə düşüb. İlk dəfə bu insanda qorxu yaradır ki, görəsən niyə arxamca düşüb? Nə edəcək mənə?
Burda qormağa ehtiyac yoxdur  Adamlar sizə diqqətlə qulaq asır və görəndə ki, xarici dildə danışırsan sizə kömək təklif edir. Bu kömək isə sizi hər hansı tur agentliyinə aparmaqdan ibarətdir. Çünki həmin bu şəxslər tur agentliyi ilə faizə işləyirlər.

İkinçi şok – hamı sizdən Tips (çaypulu gözləyir)
Tualetə gedən qapıda bir qadın bir kişi dayanır əllərində rulon salfetka. Siz içəri girəndə salfetka cırıb verir az qalır sənlə kabnetə qədər girsin unitacın qapağını qaldırsın. Təbii ki, sizin qara gözünüzə, qara qaşınıza aşıq olub etmirlər. Tualetdən çıxanda tips istəyirlər. Kuçədən kimdənsə söz soruşursan və həmin dəqiqə sənə kömək edirlər canlabaşla. Amma sonda deyirlər kömək etdim tips ver)) Yəni bunu bilin ki, hər yerdə tips istəyirlər. Həm də sırtıq formada.

Amma bunlara baxmayaraq ölmədən öncə görüləcək yerlərdən biridir Misir. Bütün mənfilikləri ilə birlikdə belə bu torpaqlar tarixdir. Orda tarixi görəndə hər şeyi unudursan. Min illər öncə yaradılan şeyləri görəndə insan heyrətə gəlir. İnsan beyni qəbul etmək istəmir ki, bütün bunlar minilliklər öncə necə yaradılıb? Hansı beyinin məhsulu olub? Həmin o tarixə toxunduqca insan özünü o dövürdə hiss edir. Bir sözlə bütün mənfiliklərə rəğmən Misirə getməyimə heç də peşman deyil, yenə də olsaydı təkrar gedərdim
Keçək əsas məsələrdən biri Yeməyə!
Yeməklərdən sizə 1-ci olaraq Koşarı (Koshary) məsləhət görərdim. Demək tərkibi noxud, yaşıl mərcimək, makaron, qızardılmış soğan və xüsusi pomidor sousu. Zövqə görə acı da əlavə edə bilərsiniz. Səhər mərkəzində küçədə bunu iki nəfər və cola daxil 32 pounda (2$) yeyə bilərsiniz.

Alexandria şəhərinə getsəniz mütləq dəniz yeməklərini dadın. Burda da düyü ilə şifariş verə bilərsiz. Dəniz məhsulları isə çox dadlıdır.

Hamam Mashi – Ən çox məsləhət görülən yeməklərdəndir. Bu yemək içi düyü ilə doldurulmuş çöl quşu, və yanında tərəvəz və düyü ilə təqdim olunur. Dadını soruşsanız o qədər də əla bir şey deyil. Məsələn Gərəf ləvəngisinin əlinə su tökməz 
Fəttah (Fattah) bu yemək də təbii ki düyü ilə təqdim olunur ???? Bildiyiniz düyü və mal əti ilə təqdim olunur. Mal ətinin suda az qaynadılmış versiyası. Ət bərk olur və qədər də dadlı deyil. Sevmədim yəni. Bir adam üçün qiymət 5$-dir.
Misir simiti – bir sözlə ifadə edim Türk simiti ürəkdir 
Şakaşuka (Shakshuka) bizim pomidoryumurtanın ərəb versiyası. Məndən məsləhət səhər yeməyin yoxsa mədəniz şakşuk qaynayacaq. Çox acılı olur, ona görə də səhər yeməyin.
Humuz (Hummus) – atışdırmalıq. Pis deyildi.

Künəfə (Konafa) – Türk künəfəsi ürəkdir.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Asim Celilov

