730 dəfə oxunub

Şəhər bələdçisi - Lissabon

Lissabondakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Lissabon - Dünyanın ən qocaman 2-ci paytaxt şəhəri, Avropada açıq-ara fərqlə ən sevdiyim şəhər- rəngarəng küçələri, təmiz və çox rahat olan ictimai nəqliyyatı, gözyaşardan Fado musiqili restoranları))), böyük parkları, ucuz qiymətləri, dadlı yeməkləri, fərqli dəniz məhsulları, binaların divarlarındakı seramik üzlükləri, möhtəşəm Pastel de Nata keksləri, gilas likörləri, sudun ucuz şərabları, gülərüzlü və əyləncəsevər insanları ilə bir başqa dünyadır Lissabon. Bu şəhərdə yarı Avropa, yarı Cənubi Amerika ruhu vardır. Avropanın bir çox ölkəsindən “Ryanair” Lissabona ucuz qiymətlərə uçur. Əvvəlcədən alsaz Kutais-Barcelona-Lisbon-Barcelona-Kutais biletlərini 150-200 avro ödəyərək əldə edə bilərsiz.

67218467_475286609924482_7030558840156323840_o

- Lisbon aeroportu demək olar şəhərin mərkəzindədir. Taksilər şəhərə 7-8 avroya aparır. Aeroportdan hər yerə metro ilə də çata bilərsiz. Demək olar bütün metro xətlərində liftlər var və baqajınızı metroya endirməyə və qaldırmağa heç bir problem yoxdur. Bir günlük limitsiz metro və avtobus kartının qiyməti 6 avrodur.
- Nə yeməli və içməli - Balıq məhsuları sevirsizsə hesab edə bilərsiz ki, Lisbon bu yeməklərin cənnətidir. Yeməklər dadlı və kifayət qədər ucuzdur. Məsləhət gördüyüm balıq restoranı - Ramirodur. Hər yerdə satılan Pastel de Natadan və Ginjunha- gilas likörlərinin dadına baxmadan qayıtmayın. Şərabları sudan ucuz, endirləri ucuz və dadlıdır. Sonra içinə pendir və balıq qoyulan qaynamış kartoflardan mütləq alıb yeyin- səhv etmirəmsə Bakalao adlanır, çox dadlıdır. Cabacas ət restotanına gedin - Ət daş üzərində bişirilir və çox dadlı olur.

67297414_475286696591140_1878686615883218944_o
- Harda qalmalı - Lizbona gedənlər üçün məsləhət gördüyüm çox gözəl bir otel var – VİP Executive Picoas Hotel 4*- Büdcəniz çatırsa otelin günü 2 nəfərlik otaq üçün ortalama 60 avrodur. Otel yeni istifadəyə verilib və çox super vəziyyətdədir. Açığı bookingdə bu oteli tapanda cəmi 3-4 rəy olduğunu görüb şübhəyə düşmüşdüm. Otel barədə heç yerdə heç bir məlumat və video olmadığından bookingdəki şəkillərin real olmadığını fikirləşdim. Amma gedib gördüm ki, şəkillərdə olandan da əla vəziyyətdədir. Hələ 750 mb/s interneti görəndə ağzım açıq qaldı. Bütün Avropada çəkdiyimiz 50 giqabayta yaxın şəkil və videonu clouda yükləmək 5-10 dəqiqə aparmışdı. Otel 7-ci Eduard parkıının 5 dəqiqəliyində və Parque (Park) metrosunun 200 metrliyində yerləşir.
- Mütləq görülməli yerlər - Lisbon ticarət meydanı, Belem qalası, Kaşiflər heykəli (Explorers monument), Jeronimas monastrı, Lisbon qalası, Santa Justa lifti, LX Factory bölgəsi.

