929 dəfə oxunub

Alpların kölgəsində 5 ölkə - İsveçrə, Avstriya, İtaliya, Fransa, Almaniya

Hörmətli gəzəyənlər,
Birmənalı olmasa da, bilirəm ki, burada olan insanlar təqribi 3 hissəyə bölünüb:

  1.  Həmişə gəzən, risk edən (fərq etmir tək və ya cüt, büdcə də önəmli deyil)
  2. Ailəvi gəzmək istəyən, lakin cəhd etməyə çəkinən
  3. Sadəcə olaraq commentləri oxumaq üçün girən :)

Mən və dostum yoldaşlarımız ilə düşünürəm ki, 2-ci qrupa aid idik, ta ki, 14 günlük Avropa səfərimizə gedənədək.
Düşünürəm ki, indi yazacağım post 2-ci qrupa aid olan insanlara çooox xeyr olacaq və onlar da növbəti səfərlərini çox ürəklə planlayacaq. Başladıq :)

Öncə Turun planı: Bakıdan Frankfurta - oradan cənuba mümkün qədər çox şəhər gəzməklə sonradan Frankfurtdan Bakıya. Adam sayı 4 nəfər.

Bilet: Bakı-Kiev-Frankfurt-Kiev-Bakı: 2 nəfərə 600 EUR, 1 nəfərdə 23 kg bagaj + 7kg və 5kg əl bagajı, digər ailə üzvündə yalnız 7kg əl bagajı. Yəni adambaşı 300 EUR.
Transport: EuropCardan Full Kasko olmaqla, 14 gün müddətinə aeroportdan pick up və pick off olmaqla, Opel Astra və ya similar avto üçün 400 EUR ödəmişdik. Gəldiyimizdə Opel Astra yox, Renault Megane hetchbeck oldu. Açığı çox pis olduq. amma ))) Avtomobil 2019-cu ilin, cəmi 15 km getmlş (bir daha qeyd edim cəmi 15 km) full bir avtosu çıxdı. Avtoda olmayan funksiya yox idi. Bir sözlə super.

Benzin və digər avto xərclər: Avtomobil ortalama 100km-ə 6.2 litr benzin serf edirdi. Ümumilikdə 2700km sürdüm. Benzinə 260 EUR pul ödədik. + pullu yollar və parkinglər - 150 EUR. Yəni total Transport xərclərimiz 4 nəfər üçün 810 EUR çıxdı (adambaşı 203 EUR).

Hotels: Hotellər hamısı 3-4 ulduzlu seçilmişdi (booking sağ olsun), breakfast included (bəziləri 3-4 ulduzlu olsa da, çooox 5 ulduzdan yaxşı idi). 13 günə 4 nəfər üçün 1666 EUR ödədik (adambaşı 417 EUR, günə 32 EUR düşüb)

Yemək: İnanın ki, hər şey yeyirdik, gündə bir neçə dəfə pivədən tutmuş, çaynan şirniyyatlaracan - Total cost 4 nəfərə 1293 EUR (adambaşı 323 EUR, 1 günə 23 EUR)
Əyləncə, muzey və digər xərclər: Ümumi 4 nəfər üçün 488 EUR. Əsas hissəni Rustda (Ger) EuropaPark (mütləq görməlisiniz - adambaşı 52 EUR giriş və 15 EUR parking, TOTAL 52*4+15=223 EUR) tutdu. Bundan əlavə 76 EUR Swarowski Vattens muzeyi (adambaşı 19 EUR) və 80 EUR gandola da gezinti - Venice. Və digər xərclər.
TOTAL Costs 4 nəfər üçün: 5458 EUR, adambaşı 1364 EUR. 2 nəfərdən ibarət ailəyə 2728 EUR.

