3931 dəfə oxunub

Misir bələdçisi

Ayaqlarım torpağına dəyməmiş, tarixinə heyran olduğum yerlər .

Hər vaxtınız xeyirli və maraqlı olsun, Gəzəyənlər. V sinifdə " История древнего мира” keçəndən , Misir, İtaliya ( qədim Roma) , Yunanıstan tarixlərinin vurğunu oldum . Demirəm dəlicəsinə arzuladım, yox, sadəcə içimdə sakit və qəti bir inam yarandı - mən böyüyəndə bu tarixləri gözümlə görəcəm ))

Gəzəyənlər, sizinlə Misir haqda bölüşmək istiyərdim.

Misir Afrika materikində yerləşir , şimaldan Aralıq , şərqdən Qırmızı dəniz əhatə edir . Bu iki dənizi 1869-cu ildə süni salınmış Süveyş kanalı (Suez Canal ; Суэцкий канал) birləşdirir . Kanal Asiya və Afrika'nın coğrafi sərhədi hesab olunur və hər il Misirin büdcəsinə 4- 5 milyard $ gəlir gətirir .

29136330_1721537897904106_300577397810397184_n

Bir maraqlı faktı da deyim . Juzeppe Verdi "Aida" operasını Misirin hıdivi İsmayıl paşanın istəyiylə Süveyş kanalının və Qahirə Opera teatrının açılışı eşqinə yazmışdı . (Hıdiv - Misirin vise-sultanının titulu deməkdir. 1867-dən 1914-dek Misir Türkiyə'nin himayəsi altında olmuşdu).

Dünyanın 7 möcüzəsindən 2-si bu diyarda yerləşir - Misir piramidaları və İskəndəriyyə Fənəri (Александрийский маяк ;Lighthouse of Alexandria).
İlk dəfə Misirdə 2007 oldum. Sonrakı gedişlərimin səbəbi nə tarixə vurğunluğum, nə Qahirə və Nil çayına bayıldığım olmadı ), Qırmızı dəniz oldu❗️
Qahirə (Cairo ; Каир)- "Şərqin qapıları" , "1000 minarələr" şəhəri adlanılır . Gəzməli , görməli , heyran olmalı yerləri çoxdu . Misirin paytaxtı nə qədər möhtəşəmdirsə, o qədər də çirkli , çooooxxxx çirklidir .Şəhər boyu uzanan süni salınmış su kanalını qahirəlilər zibillə necə doldurmuşdularsa, təmizləmək mümkün olmadığından, kanalı betonla doldurub örtmək qərarına alınmışdı. İnsanları da məndə heç də müsbət fikir yaratmadılar (

İstirahət zonaları tam ferqlidi❗️ Yaşıllıq, gül-çiçəkli , ideal təmizlik , xidmət edən otel personalı - mədəni, gülərüz, temkinli . Yəni hər şey çox səviyyəli ( olduğum otellərə esaslanaraq söyləyirəm) İstirahət etməyi iki tipə bölürəm : passiv - çimərlik +otel istirahəti və aktiv , yəni , rükzaki aldın belinə - ayaqlarına qüvvət, gözünə işıq - gəz və gör. Misir üçün bu iki tipin sintezi əlverişlidi . Mart, aprel, may ayları məsləhətlidir .

Olduğum bölgələr- Таба, Шарм-эль-Шейх, Эль-Гуна , Хургада, Марса-Aлам . Hər birindən çox razı qalmışam . Çimərlik istirahəti üçün hər bölgə uyğundur . Dayvinq və vindsörfinq üçün -1ci Şarm-el-Şeyx ve Mars'a-Alam, 2ci Xurqada məslətlidir. El-Quna sakit istirahət üçün gözəl bir yerdi❗️
Tabaya nəzər salın. Yordaniya, İsrail və Saudi Arabistan'la sərhəddir. “InterContinental Taba Heights Resort” otelinə 18 qünlük tur-paket qötürdük . Tabada , yerli turfirmaların vasitəsile 3 qünlük İsrail'ə , 1 qünlük İordaniyaya ekskursıya aldıq. Avtobusla gecə 22.00 yola çıxdıq , 20 dəqiqəyə İsrail sərhədində olduq . Turist axını çox olduğundan və sərhədçilər canı-dildən yoxlama apardıqları səbəbdən 3 saat vaxt itirdik.
Yordanıyaya gəmiylə 30-35 dəqiqəyə çatdıq , sərhəddə problem olmadı .

