1021 dəfə oxunub

Aşağı büdcə ilə Kiyev səfəri

Kiyevdəki otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Əziz dostlar, bu yazıda Sizə faydalı olacağını düşündüyüm üçün Ukraynanın paytaxtı Kiyev şəhərinin turistlər üçün çox əhəmiyyətli olan bəzi strateji nöqtələrinə taksi istifadə etmədən, ən ucuz yollarla, ictimai nəqliyyatı istifadə edərək necə gedə biləcəyiniziizah etməyə çalışdım. Bunun üçün Kiyev şəhərinin əsas nəqliyyat şəbəkəsi xəritəsini də istifadə etdim və hesab edirəm ki, şəkillərlə mövzu daha da başa düşülən olacaq. Beləliklə, “couchsurfing”çilər, “airbnb”çilər, yaxın gəlin…

Julyanı Hava Limanı (IEV) və ya Kiyev Beynəlxalq Hava Limanı

İlk olaraq Kiyev Beynəlxalq Hava Limanı (Julyanı) ilə başlayaq. Nəzər alsaq ki, Buta Airways də Bakı-Kiyev-Bakı uçuşlarını bu hava limanından həyata keçirir, bu ucuz yolu bilmək çoxumuza faydalı olacaq. Təbii ki, ucuz təyyarə bileti alıb, daha sonra da taksilərə 20-30 dollar vermək istəmiriksə (ki, istəmərik).

1924-cü ildən fəaliyyət göstərən bu hava limanı beynəlxalq saytlarda, axtarış sistemlərində daha çox Julyanı / “Zhuliany” (Жуляни) adı ilə bilinir. Amma bu hava limanı əslində adı gedən qəsəbədən daha çox məşhur Sikorski vertolyotlarının da yaradıcısı olan və Kiyevdə doğulmuş İqor Sikorskinin adını daşıyır. Nə isə, indi də şəhərin müxtəlif nöqtələrindən bu hava limanına ən ucuza getməyin yollarına baxaq.

[googlemaps https://www.google.com/maps/embed?pb=!1m14!1m8!1m3!1d5085.126030773979!2d30.443291999999996!3d50.411981!3m2!1i1024!2i768!4f13.1!3m3!1m2!1s0x0%3A0x27666bcb99529f88!2z0JzQtdC20LTRg9C90LDRgNC-0LTQvdGL0Lkg0LDRjdGA0L7Qv9C-0YDRgiDQmtC40LXQsiDQltGD0LvRj9C90Ys!5e0!3m2!1sru!2str!4v1537081875966&w=600&h=450]

Kiyev eynilə Bakıdakına bənzər (çox təəccüblüdü?) bir metro sisteminə malikdir. Amma təbii ki, bu şəbəkə bizdəkindən daha uzun və əhatəlidir. Üç ayrı metro xətti (M1,M2, M3) var və bunlar üç yerdə mərkəzi stansiyalarda (28 May və Cəfər Cabbarlıstansiyaslarında olduğu kimi) kəsişir, keçidlərlə bir-birinə bağlanır. Detalları aşağıdakı xəritədən də görmək mümkündür.

kiev1

Şəhərin bir çox nöqtəsinə bu yolla gedə bilərsiniz və çox ucuzdur (sadəcə 8 UAH/Ukrayna Qrivnası = 0.28 USD/Dollar = 1.80 TL/Türk Lirəsi = 0.48 AZN;  [07.09.2018 üçün]).

Metro və trolleybus xətlərini istifadə edərək (iki vasitə ilə) və 16 UAH xərcələyərək şəhərin bir çox nöqtəsindən Kiyev Beynəlxalq Hava Limanına gedə bilrəsiniz. Sizin üçün xəyali bir istiqamət seçək. Misal üçün, hər hansı bir metro stansiyadan hərəkət edərək M2 xəttində Ploscha Lva Tolstoho (Площадь Льва Толстого) stansiyasına gəlirsiniz, oradan da 9 nömrəli trolleybusla lap hava limanının qarşısında düşürsünüz (Fedora Andersa dayanacağı, hər dayanacaq əvvəlcədən səsli olaraq elan edilir,  İlon Mask əmi demiş “Don’t panic!”). Əsl kasıb malıdır. ????

