378 dəfə oxunub

Orta Asiyanın incisi - Xivə bələdçisi

Xivədəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Xivə

Bir şəhər ancaq bu qədər gözəl ola bilər. Ölmədən görüləcək şəhərlər çoxdur, ancaq məncə ən birincisi Xivədir.

Şəhər “İpək Yolu”-nun bütün yollarının qovşağıdır. İçan Kala və Dışan Kala adlanan iki əsas hissədən ibarətdir.

Xivə küçələrində ‘’hansı əsrdəyik’’ sualı ilə gəzirdik. Hər yer torpaq rəngi, hündür divarlar, firuzəyi rəngli kaşı, keramika, miniatür əsərlər, minarələr, mədrəsələr, karvansaralar, taxta qapılar, sütunlar, doğma insanlar…

Xivə şəhərinin 35 km yaxınlığında Ürgənc havalimanı yerləşir. Buraya Bakıdan və Daşkənddən birbaşa reyslər həyata keçirilir.

Hotel
Qiymətlər əladır. Reytinqi 8.1 olan hotellərin qiyməti iki nəfərlik otaqda 1 nəfər üçün 8 avrodan başlayır. Xidmət, təmizlik yüksək səviyyədədir.

Valyuta 
Ölkədə Özbəkistan somu (UZS) istifadə edilir, yüz ABŞ dolları bir milyon yüz qırx altı min soma bərabərdir.

Turistlər
Şəhərdə turistlərin əksəriyyəti avropalılardır. Ruslar, və yerli turistlər də çoxdur.

Danşıq dili, əhali
Şəhərdə rus dilini demək olar ki, hamı bilir. Özbək və rus dilləri əsas istifadə edilən dillərdir. Yerli əhali ölkənin digər bölgələrinə nisbətən bizə daha doğma dildə danışır və hər söz başa düşülür.

Hədiyyə
Taxtadan düzəldilən əl işləri, keramika qablar, çay, halva, nabat, ədviyyatlar, quru meyvələr, ipək parçalar, araqçın və kələğayılar.

Yeməklər
Bizim yeməklərlə oxşarlıq çoxdur. Xivədə yeməklərin ən dadlısı aşdır. Digər dadlı yeməkləri isə yağlı ət və göyərtilərdən hazırlanan şurpa supu, ət və soğan tərkibli samsa, mantı, kabablar və maş şorbası.

Şəhər divarları önündə bizi tarixə adını böyük hərflərlə yazdırmış alimin heykəli qarşılayır. Əl-Xarəzmi 780-ci ildə bu şəhərdə anadan olub, cəbr elminin banisi və sıfır rəqəmini tapan şəxsdir. İbni Sina, Biruni və onlarla dahilər də burada təhsil almış, yaşayıb-yaratmışdılar.

Şəhərin hər yerində qədim Zərdüşt üslubu və naxışları ilə bəzədilən dadlı çörəklərin qoxusu hiss edilir.

Zərdüşt motivləri həm də demək olar ki, bütün tarixi tikililərdə mövcuddur.

Görməli yerlər
Əsas maraqlı yerlər “İçan Kala” adlanan qədim şəhərin daxilindədir. Biz girişə yaxınlaşanda Xivə Əmiri, vəziri və digər saray üzvləri böyük təm-təraqla qalanı tərk edirdilər. Bu proses sanki Əmir indi də yaşayırmış kimi hərgün bir neçə dəfə təkrarlanır.

İçəri isə sanki başqa aləm idi. Özbək xalq mahnılarını çalıb-oxuyan qrup milli geyimlərdə rəqs edə-edə küçələri gəzirdilər.

Axşama doğru isə mərkəzi meydanda milli oyunlar və rəqslər daha maraqlı şəkildə davam edir. Biz də bütün digər turistlər kimi hərşeyi yaddan çıxarıb heyrətlə olanları izləyirdik.

Kaş bizim Dövlət Turizm Agentliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi də İçərişəhər, Şəki, Lahıc kimi yerlərdə buna bənzər işlər görərdi.

Xivənin rəmzi Kalta Minordur. Yəni yarımçıq minarə, 1855-ci ildə tikinti başlayır, ancaq Əmir Xan vəfat etdiyinə görə yarımçıq qalır.

