4981 dəfə oxunub

Laplandiya bələdçisi

Finlandiyanın şimalında yerləşən və ərazisi 100 min kvadrat kilometrə yaxın olan gözəl Laplandiya ☺ Rovaniemi Laplandiya bölgəsinin paytaxtıdır paytaxt deyəndə ərazisi böyük olsa da cəmi 60 min ətrafı əhalisi var, ikinci dünya müharibəsində şəhərin 90%- dağıdılıb ona görə də nə qədim mərkəzi var, nə də tarixi binaları, əvəzində isə şəhərin mərkəzində skandinav stilində tikilmiş praktik evlər çoxluq təşkil edir.

Bölgənin ən görməli yerlərindən biri isə sözsüzki “Santa Claus Village” və “Santa Park” tematik parklarıdır, rəvayətə görə Santanın əsas məskəni Korvatunturi dağlıq ərazisi olsa da real görüşə biləcəyiniz və şəkil çəkdirə biləcəyiniz Santa məhz “Santa Claus Village” tematik parkında yaşayır ☺ , Santanın rəsmi Poçt ofisi də bu parkda yerləşir bundan əlavə parkda şimal maralları ilə gəzinti, husky-lərlə tur, buz mağarası, restoranlar, mağazalar və s. kimi əyləncələr də tapmaq olar hətta otel və kotteclər də var. Qış mövsümündə , dekabr və yanvar aylarında cəmi 2-3 saat gün olur və günün qalan hissəsi qaranlıq olur. Restoranlarda şişirdilmiş qiymətlərdir.

İndi isə qaldığımız yer və səyahət xərcləri barədə bəzi detallar:
Bakı-İstanbul-Rovaniemi və geriyə Riga-İstanbul-Bakı / Turkish Airlines / adam başına 445 avro.
Rovaniemidə 3 günlük ev cəmi 330 avro booking.com saytı vasitəsilə.
Rovaniemi hava limanından mərkəzə 4 nəfərlik transfer (Mercedes Vito) 25 avro / gettransfer.com saytı vasitəsilə.
Rovaniemi-Santa Village-Rovaniemi / 8 nömrəli avtobus / adam başı 7 avro (35 dəq.).
Husky parka giriş – böyüklərə adama 10 avro uşağa 5 evro.
husky ride – qiymətlər böyüklər üçün adama 30 avrodan başlayır uşaqlara isə 15 avrodan.
Reindeer ride – adam başı 18 avrodan başlayır.

Santa ilə şəkil / 1 şəkil 25 avro / download linki ilə birlikdə 40 avro.
Santa Post Office-dən məktub göndərmək, postalcard və marka ilə birgə 3 avro.
SantaPark tematik parkına giriş böyüklərə adama 35 avro uşağa 29 avro.
Santa Village – SantaPark / taksi 15 avro (ayaqla 30 dəqiqə).
Rovaniemi – Helsinki gecə qatarı / 2 yataqlı SV cəmi 278 avro. Qatar biletini vr.fi saytindan aldiq.
Santa Village – da çantalar üçün saxlanc yerləri də var / bir çanta 5 avro axşam 6-ya kimi.
P.S. Husky və maral gəzinti qiymətləri seçdiyiniz məsafədən asılı olaraq dəyişir.

Uşaqsız gedən və daha aktiv istrahət edənlər üçün isə çoxlu sayta digər əyləncələr var avrora ovundan tutmuş buz qıran gəmi ilə səyahətə kimi, saytları aşağıda qeyd edirəm:
Nordictravels.eu / santasadventures.fi / rovaniemisafaricenter.com
P.p.s. minimum 15 dərəcə şaxta olmasa və hava tam açıq olmasa heç avrora görməyə cəhd də etməyin, yalandan pulunuz gedər.
Alakbar Valiyev -in bu postunu da oxumaq məsləhətdir əlavə faydalı məlumtalar çoxdur Laplandiya haqqında.
Həmişə gəzməkdə dostlar.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Emil Mard