29176991_1721537987904097_6275993499259109376_n

Böyük Sfinks - insan sifətli , şir bədənli bu skulptura çox sirlər daşıyır . Piramidalardan qədim sayılır .
Herodot 445 il e. e. Misirdə olmuş və səyahəti haqda tarix yazmışdır. Sfinksdən bir kəlmə belə söyləməmişdir . Səhra qumu Sfinksi dərin basdırdığı səbəbden , Herodotla görüş baş tutmamışdı )))

LuksorKarnak məbədlərini 3 km uzunluğu olan sfinkslər xiyabanı birləşdirirdi . İndiyədək bu xiyabanın qazıntıları davam edir . Fotoda - Luksor məbədinin birinci giriş qapıları və svinkslər xiyabanının bir parçası .

29133540_1721538121237417_719351114490707968_n

Xatşepsut məbədi . Xatşepsut qadın-firon olub, 1489-1968 il b.e.e hökümranlıq edib. Misirin tikinti inkişafında və iqdisadiyyatının yüksəlməsində böyük iz qoyub .

Fotodakı məbədi firon öz sağlığında özü üçün 9 il müddətində tikdirib. Bizim zamana yalnız məbədin fundamenti toxunulmaz qalıb . Gördüyünüz möhtəşəm tikinti təzə yaradılmışdır .
Xatşepsut sifətli qranit sfinks və Xatşepsutun mumiyası Qahirə muzeyində saxlanılır.
P.S.Misir tarixində 4 qadın-firon olub: Tetişeri , Axxo-tep ll, Yaxmos-Nefertari və Xatşepsut.

29178557_1721538631237366_8261500233876242432_n

Qədim və tükürpədici tarixi olan bu diyari gəlib görməyə dəyər ❗️

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Sevinch Huseynqizi

 

DİGƏR BLOQLAR

İzmir Bələdçisi

Salam, əziz gəzəyənlər. Qurban bayramı ərəfəsində İzmirə kiçik səyahətim oldu. Bu müddətdə şəxsi maşından istifadə etməmişəm. İzmir hava limanından izbanla şəhərə gəldim. Metro üçün izmirimkart lazımdır. Mən, səhv etmirəmsə, karta 140 tl verdim. İzban istifadə edərkən düşəcəyiniz yerdə çıxışda gedişinizə uyğun pulun qalanını almağa narıncı aparat var. Vurmağı unutmayın. Mən açığı qız dostumun yanında qaldığımdan izmirdə otel məsləhəti verə bilməyəcəm. İlk gün bir az qaldığımız yerdə dincələndən sonra axşama doğru Alsancak, Konak tərəfə getdik. Bir az gəzəndən sonra Columbia coffeedə oturduq. Şirniyyatlar dadlı idi. İşçilər də mehriban idi. Sabahısı günü Alaçatıya yola düşdük. Alaçatıya İzmir otoqarından çeşmeturizm avtobusuna bilet alaraq getdik. Biristiqamətli bilet qiyməti 270 tl idi. Alaçatı mərkəzində olan Sardunya hoteldə qaldıq. İki nəfər üçün 65 avro ödədik. Məncə, Alaçatı standartları üçün qiymət yaxşı idi, xüsusən də lyuks gözləntiniz yoxdursa. Ətrafında isə uyğun qiymətə yemək, şirniyyat, kofe yerləri vardı. Otelin yanından Ilıca plyajına dolmuş gedir. Bir adam üçün səhv etmirəmsə, 40 tl verdik Ilıcaya getməyə. Ilıca plyajında adamı 200 tlə şezlong