7453 dəfə oxunub

Türkiyənin ən möcüzəli və mənzərəli məkanı - Ölü dəniz

Fəthiyədəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Ölü dəniz- Fethiye/Muğla- Bu gün sizə qonşu Türkiyənin ən möcüzəli və mənzərəli yerlərindən biri olan Ölü dəniz sahillərindən yazmaq istəyirəm. Heç şübhəniz olmasın ki, ölü dəniz sahilləri(Fethiye/Muğla) bölgəsi Türkiyənin ən gözəl dəniz sahilidir. Burada olan möhtəşəm mənzərə ölmədən öncə mütləq görülməsi lazım olan yerlərdən biridir. Bir gün avtomobillə Türkiyəyə yolunuz düşərsə və Antalyaya qədər getsəniz mütləq özünüzə əziyyət verib Antalyadan 2 saatlıq məsafədə yerləşən Ölü dəniz sahillərinə gedin, buna heç vaxt peşiman olmayacaqsınız və təbii ki, geri qayıtmaq istəməyəcəksiz.

Ölü dənizə Antalya havalimanından avtomobillə 2-3 saata(200 km), İStanbuldan avtobusla 10-11 saata (814km), Dalaman havalimanından 30 dəqiqəyə gələ bilərsiniz. Ölüdəniz açıq mavi suları, sarı qumları, ətrafındakı gözəl meşələr və dağları ilə insanı heyran qoyur. Amma bu mənzərə dəniz qırağında durub izləmək üçün deyil təbii olaraq.

olu deniz3

Deməli 2000 metr hündürlükdən bütün turistlərin istifadə etdiyi tam təhlükəsiz olan yamac paraşutları vasitəsilə ölü dənizin üzərində yarım saat müddətində uçduqdan sonra insanın görüb görəcəyi ən gözəl mənzərənin şahidi olacaqsız.

Əvvəlcə deyim ki, yüksəklik qorxunuz yoxdursa paraşut istifadə etməyə heç çəkinməyin. Onsuz təlimçi ilə birlikdə uçursunuz. Tam təhlükəsizdir. Rahat 2 nəfərlik oturacaq var. Sizə qalan tək 2000 metrdən cənnəti izləyərək ağzıaçıq şəkildə bu unudulmaz anları kameraya çəkmək olur. Kameraya yaxşı düşmək istəyirsinizsə mənzərəni gördükdən sonra ağzınızı qapamağı unutmayın)))).

Maşınla dağın üzərinə qalxmaq və paraşutu istifadə etmək qiyməti təxminən 200 lirədir. Ama yaxşı bazarlıqla bu qiyməti 100-150 lirəyə endimək olur.

olu deniz 2

Bundan başqa katerlə 12 ada turuna qatilmağı unutmayın. 20 lirədən-1000 lirəyədək kater turu edənlər var. Təxminən 150 lirə ödəyib all inclusive paketli katerlərdən istifadə edə bilərsiniz. Dəniz çox duzludur. Üzdükdən sonra ancaq su içmək istəyəcəksiniz. Və daima gunəş kremi istifadə edin yoxsa bir müddət sonra aynada özunüzü tanimarsınız. İndi isə oranın möhtəşəm şəkillərini yükləyib şərhi sizə buraxıram.

Səyahət yolunuz hər zaman açıq olsun….(əlavə məlumat və yeni səyahətlər barədə paylaşımları instagramda gezgin_hayat hesabından izləyə bilərsiniz. https://www.instagram.com/gezgin_hayat/) (Mən 2011-də getdiyim zaman video çəkməmişdim amma paraşut həyəcanı necə olur görmək istəsəniz bu linkdən izləyə bilərsiniz. https://www.youtube.com/watch?v=cLYNIwqTV-M )

 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Рашид Азе

DİGƏR BLOQLAR

Fəthiyədə "öz əlin, öz başın"

Fəthiyədəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Hər vaxtınız xeyir. 12-19 iyul Fəthiyə səfəri haqqında faydalı hesab etdiyim məqamları bölüşmək istəyirəm. Getməmişdən əvvəl qrupdakı məlumatlar kömək oldu deyə bizdə paylaşmaq istədik. Ümid edirəm faydalı olacaq. Yazı uzun olacaq biraz həvəsi olanlar oxuyar Əvvəlcə qeyd edim ki, hər şeyi özümüz etdik biletlər, ev, şəhərlər arası , bir sözlə "öz əlimiz öz başımız" oldu.Açığı İlk xarici səfərimiz olduğu üçün biraz qərarsız idim ama tur paketlərin qiymətini gördükdən sonra fikrim dəqiqləşdi. Biraz təcrübəniz varsa Özünüz planlaşdırıb çox rahat 40-50% daha ucuza gətirə bilərsiniz səyahətinizi. Gedərkən 2000tl nağd pul götürdük. Kifayət elədi artığda qaldı. Qalan pulu kartda saxladıq, manat olaraq. Demək olar ki, bizim kartlar ( Unibank, Kapital Bank ) hər yerdə keçərlidi. Bütün Nəqliyyatlarda temassız ödəniş keçir bir izbandan (İzmir) başqa ona kart almaq lazımdı. Bakı-İzmir-Bakı. İki nəfər + 40kg bagaj + bilet sığorta ümumi 934 manat. Hər ehtimala qarşı 14$ artıq ödəyib sığorta etdik. Biletləri aprel ayından almışdıq. Bir başa Bakı-Dalaman reysi ilə arasında 400+ manat qiymət fərqi var idi. Biz 2 gündə İzmirdə qalacağımız üçün bizim üçün Bakı İzmir daha sərfəli oldu.İzmir havalimanından İzmir otogara 204 nömrəli marşrut + Bələdiyyənin Havaş avtobusları gedir.Biz Havaşla getdik adam başı 57 tl idi. İzmir dən Fəthiyəyə 5 saatlıq yoldu ortalama qiymət 450-500 TL'dir. Daha ucuz şirkətlər də vardı ama xidmət aşağı idi. Qiymət baha olsa da həm avtobus çox rahat idi həmdə xidmət çox yüksək idi - tv, wifi, filmlər, musiqi, 1 - 1.5 saatdan bir servis edilirdi. Çay, kofe sərin içkilər atıştırmalıklar, bir sözlə 5 saatlıq yolda yorulmursuz.Biletləri oBilet dən aldıq. Biz Airbnb dən ev kirayə tutduq. Ev bizim üçün oteldən daha rahat gəlirdi. Elədə oldu. Ev Həm mərkəzə həm sahilə yaxın adresdə yerləşirdi. Razı qaldıq. Maraqlanan olsa link ataram rəyə. Ümumi 5 gün üçün 490 manat ödədik. Fəthiyəyə getmişkən aktivite turlarına qatılmadan dönmək? nəbilim vallah Biz 3 tura qatıldıq:Tekne turu - nahar daxil adam başına 750tl - 10'dan 6'ya kimi. Ölüdenizin əksər koylarını dolaşır. Üzmək və gəzmək üçün 30-60 dəqiqə vaxtınız olur. Tüplü Dalış - nahar daxil adam başına 1100 + 400tlçəkiliş (istəyə görə). biz tekne turunu ölüdenizdə getdik deyə dalışı Fəthiyədə etdik. Tekne turunu ölüdenizdə etsəz daha məsləhətdiTurlara özünüzlə su və atıştırmalık götürün. Adi suyu tekne də 8 dəfə bahasına verirlər, vijdansızlarYamaç