1074 dəfə oxunub

Mərkəzi Avropa bələdçisi - Vyana, Praqa, Budapeşt

Qrupda ayrılıqda Vyana, Praqa və Budapeşt haqda yetərincə post var. Əgər siz bu 3 şəhərdən heç birində olmamısınızsa amma səyahət planınız varsa, ümid edirəm postda bu 3 şəhərin müxtəlif nüanslara görə müqayisəsi sizə yardım edə bilər.

Budapeşt - digər 2 şəhərdən üstünlükləri:

1. Nəqliyyat sisteminin rahatlığı: (istədiyiniz yerə vaxtında və rahat çata bilərsiniz. Nəqliyyat qiyməti isə o qədər də baha deyil, 1günlük kartın qiyməti hardasa 5 avro təşkil edir.
2. Dunayın möhtəşəmliyini görmək istiyirsizsə, mütləq Budapeştə baş çəkməli və kiçik gəmilərlə Dunay turuna çıxmalısız. Şəhərin əsas məşhur yerləri elə Dunay ətrafında cəmlənib. (Parlament ,körpülər və s)
3. Daha ucuz şəhər olması: gündəlik ərzaq, qiymətlərindən tutmuş restoran və kafelərdə təklif olunan qiymətlərə görə daha sərfəlidir. Yeni il ərəfəsi bu ucuzluq daha da gözə çarpır.
4. Parklarda və ictimai yerlərdə free wifi-lardan çox rahat istifadə. Əgər macar nömrəniz yoxdusa, narahat olmağa dəyməz. Şəhərin ictimai Wifi sistemi sizi darda qoymayacaq.
5. Daha sakit şəhər: hava qaraldıqdan sonra Budapeştdə həyat Vyana və Praqaya nisbətən daha sakit olur. İnsanlar da əsasən Dunay sahilində gəzintiyə və vaxt keçirməyə üstünlük verirlər. Əgər siz gurultu,səs-küy xoşlarımırsınıza, dəyərləndirə bilərsiniz.
6. Təbiət- Budapeştin daha bir üstün tərəfi böyük parklarının çoxluğu və açıq təbiətlə şəhərin birgə harmoniyasıdı. Elə şəhərin içindəcə siz parklarda təmiz havadan həzz ala bilərsiz

Vyana - üstün tərəflərini sadalamağa başlasaq ilk insanların daha elitar və aristokrat davranışı və ümumi xarakterini qeyd etmək lazımdır.
1. Dəbdəbəli və bahalı həyat görmək istiyirsizsə, Vyanaya mütləq baş çəkin.
2. Şəhərsalma sisteminin möhtəşəmliyi: demək olar ki, bir-birinə yaxın mədəniyyətlər olduğu üçün Vyanada yerləşən bir çox tikililərdə alman dəqiqliyini və interyerini görə bilərsiz. Piyada istədyiniz yeri çox asanlıqla gedib tapmaq mümkündür.
3. İncəsənət və tarixlə maraqlanırsızsa, Vyanada Gothic üslubda kilsələr, müxtəlif binalar, muzeylər sizi gözlüyür.
4. Əyləncə: şəhərdəki müxtəlif oyun və atraksion parkları gənc yaşda olanlar üçün əsl cənnətdir. Disneyland tipli əyləncə xoşluyanlar şəhərin bir neçə yerində karusellərdən və müxtəlif əyləncə mərkəzlərindən yararlana bilərlər.

Praqa -
1. Şəhər canlılığı: Praqada 2-3 gün ardıcıl bütün gün boyu gəzsəniz belə şəhərdə darıxmıyacaqsız. İnsanların gülərüzlüyü və səmimiyyəti sizə "soyuq avropa insanı" ifadəsini unutduracaq. 1 dəfə Praqada olmaq kifayət etmir. Təkrar olaraq yenə gəlmək istiyəcəksiz
2. Gecə həyatı: Praqa gecə yatmır desək şişirtmiş olmarıq. Hava tam qaralandan sonra şəhər başdan-başa işıqlara bürünür. Publar, kafelər, restoranlar, klublar gecə yarısına və ya səhərə qədər sizin ixtiyarınızdadı.
3. Bu şəhərdə həqiqətən pivə şərqdə çayın sevildiyi qədər sevilir. Praqada mütləq yerli pivə növlərinin dadına baxa bilərsiniz, eləcə də pivə muzeyini ziyarət edə bilərsiniz.
4. Şəhərin təmizliyi: Şəhərin mərkəzi və turistik yerlərində insanların sıxlığına baxmıyaraq şəhərin təmiz olması diqqəti cəlb edir. "Yerdə kağız da görmərsiniz" ifadəsi məncə elə Praqaya uyğun gəlir.