Şəhərlər:
Frankfurt (Ger) - yarım dəfə görməyiniz bəs edir, industrial şəhər;
Holtzheim (Fra) - Strasburgun yanında balaca bir kənd, Strasburgda Hotellər çoox baha olduğundan ora getmək üçün orada qalmışdıq
Goldsheim (Fra) - Holtzeimin yanında yerləşən sənaye kəndi, o ətrafda olan bütün kənd və qəsəbələrin ortasında olan restoranlarla dolu bir qəsəbə
Strasbourg (Fra) - Cənnət, mütləq görülməli bir şəhərlərdən biri
Rust (Ger) - EuropaParkın yerləşdiyi balaca bir şəhər. Oraya mütləq getməlisiniz
Belfort (Fra) - İsveçrədə Hotellər çox baha olduğundan sərhəddə olan çox gözəl, xudmani bir şəhər
Biel/Bien (Swiss) - 1 dəfə görməli olduğunuz göl ilə əhatə olunmuş şəhər
Bern (Swiss) - Cənnət kimi gözəl paytaxt
Thun (Swiss) - şəkillərdə gördüyünüz İsveçrə, mütləq görülməlidir
Luzern (Swiss) - Daha bir cənnət İsveçrə şəhəri
Milan (İta) - Pafosun paytaxti. Amma mən çoox bəyəndim
Vicenza (İta) - İtaliyanın şərqində olan çooox gözəl bir şəhər
Venice (İta) - 1-cə dəfə görülməli olan şəhər
Gotzheim (Aus) - Avstriyanın Alp dağlarına aid olan, qış turizm mərkəzi
İnnsbruck (Aus) - Avstriyada olan çox gözəl, dağ turizm şəhəri
Wattens (Aus) - Swarowskinin vətəni, muzeyi, mütləq görülməli olan şəhər
Münhen (Ger) - Çox gözəl, həm tarixi, həm də modern Almaniya şəhəri
Nurnberg (Ger) - Başdan ayağa İçəri şəhər kimi olan tipik gözəl Alman şəhəri
Bir sözlə, 4 nəfər, 18 şəhər, 5 ölkə və 14 gün inanılmaz macəralar.

Düşünməyin, planlayın və gedin!
Sorry, çox uzun oldu) amma ümidvaram ki, Sizə faydalı olacaq!

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Murad Abbasov

DİGƏR BLOQLAR

Müasir və ekzotik Malayziya

Malayziyadakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.#Malaysia Avropaya hər il gedib bezmisiniz və harasa yeni bir yerə getmək istəyirsiniz, veya "Şengen" viza ala bilməyənlərdənsiniz? Eybi yoxdur, bilinki Asiya sizi "unconditionally" sevir. ????Cənub-Şərqi Asiyaya gedin, ucuz bilet tapmamaqdan şikayətlənənlərdənsinizsə, onda sizə xoş xəbərim var: ???? Asiya ucun olduqca aşağı qiymətə səyahət edə bilərsiniz. Asiyada AZ vətəndaşlarından VİZA İSTƏMƏYƏN asiya ölkələrindən biri də, Malayziyadır.Cənubi Asiyanın göbəyində yerləşən olduqca rəngli və cəlbedici bir ölkədir. Tər-təmiz, göz-qamaşdıran çimərlikləri, ekzotik adaları, zəngin və mədəni mirası, fərqli fauna və flora ilə yanaşı, dünyada səviyyəli müasir turizm və tətil seçimləri sunan ölkələrdəndir. İl boyu tropik iqlimə hakimdir və Filippin, Tailandla müqayisədə Cənubi Asiyanın ən yaxşı turistik yerlərindəndir (təmizlik və təhlükəsizlik baxımından). Həm çox müasirdir, həmdə çox ekzotik.Büllur kimi tər-təmiz dənizi, göz-alıcı ağ qumlu çimərlikləri və zəngin sualtı dəniz yaşamı ilə Malayziya adaları əsl tətil cənnətidir. Dəniz-qum-günəş üçlüyünü sevən tətil edənlər üçün bir cənnətdir. ????Paytaxtı Kuala Lumpurdur. Asiyanın ən yaxşı kosmopolitan şəhərlərindən biridir. Müsəlman, hind, çin mədəniyyətlərin bir arada yaşadığı bu rəngarəng şəhərdə hündür göydələnlər, göstərişli ticarət mərkəzləri və yam-yaşıl parkları, həmçinin də islamik ölkə olmasına baxmayaraq, məscidlərlə, hind və budda məbədlərinin bir yerdə yer alması adamı çox təəccübləndirir deyə bilərəm. 2 il öncə "gedib görək aradan çıxsın" düşüncəsiylə getmişdim, islamik ölkə olduğundan, İrana bənzəyəcəyini, çox konservatik olacağını düşünüb gözləntilərimi çox aşağı tutmuşdum, tək KL-da olarkən bütün düşüncələrimi alt-üst edib, məni təəccübləndirmişdi, Malayziya. Yox-yox təccübləndirməkdən ötə olmuşdu, o düşüncədə gəldiyimə görə məni lap utandırmışdı.???? Bu fikrim seksist kimi səslənsə də, qadınların çox sevəcəyi bir şəhərdir, KL! Çünki dünyanın ən yaxşı alış-veriş şəhərlərindəndir.????(Bukit Bintang) Mövcüd ən məşhur markalarının mağazalarını, habelə Malay, Hindistan və Çin mədəniyyətlərinin gözəl və orijinal məhsullarını burda tapa bilərsiniz.Demək olar ki, hamı ingilis dilində danışır.Avtostop çəkənlər, backpackerlər üçün mükəmməl bir ölkədir. Bəzən cüzi məbləğ ödəməli ola bilərsiniz.Gəziləcək yerlərin bolluğu baxımından Uzaq Şərqin ən zəngin yerlərindən biridir. Petronas əkiz qüllələri, Batu Mağaraları, Menara KL Tower, Merdeka Meydanı və Central Market, Kuala Lumpurda gəziləcək yerlər siyahısında ilk sıralarda yer alır. Digər görməli yerləri haqqinda istək olsa etrafli yazacam. Дерзайте ))Bilet haqqinda Air Arabia ✈️ İstanbul - Kuala - Lumpur uçuşunu əla qiymətə satır. Gediş-gəliş 368 dollar. Baliyə bir addım daha yaxın olursunuz☺️P.S Şəkillərə sona kimi baxın. Bilet haqqında scrnshot sonda qeyd olunub. Yol-yoldaşı olmağını istədiyiniz dostlarınızı posta işarələyin. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Aksana Kaiser

