2111 dəfə oxunub

Misirə qaynar turla

Qahirədəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Novruz bayramını sevgilimlə Misirdə keçirdik. Trend olan Şarm Əl Şeyx turundan və bütün Misirdən təəssüratları və bütün faydalı məlumatları paylaşıram, əminəm lazımınız olacaq ????????

NECƏ YERDI? GETMƏYƏ DƏYƏRMİ?
Hazırda Şarm ən ucuz kurort zonalarından biri kimi dəbdədir. Azərbaycandan birbaşa uçuş olmasa da Tbilisi aeroportundan çox ucuz getmək olar. Biz bayram sezonunda getdiyimizdən biraz baha çıxdı amma qaynar turları 220-250 USD yə, Aİ(hər şey daxil) 4-5* otellə əldə etmək mümkündür. Büdcəsi aşağı turistlər üçün çox sərfəli variantdır, çünki ölkə də ucuzluqdu. Benzin litri 0.25USD dir. Pulu manatdan düz 10dəfə kiçikdir (1AZN-10egypt Pounds)

İNSANLARI NECƏDİ?
Misirin əhalisi əsasən ərəblər olduğundan almaq istədiyin hər şeyə, bütün ödənişlərə bazarlıq etməlisən. Milli mənsubiyyətimiz bizə çox komfortlu və su qiymətinə hər şeyi almağa köməkçi oldu. Taksi 30 dollardan 3 dollara kimi düşürdü, istənilən yerə maksimum 3 dollar ödəyib gedə bilərsiz. Avtobuslar 5 pound-50 qəpikdi. Amma pulun "zdaca"sını vermirlər nəzərə alın.

İlk addımdan sizi fırlatmağa, pul qoparmağa çalışacaqlar. Aeroporta qələm götürün, immiqrasiya talonu doldurmalısız, onlar 5 dollara doldururlar amma özünüz rahat edə bilərsiz. Biraz yapışqan və bicdilər, ona görə "uyanık" olun. HAMI, dilənçiyə kimi rus dilində bilir və özünü elə Bakıdakı kimi hiss edirsən.55853866_10215120174337920_5069792646172508160_n

NECƏ İSTİRAHƏT ETMƏK OLAR?
Şarm Misirin Asiya tərəfidir və onun daxil olduğu Sinay adasına viza lazım deyil. Amma Afrika tərəfinə, Qahirəyə filan planlayırsızsa elə aeroportda 25 dollar verib ki "nakleyka" alırsız və pasporta özünüz yapışdırırsız. 7 gün rahat hər yeri gəzə bilərsiz. Turunuz 7 gündən çoxdursa gidə pasportu verin polisdə qeydiyyata alsın, pulsuzdu. Sizə otelə gələndən sonra tur gid gəlib turlar təklif edəcək, amma onlar bir qayda olaraq çox bahadı. Şəhərdən 2 qat ucuz tapıb bazarlıq edib daha yarı qiymətinə ala bilərsiz.
Əsas gözəllik Qırmızı dənizdə, suyun altındadı. Tiran adası və Ras Muhammad, Mavi Deşik (dünyanın ikinci ən gözəl diving mərkəzi) diving üçün əla yerlərdi. Diving turu maksimum 20 dollardı. Yolda sizə mütləq paltarın, jiletin, eynəklərin və s. lazım olduğunu deyəcəklər, aldanmayın, boş şeydi fırladırlar ????.

Dəvədə gəzə, kanyonlara səfər edə, kvadrasiklda səhranı fırlana, bədəvilərlə çay içə bilərsiz. Amma heç kimə heç bir kömək eləmələrini istəməyin. Sizə şəklinizi çəkməyi, dəvəyə mindirməyi, çantanızı maşına qoymağı və s. təklif edəcəklər, bu diqqət və mədəniyyət yox, pul tələsidir və sonra pul istəyəcəklər sizdən, fırladırlar ????

