493 dəfə oxunub

Nağıl kimi bir dünya - İsveçrə bələdçisi

İsveçrədəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.
Əgər küçədə axan suyun içməli olduğunu soruşanda suala görə yerli əhali sizdən küsürsə, mənzərəni qaçırmamaq üçün qatarda hansı səmtdə oturacağınızla bağlı tərəddüd edirsinizsə deməli İsveçrədəsiz. İsveçrəyə səfərimi Lugano- Sürix- İnterlaken- Grindelvald- Lautherbrunen- Spiez- Bern- Basel ardıcıllığı ilə formalaşdırmışdım. Müvəqqəti Roma ətrafında yaşadığım üçün girişi İtaliya ilə sərhəd olan Luganodan etdim. İsveçrə üçün ümumi və səfər edənlər üçün bilməsini tövsiyə etdiyim məlumatlar:
İsveçrədə valyuta frankdır(avronun da keçərli olması şərti ilə), demək olar ki, yeganə şəhərlərarası (məntəqələrarası) nəqliyyat vasitəsi qatardır və getdiyiniz yerlərə öncələrdən bilet almağınız şiddətlə tövsiyə olunur. Əks halda 200 km üçün 70 frank(avro), 50 km üçün 45 frank(avro) ödəməyi gözə alın. Aİ ölkələrdindən birinə məxsus nömrəniz varsa burada böyük ehtimalla keçərli olmayacaq və nömrənizi rouminq etməli olacaqsınız. Su xərcinə özünüzlə su qabı daşımaqla qənaət edə bilərsiniz. Belə ki, bütün şəhərlərində (qəsəbə, kənd) içməli su mövcuddur və su arxlarının yanında içilməməli olması ilə bağlı xüsusi qeyd yoxdursa rahatlıqla içə bilərsiniz. Ümumi qiymətlər digər Avropa ölkələri ilə müqayisədə 2-2.5 dəfə daha bahadır. Şəhərlərin görməli yerlərini az enerji və optimal vaxt sərfiyyəti üçün ən uyğun ardıcıllıqla paylaşmağa çalışacam.
Lugano
Lugano eyni adlı gölün kənarında yerləşən sakit, hüzurlu kiçik şəhərdir. Şəhər İtaliya ilə sərhəd olduğu üçün italyan dillidir. İtalyadan keçid edən kimi İsveçrəyə xas səliqə-səhman, disiplin hətta havadan belə hiss olunur. Görməli yerlərini ardıcıllıqla paylaşıram: Parci Ciani, Piaza della Riforma, Chiesa Santa Maria degli Angioli, Villa Heleneum, Sentiero dell’olivo, Lido San Domenico, Gandria və Monte Bre. Şəhəri yüksəkdən seyr edə bilmək üçün Monte Breyə funikulyor ilə qalxa bilərsiniz. Səhv etmirəmsə 26 frank idi. Əgər pul vermək istəmirsinizsə birinci funikulyor ilə pulsuz qalxa bilərsiniz və yolunuzu evlərin arasından yuxarı doğru ayaqla davam etdirərək Luganonu daha yüksəkdən izləyə bilərsiniz. 1 gün mənə kifayət etdi.

Sürix
İsveçrənin ən böyük şəhəri olan Sürixi mütləq ki bəyənəcəksiniz. Şəhər eyni adlı gölün şimalında yer tutur və Limmat çayı boyunca uzanır. Şəhərdəki orta və yüksək qiymətli otellər sizə gündəlik nəqliyyatdan istifadə üçün kart verəcəklər və bu tendensiyanı digər şəhər, qəsəbələrdə də görə bilərsiniz. Aşağı büdcəli otel və hostellərdə isə bu imkan yoxdur. Görməli yerlər : Swiss National Museum, Lidenhof, Fraumunster Church, Grossmunster, Bahnhofstrasse, FiFA Museum və Museum Rietberg. Futbol həvəskarı olan 7-dən 77-ə hər kəsə FİFA Muzeyinə baş çəkməyi şiddətlə tövsiyə edirəm. Səhv etmirəmsə giriş 26 frank idi və tələbələr üçün giriş haqqı 18 frank təşkil edir. 1 gün mənə kifayət etdi.

İnterlaken
Thunersee və Brienzersee göllərinin ortasında yer alan kiçik kənd (qəsəbə) qatarlarında dediyi kimi “communication of destinations” olmaqla xəyalınızda olan kəndlərə gedən yolların birləşmə nöqtəsidir. Məhz bu səbəbdən də Lautherbrunen, Grindelvald, Zimmer və digər məntəqələrə getmək üçün dayanma nöqtəsi hesab olunur. 2-3 saat ərzində qəsəbəni gəzməklə ( Harder Kulm, Hohematte, Unterseen, St. Beatus Caves) yolunuza davam edə bilərsiniz.

Grindelvald
İnterlakendən qatarla təxminən 20 km məsafədə olan, kərə yağı üstündəki şəkillərin çəkildiyi və Alp dağlarının ecazkarlığını uzaqdan seyr etməklə hüzur tapa biləcəyiniz bir məntəqədir. İnterlakendən gedən zaman “Grindelvald bahnhof” stansiyasına getməyiniz və gəzinti üçün start nöqtənizi ordan başlamanızı tövsiyə edirəm. Grindelvald özünüzü təbiətə həvalə etdyiniz məntəqə olduğundan nə qədər vaxt sərf etmək lazım olması şəxsin ruhi və mənəvi qidalanma istəyindən asılı olaraq dəyişir).

Lautherbrunen
Alp dağlarının ətəyində olan və özündə paralel şəlalələri birləşdirməklə mənzərəsinə heyran qalacağınız qəsəbə. Qəsəbədən Mürrün dağ kəndinə də qalxmaq üçün istifadə olunur ki, Mürrenə mən səyahət etdiyim vaxtda xüsusi hazırlıq geyimi olmadan getmək arzuolunan deyildi. Lautherbrunendə sadəcə olaraq gəzmək və ətrafı seyr etmək sizi kifayət qədər sakitləşdirəcək. Gəzinti zamanı çayı keçərək qarşı tərəfdə yerləşən qəsəbənin ətəyinə qalxmağınızı və Lautherbruneni bir də bu formada izləməyinizi şiddətlə tövsiyə edirəm.

