1928 dəfə oxunub

Misirdə möhtəşəm 10 gün

Hər kəsi salamlayıram. Sizlərlə Misir haqqında təcrübələrimi bölüşmək istəyirəm. İlk olaraq vizadan başlamaq istəyirəm. Misir vizası həyatımda aldığım ən asan viza oldu. Şarm El Şeyxə gedirsinizsə əgər viza filan almayın, özünüzü boşuna yormayın. Hava limanında 25 dollara 5 dəqiqəyə həll edilir. Gediş dönüş biletimi 20 kg çemodanla 1100 lirəyə aldım. İstanbul-Şarm, Hurghada-İstanbul. Keçək bir-bir şəhərlərə:


Şarm El Şeyx (Sharm El Sheikh)
İlk ölkəyə girdikdən bu yana gülərüz insanlarla qarşılaşdım. Və taksi ilə otelimə getdim (ortalama 10-12 dollar). Qalacaq yer olaraq Naama Bay rayonunu seçin məncə. Mən Naama Blue otelində qaldım. 3 ulduzlu otel idi. Otağım geniş və hovuz mənzərəli idi. Birbaşa plaja çıxışı yox idi. Əgər balayına getmirsinizsə və münasib qiymətə otel axtarırsınızsa Naama Blue is the best (14 dollar bir gecesi). 3 gün 3 gecəlik turumun ilk günü Aynur Daniz xanımla dalış etdim. Çıxan xərcim 40 dollar. 


Mənim üçün inanılmaz və unudulmaz ilk oldu. Qırmızı dəniz tək sözlə möhtəşəm idi və yanvarın ortası olmasına baxmayaraq su ilıq idi. Axşam yerli insanlarla görüşüb Old Town’a getdik. Old Town’da o məhşur Məsçidi görə bilərsiniz. Sim card mütləq alın. Mən 8 dollar verib Orange aldım hər yerdə tuturdu, içində 16 gb və 200 dəqiqə var idi. Və çalışın yerli insanlarla gedin hər yerə. Misirdə dostlarınız varsa kefdəsiniz deyə bilərəm????. Çox qonaqpərvər və yardımsevərdilər (dostlarım????).

İkinci gün yenə Aynur xanımın təşkil etdiyi turla Safari Turuna çıxdım (15 dollar). Oteldən alıb otelə bıraxmağı unutmuşdu sürücü ????. Bir də baxıram ki hamını otelinə qoyub başqa istiqamətə gedir. Dedim aloooo heeyyy məni unutdun????????. Nə isə sonra apardı sağolsun. Safari Turunu çooooox sevdim. Şarmda əlavə gediləcək görüləcək yerlər isə: Soho Square (hər gün canlı ifalar və belly dance show olur), Naama Bay, El Hadaba, bir də Mütləq amma Mütləq Farsha Kafesinə gediiinnnn. Şarmdan Qahirəyə #GoBus ilə 200-250 pounda istənilən saatda gedə bilərsiniz. Təxmini 7-8 saat çəkir. Wataniada mindim El Tahrir Square’de endim. Avtobus çoooox soyuq olur????. Ayaqlarım dondu. Keçdik Qahirəyə.



Qahirə (Cairo)
Qahirədə 4 gün qaldım. Şəhər haqqında təəssüratlarım: Hər kəs hər yerdə ????. Yol hərəkəti qaydaları 0. Heç kim yola baxmır heç kim yaşıl, qırmızı işığa baxmır. Qısaca: Bərbad????. Heyif o Piramidalardan. Çox köhnə şəhərdir, hər yer tozlu və kirli. Prezidentin malikanəsinin olduğu rayon istisna olmaqla. Bir Malikanəsi var ki pəəəəh. Qahirədə gediləcək bir neçə yer:

1) Piramidalaaaaar. Sadəcə girişə 200 pound verdim. Tələbəyə 100 pound. Piramidaların içinə əziyyət çəkib girməyin, çox isti və bomboşdur. Üstəgəl giriş və çıxış çətin və içərisi çox istidir. Özümü qəbrdə hiss etdim bir anlıq. Dəvə turuna 50 pound verdim.
2) Misir Muzeyiiii (ora gedirsinizsə mütləq mumiyaların otağına bilet alıb girin. Video çəkmək qadağandır amma mən çəkdim????, sizin üçün????. Girişdə tələbəyəm deyib 100 pound verdim. Amma tələbə deyiləm ????. Normal bilet qiyməti 200 pound. Mumiyaların otağına isə Misirli adı ilə 40 pounda bilet alıb getdim. Başdan ayağa «Нарушение».
3) Cairo Citadel, Khan El Khalili, Hassan Hossein, Mohammed Ali Mosque. Qahirədə çox qonaqpərvər dostlarım məni 4 gün qonaq etdilər.