1023 dəfə oxunub

Təbriz və Ərdəbil bələdçisi

Cənub Torpaqlarımıza səfər haqda..Həvəsiniz olsa oxuyarsız????Səhər 6-da Bakıdan çıxdıq 2 saat sonra Biləsuvar sərhəd keçid məntəqəsində idik (şəxsi maşınlarla). Sərhəddə Azərbaycan tərəfdən rahat İran tərəfdən isə sıra sistemi qurulmadığı növbəsiz sistemsiz (kim qabağa düşdü sistemi ilə) keçməli olduq. Ona görə bir az gözləməli olduq.Sərhəddi keçdikdən sonra taksi ilə Təbrizə yola düşdük (taksi adam başına 12 ₼ (Bakıdan bir başa avtobus 30₼, ona görə Biləsuvara gedib ordan taksi ilə getmək daha sərfəlidir)). Yolları yaxşı olmasa da pis də deyildi. 2 taksi ilə gedirdik (qardaş idilər), yolda çox adrenalin yaşadıq, riskli sürürdülər. Bir yerdə dərəyə gedirdik az qalsın, bir təhər yığışdırdı. Yolüstü Mişgen Şəhərində durduq, yemək üçün günorta yeməyini buraxıb təbii qaymaq və bal yedik, çox dadlıdır oraların qaymağı.Xülasə, 15:00-da çatdıq Təbrizə. Otel 3 ulduzlu idi, adı Fərid otel. Şəhərin mərkəzində yerləşirdi. Günlük səhər yeməyi daxil, adam sayına görə dəyişməklə gecəsi 15-17 ₼ idi (günlük 5-10 ₼ olan hostellər də var).Təbrizdə gedilməli yerlərə gəkdikdə isə, ən tanınan yerlər Eynalı dağı, Şah gölü, Təbriz bazarı, Şairlər məqbərəsi və bir neçə muzeydir (Azərbaycan muzeyi, Şəhər muzeyi və Şəhriyarın ev muzeyi).Şəhər içi taksilər çox ucuzdu (1-1.6 ₼), ona görə şəhər içində ancaq taksilərdən istifadə etdik.İlk olaraq Eynalı dağına getdik, şəhər bu dağın ətəyində yerləşir. Maşın gedə bilən yerdən sonra kanat başlayır, kanat həm uzun həm də yüksək idi, ordan Təbriz tamamilə görünür, gözəl mənzərəsi var. Dağın hündürlüyü 2378 m-dir. Kanatla qalxanda sıldırımlı yamaclarda dağa qalxan alpinistlərə də rast gəldik (Kanatın qiyməti 1₼ civarında).Dağ gəzintisindən sonra, Şah gölünə getdik, çox qələbəlik idi, ətrafında gözəl restoranlar var idi, birində axşam yeməyi yedik, kababları çox dadlı idi, restoranda ancaq bardaş oturub yemək üçün taxtlar var idi. Yerdən oturub yemək də bir başqa oldu.Təbrizin havası isti olsa da, quruluğu səbəbilə adamı tərlətmir demək olar. Ən əsası bədən yapışqan olmur, saç yağlanmır tez bir zamanda, duş ehtiyacı hiss etmir insan.Səfərin ikinci günü Təbrizin 58 kilometrliyində yerləşən, tarixi və Mağara evləri ilə məşhur olan Kənduvan kəndinə getdik (Taksi təxminən 12₼-ə aparıb gətirir, gedib qayıtmaq və gözləmək və orda bələdçi vermək daxil). Oranın da çox sərin havası var idi. Mağara evləri ilə məşhur olan Kənduvan Şərqi Azərbaycan ostanında tarixi və tanınmış kənddir. Üskü bölgəsinin Səhənd kəndistanında yerləşir. Kəndin evləri qayalar içində tikilib. Yayda sərin, qışda isti olur, 5-6 mərtəbəyə qədər evlər var üst-üstə qayalar üzərində, Kənduvanda da qalmaq istəsəz o mağara evləri otel kimi istifadəyə verən sakinlər var, hər bir şəraiti var (hamamda duş şəraiti falan