paraşütü - adam başına 3000 tl, çəkiliş daxil. Babadağdan 2200 m-dən aşağı atılırsan amma külək səni 3000 m qədər qaldırır bütün ölüdeniz gözəlliyi ilə "ayaqlarının altında". Paraşüt mənim üçün "ölmədən etməli olduqlarım" siyahısında idi və buna deyərdi. MəsləhətdiYamaç Paraşütünü səhər saatlarına salın, həm hava sərin olur, Pilotlar yorğun olmur, sıxlığ az olur. Turları 2 ay əvvəldən Deep Blue Travel TR dan almışdıq. Razı qaldıq. Erkən rezervasya ilə bir qədər də ucuz etmək olar. Turların hər birinə bir gün ayıra bilərsiniz. Zatən o saatlarda istidən başqa bir şey etmək mümkün olmur . Fəthiyənin şəhər daxili nəqliyyatı - çox yaxşıdı. Düzdü biraz qarışığdı amma baş açmaq olur. Əsas Lazım olan hər tərəfə çatdırır sizi Bir nəfər 12tlÖlüdenizə 5 dəqiqə aralıqla dolmuşlar qalxır. 1 adam 52 tlFəthiyə Otogardan Muğlanın bütün ilçelerinə dolmuşlar gedir. İmkan daxilində gəzmək üçün maşın icarə götürmək daha məsləhətdi həm istiyə görə həmdə vaxt itirməmək üçün. Taksidə seçim ola bilər ama çox baha başa gələcək. Taksilərdə "indi-bindi" 40 tl'di. Gediş Qiymətini siz düşününGecə Fəthiyəni piyada mütləq gəzin çox gözəl, sakit, təmiz şəhərdi. Üzmək üçün ən gözəl sahil Ölüdeniz Lagoon oldu bizə görə. Bir çətir 2 şezlong 400 tlsaat 6 dan sonra sahildə istənilən plaja pulsuz keçə bilərsiniz. + ücretsiz plajlarda var gəl ki istidən ilk gördüyün plaja qaçırsan Fəthiyədə Hava çooox isti keçir, ən azından Tovuzdan gedən biriləri üçün Bakını deyə bilmərəm . Minimum 40+ isti olur. Ona görə başqa koylara getmədik, tarixi yerlər, digər plajlar var gəzmək üçün amma isti imkan vermir. İki nəfər üçün Xalq sığortadan səyahət sığortası aldıq - 6.5 manat. 5000 manata qədər. Burdan sonrası 2 günlük İzmir dönüşü. Eyni marşrutla İzmirə qayıtdık. Burda da 2 günlük ev kirayələdik. 2 gecə üçün 120 manatRazı qaldıq. Ev sahibi çox mehriban insan idi. Bildiyiniz İzmirdə bələdçi oldu bizə sağ olsun. Açığı Fəthiyənin aktiviteleri olmasa tətili İzmirdə də keçirmək olar. Şəhəri çox bəyəndik. Gecələr bütün şəhər xalqı demək olar ki, sahildə olur, piknik, idman, əyləncə, kim nə istəyir. Çox gözəl görsənir. İzmirin şəhər daxili nəqliyyat çox rəngarəngdi. Avtobus, Tramvay, vapur, metro, izban şəhərin hər tərəfinə marşurut işləyir. Getmişkən hamısına baş çəkin. Ümid edirəm faydalı olacaq. Kimin əlavə nə sualı olsa yazsın Gəzin dolaşın, bizə qalan yaşadıqlarımız olur. Çalışın yadda qalanlar xoş xatirələr olsun. Hər kəsə uğurlar.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Sənan İmamverdiyev