Spiez
İnterlakendən 18 km məsafədə yerləşən kiçik qəsəbədir və Bernə gedən yolda yolüstü baş çəkə biləcəyinizi və heyifslənməyəcəyinizi düşünürəm. Qəsəbənin sakitliyi, özünəxas sakitliyi sizdə mütləq xoş təəssürat formalaşdıracaq.

Bern
İsveçrənin paytaxtı olmaqla Aar çayının boynuna doladığı şəhər.Siz köhnə küçələrlə gəzə və bir sıra görməli yerlərlə (Kafigturm, The Parlament Building, Zytglogge, The Cathedral of Bern, Nydeggbrcuke) tanış ola bilərsiniz. Bu şəhərdə düşünürəm ki, azmaq mümkün deyil. Açığı Alpa dağlarının ətəyindən mərkəzi şəhərlərə enmək bəzən şəhər nə qədər gözəl olsa da ondan istənilən zövqü almaq imkanını uzaqlaşdırır. 1 gün mənə kifayət etdi.

Bazel
Reyn çayının keçdiyi İsveçrənin strateji şəhərlərindən biri. Bu şəhərin Avroaeroportu iki ölkə (Fransa və İsveçrə) tərəfindən ortaq istifadə edilən dünyada analoqu olmayan yeganə aeroportdur. Görməli yerləri bol olmasa da ( Tinquely Brunen, Spalentor, Basel Minster, Pfalz, Mittlere Burcke) Tinquely Brunen-dən şəhərin gəzintisinə başlamaqla qala divarından üzü aşağı antik atmosfer bəxş edən küçələrlə enə bilərsiniz.

Ümid edirəm məlumatlarla gəzəyənləri yormadım və faydalı ola bildim. Bura qədər oxuduğunuz üçün təşəkkürlər 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Tural Hasanli