da), günlük bizim pulla 20-25 ₼. Kənduvanın bənzər kəndi yalnız Türkiyənin Kapadokiya bölgəsində var. Kənddə 168 ev və təxminən 600 sakin var. Əhalisi Türk mənşəli və dili Türk dilidir və əsas məşğuliyyəti turizm, əkinçilik, arıçılıq və bal istehsalı və maldarlıqdır. Balın qiyməti 7 ₼ ????Günorta Təbrizə çatıb, muzeylərə baş çəkdik, Şəhər Muzeyi, Azərbaycan Muzeyi (Muzeyin adı oralar Azərbaycan adlanır deyə elədir, şimalla bir əlaqəsi yoxdur) və Şairlər məqbərəsində olduq (giriş pulludur, 1₼ civarında). Sonra Təbriz bazarına baş çəkdik və axşam oldu.3-cü gün səhər Ərdəbilə yola düşdük, yol boyu yaylalarda duranda çox külək və soyuq var idi, iyul ayında rəsmən üşüyürdük, Ərdəbil də soyuq idi. Ərdəbildə mərkəzi hissədə olduq, Şeyx Səfi məqbərsinə baş çəkdik, giriş baha idi ( 5₼ təxmini). Sonra mağazalara baş çəkdik, dəri çantalar çox ucuz olur bizimlə müqayisədə, çox bəyəndiyim bir çanta aldım, bizim pulla 30 ₼.Sonra nahar edib (qiymətlər münasib idi) Ərdəbil bazarına baş çəkdik. Çox gözəl tarixi abidədir eyni zamanda, Ərdəbil bazarı. Alış veriş edib Biləsuvara yola düşdük.Xülasə daha qənaətçil olmaqla Ortalama 100-150₼-lə 3-4 günlük cənubda tur atmaq olar.Ümumi təəssüratlar:Cənubluların bir çoxu bizə sevgi ilə yanaşdı, evinə dəvət edən də oldu. Hərdən maraqlı yanlış anlamalı dialoqlarımız da oldu, aşağıdakı kimi:Can Təbrizimizdə taksidə dialoq:Taksi şoferi: -Siz ordan rədd olduz da indi..Biz: Nə???Taksi şoferi: -Yəni ordan keçdiz dəə..Biz: -Həə..Taksi şoferi: -Biz sizi söyürük..Biz: Nə???Taksi şoferi: -Yəni sevirik dəə..Biz: -Həə, biz də, biz də...????Təəssüf doğuran əsas şey təhsilin farsca olma səbəbilə dillərinə çoxlu fars sözlərinin daxil olması və assimilyasiyaya məruz qalmalarıdır bu səbəblə..Bahalı, xarici və yeni avtomobil çox az gözə dəyir, əsasən köhnə marka pejo markalı avtomobil istifadə edirlər. Ona görə orda olanda adam özünü 90-larda hiss edir. Benzin sudan 2 dəfə ucuzdu, 20 qəpik bizim pulla  Özləri də deyir benzin bizdə müftədir, ona görə çörək almağa da maşınla gedirik.İranda olduğumuz 3 gündə, İslam respublikası olsa da əzan səsi eşitmədik (Verilmir demirəm). Nə Təbrizdə nə də Ərdəbildə (Günorta namazı vaxtı Ərdəbildə idik və şəhərin mərkəzində).İnsanlar İslama görə yaşamağa məcbur edilsə də İslama görə yaşayan çox azdı. Qadınlar açıq geyinməsə də, hicablı da sayılmazlar.Məsçid sayı da çox sayılmaz, çox az gözə dəyirdi.Bir çox yerli ilə ünsiyyətdə belə məlum oldu ki, şah dövründə İslam daha səmimi və çox yaşanıb nəinki Molla rejimində. Və dedikləri bu oldu ki, İslamı siyasətə qatıb o qədər yalan danışdılar ki, insanları dindən imandan soyutdular.Önəmli olan dövlətin adına deyil, İnsanların qəlbinə İslam yerləşdirməkdir..Vəfadar Babayevİyul 2019Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Vafadar Babayev