67065074_475286553257821_7689547552261144576_o
- Lifehack - Santa Justa liftinə qalxmaq üçün xeyli növbə olur və qiyməti 6 avrodur. Amma bunu etməyin. Liftin hansı binanın üzərinə getdiyinə diqqət yetirin. Həmin binanın arxasına gedib pilləkanla yuxarı qalxın binqo- pulsuz və növbəsiz liftin qalxdığı yerin üzərindəsiz. ????
- Alfama bölgəsini gəzməyə ən az 1 gün ayırın. Lisbonun bu tarixi hissəsində bir çox sürprizlərlə qarşılaşacaqsız. Konkret yol axtarmayın elə küçələrə girib itmək daha maraqlı olur.
- 28 nömrəli tramvaya minib 1 tam tur atın. Lisbonun bütün turistik nöqlətininin yanından keçəcəksiz. 1 gününüzü Sintra-Roka burnu və -Cascais qəsəbələrinə getmək üçün, Lissabona isə ən az 3-4 gün ayırın.
- Fado restoranlarına gedin. Əgər canlı Fado oxuyana qulaq asırsınızsa mahnı oxunan zaman yemək hörmətsizlik sayılır. Daha çox turistləri yolmaq üçün nəzərdə tutulan mərkəzdəki Fado restoranlarından uzaq durun.
- Əyləncə sevənsizsə PUB Crawl Lisbona mütləq qoşulub Lisbon gecələrinə axın.
- Lissabon haqqında saatlarla yaza bilərəm, amma postu daha da uzatmaq istəmirəm. Suallarınız olsa rəydə soruşa bilərsiz. Qısası - yol açıq-yola çıx - Lissabonu bir gün mütləq görün, peşman olmayacaqsız.