DİGƏR BLOQLAR

Albaniyaya Səyahət

Albaniyadan salamlarBu mənim Albaniyaya ilk səyahətim idi.Qeyd edim ki,mən Yunanıstanda təcrübə proqramında olduğum üçün buradan getmişdim.Albaniyada 4 gün qaldım.3 bölgəsinə getmək fürsətim oldu.GjirokasterSarandeKsamilGjirokaster tarixi bir bölgədir.Şəhərin bəzi yerlərində özünüzü Qubada hiss etmiş kimi ola bilərsiniz.Əsas yer old city adlanan tarixi hissəsi idi.Mən axşam radələrində çatdığım üçün qalanı gəzə bilmədim,amma tarixi küçələrində belə gəzmək xoş oldu mənə.Şəhərdə gecə həyatı aktivdir,tipik balkan həyatı:dadlı yeməklər,danışan insanlar.Bu şəhərdə bir gün qaldıqdan sonra səhər Sarandeyə keçdim.Ksamil-bura 5 il əvvəl dənizi olan səssiz bir kənd olub.İndi isə turistlər tərəfindən kəşf olunduğu üçün kəndə bənzəmirdi.Dənizi çox gözəl,təmiz və pulsuz idi.Hava 28 dərəcə olsa da dənizə girmək üçün soyuq hiss etdirmirdi.Ksamildə bir gün qaldım.Qaldığım hotel çox rahat və dənizə 8 dəqiqə məsafədə yerləşirdi.Yenidən Albaniyaya qayıtsam bu şəhəri görmək üçün olacaqSarande-Ksamildən Sarandeyə məsafə 20 dəqiqədir və yerli busla rahatlıqla gedə bilərsiniz.Sarande də hava isti olduğu üçün hər kəs dənizdə idi.Şəhər çox turistik bir yerdir,dadlı yeməkləri və mehriban insanları ilə yadımda qaldı.Azərbaycandan olduğumu deyəndə çox sevinirdilər.Qaldığım hotellər haqqında çox münasib olduğunu deyə bilərəm,amma yay aylarında daha baha olacağını dedilər.Mən yenə də yerləşdirirəm buraya.Ksamil-Vila BakaSarande-Enia's apartmentGjirokaster-yadımda deyil Albaniya mətbəxi-Mənim üçün səyahətdə görməli yerlərdən daha çox dadlı yeməklər mühümdür.Alban mətbəxi demək olar ki,türk mətbəxi ilə bənzərdir.Tave Kösi sınamağınızı tövsiyə edirəm,börəkləri və musakkaları dadlı idi. Albaniyada transport o qədər də yaxşı inkişaf etməyib.Köhnə stil buslardan istifadə olunur və standart vaxtda gəlmirlər bəzən.Xidmət sektorunda isə biraz diqqətli olmağı tövsiyə edərdim.Qabağa düşmək istəyənlər orada da var.Məsələn,restoranlarda menudakı qiymətlə hesabdakı qiymətdə fərqlər olur.Hamınıza xoş istirahətlərPaylaşan: Aghgul Feyziyeva