götürdük. Dəniz gəldikdə qumlu, ilıq idi. Amma dənizdə plastiklər görmək məni üzdü açıqcası. Hətta üzərkən əlimə belə keçdiyi oldu. Alaçatıda 2 gün qalıb, gecə saatları İzmirə qayıtdıq. Alaçatıdan gecəyarısına qədər şəhərə qayıdan avtobuslar gəlir. Sabahısı isə avtobusla Karaburuna getdik. Avtobuslar (karaburun turizm adlı şirkətə aiddir) İstinyePark AVM tərəfdən 200 tlə aparır. Biz daha çox sakitliyi sevdiyimizdən Karaburunu daha çox sevdik. Dənizi Ilıcadan daha soyuq və daşlı olsa da, qat-qat təmiz və şəffaf idi. Mən oraya dalış etməyə getmişdim. Dalış üçün Octopus İzmir dalış mərkəzini istifadə etdim. Yoxlama dalışı 3000 tl idi və dalışdan sonra müəssisədə şezlonqlarda dincəlmək, məkandan istifadə etmək pulsuz idi. Karaburun balaca yerdir, amma Alaçatı kimi səsli yerdən uzaqlaşıb sırf passiv və sakit tətil etmək istəyirsinizsə, sizə uyğun olacaq. Sadəcə dalışçün oranı nəzərdə tutduğumdan qalmağa yer tutmamışdıq, amma sonda kaş qalardıq dedik. Dalışdan sonra sahildəki restoranların birində oturduq. 1200 tlə 2 çupra, salat, 2 içki təklif edirdilər. Karaburundan şəhərə avtobuslar ən geci 20.00dan çıxır və tez dolur. Əvvəldən rezerv edin mütləq.Ümumi vaxt keçirib bəyəndiyimiz məkanlar bunlardır:Boho Social Pub- məkanın açıq hava terrası və qapalı hissəsi var. İçkilərini sevdik. Qız qıza gecəyə qədər otura biləcəyiniz yerdir. Biz gedəndə uşaqla gələn ailə də vardı. Saatlara görə endirimli menyuları da var.Alaçatı Alaköy pastanesi- bura doğum günüm üçün getmişdik. Doğum günüm olduğunu biləndə şam, hədiyyə peçenye verdilər. Fərqli çayları var. Biz tropikal çay, çiyələkli julet tort, profiterol və antep fıstıqlı kazandibi götürdük. Mən normalda kremli tortları həvəslə yeməsəm də, çiyələkli tortu çox bəyəndim. Utanmasam, kremə nə qatmısınız soruşacaqdım Esma Cafe Craft Alaçatı- istidən sərinləmək üçün məkan axtaranda təsadüfən qabağımıza çıxdı. Məkanı işlədən bəy çox incə biri idi, mən hətta bir az Vedat Milora bənzətdim. Kafedə demək olar, hər şeyin bir hekayəsi var. Kafenin adı isə əziyyətlə təkbaşına uşaq böyütmüş, çox sevdiyi qaynanasının adından gəlirmiş. Çeşme kahve-burada geriqayıtmamışdan öncə oturmuşduq. Qaldığımız otelin küçəsində idi. Qiymətləri götürdüyünüz şeydən asılı olaraq, Bakı və Bakıdan aşağı səviyyədə idi.Bir də bizim qaldığımız otelin küçəsində dadlı dondurmalar var idi. Məkan adı kimi təəssüf ki, yadımda qalmayıb. Bir topun qiyməti max 60 tl idi və dadlı idi həqiqətən. Biz antep fıstıqlı dondurma aldıq, yediyim ən yaxşı fıstıqlı dondurma ola bilər, içində bütöv fıstıqlar vardı.

