900 dəfə oxunub

Türkiyə-Monteneqro-Albaniya səyahəti - 1-ci hissə Türkiyə günləri

Salam, dostlar. Mən də ilk məlumatlandrıcı postumu paylaşım qrupda. Bizim səyahətimiz Türkiyədə başlayıb Albaniyada bitən 12 günlük dolu dolu bir səyahət idi. 2 nəfər idik və mənim ailədən uzaq, rəfiqəylə ilk səyahət təcrübəm olduğu üçün narahatçılıqlarım yox idi desəm yalan olar. Gələk əsas məsələyə: Biletləri Bakı-İstanbul-Bakı reysinə Buta Airwayslə 340 AZN-ə, İstanbul-Tirana-İstanbul reysinə Pegasusla 240 AZN-ə aldıq. Qeyd edim ki, daha ucuz ala bilərdik, sadəcə işin ucunda Türkiyə varsa bizim üçün shopping qaçınılmazdır dedik, hər iki istiqamətdə 23 kq baqaj haqqımızdan istifadə etdik və biletlər bizə 580 AZN-ə başa gəldi. Yuxarıda qeyd etdiyim kimi, səyahətimiz Türkiyədə başladı. İstanbulda həm rəfiqəmin həm mənim qalacaq yerimiz olduğu üçü otelə pul sərf etmədik. Mən Sabiha Gökçen Hava limanından Kadıköye AİRBUSla 14 TL-yə getdim, Taxi ilə də gedə bilərsiz təbii ki, amma o qədər məsrəfə ehtiyac yoxdur deyə düşünürəm.

67201431_2944640452273930_2241211946206494720_n

Biz daha öncə İstanbulda olduğumuz üçün olmadığımız bir neçə yerə getmək yetərlidir deyə düşündük, yollandıq Dolmabahçe sarayına. Saraya giriş 60 Tl-dir. İstanbula gedib Dolmabahçe sarayını görməmək günah olar deyə düşünürəm, mütləq görməlisiniz.

default

2 saatlıq Dolmabahçe gəzintisindən sonra “Çukur” filmi ilə məşhurlaşan Balat-Fener ərazisini də görmək istədik. Hər kəs öz evini antik butik cafelere çevirib, hər cafe bir tarixdir sanki, yemək qiymətləri 1 nəfərə 40-60 TL civarındadır.

67213757_2944640348940607_2386573211669102592_n

Balat-Fener gəzintisindən sonra isə Pier-Lotti təpəsinə çıxıb İstanbulu bir də yüksəklərdən izlədik, günbatımını seyr etdik. İstanbulda ikinci günümüzdə isə Üsküdar Kız kulesi mənzərəsiylə çay içdik, Ortaköyə yollandıq, Ortaköy kumpiri (27 TL) yedik. Boğaz turu mütləqdir İstanbulda, Elə Ortaköydən başlayan boğaz turlarına qatıla bilərsiniz. Biz İstanbul üçün 2 gün yetərlidir deyərək gecə 12:00 avtobusu ilə yollandıq üzü Balıkesir-Ayvalıka. İstanbul-Balıkesir yolu 5 saat davam etdi, Balıkesir-Ayvalık isə 2 saat yarım. Yol xərcimiz gediş 120- dönüş 120 Tl oldu. Ancaq bileti bir neçə gün əvvəldən almaq məsləhətdir, çünki biz çox çətinliklə bilet tapdıq. Ayvalık kiçik bir şəhərdir, 3-4 saat da vaxt keçirmək yetərlidir. Yemə-içmə qiymətləri normaldır, məşhur ayvalık tostunu mütləq yeyin, əgər yolunuz düşərsə. Ayvalıkdan taxi botla (6TL) 20 dəqiqə məsafədə Cunda adası var, Egey dənizinin sahillərində sanki kiçik bir cənnətdir.