329 dəfə oxunub

Səyahət əhvalatları - Parisdən qalan xatirə

Parisdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Qalmaqallı Paris səfəri postumdan sonra, Parisdə başıma gələn hadisəni sizlərlə paylaşım. Təcrübə olsun sizlərə və sizin də başınıza gəlməsin. Deməli belə)Disnaylandda günün sonudur, axşam saat 9-a qalıb uje. Biz çıxdıq ki, Disnay World tərəfdə oturaq yemək yeyək və çıxaq) Birdən qarınqulu canım buloçnıda bulka gördü???????? yaxınlaşdım ki, alım. Kaşelyoku çıxartdım ki, ödəniş edim, podruqam arxadan yaxınlaşdı və məndən öncə ödənişi etdi. Vəəəəə mən kaşelyoku unudub qoydum orda) keçdik, getdik restorana çatdıq. Elə əyləşmək istəyəndə niyəsə yadıma düşdü ki, kaşelyoku yoxlayım. Baxdım ki, yox) Üstündən də cəmi 5 dəqiqə keçmişdi. Qaçdım qızın yanına. İngilisce soruwdum kaşelyoku, mənə bülbül kimi cavab verdi ki, burda görməyib. Hətta gördü isterikaya düşdüm kömək etmək də istəyini bildirdi. Mən isə çox sağ ol deyib, getdim polis və ya security axtarmağa. Və 20 dəqiqə axtarışdan sonra tapdım) dərdimi danışdım)) onlar da gedib soruşdular dedi ki, xanım qızcığaz ki, bəs burada heç bir kaşelyok görməyib) və bizim bu hərarətli söhbəti eşidən bir xanım yanımdan keçərkən mənə dedi ki, mən sizin kaşelyoku tapmışam???? Mənim halımı təsəvvür edin))) Xanımla qucaqlaşdıq , ağlaşdıq, halallıqdan falan dəm vurduq)) Və xanım məni apardı ki, kaşelyoku mənə versin. Məni hara aparsa yaxşıdır sizcə???? Həmin bulka satan qızxanımın yanına???????????? Xanımca bizi gördü şok oldu . Kaşelyoku tapan xanım ondan soruşdu ki, bəs ay xanımca sənə bayaq tapıb kaşelyok verdim, qaytar sahibi budur. O da cavabında dedi ki, bəs bir ərəb xanım gəldi dedi kaşelyok itirib, guya bu da kaşelyoku verib o qadına. Mənim halımı təsəvvür edirsiniz?????????????Aləm dəydi bir-birinə. Ağlıma gələn azəricə, rucsa, ingiliscə qatı açılmamış sözlər yağdırıram ünvanına, kefini pozmadam at kimi üzümə durub???????????? Kaşelyoku tapan, hətta securitylər belə dedi ki, kaşelyoku sən götürmüsən qaytar, dedi yox ki, yox????????????Deyirəm ay it qızı bəs 5 dəq sonra səndən gəlib soruşdum dedin görməmisən, elə onda deyərdin ki, tapıb kiməsə vermisən də) Mənə dedi I don't speak English???????????? bayaq mənimlə ceh ceh vururdueee. Hələ bir dedi ki, polkanın qabağını tutmayın alverimə mane olursunuz???? Dedim polis gəlsin, dedilər gözləmə, sən polisə getməlisən???????????? gecə saat 12 biz yaxınlıqdakı polis məntəqəsinə getdik əlqərəz))) konsert orda başladı))) deməli məntəqədə 2 polis var , Heç biri də İngilisce bilmir???????????? Biz bunları necə başa salmışıq onu bir Allah bilir))) Polisdə ki Əlimərdan qardaş (adını özümüz qoyduq) başa düşdüklərindən bir ərizə yazdı fransızca və mən də qol çəkdim. İndi onun təxəyyülünün güclü olmağına buraxırıq o ərizənin doğruluq payını???????????? Dedi bir ay ərzində baxılacaq gözləyərsiz???????? Hələ bir xəbər ətər yoxdur???? olmayacaq da bilirəm????Kaşelyokun içindəki məbləği soruşmayın, çox idi???? Niyə kart işlətmirsiz deyə də deməyin, kart sevmirəm))) Dedilər Allahına şükür elə ki, dokumentlərin itməyib???? buna da şükür) Necə deyərlər başımın gözümün sədəqəsi olsum, amma o boyda da sədəqə olmurdu???? Bax beləcə Parisə qarşı allergiya var içimdə????????????????????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…  Paylaşdı: Gulka Ayashka

