1287 dəfə oxunub

Sirenlər adası - Kapri

Kapridəki bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.

Əziz dostlar, bu gün sizə Kapri adası haqqında danışmaq istəyirəm. Əvvəllər aranızda bu adada olanlar olub bilirəm. Mən olmayanlar üçün paylaşıram.????

Budapeştdən WIZZAIR_lə İtaliyanın Neopol şəhərinə (34 avro), ordan da Molo Beverello limanından (26 avro) sürətli feribotla 40 dəqiqəyə Kapri adasına getdik. Qeyd edim ki, gün ərzində Kapriyə Neopoldan müxtəlif şirkətlərin müxtəlif qiymətə feribotları gedir. Bir saat limanda gözləsəydik 17 avroya da gedə bilərdik. Nisbətən ucuz səfərlər daha uzunmüddətli olur.

67875911_2568569393175205_5151183221324513280_n

Marina Grande limanına çatıb ordan da Funikulyorla 2,5 avroya Kaprinin mərkəzinə qalxdıq. Funikulyordan çıxanları dağlar arasından görünən Tirren dənizinin möhtəşəm mənzərəsi qarşılayır. Ən gözəl dondurmanı məhz burada yedik. ????
Sonra 3 nömrəli avtobusla 2 avroya bilet alıb daha yuxarılara Anakapri istiqamətinə getdik. Avtobus sıldırım qayalığın kənarı ilə dar yollarla yuxarı qalxdıqca insanı vahimə bürüyür. Otellər, şəxsi evlər, kafelər yuxarı qalxdıqca daha da bahalaşır.

68237877_2568569609841850_8918524604033531904_n

Bütün bildiyimiz bahalı markalar Kapridə təxminən 3 dəfə daha baha idi. Məsələn İtaliyanın digər şəhərlərində 34 avroya gördüyüm ayaqqabı burda 99 avroya idi. Yəni alış-veriş üçün heç uyğun deyildi. ???? Yeməklər də həmçinin. Deməli digər yerlərdə 12-15 avroya yeyəcəyin pizza burada 18-20 avroya olur. O da əgər yer tapa bilsən oturursan. Bilməyənlər üçün deyim ki, İtaliyada oturduğun kafelərdə, restoranlarda servis haqqı (2-3 avro) ilə yanaşı kaporta haqqı (3-4 avro) da hesabın üzərinə əlavə edilir.

İtaliyada otellərdə də qiymət çox bahadı. Booking.com-dan aldığın bütün otellərin əvvəlcədən ödədiyin qiymətindən başqa hər gecə üçün servis haqqı (4-5 avro) və şəhər vergisi (5-6 avro) də əlavə nəğd olaraq ödəməlisən.

67940680_2568569563175188_551153172907819008_n

2 pulsuz xalq plyajı var. Ümumiyyətlə Tirrendə çimib sahildə günəşlənmək üçün pul tələb edən yoxdur. Kapri ümumilikdə çox səs_küylü adadı. Turist təsəvvür etdiyimdən də çox idi. İnsan çoxluğundan dar küçələri az qala addım addım gəzirsən. Avtobus, funikulyor, feribot növbələrində itirdiyim vaxtları görəndən sonra düşündüm ki, bura istirahət üçün gəlmək istəyənlər ya mayda, ya da sentyabrda gəlməlidirlər. Qayıqlarla və ya gəmilərlə ada ətrafı gəzintilər var. Yarım saatı təxminən 25-30 avroya başa gəlir. Qiymət Grotto Azzuraya (mavi mağaraya) gedib getməyəcəyinə bağlı olaraq dəyişir. Ümumilikdə Kapridə keçirdiyim gün mənə maraqlı oldu.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Aynur Abbaszade