Artıq çox asanlıqla Julyanı (Жуляни) Hava Limanından şəhərin hər hansı bir nöqtəsinə getməyin yolu da müəyyən edilə bilər. Necə? Çox sadə. Eyni şəkildə, hava limanının çıxışının tam qarşısında yerləşən dayanacaqdan (Fedora Andersa) trolleybusa minib M2 metro xəttində yerləşən Ploscha Lva Tolstoho (Площадь Льва Толстого) stansiyasına gəlirsiniz. Buradan da şəhərin istənilən nöqtəsinə metro ilə gedə bilərsiniz.

Borispol Beynəlxalq Hava Limanı (KBP), Vağzal və Avtovağzal

[googlemaps https://www.google.com/maps/embed?pb=!1m14!1m8!1m3!1d5093.038269512485!2d30.893926999999998!3d50.338222!3m2!1i1024!2i768!4f13.1!3m3!1m2!1s0x0%3A0x690a2c5d49d870da!2z0JDRjdGA0L7Qv9C-0YDRgiDQmtC40LXQsiDQkdC-0YDQuNGB0L_QvtC70Yw!5e0!3m2!1sru!2str!4v1537083216263&w=600&h=450]

1959-cu ildə Kiyevdən təxminən 30 km şərqdə salınan Borispol (Борисполь) Hava Limanı 2017-ci ildə 10 milyondan çox sərnişinə xidmət göstərib və ölkənin sərnişin hava nəqliyyatının 65%-ni həyata keçirir. Aydın olur ki, əslində Kiyevin ən böyük hava limanı məhz Borispoldur və demək olar ki, əksər beynəlxalq və qitələrarası uçuşlar buradan həyata keçirilir.

Eləcə də Ukraine International Airlines (UIA) da Bakı-Kiyev-Bakı uçuşlarını məhz bu hava limanından həyata keçirir. Bəzən də Bakıdan Buta Airways ilə Julianı Hava Limanına gələn sərnişinlər Avropaya və dünyanın bir çox şəhərinə məhz Borispol Hava Limanından uçur. Bu baxımdan da bu nöqtələr arasındakı ucuz nəqliyyat yollarını bilmək fayadlı olacaq. Yoxsa təyyarə biletindən qənaət edilən pullar taksilərdə xərclənməli olacaq.

Borispol Hava Limanına getmək üçün də metro və avtobus xətti istifadə edilə bilər. Ucuz və sərfəli. ???? Yenə də xəyali bir istiqamət götürək.

kiev2

Burada da fikrimcə iki yol daha sərfəlidir (lazımi nöqtələr qırmızı ox ilə göstərilib). Birincisi, hər hansı bir metro stansiyasından M3 xətti ilə Kharkivska (Харьковское) stansiyasına gəlirsiniz və daha sonra 322 nömrəli avtobusa minə bilərsiniz. Yaxud da, M1 xətti üzərində yerləşən Vokzalna (Вокзальная) stansiyasına gəlib (ki, AVTOVAĞZAL və VAĞZAL (DƏMİR YOLU VAĞZALI) da burada yerləşir) oradan birbaşa 322 nömrəli avtobusu istifadə edə bilərsiniz. Bəlkə də şəhəri daha çox görə bilmək üçün bu yol daha yaxşıdır. ????

Kiyev Çay Limanı (Kiev River Port)

[googlemaps https://www.google.com/maps/embed?pb=!1m14!1m8!1m3!1d5080.067629706109!2d30.527004!3d50.459095!3m2!1i1024!2i768!4f13.1!3m3!1m2!1s0x0%3A0xa41a6ed7ce331960!2z0KDQtdGH0L3QvtC5INCy0L7QutC30LDQuw!5e0!3m2!1sru!2str!4v1537083469795&w=600&h=450]

Çay Limanı təbii olaraq möhtəşəm Dnepr çayının qərb sahilində yerləşir. Amma bura sadəcə əhəmiyyətli bir nəqliyyat qovşağı deyil, eyni zamanda şəhərin ən gözəl çay və körpü mənzərələrindən biri də buradadır. Qarşısında da funikulyor yerləşir (o da 8 UAH, necə deyərlər, məşhur çizgi filmimizdə olduğu kimi – hər şey bir qapaza). Eyni zamanda buradan çox sayda gəmi Sizi əsrarəngiz Dnepr çayında gəzdirə bilər (puluna minnət ???? ). Yaxşı, buraya necə gedə bilərsiniz?

kiev3

Eyni şəkildə, yenə də metro xəttini istifadə edə bilərsiniz. Etməli olduğunuz sadəcə  M2xəttindəki Poshtova Ploscha (Почтовая площадь) stansiyasında (qırmızı oxla göstərilib) çıxmaqdır. Çıxan kimi bir tərəfinizdə körpüləri və Kiyev Çay Limanını, digər tərəfinizdə isə funikulyoru görəcəksiniz.

