1130 dəfə oxunub

Paris üçün 8+1

Parisdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Paris elə bir şəhərdir ki orda nə etməli olduğunuzu 2000 fərqli mənbədən, 1000 fərqli formada, yenilənmiş halda oxuya bilərsiz. Amma nə "Etməməli" olduğunuzu bəlkə də çox yerdə tapa bilmərsiz. Necə getdim, harda qaldım, haranı gəzdim maraqlıdırsa statusda onlar yoxdu ????

1. Mütləq formada tənbəllik ETMƏMƏLiSiNiZ. Hər gün səhər saat 8-dən digər gün gecə 1-in yarısına qədər şəhərdə minimum 30.000 addım ataraq gəzən biri kimi deyirəm ki, mütləq piyada gəzməyə üstünlük verin. Çünki bu zaman biz şəhərin ruhun hiss edə bildik. Axşamlar çayın qırağında şərab və yüngül atıştırmaları ilə istirahətə gələn yerli insanların arasına qarışıb, "Fransız xalqı kef eliyir" sözünün təsdiqini tapdıq. ????????????

2. Şəhərin turistik mərkəzlərində fırıldaqçılıq edərək oyun oynamaga həvəsləndirmək üçün qurulan səhnəciklər görəcəksiniz. 3 stakanın altında gizlədilən "top" oyunu ən məşhuru idi. Barmağa ip keçirib oyun oynamaq istəyənlər də az deyildi. Bu tip şeylərə vaxt ayırmayın, gəzin! ????????????

3. Əgər xüsusi marağınız yoxdursa Montmartre-da yerləşən Basilika Sacrè-Cœur girməyin. Mən bu marağımın qarşısın ala bilmədim ve qısa gözləmədən sonra içəriyə daxil ola bildim. Dəyməz deyə düşünürəm. Almaniyanın Aachen şəhərində olan kilsə daha xırda olsa da qat-qat gözəldir. Hətta Hamburg da ona nisbətən daha yeni tarixdə tikilən kilsə daha maraqlı idi.????️????️

4. Eyfel qülləsini görmək üçün 2 alternativ metro var. Biri Bir-Hakeim digəri isə Trocadero. Birincisini heç məsləhət görməzdim. Tracadero metrosundan çıxıb, sola döndükdə "Gözəl"i görürsüz. ????????eifelovaya_bashnya

5. Eyfel ətrafı səyyar satıcıların dediyi ilk qiymətə razılaşmayın. Ən az yarı qiymətinə ala bilərsiz istədiyinizi. Spirtli içkini isə onlardan heç almayın. 2-3 avroluq çaxırları 15-20 avroya deyib, 10 avroyada minnətnən satırlar. Təbii ki şəhərimizin turistik olduğunu unutmayın normaldı bu qiymətlər.????????????

6. Bura əsas xanımlara aiddir... Gül satanlar gətirib sizə gül verəndə almayın. 1 ədədinin qiyməti 10 avrodan deyirlər. Oğlan gördüm ki, yalvarır "Pliizz 5 euro". Bakıda da bu texnikanın qurbanı olan oğullarımız var. Sadəcə başa düşmək lazımdır ki, məncə solub gedəcək və heç bir zaman xatırlamayacağınız hədiyyədir. O pula səhər yeməyini bir az bahalı yerdə etmək imkanı var. ????????????

7. Hostellər bir yatmağa yeri, bir də əl-üz yumağa suyu pulsuz verir. Şəhər vergisi daxil mədəni soyğunçuluq edirlər. Qanuni oğru sözü oralara aiddir. Məsləhət görərdim ki 8-10 nəfərlik turistik yerlərə nisbətən yaxın yerdə (hosteldə) qalmaqdansa, Airbnbdən ev tutasınız. Onsuz biz gunun 6-7 saatın hosteldə keçirirdik. Qalan 16-17 saatı çöllərdə olurduq. Gecə yatanda da kiminsə xorultusu və başqa səsləri ilə narahat olmaq yaxşı deyildi. ????????

8. Yeni insanlarla tanışlıqdan çəkinməyin. Almanlardan sonra fransızlar bizim üçün ayrı aləm oldu. Rasistlik hiss etmədik. Almanyada bizə göstərilən "Siz yadsız burda" söhbəti yoxdu (görmədik) orda.