66859815_2944640748940567_5708433886288019456_n

 

67077465_2944640618940580_6196714729461776384_n

 

Bir az İzmir Alaçatısını xatırladır, amma bura daha sakit və turistlərin daha az olduğu yerdir və Alaçatıdan daha ucuzdur. Meyhaneləri, dəniz məhsulu restoranları ilə məşhurdur, plajları da var, rahatlıqla dənizə girə bilərsiniz. Bir gəzəyən üçün ən mühüm əşya hədiyyəlik magnetlərdir deyə düşünürəm, Cundada qiyməti 3 magnet 10 TL-dir. Əslində Ayvalığa səhər çatıb gecə qayıtmağı düşünürdük, ama bu cənnətdə 1 gün daha artıq vaxt keçirmək qərarına gəldik. Cunda adasında hər kəs evini butik otel və ya pansionat halına gətirib gəlir yeri kimi istifadəyə verib. Ancaq qiymətlər bahadır. 1 gecəlik 2 nəfərlik otaq kahvaltı daxil minimum 250 TL-dən başlayır.

Yerli insanlar bizə Ayvalıkda daha ucuza yer tapa biləcəyimizi dedilər və Ayvalıkda gecələmək qərarına gəldik. 2 nəfərlik otağa 100 TL ödəyərək qaldıq. Bir də Ayvalık mərkəzdə “Aresin yeri” adlı kahvaltısıyla məşhur butik cafe var, 2 nəfərlik serpme kahvaltıya 80 TL ödədik. Bir də Ayvalığın balıq yeməkləri ilə ən məhşur yeri “Tık Mustafanın yeri” adlı meyhane tipli restorandır, reserv etmədən yer tapmaq mümkün deyil. 2 nəfərlik 100-150 TL xərciniz çıxacaqdır. Aurası çox gözəldir, oxuyan kim oynayan kim. Cunda küçələrini 2 gün gəz-gəz doymadıq, amma ikinci günün sonunda İstanbula 120 TL-yə dönüş biletimizi (Uludağ otobüs firması) aldıq.

67341631_2944640592273916_61622601625108480_n

Ayvalıkdan birbaşa İstanbula düşdük yollara. Bizi yeni bir ölkə, yeni səyahət macərası gözləyirdi çünki. Türkiyədə 4 gün üçün ümumi 120-150 Euro xərcimiz çıxdı 1 nəfərə. Montenegro və Albaniya haqqında ayrıca post paylaşacam.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Roza Ahmedova

DİGƏR BLOQLAR

Dark Tourism – Qaranlıq Turizm Nədir?