Ümid edirəm ki, ucuz yollarla səyahət etmək istəyən dostlara faydalı oldu. Suallarınız olarsa, aşağıdakı rəylər qisminə yaza bilərsiniz. Bildiklərimi ən qısa zaman içində cavablandırmağa çalışacağam.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Tehran Abdurrahimov

DİGƏR BLOQLAR

Litvanın cənnət məkanı - Trakai

Trakaidəki otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Əziz Gəzəyənlər, Sizə Litvanın cənnət məkanı Trakai haqqında danışmaq istəyirəm. Vilnüsa gedib də bəyənmədim, darıxdım deyirsinizsə özünüzü mütləq təbiət qoynunda yerləşən Trakaiyə atın. Vilnüsdən 25 dəqiqəlik məsafədə yerləşən Trakaiyə həm avtobusla, həm də qatarla gedə bilərsiniz. Biletin qiyməti də çox ucuz 2 avro civarındadır. 5 göllə əhatə olunmuş, yaşıllıqlar içində ada olan Trakai həm də Latviyanın ən qədim Knyazlıqlarından biri olub. Öz məxsusi kiçik şirin, rəngbərəng taxta evləri, güllü-çiçəkli bağları ilə Trakai insanın gözünü oxşayır. Trakaiyə məni çəkən digər bir məqam 14-cü əsrdə Krımdan buraya köçürülmüş və hazırda sayı cəmi 300 olan Karaim türklərinin bu ərazidə məskunlaşması idi. Karaimlər yəhudi dininə sitayiş edən türklərdəndir.Trakai elə çox böyük deyil və siz oranı 1 günə gəzib bitirə bilərsiniz. Gedilməli olan mütləq yerlərdən biri, tarixi 14-16-cı əsrlərə dayanan Trakai Qalasıdır. Qalaya giriş 8 avrodur, tələbə kartı ilə isə 4 avro. Qalada zəngin muzey ilə yanaşı orta əsrlər işgəncə alətlərini görə və eyni zamanda 2 avronuzdan keçib ox və arvalaet ata bilərsiniz. Qalada hətta pasportunuza Trakai Krallığının möhürünü də vura bilərsiniz.Yeməyə gəlincə, Trakaidə göl boyu yerləşən restoranlarda gözəl mənzərəni izləyərək nahar edə bilərsiniz. Qiymətlər çox da baha deyil. Mütləq Karaim türklərinin milli yeməyi olan Kibinai-nin dadına baxın. Toyuqlu və göbələklisi çox dadlı idi. Pivə həvəskarları isə qara pivənin dadına mütləq baxsınlar. Özüm içən omasam da dostlarım dedi yaman dadlıdır ????. Gələk əsas məsələyə, Trakaiyə getmisinizsə mütləq aktivitələrə qoşulun. Bura da siz sadə qayıqla, katamaranla gəzməkdən tutmuş, surfing, kayaking, diving edə və hava şarında uça bilərsiniz. Qayıqda və katamaranda 1 saatlıq gəzinti adambaşı 5 avro, diving isə 50 avro civarında idi.Mən isə şiddətli dərəcədə kayak sürməyinizi tövsiyə edərdim. Biz vaxt olaraq 3 saatlıq günbatımı turu seçmişdik və həm kayak sürdük, həm də günbatımı zamanı yaranan möhtəşəm mənzərəni gördük. Turun qiyməti adambaşı 25 avro idi. İlk təcrübəm və dərinlik qorxusu olduğu üçün başlanğıcda bir az qorxsam da, sonradan sürməyi öyrəndikdən sonra həm kayakingdən, həm də mənzərədən çox böyük zövq aldım. Bələdçimiz bizə yolu göstərir, sürməyi öyrədir, qısa fasilələrlə ətraflı məlumat verirdi. Kayak sürməyə getsəniz özünüzlə mütləq əlavə paltar götürməyi unutmayın, birdən sizin də kayak sürən dostunuz ikitəkər sürmək və avtoşluq etmək istədi????.Adrenalin sevənlərə isə məsləhət qamışlıqların arası ilə sürməkdir ????Əlqərəz arada bələdçi fasilə edib sizə yerli şirniyyat, çay və qəhvə də təklif edəcək. İstəsəniz həmin vaxt göldə çimə də bilərsiniz, axşama doğru su o qədər isti idi ki. Bəxtiniz gətirsə axşam qaladan atılan atəşfəşanlığı da izləyə bilərsiniz. Bizim seçdiyimiz kayaking turu bu linkdedi- www.northnortheast.lt . Əvvəlcədən bron etməyi unutmayın. Hə bir də, günbatımı turu götürsəniz Vilnüsa gedən son avtobusa və qatara çatmayacaqsınız. Narahat olmayın əlavə 5 avro ödənişlə şirkət sizi Vilnüsa çatdıracaq. Xoş istirahətlər!!!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Hokuma Abbasova