QAHİRƏ
Misirdə benzin çox ucuz olduğundan cəmi 10-15 manata avtobusla Misirin paytaxtına gedə bilərsiz. Şəhərin əhalisi 20 milyondu. Biraz çirklidi, qaradı, amma ucuzluqdu. Mütləq tarix muzeyinə gedin, Faraon tarixinin incilərini, hətta 4 min yaşı olan mumiyanı və qızıl heykəlləri görə biləcəksiz. Muzeyə giriş zamanı fotokameraya pul istəyirlər amma telefonla çəkmək pulsuzdu. 55576910_10215120175577951_5137534897589583872_n

GİZA
GİZA qədim şəhərdir, məhşur dünyanın 7 möcüzəsindən salamat qalan yeganə Piramidalar bu şəhərdədi. Amma şəhərin arxitekturası əksinə çox pisdi. Tam tikilmiş binalara ölkədə vergi var, ona görə binaların hamısı yarı yarımçıq tikilib.  Piramidaları görmək üçün getmək lazımdı açıq hava muzeyinə, həm Xeops piramidası, həm, digər piramidalar, həm də Sfinks elə eyni ərazidədi. Ərazi çox böyükdü. Məsləhətdi ki, orda icarəyə dəvə ya da at götürəsiz. Nə qiymət desələr yarı qiymətə razılaşırlar. Təqribən 5-10 dollar arası tez gəzib ən yaxşı yerdə şəkillər çəkə bilərsiz. Amma sürən adam şəklinizi çəksə axırda pul istəyəcək, verməyin, çünki fırladırlar ???? Orda qalası olsaz, mütləq otel gəmiləri götürün, çox romantik və rahatdı, çox maraqlıdı.  Əsl papirusu və xüsusi yağlar və ətirləri də bu şəhərdə alın, ucuz və orijinal olacaq. Dedikləri qiymətləri mütləq müzakirə edin, fırladırlar ???? daha ucuz almaq mümkün olacaq.

ALEKSANDRİYA
Aralıq dənizi sahilində yerləşən, Misirin ən gözəl şəhəridir. Misirlilər özləri burada istirahət edir. İndi 6 milyon idi əhalisi, yayda 18 milyon olur. Daha bir 7 möcüzədən biri, Aleksandriya mayakının qalıqlarından tikilən fortla tanış ola bilərsiz. Ora Avropaya daha yaxındır və çox müasir əhalisi var. Əsl dondurma dada bilərsiz. Amma korallar və ya balıqqulaqları almaq lazım deyil, sərhəddən onları buraxmırlar.

BÜDCƏ
2 nəfər Tbilisidən uçuş və 1 həftəlik 4* otel - 800USD
2 nəfərlik Şarm-Qahirə-Aleksandriya turu(1 gecə Qahirədə qalmaqla) - 230 USD
Diving - 45USD
Hədiyyələr, suvenirlər, shopping - 250USD
Bakı - Tbilisi - Bakı - 105AZN
Tbilisi yemək və shopping - 200USD

Suallarınız olarsa cavablamağa və məsləhət verməyə şad olaram.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Samir Gadirov

DİGƏR BLOQLAR

Al-Batra, Petra Səyahəti

Jordan Qızıl gül renkli şeher . Her vaxtınız xeyirli ve maraqli olsun , Gezeyenler ) Ölü denizle Qırmızı deniz arasında " qızıl gül renkli ve zaman kimi qedim" bir şeher var . Erebler Al-Batra, yunanlar Petra ( yani - daş ) adlandırarlar bu şeheri .Petra İordaniyanın paytaxtı Amman' dan 260km aralıqda, Vadi-Musa - "Hz.Musa peyqemberin deresi " deyilen yerin yanında yerleşir. Şeheri 2000-2500 il bizden evvel, ereb qebilesi Nabatey sıldırım qayalardan oyub yaradıblar . İtmiş ve tapılmayan şeherler siyahısında olan Petra'dan 1000 il dünyanın xeberi bele yox idi. 1812 ilde İşveçreli seyyah İoqan Ludviq Börkxardt bu şeheri aşkara çıxarır .2007 ilde UNESCO Petranı dünyanın yenı yeddi möcüzesıne aid etdi . Petrada 800 çox tarıxı abıdeler aşkar olunub.Biz İordaniya'ya Misirin Taba bölqesinde istirahetde olarken getdik. Ekskursiyanı yerli turagentlikden aldık . Geçe avtobusla otelden çıxdıq, 15-20 deqiqeye olduq port-şeheri ( Misir) Nuveybada. Mindik süretli qayıqlara , 1.20-1.40 saata çatdık İordaniyanın Akaba şeherine . Oradanda avtubuslarla yola düşdük. 2.20-2.40 saat gidimizin çooox maraqlı-etraflı söhbetlerin eşitdik, iki yerde dayanacaq etdik ve çatdik Petraya !P.S. Fotolara kommentaryalar yazaraq, bilqilerimle bölüşecem ) . 1 qün Petranı gezmeye kifayet etmir2 qünlük ekskursiya, " qızıl gül renkli " şeherde , 2000 il tarıxı olan mebedde oturub, "Gezeyenler'e" post yazmaq duyğularıyla, İordaniyanın parlaq ulduzlar dolu semasını seyr etmeyi her birinize arzulayıram )))Paylaşan: Sevinch Huseynqizi