Bu post spesifik səyahətə dair yox səyahət tipinə aiddir. Bir çoxları turizmin müxtəlif növlərini fərqləndirməyi bacarır. Demək olar hər şeyin arxasına turizm artırıb ayrı kateqoriya yaratmaq mümkündür. Dağ turizmi, təbiət turizmi, ov turizmi, sağlamlıq turizmi, mədəni turizm, tarixi turizm və ilaxır. Amma aralarında məşhur olmayan kateqoriya Qaranlıq Turizm olaraq tərcümə etdiyimiz Dark Tourismdir.Qaranlıq Turizm - Tarixi mənada ölüm və tragediyalarla bağlı yerlərə edilən səyahət növüdür.Bu turizm növü balayında seçəcəyiniz növdən bir turizm növü deyil. Dünyaca ən məşhur nümunələri olaraq Nyu-Yorkda 9/11 Qoşa Qülələr Memorial kompleksi, faşistlərin yəhudiləri toplayıb öldürdükləri Polşadakı Auschwitz ölüm kampları və son zamanların trenddə olan mövzusu Çernobılı göstərmək olar. Digərləri isə Hiroshima, Etna, Alcatraz həbsxanası, Paris katakombaları kimi məkanlardır.Bəs ölkəmizdə necə? Fərqində belə olmadan hər birimizin getdiyi bir nöqtə var. Şəhidlər Xiyabanı Bakımızın ən gözəl yerlərindən birində yerləşir və Dark Tourism obyekti sayılır. Həmçinin Qubadakı toplu məzarlığı da bura aid etmək olar.Nə üçün Qaranlıq Turizm?Qaranlıq Turizm təkcə toplu insan ölümlərini yox, həmçinin antropoloji təsirləri də əhatə edir. Normalda muzeylər əşyaları, tarix isə hadisələri göstərir. Dark Turizm obyektləri isə hər ikisini özündə birləşdirir. 4 il öncə Yerusəlimdə (Qüds) Yad Vaşem muzeyini ziyarət etmişdim. Muzeyin təkcə quruluşu sizə bütün faşist almaniyasının yaranmasından tut qətliamlara qədər çox dərin təsir göstərirdi. Və sizi inandırım ki, bu Nyu-Yorkda taksinin üstündə 3 saniyəlik gördüyünüz JusticeForKhojaly yazısından daha çox təsir edir. Türk milləti üçün Çanakkale savaşı böyük önəm kəsb edir. Həmçinin Atatürkün gözlərini yumduğu Dolmabahçe sarayı türk millətinin sentimental kəsimi üçün çox vacibdir.Ümumilikdə insanoğlunun yaradıcı qüvvəsi qədər məhv edici qüvvəsi də heyranlıq doğurur. Və sırf müəyyən seqment üçün təbiət və insan arasında davam edən çəkişmə xüsusi maraq obyektidir. Necə ki bütün Çernobıl zonasını yaşanmağa imkansız hala gətirmiş, radiasiya dalğaları Norveçdən tut Qazaxa qədər gəlmişdi. Və bu gün təbiət yenidən şəhəri geri alıb ağaclar arasında illər ötdükcə gizlədir.Təkcə baxmaq üçündürmü?Xeyir. Dark Tourism bu gün həmçinin ən böyük propaqanda alətlərindən biridir. Propaqanda həm ümumbəşər həm də sırf bir millətin maraqlarını qoruya bilər. Məsələn, qonşumuz ermənistan saxta erməni soyqırmı iddiaları ilə əlaqədər aşağıdakı məkanlarda memoriallar inşa edib,Dublin - İrlandiya, Fresno, Boston, Massachusetts, San Francisco - ABŞ, Almelo – Hollandiya, Mexiko – Meksika, Lebanon, Fransa, Kanada, Braziliya, Hindistan, İran, Uruqvay, Argentina, Kipr, Suriya, Almaniya.Bu məkanlara məşhurları dəvət edib dünyaya yaymaq da bir başqa alətdir. Son zamanlar George Clooney-in Yerevana səfəri bir çox həmyerlimizi qıcıqlandırmışdı.Sözümün canı, Çernobıla gedənin başı çatmır, adam ölən yerdə maraqlı nə var kimi ilkəl düşüncələri kənara qoyub, həm dünya və insanlıq tarixi haqqında öyrənmək, həm də Ağı Qaradan özümüz seçməyi öyrənmək lazımdır.“Tarixindən Öyrənməyi Bacarmayanlar, Onu Yenidən Yaşamağa Məhkumdur”-Winston ChurchillƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Mürsəl Səmədov