İskəndəriyyə (Akexandia)
İskəndəriyyə çoooooox şirin bir şəhərdir. Bir günümü orda keçirtdim və çoox sevdim. Orda əsas görüləcək yerlərdən biri Alexandria Library’dir. Yenə Misirli kimi 5 pound verib girdim. Ondan sonra getdim Citadel of Quitbay’a. Ora mütləq gedin. İçinə də girin. Mənzərəsi çox gözəldir. İskəndəriyyə fənərinə gedə bilmədim????????. Amma Montaza Palace’a getdim və oranı da çox sevdim. Getdiyim hər yerdən şəkillər paylaşmışam aşağıda. Qahirə İskəndəriyyə arası məsafə ortalama 3-3.5 saatdır.


Aswan ????
Öncəliklə deyim ki Aswan’a gedə bilmədim. Çünki qatar biletlərini bir həftə öncədən almaq lazım imiş. Getmək istəyirsinizsə son günə saxlamayın bileti. Avtobus ilə getməyə çalışmayın-İşgəncədir.


Luxor
Keçdik tarix dolu Luksora. Ora da avtobusla getdim (10 saat) çatana kimi öldüm (200 pound). Amma bileti bir az tez alsanız qatarla daha rahat və ucuza gedə bilərsiniz. 109 pound normal qatar, yataqlı isə 80 dollar. Yatağı boş verin????. Luxorda bir nəfər tapdım sağolsun çox köməyi dəydi. İstəsəniz sizə də həmin adamın nömrəsini verərəm. Məni avtobus dayanacağından ???? ilə aldı və gün boyu mənə rəhbərlik etdi. İlk öncə qayığı ilə Nil çayının obiri tərəfinə keçdik, Valley of Kings, Valley of Queens, Temple of Hatshepsut hamısı ordadır. Ordan taksi ilə öncə Krallar vadisinə getdik (10 pound ödədim, amma normalda 240 pounddu), əgər Tutankhamunu görmək istəyirsinizsə girişdə öncədən bilet alın. Sonra ora çatanda bilet almaq olmur. Krallar Vadisindən sonra Temple of Hatshepsut’a getdik taksi ilə, ora da 5 pound ödədim, normalda 140 pounddur. Ordan yenə qayıq ilə keçdik bu tərəfə. Getdik Karnak Temple’a. Ora da 100 pound verdim tələbə adı ilə. Amma siz tələbə deyilsinizsə heç o riskə girməyin, mənim yanımda Misirli olduğu üçün türklər demiş bu seferlik yırttım????????????. Normal giriş 200 pounddur. Ora da mütləq gedin. Bütün bu bir günlük tur üçün cəmi 250 pound verdim (Heçnə Havayı????) Luxorda Bob Marley Peace Hosteldə qaldım, supper pupper, hələ səhər yeməyi möhtəşəəəəm:). Private otaqda qaldım 12 dollara. Shared 9 dollar. GoBus və Qatar stansiyasina çox yaxındır.


Hurghada
Son olaraq Hurghada’ya getdim avtobusla 5-6 saat, 140 pound). Misirin ən gözəl şəhərlərindən biridir????. Diving üçün də əladır. Delfin Akula hər şey görə bilərsiniz. Orda da bir gün keçirdib gecə qayıtdım İstanbula. Hurghada Havalimanında çanta çemodan hər şeyi açıb baxdılar. Heydər Əliyev Havalimanını çox xatırlatdı mənə. İnsan az idi və gəşəng aeroport idi. Amma bizimki kimi pulsuz wifi və xalça yox idi????.

Bu qədər vəssalam şüt tamam.



Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Afshan Babazade

DİGƏR BLOQLAR

Fransanın festivallar şəhəri - Kann

Kanndakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.İstidi bilirəm, heç kəsin uzun statuslar oxumağa səbri çatmır.Ama şəkillərdən göründüyü kimi "elə də sıxıcı post olmaz yəqin" deyə düşünüb, buz kimi sularınızı yanınızda hazır edin,  oxumağa başlayın. Mən də yazacağım müddətdə su içib istirahət edəcəm????Deməli yay tətili üçün unikal istirahət təbii ki, dəniz,  çimərlik sayılır.22 yaşımda aeraporta gedib tək-tənha ilk dəfə təyyarəyə minib,yollandım deyilənə görə dünyanın ən böyük aeraportu sayılan Frankfurt Main stansiyasına. Ordan da Fransaya keçdim.(həyat elə gətirdi)Bəlkə bir gün orda-aeraportda başıma gələnləri paylaşaram. Ama hələlik ilk Avropa turumu Fransa ilə başlamağım haqqında QISA yazmaq istəyirəm.????Fransanın bir neçə şəhərlərində oldum,ama indi Kann haqqında yazacam.Çox-çox baha şəhərdi????Bəlkə də tələbəyəm deyə mənə elə gəldi. Bilmirəm. Sən de görüm, adicə yarım litrlik su 2 EURO baha deyilmi? Yəni içmə, öl deyirdilər də ????Şəhərdə gəzəndə yol boyu motosikletlər maşınlardan çox idi. Müxtəlif kabrioletlər, mağazalar, xüsusən də hər növ palmalar, çimərliklə üzbəüz sıralama otellər şəhəri çox bahalı və möhtəşəm göstərirdi. Kann demək olar ki iki yerə ayrılırdı.Sağ tərəf-glamurların alış-veriş etdiyi mağazalar????, sol tərəf-glamurların istirhət zonası olan çimərlik???? Xüsusən günbatımı və yaxtalar Aralıq dənizini çox möhtəşəm göstərirdi. Çimərlik zonası son dərəcə təmiz idi. Ödənişsiz xüsusi bir zona var idi ki, ordan rahat şəkildə istifadə etmək mümkündür. Lakin ödənişli yerləri də baha idi. Heç bir xüsusi özəlliyi yoxdur. Ondansa özün hər şey aparıb istədiyin kimi düz-qoş etsən daha sərfəli olur. Günbatımındakı möhtəşəm mənzərələri heç nəyə dəyişmək olmaz. Eyforiya yaşamaq istəyənlər üçün əsl yerdi. (buz kimi suyun isinməyibsə içə bilərsən)Davam edək..Şəhər boyu velosipedlər, motosikletlər üçün ayrılmış xüsusi yerlər, ev heyvanları saxlayan insanlar üçün zibil qabıları kimi nüanslar da şəhəri səliqəli və təmiz göstərirdi. Ki, insanlar onlardan düzgün istifadə edir.İnsanlarına qaldıqda mehriban və çox patriotdur.Yerli xalq öz dillərindən başqa dildə danışmırdılar və cavab vermirdilər. Yalnız turist gördükdə ingilis və ya rusca nəsə soruşsan cavab alarsan. Əslində çox sevdim elə olmaqlarını.Yeganə sevmədiyim nüansı deyim. Baha olması ???? o heç...Yol mədəniyyətləri demək olar inkişaf etməyib. Piyada keçidlərinə, işıqfora baxan ümumiyyətlə yoxdu. Əgər yolu keçdinsə, sənə halaldı. Hər kəs yığılırdı işıqforun yanına, kimsə cürət edirdisə birinci keçirdi və cürətlənib hamımız da onun arxasıyca))) Hər yol keçəndə hər kəs alqış gözləyirmiş kimi hiss edirdim ????(Mətbəxlərini də sevmədim ama o zövqə görə, ağız tamına görə dəyişir deyə, o haqda danışmaq istəmədim)Belə. Bir sözlə Kanna getmək üçün glamur olmalısan və ac qalmamaq, susundan ölməmək üçün pulun olmalıdı. Mən susum bir az da şəkillər danışsın. Gələcək postlarda görüşərik. Sevilirsən! ❤️#xəyaletmətəsəvvüret #NayPinƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Наиба Новрузова