141 dəfə oxunub

Sri-lanka seyahetim

Axsaminiz xeyirli olsun.yenice bitirdiyim Sri-lanka seyahetim barede paylasmaq istiyirem.Ilk gunum Colombo ve Anuradhapurani gezmekle kecdi.2ci gun Wilpattu milli parkina safari(yari gunluk safari seher 5den 11 12 arasi bitirdik. safari edeceksizse ne Yala nede Wilpattu-da edin.en yaxsisi Minneriya yada Udawalewe parklaridi.leopard gorne sansiniz 5 10% olar ya olmaz.yene Minneriya/Udawalawede fil bufalo kimi heyvanlar gormek daha zovqlu olar.cunki maral ceyran kimi heyvanlari demek olar her yerde gore bilersiz)Hemin gun Dambulla Cave-de ziyaret etdikden sonra geceni Sigiriyada qaldim3cu gunum seher saat 5de hosteldeki yoldaslarla Lion Rock-a qalxmaqla basladi.Lion Rock-u bitirib 200 300 lkr odeyib avtobusla yollandim Polonnaruwa-ya.dayanacaq duz muzeyin yaxinligindadi.Ancident city-ni bitirib Kandy-e yol aldim.geceni Kandy-de qaldim4cu gunum hemiseki qaydada saat 5de acildi Kandy-deki mebedleri gezib bitirib "meshur" qatarla Ellaya yola dusdum.bu qatar niye bu qeder populyardi anlamiram.o yolu avtobusla yari vaxta gelmek olardi.demek olar bir gunumu o qatar yedi geceni Ellada kecirdim.qatar qeyd edilen vaxtdan en azi 1saat gec catdi5ci gun Ella-daki 9 arch bridge ziyaret etdim(leysanda ) Ella-ni bitirib yol aldim Matara-ya Nilwala cayinda safari.safari bitdikden sonra cimerliye yollanib hind okeanin sularinda uzdum.gunu bitirib getdim Mirissa-ya6ci gun Mirissa-da seheri Balina/Delfin turuna getdim yene siddetli yagisda balina gormesekde cox sayda delfin izlemek cox heyecan verici idi.turu bitirib cimerliye gedim gunun qalanin cimerlikde kecirib.esyalarimi topluyub son dayanacagim olan Galleye gedib bir nece saati orada kecirdikden sonra havalimanina dogru hereket basladi.10cu olkem olan Sri-lanka ister tebieti ister tarixi/dini abideleri istersede yerli insanlari ile seyahet etdiyim en beyendiyim olke olduPaylaşan Isi M-ov

