1881 dəfə oxunub

İzmir bələdçisi (Part 1)

İzmir səyahəti / 3-10 sentyabr  

1 aylıq Bakıya gəlib məsuliyyət anlayışı olmayan adamlar ilə işimi tamamladıqdan sonra qərar verdim ki, mənim beynim sadəcə 1 həftə hər şeydən kənarda dincəlmək istəyir... Beləliklə uçuş vaxtına 2 həftə qalmış kifayət qədər ucuz biletlər tapıb yollandım səyahətə. Əsas məsələ: vaksin sertifikatım yoxdur (hələ çiplənməmişəm, amma bu səyahətdə vaksinə görə keçirdiyim stress-dən sonra qərara (tam olmasa da, hələ də tərəddüd edirəm) gəlmişəm ki, sırf səyahət burnumdan gəlməsin deyə çiplənəcəm). 

Varşava – Lviv / LOT Polish Airlines / Economy Saver tarifi (8 kq əl yükü ilə) 

Uçuş Embraer 195 təyyarəsi ilə həyata keçirildi, visitukraine.today saytından ölkəyə giriş-çıxış qaydalarını oxudum (Niquş-dan soruşmadım ????), antigen testimi verdim və online check-in edib getdim birbaşa gate-ə (hava limanında qeydiyyat masalarına yaxınlaşmadan). Üstün cəhəti: əl yükünü ölçən olmadı. Uçuş zamanı su və snacks-lər (3 növ, əsasən şirin) təqdim etdilər (sağ olsunlar). Lviv-da 8 saat tranzit müddətim var idi, amma hava limanında tranzit zona olmadığı üçün və vaxtımın çox olduğunu nəzərə alaraq dedim ölkəyə daxil oluramsa gedim bir şəhəri gəzim, yeyib-içim. Mən Vdoma mobil tətbiqini yükləməmişdim, onu mütləq yükləyin (test verib gedənlər), çünki gömrük işçiləri sizi onsuz (mobil tətbiqsiz) ümumiyyətlə pasport nəzarətinə buraxmayacaqlar. Hava limanında pulsuz WiFi var. 

Hava limanından mərkəzə 10 UAH-a bilet alıb avtobus ilə getmək olar (25 dəq). Ödəniş yalnız nağd qəbul edilir avtobuslarda, təəssüf ki.

Opera Teatrını və ətrafını, parkları, mərkəzi küçələri (Old Town) gəzdikdən sonra yollandım ən sevdiyim iki yerə: Lviv Handmade Chocolate və Pyanaya Vishnya (ölkəyə girmək məqsədim bu 2 yerə getmək idi). Bol şokolad və içki alıb (gömrük qaydalarına uyğun olaraq) dedim gedim bir ukrainski borş yeyim.

Mərkəzdə göz oxşayan restoran çox idi, amma nədənsə bir steak house-u (Churrasco Grill & Beer) çox bəyəndim. Hələ ordaca bir borş və hinduşka ətindən steak vurdum bədənə, üstündən də gaşax kofe içdim (üstünə 2 kilo qaymaq qoymuşdular, unutdum deyəm ki: "qaqa, bu qlamurlar üçün nəzərdə tutulmuş zadı mənim qəhvəmin üzərinə zırlama başına dönüm ????"), hesabı kart ilə ödədim (cəmi 25cə manat, şokdasınız? elə mən də!) və qayıtdım hava limanına gedən avtobusu tapmağa.

Soruşmadan ("rus dilində danışsam döyərlər, qoy luçşe Google maps-a baxım") gəldim çıxdım avtobus dayanacağına. 10-15 dəq gözlədim və vualya: avtobus gəldi, yenə də 10 UAH-a bilet aldım avtobus içində sürücüdən və 25 dəq içində oldum hava limanında. Beləliklə, ortalama 5-6 saat içində Lviv-u alt-üst edib getdim növbəti uçuşa. Yeri gəlmişkən, hava limanında cəmi 10 USD dəyişdim ki, avtobus pulunu verməyə üzərimdə nağd pul olsun (90% cibimdə qaldı, növbəti səfərlər üçün). Qalan hər yerdə ödənişlərimi Revolut kartı ilə (Apple Pay vasitəsi ilə) və ya Pasha Miles Platinum kartım ilə həyata keçirirdim (exchange dərdi çəkmədən). Daha bir vacib məqam: sığorta – visitukraine.today saytında bir neçə sığorta şirkəti var, amma qiymətləri və minimum 3 günlük sığorta etməklərini bəyənmədim deyə google edib oneclick.ua saytını tapdım və 1 günlük sığortaya təxmini 2,5 AZN verdim. 

