2150 dəfə oxunub

Dağlar ölkəsindən qeydlər - Dağıstan bələdçisi

Salamlar...

Gamsutl❤
Qafqazın 'Maçu Pikçu'su...
Gamsutla getmək üçün ✅Qunib rayonundan hərəkətə başladıq. Çox kəndini keçməklə gəlinir. Burada ya birbaşa ayaqla hiking, ya da müəyyən hündürlüyə kimi maşınla gəlinir, daha sonra bir az ayaqla qalxılır. Maşın adətən aşağıda olur və 500 rubla qaldırır. Çox adam toplandıqda bu qəpik-quruşdur????
Giriş pulsuzdur. Tarixi abidə deyil. Tərk edilmiş kənddir. Heç bir qurum tərəfindən mühafizə edilib edilməməsi barədə qeyd yoxdur.
✅İlk başda kəndlə tanış olun, sonra bu qarşı təpəyə keçib məşhur görüntüsünü alın.

...Elə yerlərə düşürsən ki, o yerin abu-havası bir anda ruhunu dəyişir. Məsələn,İstanbulda bitmədən gəzmək, çayını içib Boğazı dinləmək istəyirsən, sevdiyinlə ünsiyyətdəymiş kimi❤İtaliyada hər yer sevgi qoxulu????❤ Hindistanda çılğınlıq dolur ruhuna. Heç yerdə musiqi eşidilməsə belə eləcə rəqs etmək, oxumaq istəyirsən????????
Amma burada tarixi səssizlik, yüksəklik və əsən meh var idi. Bir məğrurluq və küləyi hiss etdirirdi. Yuxarıda uçuşan berkutlar kimi qanad açıb uçmaq istəyirdim❤

Dağıstan, Barxan Sarıkum...
Mahaçkaladan maşınla 40 dəqiqəlik məsafədə yerləşməklə Sizlərə Mərakeş, İordaniyanın səhra gözəlliyini yaşatmış olacaq ????


Sulak kanyonundan görüntülər. ❤

✅Sulak kanyonu qeyd etdiyim kimi 2 SES arasında yerləşir. Bu səbəbdən mühafizə olunan obyektdir. Yol aldığınızda passport və sərhəddə verilən miqrasiya kağızını götürməyi unutmayın.
✅Mahaçkaladan Dubki rayonuna gəlin, buradan yuxarıdan görüntünü alın (qırmızı paltar olan foto????)
✅Sonra aşağıya düşüb kanyona doğru yol alın. Bunun üçün maşınla getməyiniz məsləhətdir. Yol dağ yoludur. Yolboyu da yüksəkdən çayın və kanyonun fantastik görüntüləri açılacaq.
✅Gəlib çatdığınızda balaca kater kirayələyin və kanyon boyu səyahət edin. Bir katerin kirayəsi ümumilikdə 52 manata başa gəlir.
✅Geri qayıtdığınızda çay qırağında 2cə yer var ki, orada mütləq qaydada farel dadın. 'Yeyif-işmək' bol və ucuz başa gəlir????????



Beləliklə, Bakı-Mahaçkala, Dərbənd-Bakı olmaqla Dağıstan marşrutu: ????
1-ci gün. Bakı-Qusar- Mahaçkala????Barxan Sarıkum✅????Dubki rayonu. Burada Sulak kanyonuna yuxarıdan baxırsınız✅
2-ci gün. Sulak kanyonu✅????Çirkey SES✅????İrqanay SES✅????Qunib rayonu✅. Və yolüstü daha 3 SES. İlk 2 SES geniş və göl abu-havalıdır. Dayanıb foto çəkdirə bilərsiniz.
3-cü gün. Qunib????Çox kəndi✅????Qamsutl✅❤
4-cü gün. Qunib????Salti dərəsi və şəlalə✅????Dərbənd✅????Bakı.
Siz bu marşruta həmçinin vaxtınız çox olarsa, Karadaxskoe uşelyeni və Şalbuzdağı da sala bilərsiniz. Nəzərə alın ki, Şalbuzdağ 2 gün vaxtınızı alacaq????
Qeyd:Bakı-Moskva və Bakı-Rostov dəmiryolu xətti də mövcuddur ki, bu yolla 2 stansiya Dərbəndə, 1 stansiya Mahaçkalaya da düşür. Gecə çıxan qatar səhər 07:17-də Dərbənd Park, 08:52-də Dərbəndə, 11:22-də Mahaçkalaya çatır.
Qeyd II: Samur gömrüyünü keçdikdən sonra Rusiya sərhəd məntəqəsinə çatdıqda sizə miqrasiya kağızı təqdim ediləcək ki, marşrut sonuna kimi onu passport arasında saxlamağınız məsləhətdir.
Qeyd III: SES və Sulak kanyonuna gediş zamanı passport və həmin kağızı götürməyi unutmayın.
Foto Qamsutl kəndinin özündə çəkilmişdir. Əks tərəfdən Maçu görünüşü açılır????

