984 dəfə oxunub

Gəzənfərd 6. - Çin

https://www.youtube.com/watch?v=BAODRpRQo0w


Gəzənfərdin 6-cı buraxılışında Samirə Əhmədova və Vüsalə Hüseynova ilə Çin haqqında danışdıq. Bu buraxılışımızda qonaqlarımızla çinlilərin həyat tərzini, qəribə adətlərini, mətbəxlərini və s. müzakirə etdik. Daha ətraflı məlumat üçün Podcastımızı dinləyə bilərsiz :) Əgər podkastımızı bəyəndinizsə kanalımıza abuna olmağı və daha öncəki buraxılışlarımızı izləməyi unutmayın.

DİGƏR BLOQLAR

Soyuq İsveçrə "sınağı"

Budəfəki səyahətimin şüarı:"Tanrı məni cəzalandırmaq üçün İsveçrəyə göndərdi" ????20 saatlıq aclıq, BlaBlaCar'ın sifarişi ləğv etməyi, buna görədə Bern şəhərinə gedə bilməməyim və əvəzinə Zurixə yola düşməyim, orada isə Couchsurfing'in anidən evə qəbul etməməyi və Zurixdə bir gecə 0-2 dərəcə soyuqda çöldə qalmaq, Lokau'da bir skamya tapmışdım ki oturum yemək yeyim, elə bir qısmat ???? yemişdim ki, mənimlə üzbəüz evdən bir qadının çıxaraq şəklimi çəkib "İ am calling police" deməyi ilə işıq sürəti yığıb dağın başına tərəf bir əlimdə ağır çanta bir əlimdə canım norveç balığı dağıla-dağıla necə qaçmışamsa, sonda balığın özünün yox ədviyyatlarının qalmağı, Lindau şəhərində mastercard/visa ilə ödəniş qəbul olunmadığı üçün "bir balaca" da aclığın dibinə düşməyim, Lindau - Munxen qatarında polisin 40 dəfə pasport / bilet kontrol etməyi nəticəsində yata bilməməyim və heçnə anlamadım bu çoxsaylı yoxlanışdan...370 AZN / 4 şəhər 3 ölkə / 7 gün / Noyabr 2019Deməli bu səyahətimdə ilk dəfə idi ki, yalnız təyyarə biletlərini əvvəlcədən almışdım vəssalam gediş-gəliş cəmi 40 AZN (Kutaisi - Basel / Munich-Kutaisi)Qalan hərşeyi yerində aldım və ilk dəfə planı pozaraq Münxendən olan geri dönüşü təxirə salıb yol aldım doğma "last station" Budapeştə ???? Bura getməkdə ən əsas məqsəd dostuma sürpriz etmək idi ????1. İSVEÇRƏ: Zurix2. AVSTRİYA: Bregenz, Lokau3. ALMANİYA: Lindau, MunichNəqliyyat vasitələri və xərcləri: 230 AZN✈ WIZZAIR: Kutaisi - Basel 17 AZN✈ WIZZAIR: Budapeşt - Baku, 66 AZN✈ WIZZAIR: Munich - Kutaisi, 23 AZN???? FLİXBUS: Basel - Zurix, 14 AZN???? FLİXBUS: Zurix - Bregenz, 20 AZN???? FLİXBUS+Regiojet: Munich - Budapest, 40 AZN???? Qatar (OBB): Lochau - Lindau, 4 AZN???? Qatar (DBB): Lindau - Munich, 48 AZN (Bayern ticket - bu biletlə Bayern ərazisində - Ulm, Lindau, Memmingen, Munxen və s. şəhərlərdə metro və qatardan 9am-3am arası limitsiz istifadə etmək olar)Yerləşmə: Hostellər və xərcləri: 141 AZN- Isveçrə???? Backpack hostel, 65 AZN / 1gecə, Zurix- Almaniya???? Euro youth