“Lviv, növbəti görüşlərədək” deyib, sevimli aviaşirkətim THY ilə İstanbula, ordan isə İzmirə uçuşa yollandım... 

Lviv – İstanbul – Varşava / THY / 40 kq baqaj + 8 kq əl yükü daxil 

İstanbul – İzmir – İstanbul / THY / 25 kq baqaj + 8 kq əl yükü daxil 

Lviv-dan İstanbula uçmaq üçün əlbəttə ki ilk öncə Türkiyəyə giriş qaydaları ilə tanış olmalı idim. Bunu THY-nin və İATA-nın rəsmi saytları vasitəsi ilə etdim (yenə də Niquş-dan soruşmadım ????). Vaksin sertifikatı olmadığı üçün antigen və ya PCR testlərinin nəticələri ilə Türkiyəyə uça bilərdim. Varşavada verdiyim antigen testi ilə Varşava – Lviv uçuşundan sonra Lviv – İstanbul uçuşuna da keçdim (Lviv-da test verməyə ehtiyac olmadı, çünki 48 saat müddətini aşmamışdım). HES kod: register.health.gov.tr saytından qeydiyyatdan keçərək kodu əldə etdim (hava limanında etdim, cəmi 2 dəq zamanımı aldı). Uçuş Airbus təyyarəsi ilə həyata keçirildi. Uçuş zamanı isti yemək, içki (isti, soyuq və alkoqol) və gigiyena seti təqdim edildi. 


Yeri gəlmişkən, biletlərimi ayrı-ayrı almışdım, amma qeydiyyat (check-in) zamanı hər iki PNR / booking kodu göstərdim, baqajı birbaşa İzmirə rəsmiləşdirdilər, mənə də 2 boarding pass (Lviv – İstanbul və İstanbul – İzmir) verdilər. 


İstanbulda test nəticələrinə pasport nəzarətində heç baxan belə olmadı, daxili uçuşlar (iç hatlar) transferi ilə keçəndə pasporta möhür vurub dedilər hadi bay-bay ???? Test nəticələrini və HES kodu yalnız Lviv-da boarding zamanı istəmişdilər. 


İstanbul hava limanında 6 saat tranzit müddətim var idi və gecəni hava limanında qalmalı olduğum üçün yatmağa yer lazım idi. İlk öncə, THY-nin mobil tətbiqindən Flight Status bölməsinə keçid alaraq İstanbul – İzmir uçuşunun səhər hansı gate-dən olacağına baxdım (hava limanında bu məlumat uçuşa 1 saat qalmış elan edilir ekranlarda, lakin mobil tətbiq-də bu məlumat 12 saat qabaqcadan göstərilir). Daxili uçuşlar üçün nəzərdə tutulmuş terminalda da beynəlxalq uçuşlar üçün nəzərdə tutulmuş terminalda olduğu kimi xüsusi zona var və orda uzanmaq üçün kreslolar var. Hələ həmin kreslolarda 3-4 saat mürgülədim və səhər 5:30da naçalnik (oxu: budilnik) məni oyatdı ki, bala dur get uçuşa... Artıq gate-i bilirdim deyə birbaşa getdim uçuş qapısına doğru. Təyyarəyə mindik, uçuş müddəti 40 dəqiqə, uçuş zamanı yalnız su verdilər (THY gözümdən nətər düşdüsə bu uçuşdan sonra qayıdıb feedback yazmışam, LOT, Buta və AZAL-ın qısa məsafəli uçuşlarını nümünə gətirərək, ümid edirəm nəzərə alarlar). İzmirdə enəndə daxili uçuşlar üçün nəzərdə tutulmuş terminala gəldim, amma sonra öyrəndim ki, baqajı Lviv-da təhvil verdiyim üçün beynəlxalq uçuşlar üçün nəzərdə tutulmuş terminala getməliyəm. 10 dəqiqə piyada gedib terminala çatdım, baqajımı götürdüm və yollandım hara? Əlbəttə ki, bron etdiyim otelə, early check-in üçün... davamı növbəti postda! Tezliklə! 