DİGƏR BLOQLAR

Almaniya-Belçika-Hollandiya bələdçisi

Xanımlar və cənablar, 10 günlük Avropa səfərindən sonra, diqqətinizə bəzi məsələləri çatdırmaq istəyirəm. Səfər ekonom olmadığı üçün, tips and tricks-lərə girmirəm. Marşrut; Bakı-İstanbul (Buta)-Frankfurt (PGS)-Loreley-Koblenz-Mainz-Gent-Roermond-Eindhoven-Rotterdam-Amsterdam-Lingen (Nordhorn)-Giethorn (Hollandiya)-Düsseldorf-Köln-İstanbul (PGS)-Bakı (Buta).Deməli, Frankfurtdan Düsseldorfa qədər maşınla gəzmişik. Məqsəd ürəyimiz istəyən yerdə qala bilmək və istədiyimiz yerləri görmək idi.Nəzərə çatdırılmalı olan məqamlar:!!! Frankfurtda təyyaradən düşən kimi, elə ayaqüstü pasportu alırlar və sorğu sual eləyirlər. Hara gedirsən, niyə gedirsən, harda qalajsan, hanı otel bornların, hanı dönüş biletin və s. Nəbadə yalan deyəsiz. Qətiyyən. İnandırmaq çətin olur. İkinci mərhələdə, miqrasiya işçiləri yenə sorğu sual eliyir və geri dönüş biletini istəyir. Bizdə biletlər var idi, telefonda açdım göstərdim. Amma otellər yox idi, çünki maşınla gəzməyi planlayırdıq, harada ürəyimiz istədi orada da qalacaqdıq. Olduğu kimi dedim hər şeyi, problem olmadı. 1. PGS üçün bilet alanda yeməkləri də online almışdım. Təyyarədə əlavə şeylər almaq üçün kartla ödəmə etmək istədik, yalandan yoxsa həqiqətən, bilmirəm, amma 3 fərqli bankın kartını götürmədi terminalları. Gah dedilər göydə terminal işləmir, ya dedilər sizdə debetdi (halbuki, kartlardan biri Albalı, biri də Birkat idi). Maaş kartların da götürmədi. Biabırçılıq. Yəni, cibinizdə nağd olmasa, susuz qalsaz, çatana kimi suyunuz quruyar. 2. PGS oturacaqları balacadı. Hətta elə təyyarələri var ki, belini geri vermək olmur, elə dümdüz oturmalısan )) Çox narahatdı. Şəxsən PGS-la uçmağı nəzərdən keçirmərəm bundan sonra. 3. Nəzərə alın ki, Almaniyada restoranların mətbəxi axşam saat 9 və ya 10-dan bağlanır. Yəni, oturub pivə içə bilərsiniz, amma yemək vermək istəmirlər o saatlardan sonra. Ofisiantları bir çox yerlərdə "borzu"du, ürəyi istəmirsə, deyir "kuxna" bağlıdı )) 4. Almaniyada maşın sürəcəksinizsə, çox ehtiyatlı olmalısız. Yol nişanları bizə görə həddindən artıq çoxdu və zolaqlar da bir-birinə qeyri-adi keçir ) 5. Həm Almaniya, həm Hollandiyada velosipedlər üstünlük təşkil edir. Siz maşınla olarkən, onlara arxadan 1-2 metrdən çox yaxınlaşmaq olmaz. Sürətlə ötüb keçməyə çalışmayın. 6. Kirayəyə maşın götürəcəksinizsə, ingilis dilində naviqatoru olsun. Çox köməyi dəyəcək. 7. Bir çox şəhərlərdə, hündür binaların son mərtəbəsində panoramlı restoranlar olur. Oradan bütün şəhəri görə bilərsiniz. Belə yerlərdə pivə 2-3 evro olur. 8. Frankfurtdan 90 km məsafədə, Reynin qırağında Lorelei deyilən yer var. Çox gözəl yerdi. Yolunuz düşərsə, yan keçməyin. 