hostel, 46 AZN / 2 gecə, Munxen- Macarıstan???? Unity hostel , 30 AZN / 2 gecə, BudapeştDeməli çatdım Isveçrənin BASEL şəhərinə, yazdım ki BlaBlaCar şoferinə hardasan qadan alım bəs nə vaxt gəlirsən ???? Dediki qaqa sən 1 nəfərsən sərf eləmirsən (elə bil Maştağa, Bilgəhə gedən manatlıq taksi zaddı ????) Pahoooo qaldıq pis vəziyyətdə, Bernə gedən qatarın qiyməti 36 $ olduğunu görüb dedim flixbus hara mən ora ???? Berndəki ev sahibinə dedim ki bəs mən gələmmiyəcəm bu şofer mənə atdı, dedi no problem. Nəysə o şoferi yad edə edə aldım flixbus bileti və Zurixə yola düşdüm, acından da can verirəm???? Zurixə çatıb ev sahibinə yazıram ki, gəldime gəldim adresi atın görüm, mənə nə yazsalar yaxşıdır ? Biz evdən indi çıxası olduq çox üzr istəyirik, mən də dedim ayıb söhbətdir, sözü belə olmaz ???? Bunlar nə danışır a kişi, çöldə neyniyəcəm bu norveç soyuğunda mən (baxmayaraqki soyuğu sevirəm)?! Aclıqdan soyuğu vapşe hiss edirəm özüdə nəyi var ????Üz tutdum qatar stansiyasına 2 saat orda qaldıqdan sonra polis gəldiki stansiya bağlanır çölə çıxmalısız. İlahi bu nə temadı???? Nəysə çıxdım bayıra Zurixin mərkəzində 2-3 kruq vurmuşam artıq, barmaqlarımın ucu buz bağlayıb əlimi hiss eləmirəm, getdim biraz gəzəndən sonra gördümki bir ATM bölməsi var, içərisində də bir qız yatıb dedim əla bir isti yer tapdım nəhayət, ordada 2 saat falan keçirəndən sonra səhər ilk açılan restorana daxil oldum, ac adam təəssüf ki qiymətləri yox yeməyi gördüyü üçün məğlubiyyətə uğradı ???? 2 keks və 1 çay cəmi 21 AZN ???? heçnə, çoxda şey eləmirəm ???? Zurixi gecə o qədər gəzmişdim ki, səhər gəzəndə artıq ürəyim bulanırdı, o çətin "vaxtlarım" yadıma düşürdü.Avstriyada hər şey əla keçdi, Lokau və Bregenzə mütləq baş çəkin, Hər ikisini 1 günə sığdırmaq mümkündür.Almaniya barədə isə, Lindau kiçik və əhalisi az ola bir şəhərdir, Konstanz (Almanca, Bodennsse) gölünün sahilində yerləşir. Bu şəhərə gəlsəniz mütləq surətdə üzərinizdə nəğd pul götürün. Kart çox məhduddur burda. Munxeni heç sevmədim, böyük, əhalisi çox bir şəhər, tipik avropa şəhəri, eynən Paris.Deməli mən Munxendən artıq geri qayıtmalı idim, səhər yuxudan durub tez getməli idim Memmingen aeroportuna. Həmin vaxt dostum da orda idi, dedim gedim ona bir jest edim ???? Dedim vapşe getmirəm, nəsə heç getmək qayıtmaq istəmirdim ümumiyyətlə, girdim flixbus saytına baxdım Budapeşt reysinə aldım ilk bileti getdime ver əlini Budapest, hələ hələ Bakıya ucuz bilet tapmisdim????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Royal Planck

