993 dəfə oxunub

Christmas turu part 1 - Budapeşt, Brüssel, Aachen

Budapeştdəki bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.

Sizə nədən deyim, nədən danışım. Hal-hazırda Christmas turumuzun 5-ci günündəyik. Fikir verdim, qrupda bu tərəfə gəlmək istəyənlər çoxdu, ona görə də, bəzi şeyləri qeyd eliyim, bəlkə kiminsə işinə yaradı.
????????????????????????????????????????????????????????????????
???? Marşrut:
Bakı ➡️Budapest ➡️Brussels ➡️Aachen ➡️Strasbourg ➡️Colmar ➡️Switzerland (bir neçə şəhərə getməyi planlayırıq) ➡️Ravensburg ➡️Konstanz ➡️Vienne ➡️Budapest ➡️Bakı
????????????????????????????????????????????????????????????????
????️ Biletlər;
20 dekabr. Bakı-Budapest ➡️ 35 EUR (Wizz)
21 dekabr. Budapest - Brussels ➡️ 19 EUR (Wizz)
23 dekabr. Brussels - Aachen ➡️ 11 EUR (Flix)
Aachen - Konstanz ➡️ Maşınla gəziləcək
2 yanvar. Budapest - Bakı ➡️ 103 USD
????????????????????????????????????????????????????????????????
QEYDLƏR:
???? Biletləri 1-2 ay qabaqdan aldım, aydın məsələdi ???? Budapest- Bakı reysini düz bir ay Airhint-lə izlədim. 180 dollardan 103-ə düşəndə risk elədim aldım. Səhv elədim. Çünki, salonun cəmi 50% dolu idi. Böyük ehtimal yenə də düşəcək idi və belə də oldu. Düz 70 dollara kimi düşdü ????‍♂️????‍♂️ Məsləhət odur ki, Airhint-dən əlavə, hər dəfə qiymət düşdükcə, yer seçiminə qədər davam edin və salonun dolu və ya boş olduğuna baxın. Uçuşa bir ay qalıb, yerlər cəmi 40-50% doludursa, mənim kimi tələsməyin ))
???? Wizzair-lə birinci dəfə idi uçurdum. Narahatdır. Gecə uçuşu üçün isə, vapşe ölkə ucuna qoyulası deyil. Traxtur səsi verir. Budapest Brussels uçuşunda isə, çox yellədi, babat turbulens idi. Elə bil Quba yoluynan gedirsən ????‍♂️

80889164_10221856375785414_6867453956692377600_n???? Bakıda çantalara heç baxmadılar. Amma Budapeştdə nemes kimi yoxladılar. Gözünüzün yaşına baxmadan, uyğun olmayan hər şeyi çıxardıb, zibil yeşiyinə tulluyasıdılar, əmin olun ????
???? Avropa daxilində Wizz-də gecikmələr çox olur belə başa düşdüm. 1 saata kimi gecikdi. Özü də, terminalın içindən təyyarəyə kimi piyadaca gedirsən) Yəni, avtobusa da ekonomiya eliyillər ))

???????? Budapest deyib, keçməyin. Mən də keçmədim ???? Miqrasiyadan rahat keçirsən. Mehriban şəkildə, peçatını vurur, göndərirlər. Yuxarı çıxırsan,100E avtobusu var, düz mərkəzə gedir, Deak Ference Ter metrosuna. Elə dayanacaqda aparat var, rahat oxuyub, ala bilərsiniz. Kartla da ödəmə var. 5-cə manata. Elə metronun çıxışında saxlayır. Düşdüyün yerdən bir az irəlidə, sağda ləzətdi bir yaxma obyekti var) Əlüstü girirsən, maraqlı çörək yaxmalarından yeyirsən, ucuzdu.

Mən, mərkəzdə Boomerang hostel-də double room götürdüm, 35 EUR. Breakfast daxil. Parlament, Bazilika, Christmas market, Dunayın sahili, Opera binası, hamısı ayaqla gediləsi məsafədə. Xəritə götürüb, piyada gəzdim.

79904779_10221856374385379_3665003332931420160_n

Çox gözəl şəhərdir, camaatı da mehriban. Ucuz deyə bilmərik. Christmas marketdə qızıl balıq qızartması gördük, ürəyimiz getdi. Dedim, bunun dadına baxmaq lazımdı. Zakaz elədim. Yan tərəfdə bir xanım da, elə ondan yeyirdi, qayıtdı ki, bu çox bahadi haa, yavaş ol )) Dedim, nə qədər olar ki, aha olsun 10 evro. Dedi, darıxma. Nəysə, bizim balığı gətirdi, yanında da tərəvəz və s. Dedi, 24 EUR. Bayaqkı xanıma qayıtdım dedim, əşi, ömründə bi dəfə yeyirsən da, hər gün Budapeştdə balıq yemirsen ki ????‍♂️????‍♂️ (içimdə də özümü söyürem ki, lom, əvvəl soruş, sora al da, aliqarxsan sən??)