DİGƏR BLOQLAR

Bolqarıstan bələdçisi - Sofiya

Sofiyadakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.Salam olsun gəzəyənlərə də, gəzməyənlərə də)Bolqarıstan-Sofiya haqqında qısa şəkildə təəssüratlarımı bölüşüm, getməyi planlaşdıranlar üçün maraqlı olar düşünürəm.Qrupda Sofiya haqqında kifayət qədər postlar paylaşıldığı üçün detallara girmirəm) Bildiyimiz kimi, Buta ilə birbaşa reys var, uçuş müddəti təxmini 3 saat 25 dəqiqə olur. Ölkəyə giriş üçün isə ya Bolqar vizası, ya da multi-şengen vizamız olmalıdır.Sofiya aeroportundan şəhərə gəliş çox rahatdır. Cəmisi 1.60 levə ( = 1 man. 60 qəpik) metro bileti alıb, aeroportdan çıxan kimi qatara minirsiz və yarımca saata olursuz şəhər mərkəzində (Serdiko m/st.) Metroları çox təmiz, geniş və səliqəlidir, adətən kondisionerlə təchiz olunub və bürküdən söhbət gedə bilməz)Milli valyutası “lev”( şir) adlanır. Təxmini manatla eynidir: 1 azn=1.03 lev.Şir bir növ Sofiya şəhərini symbolize edir, bu səbəbdən şəhərdə Şir heykəli və adında lev sözü olan bir sıra nəsnələrə rast gəlinir.Şəhər vaxtilə uzun müddət Roma imperiyası, sonra isə Osmanlı imperiyasının əsarətində olmuş, ən son isə Sovet Rusiyası tərəfindən işğal edilmişdir. Buna görə də şəhərdə 3 fərqli mədəniyyətin nümunələrinə (məscidlər, kilsələr və digər tikili qalıqları) rast gəlinir.Ümumilikdə şəhərdə sanki Sovet aurası var.Şəhərdə public transportda 1 gedişin qiyməti 1.60 levdir. Bir gün ərzində istənilən ictimai nəqliyyatdan (metro, tram, bus) limitsiz sayda istifadə etmək imkanı verən biletlər də satılır ki, bu da çox sərfəlidir. Qiyməti də cəmi 4 lev.Elə bu qrupdakı yoldaşlardan birinin məsləhətiylə H2O adlı hosteldə qaldım, gecəsi cəmisi 12 azn-ə. Qiymətinə görə əla yerdir. Məkəzə ve Serdiko metro st. çox yaxındır. Təmiz və səliqəlidir, personal da yardımsevərdir. Yeganə mənfi cəhəti gecə yatanda xoruldayanların çox olması idi.Hostelin yaxın ətrafında gəzməli yerlər, restoranlar, parklar və s., bir sözlə, hər şey var.Restoranlarda qiymətlər bizdəkindən çox yox, cüzi bahadır. Mərkəzdən kənar yerlərdə ucuz yeməkxanalar tapa bilərsiz.Hər gün pulsuz turlar təşkil olunur. Ətraflı məlumatı “free sofia tour” səhifəsini axtarış edib ordan əldə edə bilərsiniz. Mükəmməl tur bələdçiləri olur. Martin adli guide var, çox məsləhət görürəm) adam işini o qədər entuziazmla görür ki, 2 saatlıq turdan zövq alacağınız qarantidir)Sofiyada parklar çoxdur və ərazicə böyükdürlər, gəz-gəz bitməz.. Ən məşhurlarından biri South Parkdır. Çox sakit və səliqəlidir, əsl istirahət etməli yerdir)Popular touristic destination olmasa da, Sofiya məndə gözəl, sakit və hüzurlu şəhər təəssüratı yaratdı.P.S. İmkanınız olarsa (məndə olmadı təəssüf ki), şəhərdən təxmini 1 saat məsafədə yerləşən Vitoşa dağına da mütləq baş çəkin.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elvin Mammadli