67354811_475286819924461_4773679403009835008_o

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Gəzgin Həyat

DİGƏR BLOQLAR

Drakulanın iziylə - Transilvaniya turu, I gün - Cluj-Napoca

Budapeştə köçəndə ev sahibimlə ilk ziyarət etdiyimiz yerlərdən biri Macar Parlamentinin əzəmətli binası olmuşdu. Parlamentin önündə mavili-qızılı zolaqlı və üzərində ay və səkkizgüşəli ulduz olan bayraq marağımı cəlb etmişdi. Ev sahibimdən soruşanda demişdiki, bu Transilvaniyanın bayrağıdır. Sonradan öyrənmişdim ki, tam olaraq Transilaniya deyil, Rumıniya ərazisində yaşayan macarları təmsil edən Szekerlandın bayrağıdır. Araştırma zamanı Transilvaniyanın həqiqətən yer adı olduğunu öyrənmişdim. Daha öncələri elə bilirdim ki, Transilvaniya xəyali bir ərazidir və ya sadəcə əsatirlərdə, əfsanələrdə mövcuddur. Sonradan Dracula, Van Helsing haqqında baxdığım filmlər məndə gedib Transilvaniyanı görmək arzusu oyatdı. Və beləcə kiçik bir səyahət planı hazırlayıb iyul ayında 4 günlük Rumıniyaya səyahət etdim.Rumıniya Avropa Birliyinə daxil olsa da şengen ərazisi hesab olunmur, buna görə də özünün ayrıca vizası var və Azərbaycan Respublikası vətəndaşlarından viza istəyir. (Bu yazıda Azər Rumıniya vizasını necə aldığını paylaşıb). Rumıniyaya daxil olmağın bir başqa yolu isə multi-girişli şengen vizasına və ya Avropa Birliyi ərazisindəki dövlətlərdən birindən yaşama icazəsinə sahib olmaqdır. Mənim Macarıstanda yaşama icazəm olduğundan viza məsələləri ilə çox da əlləşmədim.CLUJ-NAPOCACluj-Napocadakı otellər və hostellərin siyahısıCluj-Napoca Rumıniyanın paytaxt Buxarestdən sonra 2-ci, Transilvaniyanın isə ən böyük şəhərdir. Daha çox yerli və xarici tələbələrin çoxluğu diqqət çəkir Clujda. Cluj sözünün mənası dağların arasında yeləşən şəhər deməkdir. Elə havasından da hiss edəcəksiz ki, şəhər dağların arasında yerləşir, bürkülü, bir az da rütubətli havası var. Şəhərdə 50000-dən çox macar yaşadığından ən çox danışılan ikinci dil macar dilidir.Rumıniyaya Budapeştdən WizzAirlə uçdum. Budapeşt – Cluj-Napoca biletini 2 həftə öncədən 15.90 euroya almışdım. Uçuş cəmi 1 saat çəkdi, passport yoxlamadakı uzun-uzadı sorğu-sualdan sonra (niyə gəlmisən, qayıdış biletini göstər, qalacağın yerləri göstər və s.) daxil oldum Avram İancu adına beynəlxalq hava limanına.Hava limanından şəhər mərkəzinə 8 nömrəli avtobus və ya 5 nömrəli troleybusla getmək olar. Dayanacaq hava limanının ərazisindən çölə çıxan kimi sağda yerləşir. Dayanacağın yanındakı butkadan 4 lei (86 cent) verib 2 gediş üçün bilet aldım. (bilet almaq üçün olan makina çalışmırdı, butkadakı xaladan isə yalnız nəğd pulla alış-veriş etmək olar). Biletlər 2 gedişlidir, hər dəfə biletin 1 tərəfini nəqliyyatdakı maşında oxutmaq lazımdır. Təxmini 25 dəqiqədən sonra gəldim çatdım şəhər mərkəzinə, buradan isə qalacağım apartı tapmaq lazım idi. Sağ olsun Avropa Birliyinin roamingi aradan qaldırma siyasəti, 4G interneti qoşub aparta doğru xəritəni izlədim.Şəhər mərkəzinə 10 dəqiqəlik piyada məsafəsində olan Cazare Vio otelində özümə 1 gecəlik yer book eləmişdim. 