Deməli, istəkləri nəzərə alaraq Dağıstan qiymətlərini (1nəfərə) yazıram. Foto İrqanay Su anbarı kənarında çəkilmişdir. ❤❤❤
✅Bakı-Qusar maşın - 15 manat (4cü adam götürsəydik 10 manat)
✅Qusar-Mahaçkala maşın - 77 manat ümumi (3000rubl). 3 nəfərə
✅Dərbənd- Bakı - 57 manat ümumi (2000 rubl) 3 nəfərə
✅Qusar-Bakı - 15 manat.
Bu, ümumi xərc. Dağıstan boyunca bələdçi öz maşını ilə hərəkət etdirirdi və 4 gün tamamında 3 nəfər üçün ona ümumilikdə 311 manat (12000 rubl) ödədik. Bura həm bələdçi haqqı, həm də maşın xərci daxil idi.
✅Qalmaq:
İlk gün Dubkidə evdə qaldıq. Adam başı 13 manat ödədik (500 rubl).
Digər 2 gün Qunibdə dağlarda Turbazada yenə eyni qiymət - günə adambaşı 13 manat. İsti su, wifi durumlu.
✅Qaldı 'yeyif-işmək' məsələsi. Bu, artıq sizin mədə durumunuza baxır????Amma deyim, baha deyil. Bu mövzuda rahat ola bilərsiniz. Məsələn, farel, kartof qızartması, 3 limonad, salat, çay - 4 nəfərə 35 manat ödədik. Burda belə ödəyə bilmərik o həcmdə balıq yeməyinə.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Irada Gadirova

DİGƏR BLOQLAR

Malayziya - Kuala Lumpur bələdçisi

Kuala Lumpurdakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.Multikulturalizm deyirəm sizə ????Kuala Lumpur, Malayziya  ????????????????????????Şəhər əhalisi o qədər qarışıqdı ki, adam bilmir Hellonan başlasın söhbəti, yoxsa Namaste, yoxsa Ni Hao ilə. Əksəriyyət Malay, Malay - Çinlilər, Malay - İnduslar təşkil edir. Qalanlar isə digər Cənubi Asiya ölkələrindən gələnlərdir.Bu özünü demək olar hər bir sahədə əks etdirir:▪️Qarışıq mətbəx ( Sevdim )▪️Din, adət-ənənə ( Bir küçədə həm məscid, həm buddhist temple, həm chinese templlar və s.)▪️Dil. Rahat 3-4 dil bilirlər ( Malay, Çin, İngilis, Hindi )4 günlük tur planımı qısaca təsvir edim. Getməmişdən, şəhəri o qədər araşdırmışdım ki, hava limanından çıxanda ( elə şəhərin özündə də ) yerli adamlarda olmayan rahatçılıq var idi ???? Ənnn "babatı" online bron etdiyim hiking tour və Dining in the Dark restoranında şam yeməyi oldu.▪️Dragonback hiking trek ????️- Turun qiyməti 200 ringit ( səhər yeməyi, nəqliyyat daxil )- Total hardasa 6 saat çəkdi.- OpenSky limited şirkəti ilə götürdüm turu. Profesional uşaqlardı, heç vaxt hiking etməmisinizsə belə, sizə kömək edəcəklər.