80452960_10221856373865366_7004081805590528000_n.jpg

Belə bahalı obedden sora, gedirsən Dunayda bir gəmi turu atırsan ki, aliqarx həyatın tam olsun. Gəmi, mütləqdir. Bütün Dunayboyu tikililəri görürsən, audio guide da var. Hər şeyi izah eliyir.

Hə, bir də, yaxşı qulyaş yemək istəsəniz, Budapest Bistro ya gedin.
Məşhur şirniyyatları olan kurtoskalac, boş şeydi. 1000 forintə boş olanıdır, 2000 forintə içərisinə dondurma qoyulur. Heç biri bir zad deyil, yəni, o pulun üstün düzəldin qızıl balıq yeyin məncə ????‍♂️

???????? Brüssel. Ayraportdan şəhərə gəlmək od bahası, 17 EUR. Söhbət, Charleroi dan gedir. Info deskdən də soruşdum ki, ən ucuz nə cür gedim, dedi variant yoxdu, Flip gedir ancaq (avtobusdu). Düz bir saata Gare du Midi-yə gəldik. Mən də Airbnb de tutmuşam evi. O da ki, mərkəzdən yarım saat məsafədə, Jette də. Wizz onsuz da gecikmişdi, bir də yolun belə uzaq olmağı, ev tapşırığını da zəif eləmişəm, bilmirəm nətər gedim Jette-yə. Nəysə, vağzala girən kimi, birini tutdum, sağ olsun izah elədi. Bir başqası kömək elədi, bilet aldıq metroya (2.4 EUR). Başqa bir stansiyada düşüb, avtobusla getməliyik hələ. Gecə 11.30, yağış yağır. Sağ olsun Bakcell, Belçikada işləmir roaming internet paketi.. Kankret stress. Elə metrodan düşən kimi, bir day dayı tutdum ki, xəritəni göstərdim, sağ olsun, düz dayanacağa kimi gətirdi. Biznən bir yerdə avtobusu gözlədi. Avtobusa mindik, aha, bilet yoxdu. Gecə vaxtı yaxında aparat da yoxdu. Çıxartdım cash verəm, götürmədi şofer. Gətirdi düz binanın qabağına. Deməyim odu ki, çox mehriban, gözəl insanları var imiş. Heç belə gözləmirdim.
Səhər durub yerli "şirin" kafelərin birində zavtrak eləmək istədik. Çox mehriban sahibəsi var idi. Xeyli piroq yedirtdi bizə, ancaq birinin pulunu aldı ))

Brüssel baha şəhərdir. Hər yerdə hiss eliyirsən ) Eləcə pivə qiyməti normaldı, 2 evrodan başlayaraq. Grand Place ətrafında əla Christmas market var. Local yemək və içkilərin dadına baxa bilərsiniz. Monqol mətbəxindən tutmuş, Kanada içkilərinə kimi hər şey var idi ))

Ümumiyyətlə, Brüsselin binaları çox gözəldir. Küçələr bir az ensiz və çirklidir. Amma, insanları xoş olduğu üçün, belə şeylər gözə görsənmir.

???????? Aachen. Brüsseldən Axenə Flix-lə gəldik. Yarım saat gecikdi avtobus. WiFi da işləmirdi. Amma, rahatdı. Axen çox gözəl şəhərdi, qədimliyi gözə girir. Aldstadt - da çox gözəl Christmas market var. Indilərdə gəlsəniz, nağıl kimi bayram keçirərdiniz. Hələ ki, burdayıq. Bu gün hava küləkli olduğu üçün, Monschau-ya gedə bilmədik. Ona görə də gedim görüm, Christmas marketdə nə var ne yox. Sağlığınıza da bir iki bakal vuraram ????????????

81343236_10221856377065446_4567602349547192320_n.jpg

???? Sabahkı rotamiz ➡️ Strasbourg !
P.S. O məşhur balığın da şəklin aşağıda görə bilərsiniz ????