DİGƏR BLOQLAR

Balkanlardakı gizli “cənnət” - Albaniya bələdçisi

Biraz uzundur, ümid edirəm, oxuyub, bitirə biləcəksiniz :) Balkanlardakı... gizli “cənnət”Həm ucuz, həm vizasız, həm də gözəl Balkan ölkəsiSizə bu gün bəhs edəcəyim ölkəni kimə tərifləyirəmsə, hamısı ağız büzür, inanmır. Nə bilim, “Sənə balkan lazımdırsa, get Monteneqronu gəz”, “Xorvatiya daha gözəldir”, “Orda da olmuşam", demək üçün getmisən?” - kimi cümlələr qururlar. Hara qədər yalan danışmaq olar?! Maksimum gedib görəcək və: "Səyahətçi, niyə yalan danışırdın?!" deyəcəksiniz. Bəhs etdiyim ölkə Albaniyadır. Üstəlik, azərbaycanlılar üçün vizasızdır.Balkan ölkələrini sayanda az qalırlar üstündən keçələr. Mən şans verdim, gözəlliklərini gördüm. Sizə də məsləhət görürəm.Elə isə başladıqBalkan ölkələrinə səyahət etməyi planlayanda ən ucuz təyyarə biletini elə Albaniyanın paytaxtı Tiranaya tapmışdım. Ona görə səyahəti Albaniya➡Makedoniya➡Monteneqro➡Bosniya və Herseqovina➡Serbiya kimi sıraladım.“Azacık türkçe anlıyor ben”Ölkənin dili albancadır. Ancaq yaşlı nəsil türkçə başa düşür və çətinliklə qarşılıq verə bilirlər. Orta səviyyədə, hətta deyərdim, lap zəif bildiyiniz ingilis dili bu ölkəni gəzməyə kifayət edər. Pul vahidləri isə “leke” adlanır. 1 avro təxminən 125 “leke”dir.Hava limanından şəhərəTirana Hava Limanından şəhər mərkəzinə hər saatbaşı avtobuslar işləyir. Adamın birini 300 “leke”dən (2.4 avro) aparırlar. Məsləhətdir ki, aeroport ərazisində 5, maksimum 10 avrodan artıq pul dəyişməyəsiniz. Çünki mərkəzə baxanda burada avronu çox ucuz alırlar. Mən 5 avro dəyişdim. Yola və suya çatacaq qədər ????Tirana Albaniyanın paytaxtı, eyni zamanda, ən böyük şəhəridir. Osmanlı İmperiyası dövründə qurulduğundan daha çox türk şəhərlərini andırır. II Dünya müharibəsində şəhərin xeyli hissəsi dağılsa da, Osmanlının izləri bu gün də qalıb. Dənizə yaxın, ancaq sahili olmayan bir şəhərdir. Yarım günə, piyada gəzib bitirmək mümkündür. Bütün səyahət yazarları Tiranada, eləcə də, Albaniyada qışın sərt keçdiyini, bura getmək üçün ən uyğun ayların may, iyun, iyul, avqust olduğunu söyləyirlər. Mən də belə etdim. Albaniya səyahətimi iyulun əvvəlinə saldım.Tiranada gəzə biləcəyiniz yerlərBu şəhərdə gəziləcək yerlər elə çox deyil. Parkları, meydanları və şəhər mərkəzində 1822-ci ildənqalma bir saat qülləsi var. Eyni zamanda, gəzdikcə xeyli məscid görəcəksiniz. Piramida şəklində olan məşhur bir binası da var. 1988-ci ildə Ənvər Paşa Muzeyi kimi açılıb, indi sərgi və konfrans mərkəzi kimi fəaliyyət göstərir.Albaniya tarixi ilə maraqlananlar buradakı tarix muzeyinə baş çəkə bilərlər. Təbiəti sevənlər şəhərin şərqindəki Dajti dağına gedə bilərlər. Milli parkdır. Yüksəkliyi 1613 metr olan bu yerdə kanyonlar, şəlalələr, mağaralar, bir də antik dövrlərdən qaldığı deyilən bir qala var. Bir gündən artıq qalmaq istəyənlər üçün yaxşı plan olardı.Şəhərin gecə həyatı çox maraqlıdır. Pub-ları, barları və ya sakitlik sevənlər üçün həzin musiqili restoranları var. Ən yaxşısı da bu məkanların əksəriyyətinin şəhər mərkəzində olmasıdır. Yeriyərək çatmaq mümkündür. Gündüzləri sakit olan şəhərin gecə həyatı dinamik və əyləncəlidir. Ən məşhur əyləncə məkanları parlament binası yaxınlığındadır. Buralar biraz bahalı yerlərdir. Daha ucuz yerlər axtarırsınızsa, “Blloku” adlanan ərziyə gedə bilərsiniz. Burada canlı musiqisi olan kiçik bar və restoranlar var. Əylənməyə gələnlərin əksəriyyəti isə tələbələrdir. Həftə içi saat 12-dək, həftə sonları isə səhər saatlarınadək əylənmək mümkündür.Tarixi Kruje şəhəriMən Tiranada 2 gecə qaldım. Çatdığımız günün ikinci yarısı bu şəhəri gəzib, bitirdim. Səhərisi gün isə Tiranadan 1 saatlıq uzaqlıqda olan Kruje şəhərinə getdim. Bu şəhərə Tirana avtovağzalından hər gün saatbaşı avtobuslar işləyir. Qiyməti alban pulu ilə 300 “leke”, hardasa 2,4 avrodur. Dağlıq, tarixi, gözəl bir yerdir. Burada dağ mənzərəsinə açılan restoranda oturub içdiyim kofenin dadı hələ də damağımdadır.Osmanlı dönəmində şəhərin adı Akçahisar olub. Tirananın 20 kilometr şimalında yerləşir və Albaniyanın ilk köhnə paytaxtıdır. İndiki adı əhatələndiyi Kruya dağından götürülüb.Burada Fateh Sultan Mehmet tərəfindən inşa edilən Kruje Qalasını ziyarət edə bilərsiz. Yüksəklikdə yerləşən qalanın bir hissəsi dağılsa da, gözəl mənzərəyə açılır. Elə bu