2525 dəfə oxunub

Gəzəyən məsləhəti - İtaliya

Milandakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Yəqin ki, son günlər trend olan 700 rəqəmi sizin də qarşınıza çıxıb. Təsəvvür edin böyük bir zalda qabaq sırada oturub 2 saat ərzində bir neçə dəfə gülmək üçün 700 manat ödəyirsiz. Yox, yox bu bizlik olmadı. Bəs bir gəzəyən 700 manata nə edə bilər deyə fikirləşsək çox nəticə tapa bilərik)))

72526870_526897688096707_1223952837684232192_o

Məsələn 9 gün İtalyanın şimalında 5-6 şəhər gəzib, gözəl otellərdə qalıb sakitlikdən və təbiətin gözəlliyindən həzz ala bilərsiz. (Nə danışırsan Azalla Bakı-Milan-Bakı bileti qiyməti 800 manatdır deyənlər, yararlana bilərlər) Növbəti aya iki nəfər dostuma köməklik üçün hazırladığım mini İtalya turunu paylaşım, görün 700 manata nələr etmək olar.

19.11.2019-Tiblis-Milan-49 manat ✈️✈️ (Ryanair-4 saat 10 dəqiqə)
19.11.2019-20.11.2019-Canova Hotel Milan 3*-130 azn (2 nəfərlik otaq)
20.11.2019-Milan-Como gölü-10 azn ???????? (qatarla-35 dəqiqə)
20.11.2019-22.11.2019-Villa Belvedere Como Lake Relais 3*-200 azn (2 gün-2 nəfərlik otaq)
22.11.2019-Como-Milan-Garda gölü-30 manat ???????? (qatarla 2 saat)
22.11.2019-24.11.2019-Hotel Cristal 3*-175 azn (2 gün 2 nəfərlik otaq)
24.11.2019-Garda-Venesiya-20 manat ???????? (qatarla 1.5 saat)
24.11.2019-26.11.2019-Hotel Plaza 4*-190 azn (2 gün-2 nəfərlik otaq)
26.11.2019-Venesiya-Milan-Bergamo-50 manat ???????? (qatarla 3 saat)
26.11.2019-27.11.2019-Citywalls Guest House-80 manat (1 gecə, 2 nəfərlik otaq)
27.11.2019-Milan Bergamo-Tbilisi-49 manat ✈️✈️ (Ryanair-4 saat 10 dəqiqə)

-Ümumi nəqliyyat xərci- Adamabaşı-200 manat
-Ümumi otel xərci-(Adambaşı-385 azn)

-Axı 700 manat olmadı, bəs qalan 115 manata nə edərəm fikirləşirsizsə onu da Visametric İtalyaya verib İtalya vizası ala bilərsiz

72469438_526897951430014_8561029565177135104_n

-Bu otellər dostlarımın olduğu otellərdir, istəsəniz hostel və ya daha ucuz oteldə qalıb otel xərcini yarı-yarıya azalda bilərsiz.
-P.S-Eyni tarixlərdə Ryanairlə Milan-Barcelona və ya Barselona-Milan bilet qiyməti 20 manatdır,

-Bir səyahətdə 3 ölkədən az görməsəm qayıda bilmərəm deyirsizsə İtalya, Comodan-İsveçrə Luganoya qatarla cəmi 40 dəqiqəyə çata bilərsiz. Bilet qiyməti 24$
-İtalyada möhtəşəm Alp mənzərəsi görmək istəyənlər Garda və ya Milanda avtomobil kirayə götürüb şimala Dolomitlərə gedə bilərlər.