1 gecəsi – 20 avroya. Ev sahibləri cizgi filmlərindəki tombik şirin nənə-babalara bənzəyən bir cütlük idi. Clujdakı başqa otellərə bu siyahıdan baxa bilərsiz. Beləcə əşyalarımı yerləşdirib üz tutdum şəhərə doğru.Cluj-Napocadakı görməli yerlər:Union Square (Piata Unirii) – şəhərin əsas meydanı. Rumınlar demək olar ki, bütün şəhərlərdəki əsas meydanları Piata Unirii adlandırırlar.Michael’s Roman-Catholic kilsəsi – 1350-1487-ci illər arasında tikilib və ölkənin ən görkəmli qotik memarlıq nümunələrindən biri hesab olunur. Kilsə həm də Transilvaniya böllgəsinin ən hündür qülləsinə sahibdir, giriş pulsuzdur və yan tərəfində macar kralı Matthias Corvinusun at üzərində olan heykəli var.Güzgü küçəsi (Strada in oglinda) - Kilsənin arxa tərəfində, arxası kilsəyə doğru durduqda qarşıda Güzgü küçəsi dayanır. Bu küçənin özəlliyi ondan ibarətdi ki, küçənin sağ və sol tərəfindəki binalar və binaların üzərindəki naxışlar tamamilə simmetrik tikilib. Mən orda olanda sağ tərəf təmir olunmuş, binalar səliqəyə salınmışdı, sol tərəfdə isə təmir hələ də davam edirdi amma yenə də simmetrikliyi görmək olurdu. Mənim kimi simmetriya sevənlər üçün bu küçə əsl cənnətdir :DMuzey meydanı (The Museum Square) – Clujun ən qədim meydanıdır, özündə bir neçə arxitektur nümunəni birləşdirir, bundan başqa muzey son illərdə avtomobillərə qapadılıb və sadəcə piyadaların girişinə icazə var.Franciscan Kilsəsi - Muzey meydanında yerləşir, qotik tərzdə tikilib[caption id="attachment_317" align="aligncenter" width="550"] Corvinusun doğulduğu ev[/caption]Matthias Corvinusun evi – Corvinusun 1443-cü ildə məhz bu evdə doğulub. Evin içərisi qotik dövrün sonlarına yaxın bir neçə şeyi özündə qoruyur, bundan başqa ev İncəsənət və Dizayn Universitetinə ev sahibliyi edir.Metropolitan Ortodoks Katedralı (The Metropolitan Orthodox Cathedral) – katedrala giriş pulsuzdur.Milli teatr və Rumın milli opera evi – Ortodoks katedralının önü ilə irəliləyincə qarşınız çıxacaq. 1904-06-cı illərdə, avstriyalı memarlar Ferdinand Fellner ve Hermann Helmer tərəfindən barok üslubda tikilib. Milli teatr və Rumın milli opera evi institut kimi 1919-cu ildə qurulub və Rumıniyada ən prestijlilərindən hesab olunur. Buradakı tədbirlərə dünyanın bir çox ölkəsindən turistlər gəlir.[caption id="attachment_318" align="aligncenter" width="550"] Milli teatr və Rumın Milli opera evi[/caption]Dərzilər qülləsi (Tailors’ tower) – Teatra gəldiyiniz yolla davam edərkən yolun sağında görə bilərsiniz. Clujda 18 dənə qoruma və gözətçi qülləsi olub və bunlara müxtəlif peşə sahiblərinin adları verilib (dərzilər qülləsi, qəssablar qülləsi və s). Şəhərin qüllələrə yaxın yerlərində məhz o peşə sahibləri yaşayırdılar və şəhəri, şəhərə olan hücumlardan qorumaq məhz bu peşə sahiblərinin vəzifəsi idi.Şəhər divarları (The city walls) – 1241-ci ildə tatar işğalından sonra şəhəri tatarların hücumundan qorumaq üçün tikilib. Şəhər divarları demək olar ki, bütövlükdə dağılsa da çox kiçik bir hissəsi bu günümüzə gəlib çatıb.Əczaçılıq tarixi kolleksiyası (The collection of the History of Pharmacy) – Kolleksiya Clujda əczaxana kimi tanınan ən qədim binada yerləşir (1573-cü il). Tarixi dövründə kolleksiya bir neçə əczaçı ailəsi tərəfindən əl dəyişdirib və bu gün “muzey” kimi fəaliyyət göstərir.Şəhər qəbirstanlığı (The Central Cemetery) – Qəbirstanlığın tarixi 1585-ci ildə taun xəstəliyindən ölənlərin şəhər divarlarından kənarda basdırılması ilə başlanıb. 400 ildən çoxdur ki, fəaliyyət göstərən bu qəbirstanlıqda ən qədim baş daşının üzərindəki tarix 1599-cu ili göstərir. Qaldığım otel qəbirstanlığın demək olar ki, içində yerləşdiyindən, “otel”dən rahatlıqla qəbirstanlığa düşmək olar.Beləcə bu yerləri bir-bir gəzib, qaldığım aparta qayıtdım. Səhərisi gün tezdən oyanıb, Drakulanın doğulduğu və orta əsrlərdən qalma rəngli-rəngli evləriylə məşhur Sighişoaraya gedəcəkdim.Beləcə Cluj-Napoca yazımı burada bitirirəm. Növbəti yazıya Sighişoaradan davam edəcəm.  Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh

851 dəfə oxunub

İtaliya bələdçisi - Birinci hissə

"The sun under Tuscan", "Letters to Juliet", "To Rome with Love" və bu qəbildən olan sairə kinolara baxan hər bir romantik qızın arzusudur ki, ömründə heç olmasa bir dəfə də olsa İtaliyanı görsün P.S.Postum çox uzun olacağından, 2 pərdəli etməyi düşünürəm:) İstəyirəm ki, İtaliya arzusunda olanlar texniki məsələlərlə yanaşı, küçədəki tanımadığımız insanların bizə münasibətini də görsün:)Birinci hissə:Sizə keçən ilin elə avqust ayında etdiyim İtaliyaya səyahətim və xüsusilə də italyanlar barədə danışmaq istəyirəm İtaliyaya gedib düşəndə başa düşürsən ki, onları niyə Avropanın Qafqazlıları adlandırırlar, adamlar bir sözlə möhtəşəmdirlər, qanun yox, qayda yox, hər şeyi öz keflərinə uyğunlaşdırıblar! Almaniyanın yağışı, havası qədər də soyuq insanları məni o qədər bezdirmişdi ki, İtaliyaya getməyi iplə çəkirdim. Getmək üçün qərar verdiyim gün biletlərin qiymətinə baxdım, ucuz hava yollarının hərəkət etdiyi aeroportlar mənim şəhərimdən uzaq olduğu üçün, 30 avroya avtobus bileti alıb plansız-bronsuz Milana yola düşdüm. 3 şəhərdən - Almaniyadan, Fransadan, İsveçrədən keçərək, İtaliyaya gəlib çatdım. Həyatımda bəlkə də indiyə qədər atdığım ən düz addımlardan biri ölkələrarası bu 13 saatlıq məsafəni avtobusla getməyim oldu. Cənnət deyilən bir yer elə burnumuzun ucunda, İsveçrə İtaliya sərhədi imiş. Fərhadın Şirin üçün oyduğu qədər gözəl, sıldırım dağ-qayalıqlardan oyulmuş, göllə eyni səviyyədə olan fovqelade yollar, şiş uclu dağların başına qədər uzanan, kiçik, səliqəli, eyni formada olan american style evlər, yaşıllıq, göyün üzü ilə eyni rəngdə olan "əməzinq" göllər, göldə qayıqla üzən, paraşüt, çərpələng uçuran insanlar, göydəki buludların bütün bu gözəlliklə ahəngi adama nağıllar aləmindəki kimi hiss etdirir.İstiqaməti necə müəyyən etməli: Yay vaxtı olduğundan, bütün tanışlarım tətil üçün ölkəyə döndüklərindən İtaliyani tək səyahət etməli oldum (tək səyahət sevməyənlər üçün belə bir ölkəyə tək getməyi məsləhət görmürəm:)). İtaliyada səyahət etmək çox rahatdır, xəritəni və bus app'ni (mən daha çox Flixbus istifadə edirdim) açıb qoyursunuz qabağınıza, xəritədə ardıcıl olaraq getmək istədiyiniz şəhərlərin yerinə baxırsınız və getdiyiniz şəhərdən (from) gedəcəyiniz şəhərin adını yazırsınız (to). Bu zaman qiymətlər və həmin şəhərə necə gedəcəyiniz çıxır. Məsələn Milan-Florens-Roma-Napoli marşrutu və yaxud istəyinizə uyğun müxtəlif marşrutlar seçə bilərsiniz. Tutaq