1722 dəfə oxunub

Ukrayna, paytaxt şəhər - Kiyev bələdçisi

Salam, hörmətli gəzəyənlərBugün Ukraynaya olan səfərimiz haqqında yazacam. Qısa və daha aydın. İlk dəfə Ukraynaya gedənlərin nəzərinə! Çoxları bu haqda yazmadıqlarına görə mən yazacam.Ukraynanın paytaxtı Kiyev – ən maraqlı şəhərlərdən biri və ölkənin mədəni və mənəvi paytaxtı hesab edilir. Təpəli ərazisi sayəsində şəhər çox gözəldir və şəhəri gəzmək üçün ən azı 2 gün vaxtınızı ayırmalı olacaqsınız.Hava limanı Hava limanı Borispol Kiyevdən 30-35 km aralıdır.Valyuta Özünüzlə götürəcəyiniz valyuta USD və ya Euro. Kurs 100$=2650 qriven. Hava limanında təqribən 7 yaxın valyuta dəyişmə məntəqəsi var. İlk gördüyünüz yox, sonrakı valyuta məntəqəsində daha sərfəli kurs tapa bilərsiniz. (100$=2690 qriven) Lakin çalışın pulunuzu mərkəzdə dəyişin. Xreşatik boyunca olan valyuta dəyişmədə dolların kursu daha sərfəli olur.Mobil NömrəArdınca 40-100 qrivenə nömrə ala bilərsiniz. Operatorlar kiyevstar, life, vodafon və s. Mən aldığım life oldu, həm ucuz həm də internet paketləri sərfəlidir. 60 qriven (4 azn -2.28 usd) 10 gündə qurtarmaq bilmədi. Nömrələr marketdə də satılır. Marketdən alarkən pasporta ehtiyac yoxdur.TaksiBurada istifadə edəcəyiniz taksilər. Proqramla Uber və ya Yandex Taxi. 310 zənglə ən sərfəli olanıdır. Gecə taksi sifariş verəndə qiymət aşağı olduğundan taksi gəlməyə bilər. Kiyevdə loru dildə desək, auksiyon kimi edib qiyməti qaldıra və taksi şoferlərinə bəxşiş də verə bilərsiz. Borispol hava limanından 200-300 qrivenə taksilər gedir.(11 $ - 20 azn)Kiyev metrosuGedişat 5 qriven.(32 qəpik - 20 cent) Metro 3 ayrı istiqamətdə olan 52 stansiyadan ibarətdir. Vaxtınıza və pulunuza qənaət etmək üçün gözəl vasitədir. Bu arada gedişat jetonladı.EvlərGündəlik və aylıq evlər cürbəcürdür. Əvvəlcədən evləri axtara bilərsiz, lakin bron etməyiniz məsləhət görülmür. Çünki loru dildə desək "atanşik" çoxdur. Otelləri bookingdə sifariş edə bilərsiz. Mən qaldığım yer Pecerskiy rayonu idi. (750 qriven- 47 azn - 28 usd)İnsanlarFərqlidilər. Nasistləri də var amma bizə (azərbaycanlılara) qarşı xoş münasibətdə olduqlarını gördüm. Əsasən soyuq millət kimi görünsələr də ünsiyyət quranda çox mehriban olurlar.Kiyevin rayonları( bölgələr ).PecerskiyQoloseyevskiyObolonSolomonskiyShevcenkivskiyPodolskiy və s.Şəhər Dnepr çayı ilə iki yerə bölünür : sağ və sol sahil. Sizlərə lazım olan Pecerskiy rayonu olacaq. Bura onların dili ilə desək "centr" sayılır)Marketlər və qidalanmaBir sözlə desək dadlı, keyfiyyətli, həm də sərfəlidir. Xüsusən də süd və ət məhsulları.Şəhərin özüKiyev Ukraynanın mərkəzi hissəsinin şimalında və Dnepr çayında yerləşir. Kiyevdə olanlar şəhərin görməli yerlərinin şəkillərini paylaşa bilərlər. Mən havaların soyuq olması ilə əlaqədar şəhəri gəzə bilmədim... -25 dərəcədə nə gəzmək ????Nəyisə səhv qeyd etdimsə əvvəlcədən üzrlü sayın.... Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Orkhan Os