9. Lorelei-dən çox da uzaq olmayan Koblenz şəhərciyi var. Bura tarixi yerdir. Koblenz qalası Birinci Dünya Müharibəsinin şahididir. Çoxlu eksponatlar və oraya ilk dəfə gələn Amerikan qoşunlarının ordu komandanı haqqında məlumatlar var. Kanatla mərkəzə enib, Mozel ve Reynin birləşdiyi yeri gəzə bilərsiniz. 10. Belçika. Brüssel haqqında xoşagələn şeylər eşitmədiyim üçün, oradan yan keçdik. Gent şəhərinə getdik. Maraqlı, tarixi yerləri bol olan yerdir. Məşhur belçika kartoşkasının dadına baxdıq. Pis deyil, bir dəfə yemək olar ) 11. Hollandiyada Roermond deyilən bir outlet var. Yalnız brendlərdir. Ucuz sayılmaz amma, həvəskarları üçün əla yerdir. 12. Eindhoven şirin şəhərdi ) Almanlardan fərqli olaraq, çox gülərüz və mehribandı hollandlar. The Student Hotel Eindhovendə qaldıq. Çox maraqlı yerdi, yolunuz düşərsə mütləq qalın ) Düz mərkəzdədi. Philips muzeyini və Van Qoq yolunu gəzə bilərsiniz. 13. Rotterdam da Frankfurt kimi iri və qaynayan şəhərdir. Hava pis olduğu üçün, çox qalmadıq. Ən xoşuma gələn isə Seoul Sista restoranı oldu. Mütləq gedin yolunuz düşərsə ) Səhər yeməyi üçün isə, türklərin Köşk restoranı var. Çay qırağında, mənzərəli yerdə. 4 nəfərlik "sərpmə kahvaaltı" 38 EUR tutdu. Bundan başqa Markthal deyilən bir yer var, spesifik Holland məhsulları satılır. Çox maraqlı yerdir, mütləq gedib Holland pendiri, kolbasası və s. almaq lazımdır. 14. Amsterdam. Nə yalan deyim, heç xoşum gəlmədi. Şəhərə girən kimi "kəklikotu" iyi adamı birtəhər eliyir. Çox pis iyi var. Çox qarışıq, səsli küylü şəhərdi. Küçədə turist əlindən gəzmək olmur. Çox baha şəhərdi. Hardasa 3-4 saat parkovkaya 25 EUR verdik ) Qalan məsələlərə toxunmuram, çünki qrupda böyük şəhərlər haqqında ətraflı məlumat çoxdur. 15. Lingen, Hollandiya sərhəddində şirin bir Alman şəhəridir. Çox səliqəli, sakit və yaşıl bir yerdir. Lingendə, Almaniyanın damar cərrahiyyəsi üzrə sayılan klinikalarından biri, Bonifatius yerləşir. Orada bizim azərbaycanlı həkimlər də işləyir. Elə biri bizim xalaoglu Islam Guliyev  16. Giethorn. Hollandiyaya gedib Giethornu görmədinsə, mayan batdı deməkdir ) Bu barədə çox yazmaq istəmirəm, google da eliyib baxa bilərsiniz. Şəkillər də var aşağıda (çəkəni deyiləm, amma işə yarayar) 17. Köln də təxminən Amsterdam kimidir, səsli küylü, qarışıq, hər tip adam var. Türklər lap çoxdur. Özlərinin də ayrıca məhləsi var. Restoranları da eyni İstanbulda olduğu kimi keyfiyyətlidir. Kölndə ən maraqlı yerlərdən biri də, başqa bir oxşarı Milanda yerləşən Duomodur. Yanında muzeyi də var. Girişi də pulsuz olmalıdır. 18. Ümumiyyətlə Avropa marketlərində həddən çox çeşidli və maraqlı məhsullar var. Müqayisədə bizdən də ucuzdur. Hə, bir də ki, benzin 1.5-1.6 EUR ətrafında. Magistrallarda isə daha da baha olur. Ona görə də çalışın magistraldan kənarda "full bak" eliyin, sonra uzaq yola çıxın. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Valid Memmedli