927 dəfə oxunub

Sehirli aləm - Norveç bələdçisi

Norveç barəsində qeydlərim:Planlama edərkən əsas məqsəd gözəl və ensiz fyordları görmək, ən gözəl qatar səyahətlərindən biri hesab olunan Flam qatarından istifadə etmək, təbiət qoynunda olan çoxlu yürüyüş nöqtələrinə getmək (əsas Trolltunga) , Skandinav mədəniyyəti ilə tanış olmaq, Vikinglər kəndini ziyarət etmək, Şimal qütb işıqlarını görmək idi. Bir qədər araşdırmadan sonra www.norwaynutshell.com səyahət turu qabağıma çıxdı. Bu sizi ən gözəl fyordları görmək üçün qatar və ferry (bərə)-ləri bron edir. Onların etdikləri sadəcə ayrı-ayrı qatar, avtobus, ferry-ni sizin yerinizə bron etməkləridir. Bu biletlərin hər birini özünüz ayrılıqda almaqla həm daha çox qənaət etmiş olursuz, həm bir qatarı qaçırtmaqla bütün səyahət planınız məhv olmuş olmur (mən qaçırtdım və planım pozulmadı), həm də bu planlardan kənara çıxmalar etməklə səyahəti daha maraqlı etmək olur (Məsələn Flam-da bir neçə saat deyil, bir gecə qalmaq və orda şəlaləyə yürüyüş etmək olur, Vikinglər kəndinə getmək, daha şimala gedərək qütb işıqlarını görmək və s.) Qeyd edəcəm necə edə bilərsiz.1) Oslo paytaxt olduğundan ilk nöqtə olaraq bura gəlib səyahəti burdan başlamaq daha əlverişlidir 2) Oslo-Bergen qatarı istifadə etməklə Bergenə gəlib iki gecə qalmağı tövsiyə edirəm (sayt www.vy.no- bileti burdan almaq olur)3)Bergen-Myrdal və Myrdal-Flam ayrı-ayrılıqda qatar biletlərini almaq (www.vy.no) , ikinci qeyd etdiyim Myrdal-Flam turistik hesab olunur və ən gözəl qatar turlarından biri hesab olunur. 4) Flam-da bir gecə qalmağı tövsiyə edirəm, norwayinanutshell ilə edəndə isə sizə bu imkan təklif olunmur. 5) Səhəri günü Flam-Gudvangen ferry ilə (www.norwaysbest.com saytından almaq olar) Norveçin fyordları arasında ön gözəli və ensizi hesab olunan Nærøyfjord-u və digər fyordları gəzmiş olursuz.6) Gudvangen-də Vikinglər kəndinə gəlib oranı gəzib eyni gündə axşam Odda-a yola düşmək orda gecəni qalıb səhər Trolltungaya yürüşə başlamaq qayıdın gecəni yenə Odda-da qalıb yorğunluğu çıxarmaq7) Səyahət dövrü Sentyabr-Aprel arasıdırsa, daha da şimala, Tromso-ya gedərək qütb işıqlarını görmək (Bunun üçün yenidən Bergen-ə qayıdıb təyyarı ilə getmək daha ucuz və asadır)Daha ətraflı:Oslo: Əsas tövsiyə edəcəyim yerlər: Norveç Mədəniyyət Tarixi Muzeyi (mütləq gediləsi yerdir), Oslo Kitabxanası (ödənişsiz), Frognerpark (ödənişsiz), Viking gəmi muzeyi (Viking tarixi ilə maraqlanan şəxslər üçün maraqlıdır, mənə maraqlı gəldi), Nobel muzeyi (tapmaca şəklində qurulub, maraqlıdır) Digər görüləsi yerlər şəhərin mərkəzindədir, Opera binası, Kral sarayı və s. şərkəzi gəzdikcə görünür. Oslo Pass almaqla muzey və nəqliyyatdan ödənişsiz istifadə etmək olar, amma çox muzey gəzmək planı yoxdursa tövsiyə etmirəm, ondansa günlük nəqliyyat gedişi almaq daha sərfəlidir. Həm də Oslo Pass ilə bütün zonaların nəqliyyatı pulsuz deyil, məsələn hava limanı daxil deyil o zonaya. Yuxarda sadaladıqlarımı gəzmək mənə 3 gecəyə kifayət etdi. Bergen: Rəngarəng evlər, böyük balıq marketi, çoxlu yürüş nəqtləri və s. var. Funikulyordan istifadə edərək Fløyen-ə qalxıb ordan şəhəri görmək mütləq lazımdır, əla görüntü var. Funikulyor ilə çatdıqdan sonra müxtəlif hündürlüklərə yollar var və işarələr ilə getmək mümkündür. Tövsiyə olunan Ulriken-ə getməkdir. Qalmağa yer Bergen Budget Hostel-i tövsiyə edirəm. Münasib, təmiz və rahatdır. 