ki, Milandan Veronaya 1 saat 50 dəqiqə, 7 avro, Veronadan Venesiyaya 1 saat 20 dəqiqə 6 avro. İtaliyada şəhərlər arası məsafə maximum 4-5 saatdır və avtobus biletləri 4-5-6 avroya başa gəlir, sezondan asılı olaraq qiymətlər dəyişir (arta və azala bilər, xeyli müddət əvvəl almaq daha yaxşıdır) və kampaniya dövrlərində 1 avroya da bütün İtaliya şəhələrini gəzmək olar. Kiçik şəhərləri gəzib bitirmək üçün 5-6 saat kifayət edir və siz 4-5 gün ərzində 5-6 və daha çox şəhəri də görə bilərsiniz. Telefonunuzdakı map proqramlarından və turist maplardan istifadə edərək, çox rahatlıqla gəzəcəyiniz yerləri tapa bilərsiniz.Çox rahat və xoşbəxt şəkildə, bəzən dostlar taparaq, demək olar ki, 5 gün ərzində 6-7 şəhər gəzdim və bir-iki xırda detaldan başqa məni narahat edəcək heç bir şey olmadı. Ən uzun müddəti Romada keçirdim, daha çox qalmağı planlayırdım amma muzeyləri, şəhəri görmək üçün 2 gün kifayət etdi. Şəhərdə heç bir mapdan istifadə etmədim, elə şəhərdə gəzə-gəzə bütün muzeylərin, memarlıq abidələrinin üstünə gedib çıxdım Səhv etmirəmsə hər ayın sonuncu bazar günü Romada muzeylər pulsuzdur, bunu muzeylər üçün xeyli fee ödəyəndən çox zaman sonra bildim Vyanadan sonra Romanı da açıq səma altında muzey adlandırmaq olar  Şəhərdə sanki Tanrı Romanı yaratdı və muzeylər, heykəllər sıxılmasın deyə, sakinləri, küçə rəssamlarını, musiqiçiləri, bal ayına gələn çütlükləri əlavə etdi deyə bir abu-hava var Qalacaq yer: İtaliyada hotel və hostellər çox ucuzdur, 10 avroya şəhərin mərkəzində hostellər və ya ucuz qiymətə airbnb tapa bilərsiniz. Couchsurfingdə qeydiyyatınız varsa və inanılır usersinizsə, sizi qonaq edənlər də tapıla bilər.Nəqliyyat: Avtobus olaraq, Flixbus, Meqabuslardan istifadə edə bilərsiniz. Qatarla avtobus demək olar ki, məsafəni eyni saata gedir və qiymətləri eynidir, qatar bəzən daha bahadır. Blablacarda qeydiyyatdan keçib, ratingsi yüksək olan sürücülərlə səyahət edə bilərsiniz.Yemək: Kafe və restoranlar demək olar ki, xeyli bahadır və qiymətlər 6-7 avrodan başlayır.Muzeylərə giriş: Əksər muzeylərin girişi pulludur və 10 avrodan başlayır qiymətlər, bir neçə muzeyə girişi paket şəklində alsaz, daha ucuza başa gələr.Xərclədiyim məbləğ: 5 gün ərzində ümumi olaraq 200 avroya yaxın pulum çıxdı.P.S.S. Suallariniz olarsa, ikinci hissədə cavablaya bilərəm.P.S.S.S. Şəkillər olan telefonum xarab olduğu üçün googledan bir neçə şəkil atıram   Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı:Narmin Kamilsoy     