Şəhərdən 40 dəqiqəlik yol sizi aparır meşəlik və dağlara. Pikdən açılan mənzərə bir tərəfdən sonsuz jungle və çaydı, digər tərəfdən Kuala Lumpurun göydələnləri. Dağa qalxmaq təxmini 2 saat vaxtınızı alacaq. Özünüzlə qurd-quşa qarşı spray, su, dəyişəcək paltar götürməyinizi məsləhət görürəm.▪️Dining in the darkBu konsepsiya dünyanın bir çox şəhərlərində var, tam qaranlıq bir zalda, restoranda, gözdən əlil insanlar tərəfindən sizə göstərilən xidmətdir. Zülmətə daxil olmamışdan əvvəl sizinlə söhbət edirlər, hansı yeməklərə qarşı allergiyanızın olub olmamasını soruşurlar və içəridə sizi nələr gözləyir deyə başa salırlar. Amma yeməklərin tərkibini demirlər, yeyib qurtarandan sonra sizə blank verirlər, yediyiniz yeməklər barədə təxminlərinizi yazırsınız və daha sonra menunu artıq sizə göstərirlər. Hissiyyatınız və dad sensorlariniz nə dərəcədə yaxşıdı bilmək üçün əla bir şeydi məncə ????-Bir nəfər üçün set yemək 150 ringit (includs juice, salad, soup, main course, dessert ).????️KL-da digər gəziləsi və məşhur yerlər:• Petronas tower, KLCC park• Bird's Park ( Ekzotik quşları görmək şansınız olacaq ). Giriş 64 ringit• Batu Caves. Giriş pulsuz• Chinatown ( night market and food street )• Jalon Alor, Central market ( Food street + night market)????????Nightlife:Qəlyan və lounge abu havası sevənlər üçün- Canopy rooftop bar- Heli loungeHər ikisindəndə şəhərə, əsasən də Petronas towere inanılmaz mənzərə açılır. Minimal xərciniz 100 ringit olacaq hardasa, qəlyan və içki götürsəniz.İçki demişkən, adi marketdə alkoqolun, sadə pivənin qiymətləri kəllə çarxdı... 4-5$ minimum 330ml üçün. Bu siyasət adamı lap müqəddəsləşdirir ????????????????Nəqliyyat çox əlverişlidir. Taxi üçün GRAB app-i məsləhətdir (şəhər içi 6-15 ringit), metro (2-3 ringit) və avtobus (1 ringit) şəhərin hər bir istiqamətinə var.Qaldığım otel Greyston Haus at d'Majestic place. (1 gecə= 25$, breakfast + rooftop swimming pool included).4 gün üçün total xərc: 270 $ ( təyyarə bileti xaric ). Visa free.Otel bronu: trip.com Tur plan: TripAdvisor.comP.S. Currency 100 ringit = 23.8 $Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Hasan Mammadov