8.1 Ola bilər ki, ingilis dilini Elizabeth kimi danışasınız. Amma əmin olun ki metro, işçisindən host işçisi, restoran (cafe, patisserie, brassiere və.s) işçisindən adi əhaliyə qədər hamını ingiliscədən sarı problemi var və siz o dili rahat istifadə edə bilməyəcəksiniz. "Əl-qol hərəkətləri" - ON

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Toğrul Əsgərov

DİGƏR BLOQLAR

İzmir bələdçisi (Part 1)

İzmir səyahəti / 3-10 sentyabr  1 aylıq Bakıya gəlib məsuliyyət anlayışı olmayan adamlar ilə işimi tamamladıqdan sonra qərar verdim ki, mənim beynim sadəcə 1 həftə hər şeydən kənarda dincəlmək istəyir... Beləliklə uçuş vaxtına 2 həftə qalmış kifayət qədər ucuz biletlər tapıb yollandım səyahətə. Əsas məsələ: vaksin sertifikatım yoxdur (hələ çiplənməmişəm, amma bu səyahətdə vaksinə görə keçirdiyim stress-dən sonra qərara (tam olmasa da, hələ də tərəddüd edirəm) gəlmişəm ki, sırf səyahət burnumdan gəlməsin deyə çiplənəcəm). Varşava – Lviv / LOT Polish Airlines / Economy Saver tarifi (8 kq əl yükü ilə) Uçuş Embraer 195 təyyarəsi ilə həyata keçirildi, visitukraine.today saytından ölkəyə giriş-çıxış qaydalarını oxudum (Niquş-dan soruşmadım ????), antigen testimi verdim və online check-in edib getdim birbaşa gate-ə (hava limanında qeydiyyat masalarına yaxınlaşmadan). Üstün cəhəti: əl yükünü ölçən olmadı. Uçuş zamanı su və snacks-lər (3 növ, əsasən şirin) təqdim etdilər (sağ olsunlar). Lviv-da 8 saat tranzit müddətim var idi, amma hava limanında tranzit zona olmadığı üçün və vaxtımın çox olduğunu nəzərə alaraq dedim ölkəyə daxil oluramsa gedim bir şəhəri gəzim, yeyib-içim. Mən Vdoma mobil tətbiqini yükləməmişdim, onu mütləq yükləyin (test verib gedənlər), çünki gömrük işçiləri sizi onsuz (mobil tətbiqsiz) ümumiyyətlə pasport nəzarətinə buraxmayacaqlar. Hava limanında pulsuz WiFi var. Hava limanından mərkəzə 10 UAH-a bilet alıb avtobus ilə getmək olar (25 dəq). Ödəniş yalnız nağd qəbul edilir avtobuslarda, təəssüf ki. Opera Teatrını və ətrafını, parkları, mərkəzi küçələri (Old Town) gəzdikdən sonra yollandım ən sevdiyim iki yerə: Lviv Handmade Chocolate və Pyanaya Vishnya (ölkəyə girmək məqsədim bu 2 yerə getmək idi). Bol şokolad və içki alıb (gömrük qaydalarına uyğun olaraq) dedim gedim bir ukrainski borş yeyim. Mərkəzdə göz oxşayan restoran çox idi, amma nədənsə bir steak house-u (Churrasco Grill & Beer) çox bəyəndim. Hələ ordaca bir borş və hinduşka ətindən steak vurdum bədənə, üstündən də gaşax kofe içdim (üstünə 2 kilo qaymaq qoymuşdular, unutdum deyəm ki: "qaqa, bu qlamurlar üçün nəzərdə tutulmuş zadı mənim qəhvəmin üzərinə zırlama başına dönüm ????"), hesabı kart ilə ödədim (cəmi 25cə manat, şokdasınız? elə mən də!) və qayıtdım hava limanına gedən avtobusu tapmağa. Soruşmadan ("rus dilində danışsam döyərlər, qoy luçşe Google maps-a baxım") gəldim çıxdım avtobus dayanacağına. 10-15 dəq gözlədim və vualya: avtobus gəldi, yenə də 10 UAH-a bilet aldım avtobus içində sürücüdən və 25 dəq içində oldum hava limanında. Beləliklə, ortalama 5-6 saat içində Lviv-u alt-üst edib getdim növbəti uçuşa. Yeri gəlmişkən, hava limanında cəmi 10 USD dəyişdim ki, avtobus pulunu verməyə üzərimdə nağd pul olsun (90% cibimdə qaldı, növbəti səfərlər üçün). Qalan hər yerdə ödənişlərimi Revolut kartı ilə (Apple Pay vasitəsi ilə) və ya Pasha Miles Platinum kartım ilə həyata keçirirdim (exchange dərdi çəkmədən). Daha