1269 dəfə oxunub

"Pizzanın vətəni" Neapol

Neapoldakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Bakının qardaş şəhəri olan Neapol. (Həqiqətən qardaş şəhərdilər ) Amma başdan xəbərdarlıq edim, yazı genişdir :)

Şəhər mənə görə Avropa şəhərindən çox, Latın Amerikası şəhərlərini xatırlatdı. Həm tikilişinə, həm də qayda-qanun hərləməyəm adamlarına görə :D

Hər nəysə, məsələyə şəhərə necə çatmaq olar ondan başlayım. Özüm Romadan səyahət elədiyim üçün avtobusla getdim. 2.5 saatlıq yoldur, bilet qiymətləri gedəcəyiniz saata və şirkətə görə 9-14 avro dəyişir. (goeuro.com) Neapolda avtovağzal Garibaldi metro stansiyanın yaxınlığında yerləşir. Bu yeri yaxşı yadda saxlayın, yenə lazım olacaq :) Metro ilə gedirsiniz Toledo stansiyasına. Metronun arxitekturasını görməyə dəyər, həmçinin, şəhərin mərkəzi küçələrinə çıxışdır o stansiya. Bilet bir gediş üçün 1.10 avro, bir günlük bilet (sadəcə metro üçün) 3.50 avro, bütün nəqliyyat vasitələri üçün isə 4.5 avro. Orda sizə 1 avrodan bilet satmaq istəyənlər olacaq, arxanıza baxmadan uzaqlaşın  Ümumən, Neapolda kim kömək təklif eləsə, "aa, nə yaxşı insandır" deməyin, çoxu fırıldaqçıdır  İçlərində yaxşıları da olur amma. Məsələn, 1 günlük kart almaq istəyirdim, amma aparat 5 avrodan böyük pulları qəbul eləmədiyi üçün ala bilmirdim. Ən xırda pulum 10 avro idi. Yanımda dayanan bir qızdan xahiş elədimki, 2 dənə 5 avrosu varsa 10 avro ilə dəyişək. Dedi yoxdu, amma al bu 5 avronu biletini al. Təbii ki almadım, sonra bilet məntəqəsindən aldım bileti :)22549815_1556928484365138_412277896160703884_n

"Bir addım atmazdan öncə iki dəfə düşün. "Bu qaydanı Neapolda unudun. Bir addım atmazdan öncə 10 dəfə düşünün, çünki ətrafdakı oğrular sizin çantanızı, və ya telefonunuzu oğurlamaq üçün əvvəldən sizin hara addım atacağınızı düşünüb ona görə plan qururlar  Tədbirli (və ya şanslı) olduğum üçün başıma heçnə gəlmədən geri qayıtdım, amma couchsurfinglə eyni adamın evində qaldığım yunan oğlan şəhərə çatan kimi telefonunu oğurlatmışdı, özüdə əlində işlətdiyi halda :) Scouter ilə ruhunu belə incitmədən yanından ötüb telefonunu əlindən alıblar. Çalışın bel çantanızı qabaq tərəfdən asın, arxa cibinizə heçnə qoymayın, yolun sağı ilə hərəkət edəndə telefonu sağ, solu ilə gedəndə sol əlinizdə tutun.

"Tanrının əlinə sahib Maradona". Futbola baxanlar bilər, Maradona Napoli klubunun canlı əfsanəsidir. Şəhərdə ona qarşı elə böyük sevgi var ki, hər yerdə şəklini, formasını tapmaq olar. Hətta, məni qonaq edən oğlanın dediyinə görə, Maradonanın adını daşıyan kilsə belə var.

"Pizzanın vətəni" Neapol... Əgər ora gedib pizza yeməyəcəksinizsə, heç boşuna getməyin. Kiçik bir məsləhət: "Di Matteo" adlı yerə gedin pizza üçün, ən məşhur yerlərdəndir. Ünvanı: via dei Tribunali 94. Şəkildəki pizza üçün servis haqqı daxil 7 avro ödədim. "Aa, qırağı boş xəmirdir ki!" deməyin, çünki ofisiant pizzanı gətirəndə "Romadan bura bunun üçün mü gəldim?" dedim öz-özümə, amma o xəmirin içi yumuşaq donuz əti və buffalo mozzarella doludur. Bu arada adını niyə elə qoyublar bilmirəm, amma adı "World Cup" pizzadır. Digər məşhur təamları sfogliatte adlı şirniyyatdır. Mən limon sevmədiyim üçün bəyənməmişdim dadını, bəlkə siz bəyənirsiniz :) Qiyməti 2-3 avro arasıdır. Digər bir mütləq eləməli olduğunuz şey isə Neapol kofesi içməkdir :) Qiymət 1 avro.22555064_1556934781031175_5139351037624956044_n

Gəzməyə piazza Plebiscito adlı yerdən başlaya bilərsiniz, Toledo metrosu tərəfdədir. Ordan düşün üzüaşağı dəniz qırağına, 7 qaladan birini gəzin. Mən Castle Nuevo adlı yerə getdim, giriş 6 avro idi, pula heyfim gəldi. Hər hansı bir özəlliyi yox idi. Digər qalalar pulsuzdur mən bilən. Şəhərin təpəsindı yerləşən Santelmo-dan başqa. Səhv eləmirəmsə, 2.5 avro idi qalanın başına çıxmaq. Onda bütün Neapol olacaq ayaqlarınızın altında :) Şəhərin əsas yeri məncə spaccanapolidir. Mən hava qaralanda getdiyim üçün yaxşı şəkil çəkə bilmədim, google edin baxın necədir :) Şəhərdə qarşınıza çıxan istənilən kilsəyə girə bilərsiniz, amma ən əsası San Lorenzo kilsəsinə mütləq girməlisiniz.