72230742_526897961430013_8113123699508379648_n

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Gəzgin Həyat

DİGƏR BLOQLAR

Leqonun vətəni - Danimarka

Kopenhagendəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Kopenhagendə, eyni fonda Danimarkada gördüklərim:1) Danimarkalılar sözün həqiqi mənasında qonaqpərvərdirlər.Gələn turistlərə, öz vətəndaşları kimi hörmət bəsləyirlər. İstənilən sayda sualı, istənilən şəxsdən soruşanda, gülərüzlüklə və məmnuniyyətlə cavablayırlar. Neçə dəfə şahidi oldum ki, hansısa marşurutu necə tapacağımı, hansı yerə necə gedəcəyimi soruşanda, sənə izah edir, hətta yolundan dönüb səninlə bəlli məsafəyə gəlib sonra geri - yollarına davam edirlər. (Almaniyada çox az belə hallar gördüm.)2) Danimarkada dükanlarda, alış-veriş yerlərində, nağd pul olaraq avro qəbul etmirlər. Ancaq Danimarka valyutasi ilə ödəniş etmək olur. Kredit kartları istisna. Avro və dollar kredit kartları ilə problemsiz ödəniş etmək olur. Bunun üçün də mərkəzi stansiyasında 10-a yaxın valyutadəyişmə köşkləri var və pulları rahat daniş valyutasına dəyişdirə bilirsən.3) Şahidi olmadığım və əksiklik olaraq gördüyüm isə, avtobus və metro stansiyalarında, marşurutların hansı vaxtlarda çıxması haqda cədvəllərin və marşurutların hərəkət sxemlərinin olmaması idi. Misal üçün, ayın 23-də olan Copenhagen-Qarabağ matçını səhifəmdə canlı yayım etdiyimə görə, stadiondan çıxandan az sonra telefonun və PowerBank-ın enerjisi bitdi. Stadiondan 25 dəqiqə məsafədə olan otelə, 1.5 saata ancaq çata bildim. Əgər stansiyalarda marşurut xəttləri və çıxma zamanları olan sxem və cədvəllər olsaydı (ən əsası sxemlər), o qədər zaman sərf etməzdim. Ondan bundan soruşaraq yollarda qalmazdım.4) Gəzib görüləsi çox gözəl və tarixi yerləri var. Kopenhagenə gedən, ən azından 1 saatlıq (6 avro) qayıq turlarından istifadə etməsi yaxşı olar. Qayıqda bələdçi hər addımda ətrafda olanlar haqda hər cür məlumatları eyni anda həm danimarkaca həm də ingiliscə mikrofonda səsləndirirdi. Beləliklə şəhər haqqında ümumi məlumatlara və təsəvvürə sahib olursan.5) Mənə görə, Danimarkada təhlükəsizlik xidməti, Almaniyaya görə nisbətən daha yaxşı idi. Çünki Danimarka sərhəddinə çatan anda, eyni anda 5-6 polis marşuruta daxil olaraq tək-tək bütün sərnişinlərin pasportunu və s. kontrol edir. Ondan sonra ölkəyə daxil olmaq olur. Sərhəddən keçəndən sonra, elə bil öz ölkəndə yaşayırsan. Yolun ortasında, qatar stansiyalarında və s. polislər saxlayıb sənədləri kontrol etmirlər. Ancaq Almaniyada əksinədir. Çünki hansısa Avropa ölkəsindən Almaniyaya daxil olanda kontrol və s. olmur, ancaq stansiyalarda, yaxud əlində xəritə harasa getmək üçün yollar axtaranda, polislər yaxınlaşıb sənədləri tələb edirlər. Bu da turistləri daha çox narahat edir. Sərhəddə bir dəfə kontrol olarsa, ölkə daxilində insanları hər addım-başı polislərin yoxlayışına gərək olmaz. Hər dəfə polislərin yaxınlaşması həyəcanını yaşamazlar.6) Danimarkanın başqa şəhərlərində belə olub-olmadığını bilmirəm, bəlkədə fərqlidir. Ancaq bunlar məhz Kopenhagendə gördüklərimdir. Hər-halda ölkə boyunca bu cür sistem var.7) Axırda Almaniyaya qatarla gələndə, Almaniya sərhədinə son 45 dəqiqəlik yolu gəmi ilə gəlməyin ayrı ləzzəti oldu. İnsanlar həm gəminin, həm də insanların təhlükəsizliyinə görə qatardan düşürülüb gəmiyə mindirildi. Gedəndə avtobusla (64 avro) getdim deyə 11 saatlıq yol oldu, qayıdanda qatarla (76 avro) 8 saat çəkdi. Danimarkada, bircə marşurutların hərəkət və vaxt cədvəllərini hər stansiyada assalar, Almaniyadakı təhsilimdən sonra, masteri Amerikada yox, Danimarkada etməyi düşünərəm. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Seyidakbar Asgarov