2143 dəfə oxunub

Günəşin ən gözəl batdığı yer - Zənzibar

Zənzibardakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Yalan-doğru, amma deyirlər, Zənzibarda hələ 20 min əvvəl də insanlar yaşayırmış. Ta 1873-cü ilə qədər bu arxipelaq Hind okeanında ən böyük qul bazarı sayılırdı.Bir çoxları ekzotik ada deyəndə, nədənsə, yalnız Seyşel, Mavrikiy, Maldiv kimi adaları yada salır. Amma Zənzibar özlüyündə bu sadaladığım adalardan qat-qat maraqlı, ekzotik olmaqla bərabər, həm də zəngin tarixə malik bir arxipelaqdır. Yəni bir turistin ora gedincə, Maldiv, Seyşeldən fərqli olaraq, passiv çimərlik istirahətindən başqa həm də yetərincə tarixi bilgilərini də zənginləşdirmə imkanı əldə edə biləcəyi bir yerdir.İndiki Tanzaniya 1964-cü ilədək Tanqanika Respublikası adlanırdı, 1964-cü ildə Zənzibarla birləşərək adqoydu nəticəsində Tanzaniya olub.Zənzibarda əsasən suahili dilinin kişvahili dialektində danışırlar. Britaniya müstəmləkəsi hesabına əhalinin ingilis dili ilə də problemi yoxdur. Adaların əhalisi müsəlmanlardır.Zənzibara iyundan oktyabradək havanın orta temperaturu +26C olur. Dekabrdan fevraladək - +28-+37C. Amma nəzərə alın ki, Zənzibar ekvatordan cənubda yerləşir, ona görə də dekabr, yanvar, fevral Zənzibarda yay aylarıdır və bu period da orda hava daha isti və quru olur. Aprel-may aylarında yağış mövsümü şuluqluq edir. Yayda da yağış yağa bilər. Bizim iyul səfərimiz zamanı arabir yağışa düşürdük. Amma yay yağışları uzunmüddətli olmur. Çalışın səfəriniz yağış sezonuna düşməsin. İslanmadan əlavə həm də bu vaxt malyariya ağcaqanadının iştahına tuş gəlmə ehtimalınız da böyükdür. Quru iqlim zamanı da oralar ağcaqanaddan boldur, amma yağış sezonundakı ağcaqanadlardan fərqli olaraq, quru hava şəraitində hücüm edən ağcaqanadlar zənən xeylağı olduqlarına görə malyariyaya tutulma ehtimalı aşağı olur. Yola düşməzdən əvvəl özünüzlə mütləq ağcaqanadla güləşən spreylərdən bol-bol götürün.Yerli okeansahili çimərliklər mərcan riflərindən, laqunalarından tutmuş, delfinlərlə, drayverlər üçün cənnət yerlərlə boldur. Prison adasında nəhəng tısbağalar da şellənirlər, onlara da kiçik qayıqlarla ucuz qiymətə gedib baş çəkə bilərsiz. Yerli bazar Stone Townda sizə mütləq «gəl-gəl» deyəcək. Mən hələ ədviyyat plantasiyalarını demirəm!.. Özüm ədviyyat xəstəsi olduğum üçün hər səfərimdə bu plantasiyalarda gəzişəndə xoşbəxtlikdən əsməcə gəlir mənə. Bələdçi sizi plantasiyada bitən bütün ədviyyatlarla tanış edəcək, real şəraitdə bitən darçın, sarıkök, zəfəran və daha nələr görəcəksiz. Hansını mümkündürsə - hətta dadacaqsız da. Elə oradaca onlardan ala da bilərsiniz.Otel-filanlar boldur. Müxtəlif qiymətə. Günü 30 dollara okeanın düz sahilindəki kiçik otelimi heç bir Hilton-a dəyişmərəm!.. Zənzibara müxtəlif vasitələrlə gedib çıxmaq olar. Təyyarə ilə (bir çox ölkələrdən ora birbaşa uçuşlar var), gəmi ilə. Biz Dar Es-Salaamdan gəmi ilə 1,5 saata çatmışdıq. Gemi ilə gediş qiyməti müxtəlifdir, seçəcəyiniz class-dan asılıdır. Adaya çatınca bələdçilərin, taksi sürücülərinin çoxluğu sizi bir balaca peşman edəcək. Amma bununla belə qiymət saldıra-saldıra onların xidmətlərindən də bəhrələnə bilərsiniz. Hə, bir də, bilmirəm başqalarında necə idi, amma biz gəmidən düşüncə israrla sarı qızdırmaya (желтая лихорадка) qarşı peyvənd olunduğumuz barədə sertifikatı tələb etdilər. Biz də tərslikdən onu Dar Es-Salaamda unutmuşduq. Çox çətinliklə yola gətirdik. Əslində, bu, ilk növbədə, sizin özünüz üçün lazım olan bir şey olduğuna görə getməzdən əvvəl o peyvəndi mütləq vurdurun. İşdi-saiyətdi yaddan çıxsa - limandakı əməkdaşlara bildirib elə oradaca peyvəndlənmə imkanınız da olacaq (məbləğindan xəbərsizəm).Yeyib-içmək ürəyiniz istəyən kimidir. Yəni alışdığınız restoranlardan tutmuş ta ki, alışmadığınız yerli mətbəx iaşə yerlərinədək. Düzdü, yerli mətbəxdən bir o qədər də çox dadmadım. Ekzotik adına məst olub sifariş etdiyim kokteylin nəticədə xiyar kokteyli olduğundan sonra sarsılmışdım.Qırmızı kolobus meymunlarıyla yalnız Zənzibarda üz-üzə gəlib dərdləşə bilərsiniz. İnsanlara də öyrəşiblər, adam yerinə qoymadan rahatca işləriylə məşğuldular. Ona görə də doyunca və yaxından tamaşa edə bilərsiniz.Daha nə qaldı? Nəsə qaldısa - xəbər edin. Ən əsası - ZƏNZİBAR - CANDIR! Mütləq gedin.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ali Akbar