Görünür çox yazdım, keçim Amalfiyə  Neapoldan Amalfiyə getmək üçün yuxarıda lazım olacaq dediyim Garibaldidən gedə bilərsiniz. Ordan çıxıb "Napoli Centrale" adlı stansiyaya keçin və "Circumvesuviana" adlı xətlə gedin Sorrentoya. Qatar bileti 3.90 avro, 1.5 saatlıq yoldur. Sorrentoda vağzaldan çıxan kimi yolun qarşısında avtobuslar görəcəksiniz onsuz. Positanoya gedən bilet alın, 3 avrodur amma 1-2 kəlmə italyanca danışıb 2 avroya almaq olur :) Avtobusda mütləq sağ tərəfdə oturun ki, o möhtəşəm (!) mənzərəni görə biləsiniz. Positanoda düşüb sahilə tərəf gedin və mütləq Amalfi çimərliyində dənizin dadını çıxarın. Mən özüm gedə bilməsəm də, Ravello şəhərinə də gedin, Positanodan 25 km uzaqlıqdadır. Positano turistik yer olduğu üçün hər şey bahadır. Məsləhətim hər yerdə 6-7 avroya yeyə biləcəyiniz pastaya orda 15-18 avro verməkdənsə, sahilə düşən yerdə market görəcəksiniz, orda özünüzə "sandwich" düzəltdirin, 4-5 avrodur. Digər bir variant özünüzlə yemək-içmək aparın 

PS: şəkilləri də əlavə edirəm

PSS: özüm də bu məlumatların hamısını Neapolda təhsil almış Gunel xanımdan alıb ona uyğun hərəkət eləmişəm, bir daha təşəkkür :)

PSSS: Şəhərə nəyə görə də olmasa, gözəl Napolitan qızlarına görə getməyə dəyər 

PSSSS: Özüm yazanda yoruldum, sona qədər oxumağa səbriniz çatıbsa, halal olsun sizə 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Elvin Alıyev

DİGƏR BLOQLAR

Misir bələdçisi

Ayaqlarım torpağına dəyməmiş, tarixinə heyran olduğum yerlər .Hər vaxtınız xeyirli və maraqlı olsun, Gəzəyənlər. V sinifdə " История древнего мира” keçəndən , Misir, İtaliya ( qədim Roma) , Yunanıstan tarixlərinin vurğunu oldum . Demirəm dəlicəsinə arzuladım, yox, sadəcə içimdə sakit və qəti bir inam yarandı - mən böyüyəndə bu tarixləri gözümlə görəcəm ))Gəzəyənlər, sizinlə Misir haqda bölüşmək istiyərdim.Misir Afrika materikində yerləşir , şimaldan Aralıq , şərqdən Qırmızı dəniz əhatə edir . Bu iki dənizi 1869-cu ildə süni salınmış Süveyş kanalı (Suez Canal ; Суэцкий канал) birləşdirir . Kanal Asiya və Afrika'nın coğrafi sərhədi hesab olunur və hər il Misirin büdcəsinə 4- 5 milyard $ gəlir gətirir .Bir maraqlı faktı da deyim . Juzeppe Verdi "Aida" operasını Misirin hıdivi İsmayıl paşanın istəyiylə Süveyş kanalının və Qahirə Opera teatrının açılışı eşqinə yazmışdı . (Hıdiv - Misirin vise-sultanının titulu deməkdir. 1867-dən 1914-dek Misir Türkiyə'nin himayəsi altında olmuşdu).Dünyanın 7 möcüzəsindən 2-si bu diyarda yerləşir - Misir piramidaları və İskəndəriyyə Fənəri (Александрийский маяк ;Lighthouse of Alexandria).İlk dəfə Misirdə 2007 oldum. Sonrakı gedişlərimin səbəbi nə tarixə vurğunluğum, nə Qahirə və Nil çayına bayıldığım olmadı ), Qırmızı dəniz oldu❗️Qahirə (Cairo ; Каир)- "Şərqin qapıları" , "1000 minarələr" şəhəri adlanılır . Gəzməli , görməli , heyran olmalı yerləri çoxdu . Misirin paytaxtı nə qədər möhtəşəmdirsə, o qədər də çirkli , çooooxxxx çirklidir .Şəhər boyu uzanan süni salınmış su kanalını qahirəlilər zibillə necə doldurmuşdularsa, təmizləmək mümkün olmadığından, kanalı betonla doldurub örtmək qərarına alınmışdı. İnsanları da məndə heç də müsbət fikir yaratmadılar (İstirahət zonaları tam ferqlidi❗️ Yaşıllıq, gül-çiçəkli , ideal təmizlik , xidmət edən otel personalı - mədəni, gülərüz, temkinli . Yəni hər şey çox səviyyəli ( olduğum otellərə esaslanaraq söyləyirəm) İstirahət etməyi iki tipə bölürəm : passiv - çimərlik +otel istirahəti və aktiv , yəni , rükzaki aldın belinə - ayaqlarına qüvvət, gözünə işıq - gəz və gör. Misir üçün bu iki tipin sintezi əlverişlidi . Mart, aprel, may ayları məsləhətlidir .Olduğum bölgələr- Таба, Шарм-эль-Шейх, Эль-Гуна , Хургада, Марса-Aлам . Hər birindən çox razı qalmışam . Çimərlik istirahəti üçün hər bölgə uyğundur . Dayvinq və vindsörfinq üçün -1ci Şarm-el-Şeyx ve Mars'a-Alam, 2ci Xurqada məslətlidir. El-Quna sakit istirahət üçün gözəl bir yerdi❗️Tabaya nəzər salın. Yordaniya, İsrail və Saudi Arabistan'la sərhəddir. “InterContinental Taba Heights Resort” otelinə 18 qünlük tur-paket qötürdük . Tabada , yerli turfirmaların vasitəsile 3 qünlük İsrail'ə , 1 qünlük İordaniyaya ekskursıya aldıq. Avtobusla gecə 22.00 yola çıxdıq , 20 dəqiqəyə İsrail sərhədində olduq . Turist axını çox olduğundan və sərhədçilər canı-dildən yoxlama apardıqları səbəbdən 3 saat vaxt itirdik.Yordanıyaya gəmiylə 30-35 dəqiqəyə çatdıq , sərhəddə problem olmadı .Böyük Sfinks - insan sifətli , şir bədənli bu skulptura çox sirlər daşıyır . Piramidalardan qədim sayılır .Herodot 445 il e. e. Misirdə olmuş və səyahəti haqda tarix yazmışdır. Sfinksdən bir kəlmə belə söyləməmişdir . Səhra qumu Sfinksi dərin basdırdığı səbəbden , Herodotla görüş baş tutmamışdı )))Luksor və Karnak məbədlərini 3 km uzunluğu olan sfinkslər xiyabanı birləşdirirdi . İndiyədək bu xiyabanın qazıntıları davam edir . Fotoda - Luksor məbədinin birinci giriş qapıları və svinkslər xiyabanının bir parçası .Xatşepsut məbədi . Xatşepsut qadın-firon olub, 1489-1968 il b.e.e hökümranlıq edib. Misirin tikinti inkişafında və iqdisadiyyatının yüksəlməsində böyük iz qoyub .Fotodakı məbədi firon öz sağlığında özü üçün 9 il müddətində tikdirib. Bizim zamana yalnız məbədin fundamenti toxunulmaz qalıb . Gördüyünüz möhtəşəm tikinti təzə yaradılmışdır .Xatşepsut sifətli qranit sfinks və Xatşepsutun mumiyası Qahirə muzeyində saxlanılır.P.S.Misir tarixində 4 qadın-firon olub: Tetişeri , Axxo-tep ll, Yaxmos-Nefertari və Xatşepsut.Qədim və tükürpədici tarixi olan bu diyari gəlib görməyə dəyər ❗️Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Sevinch Huseynqizi 