1973 dəfə oxunub

Budapeşt, Vyana, Bratislava, Praqa, Dresden bələdçisi

Salam dostlar. İstərdim ki, Budapeşt, Vyana, Bratislava, Praqa və az da olsa Dresden haqqında yazım. Səyahətim 2019 İyul ayının sonlarında olub. Çexiya üçün Şengen vizasına müraciət eləmişəm. Girişim Budapeştdən, çıxışım isə Praqadan olub. İndi isə gələk əsas məsələyə. Şəhərlər haqqında məlumata:Budapeşt. Dunay çayının iki hissəyə ayırdığı şəhərin bir tərəfi Buda digər tərəfi isə Peşt adlanır. Əsas gəzib görməli yerləri də elə dunay çayının sahilindədir. Buda qalası, Balıqçılar bürcü (qalası), dunay çayının üzərindəki körpülər, dunay çayı sahilindəki ayaqqabılar (mənim üçün o qədər də maraqlı deyildi????), Aziz Stephen Bazilikası, Parlament binası və çayın sahilindən 2-3 km uzaqlıqda olan Qəhrəmanlar meydanı və şəhərin mərkəzi küçələri gəzdiyim yerləridir. Bundan başqa Termal hamamları, Yahudi məhəlləsi və sənətə ilgisi olanlar üçün Terror Haza (Terror muzeyi), Opera Binası da görüləcək yerlərdəndir. 2 tam gün ayırmağınız əsas görüləcək yerləri görməyiniz üçün kifayətdir (ən azından mən belə düşünürəm????) Əgər şəhərdə rahat gəzmək istəyirsinizsə günlük bilet almağınız tövsiyyə olunandır. Günlük biletləri metrolardan, aeroportdan və şəhərin digər yerlərinə quraşdırılmış bankamatiklərdən ala bilərsiniz. https://bkk.hu/en/tickets-and-passes/prices/. Bu saytda bilet qiymətləri və sair ətraflı yazılıb. Günlük biletlər D 11 feribotlarında da istifadə oluna bilir.Vyana. Xüsusən son onillikdə 8 dəfə dünyanın ən yaşamalı şəhəri seçilib. Budapeştə nəzərən bahalı olsa da o qədər getmişkən gedib görməyə dəyər bir şəhərdir. Dunay çayı Vyanadan da keçir. Bratislavaya yaxın olduğu üçün orda sadəcə bir günümü keçirib Bratislavanı gəzdim. St Stephen Katedralını, Hundertwasseri, Hofburg sarayını, Belvedere sarayını, Museum quarteri və Graben küçəsini gəzə bildim. Əgər vaxtınız çox olarsa bir az uzaqda olan Schönbrunn sarayına mütləq baş çəkin. Musem quarter bölgəsində olan Naturahistoriches Muzeumun içinə girin. (Bunu çox istəsəm də vaxt darlığı səbəbi ilə gerçəkləşdirə bilmədim).Bratislava. Slovakiyanın paytaxtı olan və mərkəzindən başqa gəzməyə yeri olmayan bu balaca, amma bir o qədər də şirin olan bu şəhər Vyanadan 60 km uzaqlıqda yerləşir. Demək olar ki hər saatbaşı 1-5 avro arası avtobuslar var. Səhər gedib günorta qayıtmalı olan bir yerdir. Most SNP-(Dunay çayının üzrərindəki körpünün üstündə qüllə kimi tikilmiş restoran xidməti də verən bir yer) şəhərə gözəl mənzərə açılır. Yuxarıya qalxma qiyməti 7,4 avrodur.Praqa. Mən deyərdim ki, bu şəhər özündə ən gözəl tarixi-memarlıq əsərlərini cəm edib. (Bəlkə daha da gözəlləri var. Mən görməmişəm hələ????). Astronomik saat, tyn kilisəsi, Charles körpüsü, Praqa qalası, şəhərin Mala strana dedikləri hissəsi, rəqs edən bina və bir-birindən yaraşıqlı sayısız digər binaları görülməyə dəyər. Bundan əlavə myczechrepublic.com saytından şəhərdaxili nəqliyyat və sair haqqında ətraflı məlumat əldə etmək olar. Trdelnik yeməyi hər kəsə tövsiyyə edirəm.Dresden. Gedib getməmək haqqında tərəddüd etdiyim, sonra bir yoldaşın məsləhəti ilə getdiyim və heç də peşman olmadığım gözəl bir alman şəhəri. Praqadan 2.5 saat uzaqlıqda yerləşir. Yaxşı muzeyləri var (bu yaxınlarda birini soydular????). Oxuduğuma görə birinci dünya müharibəsi zamanı şəhərin 4 də 3 bombalanıb. 4 də 3 ü bombalandıqdan sonra bu qədər gözəldisə kim bilir əvvəlcədən nə qədər gözəl olub Dresden. Yazının uzun olduğunun fərqindəyəm. (Hər dəfə birini yazmağa hövsələm çatmır????)Kimin əlavə sualı olarsa soruşa bilər.P.S. Fotograf paylaşmağı sevmirəm.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Sarxan Suleymanov

1316 dəfə oxunub

Belçika(Brüssel) və Niderland(Amsterdam)