bir vacib məqam: sığorta – visitukraine.today saytında bir neçə sığorta şirkəti var, amma qiymətləri və minimum 3 günlük sığorta etməklərini bəyənmədim deyə google edib oneclick.ua saytını tapdım və 1 günlük sığortaya təxmini 2,5 AZN verdim. “Lviv, növbəti görüşlərədək” deyib, sevimli aviaşirkətim THY ilə İstanbula, ordan isə İzmirə uçuşa yollandım... Lviv – İstanbul – Varşava / THY / 40 kq baqaj + 8 kq əl yükü daxil İstanbul – İzmir – İstanbul / THY / 25 kq baqaj + 8 kq əl yükü daxil Lviv-dan İstanbula uçmaq üçün əlbəttə ki ilk öncə Türkiyəyə giriş qaydaları ilə tanış olmalı idim. Bunu THY-nin və İATA-nın rəsmi saytları vasitəsi ilə etdim (yenə də Niquş-dan soruşmadım ????). Vaksin sertifikatı olmadığı üçün antigen və ya PCR testlərinin nəticələri ilə Türkiyəyə uça bilərdim. Varşavada verdiyim antigen testi ilə Varşava – Lviv uçuşundan sonra Lviv – İstanbul uçuşuna da keçdim (Lviv-da test verməyə ehtiyac olmadı, çünki 48 saat müddətini aşmamışdım). HES kod: register.health.gov.tr saytından qeydiyyatdan keçərək kodu əldə etdim (hava limanında etdim, cəmi 2 dəq zamanımı aldı). Uçuş Airbus təyyarəsi ilə həyata keçirildi. Uçuş zamanı isti yemək, içki (isti, soyuq və alkoqol) və gigiyena seti təqdim edildi. Yeri gəlmişkən, biletlərimi ayrı-ayrı almışdım, amma qeydiyyat (check-in) zamanı hər iki PNR / booking kodu göstərdim, baqajı birbaşa İzmirə rəsmiləşdirdilər, mənə də 2 boarding pass (Lviv – İstanbul və İstanbul – İzmir) verdilər. İstanbulda test nəticələrinə pasport nəzarətində heç baxan belə olmadı, daxili uçuşlar (iç hatlar) transferi ilə keçəndə pasporta möhür vurub dedilər hadi bay-bay ???? Test nəticələrini və HES kodu yalnız Lviv-da boarding zamanı istəmişdilər. İstanbul hava limanında 6 saat tranzit müddətim var idi və gecəni hava limanında qalmalı olduğum üçün yatmağa yer lazım idi. İlk öncə, THY-nin mobil tətbiqindən Flight Status bölməsinə keçid alaraq İstanbul – İzmir uçuşunun səhər hansı gate-dən olacağına baxdım (hava limanında bu məlumat uçuşa 1 saat qalmış elan edilir ekranlarda, lakin mobil tətbiq-də bu məlumat 12 saat qabaqcadan göstərilir). Daxili uçuşlar üçün nəzərdə tutulmuş terminalda da beynəlxalq uçuşlar üçün nəzərdə tutulmuş terminalda olduğu kimi xüsusi zona var və orda uzanmaq üçün kreslolar var. Hələ həmin kreslolarda 3-4 saat mürgülədim və səhər 5:30da naçalnik (oxu: budilnik) məni oyatdı ki, bala dur get uçuşa... Artıq gate-i bilirdim deyə birbaşa getdim uçuş qapısına doğru. Təyyarəyə mindik, uçuş müddəti 40 dəqiqə, uçuş zamanı yalnız su verdilər (THY gözümdən nətər düşdüsə bu uçuşdan sonra qayıdıb feedback yazmışam, LOT, Buta və AZAL-ın qısa məsafəli uçuşlarını nümünə gətirərək, ümid edirəm nəzərə alarlar). İzmirdə enəndə daxili uçuşlar üçün nəzərdə tutulmuş terminala gəldim, amma sonra öyrəndim ki, baqajı Lviv-da təhvil verdiyim üçün beynəlxalq uçuşlar üçün nəzərdə tutulmuş terminala getməliyəm. 10 dəqiqə piyada gedib terminala çatdım, baqajımı götürdüm və yollandım hara? Əlbəttə ki, bron etdiyim otelə, early check-in üçün... davamı növbəti postda! Tezliklə! Şəxsi instagram hesabım: @ilgarafandiFaydalı olmaq diləyi ilə!#ilgarafandi #tripbyilgar #tripbyafandi #t2taz #time2travelaz #gzynlr #gezeyenler #lviv #turkishairlines #thyP.s. Səyahət ilə bağlı bütün postlarımı həm instagramda, həm də qrupda #tripbyafandi hashtagi altında oxuya bilərsiniz ???? 