Şəxsi instagram hesabım: @ilgarafandi

Faydalı olmaq diləyi ilə!

#ilgarafandi #tripbyilgar #tripbyafandi #t2taz #time2travelaz #gzynlr #gezeyenler #lviv #turkishairlines #thy


P.s. Səyahət ilə bağlı bütün postlarımı həm instagramda, həm də qrupda #tripbyafandi hashtagi altında oxuya bilərsiniz ???? 

DİGƏR BLOQLAR

Roma, Venesiya, Piza, Florensiya

Salam 28 avqust-4 sentyabr tarixlərində İtaliyada (Roma, Venesiya, Piza, Florensiya) şəhərlərində olmuşam. Romada 4 gecə, Venesiyada 1 gecə, Pizada cəmi 5 saat, və Florensiyada 1.5 gün (1 gecə).Görüş gününü 30 maya götürə bilmişdik (çətinliklə), ancaq ilk şengen vizam olsada problemsiz verdilər.İtaliyanın möhtəşəmliyindən danışmayacağam, məncə bunu hər kəs bilir İlk öncə qiymətlər barədə demək istəyirəm, bir çox insanın dediyi qədər “qorxunc” deyil. Əlbəttə məqsəd şoppinqdirsə - brend məhsullar bahadır, hər yerdə olduğu kimi. Otel qiymətləridə çox da münasib deyil, ancaq yemək və s. normaldır.Öncəliklə məsləhətim odur ki, bir neçə şəhərə gedəcəksizsə qatar biletlərini öncədən alın. Məsələn biz 1.5 ay öncədən almışdıq, Roma-Venesiya 1 adam 45 avroya. Getmədən bir gün öncə baxdıqda isə qiymət 1 nəfərə 98 avro idi.Biletləri İtalotreno, Trenitalia-dan almışdıq. Roma möhtəşəm şəhərdir, hər bir küçəsi sanki tarixdir. Kolizey və Vatikan muzeylərinə biletləri öncədən almağ lazımdır, yoxsa dəhşət növbələr olur. Vatikanda St.Peter’s Basilica-da kupola qalxmağı məsləhət görürəm, bütün şəhərə gözəl mənzərə açılır. Biz biletləri online almağımıza baxmayaraq səhər 7-8də artıq yola düşürdük ki çox adam olmasın, səhər tezdən getməyi məsləhət görürəm.Otelləri helə yerdə seçmişdik ki, həm tarixi yerlərə, həmdə vağzallara yaxın olsun. Cəmi 3 dəfə metro+avtobusdan istifadə etmişik bu müddətdə. Bunuda qeyd edim ki, Pizaya 4-5 saat tam bəs edir, Piazza de Miracoli-dən başqa gəziləsi yer tapa bilmədik.Və mütləq Gelatto yeməyi məsləhət görürəm Yeməklərdən isə Pizzalardan başqa heç nəyi bəyənmədiyim üçün bir söz deyə bilməyəcəyəm, lakin zövqlər müxtəlifdir Paylaşan: Valida Sadigzade