990 dəfə oxunub

Mərkəzi Avropanın incisi Budapeşt – 1 ci hissə Buda

Əslində Budapeşt haqqında uzun zamandır yazmaq istəyirdim, amma mümkün olmurdu. Gah araya Almaniya yazısı girdi, gah Kiyev, bu dəfə, gələn səfər deyə-deyə indiyə qismət oldu.Budapeştdə mərkəzə yazın 5 nəfərlik ucuz bir ev üçün bu linkə keçinİl yarımdır Budapeştdə yaşadığımdan, bu şəhər haqqında yazılacaq çox şey var, tələbəliyimin bir hissəsi bu şəhərdə keçdiyindən bütün turistik və non-turistik əyləncə və istirahət məkanları haqqında az-çox bilirəm. Ona görə də Budapeşt haqqında yazı 2 ola bilsin ki, 3 hissədən ibarət oldu.Budapeşt Mərkəzi Avropanın deyərdim ki, ən az qiymətləndirilmiş şəhərlərindən birincisidir. Dostlar, tanışlar Budapeştə ilk dəfə gələn zaman dedikləri ilk söz “woooow Budapeşti belə gözəl təsəvvür etmirdim” olur. Yəqin çoxlarınız bilirsiniz, Budapeşti Dunay çayı iki hissəyə bölür Buda və Peştə. Yazının daha sonrakı hissələrində və bölümlərində bu haqda daha ətraflı məlumat verəcəm. İndi isə gələk Budapeştə necə getməli sualına?Budapeştə getmək üçün bu dəqiqə ən sərfəli üsullardan biri qatarla, avtobusla Kutayisiyə gedib oradan WizzAirlə Budapeştə getməkdir amma və lakin bu ilin mart ayının sonundan WizzAirin Bakı – Budapeşt birbaşa reysi açılır və tək tərəf üçün kiçik bel çantası ilə biletin qiyməti 50 avrodan başlayır. Bundan başqa əgər Avropadasınızsa Budapeşt Avropanın demək olar ki, tam mərkəzində olduğundan digər yaxın ölkələrdən avtobus, qatarla bir az şimalda və cənubdakı ölkələrdən isə ucuz – low coster hava yollarının təyyarələri ilə Budapeştə gəlib çata bilərsiniz. Unutmayın ki, Macarıstan Şengen ərazisi olduğundan Budapeştə getmək üçün mütləq Şengen vizası almalısınız. Şengen vizası üçün ödəniş haqqı 35 avrodur. Viza üçün qeydiyyat formunu bu linkdən dolduraraq viza əldə edə bilərsiniz. Budapeşt hava limanından şəhərə necə getmək olar? Qeyd edim ki, Budapeştin şəhər içi nəqliyyat sistemi Avropada ən yaxşılardan hesab olunur və 24 saat nəqliyyat var şəhərdə. Hava Limanından şəhərə getmək üçün səhər saat 4-dən gecə yarısına kimi 200E nömrəli avtobusdan istifadə edə bilərsiniz, gecə yarısından səhər 4ə kimi isə 900 nömrəli gecə avtobusundan. Ümumiyyətlə 900lə başlayan avtobuslar (yəni 931, 909, 956 və s.) hamısı gecə avtobuslarıdır. 200E Hava limanından başlayır və sonuncu dayanacağı 3cü və ya göy metro xəttinin başlanğıcında Kőbánya-Kispest metro stansiyasında bitir. Buradan göy xətt metroyla gedib digər xəttlərə dəyişə bilərsiniz. Nəqliyyat biletləri 350 macar forintdir təxminən, 1.15 avro. Bundan başqa 72 saatlıq və 7 günlük nəqliyyat biletləri də var. Biletləri avtobus sürücülərindən (200E reysinə aiddir) və ya dayanacaqlardakı bilet maşınlarından ala bilərsiniz.Budapeştdə istənilən məkandan istənilən yerə Google Mapsın köməkliyi ilə çox rahat gedə bilərsiniz. Sadəcə gedəcəyiniz məkanı qeyd edərək ora necə və hansı nəqliyyat vasitələri ilə gedə biləcəyinizi öyrənə bilərsiniz. Bu üsul sınanılıb, yoxlanılmışdır, ilyarımdır Budapeştdə gedəcəyim yerləri ancaq elə tapıram ????İndi isə gələk Budapeştin gəzməli və görməli yerlərinə.Yuxarıda da qeyd etdiyim kimi şəhər Buda və Peşt adlı iki hissəyə bölünür. Dunay çayının qərb hissəsi Buda hissəsidir və təpəliklərdə yerləşir. Peştə nisbətən Budada yaşıllıq ərazi daha çoxdur və küçələr dar və ensizdir. Bu dar və ensiz küçələr Budaya Paris Montrmartesinə özəl gözəllik verir.Peşt tərəfdə isə küçələr daha enlidir və şəhərin ürəyi dmeək olar ki, burada döyünür. Budada çox az sayda klublar, barlar və restoranlar var. Budayla müqayisədə Peştdə olan restoran, klub və əyləncə məkanlarının sayı-hesabı yoxdur.Görməli yerlərin çoxu Peştdə olduğundan ilk öncə Budanın görməli yerlərindən bəhs edəcəm. Budada diqqəti ilk cəlb edən təpəliyin üzərində yerləşən Buda qəsridir (Buda castle). Qəsrin 800 ilə yaxın yaşı var. Qəsr Budanın ən qədim hissəsində yerləşir və ətrafda kiçik 2-3 mərtəbəli qədimi və rəngarəng evləri görə bilərsiniz. Qəsrin tam yanında Macarıstan Milli Qalareyasıyerləşir, rəsm azarkeşləri üçün ideal bir məkandır. Qəsr təpənin üzərində yerləşdiyindən qəsrin yanına getmək üçün təpəyə qalxmalısınız. Əgər mən şəh tənbəli turistəm deyirsinizsə, Dunay çayının sahilindən funiklyorla düz Buda Qəsrinin yanına gedə