Əlbəttə ki, müqayisəni uzadıb üstün tərəfləri daha da sadalamaq olar. Lakin, bir insanın səyahət etdiyi yeri bəyənməsi, zövqündən,səyahət etdiyi mövsümdən və s. şeylərdən asılıdır. Gəlməmişdən əvvəl isə nə qədər yaxşı səyahət planı hazırlasanız bir o qədər rahat və yaddaqalan vaxt keçirəcəksiniz.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Erkin Afandi

DİGƏR BLOQLAR

Ecazkar Bali

Balidəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Zümrüd rəngli düyü terrasları, möhtəşəm qoxulu qərənfil və darçın ağaclarından ibarət tropik meşələr, insanı rahatladan musiqilər, yerli rəqslər, sənət, rituallar, sirli məbədlər və möhtəşəm mədəniyyəti ilə xəyallar adasıdır Bali. Səyahəti sevirsinizsə və səyahət barədə düşünərkən ürək ritminiz dəyişirsə dünyada ən çox səyyahın məskunlaşdığı bu cənnət adaya getdikdən sonra qayıtmaq istəməyəcəksiz.Xoş xəbər verim, növbəti ilin iyul ayından THY İstanbuldan Baliyə birbaşa reys açacaq. Bali adası çox böyük bir ada deyil, adanın ətrafında 360 dərəcə tur atmaq üçün yarım gün yetərlidir. Lakin adanın daxili o qədər zəngindir ki, bəlkə də bir ay burada gəzdikdən sonra adanı tam gəzdim demək olmur. Adanı tam yaşamaq üçün səyahət dövründə 1 yerdə deyil, adanın muxtəlif bölgələrində qalmaq lazımdır. Adanın 360 dərəcə sahilləri yerlilər və turistlər üçün açıqdır. Bütün otellərin əraziləri dəmiz qumunun başladığı hissəyə qədərdir. Ən bahalı otel belə olsa ərazisindən sahilə keçid üçün mütləq yol ayırmalıdır. 1970-ci illərində əvvəlində Balidə 10 mərtəbəli otel tikilmiş, bundan sonra adanın görünüşünü itirdiyi üçün uca mərtəbəli binaların tikintisinə qadağa qoyulmuş və bina hündürlüyünə “adadakı ən böyük palma ağacından hündür ola bilməz” şərti gətirilmişdir.Kuta bölgəsi buranın ən səs-küylü, əyləncəli və çirkli, Nusa Dua sakit və müasir otellərin yerləşdiyi, Ubud möhtəşəm təbiətin olduğu ərazilərdir. İndoneziya müsəlman ölkəsi olmasına baxmayaraq Bali adasının 90%i induizmə sitayiş edir. Bali tropik adadır, ilin bütün aylarında istilik 25-35 dərəcə altında dəyişir, yağış və quru sezonları vardır. Martdan oktyabra qədər quru sezon, noyabr-mart arası isə yağışlı sezon sayılır. 1 saat içində həm musson yağışına düşə, həm də 35 dərəcə istilikdə günəş şüalarından yana bilə bilərsiniz. Sezondan asılı olmayaraq yağışlar adətən gecə saatlarında yağır. Adada 10-50 dollar aralığında avtomobil kirayə götürə bilərsiniz. 