1273 dəfə oxunub

"Perspektivlər vətəni" - Danimarka

Bilirəm ki, səyahət sevərlərin çoxu Skandinaviyanı xəyallarının bir küncünə həmişə yerləşdirir. Ona görə dedim mən də möhtəşəm Danimarkadan qısaca yazım. Ümumiyyətlə, mən buranı "perspektivlər vətəni" adlandırardım. Baxdığınız hər yerdə ucsuz-bucaqsız sonsuz mənzərələr görürsünüz. O dərəcə ki, çoxlarının gözü bu ölkələrə səyahətdən sonra daha yaxşı görməyə başlayır. Paytaxt Kopenhagen çox sakitdir, digər paytaxtlardakı basabası burda görə bilməzsiniz. Dükanlarda gəzdikcə skandinav dizaynı deyilən şeyin nə olduğu çox aydın hiss olunur, həqiqətən də çox spesifik zövqə malikdirlər. Burda yenilənmə çox az-az olur. Mən 7 il fərqlə iki dəfə burda olmuşam, ikinci dəfə gedəndə heç bir dəyişiklik hiss edə bilmirdim, hətta əksər kafelər olduğu kimi yerində dururdu :) Memarlıq inanılmaz gözəldir, hər yerdən tarix qoxusu gəlir.Şəhərdən azca kənara çıxanda isə nağıllardakı kimi buranın qnomlar ölkəsi olduğuna inanmaq olar, hər şey çox miniatürdü :) İnsanları sizi həmişə çox gözəl qarşılayır, çox gülərüzdülər, amma bir az dərinə gedəndə, çox özlərini düşünəndilər, sizə ancaq öz rahatlıqları çərçivəsində yardım edə bilərlər. Qaydalara çox düşkündülər, yalvarsanız da, ən kiçik qaydadan kənara çıxa bilməzlər, ümumiyyətlə ölkədə inanılmaz bir sistem var, isveçrə saatı kimi, başda da nəqliyyat olmaqla.Ən çox maraqlandıran maddi məsələdən isə necə danışım bilmirəm. Düşünürsünüz ki, bir ölkə nə dərəcə baha ola bilər axı? O düşündüyünüzün iki qatı çıxır :D Danimarkada evdən addımınızı atan kimi büdcəniz çat verir. Nəqliyyat dəhşətli dərəcədə bahadır və əvvəlcədən çox vaxt hesablamaq olmur. Məsələn, hansısa istiqamətə gedirsiniz, bir də görürsünüz ikiqat pul çıxılıb, səbəbi yeni tikilən körpü ola bilər, hansısa ərazidən keçmiş olmaq ola bilər, nəticədə nəqliyyata gündə ən yaxşı halda 60-70 avronuz çıxa bilər. Aylıq kartlar isə 300 avrodan başlayır.Restoranların əksəriyyəti çox sadədir, minimalist üslubda, menyuları çox sadə, əksəriyyətində cəmi 5-6 cür yemək olur, hamısı müəyyən bir şeydə ixtisaslaşmış olur. Bizimki kimi interyerdən restoranın qiymətlərini təxmin etmək mümkün olmur :)) Amma restoranda yemək yemək çox lüks hesab olunur. Küçələrdə isə möhtəşəm şirin bulkada sosiskalar dada bilərsiniz, mən dadını hələ də unuda bilmirəm!Onu da qeyd edim ki, həyatımdakı ən ləzzətli süd məhsullarını burda yemişəm, kərə yağının, smetanın, qaymağın dadı dəhşətli bir şeydir. Hətta camaat özüylə suvenir, maqnit gətirəndə, mən kərə yağı gətirmişdim :)))Ən gözəl yerlər də royal ailənin iqamətgahlarının bağlarıdır. Xalqa açıqdır, hətta ilin bəzi günlərində içəriyə daxil olmaq günləri də olur. Rahatca gəzdiyiniz yerdə bir anda şəhzadə evdən çıxıb, velosipedinə minib, qabağınızdan keçə bilər :)Həmin bağlardakı möhtəşəm bağbanlığı görüb maraqlandım, burada bitkiləri dizayn etmək üçün peşə məktəbi belə var, insanlar 3 il bağbanlıq öyrənirlər.Iki kəlmə də iqlim barədə yazmaq istəyərdim, amma üşüməyə başladım. İyul ayında dolu gördüm, mart ayında isə iki kurtkanı üst-üstə geyinirdim. Telefon soyuğa görə yarım gündən artıq "zaryadka" saxlamırdı :DEstetikadan, oksigendən və bütün dünyəvi gözəlliklərdən başım fırlanmış halda gəzərkən, məni yeganə yoran şey ölkədəki sistemə alışmaq oldu, ciddiyət bir az mənim kimi şərq insanına çox gəldi :) Orda yaşamadan da buna alışmaq çox asan deyil.Bir gün bu gözəllikləri hamınızın görməyi ümidilə,Sevgilər <3Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Ayuk Utopik