153 dəfə oxunub

"Bir üst dərəcə" - Danimarka bələdçisi

Kopenhagendəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Səfərimə "səbəbkarlar" Hans Kristian Andersen marağım, Kopenhagen Universiteti (Eskimologiya Departamenti), dan dilinə olan həvəsim, Danimarkadakı velosiped nəqliyyatın nizamı və s. digər turistik faktorlar idi. Yer götürməkdə gec olduğu üçün Almaniyadan viza alıb giriş etdim Danimarkaya. 1) Hamburg hava limanına səhər saatlarında çatdım və qatarla qalacağım Winsen Luhe şəhərinə doğru getdim. Şəhər Hamburqun 25 km cənub şərqində yerləşir və müharibə dövründə sağlam qala bilmiş şəhərlərdən biri idi. Bu kiçik şəhərdə Luhe çayının sahilində Vinsen qəsri, Müqəddəs Məryəm kilsəsi və s. turistik nöqtələr yerləşir. Bir neçə gün Yeni il bazarlarına baxmaq üçün Hamburqa qatarla gedib gəldim. Hamburq haqqında yazmaq düşünürəm ki, o qədər geniş mövzudur ki, sadəcə xatirimdə qalanları deyim. Şəhərdə demək olar ki, yağış səngimək bilmirdi, mən də açıqcası hazırlıqsız idim və bütün paltarlarım su olurdu və xəstələndim. Buraya dekabr ayında gəlməyi planlayanlar mütləq ya çox yaxşı sukeçirməyən palto ya da yaxşı bir çətirlə gəlsinlər. Şəhərdə yeni abu-havası yüksək səviyyədə idi, demək olar ki, hər küçədə böyük Yeni il bazarları qurmuşdular. Ucuzluq idi mi? Əvvəlcə bahaçılıqdı düşünmüşdüm, ta ki, Danimarkaya gedənə kimi. 2) 4 gün qaldıqdan sonra Hamburq mərkəzi avtobus vağzalından Odenseyə yola düşdüm. Burda da maraqlı bir hadisə baş verdi. 03:00da olan səfərim 02:30 eyni istiqamətdə gedən (Kopenhagen avtobusu) avtobus sürücüsünün təkidi ilə yarım saat tez başladı. Heç QR kod da oxutdurmadı və dedi ki, düşürdərəm səni, Odensedə. Çatdığım gün Milad günü idi və təəssüf ki, hər yer bağlı idi. Ac-suzuz otelə qalxdım və əşyalarımı qoyandan sonra heç olmasa açıq bir market ya kofeşop axtarmağa getdim ki, biraz qidalanım. "Espresso House" adında ilk kofeşopa girdim və bir latte, kruassana 100 krona (təxminən 25 manat) yaxın pul verəndə hiss etdim ki, səfərin sonuna deyəsən aclıq elan edəcəm. Hər yer bağlı olduğu üçün Hans Kristian Andersenin doğulduğu ev muzeyinə gedə bilmədim, əvəzində Odense Zooparkına getdim və qiymətini yazmaq istəmirəm. Amma, həqiqətən çox əla təəssürat aldım. Odense balaca şəhərdir və çox yaxşı nizamlanıb hər şey. Bir qram xaos nəzərə çarpmadı, hamı nə edəcəyini, hansı saatda etməli olduğunu bilir kimi bir növ mənə Tbilisidən gəlmiş şəxs olaraq utopik təsir bağışladı. Hava saat 3də qaralırdı və təkcə bu məndə biraz depressiv hal yaradırdı. İstənilən halda gəzməyə dəyər yerdi. 3) 2 gün qaldıqdan sonra Odense Parkering Sýd tramvay stansiyasından yenə avtobusla Kopenhagenə yollandım. Kopenhagen paytaxtdır və elə şəhərin girişindən hiss etdim ki, artıq hər yer açıqdır. Mərkəzi avtobus stansiyasından gəldim Kongens Nytorv metro stansiyasına və piyada getdim qalacağım hostelə. Biraz dincəldikdən sonra alış-veriş küçəsi olan Strøget'ə getdim, daha sonra Nyhavn ərazisindən keçərək, "Kiçik su pərisi" heykəlinə doğru yollandım. Kopenhagen paytaxt olduğu üçün daha da bahalı idi. Şəhərdə diqqətimi çəkən xüsusiyyət hamının olduqca fit olmağı idi. Gəzərkən ətrafımdan qaçaraq keçən şəxslər, eləcə, 2 uşağı baqaj hissəsində oturtduran analar, yaşı olmasa 80dən yuxarı insanların pedal çevirməyi və s. məndə bizim necə oturaq həyat tərzi keçirtdiyimiz hissini gücləndirdi. Kopenhagen əla şəhərdir və turistik olaraq soyuq və yağışdan qorxmayan şəxslər üçün hər zaman idealdır. Səfər ərzində nələrə diqqət etmək lazım idi (səhvlərim) : 1) Səfər müddətində heç vaxt mobil internetim olmadı ( ancaq kofeşoplarda ya hardasa təsadüf tutanda girirdim) . Bu bir çox problemlər yaradırdı. Bilet almaq istəyəndə tramvaya QR'ı skan edib almalıydın, nəğd variant üçün yer tapa bilməmişdim. 2) Çətir və ya ponço alın. Ponço paltonun üstündən keçirilən bildiyiniz belə klyonka kimi bir materialda geyimdir. Bu çox kömək olur paltar nəmlənməməyi üçün. 3) Mən səfər müddətində nəğd pul daha çox götürmüşdüm, siz əksini götürün həmişə. Çünki, demək olar ki, hər yerdə kart keçir. 4) Passort kontrolda tam sərbəst olun, onsuz turistiz və qəribə cavablar verməyə ehtiyac yoxdur. 5) Getməmişdən qabaq şəhərdaxili nəqliyyatı öyrənin mütləq. Bizdə elədi ki, maksimum gecikdin 10 manat verib taksi çağırassan hava limanına və yaxud avtovağzala. Burda isə taksi lüks seçimdir və 20 km yola ən az 70-80 euro ödəməli olacaqsız. 6) Qış vaxtı gedirsizsə, havanın tez qaralmağını nəzərə alıb, gəzməyə çalışın, 7-dən 3-ə qədər ancaq hava işıqlı olurdu, Danimarkada. Yadıma düşənlər bunlar idi, kimin başqa nə sualı olsa, həvəslə cavablandıra bilərəm. İstənilən kiçik nüansla bağlı xatirəm var. Təşəkkürlər oxuduğunuz üçün.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Farid Mammadalizada