Hündürlüyü 45 metr olan İslam Xoca minarəsi Xivənin hər nöqtəsindən görünür.

Cümə məscidi X əsrdə tikilib. Məscidin daxilindəki ağac sütunlarda gül və yarpaq naxışları zərif şəkildə işlənmişdir.

Xivə Əmirinin yay sarayı. Burada Əmirin necə həyat tərzi sürdüyü, saray əhlinin kimlər olduğu haqqında ətraflı öyrənmək olur. Bələdçilər çox savadlı idi.

Pəhləvan Mahmud məqbərəsi Xivənin əsas memarlıq abidələrindən və ziyarətgahlarından biridir. Məqbərədə böyük şair, maarifçi, sufi və filosof Pəhləvan Mahmud dəfn olunub.

Yumurtavari hündür günbəz Pəhləvan Mahmud məqbərəsini unikal edir. İnteryeri ağ və göy rəngli kaşılarla ahəngdar bəzədilmişdir. Divarlarda Pəhləvan Mahmuda məxsus fars dilində şeirlər yazılıb.

Kunya-Ark “İçan-Kala”-dan hündür gil divarla ayrılmış bir növ qala daxilində qaladır. Bura “İçan-Kala” və ətrafının gözəl mənzərəsini seyr etmək üçün əla yerdir.

XIV əsrdə yaşamış nəqşibəndi sufi ustadı olan Səid Əlauddin türbəsi Xivənin ən unikal tikililərindən biridir.

Taş-Xauli sarayı isə Xivənin ən rəngli və gözoxşayan sarayıdır.

”İçan Kala” müdafiə divarlarının hündürlüyü təxminən 10 metr, qalınlığı 8 metr və uzunluğu 2250 metrdir.

Qalanın dörd qapısı var: Şimal (Bağça-darvaza), Cənub (Taş-darvaza), Şərq (Pəhləvan-darvaza) və Qərb (Ata-darvaza).

İçəridə insanı orta əsr şərqinə aparan saraylar, məscidlər, minarələr, mədrəsələr, məqbərələr, meydanlar və karvansaralar var.

Tarix
Rəvayətə görə, Xivə adını Nuhun böyük oğlu Sam qoymuşdur. O, səhrada uzun müddət susuz qaldıqdan sonra tapdığı quyudan su içərək qışqırıb:

"Hey, vak, hey, vak!" Bu "nə yaxşı" deməkdir və o vaxtdan bura “Hey-vak”, yəni Xivə adlanıb.

Xivə 2700 illik yaşayış yeridir. Karvanların dayandığı İpək Yolunun mühüm qovşağıdır.

İki böyük səhra arasında bir vahə olan Xivə Makedoniyalı İskəndər, İran, Çingiz xan tərəfindən işğal edilib. Daha sonra isə Əmir Teymur, Xarəzmşahlar, Şeybanilər, Xivə Əmirliyi, ruslar və müstəqil Özbəkistan.

Orta Asiyanın digər şəhərlərində olduğu kimi, şəhərin divarları qurudulmuş kərpicdən hörülüb və hündürlüyü 6-8 metrdir. Tarix boyu bu divarlar dəfələrlə dağıdılıb və yenidən tikilib.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Elşən İsmayılov