586 dəfə oxunub

6 şəhəri ilə Misir bələdçisi

Qahirədəki bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.???????? Bugün sizə söz verdiyim kimi Misirə səyahət öncəsində və sırasında işinizə yararlı ola biləcək bir neçə məlumat vermək istəyirəm.Misir bildiyiniz kimi çox isti ölkədi, özünüzlə termos, günəş kremi ,power bank kimi önəmli şeyləri götürün. Termos sayəsində marketdən aldığınız su tur boyunca sərin qalacaq. Su marketlerde ortalama 5 funtdu (3-10 arası da dəyişə bilir).Turları yol kenarlarında olan acentalardan alın. Hır hansı bir turu 50$ dan 25$ a qədər endirtə bilərsiz.Əsasən rus və ingilis dillərində olur.Suvenirlerin qiyməti 3-5 , magnitlər 5-10 funtdan başlayır. Amma qiymətlərini 2-3 dəfə (bəzi yerlərdə 5-6 dəfə) baha yazırlar.Hotellər çox da bahalı deyil. Ulduzlarına aldanmayın, çoxvaxt pul qarşılığında alırlar. Qiymətləri booking.dən daha ucuz ola bilir.✅ VizaAzərbaycan vətəndaşları üçün Misirə viza lazımdır. Təkcə Sinai yarımadasına viza gərəkmir ( yarımadada Şarm əl Şeyx ən çox tərcih edilən turizm şəhəridir)1️. Vizanı səfirlikdən 2-3 gün içərisində əldə edə bilərsiz ( Ünvan: Həsən Əliyev, 7, Bakı, Nəsimi, AZ1078 ,Telefon: (+994 12) 498-79-06.2️. Vizanı Şarm əl Şeyx aeroportunda əldə edə bilərsiz. Bunun üçün migrasiya blankını şəkildə göstərildiyi kimi doldurun. Blankı təyyarədə vəya hava limanından əldə edə bilərsiz. Mütləq özünüzlə qələm götürün. Daha sonra sol tərəfdə kiçik banka pəncərəsi görəcəksiz , ora 25$ rüsum ödəyərək vizanı alın( mütləq dollar vəya pound ayırın, dollar məsləhətlidi). Nakleyka kimi birşeydi, onu pasportunuzun bir səhifəsinə düzgün şəkildə yapışdırın. Migrasyon talonu ile bərabər kontrola gedin. Vəssalam, sizə Misirin hər yerinə yaşıl işıq bundan sonrası.3️. 24 saat sonra Qeydiyyat lazımdı deyəcəklər, yoxsa cəza ödəyəcəksiniz -inanmayın. Sadəcə 7 gündən çox qalsanız lazım olur.✅ Nəqliyyat vasitələri1️. Təyyarə biletihttps://www.skyscanner.net/https://www.google.com/flights/Mütləq bu saytlara baxın , "online ala bilmərəm , anlamıram "deyə tərəddüd etməyin. Burdan alınan biletlər Çox sərfəlidir. Məsələn mən Şarmdan Qahirəyə uçuşa 3-4 saat qala bilet aldım cəmi 49 $ , amma kassada 100$ idi miminal qiymət.Azərbaycandan səhv etmirəmsə charter reysi Kazaxıstanın SCAT airlines şirkəti tərəfindən həyata keçirilir.2️. Avtobus- Misirdə şəhəriçi avtobuslar , (dolmuşlar)mikroavtobuslar ortalama 2-7 pound arası dəyişir.Şarm əl Şeyxdə şəhər içi mikrobuslar hər 2-3 dəq var. Məsələn Qahirədəsizsə və Piramidalara özünüz getmək istəyirsizsə 2 axtarma ilə gedə bilərsiz. ( Qahirə- Giza 4 funt, Giza- Harem 3 funt)- Ölkədaxili bir neçə şirkət var; Elnagem Jet, Blue Bus, Go Bus, Super Jet və s. Mən Go Bus istifadə edirdim, həm mobil uygulaması var, biletinizi ofislərindən vəya online əldə edə bilərsiz .Çox rahat kondisionerli avtobuslardı. Məsləhətdir.- İOS : https://appsto.re/eg/9Rpb2.i- Android : https://play.google.com/store/apps/details…3️. MetroMetro paytaxt Qahirədə ən vacib nəqliyyat vasitələrindən biri sayılır. Toplamda 3 xətdən ibarətdir. Metroları mən deyərdim ki ən rahat nəqliyyat vasitəsidir həqiqətəndə, çünki kondisionerlidi , bu da Misir kimi isti ölkədə cənnət kimidi ???? Metro kartı almağınıza dəyməz əgər orda uzun müddət qalmayacaqsızsa, çünki bahalıdır. Onun yerinə tək gedişlik biletlər alın , qiyməti stansiya sayına görə 3-10 funt arası