1912 dəfə oxunub

Albaniyaya Səyahət

Albaniyadan salamlarBu mənim Albaniyaya ilk səyahətim idi.Qeyd edim ki,mən Yunanıstanda təcrübə proqramında olduğum üçün buradan getmişdim.Albaniyada 4 gün qaldım.3 bölgəsinə getmək fürsətim oldu.GjirokasterSarandeKsamilGjirokaster tarixi bir bölgədir.Şəhərin bəzi yerlərində özünüzü Qubada hiss etmiş kimi ola bilərsiniz.Əsas yer old city adlanan tarixi hissəsi idi.Mən axşam radələrində çatdığım üçün qalanı gəzə bilmədim,amma tarixi küçələrində belə gəzmək xoş oldu mənə.Şəhərdə gecə həyatı aktivdir,tipik balkan həyatı:dadlı yeməklər,danışan insanlar.Bu şəhərdə bir gün qaldıqdan sonra səhər Sarandeyə keçdim.Ksamil-bura 5 il əvvəl dənizi olan səssiz bir kənd olub.İndi isə turistlər tərəfindən kəşf olunduğu üçün kəndə bənzəmirdi.Dənizi çox gözəl,təmiz və pulsuz idi.Hava 28 dərəcə olsa da dənizə girmək üçün soyuq hiss etdirmirdi.Ksamildə bir gün qaldım.Qaldığım hotel çox rahat və dənizə 8 dəqiqə məsafədə yerləşirdi.Yenidən Albaniyaya qayıtsam bu şəhəri görmək üçün olacaqSarande-Ksamildən Sarandeyə məsafə 20 dəqiqədir və yerli busla rahatlıqla gedə bilərsiniz.Sarande də hava isti olduğu üçün hər kəs dənizdə idi.Şəhər çox turistik bir yerdir,dadlı yeməkləri və mehriban insanları ilə yadımda qaldı.Azərbaycandan olduğumu deyəndə çox sevinirdilər.Qaldığım hotellər haqqında çox münasib olduğunu deyə bilərəm,amma yay aylarında daha baha olacağını dedilər.Mən yenə də yerləşdirirəm buraya.Ksamil-Vila BakaSarande-Enia's apartmentGjirokaster-yadımda deyil Albaniya mətbəxi-Mənim üçün səyahətdə görməli yerlərdən daha çox dadlı yeməklər mühümdür.Alban mətbəxi demək olar ki,türk mətbəxi ilə bənzərdir.Tave Kösi sınamağınızı tövsiyə edirəm,börəkləri və musakkaları dadlı idi. Albaniyada transport o qədər də yaxşı inkişaf etməyib.Köhnə stil buslardan istifadə olunur və standart vaxtda gəlmirlər bəzən.Xidmət sektorunda isə biraz diqqətli olmağı tövsiyə edərdim.Qabağa düşmək istəyənlər orada da var.Məsələn,restoranlarda menudakı qiymətlə hesabdakı qiymətdə fərqlər olur.Hamınıza xoş istirahətlərPaylaşan: Aghgul Feyziyeva