216 dəfə oxunub

Dünyaya ən çox nağıl danışan ölkə - Danimarka bələdçisi

Kopenhagendəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Niyə nağıl?) Çünki İsveçlərin Astrid Lindqreni varsa, danimarkalıların da Hans Christian Andersen-i var. Uşaqlıqdan mənə sevgini, mərhəməti, insanlığı nağılları ilə öyrədən yazıçının vətənini görmək möhtəşəm hissdir. Soyuq və gözəl Kopenhagendə və yaxın kiçik şəhərciyi Roskildedə gəzən zaman Andersenin haradan ilham aldığını da anlamış oldum. İsveçdə Lagom, Danimarkada Hygge.Dünyanın ən xoşbəxt insanlarının yaşadığı bir ölkə daha. Onların fikrincə, bu xoşbəxtliyin sirri bir sözdə gizlənir: HYGGE. Əslində, nə qədər izah edilsə də, xoşbəxtlik ancaq hiss edilə bilər. Məsələn: sevdiyiniz insanla divanda qucaqlaşmağın verdiyi rahatlığı, dostlarınızla gözəl yemək yeməyin sevincini, günəşli bir gündə pəncərədən süzülən işığın yaydığı sevinci necə təsvir edərdiniz? Danimarkalılar belə anları hygge sözü ilə təsvir edirlər. Tək bir qarşılığı olmayan və başqa dillərə tam tərcüməsi mümkün olmayan hygge'ni izah etmək üçün rahatlıq, hüzur, səmimiyyət, birlik kimi bir çox fərqli söz təklif edilə bilər, lakin bunların heç biri tək başına kafi olmayacaq.Amma bunu daha yaxşı anlamağımız üçün Meik Wiking “Hygge” adında bir kitab da yazıb(Əli və Ninoda var). Jante Qanunu və Sosial Ədalət.Danimarka cəmiyyətinin unikal cəhətlərindən biri də Jante Qanunudur. Burada sosial ədalətə can ataraq, cəmiyyətin və fərdin maraqlarının tarazlanması vacibdir. Bu, cəmiyyətdə harmoniya üçün zəmin yaradır və Danimarka mədəniyyətinin ayrılmaz hissəsinə çevrilmiş ədalət prinsiplərini formalaşdırır.Jante Qanununu isə Norveç-Danimarka yazıçısı Aksel Sandemozun 1933-cü ildə çap olunan “A Fugitive Crosses His Tracks” adlı kitabında ilk dəfə maddələr halında izahını tapır.Danimarkanın yaradıcılıq və təxəyyül simvolu olan LEGO-nun meydana çıxması ilə dünya mədəniyyətinə verdiyi töhfəni də unutmayıb şəhərlərini incələməyə keçim. Kopenhagen.-Qışda gəldiyim üçün ən soyuq şəhərlərdən də olsa, yenə də rəngarəngdir. Avropanın müxtəlif şəhərlərində gördüyüm o rəngli evlərin əsli hər zaman burda idi sanki- Nyhavn küçəsində.-100 ildən artıqdır ki, ölkənin simvolu “Su pərisi” heykəli sayılır.Andersenin eyni adlı nağılın tamaşasını izləyənKarl Yakobsen obraza aşiq olur. Həm nağıl, həm də balet o qədər valeh edir ki onu, su pərisinin heykəlini yaratmağı heykəltaraş Edvard Eriksena tapşırır. Heykəl üçün modellik etməyə də heykəltaraşın yoldaşı razı olur.