dəyişkənlik göstərə bilir.4️. TaksiƏgər turla getməmisizsə daha çox taksiyə ehtiyac duyacağınızı düşünürəm. Heç də sizi qorxutmasın ???? Çünki burada taksilər çox çox ucuzdu. Yaxın yerlərə 10-20 funt arası gedə bilirsiz. Əgər gedəcəyiniz yer biraz uzaq sayılarsa o zaman ən sərfəli bildiyim taksi şirkəti Careem-dir, ondan sonra Uber.Careem taksi xidmətində mobil uygulamaya diqqət yetirsəniz görərsiniz ki kampaniyalar mövcüddur. Məsələn 49 funt hesabınıza yükləsəniz, sonrakı 2 gün ərzində istifadə edəcəyiniz 5 taksi xidmətinin hər birinə görə 30% endirim alacaqsınız kimi kimi.. Misir nömrəniz olmalıdı amma. Aşağıdakı linkdən endirmə eliyə bilərsinizhttps://www.careem.com/en-ae/*** Şarm əl Şeyxdə işləmir5️. QatarMisirdə qatar məsləhət görmürəm heç ???? Çünki turistlər üçün aşırı bahalıdı. Yatılı və oturaq , hətta onlar da klass’-larına görə qiymət dəyişkənliyi göstərə bilir. Əlavə məlumat və qatar reyslərinin saat, qiymətləri üçün aşağıdakı linkə keçid edə bilərsiniz:https://enr.gov.eg/ticketing/public/login.jsf6️⃣ Fayton & Dəvə & At ( Qahirə)Əgər Gizada Piramidaları piyada yox məhz Faytonla gəzmək istəyirsizsə saatı (bax unutmayın ha Saat başı işləyirlər) 100 funtdan razılaşa bilərsiz. Əslində sizə qalıb bəlkə daha ucuza danışarsız ????Dəvəyə də standart qiymət yoxdu , öncədən qiymət danışa bilsəz daha məsləhətdi.Atlarla da yürüyüş vardı , amma qiymətini bilmirəm , dedikləri qiymətlə heçvaxt razılaşmayın. Əllərindən gəldiyi qədər çox istəməyə çalışacaqlar.✅ Mobil OperatorlarYeni sim kartınızı elə hava limanından ala bilərsiz. Çalışın tək internet paketi olan nömrə almayın, çünki taksi, avtobus , tur və s. Kimi bir çox servis xidmət və qeydiyyat zamanı Misir nömrəsi tələb oluna bilir. Mən bildiyim operatorlar isə aşağıdakı şəkildədir.1️⃣ Orange Egypt (Mobinil, ECMS)2️⃣ Vodafone Egypt.Deyəsən ən bahalısı vodafone’dur. Amma keyfiyyətiylə düz mütənasib olub olmamasını istifadə eliyənlər deyə bilər.3️⃣ Etisalat Misr.Mən rastgələ Etisalat simkartı aldım. 10$ a - 18 GB internet + 300 dəq. danışıq. 4G həryerdə tutmur. Ümumi götürəndə işimi gördü.4️⃣ Telecom Egypt.Ən ucuzu Telecom olmalıdı.✅ Pul vahidi - Exchange1️⃣ Nəğd olaraq Amerikan Dolları götürün özünüzlə. Mümkünsə 100-lük əskinaslarda deyildə ; 5$, 10$ , 20$ əskinaslar şəklində.2️⃣ Bank kartları da çox yerdə demək olar ki keçir. Taksi, avtobus, təyyarə biletləri booking eləmək üçün “confirmation sms” istəyə bilər. Ona görə ölkədən çıxmadan bankınızda qeydiyyatda olan nömrənin roamingini ölkədən çıxmadan öncə aktiv hala gətirməyi unutmayın.3️⃣ Əsas məsələ , EXCHANGE məsələsi , nəbadə “sağda solda” change eləməyə çalışasız. Sizdən komisyon yox deyib komisyon da kəsərlər. Ən sərfəlisi bankamatikdən pulu dəyişməkdi. BANQUE MISR bankamatikləri şəhərin çox yerində var.✅ Market və Turlar :Misir bildiyiniz kimi çox isti ölkədi, özünüzlə termos, günəş kremi ,power bank kimi önəmli şeyləri götürün. Termos sayəsində marketdən aldığınız su tur boyunca sərin qalacaq.1️⃣ Marketlərin içərisində ən normal qiymət Carrefour’dadı. Məsələn : Ən çox ehtiyacınız olan Su merketlerde ortalama 5 funtdu (3-10 arası da dəyişə bilir).2️⃣ Turları yol kenarlarında olan acentalardan alın. Məsələn mən , Hurghada Luxor hərşey daxil turu 50$ dan 25$ a qədər endirtdim, həqiqətən də razı qaldım. (Viber: +201277288408)3️⃣ Suvenirlerin qiyməti 3-5 , magnitlər 5-10 funtdan başlayır. Amma qiymətlərini 2-3 dəfə (bəzi yerlərdə 5-6 dəfə) baha yazırlar. Tur’la getdiyiniz suvenir və s dükanlar faiz aldıqları üçün bahalıdı, aldanmayın.