2190 dəfə oxunub

Baltik bələdçisi - Vilnüs, Riqa, Tallin

Bəli, soyuq ölkələrə soyuqda səyahət etmək lazımdır. Hal-hazırda müəyyən dövr üçün Macarıstanda yaşadığımı nəzərə alsam burda yanvar ayındakı soyuqlar Bakı gördüklərimizdən biraz daha sərt olur. Amma bu soyuğu Budapeştin tüstüsündən göz-gözü görməyən gecə əyləncə məkanları öz hərarəti ilə aradan qaldırır. Ümumiyyətlə 2 şat tekiladan və bir bakal draft pivədən sonra burnunu siləndə belə isinməyə doğru gedirsən, daha çox qızışmaq üçün isə macarların palinkası yardım edir.Belə bir dekabr gününün sabahısında qərar verdim ki, “Fso! Səyahət zamanıdır!”. Google əminin xidmətindən yararlanda qərar verdiyim o oldu ki, bu mənim Bakıda dostum Tərlanla bugün qərar verib sabahı yola çıxa biləcəyim avtostop səfəri olmayacaq. Biraz maliyyə tələb olunur. Hava soyuq mənim isə nə çadırım var nə də içinə girə biləcəyim bir yuxu kisəm. Həmişə bunlar üçün ilk üz tutduğum Bakıda Kamran olmuşdu. Burda bir Kamranı hardan tapım deyə düşünmək əvəzinə endirimləri və ən ucuz bilet ala biləcəyim yerləri araşdırmağa başladım. İlk olaraq köməyimə http://www.goeuro.com və bunun bənzəri bir sıra saytlar çatdı. Sayta daxil olanda siz istədiyiniz marşurut üzrə eyni anda təyyarə, qatar və avtobus qiymətlərini bir neçə aspektdən (gün, qiymət, saat) araşdıra bilərsiniz. Sayt adətən sizi təklif etdiyi qiymətləri ilə bir-başa həmin şirkətin rəsmi səhifəsinə yönləndirir. Bu zaman gördüyünüz qiymətlərin əsas səhifədə fərqli olması ehtimalını (5-10% ehtimalda belə olur) nəzərə almalısınız. Qiymətlərə baxaraq mən öz marşurutumu cızdım: Polşa – Litva – Latviya – Estoniya. Yuxarıda da dediyim kimi, öz səfər vaxtımı soyuq ölkələrə elə soyuq yanvar ayının 14 və 20-si aralığında  planladım. Bu zaman istifadə etdiyim marşurutda əsas nəzərə aldığım yolda az olub şəhərlərdə çox olmaq idi. Büdcəni və kampaniyaları nəzərə alaraq Budapest-Varşava və Varşava – Vilnüs arasında Wizzair ilə səyahət biletlərini aldım. Polşaya bileti 16 euroya, ordan Litvanın paytaxtına isə 13 euroya aldım biletləri. Daha sonrasını isə Flixbus-ın avtobuslarına keçid etdim. Vilnüs-Riqa biletini 5 euroya, Riqa-Tallin biletimi isə 4.99 euroya aldım. Toplamda gedəcəyim son marşurutuma qədər biletlərə 39 euro xərclədim. Sadəcə başdan elədiyim ən böyük səhv geri dönüş planımı qurmadan biletləri ala-ala getməyim oldu. Təsəvvür edin ki, 4 gün Tallin-dən necə ən sərfəli yolla geri dönəcəyimi axtarmaqla keçirdim.  