mənzərəni görmək üçün də yuxarıya qalxmağa dəyər.Hələ buradakı gözəl mənzərəli restoranları demirəm. Qiymətləri də kifayət qədər ucuzdur. Yadımdadır, bu restoranların birində 4 nəfərə doyunca yeyib-içmişdik. Hesab 10 avro gəlmişdi. İnanmayıb, bir də dəqiqləşdirmişdik ????Bayaq dediyim Kruje Qalasınının giriş qapısından köhnə bazar (Köhnə Osmanlı Çarşısı da deyirlər) uzanır. Buradan şəhərlə bağlı suvenir, kitab, nə bilim, şəhər insanlarının hazırladıqları əl işlərindən ala bilərsiniz.Cənubdakı gözəlliklərə doğruNövbəti gün səhər tezdən Albaniya avtovağzalından cənubdakı Sarande şəhərinə yola düşdüm. Yol təxminən 5-6 saat çəkdi. Bir müddətdən sonra yolun mənzərəsi gözəlləşir, darıxmırsan. Avtobus gün ərzində bir neçə dəfə çıxır. Mən səhər tezdən gedənə üstünlük verdim. Yola 10 avro ödədim.Getdiyim şəhər Albaniyanın Sarande bölgəsinin paytaxtıdır. Elə adı da Sarandedir. Adriatik Dənizinin kənarında çox gözəl sahili olan bir şəhərdir. Burada 2 gün dənizin, günəşin və çox dadlı yoqurtlu dondurmanın (qiyməti 100 “leke” – 80 sent) dadını çıxardım. Gecələri isə uzun, bitməyən bulvarını gəzib, limanlarını, orada nizamla düzülmüş gəmilərini izlədim. Dəniz mənzərəsində kofedən ləzzət aldım. Bulvarda çox gözəl, bəzilərində gecələr canlı musiqisi olan restoranları var. Burada müxtəlif növ balıq yeməklərinin dadına baxa bilərsiniz.Sarande çox gözəl sahil şəhəridir. İnsanları mehriban, gülərüzlüdür. Səhərlər insanların çiynində çanta, başında şlyapa dənizə getdiyini, axşamlar isə hamısının qızarmış görünüşdə evə döndüyünü görürsən. Mən də gəldiyim günü və bir gün sonranı dəniz kənarında, günəşlənərək keçirdim. Yaxşıca dincələndən sonrakı növbəti günü Sarandenin 30 kilometrliyində yer alan, “Blue Eye” (albanca “Syri i kaltër” - azərbaycanca mavi göz) adlanan milli parkına yollandım. Sarandedən Elbasan şəhərinə gedən avtobusa mindim. 200 “leke” (1,6 avro) ödədim və “Blue Eye”a gedən yolun üstündə düşdüm. Bundan sonra hardasa 5-6 kilometr piyada yol getdim. Yadımdan çıxmamış onu da deyim ki, Milli Parka giriş üçün də 200 “leke” (1,6 avro) ödəmişdim.Bura Sarandedən gündəlik turlar da təşkil edilir. Qiyməti hardasa 15-20 avro. Təbii, bahadır. Əgər özün bu turu maksimum 5 avroya edə bilirsənsə... 5 avroya gediş-dönüş bileti və kofe almışdım ????Buranın necə bir yer olduğuna gəlincə, məncə, gizli qalmış bir “cənnət”dir. Nə bilim, turistlər arasında məşhur olmayan bir gözəllikdir. Yeraltı mağaradan qaynayıb çıxan bulaq gömgöy rəngdədir. Ətrafı meşəlik, gül-çiçəkdir. İnanmazsınız, güllərin üstünə qonan cırcıramalar da eynən yerin altından çıxan bulağın rəngindədir. Özləri tünd göy, qanadları mavi. Suyu buz kimi, tərtəmiz. Temperaturu 7-8 dərəcə olardı. Burada bir neçə dəfə mağaraya girən dalğıclar dönmədiklərindən suya atlamaq qadağandır. Ancaq kənarında suya girə bilərsiniz. Təsəvvür edin ki, təkcə ayağını suya salan insanların səs-küyü hər yanı bürümüşdü.İcazəli tərəfdəki suya girdim. Ancaq 25 saniyədən artıq qala bilmədim. Çıxanda özümü fərqli hiss edirdim. Ayaqlarım sanki yox idi, bədənim buz kimi, elə bil soyuducudan çıxmışdım. Amma unuda bilməyəcəyim bir təcrübə oldu. Daha öncə bu qədər soyuq suya girdiyimi xatırlamıram.Albaniyanın ən qədim şəhəri – GjirokasterdəEyni gündə yaxınlıqdakı Gjirokaster (türkçə Ergiri) şəhərinə də getdim. Bura Albaniyanın ən qədim şəhərlərindən biridir. UNESCO-nun mədəni irsinə daxil edilib, çox gözəldir. O türklərin dediyi “arnavut kaldırımları” var ha, şəhər təpədən-dırnağa həmin kaldırımlardandır. Bir sözlə, yaktı beni.Hər küçəsi, hər binası tarix olan şəhərin silah muzeyinə girdim. Qiyməti 200 “leke” (1.6 avro). Maraqlı idi. Burada orta əsrlərdənqalma silahlar, toplar, eləcə də, tanklar gördüm. Muzey özü də tarixi qalada yerləşir. Həmin qala Osmanlıdan qaldığı üçün həm də Türkiyə Cumhuriyyətinin qoruması altındadır. Şəhərdə çox maraqlı bazar da vardı. Suvenirlərdən daha çox köhnə silah, hərbi geyimlər, su qabları, keçmişdənqalma alışqanlar, xəncərlər, bıçaqlar və s. satılırdı. Dostlarla aramızda azərbaycanca danışdığımızı eşidən hər kəs Türkiyədən gəldiyimizi düşünüb: “Efendim, hoş geldiniz” – deyə, salamlayırdı.Həmin gün evə qayıdanda, nənəm demiş, “ayaqlarım deyirdi ki, bu dəqiqə səni öldürərəm”. Yəni elə ağrıyırdı. Azı 30 kilometr hərlənmişdim.Ancaq