225 dəfə oxunub

Afrikaya ilk səyahətim, Keyptaun

CAR…Bəli, Cənubi Afrika Respublikası…yenə də getmərəm dediyim ölkəyə 18 saatımı təyyarədə keçirərək həyatımın ən uzun hava səyahətini etmişdim. 18 saatlıq uçuşdan sonra Bakıda quruyan payız yarpaqları budaqlara yaşıl günlərimizi unutma deyərək ayrılıq yaşayarkən, cənub qitəsində tumurcuqlanan ağaclar, yarpaqlar yeni həyatlarına qədəm qoyurdular. Çün, orda fəsli Bahar idi…Afrika məndə özünə qarşı Michael Kiwanuka oxuduğu kimi love&hate münasibəti yaratdı… dost tanış hamı ehtiyatlı ol, ora çox təhlükəlidir deyib təzyiq göstərmişdilər, hətta qara dərililərin ağları girov götürüb yalnız pul qarşılığında azad buraxdıqlarını deyənlər də olmuşdu. Təbii Afrikadan sağ-salamat qayıdan kimi ilk iş dostluq siyahımı yenidən nəzərdən keçirmək oldu. Yaxşı ki, “Google knows almost everything”, bloggerlərin hamısı deyirdi ki, düşündüyünüz qədər təhlükəli deyil, heç bir problem yaşamadıq, gül kimi yerdir. Sözsüz ki, Afrika ayıq turist olmalı olduğunuz məkandır, hətta Kenya, Tanzaniyadan gəlmə taksi sürücüləri belə dəfələrlə xəbərdarlıq edir ki, bel çantanızı qucağınızda saxlayın, şəhərdə əlinizdə pasport gəzməyin.Afrikanın zəngin koloritini, kontrastı hələ aerportdan mərkəzə kimi uzanan magistral yolda gedərkən hiss etmək mümkündür. Digər Afrika ölkələrindən qaçqın kimi gəlib çoxlu tələbləri olan, ağlara nifrət edən, hökumətə qarşı etirazlarını bir vaxtlar körpüdən kərpic, daş ataraq yerli əhaliyə zərər verən, mərkəzdən izolə şiferdən müvəqqəti sığınacaqlı məhəllələrdə yaşayanlarvə yaokeana möhtəşəm mənzərəli, axşam yeməklərini yüksək zövqlə dizayn edilmiş sahildə sıra ilə düzlənmiş növbəli kafe və restoranlarda saatlarla Afrika şərablarından və kərtənkələdən tutmuş ceyran ətinə kimi qeyri-kosmik qiymətlərə ləziz təamları dadan, Afrika ritmlərini hiss etdirtən “gəzən canlı xor”-dan həzz alan ağlı qaralı yerli əhali.Axşam olan kimi hamı şəhərin ən sivil, hüzurlu və təhlükəsiz yeri olan Waterfronta Viktoria&Alfred limanına üz tutur. Müxtəlif dizaynerlərin, yerli və xarici brendlərin maraqlı geyim aksessuarlarını, gözəllik vasitələrini özündə birləşdirən bir gün vaxtınızı tələb edən Victoria&Wharf alışveriş mərkəzi və bu gün görəsən harda oturum deyə fikirləşəcəyiniz bir-birindən fərqli steak, dəniz məhsulları, yerli mətbəxi təklif edən kafe və restoranlar. CAR ölkə olaraq həm ağlara, həm də qaralara fərq qoymayan mehriban bir ölkədir. Bir zamanlar ulu babalarının irqi ayrı-seçkilikdən əziyyət çəkdiyi Afrikalılar bu gün kafedə ağlarla birlikdə çiyin-çiyinə çalışır, yerli əhaliyə xidmət edir, birlikdə zarafat edib gülürlər, bununla da utanc dolu keçmiş tarixi sanki yuyurlar.SƏN DEMƏ…Kafelərdə diqqətimi çəkən bir məqam da saçları düz olan, səliqə ilə yığılan Afrikalı qadınlar oldu. Sən demə Afrikada yalnız varlı qadınlar saçlarını düzləşdirə bilirlərmiş, çünki genetikanın onlara miras qoyduğu hədsiz buruq və qalın saçlara qulluğu hər qadın edə bilmir. Və sadə həll yolu olaraq saçlarını dibindən kəsib hazır yumşaq düz saçlı pariklər taxmaqda tapıblar. Ya da təbiilik gözəllikdir deyib uşaqlıqdan hörülən sim kimi saçlarla gəzirlər.Axşam düşür hər yer qaranlıqlaşır və işıqlı havada özünüzü nisbətən rahat hiss etiyiniz Keyptaun sizə qorxulu nağıllarını danışmağa başlayır. Kvartal boyunca arxanızca gəlib sizdən “maaaam, please” deyib əlini göz səviyyəsinə qaldırıb pul dilənən digər Afrika ölkələrindən gəlmələr, “hey, bro, bro” deyib sizə nəsə satmağa çalışan drug dealers-lər və kvartallar arası ünsiyyəti nədənsə qışqırmaqda görən əcaib səsli qadınlar. Təbii bu mənzərə ilə işıqlı vaxtlarda da qarşılaşa