1076 dəfə oxunub

Karaciyə səfərim - Pakistan Bələdçisi

Salam dostlar, sizə Pakistanın ən böyük şəhəri olan Karaciyə səfərim haqqında danışmaq istərdim.İlk öncə bildirmək istəyirəm ki, səfər işlə bağlıydır və turizm məqsədi daşımırdı.Pakistana Azərbaycan vətəndaşları 2 cür gedə bilər turizm və biznes hər iki halda siz online viza almalısız, biznes olsa əlavə sizi dəvət edən təşkilatın məktubuda olmalıdır.Birbaşa olaraq Karaciyə reys olmadığı üçün Bakı - Şarja - Karaci getdim. Hava limanından enən kimi necə ağır havası olduğunu hiss etmək olur, asma və ya nefes almaq ilə problemi olanlar üçün düşünürəm çətin ola bilər.Səhər haqqında :Şəhər özü dumanlı və çirkli idi, təxmini 17 milyon insanın yaşadığı şəhər üçün yaşıllıqların sayı həddin artıq azdır, Karaci Pakistanın indusrtrial və maliyyə mərkəzi sayılır çoxlu zavod fabriklər sənaye və istehsalat obyektləri var və bu ölkənin ən böyük şəhəridir.Təhlükəsizlik: Hər bir bankın böyük şirkət və təşkilatın girişində və içərisində əli silahlı mühafizəçiləri görə bilərsiz. Təhlükəsizlik cəhətdən oteldə bizdən xahiş etdilər ki, axşam saat 10 sonra oteli tərk etməyək. Qismən təmiz və təhlükəsizlik yerlər məscidlər və onun ətrafını hesab etmək olar. Yeməklər :Hər bir Azərbaycanlı kimi buna çox önəm verirəm . Yeməkləri təbii ki bol ədviyyatlı və açıydı, lakin öncədən desəz ki, acı etməsinlər normal hazırlayıb təqdim edirler. Street food- lardan uzaq dururdum çünki mənlik deyil). Sem əminin Macdonald's-larıda kömək edirdi arada). Lakin küçədə səyyar meyvə satanlardan rahatlıqla meyvə alıb yemək olur, xüsusi ilə banan və yemişləri çox dadlı idi.Gəzməli yerlər :Şəhər vaxtı ilə İngiltərə müstəmləkəsi olduğu üçün onlara aid marağlı binalar var missal üçün Frere Hall və Empress Market. Başqa sakit və şəhərin səsindən uzaq, ailəvi və xarici vətəndaşlar üçün nəzərdə tutulmuş parklar var misalçün Cahangir park( parkın içində tovuz quşular var). Başqa gəziləsi yerlər ərəb denizi sahili və həmin dənizə gedən yolda körpünün üstündə qartal yemləmək olur.Pakistanı görmək xoş ve qeyri adi oldu. Kimin hər hansı sualı varsa buyursun.Paylaşan Huseyn Suleymanov