1304 dəfə oxunub

Sirenlər adası - Kapri

Kapridəki bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.Əziz dostlar, bu gün sizə Kapri adası haqqında danışmaq istəyirəm. Əvvəllər aranızda bu adada olanlar olub bilirəm. Mən olmayanlar üçün paylaşıram.????Budapeştdən WIZZAIR_lə İtaliyanın Neopol şəhərinə (34 avro), ordan da Molo Beverello limanından (26 avro) sürətli feribotla 40 dəqiqəyə Kapri adasına getdik. Qeyd edim ki, gün ərzində Kapriyə Neopoldan müxtəlif şirkətlərin müxtəlif qiymətə feribotları gedir. Bir saat limanda gözləsəydik 17 avroya da gedə bilərdik. Nisbətən ucuz səfərlər daha uzunmüddətli olur.Marina Grande limanına çatıb ordan da Funikulyorla 2,5 avroya Kaprinin mərkəzinə qalxdıq. Funikulyordan çıxanları dağlar arasından görünən Tirren dənizinin möhtəşəm mənzərəsi qarşılayır. Ən gözəl dondurmanı məhz burada yedik. ????Sonra 3 nömrəli avtobusla 2 avroya bilet alıb daha yuxarılara Anakapri istiqamətinə getdik. Avtobus sıldırım qayalığın kənarı ilə dar yollarla yuxarı qalxdıqca insanı vahimə bürüyür. Otellər, şəxsi evlər, kafelər yuxarı qalxdıqca daha da bahalaşır.Bütün bildiyimiz bahalı markalar Kapridə təxminən 3 dəfə daha baha idi. Məsələn İtaliyanın digər şəhərlərində 34 avroya gördüyüm ayaqqabı burda 99 avroya idi. Yəni alış-veriş üçün heç uyğun deyildi. ???? Yeməklər də həmçinin. Deməli digər yerlərdə 12-15 avroya yeyəcəyin pizza burada 18-20 avroya olur. O da əgər yer tapa bilsən oturursan. Bilməyənlər üçün deyim ki, İtaliyada oturduğun kafelərdə, restoranlarda servis haqqı (2-3 avro) ilə yanaşı kaporta haqqı (3-4 avro) da hesabın üzərinə əlavə edilir.İtaliyada otellərdə də qiymət çox bahadı. Booking.com-dan aldığın bütün otellərin əvvəlcədən ödədiyin qiymətindən başqa hər gecə üçün servis haqqı (4-5 avro) və şəhər vergisi (5-6 avro) də əlavə nəğd olaraq ödəməlisən.2 pulsuz xalq plyajı var. Ümumiyyətlə Tirrendə çimib sahildə günəşlənmək üçün pul tələb edən yoxdur. Kapri ümumilikdə çox səs_küylü adadı. Turist təsəvvür etdiyimdən də çox idi. İnsan çoxluğundan dar küçələri az qala addım addım gəzirsən. Avtobus, funikulyor, feribot növbələrində itirdiyim vaxtları görəndən sonra düşündüm ki, bura istirahət üçün gəlmək istəyənlər ya mayda, ya da sentyabrda gəlməlidirlər. Qayıqlarla və ya gəmilərlə ada ətrafı gəzintilər var. Yarım saatı təxminən 25-30 avroya başa gəlir. Qiymət Grotto Azzuraya (mavi mağaraya) gedib getməyəcəyinə bağlı olaraq dəyişir. Ümumilikdə Kapridə keçirdiyim gün mənə maraqlı oldu.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: ‎Aynur Abbaszade