2 gecə kifayət edir.Bergendən çəkdiyim video : https://youtu.be/ytRVrLejFvAMyrdal–Flåm qatarı: Hər iki tərəfdə gözəl mənəzərələr olsa da Myrdal- Flåm qatarında solda oturmağı daha çox tövsiyə edirəm. Qatar turistik olduğundan qədimi üslubda interyeri var. Bəzi yerlərdən yavaş kecir, şəlalə hissəsində fasilə üçün saxlayır və şəlalənin yanından meşəlikdən xalq musiqisi ilə rəqs edən qadın peyda olur. Onların mifologiyasına görə bu cazibədar meşə ruhudur və insanları yoldan çıxartmağa çalışır. Ehtiyatlı olun! Video: https://youtu.be/21s3y4VLj_AFlam: Dağların ətəyində olan kiçik və sakit bir şəhərdir, hətta şəhərə gün işığı düşsün deyə dağın başına güzgü də qoyulub. Burda bir gecə qalmaqla həm Şəlaləyə doğru qalxmağ və dincəlməy üçün tövsiyə edirəm. Qalmağa isə Brekke Gard Hostel Flåm-i məsləhət görürəm, təbiət qoynunda kiçik domiklərdə olan bir hosteldir. Video: https://youtu.be/XvkT1XLhVoUFlam-Gudvangen ferry marşurutu: Səyahət vaxtı güclü küləkli olduğunu nəzərə alaraq ona uyğun geyim gətirmək lazımdır. Vikinglər kəndinə baş çəkmək çox maraqlıdır. Xüsusən də, Vikings serialına baxıb bəyənmisizsə. İçəridə zaman çox maraqlı keçir, onların yaşam tərzini, nə ilə məşğul olduqlarını, döyüş alətlərini, toxuculuğda istifadə etdikləri metodları, qayıqları və s. görmək olar. Vikinglər kəndində çəkdiyim videoya burdan baxa bilərsiz: https://youtu.be/eZ_UmJswRssTrolltunga : Bura məşhur yürüyüş nöqtələrindən biridir. Bura ən yaxın qala biləcəyiniz yer Odda-dir. Daha münasib qalabiləcəyiniz ev: https://www.airbnb.com/rooms/33370470?guests=1&adults=1...Səhər tezdən (6-7) yürüşə başlamaq tövsiyə olunur. P2 parking dayanacağına qədər öz maşınınız yaxud avtobusla gəlib ordan P3 dayanacağına xüsusi mini-avtobusla gedə bilərsiz.Qəbzi özünüzdə saxlasaz qayıdışda endirim olacaq. Maşın kirayələmisizsə öncədən bron etməklə P3-də də park edə bilərsiz amma tövsiyə etmirəm yol çox meylli olduğundan hər maşın qalxmır, öz mini-avtobusları ilə daha təhlükəsiz və rahatdır (marşurut cədvəli ilə trolltunga.com-da tanış olmaq olar). Yol uzun olduğundan rahat yürüş ayaqqabısı, çərəzlər, və əgər varsa varsa yürüş çubuqları götürmək işinizi rahatladacaq. Yol boyu təbii bulaqlar olduğundan su qabınızı yolda doldura bilərsiz (qış ayı deyilsə). Ümumiyyətlə qış ayında getmək tövsiyə olunmur və İyunun əvvəlindən Sentyabrın sonuna qədər bələdçisiz gedə bilərsiz)Trolltungadan çəkdiyim video: https://youtu.be/VVVts67wk_YTromso: Şimalda yerləşən bu şəhər digərləri kimi gözəldir, lakin tək səbəb olaraq qütb işıqları üçün ora getməyi tövsiyə edirəm (Əgər Sentyabr-Aprel arası tarixdədirsə). Qütb işığını görmək üçün buludluluq və geomaqnit aktivlik əsas rol oynadığından bir qədər çox qalmağı tövsiəy edirəm ki, qaldığınız günlərdən birinə təsadüf etsin. Mən getdiyimin ilk günü qaldığım evin yuxarısından gördüm. Amma camping ləvazimatlarınız varsa kanat ilə hündürə çıxıb gecəni orda keçirib şansınızı artıra bilərsiz. Bu evdə qaldım və qütb işığıbı bu evdən gördüm: https://www.airbnb.com/rooms/44228799?guests=1&adults=1...Sahibi də çox yaxşı cütlükdür . Xəstəliklə bağlı qərarlar/qadağalar tez-tez dəyişdiyindən getməmişdən öncə mövcud qaydaları ətraflı araşdırmaq lazımdır.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Alakbar Valiyev