274 dəfə oxunub

Müasir və ekzotik Malayziya

Malayziyadakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.#Malaysia Avropaya hər il gedib bezmisiniz və harasa yeni bir yerə getmək istəyirsiniz, veya "Şengen" viza ala bilməyənlərdənsiniz? Eybi yoxdur, bilinki Asiya sizi "unconditionally" sevir. ????Cənub-Şərqi Asiyaya gedin, ucuz bilet tapmamaqdan şikayətlənənlərdənsinizsə, onda sizə xoş xəbərim var: ???? Asiya ucun olduqca aşağı qiymətə səyahət edə bilərsiniz. Asiyada AZ vətəndaşlarından VİZA İSTƏMƏYƏN asiya ölkələrindən biri də, Malayziyadır.Cənubi Asiyanın göbəyində yerləşən olduqca rəngli və cəlbedici bir ölkədir. Tər-təmiz, göz-qamaşdıran çimərlikləri, ekzotik adaları, zəngin və mədəni mirası, fərqli fauna və flora ilə yanaşı, dünyada səviyyəli müasir turizm və tətil seçimləri sunan ölkələrdəndir. İl boyu tropik iqlimə hakimdir və Filippin, Tailandla müqayisədə Cənubi Asiyanın ən yaxşı turistik yerlərindəndir (təmizlik və təhlükəsizlik baxımından). Həm çox müasirdir, həmdə çox ekzotik.Büllur kimi tər-təmiz dənizi, göz-alıcı ağ qumlu çimərlikləri və zəngin sualtı dəniz yaşamı ilə Malayziya adaları əsl tətil cənnətidir. Dəniz-qum-günəş üçlüyünü sevən tətil edənlər üçün bir cənnətdir. ????Paytaxtı Kuala Lumpurdur. Asiyanın ən yaxşı kosmopolitan şəhərlərindən biridir. Müsəlman, hind, çin mədəniyyətlərin bir arada yaşadığı bu rəngarəng şəhərdə hündür göydələnlər, göstərişli ticarət mərkəzləri və yam-yaşıl parkları, həmçinin də islamik ölkə olmasına baxmayaraq, məscidlərlə, hind və budda məbədlərinin bir yerdə yer alması adamı çox təəccübləndirir deyə bilərəm. 2 il öncə "gedib görək aradan çıxsın" düşüncəsiylə getmişdim, islamik ölkə olduğundan, İrana bənzəyəcəyini, çox konservatik olacağını düşünüb gözləntilərimi çox aşağı tutmuşdum, tək KL-da olarkən bütün düşüncələrimi alt-üst edib, məni təəccübləndirmişdi, Malayziya. Yox-yox təccübləndirməkdən ötə olmuşdu, o düşüncədə gəldiyimə görə məni lap utandırmışdı.???? Bu fikrim seksist kimi səslənsə də, qadınların çox sevəcəyi bir şəhərdir, KL! Çünki dünyanın ən yaxşı alış-veriş şəhərlərindəndir.????(Bukit Bintang) Mövcüd ən məşhur markalarının mağazalarını, habelə Malay, Hindistan və Çin mədəniyyətlərinin gözəl və orijinal məhsullarını burda tapa bilərsiniz.Demək olar ki, hamı ingilis dilində danışır.Avtostop çəkənlər, backpackerlər üçün mükəmməl bir ölkədir. Bəzən cüzi məbləğ ödəməli ola bilərsiniz.Gəziləcək yerlərin bolluğu baxımından Uzaq Şərqin ən zəngin yerlərindən biridir. Petronas əkiz qüllələri, Batu Mağaraları, Menara KL Tower, Merdeka Meydanı və Central Market, Kuala Lumpurda gəziləcək yerlər siyahısında ilk sıralarda yer alır. Digər görməli yerləri haqqinda istək olsa etrafli yazacam. Дерзайте ))Bilet haqqinda Air Arabia ✈️ İstanbul - Kuala - Lumpur uçuşunu əla qiymətə satır. Gediş-gəliş 368 dollar. Baliyə bir addım daha yaxın olursunuz☺️P.S Şəkillərə sona kimi baxın. Bilet haqqında scrnshot sonda qeyd olunub. Yol-yoldaşı olmağını istədiyiniz dostlarınızı posta işarələyin. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Aksana Kaiser