-Ən məhşur qalaları Kronborg va Rosenborg qalalarıdır ki, sonuncuda Danimarkanın 500 ildən çox hakimiyyətdə olan dat krallarına aid məlumatlar və portretlər var. -Şəhərin içində “Christiania” adında Free town olduğunu bilirdiz? Mənə Vilniusdaki “Ujupis” Respublikasını xatırlatdı biraz. Amma Ujupis biraz “sadəlövh” qaldı bunun yanında.Deməli Kristianiya müstəqil fəaliyyət göstərən rəngarəng bir cəmiyyətdir. Şəhərin öz qanunları, öz bayrağı və öz həyat tərzi var.Christiania sadəcə bir şəhər deyil hətta; hippi stilində yaşayan üzvlərinin özünəməxsus yaşam tərzi var. 70-ci illərin əvvəllərində yaradılmış bu alternativ icma,1000 üzvü/əhalisi olan muxtar, uyğunlaşa bilən icmaya çevrilib. Bu üzvlərin hamısı ədalət, bərabərlik, vergilərin olmaması və Danimarka hökumətindən tamamilə asılı olmayan öz qanunlarına malik olan müəyyən prinsiplər toplusu ilə yaşamaq istəyir.Şəhər daxilindəki bu “azad şəhər/ölkə” (bir növ Vatikan kimi) canlı, əyləncəli və mübahisəli ərazidir və torpaqla bağlı iddiasını təmin etmək və azad kimi tanınmaq üçün yerli hökumətlə biraz “danışıq” aparır.Ölkənin qanunlarından savayı, şəhərin öz qanunları da mövcuddur. Məsələn: sıfır zorakılıq, yerli transport sadəcə velosipeddir, qaçmaq olmaz (qaçırsınızsa, qaçdığınız bir şey var deməkdir, amma bu şəhərin qanunlarına ziddir) və ən vacibi şəkil çəkmək bəzi yerlərdə qadağandır (amma mən çəkdim).Polislə yaşanan ən böyük problemlər də bəzi qadağan olunmuş preparatların satışına görədir, elə eyni səbəbdən də, şəhərin bəzi “güşələrində” şəkil çəkmək qadağandır.-Tivoli parki dünyaya ən məhşur olan əyləncə parklarından biridir. Hətta bəzi mənbələrə görə V. Disney buranı ziyarət edəndən sonra, ilhamlanaraq ABŞ-a qayıdıb və eynisini yaratmaq qərarına gəlib. Roskilde. Roskilde Kopenhagendən sadəcə yarım saat məsafədə yerləşən bir şəhərdir. Tipik Danimarka şəhəridir, daha çox yerli insan görə biləcəyiniz şəhərlərdəndir. 1443-cü ilə kimi Danimarkanın paytaxtı olub. Roskilde-nin əsas görməli yerləri, Vikinq Gəmi Muzeyi və Katedralıdır. Düşünürəm ki, gəzintiyə sonuncu ilə başlamağa dəyər. Çox insan katedralı bütün Danimarkanın ən əzəmətli və gözəl məbədi adlandırır, YUNESKO isə Roskilde Katedralini (Domkirke) “bəşəriyyətin mirası” nişanı ilə öz himayəsi altına götürüb. Katedral o qədər restavrasiya olunub və yeni əlavələrə məruz qalıb ki, bugün, son 800 il ərzində Danimarka memarlığının canlı tarixi kimi göstərilə bilər.Katedralın içindəki Kral məqbərəsində 37 Danimarka kralı və kraliçasının qəbirləri var. Bir zamanlar