bilərsiniz. Lakin, addımbaşı Public Security olduğundan nisbətən rahat olursunuz.HARDA QALDIM?Afribode Old Mutual Apartments – 1940-cı illərdə sığorta, maliyyə xidmətləri mərkəzi olan, parlament binasına yeraltı gizli keçidi olan, Hollivud filmlərinin çəkildiyi, Nelson Mandelanın da ziyarət etdiyi Darling küçəsində yerləşən təhlükəsiz bina-Mutual Heights. Bura airbnb tipində ev sahiblərinin kirayə verdikləri mənzillərdən ibarət hündür mərtəbəli binadır. Həm də Misirdəki Piramidalardan sonra qitənin ən hündür tikilisi olub. Mən 8-ci mərtəbədə 50m2-lik Mutual Heights 810 mənzilində qonaq otağı, mətbəxi və ikinci mərtəbəsində king yataq otağı olan mənzildə gecəsi təqribən 150 manata qalırdım. Şəhərə və Table Mountain-ə möhtəşəm mənzərəsi olan rahat, işqlı, zövqlə dizayn edilmiş mənzil idi. Afrikaya işlə bağlı yolunuz düşsə elə burada qala bilərsiniz.HARALARI GƏZDIM?Long street-uzun mərkəzi küçə imiş, amma ağlınız bizim bəzəkli, işıqlı maşın keçməyən Nizami küçəsinə, İstanbulun İstiqlaliyyət caddesinə getməsin. Kiçik suvenir mağazalar, etnik kafe və restoranlar, rəngli bəzəkli bir-birinə meydan oxuyan 2-3 mərtəbəli binalar olan küçədir. Buradan suvenir almayın, endirim etməyə çalışsanız “siz türksünüz?” deyə gülən bir üzlə qarşılacaqsınız. Amma nə yalan deyim, işə yarayır. Qabağa düşdüm deyib mağazadan qürrələnib çıxmağımız Victoria&Wharf-a kimi çəkdi. Çünki orda olan suvenir mağazalarında taxta qaşıqlar, keramik saxsı qablar elə endirdiyimiz qiymətə idi və fərqli olaraq yaxşı bağlama ilə yola saldılar. Ona görə shopping mall üçün ancaq və ancaq Waterfront deyirəm. Lakin long street-də Mama Africaya getməlisiz. Canlı Afrika ritmlərini sizin də duymağınıza şərait yaradırlar. Məsələn mən drums arzumu orada reallaşdırdım, anda itmək nə demək imiş orda yaşadım, sonda mənə qalan isə xatirə video və keyiyən qollar oldu.Greenmarket Square– bildiyiniz küçə bazarı, səhər açılıb axşam yığışdırılan açıq havada tarixi 17-ci əsrə kimi uzanan meydan bazar. Oradan nəsə almağı məsləhət görmürəm, söz soruşsaz və ayrılsanız “almayacaqdınsa niyə yaxınlaşırdın?” ifadəli qəzəbli xalalar görəcəksiz, ya da mənim bəxtimə eləsi düşmüşdü.Cape of Good Hope– mərkəzdən 1 saatlıq məsafədə yerləşən, bir vaxtlar gəmiləri əldən saldığı üçün “Fırtına burnu” adlanan, daha sonralar isə Portuqaliya kralı II Juan tərəfindən “elə deməyin, Hindistana dəniz yolunu burdan tapacağıq” ümidi ilə adlandırılan Ümid burnu. Cape Point-ə giriş etmək üçün 303 rand və ya 38 azn ödəniş etməlisiz və bir az da girişdə növbə gözləməlisiz.Soyuq Atlantik okeanı ilə isti Hind okeanın qovuşması, çox uzaqlarda üfiqdə gizlənən Antarktida qitəsinin səssizliyini, zümrüdü firuzəyi okean dalğalarını duymağa çalışarkən birdən 17 dərəcə havada anidən Mayakdan aşağı düşən bikinili, ağ dərili, uzunboylu, ortayaşlı xanım. Necə olur, hardan çıxdı deyib təəccüblənərək düşdük aşağı və üzümüzü tutduq Pinqvinlərin sahildə turistləri vecinə almadığı kurorta Boulders Beach sahilinə- Noyabr ayı pinqvin koloniyasını görmək üçün ideal mövsümdür. Hamının bir-birinə “bu səs pinqvinlərdən çıxır?”, deyə təəccübləndiyi uzunqulaq sayağı səslərdən ibarət, yırğalana-yırğalana gəzən, okeana addım atanda müvazinətini itirib suya üzü üstə şapalaq kimi dəyən şirin, ayağı gödək canlılar. Turistlər çakkaçak şəkil çəkəndə, “ouu voov” edəndə bəziləri üzür, bəziləri ağ qumda uzanıb günəşlənir, bəziləri kölgəyə çəkilib yatır, bəziləri də turistlərə baxıb selfilərinə bixəbər poz verirdi. Bura qoruq idi ona görə də pinqvinlərlə təmas qura bilmirdik, həm də giriş üçün 18 man pul verməli idik. Bir az fərasətli olsanız 60 yaşlı turistlərdən