bu, səhər məni Sarandedən 4 kilometrlik məsafədə yerləşən “Lekuresi” Qalasına (Lëkurësi Castle) getməkdən döndərə bilmədi ????Sultan Süleymanın tikdirdiyi – “Lekuresi” QalasıDediyim kimi, şəhərdən 4 kilometr uzaqlıqdadır. Onun 2 kilometrini avtobusla getmək olur, qalan 2-ni piyada qalxmalısan. Özü də yenə kaldırım (bu millət dağın başında yaşayır, dəhşətdir). Çıxanda özümü danlayırdım, amma yuxarıdakı mənzərəni görəndə hər şeyi unutdum ????Qalanı 1537-ci ildə Sultan Süleyman Qanuni tikdirib. Məqsədi yaxınlıqdakı yunan adası Korfuya hücum edərkən bu qala vasitəsilə Sarande limanı və onu Butrintə bağlayan yola nəzarət etmək olub. Yuxarıdan görünənlər isə Butrint, Ksamil qəsəbələri və Sarande şəhəridir.Albaniyanın “Maldivi”Ksamil qəsəbəsi demişkən, buranı Albaniyanın “Maldivləri” adlandırırlar. Sarendedən 5, maksimum 10 kilometr uzaqlıqdadır. Bu qəsəbəyə Sarandedən hər saatbaşı avtobus işləyir. Gediş haqqı 100 “leke”dir (80 sent). Kiçik bir balıqcı qəsəbəsidir. Adriatik və İon dənizlərinin (Adriatik və Aralıq Dənizi arasında yerləşir) qovuşmasındadır. Yaxınlığında bir neçə kiçik adalar var. Çimərlik qəsəbəsidir. Mən də Albaniyadakı son günümü qəşəngcə istirahət edə-edə keçirim dedim. Bütün günü o yaxınlıqdakı adalara üzüb, geri dönmüşəm. Axşama da qəşəngcə qaralmışdım. Bu dediyim kiçik adalar bir-birlərinə çox yaxın yerləşdiyindən burada hovuz effekti yaradır. Yəni, su o qədər sakit olur ki, dibi görünür. Qumu bəyaz, ətrafı yaşıllıq olan yerdə üzməyin ləzzəti ayrıdır.Səhəri gün Albaniyadan Makedoniyaya yola düşdüm. Yerli əhali məsləhət gördü ki, bunun üçün ən yaxşı yol Tiranaya dönüb, oradan Skopyeyə getməkdir. Ancaq mən eyni yolu dönmək istəmədiyim üçün Sarandedən Elbasana (avtobus 7 avro), Elbasandan Prenjas şəhərinə (avtobus 3.2 avro), Prenjasdan isə taksi ilə (4 nəfərə 20 avro) Makedoniyanın Struga şəhərinə getdim. Çətin, ancaq görmədiyim yollar idi. Avtobuslar köhnə idi. Yüksək səsdə alban musiqiləri dinləyə-dinləyə getmişəm ????Biraz da dadlı danışaqAlbaniya mətbəxi Osmanlı, italyan və yunan mətbəxlərinə bənzəyir. Toyuq ciyərindən hazırlanan “Albaniya ciyəri” adlandırdıqları yemək çox məşhurdur. Türklərin “kuru fasülye” dediyi lobya supu, “byrek” adlandırdıqları xəmirdən hazırlanmış, içinə qiymə və ya göyərti, pendir və s. qoyub, bükdükləri yemək, saxsı qabda, sobada hazırladıqları sarımsaqlı, qaymaqlı quzu əti ("Elbasan tava" deyirlər) çox dadlıdır.Bundan əlavə, paxlava, halva, türk mətbəxindən bildiyimiz oxşar şirniyyatları da var. Rakıları türklərinkindən daha tünddür. İçki sevənlər dadına baxa bilər. Ancaq türklərdən fərqli olaraq içəndə su ilə qarışdırmırlar ????Hostellərdə qiymət necədir?Tirananın mərkəzində hostelin 2 gecəsinə 11 avro ödədim. Səhər yeməyi daxil idi. Səhər yeməyi decək, həyəcanlanmayın, cem+yağ (uşaq bağçasını xatırladım), 1 ədəd qaynadılmış yumurta, 1 fincan çay və ya kofedən ibarət idi ????Sarandedə qaldığım hostelin günü 6 avro idi. 5 gecəyə 30 avro ödədim. Hostel çox yeni, dəniz mənzərəli və səliqəli idi.Albaniyaya necə getmək olar?Mən ən ucuz getməyin yolunu İstanbul üzərindən tapdım. Bakıdan “Buta Airways”-lə İstanbula getdim. Bakı-İstanbul-Bakı biletinə 132 avro (təxminən 242 manat) ödəmişdim. İstanbuldan isə “Pegasus”la 53 avroya Tiranaya uçdum (təxminən 97 manat). Dönüşü Serbiyanın paytaxtı Belqraddan İstanbula aldım. Yenə “Pegasus” şirkətindən. Ona da 59 avro (təxminən 108 manat) ödəmişdim. Beləliklə, gediş-gəliş 244 avroya (447 manat) başa gəldi.Albaniyada nə qədər xərclədim?Təyyarə və avtobusa (şəhərlərarası və görməli yerlərə getməklə) 280 avro (513 manat), qalmağa isə (7 gün) 41 avro (75 manat) xərcim çıxdı. Beləliklə, qalmaq və yola 321 avro, yemək, muzey və əyləncəyə də 150 avro xərclədim. Restoranları ucuzdur. Albaniyada bir həftə mənə 471 avroya (860 manat) başa gəldi.Məşhur olmayan gözəlliklərlə dolu AlbaniyaFotolardan da görürsünüz, Albaniya həqiqətən çoxlarının məlumatsız olduğu, gözəl Balkan ölkəsidir. Təəssüf ki, bizdə çoxları ölkənin yalnız paytaxtından ibarət olduğunu düşünür. Mən isə deyirəm ki, ölkəni paytaxtı ilə yarğılamaq olmaz. Hamının anlayacağı İstanbul-Ankara-İzmir, Tbilisi-Batumi fərqini göz önünə gətirin. Nə demək istədiyimi anlayacaqsınız...Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Guler Mehdizade