nüfuzlu bir çox tarixi şəxsiyyətin qalıqlarına baxmaq bəlkə də xoşagəlməz səslənir, lakin ziyarət etməyə dəyər. Vikinq pərəstişkarları Roskilde fjordunun dibindən qaldırılmış beş həqiqi gəmini görə biləcəyi heyrətamiz Vikinq Gəmi Muzeyindən çox zövq alacaqlar. Muzey iki zaldan ibarətdir - qayıqların yerləşdiyi Vikinq Gəmi Zalı və hələ də arxeoloji qazıntıların aparıldığı Museumsø. Mənə deyilənə görə, İngilis dilində pulsuz bələdçili turlar iyul və avqust aylarında hər gün saat 12:00 və 15:00-da, may, iyun və sentyabr aylarında isə həftə sonları günorta saatlarında həyata keçirilir. Təəssüf ki, yanvar ayında ziyarət edən mən, heç birindən yararlana bilmədim.Ən maraqlısı da odur ki, bu gün Vikinq Gəmi Muzeyi sayəsində həmin gəmilərin dəqiq nüsxələri yaxınlıqdakı gəmiqayırma zavodunda tikilir. Eyni zamanda, gəmi üçün istifadə olunan materiallarnan yanaşı, orta əsr alətlərindən istifadə edilir ki, tikinti texnologiyası da dəqiqliklə təkrarlanır. İşin nəticəsi o qədər uğurludur ki, inşa edilən beş gəmi müxtəlif istiqamətlərə, o cümlədən İrlandiyaya turistik səfərlər üçün istifadə olunur.Qiymətlər: Mənə birmənalı şəkildə İsveçdən daha baha görsəndi. Qidalanma: Belə ki, şəhər mərkəzindəki bir restoranda bir salat 45-50 AZN, pizza demək olar ki eyni qiymət, ana yeməklərin hər biri 70-75 AZN, desert isə 30-35 AZN başa gələcək. Yəni ortalama bir restoranda bir günorta və ya axşam yeməyi isə 200-250 AZN-ə başa gələcək (təbii şirələr, çay və bəhşiş də daxil). Otellər:Bunu hər zaman demək çətindir çünki seçəcəyiniz kateqoriyadan asılıdır, amma düşünürəm ki mərkəzdə normal otelin qiyməti elə 200 AZN gecəsinə başlayır. Təbii ki, hostel və evlər daha ucuzdur.Muzeylər: Ən ucuzları 18-20 AZNdən başlayır və 35-40 AZN nə kimi müxtəlif qiymətlərə var.Roskilde Katedral - 18 AZNViking Ship Museum - 31/40 AZN (mövsümdən asılı olaraq)Rosenburg Sarayı - 35 AZN (yayda biraz baha)Əgər qrupa qoşulub bələdçini dinləmək istəsəz əlavə 8 AZN.Transport: Taksi 10 km yola 62-75 AZNAvtobus bir gediş 8 AZNƏn yaxın şəhərlərdən sayılan Roskilde şəhərinə qatar bileti - 18 AZNNəticə olaraq, Danimarka sadəcə bir ölkə deyil, “hygge”, Jante qanunu və Andersen irsinin unikal atmosfer yaratdığı gözəl bir dünyadır. Bu ölkəyə səyahət etmək Danimarkanı həqiqətən unikal və gözəl edən rahatlığı, harmoniyanı, və gözəlliyi dadmaqdır.Daha çox kontent üçün instagram səhifəmi də izləyə bilərsiz.https://www.instagram.com/uls_valleyƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ulkar Gurbanova