DİGƏR BLOQLAR

Sərfəli büdcə ilə 6 ölkə, 8 şəhər

6 ölkə, 8 şəhər - cəmi 800 Azn ????Yazı çoox uzundur, amma birnəfəsə oxuyacaqsınız :)3 ay qabaq Rəvan ilə iki Yamoniyalı olaraq qərara gəldik ki, bu yay Avropanın bir hissəsini fəth etməliyik.Planımıza Rəvan 6, mən 7 ölkə saldım.Bakı Tbilisi qatarı ilə başlayıb, Budapeşt - Bakı Wizzair reysi ilə bitirdik.İlk günümüz o qədər də yaxşı başladı demək olmaz, 5 ərəblə bir plaskart vaqonda Tbilisə qədər yol getmişik. İstidən vaqon buxarlanırdı. ????Üz tutduq Kutaisi şəhərinə. Maps.me sayəsində uzun ellər dolaşıb, çox dağlar aşıb hostelimizi tapdıq. Əla qonaqlama, çox mehriban münasibətlə qarşılaşdıq. Gürcülər bu mövzuda əvəzolunmazdır :)Səhəri üz tutduq Vyanaya.Vyana - Kübarlıq, Elita, Azadlıq, Sağlamlıq, Əyləncə və rahatlığın şəhəri:Şəhərə ilk addım atan andan etibarən yuxarıda sadaladığım bütün amilləri görmək mümkündür.İnsanlar çox pozitiv və yaşından aslı olmayaraq gümrah görünüşdədir. Yaşlısından cavanına qədər hər kəs qaçır, birgə əylənir, velosiped sürür. Şəhərin özünün də bunun üçün geniş imkanları var, şəhərin hər bir nöqtəsində elektrik skuterlər və velosipedlər var. Hansı ki, adicə app vasitəsilə QR kod oxudub götürürsən və istənilən yerdə sərbəst buraxa bilirsən. Rəvanla 2 nəfərə bir skuter götürüb Vyananın küçələrində şou göstərmişik. Axırda da Rəvan yaxşıca yıxıldı. ????İnsanların çoxunu kafelərdə yox, parklarda piknik edən yerdə görmək olar. Ümumiyyətlə Vyanada saat 6-dan sonra demək olar bütün iaşə obyektləri bağlı olur. Amma gecəsindən - gündüzündən asılı olmayaraq qızlar da, oğlanlar da, yaşlı qadınlar da hər kəs özünə rahat bildiyi yerdə - fantan ətrafında, otluqda, skamyada əyləşib pivə içərək söhbət edir. Parklarda pulsuz rasladuşkalar olur, bəzən də kupalnikdə skamyada uzanıb özünü günə verən qızları görə bilərsiniz.Şəhər həm tarixi, həm modernliyi özündə birləşdirir. Möhtəşəm tarixi binaları, kilsələri, sarayları var. Bir də Dunay Çayının digər sahilinə keçmək lazımdır, əminəm ki, çox insan keçməyib. Şəhər digər tərəfdən Honkonga da oxşayır, Sinqapura da Nyu Yorka da. Vyanada olduğunu unudur insan.. Gecələr insanlar dunay çayının sahili boyunca uzanıb /əyləşib pivə içir, əylənir, musiqi dinləyir, rəqs edir. Bir sözlə necə lazımdırsa, xoşbəxt yaşayırlar.Dunay çayında yerləşən adada bir möhtəşəm gecələr keçir nə festivallarda görmək olar, nə barlarda, sadəcə yerində yaşamaq lazımdır :)Şəhərdə isə bomujlar yox səviyyəsindədir.Vyanadan üz tutduq Romaya. Romanın gəzməli və görməli yerlər Kolizey ilə Vatikan arasındadır. Qalan yerlər ya İstanbuldur, ya da Bazilya. Şəhərin mərkəzi və tarixi hissələri sanki arxeoloji qazıntıda yerin altından tapılıb və heç şotqa ilə tozu da alınmayıb. Həddindən artıq səliqəsiz və çirkli şəhərdir. Mərkəzdən bir-iki küçə uzaqlaşan kimi bütün küçələrin və bütün binaların birinci mərtəbəsi divarlar yazılıb, çirk əlindən heç nəyə toxunmaq mümkün deyil. Çox köhnə və çirkli ictimai nəqliyyatı var. Tramvaylara baxanda, SSSR Bakısındakı