1111 dəfə oxunub

Bir gəzəyənin İtaliya günlüyü - Florensiya

Florensiyadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Next stop #Florence ❤️Möhtəşəm şəhər, super atmosfera, hər daşları tarix olan, küçələrində dahilərin gəzdiyi bir yer. İtaliya şəhərləri arasında ən çox həvəslə gözlədiyim yerlərindən biri idi. Və yenə də sağolsun ki, peşman etmədi məni. Deməli Roma-Florence yolunu ən sərfəli Flixbus və ya Buscenter avtobusları ilə gəlmək olur. Biraz gecikmişdik deyə Flixbus-a bilet yox idi artıq. Tiburtina stationnan Florence elə Buscentre-nin öz kassalarından biletimizi aldıq.Florencedə bus station Villa Cistanzadadı və ordan şəhərə gəlmək üçün traindən istifadə etmək lazımdı. Bileti almaq üçün burda uzun növbələr olur və vaxt itirməmək üçün elə stationın içində cafe var. Ora girirsin və kassirə yaxınlaşıb train ticket istiyirsiz, vəssalam. Eyni qiymətə və əsası sırasız biletlərinizi götürüb minirsiz trainə. Düz şəhər mərkəzinə kimi gətirir sizi.Qaldığımız yer Soggiorno Pitti duz Piazza Pitti ilə üzbəüz idi və qədimi binanın içində yerləşirdi. Super məsləhətdi apartment-di, əla personal, hər gün təmizlik, otaqlarda hər gün pulsuz şirniyyat, çay, kofe. Bir sözlə super yer ????????Vaticanda olduğu kimi, burada da #Uffizi qalereyasına uzun növbədə dayanmamaq üçün biletleri evvəlcədən online almışdıq - https://www.uffizi.it/en/ticketsDaha bir #tip - muzeylərə getməmişdən əvvəl Bakıdan oranın planını print edin və dahilərin əsərlərinin nümayiş olunduğu zalları da özünüz üçün qeyd edin. Bu həm vaxt həm də pulunuza qənaət edəcək, çünki bütün muzeylerde map-lər pulla satılırdı, ya da ümumiyyətlə qalmamışdı.Ən çox görmək istədiyimiz yerlərdən biri Basilica of Santa Croce idi ????Deməli çaşıb bazar günü gəlsəz saat 2PM-ə kimi gözləməli olaceysiz çünki səhərdən kilsədə messa keçirilir. Buranın biletlərini elə sırada gözləyib almaq olur. Maksimum 15 dəqiqə vaxtınız gedəcəy. Kilsənin möhtəşəmliyi, oranın sakit atmosferası nəyə istəyirsiz dəyər. Və əlbəttə ki Galileo Galilei, Michelangelo, Rossini, Dantenin qəbirleri #mustsee . Bir maraqli fakt qeyd edim ki, Dantenin qəbri burada olsa da, içi boşdu. Dante Florence anadan olub amma yaradıcılığının hələ əvvəllərində siyasi görüşlərinə görə buradan qovulur və Rivonna şəhərinə köçür. Və elə məşhur "İlahi komediya"sını da burada yazır. Öldükdən sonra isə Florence hakimiyyəti nəşinin gətirilməsini tələb etsə də, hələ də Rivonna onu geri vermir (1321-ci ildən ☹️).Digər tarixi yerlər arasında bu şəhərin xüsusi bir yeri də var ki mütləq baxmaq lazımdı. Bu Michelangelo parkıdı. Bizim Dağüstü parka çox oxşuyur amma qalxmaq və düşmək üçün ayrılan yollar möhtəşəmdi ❤️Florence restoranlarına gəldikdə isə mən bir Hard Rock Cafe fanatı olaraq və ad günü bu gözəl şəhərə düşən birisi olaraq Florencedəki bu yerə getmiyə bilməzdim. Yeməklər hər yerdə olduğu kimi super, əlavə traditional Legendary burger və Flatbread sifariş etməyiniz məsləhətdi ????Roma və Florensiya müqayisə edəndə Romanı daha çox Moskvaya, Florensiyani isə Sankt-Peterburqa oxşatdım. Fərqli şəhərlər olsalar da hərəsinin öz ayrıca yeri var ❤️ Hər iki şəhərdə #gelato alıb mərkəzi meydanlarda daşların üzərində oturub musiqiçiləri dinləmək vacibdir ☝????Sərhəddən çıxanda bunu mütləq yoxlayırlar ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Suriya Alizade‎