1886 dəfə oxunub

Aşağı büdcə ilə Kiyev səfəri

Kiyevdəki otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Əziz dostlar, bu yazıda Sizə faydalı olacağını düşündüyüm üçün Ukraynanın paytaxtı Kiyev şəhərinin turistlər üçün çox əhəmiyyətli olan bəzi strateji nöqtələrinə taksi istifadə etmədən, ən ucuz yollarla, ictimai nəqliyyatı istifadə edərək necə gedə biləcəyiniziizah etməyə çalışdım. Bunun üçün Kiyev şəhərinin əsas nəqliyyat şəbəkəsi xəritəsini də istifadə etdim və hesab edirəm ki, şəkillərlə mövzu daha da başa düşülən olacaq. Beləliklə, “couchsurfing”çilər, “airbnb”çilər, yaxın gəlin…Julyanı Hava Limanı (IEV) və ya Kiyev Beynəlxalq Hava Limanıİlk olaraq Kiyev Beynəlxalq Hava Limanı (Julyanı) ilə başlayaq. Nəzər alsaq ki, Buta Airways də Bakı-Kiyev-Bakı uçuşlarını bu hava limanından həyata keçirir, bu ucuz yolu bilmək çoxumuza faydalı olacaq. Təbii ki, ucuz təyyarə bileti alıb, daha sonra da taksilərə 20-30 dollar vermək istəmiriksə (ki, istəmərik).1924-cü ildən fəaliyyət göstərən bu hava limanı beynəlxalq saytlarda, axtarış sistemlərində daha çox Julyanı / “Zhuliany” (Жуляни) adı ilə bilinir. Amma bu hava limanı əslində adı gedən qəsəbədən daha çox məşhur Sikorski vertolyotlarının da yaradıcısı olan və Kiyevdə doğulmuş İqor Sikorskinin adını daşıyır. Nə isə, indi də şəhərin müxtəlif nöqtələrindən bu hava limanına ən ucuza getməyin yollarına baxaq.[googlemaps https://www.google.com/maps/embed?pb=!1m14!1m8!1m3!1d5085.126030773979!2d30.443291999999996!3d50.411981!3m2!1i1024!2i768!4f13.1!3m3!1m2!1s0x0%3A0x27666bcb99529f88!2z0JzQtdC20LTRg9C90LDRgNC-0LTQvdGL0Lkg0LDRjdGA0L7Qv9C-0YDRgiDQmtC40LXQsiDQltGD0LvRj9C90Ys!5e0!3m2!1sru!2str!4v1537081875966&w=600&h=450]Kiyev eynilə Bakıdakına bənzər (çox təəccüblüdü?) bir metro sisteminə malikdir. Amma təbii ki, bu şəbəkə bizdəkindən daha uzun və əhatəlidir. Üç ayrı metro xətti (M1,M2, M3) var və bunlar üç yerdə mərkəzi stansiyalarda (28 May və Cəfər Cabbarlıstansiyaslarında olduğu kimi) kəsişir, keçidlərlə bir-birinə bağlanır. Detalları aşağıdakı xəritədən də görmək mümkündür.Şəhərin bir çox nöqtəsinə bu yolla gedə bilərsiniz və çox ucuzdur (sadəcə 8 UAH/Ukrayna Qrivnası = 0.28 USD/Dollar = 1.80 TL/Türk Lirəsi = 0.48 AZN;  [07.09.2018 üçün]).Metro və trolleybus xətlərini istifadə edərək (iki vasitə ilə) və 16 UAH xərcələyərək şəhərin bir çox nöqtəsindən Kiyev Beynəlxalq Hava Limanına gedə bilrəsiniz. Sizin üçün xəyali bir istiqamət seçək. Misal üçün, hər hansı bir metro stansiyadan hərəkət edərək M2 xəttində Ploscha Lva Tolstoho (Площадь Льва Толстого) stansiyasına gəlirsiniz, oradan da 9 nömrəli trolleybusla lap hava limanının qarşısında düşürsünüz (Fedora Andersa dayanacağı, hər dayanacaq əvvəlcədən səsli olaraq elan edilir,  İlon Mask əmi demiş “Don’t panic!”). Əsl kasıb malıdır. ????Artıq çox asanlıqla Julyanı (Жуляни) Hava Limanından şəhərin hər hansı bir nöqtəsinə getməyin yolu da müəyyən edilə bilər. Necə? Çox sadə. Eyni şəkildə, hava limanının çıxışının tam qarşısında yerləşən dayanacaqdan (Fedora Andersa) trolleybusa minib M2 metro xəttində yerləşən Ploscha Lva Tolstoho (Площадь Льва Толстого) stansiyasına gəlirsiniz. Buradan da şəhərin istənilən nöqtəsinə metro ilə