1262 dəfə oxunub

Misir bələdçisi - Şarm əl-Şeyx

Şarm əl-Şeyxdəki bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.Salamlar Gəzəyənlər və Gəzməyənlər.* Şarm Əl Şeyx 1Sizə səyahətimi bugün 17 avqust 2019 tarixində bitirdiyim çox qalmaqallı Misir səfərimdən qısaca **yazmaq istəyirəm. İlk dəfə belə bir post paylaşacağım üçün səhvlərim ola bilər, gəncliyimə verin ????Belə ki, 1 ay öncə Şarm əl Şeyx şəhərinə viza olmadığını öyrənər-öyrənməz həmən sevincək Pegasusdan bilet aldım. İstanbuldan gediş dönüş 1236 TL. Hazır Qurban bayramıdı, işdən də 2 gün illik iznimdən alıb 1 həftə qəşəycə istirahət edər, həmdə II Dünya möcüzəsi piramidaları görmüş olaram (Tac Mahaldan sonra) dedim özüm özümə!Almağına aldım da bileti , sonradan bütün olaylar başladı, belə ki mütləq viza lazımdı deməyə başladı hamı. Qaldım necə edim. Ən salamatı sənədlərimi yığım gec olmamış səfirliyə gedim dedim. Çətinliklə də olsa Türkiyədəki səfirliyin qəbuluna düşdüm. (Səfirlik Bebek’de yerləşir, Beşiktaşdan dolmuşlarla gedə bilərsiz). Amma mənim viza alma məsələm yatdı, TC oturumunun bitişinə ən az 6 ay qalmalıdı , zatən 4-5 ay viza gözləyənləri görüb bu iş olmaz dedim. (Türkiyə ilə biraz siyasi problemlərindən dolayıdı deyilənə görə).Azərbaycandakı Misir Səfirliyinə zəng elədim, ordan da dedilər ki , əgər uçduğun aviaşirkət sənin uçuşdan saxlamayacaqsa Şarm əl Şeyxə gedə bilərsən (yəni biz qaranti vermirik)Şok olmuşdum biraz haydaa , kimsə dəqiq məlumat vermirdi. Hətta bir neçəsi gedib aeroportdan geri deport olduqlarını deyirdilər. Çoxu da tur şirkətlərində işləyənlər -vizasız Şarma keçə bilməzsən, keçsən belə başqa şəhərlərinə milyon faiz keçə bilməyəcəyimi əminliklə bildirirdilər. Heç anlaya bilmirəm bu sırf tur şirkətlərinin qazancı üçün idi mi? Çünki turla gedərsən və ya mütləq Bakıdan və ya Gürcüstandan uçan turizm üçün nəzərdə tutulan təyyarə ilə uçsan problem olmaz, başqa ölkələrdən uçsan yenə geri qaytaracaqlarını iddia edirdi kimə soruşurdumsa.Nə də Misir səfirliyinin saytında dolğun məlumat tapa bilmirdim.Əl qərəz çarəsiz Babək’in 100/95 negatif rəylərnən uçuş günü gəldi çatdı.Amma görün deyilənlərin hər hansı biri gerçəkləştimi heç?!11 avgust Sabiha hava limanından heç bir problemsiz Şarm əl Şeyx şəhərinə uçuşumu elədim. Təyyarədə immiqrasiyon blankımı alıb hava limanında (forumlardan öyrəndiyim kimi ) doldurdum (özünüzlə qələm mütləq götürün).Viza üçün ödəmə kassasına yaxınlaşıb 25$ qarşılığında “nakleyka” tərzi vizamı aldım və pasportuma yapıştırdım. Sonra sıraya durub passport kontroldan heç bir sorğu sualsız çox rahat keçdim .(Şarm əl Şeyx üçün gedirsizsə, əgər Sinai yarımadasınnan çıxmayacaqsızsa immigrasiya blanka “Sinai only” yazın. Və hərhansı ödənişə, vizaya gərək yoxdu.) Kontroldan sonra məncə mütləq elə hava limanında sim kart almalısız. 3-4 operator var. Mən 10$ qarşılığında (Etisalat operatoru) 18 gb internet + 300 dəq danışma aldım. Misirin təyyarə biletləri satılan saytından 50$ qarşılığında Qahirəyə biletimi online aldım (kassadan 2-3 dəfə ucuz).Və sonrakı günlərdə Qahirə daxil heçbir problemsiz Misirin 5 böyük şəhərlərində oldum...Davamını da yazacam inşallah əgər istəsəz . Muzeylərin qiymətləri, turlar, taxi, ulaşım, market və s barəsində. Bu yazımı da səbirsizlikdən təyyarədə yazıram :)).. Deməyim odur ki, hər deyilənə inanmayın , səyahət edin bol-bol .Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babək