1214 dəfə oxunub

Laplandiya bələdçisi

Finlandiyanın şimalında yerləşən və ərazisi 100 min kvadrat kilometrə yaxın olan gözəl Laplandiya Rovaniemi Laplandiya bölgəsinin paytaxtıdır paytaxt deyəndə ərazisi böyük olsa da cəmi 60 min ətrafı əhalisi var, ikinci dünya müharibəsində şəhərin 90%- dağıdılıb ona görə də nə qədim mərkəzi var, nə də tarixi binaları, əvəzində isə şəhərin mərkəzində skandinav stilində tikilmiş praktik evlər çoxluq təşkil edir. Bölgənin ən görməli yerlərindən biri isə sözsüzki “Santa Claus Village” və “Santa Park” tematik parklarıdır, rəvayətə görə Santanın əsas məskəni Korvatunturi dağlıq ərazisi olsa da real görüşə biləcəyiniz və şəkil çəkdirə biləcəyiniz Santa məhz “Santa Claus Village” tematik parkında yaşayır , Santanın rəsmi Poçt ofisi də bu parkda yerləşir bundan əlavə parkda şimal maralları ilə gəzinti, husky-lərlə tur, buz mağarası, restoranlar, mağazalar və s. kimi əyləncələr də tapmaq olar hətta otel və kotteclər də var. Qış mövsümündə , dekabr və yanvar aylarında cəmi 2-3 saat gün olur və günün qalan hissəsi qaranlıq olur. Restoranlarda şişirdilmiş qiymətlərdir. İndi isə qaldığımız yer və səyahət xərcləri barədə bəzi detallar:Bakı-İstanbul-Rovaniemi və geriyə Riga-İstanbul-Bakı / Turkish Airlines / adam başına 445 avro.Rovaniemidə 3 günlük ev cəmi 330 avro booking.com saytı vasitəsilə. Rovaniemi hava limanından mərkəzə 4 nəfərlik transfer (Mercedes Vito) 25 avro / gettransfer.com saytı vasitəsilə. Rovaniemi-Santa Village-Rovaniemi / 8 nömrəli avtobus / adam başı 7 avro (35 dəq.). Husky parka giriş – böyüklərə adama 10 avro uşağa 5 evro.husky ride – qiymətlər böyüklər üçün adama 30 avrodan başlayır uşaqlara isə 15 avrodan. Reindeer ride – adam başı 18 avrodan başlayır. Santa ilə şəkil / 1 şəkil 25 avro / download linki ilə birlikdə 40 avro.Santa Post Office-dən məktub göndərmək, postalcard və marka ilə birgə 3 avro. SantaPark tematik parkına giriş böyüklərə adama 35 avro uşağa 29 avro.Santa Village – SantaPark / taksi 15 avro (ayaqla 30 dəqiqə).Rovaniemi – Helsinki gecə qatarı / 2 yataqlı SV cəmi 278 avro. Qatar biletini vr.fi saytindan aldiq.Santa Village – da çantalar üçün saxlanc yerləri də var / bir çanta 5 avro axşam 6-ya kimi. P.S. Husky və maral gəzinti qiymətləri seçdiyiniz məsafədən asılı olaraq dəyişir. Uşaqsız gedən və daha aktiv istrahət edənlər üçün isə çoxlu sayta digər əyləncələr var avrora ovundan tutmuş buz qıran gəmi ilə səyahətə kimi, saytları aşağıda qeyd edirəm: Nordictravels.eu / santasadventures.fi / rovaniemisafaricenter.comP.p.s. minimum 15 dərəcə şaxta olmasa və hava tam açıq olmasa heç avrora görməyə cəhd də etməyin, yalandan pulunuz gedər.Alakbar Valiyev -in bu postunu da oxumaq məsləhətdir əlavə faydalı məlumtalar çoxdur Laplandiya haqqında. https://m.facebook.com/groups/238282336566990?view=permalink&id=933549367040280Həmişə gəzməkdə dostlar.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Emil Mard