bilərsiniz. Funiklyora minmədən öncə isə funiklyor dayanacağının önündəki “0 km” abidəsi ilə selfi etməkdə olar. Bu abidənin yanında yerdə Macarıstanın digər şəhərlərindən Budapeştə olan məsafə göstərilib.Qəsrdən bir neçə yüz metr məsafədə Matiyas kilsəsi (Matthias church) yerləşir. Kilsənin tam olaraq 1001 yaşı var və 1015-ci ildə tikilib. Sonradan 14 və 19cu əsrdə bərpa olunub. Bərpa olunan zaman kilsə qotik üslübdə bərpa olunub. Kilsənin içərisi çox maraqlı və rəngli ornamentlərlə bəzədilib. Evlənən cütlüklərin ən çox seçdiyi məkanların başında Matiyas  kilsəsi gəlir. Kilsənin tam yanına Balıqçılar bürcü (Fisherman’s bastion) yerləşir. Bura Budapeştli gənclər üçün ən məşhur yerlərdən biridir. Deyilənə görə buradan Peştə və Dunaya açılan möhtəşəm mənzərə qarşısında romantikaya dalan gənclər, ilk öpüşlərini məhz elə burda həyata keçirirlər ???? Budanın digər görməli yeri isə Gellert təpəsi və abidəsidir, buradan demək olar ki, bütün Budapeşt ayaqlarınızın altında görsənir.Gellert təpəsindən Dunayın sahilinə düşəndə burada Mağara Kilsə (Cave Chruch) deyilən bir kilsə var. Kilsə tamamilə mağarada, qayalıqların içərisində yerləşir. İçəri girərkən adamı tamamilə fərqli bir atmosfer qarşılayır.Budanın ən maraqlı yerlərindən biri də Gül Baba Türbəsidir. Gül Baba Osmanlı dönəmində Türkiyədən Avropaya misionerlik fəaliyyəti üçün göndərilmiş, çox hörmətli bektaşi liderlərindən olub. Uzun müddət Budapeştdə yaşayıb və bu türbədə dəfn olunub. Macarlar buranı Gulu Babba kimi tələffüz edirlər, adama elə gəlir ki, Afrikalı filandır ???? Yeri gəlmişkən Budapeştə açılan ən gözəl mənzərələrdən biri də buradandır.Türbədən çıxıb Margaret körpüsü ilə piyada Margaret adasınagedə bilərsiniz. Margaret adası Dunay çayında yerləşən 3 təbii adadan biridir, digərləri isə Obuda və Csepel (Çepel) adalarıdır. Adaların hər 3ü Budanın ərazisinə düşür və mərkəzə ən yaxın olanı Margaret adasıdır. Ada 2 təfədən də körpü ilə giriş-çıxışla təmin olunub hətta adanın mərkəzindən avtobus xətti keçir. Ada başdan-başa yaşıllığa bürünüb, hər tərəf, ağaclıq, gül-çiçəklik və çəmənlikdir. Xüsusilə yaz-yay aylarında şəhərin qaynar həyatından başıvı götürüb qaçmaq üçün ideal bir məkandır. Adanın içində, kiçik bir neçə kafe, boyük üstü-açıq hovuz, Palatinus aquaparkı, velosiped kirayələmək üçün yerlər var. Bundan başqa adada Yapon bağları adlı kiçik ərazidə balıqlar üçün hovuzu görmək olar və Margaret körpüsüylə adaya girdikdə elə girişdəcə musiqili fontan var, ilin isti fəsillərində fontanın yanındakı oturacaqlarda demək olar ki, boş oturacaq tapmaq olmur.İndi isə gəldik, mərkəzdən azacıq uzaq olsa da mənim sevimli adam olan Obudaya. Obuda adasını sevimli edən şey hər ilin avqust ayında adada Avropanın ən böyük musiqi festivallarından biri olan Sziget Festivalın keçirilməsidir. Keçən il bu festivalda 500 000 adam iştirak etmişdir. Bu il 10-17 avqust tarixlərində keçiriləcək festivalın keçən ilki 100dən çox qonağı arasında Martin Garrix, Robbie Williams, Ellie Goulding, Avicii, Major Lazer və 10larla məşhur ifaçı və qrupları görmək, onları canlı-canlı dinləmək olardı. Festival zamanı gündüzlər əyləncəli oyunlar, yarışlar keçirilir, axşamlar isə səhərə qədər 10a yaxın səhnədə fərqli-fərqli ifalar. İstəsəniz Dunay çayının sahilində yaradılmış kiçik çimərlikdə dincələ də bilərsiniz. Adam 1 həftə tamamən musiqi cənnətinə düşür sanki. Rəsmi videodan festivalın necə əyləncəli keçdiyini görə bilərsiniz.Buda ilə Peşti Dunay çayı üzərindən 8 ədəd körpü birləşdirir. Bu körpülərdən ən tarixi və arxitektur əhəmiyyətlisi Zəncirli və ya Şirli Körpü adı ilə tanınan Chain Bridgedir. Körpünün hər iki tərəfində dayanan 4 aslan sanki körpünün keşiyini çəkir. Körpünün çox maraqlı tarixi var. Belə ki, rəvayətə görə körpünü tikən memar deyir ki, bu körpüdə kimsə bir qüsur tapsa mən özümü öldürəcəm, elə bu vaxt orada olan uşaqlardan biri deyir ki, aslanların ağzında dili yoxdur. Aslanların ağzında doğrudan da dili olmadığını görən memar özünü Dunay çayına atır. Bu körpü ilə o başa-bu başa keçib, Budadan Peştə, Peştdən Budaya səyahət edə bilərsiniz.Buda haqqında bu qədər, növbəti yazı bir neçə gündən sonra olacaq bu dəfə isə Peştdən yazacağıq. Peştdə görməli yerlər daha çoxdur.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh

1450 dəfə oxunub

Qışda çiçəklənən norveçlilərin sirri nədir? - Norveç bələdçisi

Oslodakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Skandinaviya turumun sonuncu ölkəsi Norveç, sonuncu şəhəri Oslo oldu.  Yenə qayıdaq mı başa?İsveçdə Lagom, Danimarkada Hygge bəs Norveçin qışda çiçəklənməsinin səbəbi nədir?Təbii ki, norveçlilərin də özlərinə məxsus bir fəlsəfələri var. Bu da “Koselig” fəlsəfəsidir.Koselig sizə "Hygge"i xatırlada bilər, buna bənzər Danimarkadakı rahatlıq və xoşbəxtlik anlayışını (əvvəlki postumu oxuya bilərsiz Hygge haqqında). Şamlar, kaminlər və yumuşaq yorğanlar, eləcə də dinc, rahat, mehriban və isti bir mühitdə qalmağa və xoşbəxt olmağa diqqət yetirmək hər iki fəlsəfədə vacibdir.Hə, deyəcəksiz elə eyni fəlsəfədir o zaman. Haqlısınız, bənzərdir, amma eyni deyil. Belə ki, evdə hazırlanmış ləzzətli yeməklər, sevimli içkidən bir fincan, çıtırtılı kamindən sakitlik hissi, şamların isti parıltısı...Bəli, bu Norveç Koselig-idir, amma burada əsas məqsəd başqa insanlar ilə əlaqəni hiss etməkdir. Səmimiyyət, rahatlıq və istilik təkcə şəxsi yaratdığımız mühitlə məhdudlaşmamalı, həm də digər insanlara qarşı olan münasibətlərimizdə özünü göstərməlidir.Məsələn, Everesti fəth edən ilk norveçli qadın Randi Skauq Koseliqin mahiyyətini belə izah edir: “Birlikdə/Bərabər olmaq anlamın çox vacib bir hissəsidir. Çünki özünüzə "Bu, koseliqdir!” deyə bilmirsiz. Lakin ətrafınızda başqa insanlar varsa, deyə bilərsiz.” Əgər Hygge bir kiçik anın sevincini yaşamaqdan danışırsa, Koselig bu anı başqası ilə paylaşmaq sevincindən bəhs edir.Bəlkə Koselig check list-i edək?Hətta bunu oyuna da çevirə bilərik. Belə ki, toplanan hər bir bal üçün siz koselig xalları alırsınız. Nəqədər çox toplasaz o qədər də norveçlilər bunu qiymətləndirəcək (hətta fəxr edəcək)Başlayaq: – zəif işıqlandırma (mümkünsə lampalarla) 2 bal– şamlar (bacardığınız qədər çox) 3 bal– alov/atəş (Norveçdə kamin tapmaq heç çətin deyil məsələn) 4 bal– elektron cihazları söndürmək (bəli, hamısını, o cümlədən televizor, telefonlar, planşetlər, noutbuklar, bildirişlərlə narahatçılıq verən hər şeyi) 3 bal– musiqi (aşağı səsdə və ancaq sakitləşdirici melodiyalar, sərt metal Finlər üçündür) 2 bal– isinmək üçün ilıq içkilər (qəhvə və ya konyak) 4 bal– sadə yemək (mümkün qədər faydalı) 2 bal – şirniyyat (evdə hazırlanmış vafli, o cümlədən evdə hazırlanmış giləmeyvə mürəbbəsi) 4 bal - yorğan, yastıq və digər tüklü əşyalar (evdə nə olursa olsun) 2 bal20 baldan çox topladınızsa, Koselig fəlsəfəsini anladınız deməkdir və Norveçə xoş gəldiniz!Bu qədər fəlsəfə yetər!Keçək ölkənin özünə)Bu dəfə sadəcə Oslonu görə bildim (ölkənin digər şəhərlərini və hissələrini görməyi planlaşdırıram gələcəkdə)Oslo bahalı şəhər olsa da, ödənişsiz edə biləcəyiniz əyləncələr tapa bilərsiz. 1. Oslo elə bil park-şəhərdir və bütün parkları açıq hava altında muzeydir sanki. Ən məhşurlardan: - Vigeland Heykəltaraşlıq parkı. Bu bir memarın yəni Gustav Vigeland-ın təmami ilə tək başına yaratdığı və bütün heykəllərin şəxsinə aid olduğu bir parkdır. Parkda 200dən çox heykəl var. - Ekebergparken - Frogner Park və s. 2. Oslofjordun gözəlliyini görmək üçün sahil boyunca gəzin. 3. Oslo dünyada yeganə şəhərdir ki, insanlar Operaya getməkdən çox, Opera binasının üzərində gəzir. Siz də gəzin.4. Osloda Kralın yaşadığı saraya gedin, bizim Axundov kitabxanasına oxşayır.5. Bjorvika Barcode massivi, müxtəlif hündürlükdə və genişlikdə on iki dar hündürmərtəbəli binadan ibarətdir. BARCODE konsepsiyasına əsaslanaraq, on iki bina müxtəlif memarlıq firmaları tərəfindən tikilib. Ümumi formadan başqa, binalar çox fərqlidir. Hər binanın özünəməxsus xüsusiyyəti, fərqli memarlıq detalları və qəribəlikləri Barkodu qeyri-adi memarlıq təcrübəsi ilə tikilən massivə çevirir.Muzeyləri sevirəm, amma hər şəhərdə ilk qaçdığım yer muzeylər deyil. Lakin Oslo tam da bu şəhərlərdəndir.Məsələn: - Muasir incəsənət muzeylərindən olan 2021-ci ildə yeni binaya köçürülən Munchun Muzeyi. Edvard Munch kimdir? Modernizmin ən görkəmli rəssamlarından biri. Rəssamlıq,qrafika incəsənəti, rəsm, heykəltəraşlıq, foto və film sahəsindəki inadkar təcrübəsi ona Norveç və beynəlxalq incəsənət tarixində özünəməxsus mövqe qazandırıb. 