1935 dəfə oxunub

Likya yolu - Türkiyənin uzun yürüş marşrutu

LİKYA yolu ‘ Lycian way’ 0-dan sona ( ‘509’-a +24) Hər halda bir çoxumuz Likya yolunu tanıyırıq və ya məlumatımız var. Start nöqtələri ( Antalya’ya bağlı) Geyikbayırında və Fethiye’nin Ovacık kəndindən ( köy) başlayır. Mənim etdiyim kimi etsəz daha məqsədəuyğun olar, ilk öncə Fethiye’den başlamaq. Səbəb olaraq, ilk öncə mütləq kayaköy və ya digər adıyla tərk edilmiş karmlyasosu görmək bir gün Fethiye’de qalıb ümumən hazırlaşmaq. Ovacik’dan başlamağın digər bir səbəbiysə çox insanın tərcihi olan ilk 4 etapı görmək. Ümumən 23+1 etap vardır. Çətinlik və Asan olmaq üzrə etaplar fərqlidi. Əgər ekipmanınınız yaxşı deyilsə və az-maz təcrübəniz yoxdursa ilk 4 də bitirməyiniz məsləhətdi. Mən Fevral ayının 3’də Ovacık kəndində başlayıb 27g( +1) si Geyikbayirida bitirdim. Günlük yürümə 19’km dən yuxarı olurdu. Ümumən hər etapın öz gözəlliyi və fərqliliyi var. Mənim üçün ən çətini Demre etapıydı, ümumən Likya yolunu yürümək fikriniz olsa, bu yol ən çətinidir, unutmayın. Ən rahat etaplarıysa ilk 3 etapdır.Yolda yürüyüş zamanı itmə ehtimalınız hardaysa 0-a bərabərdir yol işarələrini təbii ki anlayırsanız əgər. Əlbəttə bir şeyidə unutmaq olmaz bəzi yerlərdə işarələr yox olur, ondan xəritədən də istifadə edə bilərsiz ( məps mi-mənim istifadə etdiyim). Yol boyu su problemi yaşamayacağsınız demək olar bütün etaplarda müəyyən çeşmələr var. Ərzaq problemi’də yaşamayacağsınız, hər etapın sonu bir kənddə bitir ondan lazımı ərzaqları ala bilərsiniz. Yol boyu duş almaq və ya diyər şeylər üçün müəyyən hostel, hotel fəaliyyətləri var bu kəndlərdə. Mən yalnız çıxmışdım ama yol boyu demək olar yalnız olmadım. Fevral ayında belə bir çox insanla qarşılaşa bilərsiz. Mənimlə birliktə yürüyüşümdə Alman, Fransız, Yapon, Amerikalı v’b daha çox oldu müəyyən km’ləri onlarla birliktə davam etdik, kamp atəşi və diyər əyləncələrimiz birliktə etdik. Ekipmana gəldikdəysə, mənə görə ilk öncə ən önəmli olan Ayaqqabıdır, çünki yol boyu ayağınızı burxma ehtimalınız yüksəktir. Digər şeylərsə təbii ki Çadır, mat, yürüyüş çubuqları, uyku tulumu ( gecə ulduzlarla hərəkət etmək istəyirsizsə başlıq fonar mütləqdi) power bankları da unutmamaq lazımdır. Ümumən çanta 20 kilonu aşmasın. Likya yolu mövsümü artıq demək olar ki, açıqdır ama bu arala bir az yağışların olma ehtimalı çox olduğundan çadırınızın su keçirməzliyi önəmlidir. Yol boyu demək olar ki heç bir təhlükəli heyvan yoxdur. Təbii yol boyu keçilərə yaxınlaşmasaz yaxşı olar, çünki Çoban itləri bi yerdən çıxa bilərlər ama onlarda təhlükəli deyillər. Yol boyu mütləq etməli olduğlarınız.+Kəpənəklər vadisi 2-ci mənzərə nöqtəsində kamp atın.+Əgər mümkünsə özünüzlə köpək maması alın yol boyu insanın ən yaxşı dostlarıyla çox qarşılaşacaqsınız. +Bir dənə ön çantanız mütləq olsun, yol boyu portağal və başqa sitrus meyvələriylə qarşılaşacağsınız ( o bölgələrdə çoxu dərilmir yerə tökülüb çürüyür), toplayın ərzağınız olsun.+ Olimposa gəldiyinizdə muzey yolu pulludur çay yoluyla davam edin.+Kiçik kəndlərdə ərzaq qiymətləri bahalıdır, turist olduğunuzu çoxda bildirməyin +Kəndlərdə və Qəsəbələrdə Azərbaycanlı( turist deyil) olduğunuzu bildirsəz yerli insanlar daha çox yardım etməyə çalışacağ.+ Likya yolu düz bir yol deyil bəzən gözəl yerləri görmək üçün ana yoldan çıxmanız gərəklidir.+ Əgər sizin üçün çətin deyilsə yalnız 4-5 etap gözəldi deyib keçməyin, bütün etapların öz fərqliliyi var, davam edin.+Ərzaq olmasa belə suyunuz həmişə olsun və çalışın hər axşam atəşdə qaynadıb için.+Hava qaralmadan çadırınızı atın, sabah tezdən durun.Günəşin batışı və əksi mütləq seyr edin.+ Minimum 30 gün lazım olduğunu unutmayın.+ Yol boyu bütün mövsümləri yaşayacaqsınız, hazırlıqlı olun.+ Caravan çimərliklərinə qatılın, əyləncə yaşamağ istəyirisinizsə əgər ( Mavikent, Quldur çimərliyi v’s).və son olaraq foto həvəskarları üçün ən gözəl 5 yer yol boyu bunlardır:Kəpənəklər vadisi Gelidonya mayakıPatara dyunlarıKabak koyu yüksəkliyiAdrasan yüksəliyiƏn gözəl 5 kamp yeri:Kəpənəklər vadisi 2 ci nöqtəGelidonya kəndi yolu 1 ci kamp nöqtəsiYuxarı Bəycik 3 cü kamp nöqtəsiGöynük kəndi yolu 4 cü nöqtəPatara dyunlarıƏn gözəl 5 antik kent:PataraXanthosSdymaOlimpyosLetoonƏlavələrBüdcə( AZN’lə): Ən önəmli nöqtə ərzaqdır. Çalışın 3-4 günlük ərzaqınız olsun. Çünki müəyyən km’dən sonra böyük qəsəbələrdə ucuz marketlər var, onlardan istifadə edin. Kiçik yerlərdə qiymət bahalıdı. Ortalama ən aşağı büdcə 120-150 arasıdı, orqanizmə görə dəyişə də bilər. Portağalların yanına keçibuynuzu’da yığın yol boyu sizi enerjili tutar və daha az xərc.Time/out üçün xərclənən miqdara gəldikdə sizə görə dəyişəcək, yol boyu Otellər 30 azn dən aşağı deyil. Ümumiyyətlə Mart ayınının sonundan sonra havalar istiləşir, duşa heç ehtiyac yoxdu, ordakı plyajlarda var( pulsuzdu), istifadə edin. Caravanlardakı insanlarla tanışın, dostlaşın çoxu fərqli ölkələrdəndi, onların milli yeməklərindən dadmaq şansınız olsun. Ümumən büdcə minimumu: 120dir ( aznlə) ama sizə görə dəyişədə bilər. Maraqlı: Yol boyu dağ adamına bənzər insanlar görsəz qorxmayın çoxu məşhur ‘Rainbow’ ailəsinin üzvləridi hippie həyat tərzi yaşayırlar. Sizə çox yardımcı olacağlar.Patara’da dyun səhralarında qalanda gecə çadırınıza yaxın Tıspağa və Kirpi gələ bilər, barmaqlarınızı çadırın çoxda küncünə qoymayın. Yol boyu yalnız bir heyvan sizi bəlkə qorxuda bilər, Bayquşlar  Bəzi yerlərdə kiçik kapsul caravanlar var, çadırda rahat deyilsizsə ordan istifadə edə bilərsiz.Yolun bəzi bölümləri insanların hardaysa şəxsi həyətindən keçir, səvh yolda deyilsiz düz yoldasız, davam edin. Mövsüm açıldığından artıq yolu yürüyəcək hər kəsə-dağcılara uğurlar!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ali Shams