5-10 dollar isə sığorta haqqı ödəmək lazımdır. Sükan sağ tərəfdədir və yollarda tıxac çoxdur, ona görə avtomobil kirayə götürməyi məsləhət görmürəm. Həddən artıq moto istifadəçisi var. Moto kirayəsi və benzin çox ucuz olduğundan təcrübəsiz adamlar həvəslənib moto kirayəyə götürürlər və buna görə tez-tez qəzalar baş verir. Yolda polislər saxladıqda bir miqdar pula alıb buraxırlar, cərimələnmə prosesi və ödəniş çox qarışıqdır.Otellər çox sərfəlidir, yemək ucuzdur, düyüdən demək olar bütün yeməklərdə istifadə edilir, çörəklər düyüdən hazırlanır, lakin yerlilər demək olar çörək yemir. Düyüdən hazırladıqları yerli içki olan “araq”ı  oteldən kənarda içməyin. Ubud bölgəsində olduğunuz zaman möhtəşəm mənzərəsi və çox ucuz qiymətləri olan “İndus” restoranına mütləq gedin. Adada dağlıq hissələr bəzən çox sərin olur, nəm daima yüksəkdir, məbədləri ziyarət edərkən kişilərdə şortik, qadınlarda qısa yubka geyinməsini yaxşı qarşılamırlar, bunun üçün bütün məbədlərin girişində bağlamaq üçün xüsusi parça (sarong) verilir. Aeroportda düşdükdən sonra bütün qarşılaşdığınız yerli sakinlər gülürlər, aqressiv insan tapmaq çətindir, taksilər turistlərdən artıq pul almaq istəsələr də gəzdiyim ölkələr arasında ən möhtəşəm yerli xalqı Balidə görmüşəm. 2 dəfə dəyərli əşyalarımı itirmişəm və hər ikisində qaldığım oteli tapı geri qaytarıblar. Çətin ki, bir daha hansısa ölkədə belə halla qarşılaşım. Pul vahidləri rupidir. 100 dollar 1.4 milyon rupidir. Milyonçu olmaq istəyirsinizsə ada sizin yolunuzu gözləyir.  Saatları bizim ölkəmizdən 5 saat irəlidədir.Günəş tez çıxıb tez də batır. Gedərkən hər hansı vaksin və ya iynə vurmağa ehtiyac yoxdur. Bizim ölkə üçün 1 ay vizasız səyahət verir. 80 dollar ödəyib 1 ay da əlavə qalmaq olur. İl ərzində istənilən qədər çıxış-giriş etmək olur. Dünyada ən çox səyyah Bali adasında məskunlaşıb, ona görə buraya səyyahlar adası da deyilir. Yollar, küçələr günün istənilən saatında təhlükəsizdir. Avtobuslar demək olar ki, istifadə edilmir. “Uluwatu” məbədinə mütləq gedin, orada gördüyüm mənzərənin təsirindən hələ də çıxa bilmirəm. Çimərliklərin sayı hesabı yoxdur, hər biri digərindən gözəldir. Dünyada ən ucuz və ən keyfiyyətli masaj Balidədir. Bütün kəndlərdə və sahillərdə masaj yerləri vardır. Bali haqqında günlərlə yaza bilərəm, hətta növbəti səfərimdə 1 aydan çox orada qalıb ada haqqında kitab yazmaq fikrindəyəm. Bir gün əlinizə şans düşəcəksə bu adaya mütləq gedin. Bali həyatınızda silinməz bir iz qoyacaqdır.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gəzgin Həyat