2262 dəfə oxunub

Moskva bələdçisi

Salam DostlarBu gün sizlərlə Moskvaya Səyahət Təcrübəmi bölüşmək istəyirəm. Ümidvaram postum kimlərəsə faydalı olar. 1. Səyahət Öncəsi: Moskvaya gediş dönüş biletimi Aeroflot-dan 850 manata əldə etmişdim( Economy Class+10 kg Baqaj). Səyahətdən maksimum 72 saat əvvəl PCR testi vermək lazımdır. Mən testi Neftçilər stansiyası yaxınlığında yerləşən 18 nömrəli birləşmiş şəhər xəstəxanasında verdim. Testin qiyməti 40 manat idi və 1 gün ərzində hazır oldu. Test nəticəsini xəstəxanadan götürməyə ehtiyac olmadı, sadəcə travel. its. gov. az-da şəxsi məlumatları qeyd edib nəticəni çap etmək olur.2. Moskvaya uçuş: Aeroport-da check-in uçuşdan 3 saat əvvəl başladı. Çəkisi 5kg olan bel çantamı kabinə keçirməyə icazə verdilər( P.S. Böyük səyahət çamadanı keçirənlər də var idi). 3 saat sonra Moskvaya, Sheremetyevo hava limanına eniş etdik və ilk şokumu passport kontrolda yaşadım. Aeroport işçisi ingilis dilini bilmirdi, və rus dilində zəif danışan biri olaraq kommunikasiya qurmaqda çətinlik çəkdim. Elə bu an başa düşdüm ki, səyahətimin ardında dil barədə çətinliklər çəkəcəm. Aeroport daxilində müxtəlif mobil operatorların mağazaları var idi və 650 rubl ödəyərək beeline nömrə aldım( 50gb internet+700 dəq danışıq daxil).3. Moskva:Əvvəla onu deyim ki, Moskva deyib keçməyin, hər küçəsi tarix və sənət əsərləri ilə dolu bir şəhərdir. Aeroport-dan Metroya Aeroekspress sürət qatarı ilə təqribən 1 saata çatdım( bilet 400 rubl). Moskvaya gəlmədən öncə telefona metro xəritəsi yükləməkdə fayda var. Əslində Moskva metrosu çoxlarının dediyi kimi qəliz deyil, metro daxilində hər yerdə işarələr olduğu üçün, telefonunuzda xəritə olarsa azmazsınız( metro gediş haqqı 60 rubl). Moskvadakı vaxtım məhdud olduğu üçün sadəcə ən məşhur yerləri gəzə bildim. Mən getdiyim ərəfədə Qırmızı Meydanda kitab festivalı olduğu üçün xeyli insan var idi. Rusların cavan nəsli əksəriyyəti ingilis dili bildiyi üçün və yaşlı nəslə nisbətən mehriban olduğu üçün onlarla söhbətləşə bildim. Amma 40+ yaşı olanlardan heç yol da soruşmaq olmurdu, rus dilində danışsam belə kobud cavab verirdilər.Azərbaycanla nisbətdə şəhərdə ərzaq qiymətləri təqribən 2 dəfə bahadır. Moskva barədə sevmədiyim digər məqam isə, bizdəki kimi böyük supermaketlərin az olmağıdır. Bəzi yerlərdə mini-marketlər var amma orda da çeşid az idi. Amma bütün bunlara baxmayaraq şəhər çox xoşuma gəldi və fikrimcə bir daha gəlib gəzməyə dəyər.4. Bakıya dönüş:PCR testini hava limanında 2750 rubl ödəyərək 1 saata əldə etdim( Növbə olmadığı üçün mən 1 saata əldə etdim, əsində bu qiymətə 2 saata hazır olur).Uçuş problemsiz oldu və 3 saat-a Bakıya çatdım.Sona kimi oxuduğunuz üçün minnnətdaram. Qismət olsa sonrakı yazımda Helsinki-yə səyahət təcrübəmi bölüşəcəm. Suallarınız varsa rəylərdə soruşa bilərsiniz.Təşəkkürlər,Şamil NiftəliyevƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Shamil Niftaliyev