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Valid Memmedli

 

DİGƏR BLOQLAR

Drakulanın vətəni - Rumuniya bələdçisi

Buxarestdəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salamlar. Artıq bir çoxunuzun bildiyi kimi Rumuniya səfərimi yekunlaşdırdım və bundan sonra ora getmək istəyənlər üçün qısa məlumat vermək isdiyərdim. Belə ki, mən həmişə nəsə məlumata ehtiyacım olanda bu qrupda açar sözlə axtarıram amma bu səfər suallarıma cavab tapa bilmədiyim üçün dəfələrlə post yazmışdım Ümidvaram bu postum ora getmək istəyənlərin bir çox suallarını cavablayar. Biz ümumilikdə 11 gecə ayırdıq Rumuniya üçün. Doymadıq deyə bilərik ????. Büdcə isə təmamilə sizdən, qaldığınız yerlərdən, nəqliyyat növlərindən və müddətdən, yediklərinizdən asılıdır. Yəni zənnimcə büdcə şəxsi qərardır ona görə də məlumat verib yanlış yönləndirmək isdəmirəm heç kəsi.1. İlk növbədə visa məsələsindən başdıyım ki, əgər bu ilk visalı ölkənizdisə onsuzda həyəcan olacaq Lakin proses çox sadə və sənədlər genəl visa sənədləridir. 99.99 % hallarda da rahatlıqla visanı alırsınız heç bir problem yaranmır. Sadəcə nəinki Rumuniya, digər visa mərhələlərində də özünüzə arxayın olun və özünüzü düzgün izah etməyə çalışın. Bu məsələdə mənə ən çox yardım edən Seymur Baghbanli bəy oldu. Ciddən minnətdarlığımı bildirirəm.2. Rumuniyaya gedərkən elədiyim əsas səhv bilet alarkən saatlara fikir verməməyim oldu, daha doğrusu qiymət məsələsinə görə ucuz olan variantı seçdim amma vaxt məsələsinə görə avara oldum çöllərdə.3. Rumuniyada gəzməli şəhərlər Braşov (2 gün ayırın azı), Sighisoara (1 gün kifayət edər), Timisoara (1 gün), Bran və Rasnov (ikisinə 1 gün), Sinai (1 gün) şəhərləridir. Bizim biletlər Buxarestdən idi lakin orda bizi cəzb edən nəsə olmadı. Bran və Rasnov şəhərlərinə ən yaxın yer Braşovdur. Biz Braşovda 4 gün qaldıq. İki günü Braşova, bir günü Sinai şəhərinə və birini də Bran və Rasnov şəhərlərinə ayırdıq. Siz 3 gün də edə bilərsiniz. Sinai şəhərində Peleş və Pelisor qalaları var və Sinai monastrı. Bir-birlərinə yaxındır. Qatarla Braşov Sinai arası 1 saat yarım edir. Braşov şəhərində Solomon deyilən yer var (adında yanlışlıq edə bilərəm). Biz təsadüfən gəzə gəzə getdik tapdıq. Dağlıq yerdir və ciddən havası, mənzərəsi möhtəşəmdir. Ora getsəniz gedib görməyinizi məsləhət görərdim. Sighisoara bizim üçün biraz maraqsız oldu. Qismən sakit və yaşlılar şəhəri kimi gəldi bizə. İmkan olsa Braşovdan ora səhər gedib şəhəri gəzib axşam Timişoaraya keçməyi məsləhət görərdim. Qalmağa ehtiyac yoxdur. Biz biletləri aldığımıza görə qalmalı olduq. Timişoara isə sadəcə möhtəşəmdir. Şəhər mərkəzi belə kifayətdir oranı sevməyə. Getməmiş xarici saytlardan araşdırma eləsəniz bəlkədə daha maraqlışəhərlər taparsınız. Bizim tapdıqlarımız və vaxtımızın çatdıqları bunlar idi.4. Şəhərlər arası nəqliyyat vasitəsi qatardır. Qatar biletlərini online bir gün qalmış CFR saytından ala bilərsiniz. Sadəcə bəzi hallarda online satış olmur vağzaldan almalısınız bu nüansa diqqət edin. Rasnov və Bran şəhərlərinə isə avtobus xidmət edir. Sadəcə avtobusdan düşərkən digər şəhərə necə gedəcəyinizi, dayanacağın hara olduğunu MÜTLƏQ soruşun. Yoxsa o şəhərlərdə ingilis dili bilən çox azdır (hətda yoxdur, biz tapmadıq).5. Qalacağınız yerlər təmamilə büdcənizdən asılıdır. Biz bütün şəhərlərdə mərkəzdən yer tutmuşduq ki, əsas yerləri görə bilək. Qiymətdə 10-20 manat fərq eləsədə isdədiyimiz an mərkəzə çıxa, əsas yerləri gəzə bilirdik. Məsləhət görərdim nəinki Rumuniyada, ümumiyyətlə hər yerdə bu cür edəsiniz. İstərsəniz qaldığımız yerləri komentdə lazım olan şəxslərlə paylaşaram. Hər birindən hər mənada çox çox çox razı qaldıq.6. Qiymətlər bizə görə bahadır. Ümumiyyətlə Rumuniya bahalı ölkədir. Amma alış veriş etməyədəyər. Brendlərin qiymətləri bizdən qat qat ucuzdur. Hər yer brend second hand mallarla doludur.Yadıma düşən və yararlı olacağını düşündüyüm məlumatlar bunlar oldu. Hər hansısa sualınız olsa yaza, soruşa bilərsiniz. Bacardığım qədər sadə və anlaşıqlı şəkildə izah eləməyə çalışdım. Ümidvaram ki, yararlı olar bu məlumatlar.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Garatel Huseyn