813 dəfə oxunub

Baqajınız zərər gördükdə nə etməli?

25 Ölkədə olmuşam, fərqli hava yolları ilə uçuşlar etmişəm. Soruşsanız ki ən pis hava yolları hansıdır, şübhəsiz ki, Amerikada daxili uçuşlar icra edən hava yollarının adını çəkəcəm. Bunlardan biri də Frontier'dir.Çiynimizdə 1 ədəd çanta, 1 ədəd kiçik TravelGuitar və mənim Tar alətim var idi.Təyyarəyə minik başlayanda mənə bildirdilər ki,çantalar free'dir amma 1 adam 1 alət götürə bilər özü ilə və hər alətə görə də 55$ ödənilməlidir. Bildirdim ki, Tar ilə Gitaramı üst üstə qoyanda heç normal akustik gitaranın ölçüsü etmir. Dedim ödənişi edirəm amma Tarı özümlə Cabinə götürmək istəyirəm. Çox aqressiv şəkildə yox dedilər Tar baqaja getməlidir. Gitaranın furlyarı nazik olduğundan onu baqaja verə bilməzdim. 5/7 dəqiqə dirəşsəm də day uzatmadım ( Tarın Hard case'i olduğuna görə dəfələrlə baqaja gedib və sapsağlam alətimi hava limanından götürmüşəm ) Amerika daxili isə ilk dəfə idi baqaja verirdim Tarı. Alətin üstünə əlləri ilə böyük “ FRAGILE “ yazmaqlarına baxmayaraq getdiyimiz ştatın hava limanında futlyarın qarpız kimi partladığını gördüm. O cür bərk materialın çatlayıb aralanması üçün çox hündürdən çırpmaq və yaxud üzərinə hədsiz ağır əşya qoyulmalıdır. Baqajda alətə alət kimi yanaşmayıblar, üstündəki yazıya isə heç fikir verən olmayıb. ( Amerika daxili 2 uçuşda 3 çimodanımızı qırıblar fərqli hava yolları ) Çimodanımızın birini də bunlar qırdı " sağolsunlar ". Bu vaxta kimi heç vaxt hava limanlarında yaxınlaşıb qırılmış baqajın ödənişi üçün müzakirə etməmişəm. Lakin təyyarəyə minmədən öncə Tarı məcburi şəkildə əlimdən alıb baqaja verən, aqressiv şəkildə danışan işçilərin sifəti yadıma düşdüyü üçün əsəbləşdim! Dedim bu dəfə qırğın edəcəm!) Dili yaxşı bilməyə-bilməyə indi ya sizə verən Allah ya mənə misalı ilə söhbət eliyirəm. Sağolsun dostum #Malik bizi qarşılamağa gəldiyi üçün ətraflı müzakirələri o aparmağa başladı.Hava yolları nümayəndəsi Qırılmış baqajların şəklini çəkib özlərinə götürdülər araşdırma üçün, bizdən də əlavə məlumatlar aldılar.Bir müddət sonra mail yazdılar ki, 55$ alət üçün, 75$ baqaj üçün ödənən məbləğlər kartınıza qaytarıldı və dəymiş ziyanın qarşılığı olaraq sizə 400$-lıq uçuş bileti təklif edirik.Mənə ?! 55$? uçuş bileti ?! Əsəbim 3 qatına çıxdı! Mən o ödənişlərdən imtina etdim! Bildirdilər ki, bizə çek təqdim olunmadan biz sizə əlavə ödəniş etməyəcəyik. Çekləri atmamağın necə vacib olduğunu indi anlamışdım) Çimodanın çekini atdığıma görə o məbləğ ödənilmədi amma Tarın və futlyarın çeki var idi. Sağolsun dostlarımın biri musiqi mağazasının arxivindən qaiməni tapdı, digəri isə tərcümə+təsdiq elətdirib mənə göndərdi! Həmin tərcümə+təsdiq olunmuş qaiməni adı keçən hava yollarının mailına göndərib " Dİ HI " dedim öz ləhçəmiz ilə) Utanmadan hələ də 400$-lıq bilet təklif etdilər. Dedim a kişi, a xala, a bibi, a əmi başınıza dəysin e sizinlə səyahət edən deyiləm bir daha!Biraz uzun çəkən prosesdən sonra nəhayət ki dünən ünvana 1,750$ ???? dəyərində çek göndərdilər!) Sağolsun hava yollarına həftədə 3 dəfə zəng edən Malik! Ona bir sandwich borculyam ???? ( çox güclü qonaqlıqdır )Deyəcəyim odur ki, qaimələrinizin qədrini bilin ???? və baqajınız qırıldığında haqqınızı tələb edin ki, hava yolları şirkətləri özlərini adam kimi aparsınlar.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Rizvan Aliyev

