292 dəfə oxunub

Monteneqro bələdçisi

Salam dostlar!
Qrupumuzda indiyə kimi Monteneqro ilə bağlı çox paylaşımlar olub. Mən də oradan yeni gəlmiş "gəzəyən" kimi sizinlə təəsssüratlarımı bölüşmək istəyirəm. Düşünürəm ki, yazadıqlarım növbəti aylarda və ya illərdə getmək istəyənlərə faydalı ola bilər.
Öz dillərində Crna Gora, türklərdə Karadağ, ruslarda Çernoqoriya, Avropada isə Montenegro adlandırılan ölkənin 50 faizə yaxın ərazisi meşə, qalan hissəsi isə kserofit kol və ağaclarla örtülüdür. Dağ və dənizin kəsişməsində olan yolları olduqca rahatdır və 90 faiz hissəsində sürət həddi 50-60 dır))) qaydalara çox riayət olunur. Bazar və bayram günləri nəinki marketlər, heç kiosklar da işləmir..
Səfərimizdən çox razı qaldım və Monteneqronu çox sevdim. Mən bu ölkəyə səyahəti iki hissəyə bölərdim.
1. Passiv istirahəti sevənlər (dəniz-restoran-hotel) üçün iyul-avqust ayları (bəzi günlər hava çox isti idi, 35-37 dərəcə olsa da, rütubətə görə 42-43 dərəcə kimi hiss olunurdu).
2. Aktiv istirahəti sevənlər üçün (ölkənin 4 tərəfini də gəzmək şərti ilə) may-iyun və sentyabr ayları.
Ərazisi Azərbaycandan təxminən 5 dəfə, əhalisi isə 15 dəfə kiçik bir ölkə. Əvvəlki postlarda bəzi dostlarımız Monteneqroluları qaş-qabaqlı və zəif xidmət göstərən kimi təsvir etmişdilər. Lakin mən bu fikirlərlə razı deyiləm. 6 şəhərində və bir neçə bölgəsində olduq. Türk olduğumuzu həmən anlayırdılar (kəlimələrin əksəriyyətini anlayırlar) və gülərüzlə danışırdılar. Xidmətləri normal, qiymətləri deyərdim ki, baha deyildi, bizimlə hardasa eyni qiymətə olan yeməklərinin porsiyası, bizdən az qala iki dəfə böyük idi. Təbii ki, çimərliklərdəki restoran və kafe qiymətləri nisbətən bahadır (bizim bəzi məşhur hovuz koplekslərindən yenə də ucuzdur).
Əsas məsləhət görəcəyim nüans "Rent a car"dır. Aktiv gəzməyi sevənlərə maşın kirayə götürməyi şiddətlə tövsiyyə edirəm. Kiçik avtomobillər 40-50 avro, 7 yerlik avtomobillər 80-85 avro idi. Təbii ki, bu qiymətlər avtomat qutusu və ili yeni olanlara aiddir.
Gəzdiyimiz şəhərlər:
1. Kotor (tarixi qalası olan və kruiz gəmilərin yan aldığı körfəz şəhəri),
2. Perast (Kotora yaxın kiçik, lakin məşhur adaları olan maraqli şəhər)
3. Tivat (kiçik və çimərlikləri zəif şəhər),
4. Budva (Monteneqronun turistik mərkəzi, səsli-küylü, əhali sıxlığı çox olan şəhər),
5. Prjno (Budvaya birləşik qəsəbə, Svetoy Stefani adasının və məşhur çimərliklərin, xüsusilə də Korelevskiy çimərliyinin olduğu bölgə. Ən baha çimərliklər burada yerləşir),
6. Petrovats (tarixi binaları, qala divarları, təmiz sahili, bulvarı və çimərliyi olan şəhər),
7. Bar (Osmanlı dövründən qalma qala divarlarının, qədim şəhərin və məscidlərin olduğu liman şəhəri. Türklərin dəsti xəttini burada daha çox hiss edə bilərsiniz. Türk kafeləri, küçələrin quruluşu və hədiyyəlik əşyaların belə çoxu adama Türkiyəni xatırladır).