872 dəfə oxunub

Laplandiya bələdçisi

Finlandiyanın şimalında yerləşən və ərazisi 100 min kvadrat kilometrə yaxın olan gözəl Laplandiya Rovaniemi Laplandiya bölgəsinin paytaxtıdır paytaxt deyəndə ərazisi böyük olsa da cəmi 60 min ətrafı əhalisi var, ikinci dünya müharibəsində şəhərin 90%- dağıdılıb ona görə də nə qədim mərkəzi var, nə də tarixi binaları, əvəzində isə şəhərin mərkəzində skandinav stilində tikilmiş praktik evlər çoxluq təşkil edir. Bölgənin ən görməli yerlərindən biri isə sözsüzki “Santa Claus Village” və “Santa Park” tematik parklarıdır, rəvayətə görə Santanın əsas məskəni Korvatunturi dağlıq ərazisi olsa da real görüşə biləcəyiniz və şəkil çəkdirə biləcəyiniz Santa məhz “Santa Claus Village” tematik parkında yaşayır , Santanın rəsmi Poçt ofisi də bu parkda yerləşir bundan əlavə parkda şimal maralları ilə gəzinti, husky-lərlə tur, buz mağarası, restoranlar, mağazalar və s. kimi əyləncələr də tapmaq olar hətta otel və kotteclər də var. Qış mövsümündə , dekabr və yanvar aylarında cəmi 2-3 saat gün olur və günün qalan hissəsi qaranlıq olur. Restoranlarda şişirdilmiş qiymətlərdir. İndi isə qaldığımız yer və səyahət xərcləri barədə bəzi detallar:Bakı-İstanbul-Rovaniemi və geriyə Riga-İstanbul-Bakı / Turkish Airlines / adam başına 445 avro.Rovaniemidə 3 günlük ev cəmi 330 avro booking.com saytı vasitəsilə. Rovaniemi hava limanından mərkəzə 4 nəfərlik transfer (Mercedes Vito) 25 avro / gettransfer.com saytı vasitəsilə. Rovaniemi-Santa Village-Rovaniemi / 8 nömrəli avtobus / adam başı 7 avro (35 dəq.). Husky parka giriş – böyüklərə adama 10 avro uşağa 5 evro.husky ride – qiymətlər böyüklər üçün adama 30 avrodan başlayır uşaqlara isə 15 avrodan. Reindeer ride – adam başı 18 avrodan başlayır. Santa ilə şəkil / 1 şəkil 25 avro / download linki ilə birlikdə 40 avro.Santa Post Office-dən məktub göndərmək, postalcard və marka ilə birgə 3 avro. SantaPark tematik parkına giriş böyüklərə adama 35 avro uşağa 29 avro.Santa Village – SantaPark / taksi 15 avro (ayaqla 30 dəqiqə).Rovaniemi – Helsinki gecə qatarı / 2 yataqlı SV cəmi 278 avro. Qatar biletini vr.fi saytindan aldiq.Santa Village – da çantalar üçün saxlanc yerləri də var / bir çanta 5 avro axşam 6-ya kimi. P.S. Husky və maral gəzinti qiymətləri seçdiyiniz məsafədən asılı olaraq dəyişir. Uşaqsız gedən və daha aktiv istrahət edənlər üçün isə çoxlu sayta digər əyləncələr var avrora ovundan tutmuş buz qıran gəmi ilə səyahətə kimi, saytları aşağıda qeyd edirəm: Nordictravels.eu / santasadventures.fi / rovaniemisafaricenter.comP.p.s. minimum 15 dərəcə şaxta olmasa və hava tam açıq olmasa heç avrora görməyə cəhd də etməyin, yalandan pulunuz gedər.Alakbar Valiyev -in bu postunu da oxumaq məsləhətdir əlavə faydalı məlumtalar çoxdur Laplandiya haqqında. https://m.facebook.com/groups/238282336566990?view=permalink&id=933549367040280Həmişə gəzməkdə dostlar.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Emil Mard