1744 dəfə oxunub

Dünyanın ən xoşbəxt ölkəsi - Kosta Rika

San Xosedəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bu yaxınlarda Mərkəzi Amerikadakı Kosta-Rikanın ölkəmizdə səfirliyinin açılması münasibəti ilə internetdə «ay daaa, bizə çatanda Kosta-Rika zad olar…» kimi söhbətlər var-gəl eləməyə başladı. Düzdü, bu cür söhbətləri edənlər, əsasən, Afrikanın cəmi bir Afrika ölkəsindən ibarət olduğunu düşünənlərdir, amma ümumiyyətlə düşünməyənlərin də bu cür küyə getməmələri üçün icazə verin Kosta-Rikanı bir balaca xırdalıyım sizin üçün.Bir xeylaq uzaqdır bizdən. Biz, məsələn, 4 nəfər idik, hərəmiz bir ölkədən və ayrı-ayrılıqda Kosta-Rikaya gəlib orda toqquşmağı planlaşdırırdıq. Bəlli oldu ki, heç birimiz eyni marşrutla gəlib çıxmamışıq. İndi artıq səfirlik, viza filan məsələsi həll olundu, şükürlər olsun. Mən səfərə çıxanda isə bu, mümkün deyildi. Mümkün olan isə Kosta-Rikaya həm də ABŞ, Kanada və Şengen vizası ilə də getməyin mümkünlüyü idi. ABŞ vizası ilə Bakıdan ABŞ-a (Nyu-York), oradan San-Salvadora (Salvador), oradan da San-Xoseyə (Kosta-Rikanın paytaxtı) gəlib çıxdım.Səyahətimizə icarəyə götürdüyümüz avtomobildə öncədən cızdığımız marşrutla start verdik. GPRS-in canı sağ olsun! Paytaxt San-Xosedə, adətən, turistlər çox ayaq saxlamır. Elə bizim də ayağımız bizi burda saxlamadı. Pulumuzu yerli valyutaya (1 AZN =327.649 CRC) dəyişib üz tutduq şimala, ordan da qərb sahili boyunca cənuba.Kosta-Rikanı dünyanın "Ən xoşbəxt ölkəsi" adlandırırlar. Səbibini dəqiq bilməsəm də, zahirən elə xoşbəxt görünürdülər.Bu xudmani ölkədə 50-dən çox qoruq var ki, bu da ölkə ərazisinin 30%-ni təşkil edir. Yer üzündəki bitkilərinə 70%-nə Kosta-Rikada rast gəlmək olar. Ərazisindəki 120 vulkandan 70-i fəaliyyətdə olandır.Özlüyündə ölkəni bəyənməmək mümkün deyil. Kontrastları nəyə desən dəyər: gah qızmar günəş, gah yağış və hətta şaxta, gah cəngəllik, gah okean sahili kurort şəhərləri...İnsanları da çox qonaqpərvərdi.Ölkə boyunca çoxsaylı hotellərdə qaldıq (3 və 4 ulduzlu). Qiymətləri də adambaşına 5 USD-dən 45-dək. Hər birində də normal xidmət, wifi, səhər yeməyi...???? Yaxşı mənada təəccübləndirən məqamlar:???? Əhalinin kütləvi halda siqaretə "YOX" deməsi. Bilirdik ki, siqaret çəkmə həvəsindən uzaqdırlar, amma bu qədər də yox! Yerli əhali arasında 2 həftə ərzində bir nəfər də siqaret çəkən görmədim. Amma kiçik kənddə, 40 dərəcə istidə marafon yarışında iştirak edənləri gördüm: böyüklü, kiçikli - hamı qaçırdı.???? Fəaliyyətdə olan Arenal vulkanı (hündürlüyü 1657 m). İlk dəfə 1968-ci ildə şuluqluq edib əməllicə püskürübmüş, nəticədə də Arenal şəhərini yox eləyib.???? Poas vulkanı. O, özünü, Arenaldan fərqli olaraq, daha abırlı aparır. Sonuncu dəfə 1953-ci ildə püskürüb. Vulkanın içində kiçik geyzer var, diqqətlə baxanda lavanın "nəfəs almağını" da görmək olar.???? Cəngəlliklər. Lap kinolarda gördüyümüz kimi. "Eramızdan sonra" filminin əsas hissəsi elə Arenal yaxınlığında çəkilib. Elə Stiven Spilberqin "Yura dövrünün parkı" da.???? Cəngəllik üzərindəki asma körpülər. Onların üzərindən keçərkən qədim ağactipli qıjılardan əlavə həm də rəngarəng kolibri quşlarına, meymunlara, hətta ərincəklərə də rast gəlmək olar. Meşənin özü çox sirrli ab-hava bağışlayır insana, lap Harri Potterdəki kimi, amma bir balaca tropik qurtumla.Yeri gəlmişkən, getməzdən əvvəl elə bilirdim bu ərincəklərə orada tinbaşı rast gələcəm. Amma, əsasən, hündür ağaclarda yaşayan ərincəkləri çox nadir hallarda görmək olur. Səfərin sonuna yaxın bəxtimiz gətirdi və onlardan birini gördük, o da azıb yol qırağına düşmüşdü. Qaldırıb ağaca qoyduq. İndiyənəcən savabından qurtara bilmirik :) )???? Cəngəlliyin tən ortasında təbii qaynar bulaqlar.????Təəccüblü olsa da Kosta-Rikada yerli əhali arasında tez-tez bizimkilərə oxşar adamlara rast gəlirdim. Məsələn, yolüstü kafedə ofisiant işləyən bu qaqaş kimi. Hərdən çaşıb qalırdım ki, bu niyə ispanca danışır?Bir sözlə, gedib görüləsi yerdir. Görməyənlərə qismət! :)P.S.: Turistlər, elə yerli əhali üçün də tam bir təhlükəsiz ölkədir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ali Akbar