gedə bilərsiniz.Borispol Beynəlxalq Hava Limanı (KBP), Vağzal və Avtovağzal[googlemaps https://www.google.com/maps/embed?pb=!1m14!1m8!1m3!1d5093.038269512485!2d30.893926999999998!3d50.338222!3m2!1i1024!2i768!4f13.1!3m3!1m2!1s0x0%3A0x690a2c5d49d870da!2z0JDRjdGA0L7Qv9C-0YDRgiDQmtC40LXQsiDQkdC-0YDQuNGB0L_QvtC70Yw!5e0!3m2!1sru!2str!4v1537083216263&w=600&h=450]1959-cu ildə Kiyevdən təxminən 30 km şərqdə salınan Borispol (Борисполь) Hava Limanı 2017-ci ildə 10 milyondan çox sərnişinə xidmət göstərib və ölkənin sərnişin hava nəqliyyatının 65%-ni həyata keçirir. Aydın olur ki, əslində Kiyevin ən böyük hava limanı məhz Borispoldur və demək olar ki, əksər beynəlxalq və qitələrarası uçuşlar buradan həyata keçirilir.Eləcə də Ukraine International Airlines (UIA) da Bakı-Kiyev-Bakı uçuşlarını məhz bu hava limanından həyata keçirir. Bəzən də Bakıdan Buta Airways ilə Julianı Hava Limanına gələn sərnişinlər Avropaya və dünyanın bir çox şəhərinə məhz Borispol Hava Limanından uçur. Bu baxımdan da bu nöqtələr arasındakı ucuz nəqliyyat yollarını bilmək fayadlı olacaq. Yoxsa təyyarə biletindən qənaət edilən pullar taksilərdə xərclənməli olacaq.Borispol Hava Limanına getmək üçün də metro və avtobus xətti istifadə edilə bilər. Ucuz və sərfəli. ???? Yenə də xəyali bir istiqamət götürək.Burada da fikrimcə iki yol daha sərfəlidir (lazımi nöqtələr qırmızı ox ilə göstərilib). Birincisi, hər hansı bir metro stansiyasından M3 xətti ilə Kharkivska (Харьковское) stansiyasına gəlirsiniz və daha sonra 322 nömrəli avtobusa minə bilərsiniz. Yaxud da, M1 xətti üzərində yerləşən Vokzalna (Вокзальная) stansiyasına gəlib (ki, AVTOVAĞZAL və VAĞZAL (DƏMİR YOLU VAĞZALI) da burada yerləşir) oradan birbaşa 322 nömrəli avtobusu istifadə edə bilərsiniz. Bəlkə də şəhəri daha çox görə bilmək üçün bu yol daha yaxşıdır. ????Kiyev Çay Limanı (Kiev River Port)[googlemaps https://www.google.com/maps/embed?pb=!1m14!1m8!1m3!1d5080.067629706109!2d30.527004!3d50.459095!3m2!1i1024!2i768!4f13.1!3m3!1m2!1s0x0%3A0xa41a6ed7ce331960!2z0KDQtdGH0L3QvtC5INCy0L7QutC30LDQuw!5e0!3m2!1sru!2str!4v1537083469795&w=600&h=450]Çay Limanı təbii olaraq möhtəşəm Dnepr çayının qərb sahilində yerləşir. Amma bura sadəcə əhəmiyyətli bir nəqliyyat qovşağı deyil, eyni zamanda şəhərin ən gözəl çay və körpü mənzərələrindən biri də buradadır. Qarşısında da funikulyor yerləşir (o da 8 UAH, necə deyərlər, məşhur çizgi filmimizdə olduğu kimi – hər şey bir qapaza). Eyni zamanda buradan çox sayda gəmi Sizi əsrarəngiz Dnepr çayında gəzdirə bilər (puluna minnət ???? ). Yaxşı, buraya necə gedə bilərsiniz?Eyni şəkildə, yenə də metro xəttini istifadə edə bilərsiniz. Etməli olduğunuz sadəcə  M2xəttindəki Poshtova Ploscha (Почтовая площадь) stansiyasında (qırmızı oxla göstərilib) çıxmaqdır. Çıxan kimi bir tərəfinizdə körpüləri və Kiyev Çay Limanını, digər tərəfinizdə isə funikulyoru görəcəksiniz.Ümid edirəm ki, ucuz yollarla səyahət etmək istəyən dostlara faydalı oldu. Suallarınız olarsa, aşağıdakı rəylər qisminə yaza bilərsiniz. Bildiklərimi ən qısa zaman içində cavablandırmağa çalışacağam.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Tehran Abdurrahimov

1022 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!