tramvaylar yada düşür. Şəhərin bütün küçələrində bomujlar addımbaşı dayanıb. Seneqal, Banqladeş, Kenya, Nigeriya kimi ölkələrdən gələn qaradərililər şəhərin ya küçə alverçiləridir, ya da ucuz xidmət sahələrində işləyirlər.Yeganə maraqlı və üstün tərəfi tarixi abidələrin özünəməxsus olmasıdır. Həmçinin bütün əsas tarixi abidələr demək olar ki, bir sıra ilə düzülüb. Dediyim kimi hər şey Vatikan ilə Kolizey arasında yerləşir. Bir gün ərzində şəhərin bütün əsas kilsə, muzey və digər maraqlı yerlərini gəzmək mümükündür. Şəhərdə olan zaman heç bir nəqliyyat vasitəsindən istifadə etmədik. Hər yerə piyada gəzərək getmişik.Romadan bezib (oxu: iyrənib) qaçdıq Pragaya.Bu şəhər də Vyana kimi gözəlliyin və rahatlığın başqa bir adıdır.Addım başı parklar, meşələr, şəhərin təbiətlə harmoniyası və sakitlik insanın ruhunu dincəldir.Mərkəzi və tarixi yerlərlə yanaşı, şəhər ətrafı parkları, monastrı, sakit küçələrini də gəzdik. Yolüstü Türk kafesində Belarusdan gəlmiş Azərbaycanlı ilə də rastlaşıb söhbətləşdik.Xüsusi qeyd edim ki, bu şəhərə Sarı geyinib gəlməyin :D Şəhərdə qəribə cücülər var ki, sarı rəng görən kimi daraşırlar adama. Rəvanın ikinci macərası da bununla başladı. 1 saat cücü qovmuşuq, axırda bacarmayıb köynəyi dəyişdi :Dİki günlük macərədan sonra üz Tutduq Çexiyanın ikinci böyük şəhəri olan Brnoya.Bura haqqında demək olar ki, nağıllardakı şəhərdir. Balaca Praga da demək olar.Oradan da üz tutduq, Bratislavaya. Çatana qədər o qədər dost-tanış pislədi ki, dedik görəsən hara gedirik. Gördüyümüz isə əksi oldu, bu da həmçinin bir tərəfdən muasirləşməyə çalışan, bir tərəfindən də tarixi özündə saxlayan balaca, gözəl şəhər idi. Xüsusilə gecələri, PUBları çox maraqlı və əyləncəlidir.Bir gecə də Bratislavada keçirib Getdik Budapeştə.Dunay çayını artıq 4-cü şəhərdən izləyirdik. Biraz gərgin və yorğun vaxtımıza düşdü. Rəvanın vecinə deyildi, 3-cü dəfə idi gəlirdi. Mən düşdüm şəhərin canına, burada da insanların həyat tərzi, rahatlığı şəhərin gözəlliyinə gözəllik qatırdı. Şəhərin yuxarıdan (fisherman heykəlinin olduğu yerə çıxdıq) görüntüsü möhtəşəmdir. Dunay çayında yerləşən balaca bir ada da var. Budapeştə gələn hər bir insan mütləq orada olmalı və heç olmasa 1 saat insanlara qoşulub həyatdan zövq almalıdır.Həmən günün axşamı Budapeşt Bakı reysi ilə üz tutduq Bakıya.Yalan olmasın 8 günə 300 km yaxın yol piyada gəzmişik. Hal qalar? :)Səyahət boyu çəkdiyim çox qeşəng şəkillərdən bir neçəsini bura əlavə edirəm, amma hamısını Instagramda @thmsb_mmdv şəxsi profilimdən izləyə bilərsiniz.Bütün bu macəramızın büdcə və planı haqqında isə Rəvan yazacaq.Hə bir də hər kəsə Rəvan kimi yol yoldaşı arzu edirəm !Bir nüansı da nəzərinizə çatdırım ki, sentyabrın sonu bir həftə avropa turum yenə olacaq. Sizə ətraflı ekanom səyahət barədə, və ilk dəfədən ard - arda iki multi şengen almağımın lifehack'lərini bölüşəcəm. Qısası izləməkdə olun. Hamınıza bol səyahətlər arzu edirəm :)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Tahmasib Mammadov   