4561 dəfə oxunub

2 Gündə Budapeşt

2 gündə BudapeştBudapeşt Avropada ən məşhur istiqamətlərdən biridir, xüsusilə ilk dəfə səyahət edənlər üçün. İstər bilet qiymətləri, istər ölkədəki münasib qiymətlər buna şərait yaradır.Budapeştdə əsas yerləri görməyə 2 tam gün kifayət edir. Rahatlıq baxımından 1 gün artıra da bilərsiniz bu müddəti (shopping, bəyəndiyiniz yeri bir daha gəzmək, az tanınan yerləri görmək və s. məqsədlər üçün)Bəs Budapeştə gedəndə, haraları gəzməlisiniz?Sizinlə Budapeşt planı bölüşürəm, yaxın əyləşin Bu planla gününüzü doğru bölüşdürə və tam səmərəli gəzə bilərsiniz.Budapeştdə 1-ci gün 1. Gəzintinizə şəhərin Buda hissəsində, Castle Hillə başlayın. Burada Matthias kilsəsi, Fisherman’s Bastionu görə bilərsiniz. Parlament binasına açılan məşhur mənzərə ilə şəkillər məhz burada çəkilir. Matthias kilsəsinə daxil olmaq istəsəniz, turistlərə açıq saatları mütləq rəsmi saytdan yoxlayın. Bileti onlayn alın ki, növbərə çox gözləməli olmayasınız.2. Castle Hilldən gəzərək Buda qalasına (Buda castle) gedin. Əgər funikulyora minmək istəsəniz funikulyorun aşağı hissəsinə gedin ki, aşağıdan yuxarı qalxasınız Buda qalasına. Yox əgər 2 dəqiqəlik funikulyora 25 manat ödəniş etmək istəmirsinizsə, elə birbaşa qalanın özünə piyada gedin. Burada milli kitabxana və muzey yerləşir.3. Daha sonra taksi ilə Gellert Hillə gedib, şəhərə açılan mənzərədən zövq ala, meşə ilə yürüyüş edə bilərsiniz, hazırda çox hissəsində təmir gedir, Azadlıq abidəsinin ətrafı bağlıdır, əvcəlcədən mütləq yoxlayın.4. Sonra Pest tərəfə keçib, Budapeştin məşhur bazarı - Great Market Hall-a gedib, məşhur yeməkləri dada, süvenirlər ala bilərsiniz münasib qiymətə.5. Sonra isə yaxınlıqda olan St Stephens kilsəsinə piyada gedə bilərsiniz. Online bilet alsanız da, mütləq kassada təsdiqlətməlisiniz.6. Sonda günün yekunu üçün Spalardan birinə gedə və ya kruiz turu alıb çayda gəzinti edə bilərsiniz. Spa üçün onlayn, kruiz üçün isə kassalardan bileti öncədən əldə etməyi məsləhət görürəm. Əlavə xərc istəmirsinizsə, Margaret adasında barlardan birində vaxt keçirə bilərsiniz.Faydalı idi? Faydalı idisə məni instagramda izləyin @renatmajidovO vaxta kimi isə, ikinci günün planını paylaşacam sizinlə. Bu plandakı yerlərlə bağlı təcrübələriniz və ya suallarınız varsa, şərhlərdə bölüşün  @renatmajidov

381 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!