3631 dəfə oxunub

Şarm əş-Şeyx bələdçisi - Hər şey daxil 127 $

Şarm əş-Şeyx, Misir. Hər şey daxil 127 $. May ayının sonundan Ukraynada idim. Vaxtı səmərəli dəyərləndirmək məqsədilə Misirə 1 həftəlik istirahət üçün araşdırma aparmağa başladım. Nəticə gözlənilməz oldu. Şarm əş-Şeyxə (bundan sonra “Şarm”) ən sərfəli təklif edən şirkətlər qaldığım bina ilə üzbəüz yerləşirmiş. Kiyevdən Şarma 1 həftəlik hər şey daxil tur-paketi cəmi 127 dollara aldım. Paketə (yəni 127 dollara) aşağıdakılar daxil idi. Səyahət sığortası. SkyUp Airlines ilə birbaşa çarter reyslər. 23+10 kq baqaj. Həm ingilis (Kərim), həm də rus dilli (Viktoriya) tur rəhbərləri. Transferlər, aeroport-otel-aeroport. 4* otel Sharm Holiday Resort (otelə söz ola bilməz) AI qidalanma. Səhər saat 07.00-dan gecə 23.00-a qədər (gündə üç dəfə) qidalanma. Gün boyu limitsiz içkilər. Hər gün səhər saat 08.00-dan 17.00-a qədər (hər yarım saatda bir) müxtəlif çimərliklərə rahat avtobuslarla gedib-gəlmək. Otel daxilində akvapark, böyük hovuzlar, stolüstü və böyük tennis, voleybol, futbol, hovuzlar və s. müxtəlif əyləncələr. Uşaqlar üçün müxtəlif əyləncələr (çox maraqlı olur) və xüsusi müəllim. Viza. Misir Azərbaycan vətəndaşlarından viza tələb edir və rüsumu 25 dollardır. Sadəcə Şarma gedirsinizsə (Sinay yarımadasına) və geri dönüş biletiniz varsa viza lazım deyil. Yox mütləq Qahirə, Luksor, İskəndəriyyə, Asuanı görməliyəm deyirsinizsə əvvəlcədən viza alın. Mən vizanı Şarm havalimanında cəmi bir neçə saniyəyə aldım. PCR Test.Kiyevdə test qiymətləri 700 uah ətrafındadır, Getməzdən bir gün əvvəl neqativ PCR test cavabı hazır olmalıdır. Şarmda oteldə test 45 dollardır. Ucuz variant isə Sharm El Sheikh International Hospital-dır, 31 dollar. Otel. Mütləq şəkildə 4* və ya 5* otel seçin. Yoxsa əsl Şarmı hiss edə bilməyəcəksiniz.Mobil nömrə. Demək olar ki, bütün otellərdə wifi zəifdir. Havalimanının çıxışında bütün mobil operatorların təmsilçiləri var. Ən yaxşısı qiyməti 12 dollar olan Vodafone Egypt nömrədir. Xeyli danışıq dəqiqəsi və 10 gb internet olur. İkinci yaxşı Orange-dir. Təxminən Vodafone ilə eynidir.Misirdə “whatsapp call” işləməyə bilər. Face app, viber, messenger və s. mobil tətbiqlər işləyir. Özümüzlə mütləq götürməliyik.Krem. Əgər günəşdə yanıb, qap-qara olmaq istəmirsinizsə mütləq.Power bank. Çoxlu çəkiliş edəcəksinizsə mütləq.ABŞ dolları. Mümkündürsə çoxlu 5, 10 dollar, hətta 1 dollar belə asanlıqla istifadə edilir.Baş örtüsü. Çox köməyi olur, adam istidən bezmir. Mən sonradan aldım. Birinci gün hamı mənimlə rusca danışırdı. İkinci gün isə artıq ərəbcə danışmağa başladılar, qap-qara olmuşdum. Şarm haqqında.Bir vaxtlar kiçik bir bədəvi qəsəbəsi olan Şarm səksəninci illərdən sonra qoyulan turizm investisiyaları ilə sürətlə inkişaf etdi və dünya səviyyəli istirahət seçimləri təklif edən tətil mərkəzinə çevrildi. Qırmızı dənizin təmiz suları, mərcan rifləri və zəngin sualtı həyatı buranı hər keçən gün daha da cazibədar edir. Asiya və Afrikanı birləşdirən Sinay yarımadasının cənubunda yerləşən Şarm "şeyx körfəzi" mənasını verir və ərəbcə "Şarm-əş-şeyx" olaraq oxunur. Bir tərəfdə əzəmətli Sinay dağ silsiləsi və sinay səhrası, digər tərəfdən rəsm əsəri kimi sahili ilə qonaqlarına unudulmaz bir tətil vəd edir. Şarm, magistral yol boyunca düzülmüş 4 fərqli bölgəyə yayılmış şəhərdir. Nabq körfəzi, Naama körfəzi, Hadaba (ras um sidd) və Sharm old town. Naama körfəzi, şəhərin əsas mərkəzi deyə biləcəyimiz bir yerdir. 