1536 dəfə oxunub

Aşağı büdcə ilə Kiyev səfəri

Kiyevdəki otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Əziz dostlar, bu yazıda Sizə faydalı olacağını düşündüyüm üçün Ukraynanın paytaxtı Kiyev şəhərinin turistlər üçün çox əhəmiyyətli olan bəzi strateji nöqtələrinə taksi istifadə etmədən, ən ucuz yollarla, ictimai nəqliyyatı istifadə edərək necə gedə biləcəyiniziizah etməyə çalışdım. Bunun üçün Kiyev şəhərinin əsas nəqliyyat şəbəkəsi xəritəsini də istifadə etdim və hesab edirəm ki, şəkillərlə mövzu daha da başa düşülən olacaq. Beləliklə, “couchsurfing”çilər, “airbnb”çilər, yaxın gəlin…Julyanı Hava Limanı (IEV) və ya Kiyev Beynəlxalq Hava Limanıİlk olaraq Kiyev Beynəlxalq Hava Limanı (Julyanı) ilə başlayaq. Nəzər alsaq ki, Buta Airways də Bakı-Kiyev-Bakı uçuşlarını bu hava limanından həyata keçirir, bu ucuz yolu bilmək çoxumuza faydalı olacaq. Təbii ki, ucuz təyyarə bileti alıb, daha sonra da taksilərə 20-30 dollar vermək istəmiriksə (ki, istəmərik).1924-cü ildən fəaliyyət göstərən bu hava limanı beynəlxalq saytlarda, axtarış sistemlərində daha çox Julyanı / “Zhuliany” (Жуляни) adı ilə bilinir. Amma bu hava limanı əslində adı gedən qəsəbədən daha çox məşhur Sikorski vertolyotlarının da yaradıcısı olan və Kiyevdə doğulmuş İqor Sikorskinin adını daşıyır. Nə isə, indi də şəhərin müxtəlif nöqtələrindən bu hava limanına ən ucuza getməyin yollarına baxaq.[googlemaps https://www.google.com/maps/embed?pb=!1m14!1m8!1m3!1d5085.126030773979!2d30.443291999999996!3d50.411981!3m2!1i1024!2i768!4f13.1!3m3!1m2!1s0x0%3A0x27666bcb99529f88!2z0JzQtdC20LTRg9C90LDRgNC-0LTQvdGL0Lkg0LDRjdGA0L7Qv9C-0YDRgiDQmtC40LXQsiDQltGD0LvRj9C90Ys!5e0!3m2!1sru!2str!4v1537081875966&w=600&h=450]Kiyev eynilə Bakıdakına bənzər (çox təəccüblüdü?) bir metro sisteminə malikdir. Amma təbii ki, bu şəbəkə bizdəkindən daha uzun və əhatəlidir. Üç ayrı metro xətti (M1,M2, M3) var və bunlar üç yerdə mərkəzi stansiyalarda (28 May və Cəfər Cabbarlıstansiyaslarında olduğu kimi) kəsişir, keçidlərlə bir-birinə bağlanır. Detalları aşağıdakı xəritədən də görmək mümkündür.Şəhərin bir çox nöqtəsinə bu yolla gedə bilərsiniz və çox ucuzdur (sadəcə 8 UAH/Ukrayna Qrivnası = 0.28 USD/Dollar = 1.80 TL/Türk Lirəsi = 0.48 AZN;  [07.09.2018 üçün]).Metro və trolleybus xətlərini istifadə edərək (iki vasitə ilə) və 16 UAH xərcələyərək şəhərin bir çox nöqtəsindən Kiyev Beynəlxalq Hava Limanına gedə bilrəsiniz. Sizin üçün xəyali bir istiqamət seçək. Misal üçün, hər hansı bir metro stansiyadan hərəkət edərək M2 xəttində Ploscha Lva Tolstoho (Площадь Льва Толстого) stansiyasına gəlirsiniz, oradan da 9 nömrəli trolleybusla lap hava limanının qarşısında düşürsünüz (Fedora Andersa dayanacağı, hər dayanacaq əvvəlcədən səsli olaraq elan edilir,  İlon Mask əmi demiş “Don’t panic!”). Əsl kasıb malıdır. ????Artıq çox asanlıqla Julyanı (Жуляни) Hava Limanından şəhərin hər hansı bir nöqtəsinə getməyin yolu da müəyyən edilə bilər. Necə? Çox sadə. Eyni şəkildə, hava limanının çıxışının tam qarşısında yerləşən dayanacaqdan (Fedora Andersa) trolleybusa minib M2 metro xəttində yerləşən Ploscha Lva Tolstoho (Площадь Льва Толстого) stansiyasına gəlirsiniz. Buradan da şəhərin