638 dəfə oxunub

Almaniyanın ən şimalı - Flensburg

Flensburgdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salamlar hər kəsə..Həmişə bu qrupdan yararlanmışam, düşündüm ki, indi də bura nəsə qazandırmaq vaxtıdı :) Mən Almaniyada master təhsili alıram.. 1 şəhərdə yaşayıram, 2 şəhərə 1 günlük səyahət etmişəm.. təcrübələrimi bölüşmək istəyirəm..Flensburg - ilk danışacağım şəhər olacaq ki, Almaniyanın ən şimal şəhəridi.. Bura gəlməzdən əvvəl bəzi stereotiplərim vardı ki, çox kiçik və soyuq olması ilə bağlı..Amma ki hər ikisində yanıldım deyə bilərəm, əgər yolunuzu bu kiçik və tarixi Alman şəhərindən salmaq istəyirsinizsə bəzi şeyləri bilmək lazımdı..Flensburg Danimarka ilə 7 km sərhəddə yerləşən 89 min əhalisi olan bir liman şəhəridi.. amma bu liman çox dar olduğundan iqtisadi məqsədlərlə çox da istifadə olunmur.. Şəhərə ən yaxın böyük şəhər təxmin edə biləcəyiniz kimi Hamburgdu.. Hamburgdan bura Flixbuslar 4 saata və daha tez gələ bilir.. Qatar yollarından isə özləri də şikayət edir.. Flixbus daha məsləhətlidi..Şəhər Schleswig-Holstein torpağında yerləşir ki, bu əhalisi ən yaşlı və ən xoşbəxt olan Alman torpağı hesab olunur :) Digər şəhərlərdən ən böyük fərqi təbii ki, dəniz və sərhəd olmasıdı.. Danimarkada qiymətlər çox baha olduğundan, Flensburg önəmli bir alış - veriş şəhərinə çevrilib.. Gəlib burdan alış - veriş edirlər..Şəhərin insanda yaratdığı təəssürat isə tarixi bir kənddi sanki.. amma ki yaxşı mənada çünki şəhəri sanki meşənin içində gizlədiblər.. hədsiz çox yaşıllıq var.. hələ bizim campus ümumiyyətlə cənnətdi :)Şəhər mərkəzi çox kiçikdi.. elə çox məşhur tikilisi yoxdu, amma insanları çox gülərüzdü və şəhər az toxunulub, havası çoooox təmizdi.. Bakıdan gələndə ilk günlər nəfəs almaqda çətinlik çəkirdim :)Havası isə o qədər də soyuq deyil.. mən proqramda hər gün Munich, Milan ve Bakı ilə müqayisə edirəm.. Cənubdan bəzən isti çox vaxt isə bərabər olur.. Milandan və Bakıdan da isti olduğu günlər olur.. bu isti bu ilə özəl imiş..İnsanları hədsiz gülərüz və dostcanlısıdı.. Hər gün şəhər küçədə hamı bir-birinə salam verir “Moin” deyə.. Bu Danish dilindən gəlmədi bu bölgəyə məxsusdu:)Şəhər 1861-ə qədər Danimarkaya məxsus olduğundan mədəniyyətlərin vəhdətini görmək mümkündü.. şəhərdə Danish və Türk azlıqları var.. “Türkcə bilirsənsə Flensburg sənin evin kimidi”.. deyirlər :)Şəhər Almaniya standartlarında ucuzdu..Avropa standartlarında isə özləri dediyi kimi “super f*cking cheap”di????Bir neçə hotel və hostel var.. Güclü məlumatım yoxdu amma ki onlar da ucuz olmalıdı..Bütün bunlardan əlave çox gözəl dəniz mənzərəsi var ki, hər şeyə dəyər :) Restoranları da çox dadlıdı.. Balıq üstünlük təşkil edir təbii ki.. pivələri isə əladı..“Flensburger” pivəsi isə çox məşhurdu və Almaniyada ən yaxşılardan sayılır.. Şəhərdə müasir şəhər anlayışı və abu havası yoxdu.. Bəzilərinə bu yad gəlir belə yerdə yaşamaq.. amma mənim xoşuma gəlir.. Velosiped dəlisidi.. hər şey yaxın olduğundan maşın mənasız gəlir bunlara.. hamının “yaylıq” bir kabrioleti var, o ayrı ????Velosiped dayanacağında boş yer tapmırsan heç.. Dirəklərə filan bağlayır insanlar.. Bu qədər.. Şimali Almaniyaya yolunuz düşsə, bura 1-2 gün ayırmağa dəyər :)Bu arada Hitler Almaniyasının təslim müqaviləsini bağladığı bina da burda yerləşir, Nazi Almaniyasının son qərargahıdı..Bizim insanların buranı eşitməməsinə səbəb isə bunlar Futbolu yox, Handball-u sevirlər???? Məncə mənasızdı amma, hörmət edirik????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Turan Khalafov