2165 dəfə oxunub

Şəhər bələdçisi - Əbu-Dabi şəhərində maraqlı nə var?

Əbu-Dabidəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Əbu-Dabi şəhərində maraqlı nə var?Wizz Air aviaşirkəti sayəsində artıq 50-60€ kimi kiçik büdcə ilə BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərinə gedib qayıda bilərik. Hətta bəzən qiymətlər 2-6€ olur.1. Şeyx Zayed məscidi. Sheikh Zayed MosqueTonlarla ağ italyan mərmərindən istifadə edilərək tikilən, memar Yusuf Abdelki tərəfindən layihələndirilən möhtəşəm məscid turizm mərkəzidir.Məscidin xalçası 5 il ərzində 1200 qadın tərəfindən minlərlə ton Yeni Zelandiya yunundan istifadə edilərək toxunmuş və 5300 kvadratmetr ölçüsü ilə dünyanın ən böyük əl ilə toxunmuş xalçasıdır.Məscid isə dünyanın 3-cü ən böyük məscidi olaraq siyahıda öz yerini tutub. Böyük mərmər sahələr firuzə, mərcan, svarovski və s. qiymətli daşlarla bəzədilmişdir.2. Luvr muzeyi. Louvre Abu DhabiƏrəb dünyasının ilk universal muzeyi, ərəb memarlıq sənətinin müasirliklə qovuşduğu mərkəz olan Luvr muzeyinin layihəsi memar Jan Nouvelə məxsusdur.Burada bir çox qədim sivilizasiyalara aid tarixi tapıntılarla yanaşı, 19-cu əsrə aid sənət kolleksiyası da var.Link: https://www.louvreabudhabi.ae/3. Emirates Palace Hotelə mütləq baş çəkin! Emirates PalaceAdı hotel olsa da, əslində saraydır. Qızılla bəzədilmiş dizaynlara, parlaqlığa və əzəmətə baxmaq lazımdır.Hotelin interyeri klassik, lakin çox qəşəng bəzədilmişdir. Foyedən tutmuş koridorlara və tualetlərə qədər səliqəli tikilmiş strukturdur.Hotelin daxilindəki BBQ AL QASR restoranında nahar etməlisiniz. Restoran hotelin terrasındadır, möhtəşəm mənzərəsi var. Qiymətlər çox aşağı olmasa da, bu gözəl mühitlə müqayisədə yüksək deyil.4. Corniche sahilboyu küçəsi. Corniche Beach Abu DhabiKüçə, Əbu-Dabinin şimal-qərb sahilinin çimərlikləri boyunca, hündür blokların kölgəsində, tər-təmiz piyada və velosiped yolları, mənzərəli parklar, dəbli restoranlar, yüksək ulduzlu otellər ilə təchiz edilmişdir.Corniche küçəsi şəhərin ən prestijli bulvarıdır. Çimərliklərə asan girişi təmin edən yolun altındakı tunellər, Etiad Towers və Emirates Place mənzərəsi göz oxşayır.Dənizin parıldadığını, gur yaşıllığını seyr edərək gəzmək insanın ruhunu sakitləşdirir.Parkların birində skamyada əyləşmək, kafelərdən birində əsl ətirli kofe içməkdən həzz almanızı tövsiyə edirəm.5. Yas adası. Ferrari World Abu Dhabi Ferrari World Abu DhabiMütləq görüləsi yerlərdən biridir. Xüsusilə sürət həvəskarısınızsa şəhərdə ilk gedəcəyiniz yer bura olmalıdır. Bura əslində böyüklərin özlərini uşaq kimi hiss edib əylənə bildikləri yerdir, 10 yaşdan kiçik uşaqları aparmayın.Burada müxtəlif atraksionlar var. Ən çox tələbat isə adrenalin sevənlər üçün 52 metr yüksəklikdə sürəti 4,9 saniyəyə 240 km/saata çatan "Rollcoaster" simulyatorudur.6. Warner Bros. World Abu Dhabi Uşaqların əylənməsi üçün ideal yer. Dünyada bu kimi maraqlı və tam təchiz olunmuş yerlər barmaqla sayılacaq qədər azdır.7. Qasr Al WatanBƏƏ rəhbərinin iş yeri. Möhtəşəm memarlıq əsəridir. Ziyarət etsəniz peşman