1226 dəfə oxunub

Moskva bələdçisi

Salam Dostlar????️
Bu gün sizlərlə Moskvaya???????? Səyahət Təcrübəmi bölüşmək istəyirəm. Ümidvaram postum kimlərəsə faydalı olar????.

1. Səyahət Öncəsi:
Moskvaya gediş dönüş biletimi????️ Aeroflot-dan 850 manata əldə etmişdim( Economy Class+10 kg Baqaj????). Səyahətdən maksimum 72 saat???? əvvəl PCR testi???? vermək lazımdır. Mən testi Neftçilər stansiyası yaxınlığında yerləşən 18 nömrəli birləşmiş şəhər xəstəxanasında ???? verdim. Testin qiyməti 40 manat???? idi və 1 gün ərzində hazır oldu. Test nəticəsini xəstəxanadan götürməyə ehtiyac olmadı, sadəcə travel. its. gov. az-da???? şəxsi məlumatları qeyd edib nəticəni çap etmək olur????️.
2. Moskvaya uçuş:
Aeroport-da✈️ check-in uçuşdan 3 saat əvvəl başladı. Çəkisi 5kg olan bel çantamı???? kabinə keçirməyə icazə verdilər( P.S. Böyük səyahət çamadanı keçirənlər də var idi). 3 saat sonra Moskvaya, Sheremetyevo hava limanına eniş etdik ???? və ilk şokumu passport kontrolda yaşadım????. Aeroport işçisi ingilis dilini bilmirdi❌, və rus dilində zəif danışan biri olaraq kommunikasiya qurmaqda çətinlik çəkdim????. Elə bu an başa düşdüm ki, səyahətimin ardında dil barədə çətinliklər çəkəcəm????‍♂️. Aeroport daxilində müxtəlif mobil operatorların???? mağazaları var idi və 650 rubl???? ödəyərək beeline nömrə aldım( 50gb internet+700 dəq danışıq daxil)????.
3. Moskva:
Əvvəla onu deyim ki, Moskva deyib keçməyin????️, hər küçəsi tarix və sənət əsərləri ilə dolu bir şəhərdir????. Aeroport-dan Metroya Aeroekspress sürət qatarı???? ilə təqribən 1 saata çatdım( bilet 400 rubl????). Moskvaya gəlmədən öncə telefona metro xəritəsi????️ yükləməkdə fayda var. Əslində Moskva metrosu çoxlarının dediyi kimi qəliz deyil, metro daxilində hər yerdə işarələr olduğu üçün????, telefonunuzda xəritə olarsa azmazsınız( metro gediş haqqı 60 rubl).