2935 dəfə oxunub

Fransa - İsveç səyahəti

Parisdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Biraz uzun olacağ amma mütləq oxuyun????Fransa????????& Sweden????????????İlk öncə ????Paris????Ümumilikdə məni bura gəlməyimə peşman eləməyən şəhər. Hər məkanında tarix yazılan şəhər. Əlbətdə hər kəs kimi məni də cəlb eləyən birinci mənzərəsi "Eiffel Tower"????idi. Amma tək Eyfel qülləsi ilə möhtəşəm deyil bu şəhər. Luvr muzeyində "Mona Liza" ????əsərini görmək, Nortre-Dame kilsəsində axşam göstərilən şou da ən azı Eyfel qülləsini görmək qədər gözəl idi. Bura gəlib mütləq gedilesi yerlərdən biri də Parisin ən yüksək yeri olan Montmartre binası ????.Buradan möhtəşəm panarama açılır şəhərə. Bu abidəyə yaxınlaşmadan öncə isə ətəyində yerləşən "Mən Səni Sevirəm" yazısının 310 dildə yazılmış Lövhəyə baxmalısız. Bizim kəlimə çox yuxarıda olmadığı üçün rahatlıqla şəkil çəkdirə bilersiz????.Təbii ki, "Zəfər Tağı"nı unutmaq olmaz hec vaxt. Deyilənə görə Dünyanın ən uzun küçəsi sayılan bu küçədə bir tərəfdəki Zəfər Tağı"dan digər tərəfdəki "Zəfər Tağı"na yorucu olsa da çətin deyil????. Gələk gəzintidə ən çox növbə gözlədiyimiz(1saat 40 dəq)???? "Versallies" sarayı. Bu sarayın digər saraylardan fərqi ondadır ki, yaradılışında hec bir dənə də olsun tualetin olmaması. Səbəb isə Kral ve ziyalı ailesi ürəkləri hara istəsə təbii ehtiyaclarını edə bilər və bunu xadimələr təmizləmədilər. Buna görə də illərlə saraydan iy əskik olmayıb. Zaman keçdikcə qoyulub tualet 4-5 ədəd əlbətdəki.  Amma turistlik baxımından yalnızca bu sarayı deməzdim. Sarayın arxasında "in the Garden" var. Məncə bu sarayın özündən də möhtəşəmdir . Gəzməklə 1 saat 30 dəqiqəyə nəzərdə tutulmuş bu Bağ bir sözlə "Möhtəşəmdir"????. Gecə əyləncələri və diskoteka clublar da öz yerində. ☺Qeyd edim ki mən layihə ilə getmisdim amma reklam xarakterli olmasın deyə adını yazmıram.☺Layihə bitdikdən sonra isə qrupdan 3 nəfərlə (2 qız 1 mən) razılaşıb "Orsay" muzeyinə getdik. Bir sözlə "AMAZING PARİS" ????İngilis dilində anlayışım olsa da danışmaqda çətinlik çəkirdim və buna görə də çox aktiv biri olsam da sakit gəzirdim, amma buna baxmayaraq təşkilatdan çox sevdiyim gözəl dostluqlar qazandım əlbəttə məni də sevən oldu  və o dostlarımı hec bir zaman unutmayacağam????.2) Keçək Sweden-Stockholm????Bu ölkədə isə təmtək gəzmişəm ????Gəzintiyə baslamadan öncə Ali Isgandarov ve Firuz Nasirov dedikləri yerlərin siyahısın tutmuşdum. Hər ikisinə təşəkkür edirəm????????