638 dəfə oxunub

Hindistan bələdçisi - Goa

Goadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Hindistan ???????? 22.01.2013-18.04.2014 10.10.2014-03.03.2015 Deməli, gənclər, təsəvvür edin ki, oturmusuz evinizdə çay içirsiniz, heç kimlə işiniz yoxdu, telefonunuza gələn bir mail ilə qısa bir zamanda Hindistana getməli olacağınızı və təqribi 3 ay orda yaşayacağınızı öyrənirsiniz. Hər kəsə salam bu arada. Vizanı Moskvada aldım, 10 iş günü deməklərinə baxmayaraq 7 iş günü sonrası visa hazır olmuşdu. Visanın dediklərindən tez hazır olmasına sevinməmişdim :)) Hindistana ilk səfərim Moskva - Doha (Qətər) Doha - Dobalim (Goa İndian) baş tutmuşdu. Təyyarə hava limanına enərkən tam ciddi deyirəm, öz-özümə təyyarədən enməyəcəm, bu təyyarə ilə də geri dönəcəm deyə fikirləşirdim. Mənzərə sadəcə qorxunc idi. Təyyarə endi, ön sırada oturmağıma baxmayaraq təyyarədən enən axırıncı mən oldum. Yaşayacağım evə doğru yol aldım. "Luis quest House" adı keçən qonaq evinin sahibi Mr.Luis məni qarşıladı. Evin açarlarını verdikdən sonra bunları dedi: "Hindistana xoş gəldin. İlk baxışdan xoşa gəlməsə də əslində çox gözəl yerdir Goa. Və insanı iki dəfə ağladır Hindistan, bir gələndə bir də gedəndə." Bir çoxumuz kimi Hindistan adı çəkiləndə ağlıma ilk gələn, Taj Mahal, Fillər mənim dostumdur, Bob Morley, yaşayış səviyyəsi çox aşağı olan bir ölkə , biraz dərin fikirləşsək, Mohandas Gandhi, yoga, büstlər, büdlər və s. gəlirdi. Əlbətdə ki, bütün bu sadaladığım hər şey var və olub bu ölkədə amma sadəcə bunlar yox. Hindistan haqqında nə qədər yazsam azdır, sadəcə 9 ay yaşadığım Goa Ştatı haqqında yazım. Hindistanın 29 ştatı var və Goa bunların içərisində ən varlısıdır. Orta əmək haqqı Goada 5400 rupi yəni (94$) Goada əsas dillər konkani və ingilis dilidir. Əhalisi 1,8 milyondur. Bu arada Hindistanda 22 qəbul olunmuş dil var. Əsas nəqliyyat vasitəsi motordur. Paytaxt Ponjim. Goada içkili və yaxud sürücülük vəsiqəniz olmadan motordan istifadə edirsinizsə bunun cəzası 100 rupi ilə 500 rupi arası dəyişir. Orta təbəqə yaşayan çox azdır, bu demək olar ki, bütün Hindistanda eynidir. Çox varlı təbəqə var və çox kasıb. Goa yay istirahəti üçün əslində çox gözəl bir seçimdir. Yay yəni bizim qış. Dəniz sezonu Goada oktyabr ayında başlayır və aprelin ortalarına kimi davam edir sonra isə musson yağışları başlayır. Dənizə (Hind okeanına axan Ərəb Dənizi) 150-200 metr məsafədə 4 nəfərlik bir ev kiralamaq təxmini 250$-300$. Ümumilikdə götürsək ucuzluqdu. Hindlilər gedən kafelərdə yemək yesəniz 1$-1,5$ biraz bahalı restoran və ya kafelər 5$-7$ pulunuz çıxacaq. Bu arada Hindlilər yeməklərini əllə yeyir, oturduğunuz kafedə iki gənc sevgili bir-birlərinə əlləri ilə aş yedizdirsələr təəccüblənməyin) "Old Mong". Goaya məxsus romdur 40 dərəcə spirt qiyməti 1,5 $, amma çox dadlıdır. Hindistan mətbəxi şəxsən mənim çox xoşuma gəldi. Masala, chicken tikka masala, Lamp biryani və s. Bu arada Bakıda olanda hind restoranları görmüşdüm, yolunuz düşsə məncə bir dadına baxın. Çox acı bir mətbəxtdi və çox baharatdan istifadə edirlər. Hindistanda əsas din Hindiuzimdir, əhalinin 80%-i bu dinə inanır, 13% İslam, digər faizləri isə büdpərəstlər və xristianlardır. Goada 30% xristianlar yaşayır. Goa keçmişdə Portugaliyanın əsarəti altında olduğu üçün ştatda çoxlu kotolik kilsələrinə rast gəlmək mümkündür. Hindistanın tarixi doğurdan çox zəngin və maraqlıdır, əgər yolunuz düşsə, Xampi, Karnataka, Murdeşvar bu şəhərlərdə yerləşən tarixi abidələri kilsələri ziyarət edin. Təbiəti çox gözəldir. Goada həyatınızda görə biləcəyiniz ən gözəl gün batımını izləyə bilərsiniz. Goanı bəlkə də başqa bir dünya adlandırmaq olar, insanların yaşam və davranış tərzi çox fərqlidir. Bir anlıq keçmişə qayıtmış kimi olur insan. 100-150 il əvvələ. Hindistanın ucqar bir şəhərinə getsəniz telefon və televizorun icadından xəbəri olmayan insanları görə bilərsiniz. İnək, siçan, ilan və başqa bir çox heyvanlar Hinduizm dinində müqəddəs sayılır. Avtobusda gedərkən 1,5 saat yoldan ilanın keçməsini gözlədiğim olub, yoldan qovmaq günahdır çünki gərək özü keçsin. Evə siçan girəndə həmin gün o evdə bayram kimi qeyd olunur, çünki ən mehriban tanrılarından olan "Ganeş" siçanın üstündə hərəkət edib. Heyvanlara qarşı olan bu sevgi və hörmət səbəbi reankarnasyondur. Ölümdən sonra təkrar dünyaya gələndə, həyatlarını həmin hörmətsizlik etdikləri heyvan olaraq davam etdirməsi qorxusu. Qadınların alınlarında olan Xal "Bindi" 3-cü gözdür. Qadınları pis əməllərdən, pis düşüncələrdən qoruyasan nöqtə. Bekar qadınlarda qara, evli qadınlarda qırmızı olur. Eyni zamanda evli və subay qadınların geyimləri "sara" da fərqlidir. Hindistandan gedəndə mr.Luis dediyi kimi heç də ağlamadım, əksinə çox sevinirdim. Amma tam 7 ay sonra öz istəyimlə 5 ay qalmaq şərti ilə bir daha qayıtdım... 26 fevral 2018. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Cavid Bayramov