ibarət qrupların sıxlığından istifadə edib biletsiz də giriş edə bilərsiniz. Çünki biz etdik)) Lakin bir az irəlidə pulsuz da pinqvin görmək, hətta toxunmaq şansınız var imiş, düzdür sayları az olsa da… Bizim pinqvin turumuz qaçaqaç aeroprata tələsdiyimiz vaxta düşdüyündən yaxşı ünsiyyət qura bilmədik, lakin, xatirə qalsın deyə özümə pinqvin formalı taxta qələm aldım.Table Mountain-Təbiətin yeni yeddi möcüzəsindən biri sayılan, Afrikanın simvolu, Keyptauna möhtəşəm quşbaxışı mənzərə açan, kənardan baxanda stola oxşayan 1085 m-lik dağ. Ora qalxmaq üçün də şanslı olmalısınız. Qondola kanat yolu ilə 40-50 nəfər adamı hava sakit, səma açıq olanda 700-800 m hündürlüyə qaldırır. Əgər yağış, külək, duman varsa kanat işləmir. Cəmi bir ədəd kanat olduğundan növbə qaçınılmazdır. Onun da həlli var imiş, online bilet alıb növbədən canınızı qurtara bilərsiniz ki, biletin də qiyməti 36 man-dır. Bir çox turist bixəbər növbədə vaxt itirirdilər.ÖZLƏRININ DƏ DEDIYI KIMI – YOU ARE HOME IN AFRICA!Buludların ayağınızın altında, qaya dovşanlarının dağ başında meditasiya etdikləri, mənəvi istirahəti tapacağınız, özünüzü azadlığın zirvəsində təbiətlə, vəhdətdə hiss edəcəyiniz və mütləq saatlarla tənbəl-tənbəl vaxt keçirməli olduğunuz məkandır. Necə də möhtəşəm idi, bir az da qalıb günəş batımına baxa bilərsiniz, şübhəsiz ömrünüzün ən gözəl gün batımı mənzərəsi olar. Təəssüf ki, vaxt qıtlığından biz bunu edə bilmədik. Dağa hikinglə qalxıb indi də enməkdə olan turistlərə paxıllanıb qalxdığımız göylərdən yerə düşdük.BƏS NƏQLIYYAT?Biz Uberdən istifadə edirdik. Çox sərfəli, sürətli, komfortludur. Sürücülərin əksəriyyəti qara dərilidir və başqa Tanzaniya, Kenya kimi ölkələrdən gəlmədirlər. İndi sual verə bilərsiz ki, Afrika deyirsən əlbəttə qara dərili olacaqlar. Məsələ orasındadır ki, Afrikada ağların da sayı heç az deyil. 4 günlük turda müxtəlif sürücülərlə qarşılaşdıq: bürcünüzə uyğun sizə xarakter icmalı verən hipster görünüşlüdən tutmuş, Afrikada doğulub böyüyüb, Filippinli qadınla ailə həyatı qurub, qızı ilə fəxr edən təqaüd dövrünü uber sürücülüyü ilə keçirən, dilənçilərin yaxınlaşdığını görüb maşının qapılarını kilidləyən anlayışlı və tədbirli 60 yaşlı holland əsilli mehriban adama kimi.BƏS YAXŞI NƏLƏR ALA BILƏRƏM?Getməzdən əvvəl internətdə “must have” siyahısına baxdım, təxminən bunlar idi: taxta qaşıqlar, suvenirlər, keramikadan qablar, yumşaq roibos çayı, African jazz diski (korinnoy Afrikalı xanımın məsləhəti ilə 10 manata iki ədəd Hugh Masekela və Sipho Gumede disklərini aldım), pinqvin formalı istənilən suvenir, şokolad, ədviyyat, dəriyə qulluq vasitələri (Aloe, African extracts), Made in South Africa emblemli geyim, kosmetik vasitələr və s.4 günlük CAR səyahətimi bu qədər zəngin xatirələrlə yaşayacağımı düşünməmişdim. Ənənəvi Viktoriya, holland stilli arxitekturası, hörülmə dəmir balkonlu 3-4 mərtəbəli sadə, həm də təntənəli tikililəri, zəngin mətbəxi, roibos çayı, milliyyətini məxsusi şəkildə aşkar nümayiş etdirən, amma “ehtiyat igidin yaraşığıdır” deyib elektrik naqilləri ilə bəzədilmiş hasarlı yəhudi və digər millətlərin evləri, qoltuğunda surf taxtası ilə okeanda dalğalarla yarışmağa gedən kim bilir, bəlkə də qayıdan, sahildə gəzişən sarışın gənclər…Əsrarəngiz təbiətli, uzaqdan bir qarış görsənən, lakin gəzib bitirə bilməyəcəyiniz Keyptaundan çox zövq alacaqsınız. Ən əsası isə bura Afrikalı deyib ağlınıza ancaq qara dərili gələn ölkə deyil, alman, holland əsilli Avropalıların da qürurla Afrikalıyam dediyi bir ölkədir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nata Hasanova 

2452 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!