olmazsınız. Əmirliyə səfər edən dövlətlərin rəsmi nümayəndələrinin qəbul olunduğu nümayəndəlik sarayıdır. Döşəmələrdən qapılara, çilçıraqlara, mərmərlərə və oymalara qədər detalların gözəlliyini görməmək mümkün deyil. O qədər gözəl memarlıq nümunələri var ki, göz hara baxacağını bilmir. Günortadan sonra getsəniz, gün batdıqdan sonra gözəl musiqi dinləyə və işıq şousuna baxa bilərsiniz.8. Yas Mall. 400-dən çox dünya brendini təklif edən mağazalar, restoran və kafelər, 20-dən çox kinoteatr, təmiz, səliqəli, geniş və sərin quruluşu olan nəhəng ticarət mərkəzi.9. Observation Deck 300, Jumeirah At Etihad Towers, Abu Dhabi Həm şəhərin panoramic mənzərəsini, həm də günəşin doğmasını və batmasını seyr etmək istəyənlər üçün maraqlı yer ola bilər.10. Abu Dhabi Falcon HospitalŞahin xəstəxanasıdır, içəridə şahinlər haqqında hər cür məlumat ala bilərsiniz, həm də əlinizdə tutub şəkil çəkdirə bilərsiniz. Mütləq əvvəlcədən telefonla görüş təyin edin.Qiyməti 1 milyon dirhəm (272000$) hətta daha baha olan quşların sahibləri onların hər xırda problemi üçün bura gəlirlər.11. Saadiyat çimərliyi.Saadiyat Beach ClubAğ qumu son dərəcə gözəldir, dəniz tər-təmizdir və parıldayır. Şəhərdə çimərlikdə vaxt keçirmək üçün bir nömrəli yerdir. Tez-ez yaxınlığa suda oynayan delfinlər gəlir. Həftə sonları və bayram günlərində xeyli sıxlıq olur. 12. Yas Gateway ParkDemək olar ki, tamamilə bitki örtüyü olmayan bir ada, süni suvarma sistemi sayəsində abadlaşdırılıb.Bu da parkda bir zamanlar Ərəbistanda mövcud olan faunanı bərpa etməyə imkan verib.Ada zürafələrin, antilopların, kaftarların, bəbirlərin, gepardların, ceyranların, dağ qoçlarının, dəvəquşlarının və bir çox başqa canlının gətirildiyi vəhşi təbiət qoruğuna çevrilib.Qoruğun ərazisi 87 km²-dir. Ada üç hissəyə bölünür: 1-ehtiyat, 2-heyvanlar üçün, 3-könüllülər, otel, marina və çimərlik olan turizm zonası).Ada MSC və Kosta kruiz xətlərinin marşrutu üzərindədir. Əsas yaşayış məntəqələri: Zar və Dasa. Adanın landşaftı əsasən düzdür. Adada çay yoxdur. Sahildə manqrov meşələri var. Dincəlməyə gələn hər qonağın şərəfinə manqrov ağacı əkilir. Bundan əlavə, ada dəniz qoruğu kimi xidmət edir - dəniz quşları üçün yuva yeri, okean tısbağaları üçün nəsil artırma mərkəzi sahil sularının biomüxtəlifliyini qoruyub saxlamağa imkan verir.13. Emirates Park Zoo & ResortEmirates Park Zoo və Resort Əbu-Dabidən 35 km aralıda, Əl Bahia bölgəsində yerləşir.BƏƏ-nin ən yaxşı zooparkıdır. Bütün BƏƏ-də tapa biləcəyiniz ən yaxşı Zoopark. Maraqlı dizayn edilmiş və bəzədilmişdir. Qaçırmaq istəmədiyiniz bir çox əyləncə növü var. Uşaqları əyləndirmək üçün ideal yerdir. Zürafələri, begemontları, filləri, dəvələri, zebraları, keçiləri, ceyranları və digər canlıları əl ilə bəsləmək ilanı boynunuza taxa bilmək və əlinizdə qartal tutmaq şansınız olacaq. Hətta zürafələrlə birlikdə səhər yeməyi proqramı da var. Zooparkın restoranı, əyləncə mərkəzi və hoteli də var.14. Qasr Al Hosn şəhərin ortasında bərpa edilmiş istehkamdır, şəhərin tarixi təməlinin qalığıdır. Burada şeyxlərin hekayəsini