1430 dəfə oxunub

Christmas turu part 1 - Budapeşt, Brüssel, Aachen

Budapeştdəki bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.Sizə nədən deyim, nədən danışım. Hal-hazırda Christmas turumuzun 5-ci günündəyik. Fikir verdim, qrupda bu tərəfə gəlmək istəyənlər çoxdu, ona görə də, bəzi şeyləri qeyd eliyim, bəlkə kiminsə işinə yaradı.???????????????????????????????????????????????????????????????????? Marşrut:Bakı ➡️Budapest ➡️Brussels ➡️Aachen ➡️Strasbourg ➡️Colmar ➡️Switzerland (bir neçə şəhərə getməyi planlayırıq) ➡️Ravensburg ➡️Konstanz ➡️Vienne ➡️Budapest ➡️Bakı????????????????????????????????????????????????????????????????????️ Biletlər;20 dekabr. Bakı-Budapest ➡️ 35 EUR (Wizz)21 dekabr. Budapest - Brussels ➡️ 19 EUR (Wizz)23 dekabr. Brussels - Aachen ➡️ 11 EUR (Flix)Aachen - Konstanz ➡️ Maşınla gəziləcək2 yanvar. Budapest - Bakı ➡️ 103 USD????????????????????????????????????????????????????????????????QEYDLƏR:???? Biletləri 1-2 ay qabaqdan aldım, aydın məsələdi ???? Budapest- Bakı reysini düz bir ay Airhint-lə izlədim. 180 dollardan 103-ə düşəndə risk elədim aldım. Səhv elədim. Çünki, salonun cəmi 50% dolu idi. Böyük ehtimal yenə də düşəcək idi və belə də oldu. Düz 70 dollara kimi düşdü ????‍♂️????‍♂️ Məsləhət odur ki, Airhint-dən əlavə, hər dəfə qiymət düşdükcə, yer seçiminə qədər davam edin və salonun dolu və ya boş olduğuna baxın. Uçuşa bir ay qalıb, yerlər cəmi 40-50% doludursa, mənim kimi tələsməyin ))???? Wizzair-lə birinci dəfə idi uçurdum. Narahatdır. Gecə uçuşu üçün isə, vapşe ölkə ucuna qoyulası deyil. Traxtur səsi verir. Budapest Brussels uçuşunda isə, çox yellədi, babat turbulens idi. Elə bil Quba yoluynan gedirsən ????‍♂️???? Bakıda çantalara heç baxmadılar. Amma Budapeştdə nemes kimi yoxladılar. Gözünüzün yaşına baxmadan, uyğun olmayan hər şeyi çıxardıb, zibil yeşiyinə tulluyasıdılar, əmin olun ???????? Avropa daxilində Wizz-də gecikmələr çox olur belə başa düşdüm. 1 saata kimi gecikdi. Özü də, terminalın içindən təyyarəyə kimi piyadaca gedirsən) Yəni, avtobusa da ekonomiya eliyillər ))???????? Budapest deyib, keçməyin. Mən də keçmədim ???? Miqrasiyadan rahat keçirsən. Mehriban şəkildə, peçatını vurur, göndərirlər. Yuxarı çıxırsan,100E avtobusu var, düz mərkəzə gedir, Deak Ference Ter metrosuna. Elə dayanacaqda aparat var, rahat oxuyub, ala bilərsiniz. Kartla da ödəmə var. 5-cə manata. Elə metronun çıxışında saxlayır. Düşdüyün yerdən bir az irəlidə, sağda ləzətdi bir yaxma obyekti var) Əlüstü girirsən, maraqlı çörək yaxmalarından yeyirsən, ucuzdu.Mən, mərkəzdə Boomerang hostel-də double room götürdüm, 35 EUR. Breakfast daxil. Parlament, Bazilika, Christmas market, Dunayın sahili, Opera binası, hamısı ayaqla gediləsi məsafədə. Xəritə götürüb, piyada gəzdim.Çox gözəl şəhərdir, camaatı da mehriban. Ucuz deyə bilmərik. Christmas marketdə qızıl balıq qızartması gördük, ürəyimiz getdi. Dedim, bunun dadına baxmaq lazımdı. Zakaz elədim. Yan tərəfdə bir xanım da, elə ondan yeyirdi, qayıtdı ki, bu çox bahadi haa, yavaş ol )) Dedim, nə qədər olar ki, aha olsun 10 evro. Dedi, darıxma. Nəysə, bizim balığı gətirdi, yanında da tərəvəz və s. Dedi, 24 EUR. Bayaqkı xanıma qayıtdım dedim, əşi, ömründə bi dəfə yeyirsən da, hər gün Budapeştdə balıq yemirsen ki ????‍♂️????‍♂️ (içimdə də özümü söyürem ki, lom, əvvəl soruş, sora al da, aliqarxsan sən??)Belə bahalı obedden sora, gedirsən Dunayda bir gəmi turu atırsan ki, aliqarx həyatın tam olsun. Gəmi, mütləqdir. Bütün Dunayboyu tikililəri görürsən, audio guide da var. Hər şeyi izah eliyir.Hə, bir də, yaxşı qulyaş yemək istəsəniz, Budapest Bistro ya gedin.Məşhur şirniyyatları olan kurtoskalac, boş şeydi. 1000 forintə boş olanıdır, 2000 forintə içərisinə dondurma qoyulur. Heç biri bir zad deyil, yəni, o pulun üstün düzəldin qızıl balıq yeyin məncə ????‍♂️???????? Brüssel. Ayraportdan şəhərə gəlmək od bahası, 17 EUR. Söhbət, Charleroi dan gedir. Info deskdən də soruşdum ki, ən ucuz nə cür gedim, dedi variant yoxdu, Flip gedir ancaq (avtobusdu). Düz bir saata Gare du Midi-yə gəldik. Mən də Airbnb de tutmuşam evi. O da ki, mərkəzdən yarım saat məsafədə, Jette də. Wizz onsuz da gecikmişdi, bir də yolun belə uzaq olmağı, ev tapşırığını da zəif eləmişəm, bilmirəm nətər gedim Jette-yə. Nəysə, vağzala girən kimi, birini tutdum, sağ olsun izah elədi. Bir başqası kömək elədi, bilet aldıq metroya (2.4 EUR). Başqa bir stansiyada düşüb, avtobusla getməliyik hələ. Gecə 11.30, yağış yağır. Sağ olsun Bakcell, Belçikada işləmir roaming internet paketi.. Kankret stress. Elə metrodan düşən kimi, bir day dayı tutdum ki, xəritəni göstərdim, sağ olsun, düz dayanacağa kimi gətirdi. Biznən bir yerdə avtobusu gözlədi. Avtobusa mindik, aha, bilet yoxdu. Gecə vaxtı yaxında aparat da yoxdu. Çıxartdım cash verəm, götürmədi şofer. Gətirdi düz binanın qabağına. Deməyim odu ki, çox mehriban, gözəl insanları var imiş. Heç belə gözləmirdim.Səhər durub yerli "şirin" kafelərin birində zavtrak eləmək istədik. Çox mehriban sahibəsi var idi. Xeyli piroq yedirtdi bizə, ancaq birinin pulunu aldı ))Brüssel baha şəhərdir. Hər yerdə hiss eliyirsən ) Eləcə pivə qiyməti normaldı, 2 evrodan başlayaraq. Grand Place ətrafında əla Christmas market var. Local yemək və içkilərin dadına baxa bilərsiniz. Monqol mətbəxindən tutmuş, Kanada içkilərinə kimi hər şey var idi ))Ümumiyyətlə, Brüsselin binaları çox gözəldir. Küçələr bir az ensiz və çirklidir. Amma, insanları xoş olduğu üçün, belə şeylər gözə görsənmir.???????? Aachen. Brüsseldən Axenə Flix-lə gəldik. Yarım saat gecikdi avtobus. WiFi da işləmirdi. Amma, rahatdı. Axen çox gözəl şəhərdi, qədimliyi gözə girir. Aldstadt - da çox gözəl Christmas market var. Indilərdə gəlsəniz, nağıl kimi bayram keçirərdiniz. Hələ ki, burdayıq. Bu gün hava küləkli olduğu üçün, Monschau-ya gedə bilmədik. Ona görə də gedim görüm, Christmas marketdə nə var ne yox. Sağlığınıza da bir iki bakal vuraram ???????????????? Sabahkı rotamiz ➡️ Strasbourg !P.S. O məşhur balığın da şəklin aşağıda görə bilərsiniz ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Valid Memmedli 