1123 dəfə oxunub

Pakistanın Ən Böyük Şəhəri Karaciyə Səfər

Salam dostlar, sizə Pakistanın ən böyük şəhəri olan Karaciyə səfərim haqqında danışmaq istərdim.İlk öncə bildirmək istəyirəm ki, səfər işlə bağlıydır və turizm məqsədi daşımırdı.Pakistana Azərbaycan vətəndaşları 2 cür gedə bilər turizm və biznes hər iki halda siz online viza almalısız, biznes olsa əlavə sizi dəvət edən təşkilatın məktubuda olmalıdır.Birbaşa olaraq Karaciyə reys olmadığı üçün Bakı - Şarja - Karaci getdim. Hava limanından enən kimi necə ağır havası olduğunu hiss etmək olur, asma və ya nefes almaq ilə problemi olanlar üçün düşünürəm çətin ola bilər.Səhər haqqında : Şəhər özü dumanlı və çirkli idi, təxmini 17 milyon insanın yaşadığı şəhər üçün yaşıllıqların sayı həddin artıq azdır, Karaci Pakistanın indusrtrial və maliyyə mərkəzi sayılır çoxlu zavod fabriklər sənaye və istehsalat obyektləri var və bu ölkənin ən böyük şəhəridir.Təhlükəsizlik: Hər bir bankın böyük şirkət və təşkilatın girişində və içərisində əli silahlı mühafizəçiləri görə bilərsiz. Təhlükəsizlik cəhətdən oteldə bizdən xahiş etdilər ki, axşam saat 10 sonra oteli tərk etməyək. Qismən təmiz və təhlükəsizlik yerlər məscidlər və onun ətrafını hesab etmək olar. Yeməklər :Hər bir Azərbaycanlı kimi buna çox önəm verirəm . Yeməkləri təbii ki bol ədviyyatlı və açıydı, lakin öncədən desəz ki, acı etməsinlər normal hazırlayıb təqdim edirler. Street food- lardan uzaq dururdum çünki mənlik deyil). Sem əminin Macdonald's-larıda kömək edirdi arada). Lakin küçədə səyyar meyvə satanlardan rahatlıqla meyvə alıb yemək olur, xüsusi ilə banan və yemişləri çox dadlı idi.Gəzməli yerlər :Şəhər vaxtı ilə İngiltərə müstəmləkəsi olduğu üçün onlara aid marağlı binalar var missal üçün Frere Hall və Empress Market. Başqa sakit və şəhərin səsindən uzaq, ailəvi və xarici vətəndaşlar üçün nəzərdə tutulmuş parklar var misalçün Cahangir park( parkın içində tovuz quşular var). Başqa gəziləsi yerlər ərəb denizi sahili və həmin dənizə gedən yolda körpünün üstündə qartal yemləmək olur.Pakistanı görmək xoş ve qeyri adi oldu. Kimin hər hansı sualı varsa buyursun.Paylaşan: Huseyn Suleymanov

248 dəfə oxunub

5 gün İstanbul!