678 dəfə oxunub

Malyorka adası - İspaniya

Malyorka adasındakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.Salam Gəzəyənlər, ənənəyə qoşularaq İspaniyanin "gem" sayılacaq Mallorca adasına səyahət haqqında fikirlərimi bölüşmək istədim. Adaya kifayət qədər müxtəlif ölkələrdən uçuşlar var, bu il üçün maksimum sentyabrın ortalarına qədər getməyi məsləhət görürəm, sonra havalar soyuyur adada.- ✈️ Tətilimiz 1 həftə oldu, əminliklə deyə bilərəm ki, 3 həftə lazımdır ki, adanın kifayət qədər dadını çıxarasınız. 1 həftəyə total 1000 euro xərcləndi hər şey daxil.-???? Ən vacib məsələ, maşın kiralamaqdır. Ada böyükdür, public transport yalnız adanın mərkəzi şəhəri sayılan Palma'da var. Maşınla bir ucundan digər ucuna ən az 2-3 saatlıq yoldur. Rent a car şirkətləri çoxdur. Ancaq tax adı ilə çoxusu baha başa gəlir. Biz "RecordGo" şirkətindən heç bir problemsiz, full siğorta ilə götürdük. 7 gecesi - 370 euro (2019 Mercedes A class). Hər növ seçim var, əgər bizim kimi son ana saxlamasanız -???? Ada böyük olduğu üçün, tətili 2 hissəyə böldük, 1ci hissəsində məşhur "beach"-lər olan tərəfdə hotel tutduq. İkinci hissəsində isə Palma şəhərində. Hər ikisinin də keyfini ayrıca çıxartmağı məsləhət görərdim, çünki məşhur çimərliklər adanın şərq tərəfindədir əsasən, Palma şəhəri isə qərbində yerləşir nisbətən.-????️ Mütləq gedilməsi gərəkən beach'lər : Cala D'or, Cala Agulla, Cala Llamp, Santanyi, Cala Figuera, Portals Vells... Ada olduğu üçün dörd bir yanı çimərlikdir buranın. Saydıqlarım ən çox tərcih edilənlərdir, yenə də bilməkdə fayda var ki ən az 30 çimərlik var görünənə görə. Bu çimərliklərin çoxuna da yalnız maşınla gedib çıxa bilərsiniz. Ona görə, mütləq maşın kiralamağı gözə alın.- Turistlərin çoxu almanlar və ingilislərdir.- ????Qiymətlər isə gözlədiyimiz qədər baha deyildi. Yeməklər demək olar ki 10-12 euro civarında idi. Otelləri 1-2 ay əvvəlcədən bron etsəniz daha ucuza başa gələr. Biz getməzdən 2 həftə əvvəl qərar verdiyimiz üçün 1000 euro xərc çıxmışı, bunu təbii ki 800-ə qədər salmaq olardı daha tez hərəkətə keçərək.-????Gələk əsas məsələyə, Palma şəhərinin yanında olan Magaluf adında bir ərazi mi desəm, küçələr mi desəm bilə bilmədim. Sadəcə google'da Magaluf yazaraq necə bir atmosferasının olduğunu görə bilərsiniz. Party, nightlife sevən genclər, biz səhv etdik 2 gün gedə bildik Magalufa, sizə məsləhət ən az 3-5 gün ziyarət edin o müqəddəs məkanı, ruhunuza restart verəcəyindən əmin olun. Axşam 10-dan sonra Magalufdakı bütün küçələr gənclər tərəfindən dolur və enerji partlayışı olur, qısacası dəlixana. Bu tendensiya səhər radələrinə qədər davam edir - Daha ətraflı suallarınız varsa rəy bölməsinə yazın.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Aydin Ahmadli