777 dəfə oxunub

Şimalın "Praqası" - Brügge

Brüggedəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Yazını oxumadan öncə istərdim ki, aşağıda yerləşdridiyim İn Brüges filminin soundtrackını açıb yazını elə oxuyasınız.[youtube https://www.youtube.com/watch?v=tW9SWTazdIU]Brüggeyə səyahətim əslində qarışıq hisslərlə başlamışdı və bütün səyahətim boyu bu təzadlı hisslər bir-birini əvəz etdi. Əvvəlcə çox həyəcanla işdən çıxıb hava limanına yollandım, çünki Brüggeyə gedirdim – İn Bruges filmində görüb aşiq olduğum və səyahət etməyi çox arzuladığım Brüggeyə. Hava limanına çatıb yoxlamadan keçdim, bir az Duty Freedə vaxt keçirib üz tutdum təyyarəyə minəcəyim qapıya. WizzAir bir çox hallarda etdiyi kimi, bu dəfə də heç bir ödəniş etmədiyim halda priority boarding vermişdi, buradan onlara xüsusi təşəkkürlər :) deməli təyyarə ilk minənlərdən olacaqdım və qapıda gözləməyəcəkdim. Uçuş saatı yaxınlaşdıqca Brüggeni tez bir zamanda görmək həyəcanı da artırdı. Gəldik təyyarəyə çatdıq, elə yerlərimizi təzə rahatlayıb, kəmərlərimizi bağlamışdıq ki, stüardessalar ilk “qəmli” xəbəri anons etdilər. Deməli uçuşumuz Almaniya üzərindən olacaqdı və anons edildi ki, Almaniyanın hava sahəsində “probka” olduğundan 1 saat gecikəcək uçuşumuz. Bir saat gecikmək o demək idi ki, hava limanından Chareleroi şəhər mərkəzinə normal avtobus tapmayacaqdım. Deməli ya taksi ilə getməli idim ya da xüsusi avtobuslarla və bunlar da nəzərə alınmayan əlavə xərclər idi. Ürəyimdəcə elə AzTV Almaniyaya nə edirsə düz edir deyib :D uçuşumun vaxtınız gözlədim. Nəhayət 1 saat sonra yola düşdük Brussels-Charleroi hava limanına. Buradan Brüggeyə getmək üçün müxtəlif varyantlar var avtobusla Charleroi-Sud dəmir yolunə gedib oradan dəmir yolu ilə Brüggeyə getmək və ya xüsusi avtobusla və ya taksi ilə Brussel mərkəzi dəmir yoluna gedib oradan dəmir yolu ilə Brüggeyə getmək ki, mənim etdiyim variant bu olmuşdu. Amma ən ucuz və rahat varyant www.flibco.com saytından Brussels-Charleroi hava limanından Bürggeyə birbaşa avtobusla bilet almaqdır. Bir tərəf üçün qiymət 17 avrodur əgər internetdən alsanız, yox bileti hava limanından alsanız bir tərəf üçün qiymət 21 avro olacaqdır.Əlqərəz əvvəl taksiylə (bu arada taksilər adam başına 15 avro alır) Brüssel dəmir yoluna, oradan da qatarla Brüggeyə gəlib çıxdım. Təbii ki, bütün yol boyü Brüggeni görmək həyəcanı məni rahat buraxmadı. Gəldim dəmir yolu vağzalının binasını tərk edən kimi 2-ci xəyal qırıqlığı ilə qarşılaşdım. Dəmir yolu vağzalının binası və ətraf ərazilər muasir görünüşlü idi, heç də İn Brüges kinosundakı yerə bənzəmirdi. Dəmir yolu vağzalında olan adamlardan şəhərin tarixi mərkəzinə necə gedəcəyimi soruşub yola düşdüm piyada mərkəzə doğru (hardasa 15 dəqiqəlik yoldur vağzaldan mərkəzə). Elə yolun yarısını getmişdim ki, o məşhur saat qülləsinin kəlləsini gördüm dumanlar içində. O ilk həyəcandan daha sərt bir həyəcan sardı içimi. Qülləyə yaxınaşdıqca tarixi mərkəzdə olduğumu hiss edirdim. Artıq qədim hissədə idim. Və ətrafım kiçik, şirin və tarixi evlərlər əhatə olunmuşdu. Evlərin üstündə tikildikləri illər qeyd olunmuşdu və əksəriyyəti 1500-1600-cü  illərdə tikilmişdi (ağımdan nə