və Əmirliyi necə inkişaf etdirdiklərini görəcəksiniz. Qədim zamanlarda səhrada həyatın sadə və sakit görünüşünü təqdim edir. Qalanın yanında incəsənət mərkəzi də var. Qasr Al Hosn əvvəllər bölgənin mirvari dalğıc iqtisadiyyatını qorumaq üçün tikilmiş qala idi. Kral ailəsi üçün yaşayış sahəsi vaxt keçdikcə genişlənərək saraya çevrilib.15. Heritage Village Abu DhabiŞəhəri ən yaxşı şəkildə görüb şəkil çəkdirə biləcəyimiz nöqtə. Çimərliyə keçidi olan açıq səma altında muzey.Ərəblərin yerli həyatını göstərmək üçün tikilmiş yer. Muzeydə ərəblərin harada qaldığını və necə yaşadıqlarını görə biləcəksiniz.Heritage Village üçün bir neçə saat kifayətdir. Sol tərəfdəki əsas qapıdan girdiyiniz zaman, keçmişdə səhrada yaşanan həyata bənzəyəcək şəkildə qurulmuş bir sahə var. Keçmişdə istifadə edilənlərə bənzər bir ev görəcəksiniz. Ziyarətçilərə minməyə icazə verilən dəvə də var. Çox müxtəlif malların satıldığı bir bazar da var. Keçmişdən qalma qalıqların muzeyi var. Su üzərində müasir Əbu-Dabiyə gözəl mənzərəsi olan bir çimərlik var. Tövlələrdə uşaqların əylənməsi üçün başqa canlı heyvanlar da var. Ən maraqlı sahə sənətkarların öz əl işlərini nümayiş etdirdiyi və satış üçün çox gözəl əşyaların olduğu yerdir. Dəri sənətkarlıq, gözəl çantalar və başqa əşyalar, şüşə düzəldən, toxucu, dulusçu var.16. Mangrove National Park, Abu DhabiManqrov ağacları arasında qayıqla səyahət edib flaminqolara, balıqlara, böyük tusbağalara baxıb sakitləşmək istəyirsinizsə mütləq bura baş çəkin. Ekoloji səbəblərə görə yalnız elektriklə işləyən qayıqlara icazə verilir, bu da onların əksəriyyətinin günəş enerjisi ilə işləyən və çox səssiz olması deməkdir.17. Umm Al Emarat ParkAilənizlə şəkil çəkdirmək və vaxt keçirmək üçün mükəmməl yerdir.Uşaqlar üçün oyun meydançası, yemək dükanları var.Təbiət parkına çox yaxındır. Əbu-Dabinin ən yaxşı parklarından biri. Əvvəllər "Əl Müşrif parkı" adlanırdı. Kiçik zoopark var. Çoxlu uşaq əyləncə növləri var. Tədbirlər adətən həftə sonları keçirilir. Parkdakı mənzərə heyrətamizdir. Parkda həftə sonları Yoga məşqləri keçirilir.18. Abu Dhabi National Exhibitions Company - ADNECƏbu-Dabidəki ən qeyri-adi tikililərdən biridir və bu gün artıq BƏƏ-nin paytaxtının simvoluna çevrilib. Göydələn dünyanın ən böyük maili binası kimi Ginnesin Rekordlar Kitabına düşüb. Binanın əyriliyi məşhur Piza qülləsindən 4 dəfə çoxdur.19. Dates Market Abu DhabiBazar heç də böyük deyil və bir sıra kiçik dükanlardan ibarətdir. Hər mağazada əzbər öyrəndikləri ifadələrlə turistləri çağıran dəllallar var:“Gəlin! Ən ucuzu bizik! Burada həm yerli xurma, həm də İran, İraq, Fələstin, İordaniya, Oman, Bəhreyn və digər ölkələrdən gətirilmiş xurma ala bilərsiniz. Xurmanın müxtəlifliyi heyranedicidir: təzə var, toxumlu və toxumsuz qurudulmuş var- qoz və püstə ilə doldurulmuş şokoladlı xurma. Hər zövqə görə xurma var. Xurmadan başqa başqa şirniyyatlar və tropic meyvələr də var.Azərbaycan Turizm Blogerləri Assosiasiyası #uçmaqüçündoğulanlar #travelblogger #travel #VisitAbuDhabi #abudhabi #emirates #uae #visituae