231 dəfə oxunub

Almaniya və Skandinaviya ölkələri - səyahət xərcləri

Salam Gəzəyənlər! Dünən Ferid in İtaliyadan Almaniyaya aldığı 8 avroya bileti görüb qaza gəldim ki keçən ayın əvvəli Almaniya (Berlin) və Skandinaviya ölkələrinə olan səyahət xərclərim haqqında yazım; Qeyd edim ki, həmişə olduğu kimi səyahət planımı səfərimdən 3 ay öncə planlayıram. İlk səfər edəcəyim ölkə Almaniya olduğu üçün şengen vizamı Almaniya səfirliyindən almışdım.Bakı - Tbilisi (Qatar -33 manat)Tbilisi-Kutaisi (Georgianbus - 20 lari)Kutaisi -Berlin (Wizzair - 9 euro)Berlin - Kopenhagen (Flixbus - 8 euro)Kopenhagen - Malmö (Qatar - 13 euro)Malmö - Oslo (Flixbus -3 euro)Oslo - Stokholm (Flixbus - 3 euro)Stokholm - Budapeşt (Wizzair - 20 euro)Budapeşt - Bakı (Wizzair - 40 euro)Check in Hostel Berlin (13 euro / 1 gecə üçün)Copenhagen Backpackers Hostel (21 euro / 1 gecə üçün)İnterhostel Stokholm (19 euro / 1 gecə üçün)Paytaxt Berlinin gəzib görüləsi yerləri, muzeyləri çoxdur. Amma mənim ən çox diqqətimi çəkən Berlin Divarı, CheckPoint Charlie və Yəhudi Qətliamına aid məzarlıq idi. Xüsusən CheckPoint Charliedə rəmzi olaraq sovet geyimli, əllərində Amerika bayrağı tutan 2 hərbiçinin ikinci dünya müharibəsindən sonra Sovet qoşunları ilə Amerika əsgərləri arasında olan münaqişəni xatırlatması çox maraqlı idi.Kopenhagen - Çox həyacanlı idim səhərimi bu şəhərdə açacağıma; Xüsusən 1 saatlıq gəmi səfəri daha da rəng qatmışdı həyəcanıma.. Demək olar bir çox muzeylərə giriş pulsuzdu. Ən çox xoşuma gələn Christiansborg Sarayı oldu. Ən üst hissədən şəhərin panoramik mənzərəsi əla idi. Və Kopenhagenin yaraşığı, işığı, bəzəyi NYHAVN. Fərqli atmosferi olan bir yerdir..Malmö- Kopenhagendən təxminən 1 saatlıq məsafədə yerləşir.Oresund körpüsü (çox möhtəşəmdi) ayırır bu iki şəhəri. Malmö İsveçin cənubunda yerləşən liman şəhəridir. 10 saat oldum bu şəhərdə; gəzib görməli yerlərin hamısında oldum demək olar. Yaşamağa bu şəhəri seçərdim.????Oslo- Soyuq Cənnət. Nədənsə özünü səndə oradakılar kimi xoşbəxt hiss edirsən. Şəhərdə olduğum müddətdə Oslonun bir çox küçələrini, parklarını gəzdim. Binaların həyətində olan meydançalarda uşaqlarla futbol oynadım. Uşağından tutmuş böyüklərə kimi hər kəs mehribandı. Görəsən səbəb nədi?Osloya getsəz əgər mütləq Silahlı Qüvvələr Muzeyinə (Armed Forces Museum) baş çəkin. Çox möhtəşəmdi!Stokholm- İsveçin paytaxtı və böyük şəhəri. Demək olar 2 gün ərzində Stokholmun əsas yerlərində oldum. Ən çox bəyəndiyim National Museum (Milli Muzey) oldu. İncəsənəti sevən hər kəsə bu Stokholmda olarkən bu muzeyi ziyarət etməyi tövsiyyə edirəm. Əlavə olaraq qeyd edim ki,Stokholm metrosu da elə bil yeraltı muzeydi. Çox möhtəşəmdi!#gezeyenler #yamoniyauşaqlarından #adamaqalangəzməkdir#sərfəlisəyahətƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Rəvan İlhamoğlu 