1983-cü ildə Misir Sinay yarımadasını İsraildən geri aldıqda, Naama körfəzində yaşayış yeri yox idi. İndi isə restoranları, məşhur otelləri, fast food şəbəkələri, və s. ilə çox rəngli və canlı yerdir.Təxminən 1 km uzunluğundakı çimərliyi ilə dəniz, qum və günəş sevənləri cəlb edən yerdir. Ticarət əsasən Naama sahilindədir. Geyim mağazalarından əlavə, zərgərlik mağazalarının müxtəlifliyi və sıxlığı ilə də diqqət çəkir. Şarmda maraqlı nələr etmək olar?Əvvəlcədən deyim ki, Şarma gedirsinizsə Qahirə, Luksor, İsgəndəriyyə kimi yerlərə getməyi planlamayın. Şarmı tam anlamıyla hiss etmək üçün azı 15 gün lazımdır.Çimərliklər.Ən birinci əlbəttə ki, çimərliklər. Əgər zəif üzürsünüzsə “Naama Bay” sizin üçün ideal seçimdir. Qum, təmizlik, xidmət yüksək səviyyədədir.Üzməyə professional yanaşanlar üçün "Fanar Beach" əvəzedilməzdir. Birbaşa 5-10 metr dərinlikdə mərcanların içində gözyaşı kimi tər-təmiz suda üzmək və müxtəlif rəngli canlıları izləmək heç nə ilə əvəz edilə bilməz. Mənim yanıma özümdən böyük tusbağa da gəlmişdi, biraz birlikdə üzdük və getdi. Saat 17.00-dan sonra çimərliklər bağlanır. Tiran adası və Ras Muhamməd Milli Parkı arasında edəcəyiniz dayvinq turu unudulmaz olacaq. Qırmızı dənizin dünyada tayı-bərabəri olmayan sualtı mənzərələrini və canlı aləmini izləyəcək, istədiyiniz qədər müxtəlif balıqları görəcəksiniz. Nəzərə alın ki, dünyada 10 ən yaxşı dayvinq mərkəzindən 3-ü Misirdədir. Tarix və fərqli mədəniyyətlər ilə maraqlananlar.Bədəvilərin yaşayış tərzləri, dəvələrlə gəzinti, çox qədim tarixi yerlər sizə unudulmaz təcrübə yaşadacaq. Kvadrosikl sürmək üçün çox gözəl yerlər və hazır turlar var.Yemək.Qaldığım oteldə yemək və içki çeşidləri olduqca bol idi. Yeməkləri həm çox qidalı, həm də dadlı idi. Xüsusilə dəniz məhsulları, meyvələri, tərəvəzləri və təbii şirələri çox dadlı idi. Veqan və vegeterianlar üçün demək olar ki, cənnət idi. Hər yeməkdə müxtəlif növ bişmiş və yeni tərəvəzlər və meyvələr olur. Şirniyyatları o qədər də yaxşı deyil. Əsl Misir şirniyyatının dadını bilmək istəsəniz Genena Mall-ın girişindəki Tseppas-a baş çəkin. Buradakı dadları ancaq Türkiyənin Antep və Mersin tərəflərində görəbilərsiniz. Ət yeməkləri bərk olur, tam bişirmirlər. Həm dəniz məhsullarınını, həm toyuq ətini, həm də mal ətini bərk və bol ədviyyatlı edirlər. Valyuta. Ölkədə Misir funtu (EGP) istifadə edilir, ancaq dollar hər yerdə işləyir. Siz bir şey alanda dollarla ödəniş edin, qalığı funtla qaytaracaqlar. Turistlər.Hazırda Şarmda turistlərin 90 faizi ukraynalılardır. İkinci yerdə Qahirə və digər şəhərlərdən gələn varlı yerlilər, çox az sayda avropa və orta asiyalılar var. Danşıq dili.Şarm havalimanında otellərdə, marketlərdə, ticarət mərkəzlərində hamı rus dilini başa düşür və danışır. Hər yerdə yazılar, menyular və s. hətta mərkəzdə yerləşən polis bölməsinin adı da rusca yazılıb. Ərəblərin rusca danışmağı hindistanlıların ingiliscə danışmağı kimi bir şeydr. Adamlar Palm Hotel-ə “bal utel” deyirlər ))Rus dili bilməyənlər narahat olmasınlar, ingilis dilini də hamı lazım olan qədər bilir. Hədiyyə.Ən yaxşı hədiyyələr: Misir xurması, maqnetlər, müxtəlif çaylar (daha doğrusu çaya əlavələr), ədviyyatlar, ətir və ərəb qızılı (gömrükdə tanış yoxdursa almayın). Bənzərliklər. Hər yerdə qara qarğalar və milçəklər var ))Əksər dükanlarda və taksilərdə yüksək səslə Qurana qulaq asırlar, ancaq dindar deyillər. Təmizlik, xidmət, keyfiyyət.Şarmda həm otellər, həm dəniz həm də bütün iaşə obyektləri tər-təmizdir. Xidmət yüksək səviyyədədir. Hər keçən il keyfiyyətdə irəlləyişlər baş verir. Hələlik bu qədər.#uçmaqüçündoğulanlar #GYD21 #luxor #travelbloggerlifestyle #KBP #ukraine #travelling #skyup #Egypt #sharmelsheikh #sharmholidays #tuifly #joinup #anextour #cairoegyptƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Elşən İsmayılov

3803 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!