1246 dəfə oxunub

Atlantik okeanının incisi - Kanar adaları

Hər kəsə yenidən salamlar! Kiribati ada ölkəsinə gedə bilməsəm də 1 həftəlik dünyanın bu biri başına, Atlantik okeanındakı KANAR adalarına getmək şansım oldu. Təcrübələrimi bölüşüm bəlkə getmək istəyənlərə faydalı məlumat olar.Əvvəlcə bilməyənlər üçün deyimki Kanar adaları İspaniyaya məxsus Afrikanın qərbində, Atlantik okeanında yerləşən 7 adadan ibarətdir. Dünya üçün okeanın ortasında sadəcə kiçik nöqtələrdən ibarət olsa da, yaxın tarixə qədər yetərincə müharibə görmüş yerdir.Biz sadəcə "low cost" gediş gəlişin rahat olduğu, ən böyük ada olan Tenerifeyə gedə bildik. Adada ortalama 1 milyon adam yaşayır. Məncə az deyil. Bakıdan uçuşlarla bağlı məlumatım yoxdur ama qiymət bir qırağa 1-2 stopla 10 saatdan çox vaxt tələb edir.Uçuş biletləri və otel rezervasiyasını 6 ay öncədən etdiyimiz üçün xərcləri aşağı tuta bildik.Çox yerə olduğu kimi Kanar adalarına da Ryanairin "low cost" uçuşları var:Frankfurt-Tenerife-Frankfurt - 2 nəfər 262 Euro - 6 euro əlavə 10KG handbagage.    Plan bütün adanı gəzmək idi və kirayə maşın götürdüyümüz üçün oteli mərkəzdən, Los Americasdan 25km kənardan, Okeanın sahilindən tutmuşduq. İki nəfər üçün 3 ulduzlu otel səhər yeməyi daxil, okean mənzərəli 7 gün üçün 356 euro.   Los Americasda isə demək olar hər şey bir aradadır. Sudan çıxıb elə qurumamış bir başa brand mağazalara ya daki restoranlara girə bilirsiniz. Sadəcə bir həftə ordakı çimərliklərdə vaxt keçirməyə də dəyər.Maşın kirayəsi də ucuz idi. 7 gün üçün 70 euro və əlavə 30-35 euro benzin (təxmini 450 km sürdük). Bir də yerli, milli "Bar-Baku" gördük. Adada rus turistlər çox olduğu üçün Bar biraz onlara uyğun xidmət göstərir, hansı ki, məncə doğrudur, ama yenə də azərbaycanca menu var idi və gözəl milli yeməklər. Bir şey varki, "google map"də bar haqqında çoxluq "gözəl kiçik rus barı" kimi rəy yazır.    Ümumi desək iki nəfər üçün uçuş+otel+maşın kirayəsi birgə təxmini 730 Euro. Əlavə gözə çarpası xərcləriniz okeanda tur və Aquaparklaradı. Siam Park və Lora Park dünyanın ən böyük Aquaparklarındandır. Hər birində azı 6-7 saat keçirirsən və yenədə tam gəzib bitirə bilmirsən.   Görməli yerlər adanın müxtəlif yerlərində olduğu üçün yaxşıdır ki, maşın götürəsiniz.Yeni bahalı otel reserv etməyə dəyməz, çünki onsuz gününüz çimərliklərdə və parklarda keçir. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…  Paylaşdı: Rashad Bakirov          

1530 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!