3673 dəfə oxunub

Qaudinin şəhəri - Barselona

Barselonadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Hörmətli Gəzəyənlər hamınızı salamlayıram. Bu dəfə də sizə danışım 10-14 Yanvar tarixlərində səyahət etdiyim Barcelona turundan. İlk öncə 1 ay əvvəl 9avroya tapdığımız biletlərdən danışım  Deməli Berlin Schönefeld airportundan Barcelona Terminal 2-yə 9avroya bilet tapdıq. Hətta Rostockdan Berlinə 10avroya gedib gəlmişik. Elvin çoxsağolsun Flixbusun Voucherləri ilə bizi xilas edir. İlk öncə mindik getdik Berlinə ilk dəfə idi ki, dalbadala airporta tərəf gedən qatarlar işləmirdi yaxşı ki, vaxtında çıxmışdıq evdən 3saat boş aralıq kimi götürmüşdük ehtiyyat. Mindik təyyarəyə öz yerimizi tutduq mən və dostum. Adətən təyyarədə yatmaq yerinə yanımda oturanlar ilə söhbət etməyə çalışıram bu dəfə də elə oldu. Bir xanım əyləşmişdi yanımda biraz söhbət etdik sonra isə telefonda başladım surfing etməyə. Sən demə ekranıma qoyduğum bayraq şəklini görüb və Facebookdakı dostlarımın rusca paylaşımlarına diqqət yetiribmiş. Sonra yatdı və mənə dəydi oturduğu yerdə. Və beləcə söhbət başladı. Bir neçə dəfə məndən haralı olduğumu soruşdu və mən də hərdəfəsində Azərbaycandanam deyib soruşmurdum. Bilmirəm niyə soruşmadığımı  Sonunda ouu Bizim qonşularımızsınız dedi heç gözləmədiyim bir cavab oldu və soruşdum qız Ermənistan vətəndaşı imiş. Başladıq bütün yol boyu danışmağa sivil insanlar kimi. Verdiyi məlumata görə əmisi Qarabağ döyüşlərində iştirak edibmiş. Mənə dedi ki, mən bilirəm ki, hazırda mənə qarşı nələr yaşayırsan amma mən həmişə sizi dəstəkləmişəm əmimlə artıq illərdi fikirlərimə görə düşmən kimiyik. Bilirəm Qarabağda çoxlu insanlar qətlə yetirib indi də hərgün travma ilə yuxudan durur özü də peşman olub. Ölkə səviyyəsində nəqədər də haqsızlıq etsək də millətimiz bilir ki, siz bizə qucaq açmısız və hərzaman yer vermisiz. Mən sizin millətə güvənirəm nəinki özümüzünki. Heç zaman azərbaycanlı biri ilə əlaqəm belə bir söhbətim olmayıb hərzaman birisi çıxacaq deyə gözləyirdim sanki bugünü ki, bir dövlətin millətin nümayəndəsi kimi üzr istəyim. Ən azından müharibə əsgərlər arasında olur sivil insanlar arasında olmaz. Qatilin nə milliyəti nə də dini irqi olur. Bizim dövlət qatildir. Mən istərdim gələcəkdə Azərbaycana gəlim və bilirəm sizin ölkədə hələ də çoxlu ermənilər yaşayır. Hətta bizdə belə demirlər amma ermənistanda çoxlu azərbaycanlılar yaşayırlar. Sadəcə təəssüff ki, mən sizin dilinizi bilmirəm və hazırda Qarabağda böyüyən uşağın 22 yaşı var və inanmıramki o öz doğulduğu torpaqların verilməsinə razı olar. Nəysə uzun söhbətdən sonra sağollaşdıq ayrıldıq hərə öz işinə getdi.Gəldik Barcelonaya dostum ilə düşəndən artıq başqa ab-hava var idi. Mən getdiyim ölkələr arasında belə bir şəhərə getməmişdim. Miami, Californiya kimi şəhərlərə bənzəyirdi. Airbnbdən 4günü adambaşı cəmi 30avroya ev tutmuşduq adam da rus çıxdı  Onunla da çoxlu söhbətlər etmişik adamın