Baxdığım ən sərfəli qiymət mənim geri dönüş üçün planladığım gündən 4-5 gün sonraya idi. Bu da Kiyevə gedərək ordan Budapestə gəlmək idi (təxmini 30-40 euro arasında qiymətlər idi). Düzü getmək maraqlı olardı amma vaxtım qısıtlı olduğundan bu kimi yolları gözardı etmək məcburiyyətində qaldım. Ən sonda Norwegian airlines ilə Tallin-Oslo-Budapest səfəri üçün bilet tapdım, o da endirimlə 62 euroya başa gəldi. Gediş biletlərinin cəminə 39 euro verən adam üçün bu çox acınacaqlı idi.Məlumat üçün arada qeyd də edim ki, köhnə yeni il ilə bağlı az qala bütün şirkətlərdə qiymətlər çox böyük faizdə endirimdə idi. Yeni il tətilindən sonra səyahətə çıxan az olur deyə bu zamanı rahatca dəyərləndirə bilərsiniz. Mən etdim, siz də edin J .Biletlərlə və səfər planlaması ilə bağlı istifadə etdiyim bütün linkləri aşağıda not olaraq sizin üçün qoyacam. Səfər zamanı hansı saytlara baxa bilərsiniz deyə çətinlik çəkməyin.İndi isə istəyirəm keçim səfərim zamanı nə gördüm, nə yedim məsələlərinə. Hə bir də hansı şəhəri nə qədər bəyəndim onu da deyəcəm.Gəzdiyim yerləri əsasən Google Trips tətbiqi ilə gəzirdim. Tətbiq sizə olduğunuz şəhərdə bir gəzinti marşurut tövsiyyə edir və marşurut üzrə hərəkət edərək şəhərin əsas gəzib-görülməli yerlərini rahatlıqla listdən silirsiniz. Varşavada olduğum müddətdə ən sevdiyim Maniken restoranında etdiyim nahar oldu. Böyük çörəyin içində servis olunan göbələkli, yumurtalı sup çox dadlı idi. Yanında restoranın təklif etdiyi bir badə şərab ilə ləzzəti ikiyə qatlaya bilərsiniz. Eyni zamanda kiçik büdcələr üçün McDonalds kimi fast food yerləri çox məşhurdur burda da. Mənim olduğum zamanda şəhərdə böyük xeyriyyə konserti də təşkil olunmuşdu. Adamlar bu konsert zamanı balaca stikerlər satırdılar və stikerləri “nə verərsən başınnın ucalığıdır” deyib qiymətləndirirdilər. Daha sonra isə həmin məbləğ xeyiriyəyə xərclənir.VilnüsVilnüsdəki hostel və otellərə bu linkdən baxa bilərsiniz.Növbəti dayancağım olan Litvanın Vilnüs şəhəri idi. Wizzair ilə gəlişimi heç xatırlamıram desem yalan olar. Gecə səhərə qədər samaqon sonrası siz də təyyarəyə minən kimi yata bilərsiniz. Vilnüs şəhəri bizim Sumqayıt kimi sakin, səssiz idi. Əsasən erasmusçuların sevgili məkanıdır deyə bilərəm. Ölkə həddindən artıq kasıb olduğun ilk hava limanına endiyindən bəri hiss elətdirirdi. Çox sadə və köhnə dəbdəbəli şəhərdir amma şəhərdə bir köhnə qəsr və uzun-uzadı pilləkanla çıxıla biləcək bir təpəciyi var. Gözəl olanı həmin təpəcikdən bütün şəhərin mənzərəsini görə bilməyinizdir.Eyni Bakının Şəhidlər Xiyabanı olan hissəsi və ya Budapestin Citadellası. Bu arada həmin təpəciyin adı ingiliscə Three Crosses yəni 3 Xaç adlanır. Bəli adından da göründüyü kimi təpədə 3 dənə xaç formalı abidə ucaldılıb. Tarixini google edərək rahatlıqla öyrənə bilərsiniz və ya google trip tətbiqi özü sizi məlumatlandıracaq.RiqaRiqadakı hostel və otellərə bu linkdən baxa bilərsiniz.Orda gecəni dostların qaldığı yataqxanaya keçib səhəri tezdən Latviyanın Riqa şəhərinə yola çıxdıq. Riqa şəhəri Vilnüsdən daha aktiv və böyük görünürdü. Şəhəri iki hissəyə ayıran Douqava