istənilən nöqtəsinə metro ilə gedə bilərsiniz.Borispol Beynəlxalq Hava Limanı (KBP), Vağzal və Avtovağzal[googlemaps https://www.google.com/maps/embed?pb=!1m14!1m8!1m3!1d5093.038269512485!2d30.893926999999998!3d50.338222!3m2!1i1024!2i768!4f13.1!3m3!1m2!1s0x0%3A0x690a2c5d49d870da!2z0JDRjdGA0L7Qv9C-0YDRgiDQmtC40LXQsiDQkdC-0YDQuNGB0L_QvtC70Yw!5e0!3m2!1sru!2str!4v1537083216263&w=600&h=450]1959-cu ildə Kiyevdən təxminən 30 km şərqdə salınan Borispol (Борисполь) Hava Limanı 2017-ci ildə 10 milyondan çox sərnişinə xidmət göstərib və ölkənin sərnişin hava nəqliyyatının 65%-ni həyata keçirir. Aydın olur ki, əslində Kiyevin ən böyük hava limanı məhz Borispoldur və demək olar ki, əksər beynəlxalq və qitələrarası uçuşlar buradan həyata keçirilir.Eləcə də Ukraine International Airlines (UIA) da Bakı-Kiyev-Bakı uçuşlarını məhz bu hava limanından həyata keçirir. Bəzən də Bakıdan Buta Airways ilə Julianı Hava Limanına gələn sərnişinlər Avropaya və dünyanın bir çox şəhərinə məhz Borispol Hava Limanından uçur. Bu baxımdan da bu nöqtələr arasındakı ucuz nəqliyyat yollarını bilmək fayadlı olacaq. Yoxsa təyyarə biletindən qənaət edilən pullar taksilərdə xərclənməli olacaq.Borispol Hava Limanına getmək üçün də metro və avtobus xətti istifadə edilə bilər. Ucuz və sərfəli. ???? Yenə də xəyali bir istiqamət götürək.Burada da fikrimcə iki yol daha sərfəlidir (lazımi nöqtələr qırmızı ox ilə göstərilib). Birincisi, hər hansı bir metro stansiyasından M3 xətti ilə Kharkivska (Харьковское) stansiyasına gəlirsiniz və daha sonra 322 nömrəli avtobusa minə bilərsiniz. Yaxud da, M1 xətti üzərində yerləşən Vokzalna (Вокзальная) stansiyasına gəlib (ki, AVTOVAĞZAL və VAĞZAL (DƏMİR YOLU VAĞZALI) da burada yerləşir) oradan birbaşa 322 nömrəli avtobusu istifadə edə bilərsiniz. Bəlkə də şəhəri daha çox görə bilmək üçün bu yol daha yaxşıdır. ????Kiyev Çay Limanı (Kiev River Port)[googlemaps https://www.google.com/maps/embed?pb=!1m14!1m8!1m3!1d5080.067629706109!2d30.527004!3d50.459095!3m2!1i1024!2i768!4f13.1!3m3!1m2!1s0x0%3A0xa41a6ed7ce331960!2z0KDQtdGH0L3QvtC5INCy0L7QutC30LDQuw!5e0!3m2!1sru!2str!4v1537083469795&w=600&h=450]Çay Limanı təbii olaraq möhtəşəm Dnepr çayının qərb sahilində yerləşir. Amma bura sadəcə əhəmiyyətli bir nəqliyyat qovşağı deyil, eyni zamanda şəhərin ən gözəl çay və körpü mənzərələrindən biri də buradadır. Qarşısında da funikulyor yerləşir (o da 8 UAH, necə deyərlər, məşhur çizgi filmimizdə olduğu kimi – hər şey bir qapaza). Eyni zamanda buradan çox sayda gəmi Sizi əsrarəngiz Dnepr çayında gəzdirə bilər (puluna minnət ???? ). Yaxşı, buraya necə gedə bilərsiniz?Eyni şəkildə, yenə də metro xəttini istifadə edə bilərsiniz. Etməli olduğunuz sadəcə  M2xəttindəki Poshtova Ploscha (Почтовая площадь) stansiyasında (qırmızı oxla göstərilib) çıxmaqdır. Çıxan kimi bir tərəfinizdə körpüləri və Kiyev Çay Limanını, digər tərəfinizdə isə funikulyoru görəcəksiniz.Ümid edirəm ki, ucuz yollarla səyahət etmək istəyən dostlara faydalı oldu. Suallarınız olarsa, aşağıdakı rəylər qisminə yaza bilərsiniz. Bildiklərimi ən qısa zaman içində cavablandırmağa çalışacağam.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Tehran Abdurrahimov