Salam 5 gün ərzində İstanbulda oldum təcrübəmi bölüşmək istədim. Düşünürəm ilk dəfə gedənlər üçün kömək olacaq.#istanbul 1. Nəqliyyat İstanbul kartı metro, tranvay və bus dayanacaqlarında aparatdan ala bilərsiz. Çalışın istanbul kartdan istifadə edin. Bank kartları ilə giriş etsəz əlavə komissiyon tutulacaq. Kartı bank kartı ilə doldursaz əlavə 7 tl, bank kartı ilə keçmək istəsəz əlavə 13 tl və daha üzəri tuta bilər. Xətlər üzrə qiymətlər fərqlidir, minumum 27 tl və maksimum 98 tl (Böyük adada) gördüm.Çalışın taksidən istifadə etməyin, çünki sayğac qoşurlar və çox pul qoparmaq üçün daha uzun yollardan apara bilərlər. Metro ilə 100 tl yə gedə biləcəyniz yerə sizə 800 tl qiymət oxuyurlar. Metro stansiyaları demək olarki hər adfım başı var.2. Tax freeBir çox mağazalarda taxfree ala bilərsiz bu bizim bir növ ədv geri al ilə eynidir. Ödədiyiniz məbləğin müəyyən faizini geri alırsız. Bunun üçün öncədən mağazaya deyinki taxfree versinlər. Taxfree sənədləri aldıqdan sonra geri qayıdanda hava limanında qeydiyyat üçün yaxınlaşanda taxfree edə biləcəyniz yeri soruşun və ancaq o pəncərəyə yaxınlaşın. Taxfree üçün aldığınız məhsulları çalışın bir yerə yığasız, çünki orda çek üzrə bütün məhsulları açıb baxırlar və kameraya göstərirlər. Bir yerə yığın ki, açıb baxılması rahat olsun. Və çox zamanınız getməsin.3. Misirçarşısı, Kapalıçarşı və.sBu çarşılar yəni bazarlar yalnız baxıb gəzmək üçün maraqlıdır, amma ordakı qiymətlər çox bahadır. Orda 100 tl olan bir məhsulu kənarda 20 tl falan ala bilərsiz. Turistik yerlərdə qiymətlər çox şişirdilmiş olur.4. İstanbul E-Passİstanbul epass xarici vətəndaşlar üçün nəzərdə tutulmuş bir platformadır. Bununla muzeylərə, saraylara, adalar turuna, və müxtəlif xidmətləri pulsuz və ya endirimli əldə edə bilərsiz. Çox sərf edir yekunda 240 euro xidmətdən mən 178 euro verərək istifadə edə bildim. Zaman çatdıra bilsəz daha çox xidmətindən istifadə edə bilərsiz, müddətləri günlük olur. 5. Türk paxlavaları (sevdiyim)Turistik yerlərdə kq 2000 tl üzəri olan paxlava və şirniyyatları "Tatlı Park" mağazalarından 170, 180 tl qiymətinə ala bilərsiz.6. AdalarƏn böyük və maraqlısı Böyük adadır. Orda Yorgi kilsəsi var. Velo götürməyi məsləhət görmürəm. Yolları çox hündür olduğu üçün qalxmaq sizə əziyət olacaq velo ilə. Yorgi kilsəsini mərkəzdən minibus ilə gedib Luna parkda düşüb piyada getmək olur, amma çox hündürdü çox əziyət çəkdim qalxan zaman. Velo ilə heç qalxılası deyil. Böyük adada Şok və A101 mağazaları var qiymətləri normaldır. Su falan alsaz ordan ala bilərsiz. Dəniz qırağı restoranlarda cəlbedici gəlir amma qiymətləri yüksəkdir, 1 kq Levrek bişirtdirik 2 nəfərə 10 % xidmət haqqı ilə 2000 tl üzəri qiymət çıxır. Balıq 1800 tl idi amma danışıb 1400 tl yə sala bildim. Ümumiyyətlə çalışın heç vaxt ilk deyilən qiymətlə razılaşmayın o zaman daha aşağı təklif edirlər.7. Ayasofiya Ayasofiyaya hamının dediyi kimi namaz vaxtı pulsuz girib görmək mümkündür. Sultan Ahmed məscidinədə rahat girdik ödəniş istəmədilər. 8. Yerebatan sarayı(Bazilika sarıncı)Ayasofiyanın yanında yerləşir, su anbarı məqsədilə Bizanslar dönəmi tikilib. Çox maraqlı yerdi. İstanbula getsəz mütləq gedib oranı görün. Ceyms Bondun bir filmidə orda çəkilib. 9. Dolmabahçe sarayıÇox böyük saraydı. Ayrı otaqları və hər otağın öz dizaynı, mebelləri və naxışları var. Çox gözəl və maraqlı yerdi.10. Olivyum outlet, Form İstanbul AVMOlivyum outletin adı outletdi. Qiymətləri demək olarki digər mağazalardakı ilə eynidir. Boş yerə əziyyət çəkib getməyin.Form İstanbul çox böyük və maraqlıdır, orda İKEA - nın, Decathlon-nun böyük mağazaları var. Qiymətləri münasibdir. Bakıdan çox ucuzdur.11. Otelİnsanları çox mehriban və yardımsevərdiMən Pera Luna Residence də qaldım. Çox bəyəndim. Taksim meydanın yanında idi. Xidmətləri çox yaxşı idi. Otaqları səliqəli təmiz rahat, wifi normal, səhər yeməyidə əla idi. İşçiləridə mehriban idi. Mən orda hər hansı istəyimə "yox" cavabı almadım)Əlavə kimin nə sualı olsa yaza bilər. #istanbul #istanbulotel #türkiye #ilkPaylaşan: Ejder Humbet