✅ Şəhərlər1️⃣ Şarm əl ŞeyxMisirin Sina Yarımadasında dünyaca çox məşhur turizm şəhəridi. Ən çox dənizaltısıyla, safari və çimərlikləriylə məşhurdu. Ailəvi istirahət üçüb ideal yerdi məncə. Passiv istirahət sevənlərin tam məkanıdı.2️⃣ QahirəMisirin paytaxtı - Ərəb dünyasının və Afrikanın ən böyük şəhəridi. Əhalisinin sayı 10 milyona yaxındı. Qahirədə görüləcək yerlər çox olmasa da tam yanında- Giza şəhərini dünyaca Piramidalarıyla məşhurdur. Giriş ödənişlidi.3️⃣ İskəndəriyyəGünümüzə qədər gəlib çıxmasa da, dünyanın ilk və ən hündür mayakı sayılan İskəndəriyə fənəri və Misirin ən Böyük tarixi kitabxanası kimi bir çox tarixi yerləri burada yerləşir.4️⃣ LuksorMənim üçün 1 ci sırada olmalı bir şəhər , əslində sıralamanı rastgələ eləmişəm. Sadəcə azacıq bilgi xatirinə. Deməli Luksor da Tarixin ilk və Tək qadın Firavonu Hatşepsutun büstü, uca Memnon heykəlləri,Böyük Hipostil Salonu, Karnak və daha nələr nələr var. Sadəcə 4 göz lazımdı seyrinə. Piramidalardan sonra mı öncəmi görüləcək yer deyim bilmədim. Giriş biletlə ödənişlidi.5️⃣ HurghadaMisirin tətil cənnəti deyilə biləcəyimiz bir yer. Əsas da denizi , qumsalı. Ən az 4 gün burda qalıb dincəlməlisiniz .Misirin ən böyük 2. Şəhəridi səhv eləmirəmsə. 35 km ə yaxın sahili var, amma çoxu ödənişlidi ????6️⃣ AsvanNubian kəndi çox maraqlı gələ bilər sizə. Rəngarəng evləri ilə çox fərqli bir yerdi, çizgi filmini xatırladır ????Abu Simbel Məbədi 4 saat uzaqda olsa da vaxtiviz varsa ziyarətinə dəyər.✅ Muzeylər və Giriş qiymətləri-Tələbə kartınız varsa mütləq özünüzlə götürün. Bütün muzeylərdə 50% endirim olacaq.***Aşağıdakı qiymətlər tələbələr üçündür.1️⃣ Valley of the Queens | Luxor (50 EGP)2️⃣ Al-Deir Al- Bahari Temple | Luxor (50 EGP)3️⃣ Karnak Temple | Luxor (75 EGP)4️⃣ Egyptian Museum & Mummy Room | Cairo (150 EGP)*** Amma Axşam saatları üçün bilet qiyməti nədənsə daha bahalıydı5️⃣ Giza Plateau | Giza (80 EGP)*** Yerli əhali üçün giriş 20 EGP❌❌❌ Bunları etməyin: ❌❌❌???? Misirə ilk dəfə gəldiyinizi heçyerdə deməyin.???? Getdiyiniz ilk gün alış-veriş etməyə çalışmayın.???? Sağlıq sığortası etdirməyin.???? 7 günə kimi qeydiyat elətdirməyin.???? Hotel’dən tur götürməyin????Şəhər içi (əsas da Şarm əl Şeyxdə) pulsuz Tura qatılmayın, zaman itkisidi.???? Hava isti olduğu üçün çöllərdə içmək üçün soyuq su qutuları var- İçməyin!????İstiyə dözümünüz yoxda yay aylarında Misirə səyahət etməyin.????Evə dönərkən özünüzlə dənizdən balıqqulağı və s . heçnə götürməyin. Cəzası böyükdü və hava limanında qara siyahıya da düşə bilərsiz.????Kimsə desə hədiyyəm olsun,gəl qonağım ol ,çay içək və s. kimi sözlərə inanmayın. Sonra pul istəyəcəklər.????Gecə vaxtı çalışın dənizə girməyin, təhlükəli ola bilmə ehtimalı az da olsa var.Əlavələriniz varsa buyurun ...Səhvlərim varsa gəncliyimə verin ????Sonuna qədər səbrlə oxuyan bir neçəNəfərə kartpostal göndərəcəm❇️Və sonunda mənim devizim :???????? Travel. Your money will return. Your time won’t. ???????? ???????? ???????? ???????? ???????? ???????? ???????? ???????? ???????? ???????? ???????? ???????? ???????? ???????????????????????????????????????????????????????????????????????????????????????? ????????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babək