1479 dəfə oxunub

Şəhər bələdçisi - Düsseldorf

Düsseldorfdakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.Salam gəzməkdən doymanlar ???? İstədim bir post da mən yazım. Bəlkə də bu haqda yazıblar artıq. Üzürlü sayın)Xlll əsrdən şəhər statusu alan Düsseldorf bahalığa görə VI, yaşayış standartlarına görə isə V yerdə durur. Bahalığa görə Berlinlə rəqabət aparır. Bura bir çox qonşu avropa ölkələrinə yaxın olduğu üçün yaşamaq üçün buranı üstün tuturlar. İş tapmaq istəyən və ya biznes qurmaq istəyənlər Berlindəki vergi ağırlığından qaçmaq üçün bura üz tuturlar. 650 minlik əhalisi olan və Reyn çayının hər iki tərəfinə yayılan bu şəhərdə çoxlu Çinli və Yapon iş adamları var.Təbii ki, Türkiyəli qardaşlarımızın da sayı Berlindəki qədər olmasa da tez-tez rast gəlmək olur. Yuxarıda qeyd etdiyim vergi məsələlərinə görə aparıcı şirkətlət baş ofislərini burda açmağa çalışırlar. Dünən bir yaponla yerli pivə içərkən xeyli söhbətləşdik. Dediyinə görə 90 min yapon yaşayır ki, bu da əhalinin 1%-ni təşkil edir. Bunu deyəndə üzü güldü, sankı qağaların gələcəkdə gör burda nəğayrajax sözləri gözündən oxunurdu)). Bəlkədə buna görə “little tokio” deyirlər. Ev kirası daxil olmaqla aylıq yaşayış üçün 3000-3500 avro pul qazanmaq lazımdır. Təbii ki, hər kəs bu qədər qazana bilmir. Gələn il Yaponiyada keçiriləcək olimpiya oyunlarına dəvət etdi)Bu şəhərin Almaniyanın "Pivə Şəhəri" adlandırılması təsadüfi deyil. Ən qədim hissəsi olan ALTSTADT-da 300-ə yaxın pivəxana var. Amsterdamda hər yerdən nəşə iyi gəldiyi kimi burda da hər tərəfi pivə iyisi bürüyüb. İnsanlar masa arxasında oturub aramsız pivələr butulkalarını boşaldırlar (şəkillər paylaşacam). Sadəcə oturub 'ayn alt' deməyiniz kifayətdir. Sizə dərhal yerli pivə gətirəcəklər.Bu arada Almancam o qədər itidir ki, nəsə almanca deyən kimi "Naaaayn"(yeşilcam filmlərindəki Naaalaan Nayrrr nolamazzz səhnələrini xatırladır), Danqr Şön, bitti şön, ya ya ya (bunu 3 dəfə deyəndə gülümsəyirlər nəsə xoşlarına gəlirlər) das ist fəntəstiş kimi sözlərlər dialoqları bağlayırdım).Əhalisinə gəldikdə isə yerli əhali çox gülərüz, mehriban və yardımsever insanlardır. İngilis dilisi zəif olanlar belə əl qol işarələri ilə başa salmağa çalışırlar. Burada ingilis dili bilməyənlərə Berlinlə müqayisədə daha çox rast gəldim. Almaniya deyəndə gözümün qabağına Hitler gəlirdi. Amma bu səfərdən sonra neqativ steoritipi aradan qaldırdım. İngilislərdən daha isti qanlı gəldi mənə. Görəsən Mayn Kampfi oxusam alman dilini sevə bilərəm?))Gələn dəfə vaxt tapan kimi az adamın kəşf etdiyi bir Hollandiya kəndi haqında yazacam.Bir də Flixbus üçün 3 ədəd 20%lik voucher'lər var. Kimin bu yaxınlarda səfəri varsa mənə xəbər etsin. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Vuqar Ali

798 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!