710 dəfə oxunub

İsveçrənin ən kosmopolit şəhəri - Zürix

Zürixdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bir gün metroda SNCFin (Fransada dəmiryolu şirkəti) “29 euroya İsveçrə” reklamını görüb təcili Paris-Zürich biletimi aldım. 60 euroya Zürichə getmək çox ucuz göründü gözümə. Amma təbii ki, bu İsveçrəyə gedib çıxana qədərki düşüncələrdir. Çünki İsveçrə deyildiyi qədər bahalı deyil, daha da bahalıdır. Yeri gəldi bir lahmacuna 10CHF (təqribən... erhhm 18AZN) ödədim, yeri gəldi 30CHF olan pizzalara baxıb oha dedim. Çox gəzdim, çox şey öyrəndim, yağışa düşdüm, İsveçrəlilərin təbiətinə valeh oldum .Səyahətə Paris Gare de Lyon-dan başladım. Təqribən üç saat sonra peyzajın dəyişməsilə İsveçrəyə çatdığımızı anladım. Yol üstü Baselə göz vurub Zürichə çatdıq. Qatarla səyahətin ən gözəl cəhətlərindən biri birbaşa şəhər mərkəzinə çatmaqdır. Zürich HB vağzalında eurolarımı rəngbərəng İsveçrə frankına dəyişib turizm ofisindən ZürichCARD aldım, şəhər xəritəsini götürüb düşdüm şəhərin canına. Səyahət haqqında isə ilk hissəsini müşahidələr, ikinci hissəsini isə gəzintiyə ayırdığım bir yazı yazdım.Zürich müşahidələrimMoney, money, moneyİsveçrəlilər varlıdırlar, sirr deyil. Amma bu qədər varlı olduqlarını açığı mən də bilmirdim. Pul vahidləri frankdır. 1CHF təqribən 0,86 euro, yəni 1,75AZN edir. İki devalvasiya görmüş birinə bir sillə, bir qapazdır bu məzənnə. Mən 1CHF=1euro deyə düşünüb xərcləmələrimi ona görə elədim, daha doğrusu xərcləmə etməməyə çalışdım. Amma əskinazları rəngbərəng belə çox şirin şəkərdir, kazıklandığını sənə unutdurmağa çalışıblar, o qədər baha olmasa adam birini xatirə saxlamaq istəyir vallah. Qəpikləri isə ayrı aləmdir. 50 qəpikləri ½ Fr deyə qəribə bir sikkədir, onu xatirə saxladım.DilDörd rəsmi dili olan İsveçrənin Zürich kantonunda yalnız Alman dilində danışırlar, bir də ingilis. Amma hamı ingiliscə bilmir. (Migrosdakı qıza 15 dəqiqə ərzində 3 dildə toyuq salatı istədiyimi izah etdim, başa düşmədi, az qala yumurtlayacaqdım orda ki, başa düşsün). Dönərləri ilə dünyamızı şənləndirən türk qardaşlara da çox rast gələcəksiniz.Dəqiqlikİsveçrə dəqiqliyi dedikləri şeyin həqiqətən də mövcud olduğunu gördüm. Əvvəla hamının qolunda saat var, hər yerdə saat var. Saat muzeyi belə var. Dünyadakı ən yaxşı saatsaz olduqları üçün mü dəqiqdirlər, yoxsa dəqiq olduqları üçün mü saatsazdırlar? Yumurtadanmı toyuq çıxır, toyuqdanmı yumurta çıxır? Cavabını bilmədim, amma saniyəsinə qədər dəqiqdirlər. Bakıdakı nəqliyyatın çox intellektual idarəsini və Parisdə SNCF-in gecikmələrini görmüş biri olaraq tramvayların saniyəsi saniyəsinə dəqiqliklə gəldiyini görmək heyrətləndirici idi. Amma gəl gör ki, bu dəqiqlikləri bəzən çox bezdirici olur: axşam Migrosun bağlanmasından 10 dəqiqə əvvəl özümü marketə atıb alışveriş edirdim, xanım başımın üstündən çəkilmirdi ki, bağlayırıq.TransportƏn yaxşı nəqliyyat vasitəsi ayaqlardır. Zürich ümumilikdə İsveçrənin ən böyük şəhəri olsa da, görülməli yerlər şəhər mərkəzindədir. Mərkəzdən uzaq ancaq Uetliberg mütləq görülməlidir. Amma vaxt itirməmək və cazibəsinə qarşı durmamaq üçün şəhərin simvolu sayılan ağ-mavi tramvaylara minmək lazımdır hərdən.Mən kontrolla rastlaşmadım, amma cərimələnib səyahətinizi burnunuzdan gətirmək istəmirsinizsə, risk etməyib ZürichCARD alın. 24 saatı 27CHF olan ( 72 saatlıq növü də var) bu kartı Zürich HB-da yerləşən turizm ofisindən əldə edə bilərsiniz. Kart şəhərin transport sistemindən pulsuz istifadə, muzeylərə pulsuz giriş və bir çox güzəşt imkanı verir. Gecə avtobusu və gəmi turu üçün əlavə 5CHF verib supplementary ticket almaq lazım olur. Məsləhətim odur ki, piyada gəziləcək yerləri bir gün üçün planlaşdırıb, Uetliberg və muzeyləri digər 24 saat ərzində görəsiniz (saatı yaxşı hesablayın )QidalanmaZürichi tək kəlmə ilə ifadə etmək olar: baha. Normal bir restoranda pizzanın 30CHF (təqribən 52AZN!) olduğunu nəzərə alsaq, restoranlarda oturub aristokratcasına yemək yemədiyimi anlamaq üçün münəccim olmağa ehtiyac yoxdur. Mən bir addım daha irəli gedib Parisdən özümlə iki sendviç belə götürmüşdüm ki, birini yolda yeyərəm, digərini Zürichdə. Qaldığınız hosteldə/hoteldə özünüzlə sendviç hazırlamaq imkanınız varsa, sendviç götürün. Yoxdursa, Migrosa bir baş çəkin, ucuz restoran kimi filialları var, qiymətləri daha münasibdir. Mənim seçdiyim variant isə Kebab oldu ♥. Dünyanın hansı şəhərinə getsəniz orda bir kebab, içəridə isə bir türk qardaş görəcəksiniz. Mənə daha əvvəl “lahmacuna 18 AZN verəcəksən” desələr, “başın xarab olub” deyib gülərdim, ta ki Zürichə gələnə qədər. Ən ucuz yemək variantının 10 franklıq lahmacun/dönər olduğu bir şəhər düşünün. Buna görə də Zürichdə gedilə biləcək kafe/restoran tövsiyyəm yoxdur, üzrlü sayın.Yeməyin bu qədər baha olduğu bu şəhərdə, çox şükür, su pulsuzdur və tam təmizdir. Bakıda marketlərdə astronomik qiymətlərə satılan Alp suyunu burda tam pulsuz içə bilərsiniz. Ona görə də İsveçrədə marketdən su almağı ağlınızdan belə keçirməyin, bir butulka götürüb doldurun, təmiz, saf Alp suyu ;)Həyatımda ən ləzzətli suyu Rieterparkda içdiyimi iddia edirəm.AlışverişEtməyin. Eləməyin. Hər şey bahadır. Markalar desəniz, eyni markanın daha ucuzu Bakıda var. İsveçrənin simvolu olan saat almaq üçün isə böyrəyinizi satmalısınız. İsveçrə bıçağı və ya maqnit ala bilərsiniz (maqnit belə 10CHF idi, əl-insaf)Küçələrə su səpmişəmPlanımı əvvəldən qurduğum üçün ZürichCARDı növbəti gün üçün saxlayıb ayaqlara qüvvət verirəm. Vağzaldan Bahnhofplatza çıxıram, ordan da Bahnhofstrasse ilə irəliləyirəm.Zürichdə bu iki rəngi çox görəcəksiniz: ağ və mavi. Kantonun rəsmi rəngləridir və tramvaydan gölün rənginə qədər hər şey ağ və mavidir. Uraniastrasse və Bahnhofquai ilə irəliləyərək qarşı sahildəki binalara baxıram, ilk dəqiqələrin verdiyi o möhtəşəm vauuu hissi ilə gəzirəm hələ ki. Çayın o biri sahilinə keçib Niederdorfstrasseni kəşf edirəm. Bütün küçələri ayrı bir gözəl olan Zürichin strasse və gasse-lərində gəzib nəyahət Lindenhofa gəlib çıxıram. Lindenhof Zürichin gözəlliyini seyr edə biləcəyiniz ən mükəmməl məkandır. Sözlə ifadə olunmayacaq dərəcədə gözəldi.St Peter Kirche ətrafındakı küçələrlə Münsterhof meydanına çıxıram. Zürichdəki ən məşhur kilsələrdən biri olan Fraumünsterin yanındakı bu meydanda Parisin simvolik skamyalarını görüb biraz təəccübləndim doğrusu, amma çox şirin bir hiss oldu. Qarşı sahildə Zürichin məşhur tikililərindən olan Helmhaus görünür.Plan şəhər mərkəzindən bir az uzaq olan hostelə piyada getmək, bu vaxt ərzində isə Zürichin gözəlliyindən zövq almaqdır. Stadthausquai ilə irəliləyib tramvayların kəsişdiyi, gəmilərin gəlib-getdiyi Bürkliplatza gəlib çıxıram. Sonra Zürich gölünün sahilindəki yaşıllıqlara atıram özümü. Burda çox böyük iki dərs öyrənirəm: 1. hava proqnozu proqramlarına inanma; 2. yayda səyahət edirsənsə, mütləq çimərlik paltarı götür. Niyə deyə soruşsanız, hava proqnozuna görə yağışlı günlərin məni gözlədiyini düşündüyüm Zürichdə günəş parıldayır, şəhər əhli yaşıllıqda uzanıb özünü günə verir, gölə girib üzürlər. Belə çox kədərli bir hal alıb ayaqlarımı suya salmaqla kifayətləndim. Suyu bu qədər şəffaf olan Zürich See-də üzə bilməməyimin heyfini başqa bir gəzintidə çıxacağıma qət etdim. Yalan olmasın, 2 saata qədər sahildə oturmuş olaram. İnsanlar mutlu, insanlar gülüyor, insanlar yüzüyor. Hava qaralana yaxın tərpənmək vaxtıdır deyib hostelə tərəf yollandım.Ucuz və sərfəli olsun deyə Zürich Youth Hosteldə bir çarpayı book eləmişəm. Hostel də dağ başında, inin cinin top oynadığı bir yerdədir. Normalda Parisdə olsam biraz narahat olacağım, Bakıda axşamın bu saatlarında yaxınından keçməyəcəyim