649 dəfə oxunub

Dağlar ölkəsindən qeydlər - Dağıstan bələdçisi

Salamlar...GamsutlQafqazın 'Maçu Pikçu'su...Gamsutla getmək üçün Qunib rayonundan hərəkətə başladıq. Çox kəndini keçməklə gəlinir. Burada ya birbaşa ayaqla hiking, ya da müəyyən hündürlüyə kimi maşınla gəlinir, daha sonra bir az ayaqla qalxılır. Maşın adətən aşağıda olur və 500 rubla qaldırır. Çox adam toplandıqda bu qəpik-quruşdurGiriş pulsuzdur. Tarixi abidə deyil. Tərk edilmiş kənddir. Heç bir qurum tərəfindən mühafizə edilib edilməməsi barədə qeyd yoxdur.İlk başda kəndlə tanış olun, sonra bu qarşı təpəyə keçib məşhur görüntüsünü alın....Elə yerlərə düşürsən ki, o yerin abu-havası bir anda ruhunu dəyişir. Məsələn,İstanbulda bitmədən gəzmək, çayını içib Boğazı dinləmək istəyirsən, sevdiyinlə ünsiyyətdəymiş kimiİtaliyada hər yer sevgi qoxulu Hindistanda çılğınlıq dolur ruhuna. Heç yerdə musiqi eşidilməsə belə eləcə rəqs etmək, oxumaq istəyirsənAmma burada tarixi səssizlik, yüksəklik və əsən meh var idi. Bir məğrurluq və küləyi hiss etdirirdi. Yuxarıda uçuşan berkutlar kimi qanad açıb uçmaq istəyirdimDağıstan, Barxan Sarıkum...Mahaçkaladan maşınla 40 dəqiqəlik məsafədə yerləşməklə Sizlərə Mərakeş, İordaniyanın səhra gözəlliyini yaşatmış olacaq Sulak kanyonundan görüntülər. Sulak kanyonu qeyd etdiyim kimi 2 SES arasında yerləşir. Bu səbəbdən mühafizə olunan obyektdir. Yol aldığınızda passport və sərhəddə verilən miqrasiya kağızını götürməyi unutmayın.Mahaçkaladan Dubki rayonuna gəlin, buradan yuxarıdan görüntünü alın (qırmızı paltar olan foto)Sonra aşağıya düşüb kanyona doğru yol alın. Bunun üçün maşınla getməyiniz məsləhətdir. Yol dağ yoludur. Yolboyu da yüksəkdən çayın və kanyonun fantastik görüntüləri açılacaq.Gəlib çatdığınızda balaca kater kirayələyin və kanyon boyu səyahət edin. Bir katerin kirayəsi ümumilikdə 52 manata başa gəlir.Geri qayıtdığınızda çay qırağında 2cə yer var ki, orada mütləq qaydada farel dadın. 'Yeyif-işmək' bol və ucuz başa gəlirBeləliklə, Bakı-Mahaçkala, Dərbənd-Bakı olmaqla Dağıstan marşrutu: 1-ci gün. Bakı-Qusar- MahaçkalaBarxan SarıkumDubki rayonu. Burada Sulak kanyonuna yuxarıdan baxırsınız2-ci gün. Sulak kanyonuÇirkey SESİrqanay SESQunib rayonu. Və yolüstü daha 3 SES. İlk 2 SES geniş və göl abu-havalıdır. Dayanıb foto çəkdirə bilərsiniz.3-cü gün. QunibÇox kəndiQamsutl4-cü gün. QunibSalti dərəsi və şəlaləDərbəndBakı. Siz bu marşruta həmçinin vaxtınız çox olarsa, Karadaxskoe uşelyeni və Şalbuzdağı da sala bilərsiniz. Nəzərə alın ki, Şalbuzdağ 2 gün vaxtınızı alacaqQeyd:Bakı-Moskva və Bakı-Rostov dəmiryolu xətti də mövcuddur ki, bu yolla 2 stansiya Dərbəndə, 1 stansiya Mahaçkalaya da düşür. Gecə çıxan qatar səhər 07:17-də Dərbənd Park, 08:52-də Dərbəndə, 11:22-də Mahaçkalaya çatır. Qeyd II: Samur gömrüyünü keçdikdən sonra Rusiya sərhəd məntəqəsinə çatdıqda sizə miqrasiya kağızı təqdim ediləcək ki, marşrut sonuna kimi onu passport arasında saxlamağınız məsləhətdir.Qeyd III: SES və Sulak kanyonuna gediş zamanı passport və həmin kağızı götürməyi unutmayın. Foto Qamsutl kəndinin özündə çəkilmişdir. Əks tərəfdən Maçu görünüşü açılırDeməli, istəkləri nəzərə alaraq Dağıstan qiymətlərini (1nəfərə) yazıram. Foto İrqanay Su anbarı kənarında çəkilmişdir. Bakı-Qusar maşın - 15 manat (4cü adam götürsəydik 10 manat)Qusar-Mahaçkala maşın - 77 manat ümumi (3000rubl). 3 nəfərəDərbənd- Bakı - 57 manat ümumi (2000 rubl) 3 nəfərəQusar-Bakı - 15 manat.Bu, ümumi xərc. Dağıstan boyunca bələdçi öz maşını ilə hərəkət etdirirdi və 4 gün tamamında 3 nəfər üçün ona ümumilikdə 311 manat (12000 rubl) ödədik. Bura həm bələdçi haqqı, həm də maşın xərci daxil idi.Qalmaq:İlk gün Dubkidə evdə qaldıq. Adam başı 13 manat ödədik (500 rubl). Digər 2 gün Qunibdə dağlarda Turbazada yenə eyni qiymət - günə adambaşı 13 manat. İsti su, wifi durumlu.Qaldı 'yeyif-işmək' məsələsi. Bu, artıq sizin mədə durumunuza baxırAmma deyim, baha deyil. Bu mövzuda rahat ola bilərsiniz. Məsələn, farel, kartof qızartması, 3 limonad, salat, çay - 4 nəfərə 35 manat ödədik. Burda belə ödəyə bilmərik o həcmdə balıq yeməyinə.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Irada Gadirova

2161 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!