2350 dəfə oxunub

Avropa səyahəti (Berlin, Amsterdam, Paris, Barselona, Roma, London)

Sizə bir müddət öncə söz vermişdim ki, Avropa səyahətlərim haqda yazacam, lakin hərəsi üçün ayrı post açmağa təəssüf ki zaman çatmır. Ona görə qısa yazacam hər biri haqda Getməyimin əsas məqsədi qurduğumuz GETGUIDED şirkətinin bələdçiləri ilə və partnyorları ilə görüşmək idi.Qaldığım və bəyəndiyim hostellər: Aletto (Berlin), Generator (Paris ve Barselona), WOW (Amsterdam), The Hat(Madrid)Qiymətləri 30-40 Avro arası dəyişirdi 2 gecə üçün. Roma və Londondakı Hostellərin reviewlarına baxmamışdım deyə çox pis çıxdı və onları məsləhət görməyəcəm.Hostellərdə qalacaqsınızsa mütləq özünüz ilə kilid götürün, əşyaları qoyduğunuz qutunu bağlamaq üçün.Aeroportlarda şəhərə getmək hər yerdə metro ilə idi və ya qatarla 3-5 avro arası. London və Rim xaric. Rim 14 avro, Londona 15 funt idi deyəsən. Rimdə sonradan öyrəndim 5 avroya avtobus var imiş, dönüşü onunla etdim.Heç bir şəhərdə avtobus ya metroya minmədim məcbur qalmadıqca  270 min addım atdım 14 günə və təxmini 220 km edir bu. Ətrafı görmək üçün ən yaxşısı yeriməkdir.Nələr etdim?Berlin - Berlində köhnə xəstəxanaya 70-ci illərdə illeqal oturum hərakatı başlatan hippilərin yaşamını gördüm. Onlar artıq illərdir orada yaşayır və çox özlərinə məxsus art fokuslu həyat tərzləri var. Orada öz məktəbləri, bağçaları, teatrları var. Maraqlı bələdçi ilə oranı gördük və ordan isə Divari gördük (yaxındır)Amsterdam - Ümumi şəhər turu etdik bələdçimizlə və sonrasında art tour etdik. Lokal artistlərin əsərləri ilə tanış olduq və cavan yaşayan incəsənət aləmi ilə yaxından tanış olduq. Amsterdama yaxın Harleem şəhəri də qəşəngdirParis - Parisdə son 32 ilin ən güclü qarı yağmışdı deyə çox bir şey göre bilmədik amma inanılmaz gözəl şəkillər alındı  Qar səbəbindən hosteldə sular kəsildi 2 gün, hostel maximum kömək etdi və pulumuzu da qaytardı sualsiz  Sonrasında hava limanında 20 saat qaldım. Yatmağa yer yox idi, və ağlıma ilk gələn məscid və kilse oldu rahat yer olaraq. Məscid bağlı olsa da oradakı kiçik kilsə otağı çox isti və rahat idi və orada yatdımMadrid - ciddi xəstələndim parisin soyuğu və aeroportda gecələməyimdən dolayı. Üzülərək deyirəm ki Madridi görə bilmədim, amma The Hat hostel çox rahat idi :)Barcelona - ən sevdiyim şəhər oldu  Azərbaycanlımızın açdığı kiçik kafedə çay içdik (adresi ataram). Bələdçimiz ilə velotura getdik. Sahil boyu şəhərin kənarına qədər çıxdıq və velosiped ilə günəşin altında şəhər haqda öyrəndik. Sonra isə tapas yedik  Şirniyyatları da çox dadlı idi!Roma - Burada əsl romalı olan bələdçimiz ilə yemək turuna getdik. Əsl İtalyan pastası yedik, şirniyyatlarından yedik və 200 illik mağazaları gəzdik. Hətta bir çörəkləri var təndir çörəyinə çox oxşayır  Heç biri turistik deyildi  İtalyanlar qəhvə ilə kiçik şirniyyatı ayaq üstü kiçik mağazada yeyir və bu olur qəhvaltı. İnanılmaz dadlı kofeni və şirniyyatı kiçik mağazada tapdım orada Amore adlı (google-da axtarın çıxacaq). Yenə turist yox idi və yerlilər idi. Sonra isə italyan aşbaz ilə italyan makaronu bişirdik və yedik.London - Jack the ripper və ümumi tura getdik bələdçimiz ilə  ara küçələri gəzmək və kəşf etmək maraqlı oldu Bonus: Moskva - Metro turuna getdik bələdçimiz ilə  inanılmaz metrolar və gözəl hekayələr var hər stansiyada Bonus iki: əlavə olaraq Göy-göl, Kıbrıs və Bakıdan şəkillər qoydum.[gallery ids="1311,1309" type="slideshow"]Bonus üç: Edinburghda hal hazırda (02.03.2018) stormdur. bütün qatarlar, hava yolları, avtobus, tramvay, məktəblər, iş yerləri bağlıdır və burda da şəkilləri var :) Edinburgh-a gəlsəz çalışaram qonaq edim və ya ən azından şəhəri göstərim Bilirəm çox qısa yazdım, Və istədim şəkillərimi sizinlə paylaşım. Hansı şəhərə gedirsizsə və bələdçi axtarsaz GETGUIDED olarq sizə 10% endirim bizdən Kimin şəhərlər haqda nə sualı var buyrun verin çalışaram kömək edim.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Cavid Nadir

1094 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!