tənha, yarıqaranlıq, it hürməz, karvan keçməz küçələrdir, amma bilirsən ki, İsveçrədir, ürəyin rahatlaşır. Səbəbini bilmədən insan özünü arxayın hiss edir. Cinayət hallarının nadir olduğu, insanların rifahının tavanlarda olduğu bu ölkədə ən tənha küçələr belə adama dostyana görünür.Hosteldə iki gecə üçün 100CHF (bəli, bu qiymətə hostel) ödədiyim otağa çıxıb yerləşirəm. Hostelin yeri çox əntiqədir, çarpayım pəncərə yanındadır və pəncərədən meşələr, dağlar görünür. Quşların səsi gəlir, çox möcüzəli atmosfer var. Birinci günü tamamlayıram.Növbəti gün səhər 6da oyanıb, səhər yeməyi yeyib düşürəm yollara. Bir az yağışlı, tər-təmiz havadır. Çox səyahət etmiş olmasam da, indiyə qədər etdiyim səyahətlərdən bir şey öyrənmişəm: hər şəhərin öz qoxusu var. Parisin qoxusu kofe və krep, Brüsselin qoxusu waffledırsa, Zürichin qoxusu yaşıl ağacların, yağış düşən torpağın, təbiətin qoxusudur. Yazanda belə sanki şəhərin qoxusunu hiss edirəm.Günün ilk hədəfi Rieterpark-dır. Parkda bir mən, bir də itini gəzməyə çıxarmış xanım var. Tam sükut.Günortaya qədər küçələri fırlanıb Grossmünster-ə gəlirəm. Katolik kilsələrindən fərqli olaraq içərisinin şişirdələcək qədər xüsusi bir gözəlliyi yoxdur, amma damına çıxıb şəhərə baxmaq mütləqdir ;)Hər bir küçəsini xüsusi qayğı ilə gəzərək Opernhausa doğru irəliləyirəm.Cəmi 10 dəqiqə sonra Bahnhofstrasseyə çatıb error verirəm. Muzeyin adresinə baxıram, küçəyə baxıram, yoxdu anam, muzey yoxdu. Kiçik bir errordan sonra saat butiklərinin alt mərtəbəsində gizlədilmiş bu muzeyə girirəm. Muzey də belə ingilislərin “posh” dediyi tərzdədir. Girişdə əlinizə bir iPad verirlər ki, eksponatlar haqqında məlumat əldə edin. İsveçrəlilərin saat takıntılarını burada daha yaxşı anlamaq olur. Hərnöv saat var. Mexanizmi görünməz olan saatlar isə ayrı bir möcüzədir. Muzeyə ZürichCARD vasitəsilə pulsuz girmək mümkündür.ZürichCARDın bir digər nemətindən faydalanmaq üçün üz tuturam Bürkliplatza. 5CHF əlavə ödəyib gəmiyə bilet alıram və bir saat ərzində Zürich gölündə gəzirəm. O vaxt da Game of Thrones-a yenicə baxıb bitirmişdim, gəminin burnuna çıxıb özümü bir anlıq *SPOILER* Westerosa taxt-tac almağa gedən Daenerys kimi hiss etdim.Gəmi səyahətindən sonra özümə bir yaxşılıq edim deyib başqa bir muzeyə yollanıram. Kunsthausda bir saata yaxın incəsənətin ən gözəl nümunələrinə ağzı açıq tamaşa edib yeni isveçrəli rəssamlar kəşf edirəm. Sonrasında isə yağışa düşüb balığa dönürəm. Çətirimin olmasına baxmayaraq daxili orqanlarıma qədər islanıb özümü bir türk restoranına atıram.Növbəti gün üçün 3 istiqamət var: Uetliberg, Botanika Bağı və Nationalmuseum.Uetlibergə S10 qatarı ilə gedilir. Təqribən 40-50 dəqiqəlik yoldan sonra dağa qalxmağa başlayıram. Sözlərlə ifadə edilməyəcək bu dağ səyahətinin sonu Uetlibergdəki mini Eyfelə çıxmaqla nəticələnir. Heidi yadınızdadır? Yaxud Milkanın mor ineği? Bax həmin o təbiət, o gözəllik, dağlar. Uzaqda Luzern, İnterlaken, dağlar, kiçik kəndlər... Nağıllar.Vaxt gəlir İsveçrə təbiəti ilə sağollaşmağa. Gedirəm təbiətin daha mini forması olan Botanika Bağına. Uetlibergdə gördüklərimdən sonra sönük qalır təbii ki.Son hədəf: Nationalmuseum. Zürich HB-ın yanında olması səbəbindən ən sona saxladığım bu muzey indiyə qədər gördüyüm ən interaktiv muzey ünvanına layiqdir. Adətən muzeylərdə “eksponatlara toxunmayın” yazısı ilə qarşılaşırıqsa, Zürichdə əksinə “eksponatlara toxunun” yazısı ilə qarşılaşdım. Məşhuuuur İsveçrə bankları haqqında kolleksiya, İsveçrənin tarixi, ideologiyası, şokoladları haqqında çooox geniş məlumatın olduğu bu muzeyi görmədən İsveçrə ziyarəti tamamlanmış sayılmır.Vaxt gəlir geri dönməyə. TGV Lyria ilə nağıllar ölkəsinə əlvida yox, hələlik deyib ən qısa müddətdə yenidən görüşmək ümidi ilə yola düşürəm. Hələlik, Zürich!

2081 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!