60 ildən çox yaradan Munch,həyatı boyunca 28.000 ədəd müxtəlif əsərlər yaradıb. Düşünsək ki, anadan olandan hər gün 1 əsəs yaradıb, o zaman 78 il yaşamalı idi, amma qismətə baxın ki, Munch sadəcə 75 il yaşayıb. Yəni, möhtəşəm yaradıcılıq qabiliyyətinə malik olan insan olub.Yəgin ki, elə ən tanınmış əsəri “The Scream”-i hamı bilir. Burada əsərin üç versiyasını görə bilərsiniz - rəsm, çizim və çap. Bunlardan biri nümayiş olunur. Qalan ikisi isə qaranlıqda “dincəlir”.Niyə? Çünki, Munch “The Scream”in bütün versiyalarını karton və ya kağız üzərində yaradıb, onlar kətan üzərində yağlı boya ilə çəkilmiş rəsmlərdən daha kövrək olur. Bu səbəbdən, temperatur, rütubət və oksigen səviyyələri kimi iqlim faktorlarına əlavə olaraq, işığa məruz qalması da məhdudlaşdırılmalıdır. İşıq şəkillərdəki rəng piqmentlərinə təsir edir, həmçinin zamanla kağız və kartonu parçalayır. Buna görə, hətta son illərdə muzey “The Scream”-in müxtəlif versiyalarının hər gün nə qədər işığa tab gətirə biləcəyini müəyyən etmək üçün bir neçə tədqiqat layihəsi həyata keçirib. Məlum olub ki, versiyaların heç biri hər zaman nümayiş oluna bilməz, ona görə də onlar sıra ilə göstərilir. Bununla da gələcək nəsillərin Munchun yaradıcılığı ilə canlı tanış ola bilmə ehtimalını təmin etmək istəyirlər.Digər tanınmış əsərlərindən: - Madonna; - Livets dans (həyat rəqsi)- Det Syke Barn (Xəstə Uşaq)- The Vampire (Vampir) - Puberty (Yetkinlik)- Stemmen (Səs)Şəhərdə məhşur olan digər muzeylər də var, məsələn: - Akershus Castle;- Fram Museum (möhtəşəm gəmi muzeyidir!) - Holocaust Center- Museum of Oslo- Nobel Peace Center- National History Museum- The Vigeland Museum- The National Museum- Astrup Fearnley Museet- Armed Forces Museum və s. Bu arada, sadaladığım bütün muzeylər, hətta daha çoxu, Oslo Pass aldığınızda biletə daxil olacaq. Oslo Pass nədir?- bu günlük biletlərdir ki, əldə etdiyinizdə, 1 bilet ilə müxtəlif muzeyləri ziyarət edə, və müxtəlif endirimlərdən yararlana bilirsiz.Başqa nə daxil olacaq? - Seçilmiş restoranlarda 20% endirim;- Oslo Fjord ətrafındaki bəzi şirkətlərin turlarına 15% endirim;- Oslo Filarmoniyasına və Oslo Opera evinə bələdçili və endirimli turlar;- Şəhərin 1 və 2 zonalarında limitsiz şəkildə ictimai nəqliyyatdan istifadə.Qiymətləri: 24 saat - 85 AZN48 saat - 124 AZN72 saat - 146 AZNAyrı ayrılıqda aldığınız zaman məsələn: Munchun muzeyi - 30 AZNFram muzeyi - 23 AZNNobel Muzeyi - 26 AZNYay aylarında gələcəksinizsə və 3 muzeyə bir gündə getməyi planlayırsınızsa o zaman artıq bu bileti almaq sərf edəcək. Çünki ictimai nəqliyyatda bir gediş 8 AZN-dir (!) (konvertasiya ilə birlikdə) günlük bilet isə hardasa 24 AZN.Buna baxmayaraq, Oslo da mənə Kopenhagendən daha münasib gəldi.Məsələn səhərlər kiçik kafe/market kimi yerlərdən kofe+bir şirniyyat (darçınlı bulkunu/cinnabon kimi, çox sevirlər, mənim kimi) sadəcə 7-8 AZN alırdım (special offer kimi hər yerdə belə endirimlər var)Otel: Mərkəzdə butik otellərin qiyməti - gecəsi min 170 AZN Restoran: İki nəfərik bir axşam yeməyi (sup, salat, ana yemək, alkoqolsuz içki daxil) təxminən 180-200 AZN tutacaq. Təbii ki az və ya çox da ola bilər məkandan aslı olaraq. Oslo Torp hava limanına düşürsünüzsə taksi, təyyarə biletindən daha baha başa gələcək. Belə ki, şəhər mərkəzinə 200$-a gətirəcək taksi. Lakin alternativiniz var, bu da shuttle bus-dır. Bir gediş 56 AZN. P.s Bununla da Skandinaviya turum bitdi. Amma mən də bitdimelə bilərsiz gəzməkdən yoruldum, əslabüdcəm bitdi, qayıdıram. Qaldı bircə Finlandiya və Sisu fəlsəfəsi, ora da İn şa Allah gedəcəm (reabilitasiyadan sonra).Skandinaviya qışda nağıldır, soyuq da olsa, boran da olsa, başqa bir mistik ab-havası var. “Osloda görməyə heçnə yoxdur” deyənlərdən başqa, soyuqdan qorxmayan hamıya Oslo səyahəti arzulayıram.İnsta səhifəm : https://www.instagram.com/uls_valleyBtw mənə bəzi səyahətlərimdə qoşulmaq istəsəz, instadan yazın, planladığım yerlərə qoşula bilərsiz.#oslo #norway Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ulkar Gurbanova