2662 dəfə oxunub

Günəşin doğulduğu diyar - Cənubi Koreya

Hər kəsə Salam ????????‍♂️Fikir verdim qrupda Cənubi Koreya ilə bağlı paylaşım azdır.Qərara gəldim ki, bugün sizə 2 il öncə həyata keçirdiyimiz uzaq Koreya səfəri barəsində bir qədər yazam ????????. Başlayaq!????İlk öncə onu qeyd edim ki, Bakıdan Seula birbaşa reyslər təəssüf ki yoxdu, ona görə hər hansısa bir tranzit şəhər seçməlisiz. Biz Pekini seçdik, amma siz seçməyin. İndiyədək gördüyüm ən problemli staff orda oldu????????‍♂️. Alternativ olaraq Moskva, Tokyo və ya 2 saat uzun olsa belə İstanbulu seçməyi məsləhət görərdim, amma Pekin yox. Yol biraz uzundur, amma o əziyyətə dəyər????10 günlük səfərimizdə Koreyanın Seul da daxil olmaqla 5 fərqli şəhərində olduq. Ölkəyə ilk addım atdığınız andan etibarən tam fərqli bir dünyaya düşdüyünüzün fərqinə varacaqsız. İnsanlar çox gülərüz,turistlərə qarşı mehribandır, şərq qonaqpərvərliyinin ilk dəfə burda canlı şahidi oldum. Təhlükəsizlik cəhətdən Seul dünyada criminal rate'in ən aşağı olduğu paytaxt şəhərlərindən biridir. Gecə saat 2-də belə tək, tam rahat şəhərdə gəzə bilərsiniz. Məqsədiniz əylənmək, cavanlıq eləməkdirsə Gangam Station (aha PSY'nin "Gangam style" hitinin çıxdığı yer ????) buna ən uyğun, gənclərin çox getdiyi yerdir. Yox əgər fikriniz görməli yerləri dolaşmaqdırsa, İmperator sarayı ????, Namsan tower, Samsung'un innovasiya muzeyi maraqlı məkanlardır. Paytaxtda 1 tək bəyənmədiyim havasının bir qədər ağır olması oldu. Yerli əhali bunu yalnız şəhərdəki əhali sıxlığıyla yox Çinin əksər zavodlarının ölkənin şimal-şərqində tikməsi ilə əlaqələndirirlər.Ən önəmli məqamlardan biri- yemək məsələsi. Bunu mütləq nəzərə alın ki, Koreyalılar çox acı sevirlər. Yeni bir təam sınayacaqsızsa, su yanınızda mütləq olsun. Ən məşhur yeməkləri kim-çi, bibimbap və balıq məhsullarıdı????. Amma gördüyünüz hər çiy balığa bizim kimi suşi deməyin, yaponları çox da sevmirlər burda  Bir də getmişkən okean balığının da dadına mütləq baxarsız, tam fərqli olur????????. Əgər Koreya mətbəxi ağız dadınıza uyğun gəlməsə, şəhərdə bizə daha yaxın olan Özbəklərin və Türklərin restoranları da var, onları yoxlaya bilərsiniz.Səfərimizin ən maraqlı hissəsi dostumla 1 günlük sadə Koreya ailəsində qalmağımız oldu. Axşamüstü söhbət edəndə ailə üzvlərimizi falan soruşdu, səhər oyananda gördük ki, hər ikimizin ailə üzvləri üçün ayrıca hədiyyələr hazırlayıb ???? Digər maraqlı bir məqam Şimali Koreya ilə sərhədə yaxın ərazidən keçəndə oldu. Uzaqdan görünürdü ki, sərhəd boyunca şimallılar gözəl görünüşlü, əzəmətli binalar tikiblər. İşin ən maraqlı tərəfi odur ki, o binalarda realda yaşayış yoxdu, sadəcə olaraq sərhədboyu görüntü xarakteri daşıyır, bircə gecələr işıqları yandırılır???????????? Məndən məsləhət söhbət düşmədikcə Koreya problemindən danışmayın, həssas məsələdir onlar üçün.İndiyədək olduğum 11 ölkə arasında Koreya Respublikası həqiqətən də ən fərqlisi və əsrarəngizidir. Əgər nə vaxtsa "monoton" Avropa şəhərlərindən bezsəz, istiqaməti şərqə-Asiyaya yönləndirməyi məsləhət görərdim ????#yoladami #KoreyaƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Mayıl Mammadli