köhnə binadır deyib sökəsən?! fikri keçmədi deyil vallah :D ) Brüggenin kanalları və evləriBeləcə soraqlaşa-soraqlaşa, ağzım yarım metr açıq, qədim tarixi binalardan zövq ala-ala gəldim bron etdiyim hostelimə. Brügge kiçik yer olduğundan onsuz da elə çox hostel seçiminiz yoxdur, mən də saat qülləsinə 4-5 dəqiqə piyada məsafəsində olan Charlie Rockets hostelində 6 nəfərlik otaqda özümə yer bron etmişdim. İyun ayı üçün bir nəfərlik yerin qiyməti, bir gecə üçün 21 avro idi. Hostelin giriş mərtəbəsində bar yerləşir, istədiyiniz zaman ora enib məşhur Belçika pivələrinin dadına baxa bilərsiniz. Bu arada mən gedən zaman barmenlərdən biri Əmrah adlı bir türk idi, sağ olsun elə çatan kimi bir flaman pivəsinə qonaq etdi məni :) pivəmi içib Əmrahla bir az söhbət edib qalxdım otağıma sabah tezdən durub free walking tura qatılmalı idim.Səhər saat 10a 20 dəqiqə qalmışdan bir çox turist kimi mən də saat meydanının qabağında free walking turun başlayacağını gözləməyə başladım. Yarım saatın tamamında qərar gəldik ki, bu tur niyəsə təxirə salınıb. Onda backpackımı da çiynimə atıb özümü verdim Brüggenin küçələrinə və növbəti saat 14:30-da olacaq tura qatılmağa qərar verdim. Brüggenin şokolada bənzər evləriİlk öncə deyim ki, Brügge mənim indiyənə kimi gördüyüm ən romantik, ən gözəl, tamamilə bir nağıllar aləmi effekti verən şəhərdir. Evlər o qədər gözəl və şirindir ki, adam istəyir üzərinə Belçika şokoladı töküb yesin :) Şəhər kanallarla əhatələndiyindən Bürggeyə Şimalın Venesiyası deyirlər. Venesiyada olmamışam amma mən bura gözəlliyinə görə Şimalın Praqası deyərdim.Qısaca Brüggedə ne yeyib, içməli? sualını cavablandırım sonra keçək gəzməli yerlər siyahısna. Brüggeyə gəlib də 3 şeyin dadına baxmadan geri dönmək olmaz: belçika pivəsi, belçika vaflisi və  kartof qızartması. Bunların 3-nün də dadına baxmasanız deməyin ki, Brüggedə olmusunuz :) Belçika vaflisiİndi gələk gəzməli-görməli yerlər siyahısına. Brügge kiçik və kiçik olduğu qədər də möhtəşəm memarlığa sahib olduğundan, şəhərin demək olar ki, bütün yerləri gəzilib görülməlidir. Bütün binalar ayrı ayrı gözdən keçirilməli, incələnməlidir. Amma bununla birlikdə bəzi yerlər var ki, bunlar Brügenin olmazsa olmazlarındandır, ingilisler demiş must seedir. City HallŞəhərin ən mərkəzi hissəsi Markt meydanıdır. Meydanın mərkəzində duranda 4 bir tərəfinizdə o gözəl flaman evlərini görəcəksiniz. Bir tərəfdə isə məşhur Belfry və ya saat qülləsini görə bilərsiniz. Qülləyə dırmaşıb oradan bütün Brüggeni seyr edə bilərsiniz, hətta çox uzaq məsafədə olmayan yel dəyirmanlarını belə. Meydanda üzü saat qülləsinə doğru durub sola tərəf yolla getsəniz, Burg meydanına çatacaqsınız. Meydanda ən sağda daş hissələri qaralmış amma qızılı hissələri par-par parıldayan “Müqəddəs qan” (Holy Blood Church) kilsəsini görə bilərsiniz. Mən deyərdim ki, Brüggedə görməli olduğunuz yeganə kilsə məhz budur. Rəvayətə görə içəridə şüşə qabda İsa peyğəmbərin qanı saxlanılır. Kilisədən solda daha bir maraqlı memarlıq nümunəsi City Hall bizim dildə desək icra hakmiyyətinin binası yerləşir. Icra hakimiyyətinin binasının altından yol var kanala doğru. Küçənin adı “Kor uzunqulaq” küçəsidir. Bu