172 dəfə oxunub

Almaniya və Skandinaviya ölkələri - səyahət xərcləri

Salam Gəzəyənlər! Dünən Ferid in İtaliyadan Almaniyaya aldığı 8 avroya bileti görüb qaza gəldim ki keçən ayın əvvəli Almaniya (Berlin) və Skandinaviya ölkələrinə olan səyahət xərclərim haqqında yazım; Qeyd edim ki, həmişə olduğu kimi səyahət planımı səfərimdən 3 ay öncə planlayıram. İlk səfər edəcəyim ölkə Almaniya olduğu üçün şengen vizamı Almaniya səfirliyindən almışdım.Bakı - Tbilisi (Qatar -33 manat)Tbilisi-Kutaisi (Georgianbus - 20 lari)Kutaisi -Berlin (Wizzair - 9 euro)Berlin - Kopenhagen (Flixbus - 8 euro)Kopenhagen - Malmö (Qatar - 13 euro)Malmö - Oslo (Flixbus -3 euro)Oslo - Stokholm (Flixbus - 3 euro)Stokholm - Budapeşt (Wizzair - 20 euro)Budapeşt - Bakı (Wizzair - 40 euro)Check in Hostel Berlin (13 euro / 1 gecə üçün)Copenhagen Backpackers Hostel (21 euro / 1 gecə üçün)İnterhostel Stokholm (19 euro / 1 gecə üçün)Paytaxt Berlinin gəzib görüləsi yerləri, muzeyləri çoxdur. Amma mənim ən çox diqqətimi çəkən Berlin Divarı, CheckPoint Charlie və Yəhudi Qətliamına aid məzarlıq idi. Xüsusən CheckPoint Charliedə rəmzi olaraq sovet geyimli, əllərində Amerika bayrağı tutan 2 hərbiçinin ikinci dünya müharibəsindən sonra Sovet qoşunları ilə Amerika əsgərləri arasında olan münaqişəni xatırlatması çox maraqlı idi.Kopenhagen - Çox həyacanlı idim səhərimi bu şəhərdə açacağıma; Xüsusən 1 saatlıq gəmi səfəri daha da rəng qatmışdı həyəcanıma.. Demək olar bir çox muzeylərə giriş pulsuzdu. Ən çox xoşuma gələn Christiansborg Sarayı oldu. Ən üst hissədən şəhərin panoramik mənzərəsi əla idi. Və Kopenhagenin yaraşığı, işığı, bəzəyi NYHAVN. Fərqli atmosferi olan bir yerdir..Malmö- Kopenhagendən təxminən 1 saatlıq məsafədə yerləşir.Oresund körpüsü (çox möhtəşəmdi) ayırır bu iki şəhəri. Malmö İsveçin cənubunda yerləşən liman şəhəridir. 10 saat oldum bu şəhərdə; gəzib görməli yerlərin hamısında oldum demək olar. Yaşamağa bu şəhəri seçərdim.????Oslo- Soyuq Cənnət. Nədənsə özünü səndə oradakılar kimi xoşbəxt hiss edirsən. Şəhərdə olduğum müddətdə Oslonun bir çox küçələrini, parklarını gəzdim. Binaların həyətində olan meydançalarda uşaqlarla futbol oynadım. Uşağından tutmuş böyüklərə kimi hər kəs mehribandı. Görəsən səbəb nədi?Osloya getsəz əgər mütləq Silahlı Qüvvələr Muzeyinə (Armed Forces Museum) baş çəkin. Çox möhtəşəmdi!Stokholm- İsveçin paytaxtı və böyük şəhəri. Demək olar 2 gün ərzində Stokholmun əsas yerlərində oldum. Ən çox bəyəndiyim National Museum (Milli Muzey) oldu. İncəsənəti sevən hər kəsə bu Stokholmda olarkən bu muzeyi ziyarət etməyi tövsiyyə edirəm. Əlavə olaraq qeyd edim ki,Stokholm metrosu da elə bil yeraltı muzeydi. Çox möhtəşəmdi!#gezeyenler #yamoniyauşaqlarından #adamaqalangəzməkdir#sərfəlisəyahətƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Rəvan İlhamoğlu 

1313 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!