2093 dəfə oxunub

Qışda Antalya səyahəti

2021 ilk qış səyahəti, gönül istərdiki KKC olsun ama məlum səbəblərdən dolayı ölkədaxili olmuş oldu.Antalya- ruslar və azərbaycanlılara görə ancaq çimərlik şəhəri olaraq təsəvvür edirdim, qış fəslində Türkiyədə isti şəhərlər arasında ən çox gəziləcək yerlər listəsində ilkdə görüncə və detaylı araşdırmalar finalı olaraq onu seçmiş olduq.6günlük bir plan hazırladım, 1ci gün. 2.günPerge antik kent. Side antik kentKursunlu şəlalə. Manavgat şəlaləKöprülü canyon. Green canyon Tazı canyon. Land of Legends3.gün. 4.günAkvarium. Doyran göletDuden şəlalə. SaklıkentKaleiçi(ps həftəsonları türkiyədə sokağa cikma yasagi oldugundan iki günü evdə diger aktiviteleri ederek dinlendik )1. Müzekartı ilə tüm müzey və antik kentler freedir giris.2. Canyonlara giris free3. Kursunlu selale -4.50tl4. Manavgat selale-7tl5. Land of Legend biz atraksiyonlara minmedik ona gore de normal giris free6. Akvarium sansimiza 4atraksyonluk paket 55tl aldiq normalda 200tllik olani(1ayliq bir kompaniya)Yeməklər-1. Antalya yöresel yemeyi-piyaz ama sarımsağı bol və çox qəribə bir ingredients olduğundan yemədik, 2. SirdanciCebo adlı bir restoran var, şırdan yedik orda, görünüşü anormal ama dadı mükəmməl bir fərqli təam,(heyvanın mədəsinin dərsindən hazrlanır)- sirdanin biri 18tl ama doyumculdur3. İrmik helvasi+dondurmalı -dadlıdırQiymətlər isə şəhərə görə normaldır.Airbnb dən 6günlük bir villa kiraladiq,(05326006855-Turgut abi, ev sahibi,hetta danisdiqda endirim de edir,cox yardimsever ve nazik adamdir,) Antalyanin Serik adli bir bolgesinde idi, iki günü həftəsonunu bağçada günəşli havada kofemizi içib kitabımızı oxuyaraq hem passive hem active tətili yaşamış olduq, arada o iki gün sayəsində çox da yorulmamışıq olduq.Antalyada gezilecek yerler coxdur ve bunlari təəssüfki masinsiz gezmek qeyri-mümkün,və yerli birisiylə gəzmək daha əlverişli olur, bizim sürücümüz şansımıza Azərbaycanlı Mahir -05436999954 (həm də yerlim Gəncəli və onun türk girlfriendi Nurseli oldu( qizin adını 3cü gün mesaj olaraq birbirimizə atdıq ki unutduqda baxaq) biz yola 3dost olar çıxdıq ama 5 dost olaraq davam etmiş olduq, gənclər o qədər yardımsevər,səbirli, gülərüz qısacası nə qədər positivlik varsa onlardadır, Mahirə mən planı göndərdim rotanı o çizdi hətta digər extra məkanları o özü əlave etdi, Ödəmədə isə olduqca çox güzəşt etdi.Listede olan məkanlar Antalyaya getdinizsə mütləq gəzilməli yerlərdir(Saklıkent qışda gedib qar görmək istəyənlər üçün) zatən şəkillərdən anlaşıldığı kimi şəhərə heyran qalmamaq nə mümkün, antik kəntləri gəzərkən çox qəribə tarifi zor olan hisslər yaşayirdiq, m.ö olan roma kəntlərinə ayaq basmaq və onları yaşamaq(izlədiyim filmləri, oxuduğum kitabları xatırladıqca sanki onları yaşayirdim) bu hissləri ilk dəfə piramidləri görərkən yaşamışdım. Yani texnikanin olmadigi bir zamanda bu insanlar bu möhtəşəmliyi necə yaratmişsa artik..daşlar,sütunlar arasındakı sm/m dəqiqliyi də ayrı bir incəlik.Təbiət aləlvanlığına gprə də Antalya özəlliklə seçilir, canyon/şəlalə/göl bolluğudur, həmdəki mənzərəsi də ən əlası. Şəkillərə extra effekt vermeyə gərək olmur yani o dərəcə bir gözəllik.Şansımıza restoranlar bağlı idi, ama yol üstü olan restoranlarda oturmaga icazə var və aylar sonra qismət oldu restoranda oturub normal nahar etmək,o da çox qəribə hiss idi Digər səyahətsevərlər kimi mən ümid edirəm bu çətin və stressli günlər geridə qalar, normal həyata zamanla geri qayıda bilərik.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Lala Bunyatzada

2057 dəfə oxunub

İtaliya Öz Təcrübələrim

İtaliya öz təcrübələrim Bu, mənim İtaliyaya və ümumiyyətlə solo ilk səfərim idi. Cəmi 10 gün vaxtım var idi deyə, istədim həm gəzim, həm də dincələ bilim. Ona görə də planı Roma-Neapol-Amalfi-Capri-Sorrento-Roma olaraq qurdum. 2 gün gedişdə, 1 gün dönüşdə ümumi 3 gün Romanı gəzib, qalan günlər sakit istirahət etdim. Tək qadın olaraq ilk başda çox qorxularım olsa da, düşündüyümdən çox çox rahat keçdi səyahətim. Bircə Neapolda qatar vağzalının ətrafı ürküdür adamı. Səhər tezdən və axşam saatları ehtiyatlı olmaq lazımdır. Belə 4-5 saata gəzib bitirmək olur, ona görə də orda gecələmədən səhər tezdən çatıb, gün ərzində gəzib, saat 4də də yola düzəldim. Romada Prati ərazisindən (Vatikana yaxın) seçdim oteli. Vatikan muzeyləri, Colosseum, Pantheon, Roman forum, Borghese gallery, qatar biletləri, Amalfidən Capriyə ferry üçün biletləri əvvəldən almışdım. Mütləq 2-3 həftə əvvəldən alınTiqets app yükləyib Rome tourist card aldım(təxminən 90 avro) biletlər skip the line olsa da sıra olur, amma sürətli keçir. Əsas odur bileti olmayıb orada alanların sırasında gözləmirsiniz. QR kod bəs etsə də, biletlərin hamısını çap halında da götürmüşdüm. Colosseumda əlavə pasporta da mütləq baxırlar. Vatikan və bir çox kilsələr bazar günü bağlı olur, səyahət zamanı nəzərə alın.Bütün səyahəti chat-gpt ilə birgə planladım Audio guide və chat gpt bəs edir məlumatlar üçün. Bir də Rome tourist carda Audio guide for Rome da daxildir. Qr kodla fayllar download edilir rahatlıqla (wi fi ilə edin həcmi böyükdür) Guided tourlar da maraqlıdır amma italyan guide’ların ingiliscə ləhcələrini başa düşmək çətindir nəzərə alın Bu mövsümdə isti dəhşət bişirir adamı. Ənnn çox köməyimə çatanlar UV qorumalı çətir(Neapolda və Romada yağışa da düşdüm), mini fan və izolyasiyalı su butulkası oldu (hamısını temudan almışdım). Və ən əsası rahat ayaqqabı geyinin, nəzərə alanda ki, gündəlik 20-30 k arası addım atılacaq, altı nazik və düz ayaqqabılar daş döşəli küçələrdə məhv edər ayaqları. Bir də məsləhət görərdim ki, əgər yeməyi sevənsinizsə yoldaşlı gedin, belə mətbəxi olan yeri tək gəzmək sərf etmir maddi baxımdanƏlavə suallar olsa buyurunPaylaşan: Gülçin Abdullah