çayı var. Düzü şəhərin bir tərəfin gəzə bildim soyuq havaya görə. Telefonumun dediyinə əsasən mən orada olduğum müddətdə hava temperaturu mənfi 9-11 dərəcə, hiss edilən isə mənfi 21-22 arasında dəyişirdi. Ona görə gəzmək işini ən yaxşı restoran kafelərdə isinərək, qızışaraq etmək mümkün idi. Hətta bir dəfəsində donmuş bədənimi açmaq üçün ilk sifarişim sambuka içkisi olmuşdu. Şəhərin Old Town adlanan hissəsinə girməniz yetərlidir ki, hərşeyi əlinizin altındaymış kimi tapasınız. Fərqli kilsələr, qədimi yerlər və s hamısı ardıcıl bir-birini izləyir. Gecəni isə Couchsurfing-dən bir cənub şərqi Asiyalı qaqaş – Ridvan demişdi gəl qonağım ol. Gecəni isti evdə qalıb, növbəti gün səhəri tezdən Estonyanın paytaxtı Tallinə yola düşdüm.TallinTallindəki hostel və otellərə bu linkdən baxa bilərsiniz.Tallin ilə Riqa arasındakı yolda həyatımda ilk dəfə görə bildiyim qar burulğanlarının şahidi oldum. Düzü Flixbus sürücülərinin təcrübəli olmasına inanmasam düşüb piyada gedəcək adamam amma təhlükəli heçnə baş vermədi yolda. O yolları bir daha gedərəm mi?, bəli gedərəm. Çünki bəzi hisslərin nirvanasını yaşamış kimi hiss edirdim özümü. Sözlərlə anlata bilməyəcəyim qədər gözəl idi mənimüçün. Nəysə Tallinə çatdım.Avtovağzaldan düşüb elə bir başa piyada addımlamağa başladım şəhərin qədim hissəsinə doğru. Təxmini 30 dəqiqə çatmışdım artıq o tərəfə. Yəni nəqliyyat biletinə ehtiyacınız olmadan rahatca gedə bilərsiniz. 2 gecə Tallində gəzdim. Şəhər qarı soyuğu ilə birlikdə məndə elə təəsürat yaratdı kı, yayda gəlsəm o qədər sevə bilməzdim o şəhəri. Adətən hərkəs Riqanı daha çox bəyənirdi amma mənim favorim bütün şəhərlər arasında da Tallin oldu. Tallində 3 Dragons adlı bir restoranda oldum. Restoran içərisində işıq yandırmaq əvəzinə hər yeri şam ilə işıqlandırmışdılar. Gözəl supları və perojkiləri var. Perojikilərin içliyi vegetarian, kartoflu və vəhşi heyvan ətli idi (düzü hansı heyvan olduğunu sormağı unutmuşdum). Eyni zamanda içi xiyar turşusu ilə dolu böyük bir boçka vardı içəridə. Xiyar turşusunu əl ilə götürmək qadağandır, bunun üçün böyük bir mizraq istifadə etməliydin. Buzlu göldə balıq tutanlar kimi tutmanı tuturduq, hələ arada sarımsaq da tutdum. Dadı isə çox gözəl idi. Sizə də mütləq tövsiyyə edirəm.Geri dönüş olaraq da Tallin-Oslo-Budapest uçuşunu Norwegian Airlines ilə etdim. Siz siz olun, ac olaraq Oslo hava limanında qalmayın. Çünki 15 euronu bir sendviçə verəcəksiniz mənim kimi. Kiçik büdcəli səyahət etdiyimdən çox da böyük restoranlara və içkilərə pul sərf etmədim. Cəmi olaraq bütün səyahətimə 160 Euro ərtafında pul xərclədim 4 ölkə üçün. Yavaş-yavaş digər səfərlərim haqqında da yazılarımı bölüşəcəm sizlərlə. Hələlik isə gəzintiyə davam.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Azər İsmayılov