əsgərlik yoldaşı azərbaycanlı olub burdan Ədalət Hüseynova da salam göndərirəm  Adama əsgərlikdə çoxlu çaxırlar gəlirmiş ət kabab zad ediblər. Azərbaycanlı olduğumuz üçün bur us əlindən gələni edirdi çox yaxşı qarşıladı bizi  Sonra gəzəyənlərdən tanıdığımız Mürsəl bizi qonaq elədi görüşdük çoxlu taktikalar Verdi. Çox sağolsun ki, hərzman xaricdə yaşayan öz həmvətənlərimiz bizə hərdəfə köməklik edirlər. Paelliya və digər local yeməkləri yedik. 4 günə 2dəfə 10gediş kartını aldıq 10avroya 2 nəfər həryerə piyada gəzirdik. Hava gah soyuq gah da isti olurdu. Və qərara gəldik Tibidabo deyilən yerə getməyə. Səhər evdən çıxdıq google map sağolsun bizi səhv istiqamətləndirdi getdik çıxdıq başqa yerə. Tram Metro əladır Barcelonada amma Avtobus məncə ən bərbad nəqliyyatdır o şəhərdə. Bizi səhv dağa qaldırdı və çoxlu gecikmələri göstərirdi. Bizimkimi 2 italiyan oğlan 1 vyetnamlı və 2 ukraynalı qız azıb gəlmişdilər  elə oradaca qərara gəldikki obri dağa qədər yürüş edək həmdə həyat bizi bir nöqtəyə gətirib google map sağolsun başımıza oyun açdı. Bütün yolu söhbət edə edə getdik axırki məkana çatdıq. Bütün şəhər gözəl görünürdü. Çoxlu küçə musiqiçiləri və tarixi binalar sadəcə möhtəşəmdir. Qiymətlər də Almaniyaya baxdıqda azacıq sanki ucuz kimi göründü mənə. Təbii ki, Sagrada Familia unutmaq olmaz o əzəmətli məkan.Mütləq gedərkən bütün dəniz məhsullarının dadına baxın. Yeməkləri çox dadlıdır. Axşam tərəfi politik məhbuslara aid mitinq varmış qocalı cavanlı hamı orda idi mərkəzi küçələr ilə gedirdilər. Sonra biz qərara gəldik bu yolda təsadüfi görüşdüyümüz insanlarla gedək bir yemək yeyək. Tripadvisor köməyimizə gəldi. “Vasconia” restoranına getdik qiymətlər çox ucuz və porsiya çox möhtəşəm və dadlı gəldi. Hətta yaxınlaşdım selfie çəkdirdikdə bizə əlavə içki Shot-lar da verdilər əhvalımız daha kökəldi və yolumuza davam etdik üzü dəniz tərəfə. Mütləq küçədə tanış olun yeni insanlarla.Son günü istiqamətini getdik Camp Nou-ya təbii ki, özüm anti-barcelonalı olsam da avropanın ən böyük stadionudur. Axşam oyun var idi deyə museyə girsək belə stadionun içinə buraxmayacaqdılar deyə biz də heç girmədik. Mütləq Google Trips proqramını istifadə edin. Səyahət edərkən ən lazımlı səyahət dostumdur. Oğurluqları məşhur olan şəhərdə və sonunda sağ salamat gəldik çıxdıq Almaniyaya heçbirşey oğurlatmadan. Əgər nədənsə şübhəniz varsa sənədləri evə qoyun şəkillərini çəkib telefonda saxlayın. Oturduğunuz stollara telefonları qoymayın pul istəyən dilənçilər gəlib sizə kağız qəzet qoyacaqlarki oxuyun sonra gedəndə görəcəksiz telefonunuz yoxdur kağzı qoyur diqqətinizi cəlb edir sonra oğurluq edirlər. Bax belə  İndi siz bunu oxuyanda çox güman ki, mən artıq Danimarka, Kopenhagendə olacam. Gəzəyən olun, səyyah yox  Hamınıza xoş həftəsonu arzulayıram.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Murad Chicharito Huseynow 

1147 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!