Salamlar. Bu dəfə ki, postum Belçika(Brüssel) və Niderland(Amsterdam) barədə olacaq. Faydalı olması diləyi ilə.Səyahət bileti: Mən Budaşetdən Brüsselə WizzAir ilə 38 avroya gedib gəldim. Brüsseldən Amsterdama isə Flixbusla 25 avro ödəməklə bilet aldım. Müddət isə uyğun olaraq 1.55 və 2.45 saatdır. Burda ilk oxuyanda Brüsselin çox darıxdırıcı şəhər olduğunu anladım. Lakin gedib gördüm ki, bu fikir kökündən yanlışdır Brüssell sizə həm bol gəzinti, maraqlı binalar və təamlar vəd edir. Brüsseldə mütləq etməli olduqlarımız:Grand Palace və onun ətrafını gəzməkWaffle , Qızardılmış kartof və pivələrinin dadına baxın. Dadanda anlayırsan ki, Belçika niyə bunlara görə məşhurdur. Belçika sevə-sevə izlədiyimiz Şirinlər, Tin-tin kimi animasiyaların vətənidir. Buna görə də Comic Art museuma mütləq baş çəkin. Menniken Pis. Əslində bir çoxlarına maraqlı gəlsə də bunun maraqlı rəvayəti var. Həmin uşaq şəhərə düşmüş bombanı elə onu tanıtdıran hərəkəti ilə söndürdüyü üçün partlayışın qarşısını alıb. Atomium . Şəhər mərkəzindən 30-40 dəqlik metro ilə məsafə var. Çox böyük bir tikilidir. İçəri isə olduqca maraqlıdır. Tələbə olduğum üçün bilet 9 avro oldu.Mini Avropa . Giriş 17 avro idi. Qəpiyinə kimi dəydi. Heç darıxmayacaqsız. Yaşından asılı olmayaraq hamı əyləni bilir.Amsterdam hissəsiBir an öncə özünüzü şəhər mərkəzinə, kanallar olan hissəyə çatdırmaq istəyirizsə o zaman metro ilə Nieuwmarkt stansiyası ən uğurlu seçimdir. Şəhərdə tək bəyənmədiyim məqam Narkotik məmulatların aşırı istifadəsi və satışı oldu. Hətta bəzi küçələrə girəndə iydən maska taxmağa məcbur qalırsız. Düşünürəm bu barədə çox şişirdiblər. Van Gog muzeyinə isə getmək planınız varsa öncədən online bilet alın. Məsələn mən getdiyim gün artıq bütün biletlər satılmışdı təəssüfki. Mütləq Holland pendiri və tülpan soğanaqları alın. Xüsusən də pendir çeşid və dadları olduqca fərqlidir.Brüsseldə Hostel Bruegel(gecəsi 24 avro) Amsterdamda isə St.Christopher Inn hostelində qaldım. Düz şəhərin mərkəzində yerləşir hər ikisi.Ümumi hər şey daxil 3 gecə 4 gün üçün olan xərcim 360 Avro oldu.Hər birinizə xoş istirahətlər . Əlavə suallarınızı buyurub rəydə yaza bilərsiz.Paylaşan: Xasay Mirzəli

204 dəfə oxunub

Avropada 5 Günlük Qatar Səyahəti

Hərkəsə salam. Avropada 5 günlük qatar səyahəti (ümumi səyahət 12 gün) təcrübəmdən bəzi məlumatları sizinlə bölüşmək istərdim. Düşündüm qrup əhli üçün faydalı ola bilər. (Qalınacaq yerlər və qidalanma fərdi seçimlərə görə dəyişdiyi üçün onları daxil etməmişəm. Sadəcə onu qeyd edim ki, əsasən Avropada Hotel/Hostel zənciri olan Meininger Hotels və A&O Hostels-dən istifadə etmişəm.)Səyahətə başlamadan öncə ilk işim Eurail 5 günlük Global Pass əldə etmək oldu. Buna 617 AZN (rezervasiyalar xaric) xərcim çıxdı.Eurail Global Pass: 33-dən çox Avropa ölkəsində 1 ay ərzində seçəcəyiniz gün sayı ərzində qatarlardan sərbəst və limitsiz istifadə etməyə imkan verir; bu pass sayəsində marşrut və tarix azadlığı əldə edərək, eyni gün ərzində bir neçə şəhəri və ölkəni rahatlıqla gəzə bilərsiniz. Marşrut və xərclər: Bakı - Budapeşt – Münhen, Roma - Bakı (Wizz Air): 306 AZN Füssenə qatar səhayəti - 1 günlük Hallstatta qatar səhayəti - 1 günlük Bernina Express ilə Alp dağları keçidi (Chur-Tirano) – bilet rezervasiyası 74 AZN Tirano – Milan (qatar səyahəti)Milana çatdıqda artıq 3 qatar gününü xərcləmiş oldum. 2 qatar gününü isə Milan Florensiya və Florensiya Roma səyahətlərimdə istifadə etmişəm. İtaliyada 2 rezervasiya xərcim oldu ki, buda toplamda 51 AZN elədi. Toplam təyyarə və qatar xərcləri: 1048 AZN (digər nəqliyyat vasitələrindən istifadə edilməyib)Bu marşrutla qısa müddətdə bir neçə ölkə və şəhəri görmək, təbiət mənzərələri və tarixi yerləri gəzmək mümkün oldu. Bernina Express ilə Alp dağları boyunca etdiyim səyahət isə bu səfərin ən yaddaqalan hissəsi oldu.Paylaşan: Nijat Mutallimov

221 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!