493 dəfə oxunub

Hind okeanındakı ekzotik cənnət - Seyşellər (PART 2)

Part 2. General Expenses & Interesting facts #Seychelles #Africa #Seyseladalari Əzəmətli məxmər örtüyə büründüyü yam-yaşıl dağların firuzəyi-sapfir rəngli sulara qarışdığı eyni zamanda zümrüd rəngli meşələrin içinde yoxa çıxdığı, başı duman buludları ilə örtülmüş nəhəng qayalar və fotogenik qranit silsilələrin, nəhəng tısbağaların olduğu və özünəməxsus hind qozunun (kokos) bitdiyi yeganə coğrafiya -- Seyşellər şübhəsiz ki, Hind Okeanının yeganə və nadir ada ölkələrindən biridir. Bugün də Seyşellərdən danışacağıq.    Bugün sizə Seyşel adalarının mətbəxi, supermarket və gündəlik xərcləriniz, ekzotik meyvələri və palması Coco De Mer haqqında danışmaq istəyirəm:Seyşel adalarının ən yaşlı canlısı 'Esmeralda' adında nəhəng tısbağadır. Deyilənə görə 300 yaşı var. Onu görmək üçün xüsusi icazə alınmalıdır. Adalarda digər yaşlardakı tısbağaları hər yerdə görmək mümkündür, belə ki burda yaşayan canlılar ümumiyyətlə digər yerlərlə müqayisədə nəhəngdirlər. Ömrüm boyunca yarım metr uzunluqda soxulcan görməmişdim, Seyşellərdə gördüm. Seyşellərdə nə yeyilir? Mətbəxi necədir, mütləq önərdiyiniz nələri yeməliyik? Sizə tanış gəlməyən hər bir yeməyin/desertin/meyvənin dadına baxın.Seyşelin yerli mətbəxi olduqca zəngin olan bir ölkədir. Belə ki, Fransız, Ərəb, Afrika, Hind və İngilis yemək mədəniyyətlərinin cəmi Seyşel mətbəxini yaratmışdır. Bir ada ölkəsi olduğundan təbii ki yerli yeməklərinin böyük bir hissəsini dəniz məhsulları təşkil edir. Kari ve plov da Seyşel yemək mədəniyyətinin bir hissəsidir. Restoranlarda dəniz məhsulları yemək sizə kifayət qədər xərc deməkdir. (380 rupi adambaşı təxminən, takeaway-lərdə daha ekonomik qiymətə 100-300 rupiye almaq olur)    İstənilən dəniz məhsulunu ən yaxşı halda Viktoriya bazarından alıb evdə bişirib, laym və yerli Takamaka Romu və ya SeyBrew (yerli pivə) ilə çox normal qiymətə başa gətirib nuş edə bilərsiniz. Digər adalarda da kiçik bazarlardan alış-veriş etmək mümkündür. Əlavə olaraq onu deyim ki, balıq yeməyən adam kimi qaldığımız 14 gün müddətində hərgün dəniz məhsulları yedim, ömrüm boyu elə dadlı balıqları heçbir yerdə yeməmişdim. ???? Ağız dadları bizimkilərdən tamamilə fərqlidir. Məsələn, 3-cü böyük adada qalanda (La digue) bizi alman dostumuz qonaq çağırmışdı, bizə "apple pie və Bamkuxen" etmişlərdi, un əvəzinə kartof püresi vurulmuşdu, təsəvvür edin puredən hazırlanmış tort yeyirsiniz. Dadı heç də pis deyildi. Axşama doğru, bütün evlərdən .am yeməyi saatlarında baharat və sarımsaq qoxuları küçələrə axır və sizi rəsmən acmağa məcbur edir. ????Curry (kari) və hindistan qozu yeməklərdə çox istifadə edilir. Adaya xas ekzotik meyvələrdən almanın 5-6 ekzotik növü var, eləcə də bananın. Asiya ölkələrində rast gəlinən tropik meyvələr burda da bitir. Bir çox yerlərdə rast gəlinməyən "natural viaqra" adını almış, üfunət iyli noni adında bir meyvə də var. Bu meyvəni bazarda tapmayacaqsınız, ağaclardan özünüz dərə bilərsiniz.    Sizə yalnız Seyşellərdə bitən 2 qeyri-adi tropik ekzotik meyvələr haqqında danışmaq istəyirəm : Onlardan biri Coco De Mer'dir.(Butt nut)???? Şəkildən görəcəksiniz ki, bu meyvə qadın genital (woman's buttock) formasındadır, bunun erkək forması da kişi genital formasindadir (The world's longest male flower rəsmi adı belə gedir), onun da şəklini paylaşıram, uzunluğu 1 metrə qədər ola bilir. ???? Olduqca bahalıdır.???? Haqqında internetdə oxuya bilərsiniz. Qısa onu deyim ki dünyanın ən böyük kokosu/qozu sayılır. (World’s biggest nut), çəki 15 -30 kg-a qədər, hətta 42 kg rekord həddə çatmış olanı da olmuşdur. Almaq və dadına baxmaq istəsəniz Praslin (Pralin kimi oxunur) adasına getməlisiniz, qiymətlər 5000-7000 Seyşel rupisidir. (1 Usd - 14 rupidir, 1 Avro- 16 rupidir.)    Digər bəhs etmək istədiyim meyvə "çörək meyvəsi" (bread fruit) onun haqqında mistik bir inanc var, ənənəvi bir şəkildə odda bişirilir. Bişirildikdən sonra duz və kərə yağı ilə turistlərə təqdim edilir. Labrin bazarında təşkil olunan food festivallarında kartof fri kimi və ya çips kimi də görə bilərsiniz, inanca görə əgər bu meyvəni yeyirsinizsə, şübhəsiz yenidən oraya qayıdacaqsınız. Şəklini paylaşıram.    İndi isə xərclərə nəzər yetirin :Daha öncələr dediyim kimi : Seyşel adaları olduqca bahalıdır. Bunu öncədən bilərək Seyşellər turu planlamanızı edin. Nə qədər bahalı desəniz : Avtomobil kirayəsi : Günlük 40-50 EuroBenzin : 26 RupiƏtin kilosu : 20-25 EuroSu altı yürüyüşü vs aktivitələr : 60-80 EuroSeyşeldə 1 litr su 15 Rupi (Mahe, digər adalarda 18 - 20 Rupi)4 ulduz otel : 2 nəfərlik 150-250 Euro. Guesthouse’lar və 1 ulduz otellər 75 EuroBiznes lunch menyusu (içki daxil olmaqla) 280 RupiFast food restoranında Big Mac Yemək və ya uyğun sendvic) 147-200 Rupi500 qr toyuq filesi 58 Rupi1 litr tam yağlı süd 40-50 Rupi12 yumurta 50 Rupi1 kq pomidor 77 Rupi500 qr pendir 136 Rupi1 kq alma 54 Rupi1 kq kartof 45 RupiSupermarketdə 0,5 l yerli pivə 54 Rupi1 şüşə qırmızı süfrə şərabı şərab maqazinlərində (Fransız) 170 Rupi2 litr Coca-Cola 56 Rupi2 nəfərlik çörək 29 RupiKirayə mənzil 85 m2 TƏMİRLİ 27.813 RupiKommunal xidmətlər, 1 aylıq (istilik, elektrik, qaz ...) 85m2 mənzildə 1,127 ₨ 2 nəfər üçün1.5 GGBYT İnternet : 299 Rupi. Ayrıca 100 Rupi de xətt haqqı. (Airtel firmasını tövsiyyə edirəm.)Gördüyünüz kimi, Seyşellər heç də ucuz deyil. Günlük olaraq, adambaşı ən az 70-100 Euro xərclərin gündəlik gedəcəyini nəzərə alın.???? Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Aksana Kaiser  

1365 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!