248 dəfə oxunub

Vatikan - muzeylər

Vatikandakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Romaya və Vatikana səfər edib muzeylərə pul ödəməyim və pulum cibimdə qalsın deyirsinizsə nəzərinizə çatdırım ki, hər ayın ilk bazar günü Romada olan muzeylər, hər ayın son bazar günü, saat 09-14:00 aralığında isə Vatikanda olan muzeylərə giriş pulsuzdur. İndiyə kimi qrupda Vatikan haqqında bir çox post görmüşəm və bir çoxunda Vatikan üçün xeyli miqdarda pul ödədiklərini yazıblar. Onu deyim ki, Vatikanı gəzmək üçün heç də 50-60 avro pul ödəmək lazım deyil.Vatikan muzeyi və Sistine Şapelinə giriş qiyməti 17 avrodur, Postun sonunda göstərəcəyim saytlardan online rezervasiya edib sıra gözləmədən gəzə bilərsiz. Online rezervasiya üçün əlavə 4 avro ödəmmək lazımdır. Tələbələr üçün endirimli qiymət 8 avrodur. St Pietro Bazilikasına giriş pulsuzdur, qarşısında xeyli növbə olur, bunun üçün səhər saatlarında gedib növbəni 15-20 dəqiqəyə keçmək olur. St Pietro Bazilikasının ən yuxarı hissəsində olan qübbəyə qalxıb möhtəşəm Vatikan mənzərəsini görə bilərsiz.Buraya çıxmaq üçün girişdə 5 avro ödəyib 550 pillə qalxmaq lazımdır və yaxud 7 avro ödəyib pillələrin ilk 230-nu liftlə qalxa bilərsiz. Amma əsas çətinlik elə növbəti 320 pillədə olduğu üçün boşuna 2 avro əlavə ödəməyin. Sona doğru keçid çox darlaşır və eyni anda 1 nəfər ancaq irəli hərəkət edə bilir. Bizim qarşımızda yaşlı insanlar qalxdığı üçün son 50 pilləni bəlkə də yarım saata qalxdıq. Zirvəyə çatdıqda isə insan heyran olur. Möhtəşəm Vatikan mənzərəsi ayaqlar altında olur. Mənzərəyə heyran olub burada ən az 1 saata yaxın vaxt keçirdim.Vatikanda mütləq görülməsi yerlərdən biri Sistine şapelidir. Rafael, Leonardo da Vinci, Caravaggio kimi məhşur sənətkarların əsərlərini, Michelangelonu şapelin tavanına çəkdiyi portretləri gördükcə adamın ağzı açıq qalır. Dan Brown kitablarının fanatısınızsa Vatikan səyahətini tam başqa hisslərlə və gözlə edəcəksiniz. 1932-ci ildə memar Giuseppe Momo tərəfindən hazırlanmış spiral nərdivanlar isə əsl foto çəkiləsi yerdir. Vaxtınız varsa Vatikanı qaranlıq düşdükdən sonra da görün. Səyahətiniz zamanı Vatikana ən az 1 gün vaxt ayırın. Vatikan səyahətinin tək mənfi tərəfi hər yerdə insan selinin olmasıdır. 0.44 km² ölçüsü ilə dünyanın ən balaca ölkəsi hesab edilən Vatikan hər il 5-6 milyon aralığında turist qəbul edir. Sonuncu Vatikan səyahətindən yadımda qalan bunlardır, əlavə suallarınız varsa cavablaya bilərəm.http://www.museivaticani.va/content/museivaticani/en.html) (https://biglietteriamusei.vatican.va/musei/tickets/do…Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gəzgin Həyat

2807 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!