582 dəfə oxunub

Bir gəzəyənin İtaliya günlüyü - Florensiya

Florensiyadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Next stop #Florence ❤️Möhtəşəm şəhər, super atmosfera, hər daşları tarix olan, küçələrində dahilərin gəzdiyi bir yer. İtaliya şəhərləri arasında ən çox həvəslə gözlədiyim yerlərindən biri idi. Və yenə də sağolsun ki, peşman etmədi məni. Deməli Roma-Florence yolunu ən sərfəli Flixbus və ya Buscenter avtobusları ilə gəlmək olur. Biraz gecikmişdik deyə Flixbus-a bilet yox idi artıq. Tiburtina stationnan Florence elə Buscentre-nin öz kassalarından biletimizi aldıq.Florencedə bus station Villa Cistanzadadı və ordan şəhərə gəlmək üçün traindən istifadə etmək lazımdı. Bileti almaq üçün burda uzun növbələr olur və vaxt itirməmək üçün elə stationın içində cafe var. Ora girirsin və kassirə yaxınlaşıb train ticket istiyirsiz, vəssalam. Eyni qiymətə və əsası sırasız biletlərinizi götürüb minirsiz trainə. Düz şəhər mərkəzinə kimi gətirir sizi.Qaldığımız yer Soggiorno Pitti duz Piazza Pitti ilə üzbəüz idi və qədimi binanın içində yerləşirdi. Super məsləhətdi apartment-di, əla personal, hər gün təmizlik, otaqlarda hər gün pulsuz şirniyyat, çay, kofe. Bir sözlə super yer ????????Vaticanda olduğu kimi, burada da #Uffizi qalereyasına uzun növbədə dayanmamaq üçün biletleri evvəlcədən online almışdıq - https://www.uffizi.it/en/ticketsDaha bir #tip - muzeylərə getməmişdən əvvəl Bakıdan oranın planını print edin və dahilərin əsərlərinin nümayiş olunduğu zalları da özünüz üçün qeyd edin. Bu həm vaxt həm də pulunuza qənaət edəcək, çünki bütün muzeylerde map-lər pulla satılırdı, ya da ümumiyyətlə qalmamışdı.Ən çox görmək istədiyimiz yerlərdən biri Basilica of Santa Croce idi ????Deməli çaşıb bazar günü gəlsəz saat 2PM-ə kimi gözləməli olaceysiz çünki səhərdən kilsədə messa keçirilir. Buranın biletlərini elə sırada gözləyib almaq olur. Maksimum 15 dəqiqə vaxtınız gedəcəy. Kilsənin möhtəşəmliyi, oranın sakit atmosferası nəyə istəyirsiz dəyər. Və əlbəttə ki Galileo Galilei, Michelangelo, Rossini, Dantenin qəbirleri #mustsee . Bir maraqli fakt qeyd edim ki, Dantenin qəbri burada olsa da, içi boşdu. Dante Florence anadan olub amma yaradıcılığının hələ əvvəllərində siyasi görüşlərinə görə buradan qovulur və Rivonna şəhərinə köçür. Və elə məşhur "İlahi komediya"sını da burada yazır. Öldükdən sonra isə Florence hakimiyyəti nəşinin gətirilməsini tələb etsə də, hələ də Rivonna onu geri vermir (1321-ci ildən ☹️).Digər tarixi yerlər arasında bu şəhərin xüsusi bir yeri də var ki mütləq baxmaq lazımdı. Bu Michelangelo parkıdı. Bizim Dağüstü parka çox oxşuyur amma qalxmaq və düşmək üçün ayrılan yollar möhtəşəmdi ❤️Florence restoranlarına gəldikdə isə mən bir Hard Rock Cafe fanatı olaraq və ad günü bu gözəl şəhərə düşən birisi olaraq Florencedəki bu yerə getmiyə bilməzdim. Yeməklər hər yerdə olduğu kimi super, əlavə traditional Legendary burger və Flatbread sifariş etməyiniz məsləhətdi ????Roma və Florensiya müqayisə edəndə Romanı daha çox Moskvaya, Florensiyani isə Sankt-Peterburqa oxşatdım. Fərqli şəhərlər olsalar da hərəsinin öz ayrıca yeri var ❤️ Hər iki şəhərdə #gelato alıb mərkəzi meydanlarda daşların üzərində oturub musiqiçiləri dinləmək vacibdir ☝????Sərhəddən çıxanda bunu mütləq yoxlayırlar ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Suriya Alizade‎

2019 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!