küçə ilə davam etsəniz körpünün sonunda sağda kiçik qayıq dayanacağı görəcəksiniz. Burada adam başı 8 avro ödəməklə Brügge kanallarında kanal turu edə bilərsiniz. Qayıq dayanacağından azca irəlidə isə Brüggedə ən çox fotosu çəkilən yeri gör bilərsiniz. O məşhur İn Bruges filmində Kolin Farrell məhz buradakı otelin pəncərəsindən tullanır qayığa. Belfry və ya saat qülləsiƏn çox fotosu çəkilən yerdən cənub-qərb istiqamətində olan ana yolla davam etsəniz qotik üslubda tikilmiş möhtəşəm Məryəm Ana Kilsəsinə (Our Lady Church) çatacaqsınız. Kilsə 13, 14, 15ci əsrlərdə tikilib hündürlüyü 122 metrdir və dünyada 2ci ən hündür kərpic tikili ünvanını qoruyur. Kilsənin içində məşhur italyan rəssam və heykəltaraşı Mikelanceloun “Madonna və uşaq” heykəlini də görmək olar.Kilsədən kanal boyu cənub istiqamətində gələsəniz Begijnhof monastrı ilə qarşılaşacaqsınız. Monastrın həyətı başdan-başa yaşıllığa bürünüb və bütün binalar ağ rəngə boyanıb. Bu 2 rəngin qarışması xüsusi bir gözəllik verir monastra. Monastrın içinə girsəniz içəridə ibadət edən çox yaşlı, beli bükülmüş rahibələri görə bilərsiniz. Rahibələri təsvir etmək üçün orada olan zaman bir türk qrupunu gəzdirən bələdçidən eşitdiyim sözləri yazım siz özünüz qərar verin: Kendilerini böyle adamışlar Allaha, ev yok, çoluk yok, cocuk yok, eş yok” yəqin təxmini təsəvvür etdiniz :D Monastr yalnız qadınlar üçündür axşam saat 7də qapıları bağlanır və o qapıların arxasında nələrin baş verdiyindən heç kimin xəbəri olmur. Begijnhof monastrıBələdçimizin dediyinə görə monastr ərazisi qorunan müqəddəs məkandır. Dediyinə görə kim cinayət edib monastrın ərazisinə daxil olsa, polis onu oradan aparıb həbs edə bilmir, mən də bələdçimizin yalançısıyam :) Monastrın çölündəki kanalın sahilində isə Brüggünin ən çox qu quşları toplaşdığı ərazi dayanır. Burada sayısız hesabsız qu quşu və ördək görə, istəsəniz selfie çəkdirə bilərsiniz :) Buradan kanal boyu davam etdikdə qarşınıza Minnewater gölü çıxacaqdır, gölün içində az sayda olsa da quşları üzür, ətrafı yaşıllıqlarla əhatələnib və çox gözəl mənzərəsi var. Adamın lap otluğa uzanıb kitab oxumağı gəlir. Minnewater gölüŞəhərin əsas görülməli yerləri bunlardır. Bundan başqa mərkəzdən azacıq kənarda olan Yel Dəyirmanlar ilə məşhur parkına da baş çəkməkdə fayda vardır, şəhər mərkəzindən hardasa 15-20 dəqiqəlik piyada yoldur. Yol sizə uzun gələ bilər ama Brüggenin o şirin, şokolada bənzəyən evlərinə baxa-baxa irəliləsəniz vaxtın necə keçdiyini heç hiss etməyəcəksiniz. Brüggeyə getsəniz sadəcə turist xəritələrində göstərilən turistik məkanlara baş çəkməklə kifayətlənmiyin. Şəhərdəki hər bir binanın, hər bir evin, hər bir küçənin özünə məxsus gözəlliyi, tarixi və hekayəsi var. Əsas 4-5 turistik mıkanları gördükdən sonra alın pivənizi, vaflinizi əlinizə, özünüzü verin Brüggenin küçələrinə. Getmişkən 1 tam gününüzü ayıraraq şəhəri doya-doya gəzmənizi tövsiyyə edirəm. Sevimli BrüggeSevimli Brüggem haqqında bu qədər. Yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə sağ tərəf yuxarıda olan “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Sayyeah Blog

1172 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!