1416 dəfə oxunub

Cənnətdən düşən damcı - Ohrid

Sizə bir çoxumuza tanış olmayan, mənim də yeni tanıdığım Ohrid şəhəri barədə yazmaq istəyirəm.Ohrid Makedoniyanın qərbində Ohrid gölü ətrafında yerləşən çox şirin bir Balkan şəhəridir. Əhalisi azdır; çox mehriban və yardımsevərdir.Çox bilinmədiyindən və bir aeroportu olsa da mütəmadi səfərlər olmadığından çox az turist olur. Hətta ən pik sezonda belə turistik şəhərlərdə gördüyümüz görməmiş rus turistlər və qəbilə halında gəzən şərqli turistləri burada görmək mümkün deyil.Necə getmək olar? Ən yaxşısı Bakı-İstanbul-Skopje marşrutunu istifade etmekdir. Bakı-İstanbul Buta ile İstanbul-Skopje seferini ile Pegasus ile en ucuz reallaşdıra bilərsiz. Skopjedan Ohridə qədər 2 saatlıq bir avtobus seferi sizi gözləyir. Avtobuslar çox yaxşı deyil, köhnədir. Əlbəttə taksi ilə də gedə bilərsiz, amma bu daha tez çatmağa təminat vermir, çünki yollar çox da yaxşı vəziyyətdə deyil.Makedoniya 2 il əvvələ qədər bizə viza tətbiq etmirdi. Azərbaycanda ümumiyyətlə səfirlik yoxdu. Ən yaxını Ankaradır. 2 il əvvəl maraqlanmışdım, hazırda viza olmadığını ama yaxın zamanda bu məsələyə təkrar baxılacağını bildirmişdilər. Əgər hal-hazırda viza tətbiq olunursa belə Şengen vizası olan şəxslər ölkəyə rahat girə bilər.Əlbəttə getmişkən Skopjenı da görün deyərdim. Çox böyük şəhər deyil. Məsələn təyarədən səhər enib axşama kimi gəzib axşam avtobusa oturub Ohridə yollana bilərsiz.Ohridə sırf yay aylarında 1 həftəlik tətil üçün, ilin yorğunluğunu atmaq məqsədi ilə gedə bilərsiz. İlıq iqlim, sakitlik və 0 stres şəraiti, eyni zamanda ucuz tətil axtarırsızsa bura tam sizə görədir.Harada qalmaq olar? Şəhər mərkəzində qalmağı sizə məsləhət görmürəm. Mərkəzdən aralı, Ohrid gölünün ətrafında, şəxsi çimərliyi və hovuzu olan, çox gözəl otellər və villalar var. Çox dəbdəbəli deyil və qiymətləri çox ucuzdur. Onlardan birini kiralaya bilərsiz. Avtobus terminalı mərkəzdə yerləşir. Ordan həmin bu əraziyə taksilər fiks 5 euroya aparıb gətirir. Avtobuslar da işləyir, amma dəqiq qrafik yoxdur.Nə etmək olar? Əvvəla onu deyim ki, Ohrid göl olsa da çox təmiz, büllur kimi suyu var və qətiyən durğun su iyi gəlmir. Bol bol çimərlikdə vaxt keçirə bilərsiz.Şəhər mərkəzində kiçik kafe və restoranlarda oturub balkan musiqisinin sədaları altında yemek yeyə və içki içə bilərsiz. Yeməkləri bizim ağız dadımıza uyğundur. Sosiskaları dadlıdır. Balıqları pis deyil. Bir de piveleri var, onu da məsləhət görürəm.Ohriddə 3 əhəmiyyətli və tarixi kilsə var: Əziz Yuhanna, Əziz Kliment və Ayasofya. 3-ü də ortodoks kilsəsidir. Onlardan heç olmasa təpənin üstündə olan, göl mənzərəli, eyni zamanda ən qədim Əziz Yuhanna kilsəsini mütləq görün.Göldə qayıqlarla tur atın, çox əyləncəlidir. Çar Samuel qalasına gedin, mənzərəsi əladır.Vaxtınız qalsa Albaniyaya keçə bilərsiz. Paytaxt Tirana çox uzaq deyil. İndi bilmirəm o da 2 il əvvəl viza istəmirdi.Və Ohrid gölü çox təmiz mirvarisi ilə məşhurdur. Mərkəzdə bir çox mağazada Ohrid mirvarisi tapa bilərsiz. Sizə məsləhətim ilk girdiyiniz mağazadan almayın. Yaxşıca gəzib qiymətləri öyrənin. Mən oraya yaşayan bir türk abinin mağazasını çox bəyəndim. Mərkəzdə əsas küçənin ortalarında idi və ən böyük mirvari mağazası onun idi. Başqa bir şey almağı düşünməyin. Geyim mağazaları əsasən türk markalarıdır və çox bahadır.Ohridə bir dəfə getsəz əminəm yenə getmək istəyəcəksiz.PS. Tapa bildiyim şəkillər bunlar idi üzrlü sayın.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Jamal Musayev

1225 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!