İsveç ???? ümumilikdə məndə xoş təəssürat yaradan ölkə. Ölkənin 70%-i ağaclardan və 11 adanı birləşdirən ölkə. Milləti havası kimi soyuq olsa da, lazımı anda insana kömək eləməyi bacaran bir xalqdır . İsveçlilərin demək olar 100%-i ingiliscə bilir və hətta demək olar ingilislər kimi mükəmməl danışırlar. Bura Avropanın ən az siqaret çəkilən ölkəsidi.Normalda sağlamlıqlarına düşkün olduqları üçün maşın yerinə velosipeddən çox istifadə edirler. Amma bir o qədər də pivə düşkünüdülər. Qızlı oğlanlı hər kəs pivə içir, həm də yanında heçnə olmadan. Çox dəqiq xalqdır. Bunu avtobus, metro, tramvay, gəmi xətlərinin tam vaxtında gəlməsindən anlamaq olur.Qeyd edimki 1 həftəlik Sel Kart turist üçün mükəmməldir. Ümumilikdə 10 metro xətti saydım. Əlbəttə daha çoxdur amma rəng xətti olaraq 10 rəngdi. Hamısında information işləyən işçilər var turistlər üçün soruşub getməyə və adları da stansiyalarda qeyd olunub. Metro və avtobusları olduqca komfortludu.Avtobusları gecə də işləyir.Bəzi kommunal xərclər baha olsa da, ölkədə su pulsuzdur və su olduqca şirin içməli sudur. Hətta tualetə get ordan iç suyu. Ona görə ölkədə mağazadan su alan yoxdur demək olar ki.Gəziləsi yerlərdən ən başda gələn Təbii ki Wasa Gəmi Museyidi????1628-ci ildə Gustav Wasa tərəfindən tikdirilən Wasa gəmisi. O zamanların texnikasını nəzərdə tutsaq yaradılması hardasa mümkünsüz olan bu gəmi üzərində hər savaşçısı üçün məna daşıyan naxışlardan ibarətdir. Savaş üçün nəzərdə tutulan gəmi 1200 Ton ağırlıqında və 70 metr uzunluğunda Gəmilərin ən güclüsü olacaqdı. Amma kral gəminin daşıya biləcəyindən daha da çox top olmasını istədi və gəmidə tarazlıq pozulduğu üçün gəmi savaşa girmədən sahildən uzaqlaşdıqdan 15 dəqiqə sonra batır. Gəminin 98% hissəsi original vəziyyətdə sudan çıxarılır, muzeyə yerləşdirilir və günümüzədək originallığını qoruyur. Hal hazırda İsveçin ən çox ziyarət edilən Tarixi muzeyidir.????Daha sonra Gamla Stan????Gamla Stan . 13cü əsrdə qurulan bu yer ən köhnə şəhəri. Bizim Bakı Soveti kimi. Köhnə əsrlik çeşmələri ilə məşhur Gamla Stan. Turizimin mərkəzi. Skandinaviya dövləti ölkələr bölündükdən sonra Skandinaviyanın mərkəzi sayılır Gamla Stan????. Tam yanında isə Nobel Muzeyi var. Alfred Nobel qaqamız öləndən sonra vəsiyyət edib ki millətə xeyri faydası toxunan hər bir icada görə həmən adama onun adına mükafat verilsin və öldüyündən bu günə kimi müxtəlif sahələrdə (Kimya, Fizika və s) verilir. Çox uzun uzadı danışmayım artıq????Ölkədə Təbii ehtiyacların ödənməsi isə tam pulsuzdur və hər yerdə var, yanında velosiped sürənlərin təkəri doldurması üçün hava şlanqı da qoyulur. Burada istədiyiniz qədər türk var. Xüsusən də Konya Kulu-ları.Amma bağışla məni turistlik baxımından Fransaya çata bilməzsən İsveç ???? Mən Fransa ilə müqayisədə yaşamaq üçün İsveçi, gəzmək üçün Fransanı seçərəm ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Cavid Isgenderli 