2462 dəfə oxunub

Amerika səyahəti

We will make America great again ????Demək iyulda Çində səfərdə olarkən bir e-mail gəldi ki, bəs təbrik edirik müraciət etdiyiniz SABIT programına qəbul olmusunuz və 17-31 Avqust sizi Amerikada gözləyirik. Dedim heç yeridi sən canı?! Onsuzda 2 həftədi Çindəyəm işlər tökülüb qalıb. Təzədən qayıdan kimi yenə sənəd, viza, çanta hazırla dur get Amerikaya. Özü də 2 həftəlik. Təbii ki, çox ciddi şəkildə etiraz etdim, yuxarılara yazdım xeyri olmadı, da əlacsız gedəsi oldum. ????Bu günə kimi ən sürətli vizanı Amerika səfirliyindən aldım. Sənədlərimi verib səfirlikdən çıxandan, vizanın hazır olub Aramexə göndərilməsi haqqında e-mail almağım arasında heç 20 saat keçməmişdi. SABIT dövlət proqramı olduğu üçün səfirlik tərəfindən çox yaxşı münasibət göstərirlər. Səfirlikdə mənə növbə çatanda cəmi 5 dəq çəkmədi söhbətimiz, o 5 dəq çoxunu da səfirlik işçisi SABITi tərifləyib məni təbrik etməklə keçdi. Hələ belə viza alma prosesi görməmişdim.Sağ olsun təşkilatçılar mümkün ola biləcək ən uzun və ən baha bilet alıb göndərdilər. Gediş İstanbul-Frankfurt-Washington DC, qayıdış Chicago-London-İstanbul. Qiymət $3260. Dövlət proqramı olduğu üçün Amerkanlar xeyirləri özlərinə verdi və American Airlines ilə biletləri aldı.Birinci Washington DC-də nazirlik və şirkətlərlə görüşlərə başladıq. Washington çox yaşıl və rahat şəhərdi, Whitestote DC-ni (Ağdaş) xatırlatdı mənə. Özümü evdə hiss edirdim. ????Bir az havası fərqlidir, nəmişliyi çoxdur. Bir də yolları bərbaddır. Xırdalan yoluna oxşayır.4 gün Washingtonda qalandan sonra Omahaya getdik. İstifadə etdiyimiz Southwest low cost hava yoludur, uçan avtobusdur elə bil. Heç kimin yeri yoxdur, kim tez minsə birinci o oturur ????‍♂️ avtobusdan fərqi odur ki, ayaq ustə getmirsən və havada gedir. Ryanair və Wizzair bunun yanında şükürlüdü.Omaha köhnə kinolardakı Amerikanı xatırlatdı mənə. Balaca və çox sakit şəhərdi. Amerikanın ən yaxşı steaki burallarda olur güya. Omahada kimi danışdırsan steaklərindən danışırdı. Nəysə tırkaya gedib yoxladıq, o qədər də tərifli bir şey deyildi, amma yoxlamağa dəyərdi. Burda da k/t şirkətləri ilə görüşüb yenə “uçan avtobusla” getdik Springfieldə.Springfield Abraham Lincolnun vətəni və Illionis ştatının paytaxtıdır. Gedib Lincoln müəllimin yaşadığı evi gəzdik.Springfildi də fəth etdikdən sonra normal yerlə gedən avtobusla 3 saata Chicagoya getdik. Chicago çox möhtəşəm şəhərdi, tam xəyal etdiyim Amerikanı görə bildim orda. Filimlərdəki Amerika idi Chicagoda gördüklərim. Binalar, yollar, insanlar. Bəlkə NY və Californiada da eyni hissi keçirdərdim. Amma, gördüyüm Washington DC, Omaha, St. Louis, Springfield, Decatur şəhərlərindən çox Chicagonu sevdim. Düzdür, çox vaxtım olmadı orda, amma ən əsas yerlərinə getməyə çalışdım.Beləliklə beynəlxalq traininglər sayəsində fəth etdiyim növbəti ölkə Amerika oldu. Bundan əvvəl Tayvan, Almaniya və İsraildə təlimlərdə iştirak etmişəm. Təhsil və biznes xarakterli səyahətlər daha maraqlı olur. Siz də yoxlayın ????Qalanını şəkillər anlatsın ????SABIT proqramı barədə məlumat burdan ala bilərsiz: https://www.trade.gov/sabit/Əlavə sualınız olsa buyurun ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər….Paylaşdı: Ramil Azmammadov

1263 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!