1360 dəfə oxunub

Litvanın cənnət məkanı - Trakai

Trakaidəki otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Əziz Gəzəyənlər, Sizə Litvanın cənnət məkanı Trakai haqqında danışmaq istəyirəm. Vilnüsa gedib də bəyənmədim, darıxdım deyirsinizsə özünüzü mütləq təbiət qoynunda yerləşən Trakaiyə atın. Vilnüsdən 25 dəqiqəlik məsafədə yerləşən Trakaiyə həm avtobusla, həm də qatarla gedə bilərsiniz. Biletin qiyməti də çox ucuz 2 avro civarındadır. 5 göllə əhatə olunmuş, yaşıllıqlar içində ada olan Trakai həm də Latviyanın ən qədim Knyazlıqlarından biri olub. Öz məxsusi kiçik şirin, rəngbərəng taxta evləri, güllü-çiçəkli bağları ilə Trakai insanın gözünü oxşayır. Trakaiyə məni çəkən digər bir məqam 14-cü əsrdə Krımdan buraya köçürülmüş və hazırda sayı cəmi 300 olan Karaim türklərinin bu ərazidə məskunlaşması idi. Karaimlər yəhudi dininə sitayiş edən türklərdəndir.Trakai elə çox böyük deyil və siz oranı 1 günə gəzib bitirə bilərsiniz. Gedilməli olan mütləq yerlərdən biri, tarixi 14-16-cı əsrlərə dayanan Trakai Qalasıdır. Qalaya giriş 8 avrodur, tələbə kartı ilə isə 4 avro. Qalada zəngin muzey ilə yanaşı orta əsrlər işgəncə alətlərini görə və eyni zamanda 2 avronuzdan keçib ox və arvalaet ata bilərsiniz. Qalada hətta pasportunuza Trakai Krallığının möhürünü də vura bilərsiniz.Yeməyə gəlincə, Trakaidə göl boyu yerləşən restoranlarda gözəl mənzərəni izləyərək nahar edə bilərsiniz. Qiymətlər çox da baha deyil. Mütləq Karaim türklərinin milli yeməyi olan Kibinai-nin dadına baxın. Toyuqlu və göbələklisi çox dadlı idi. Pivə həvəskarları isə qara pivənin dadına mütləq baxsınlar. Özüm içən omasam da dostlarım dedi yaman dadlıdır ????. Gələk əsas məsələyə, Trakaiyə getmisinizsə mütləq aktivitələrə qoşulun. Bura da siz sadə qayıqla, katamaranla gəzməkdən tutmuş, surfing, kayaking, diving edə və hava şarında uça bilərsiniz. Qayıqda və katamaranda 1 saatlıq gəzinti adambaşı 5 avro, diving isə 50 avro civarında idi.Mən isə şiddətli dərəcədə kayak sürməyinizi tövsiyə edərdim. Biz vaxt olaraq 3 saatlıq günbatımı turu seçmişdik və həm kayak sürdük, həm də günbatımı zamanı yaranan möhtəşəm mənzərəni gördük. Turun qiyməti adambaşı 25 avro idi. İlk təcrübəm və dərinlik qorxusu olduğu üçün başlanğıcda bir az qorxsam da, sonradan sürməyi öyrəndikdən sonra həm kayakingdən, həm də mənzərədən çox böyük zövq aldım. Bələdçimiz bizə yolu göstərir, sürməyi öyrədir, qısa fasilələrlə ətraflı məlumat verirdi. Kayak sürməyə getsəniz özünüzlə mütləq əlavə paltar götürməyi unutmayın, birdən sizin də kayak sürən dostunuz ikitəkər sürmək və avtoşluq etmək istədi????.Adrenalin sevənlərə isə məsləhət qamışlıqların arası ilə sürməkdir ????Əlqərəz arada bələdçi fasilə edib sizə yerli şirniyyat, çay və qəhvə də təklif edəcək. İstəsəniz həmin vaxt göldə çimə də bilərsiniz, axşama doğru su o qədər isti idi ki. Bəxtiniz gətirsə axşam qaladan atılan atəşfəşanlığı da izləyə bilərsiniz. Bizim seçdiyimiz kayaking turu bu linkdedi- www.northnortheast.lt . Əvvəlcədən bron etməyi unutmayın. Hə bir də, günbatımı turu götürsəniz Vilnüsa gedən son avtobusa və qatara çatmayacaqsınız. Narahat olmayın əlavə 5 avro ödənişlə şirkət sizi Vilnüsa çatdıracaq. Xoş istirahətlər!!!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Hokuma Abbasova

1168 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!