1140 dəfə oxunub

Strasburq bələdçisi - "Capitale de Noel"

Sizə biraz Strasburqdan danışım...Bəzən yaşadıqlarını nə sözlərlə, nə də təəccüblə ifadə edə bilirsən. Gözlərimizin gördüyü, zövqümüzün oxşadığı və nəticə də keçirdiyimiz hislər sanki sonsuz bir xoşbəxtlik alqoritmidir. Nəticədə ortaya çıxan harmoniya biz var olduğumuz müddətdə bizimlə həmişə yaşayır və hər zaman emosional bir pəncərə kimi həyatda neqativ olduğumuz zamanlarda açılaraq bizi "charge" edir. Strasburq da onlardan biridir...Hər şey təsadüfdən doğur. Strasburqla görüşüm plansız şəkildə sürətlə cərəyan etdi. Norveçdən qayıtdıqdan 20 gün sonra təsadüfən Wizzair'in Kutaisidən 20 AZN dəyərində təklif etdiyi bileti görübdə almamaq "vicdan əzabı" olardı :) Bu tip biletlərə qarşı çox həssasam nədənsə. Uçuş Fransanın Mulhouse şəhərinə idi, Strasburqa 115 km məsafə yerləşir. Həmçinin ən bəyəndiyim hava limanı olanı olan BaselMulhouseFeiburg (3 ölkəninin aeroportu) ilk tanışılığım idi. Bu aeroportun özəl cəhətlərindən biri də əlverişli tranzit mövqedə yerləşməsidir, Fransa torpağında yerləşsə də Almaniya və İsveçrənidə əhatə edir. Təsəvvür edin, hava limanından Basel şəhərinə məsafəs 7 km-dir, yəni piyada ????Strasburqda münasib qiymətə hostel demək olar ki, yox dərəcəsindədir. Buna görə də Couchsurfingə üz tutdum və qısa müddətdə yerli bir fransız tərəfindən təklifim qəbul edildi. Gecə saat 02:00 və biz (1 nəfər yoldaş) nəhayət Strasburqa qədəm qoyduq. Gecə şəhərin sükutunu kainatın ulduzları tərəfindən ifa olunurdu sanki. Nəhayət evi çətinliklə tapıb, gecələdik.Qeyd edim ki, Alsas əyalətinin paytaxtı sayılan bu şəhər təbiətlə harmoniya təşkil edən şəhərlər silsiləsindəndir, bal ayı etmək istəyənlər üçün münasibdir fikrimcə, romantik şəhər adlandırmaq olar. Əlavə olaraq, 1 saatlıq məsafələrdə yerləşən Colmar şəhərciyinə və Baden-Badenə yəni Almaniya ərazisinə də keçmək olar.Şəhərin mərkəzi hissəsi "Le petite France" (lö peti fxonse) kiçik Fransa deyilən hiss əsas turistik yerdir. İll çayının qucaqladığı bu möhtəşəm şəhər bir-birindən fərqli, rəngarəng pitoresk evləri, kanalları, körpüləri, dar küçələri və yerli məhsulların satıldığı saysız-hesabsız mağazalar dolu, 273.000 əhalisi olan sakit, firavan, oksigen dolu bir həyat tərzinə malik bir şəhər.Şəhərdə gəzərkən mütləq Motsartın Romanze əsərini dinləyin, o zaman şəhərin ruhunu daha yaxından hiss edəcəksiz. İlk üzləşdiyim St. Paul protestant kilsəsi uzaqdan tipik görünsə də, yaxından nəzər yetirdikdə, fərqli toxunuşlar adamı valeh edir. Kilsələri sevirəm, səfər etdiyim şəhərlərdə ilk olaraq muzeyləri və kilsələri ziyarət edirəm. Lakin bu dəbdəbəli tikilini necə sevməyəsən, çox qədimdə deyil, 129 yaşı var. Onun "gothic" arxitekturalı tərzi, qədimi xarakterli olması, incə naxışlarla nəhəng bir tərzdə təcəssüm olunmağı və əlavə olaraq qeyri-səlis rəngə malik olmağı insanın gözündən lap ruhunu oxşayır. Strasburqun qəlbində yerləşən, hər il 6 milyon turistin ziyarətinə gəldiyi, yaxşı 1000 ildən çox olan, Notr-Dam katolik kilsəsini tərif etməyə isə sözlər kifayət etməz. Viktor Huqo da kilsə haqqında fikrini "nəhəng və incə möcüzə" olaraq bildirmişdir. Əslində boşuna deməyib, çünki kilsənin özünə xas olan rəngli daşları çox qırılqan və incədir, dəfələrlə yenilənib, bərpa olunmuşdur. Həmçinin kilsəni ağlın tapınağıda adlandırırlar. Kilsəsinin içərisindəki astroloji saat Rönesans dövrünün rəssam, heykəltaraş və riyaziyyatçıları tərəfindən ərsəyə gətirilmişdir.Həmçinin onu da qeyd edim ki, şəhər 1949-cu ildən Avropa Birliyinə ev sahibliyi edir. Avropa Parlamenti və onun İnsan Haqqları məhkəməsi də burada yer almaqdadır. Buna görə də AB-nin Brüsseldən sonra 2-ci əsas məkanıdır. Avropa parlamentinin Brusseldən sonra 2-ci əsas görüş nöqtəsidir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Royal Planck‎

2009 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!