1111 dəfə oxunub

Alpların kölgəsində 5 ölkə - İsveçrə, Avstriya, İtaliya, Fransa, Almaniya

Hörmətli gəzəyənlər,Birmənalı olmasa da, bilirəm ki, burada olan insanlar təqribi 3 hissəyə bölünüb: Həmişə gəzən, risk edən (fərq etmir tək və ya cüt, büdcə də önəmli deyil)Ailəvi gəzmək istəyən, lakin cəhd etməyə çəkinənSadəcə olaraq commentləri oxumaq üçün girən :)Mən və dostum yoldaşlarımız ilə düşünürəm ki, 2-ci qrupa aid idik, ta ki, 14 günlük Avropa səfərimizə gedənədək.Düşünürəm ki, indi yazacağım post 2-ci qrupa aid olan insanlara çooox xeyr olacaq və onlar da növbəti səfərlərini çox ürəklə planlayacaq. Başladıq :)Öncə Turun planı: Bakıdan Frankfurta - oradan cənuba mümkün qədər çox şəhər gəzməklə sonradan Frankfurtdan Bakıya. Adam sayı 4 nəfər.Bilet: Bakı-Kiev-Frankfurt-Kiev-Bakı: 2 nəfərə 600 EUR, 1 nəfərdə 23 kg bagaj + 7kg və 5kg əl bagajı, digər ailə üzvündə yalnız 7kg əl bagajı. Yəni adambaşı 300 EUR.Transport: EuropCardan Full Kasko olmaqla, 14 gün müddətinə aeroportdan pick up və pick off olmaqla, Opel Astra və ya similar avto üçün 400 EUR ödəmişdik. Gəldiyimizdə Opel Astra yox, Renault Megane hetchbeck oldu. Açığı çox pis olduq. amma ))) Avtomobil 2019-cu ilin, cəmi 15 km getmlş (bir daha qeyd edim cəmi 15 km) full bir avtosu çıxdı. Avtoda olmayan funksiya yox idi. Bir sözlə super.Benzin və digər avto xərclər: Avtomobil ortalama 100km-ə 6.2 litr benzin serf edirdi. Ümumilikdə 2700km sürdüm. Benzinə 260 EUR pul ödədik. + pullu yollar və parkinglər - 150 EUR. Yəni total Transport xərclərimiz 4 nəfər üçün 810 EUR çıxdı (adambaşı 203 EUR).Hotels: Hotellər hamısı 3-4 ulduzlu seçilmişdi (booking sağ olsun), breakfast included (bəziləri 3-4 ulduzlu olsa da, çooox 5 ulduzdan yaxşı idi). 13 günə 4 nəfər üçün 1666 EUR ödədik (adambaşı 417 EUR, günə 32 EUR düşüb)Yemək: İnanın ki, hər şey yeyirdik, gündə bir neçə dəfə pivədən tutmuş, çaynan şirniyyatlaracan - Total cost 4 nəfərə 1293 EUR (adambaşı 323 EUR, 1 günə 23 EUR)Əyləncə, muzey və digər xərclər: Ümumi 4 nəfər üçün 488 EUR. Əsas hissəni Rustda (Ger) EuropaPark (mütləq görməlisiniz - adambaşı 52 EUR giriş və 15 EUR parking, TOTAL 52*4+15=223 EUR) tutdu. Bundan əlavə 76 EUR Swarowski Vattens muzeyi (adambaşı 19 EUR) və 80 EUR gandola da gezinti - Venice. Və digər xərclər.TOTAL Costs 4 nəfər üçün: 5458 EUR, adambaşı 1364 EUR. 2 nəfərdən ibarət ailəyə 2728 EUR.Şəhərlər:Frankfurt (Ger) - yarım dəfə görməyiniz bəs edir, industrial şəhər;Holtzheim (Fra) - Strasburgun yanında balaca bir kənd, Strasburgda Hotellər çoox baha olduğundan ora getmək üçün orada qalmışdıqGoldsheim (Fra) - Holtzeimin yanında yerləşən sənaye kəndi, o ətrafda olan bütün kənd və qəsəbələrin ortasında olan restoranlarla dolu bir qəsəbəStrasbourg (Fra) - Cənnət, mütləq görülməli bir şəhərlərdən biriRust (Ger) - EuropaParkın yerləşdiyi balaca bir şəhər. Oraya mütləq getməlisinizBelfort (Fra) - İsveçrədə Hotellər çox baha olduğundan sərhəddə olan çox gözəl, xudmani bir şəhərBiel/Bien (Swiss) - 1 dəfə görməli olduğunuz göl ilə əhatə olunmuş şəhərBern (Swiss) - Cənnət kimi gözəl paytaxtThun (Swiss) - şəkillərdə gördüyünüz İsveçrə, mütləq görülməlidirLuzern (Swiss) - Daha bir cənnət İsveçrə şəhəriMilan (İta) - Pafosun paytaxti. Amma mən çoox bəyəndimVicenza (İta) - İtaliyanın şərqində olan çooox gözəl bir şəhərVenice (İta) - 1-cə dəfə görülməli olan şəhərGotzheim (Aus) - Avstriyanın Alp dağlarına aid olan, qış turizm mərkəziİnnsbruck (Aus) - Avstriyada olan çox gözəl, dağ turizm şəhəriWattens (Aus) - Swarowskinin vətəni, muzeyi, mütləq görülməli olan şəhərMünhen (Ger) - Çox gözəl, həm tarixi, həm də modern Almaniya şəhəriNurnberg (Ger) - Başdan ayağa İçəri şəhər kimi olan tipik gözəl Alman şəhəriBir sözlə, 4 nəfər, 18 şəhər, 5 ölkə və 14 gün inanılmaz macəralar.Düşünməyin, planlayın və gedin!Sorry, çox uzun oldu) amma ümidvaram ki, Sizə faydalı olacaq!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Murad Abbasov

933 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!