2690 dəfə oxunub

Azor adaları- Piku bələdçisi

Demək, bu dəfə Atlantik okeanın ortasında yerləşən, Şimali Amerika ilə Avropanın tam ortasında olan Azor adalarına olan səfərimdən yazacam.
Azor adaları Portuqaliyaya məxsus olub, 9 adadan ibarət muxtar respublikadır. Özlərinə "Azorlu" deyirlər və portuqalcanın xüsusi bir dialektində danışırlar.

Mənim səfərim iki adadan keçirdi, Sao Miguel və Pico adaları. Əsas məqsədim Portuqaliyanın ən hündür dağına çıxmaq olduğu üçün, səfərimin əsas hissəsini Pico adasına həsr etmişdim və bu postumda Pico adası haqqında danışacam.
Pico adası, Sao Miguel adasından 300 km məsafədə olub, təyyarə ilə 40 dəqiqə müddət uzaqlıqdadır. Ərazisinin uzunluğu 47 km, eni 18 km olmağı, çox kiçik bir ada olduğundan xəbər verir. Adanın ortası dağlar və meşə örtüyündən ibarətdi. Bu adalar vulkanik bölgədə yerləşdiyi üçün, dağlar da vulkan dağları sayılır. Piko zirvəsi də vulkan dağlarından biri olub, Portuqaliyaya məxsusdur. 2351 metr yüksəkliyi olan bu dağın, zirvə nöqtəsində hələ də lava tavaları durmaqdadır və ora çıxdıqda həmin istiliyi hiss edə bilirsən.

Piko adasının əhalisi, əsasən, balıqçılıqla, maldarlıqla məşğul olur. Piko adasına gedib, inək pendiri yeməyib, balıq dadmayıb, steykdən bir parça dişləməmisənsə, deməli, Pikoda olmamısan.
Demək, Piko adasında ictimai nəqliyyat demək olar ki, fəaliyyət göstərmir. Gündə iki dəfə avtobus gedir bir qəsəbədən digərinə. O da biri səhər, biri də axşama yaxın. Əgər gəzməkdə çətinlik çəkirsizsə, maşın kirayə edib, rahatlıqla adanın hər yerini görə bilərsiz. Mən maşın kirayə etmədim, hava limanına enib avtobusa özümü çatdırdım. Hava limanından da iki dəfə avtobus gedir mərkəzə. Avtobus 90 sentdir Hava limanından mərkəzə. Qaldığım yer mərkəzdən uzaqda, dağların arasında idi. Ora isə 2 saat 30 dəqiqə məsafə idi piyada, mən də sadəcə gəzərək getdim. Adanın bir çox nöqtəsini gəzərək kəşf etdim.
Piko adası haqqında danışanda, üzümçülüyü yaddan çıxartmaq olmaz. Piko adasının demək olar ki, 3-də 2 hissəsi üzümçükük bağları ilə örtülüb, amma heç kəs böyük hasarlar qoymayıb, yəni deyirlər gəlin, keçin, dərin, yeyin.

Ümumiyyətlə, burada fikir verdiyim şeylərdən biri də o idi ki, çox evlərin çöl qapıları belə şüşədən idi. Yəni heç kəs oğurluqdan filan qorxmur. Tam təhlükəsiz yerdi.
Heyvanat aləminə gəldikdə isə, ada kərtənkələ qaynayır. Mən həyatımda bu qədər kərtənkələ görməmişdim. İndiyədək nə qədər dağa getmişəm, nə qədər meşə gəzmişəm, amma bu qədər kərtənkələni bir arada görməmişəm.
Adada bir dənə də olsun yırtıcı heyvan ya da ilan zad yoxdu. O cəhətdən bir az maraqsızdı.
Mən 10 saat dağa çıxdım, düşdüm, kərtənkələdən savayı bir şey görmədim. İnsan belə ????
Yuxarıda balıq yeməmiş qayıtmayın demişdim, bunun üçün şəkillərdə yerləşdirdiyim balıq restoranına getməyinizi məsləhət görürəm. Qiymətlər normaldı. Gördüyünüz o masaya 20-cə € xərcim çıxmışdı. Həyatınızda yediyiniz ən gözəl balıq ola bilər deyə düşünürəm, mütləq getsəniz, yoxlayın.



Azor adalarına həm də, Atlantik okeanın Havay adaları deyirlər. Bu düz söhbətdi, çox qəşəng təbiəti və çimərlikləri var, amma hava barədə onu deyəmmərəm. Maksimum 23-24 dərəcədən o tərəfə getmir hava. Axşam da, ya çiyninə bir gödəkçə atmalısan, ya da bir 200 qram çaxır içməlisən. Azorlular ikinci variantı edir, sizə də məsləhət görürəm.
Çox uzun-uzadı yazıb, vaxtınızı almaq istəmirəm. Bir onu deyim ki, sadəcə gedin və əsl toxulunmamış təbiətin nə olduğunu görün ????

Paylaşdı: Samir Aziz


DİGƏR BLOQLAR

Kökenhofda lalə bayramı ➡ Hollandiya

Hollandiya gəzəyənlərin bütün il boyu çox maraq göstərdiyi səyahət yeridir. Bu qədər marağın ən əsas səbəbləri burada olan əyləncə həyatı, yel dəyirmanları və ləzzətli pendirdir. Bunlarla yanaşı Hollandiya deyiləndə ilk ağıla gələnlərin başında şübhəsiz ki, lalələrdir. Hər il məşhur olan lalələr üçün Hollandiyada festival təşkil olunur.Bu festival da Keukenhofda keçirilir. Keukenhof və ya Kökenhof həmçinin Avropa bağı kimi də tanınan dünya üzrə ən iri çiçək bağı olan bu cənnətdən bir guşə Niderlandın cənub-şərqində olan kiçik Lisse şəhərciyinin yaxınlığında yerləşir. Bu ərazidə 7 milyon gül soğanaqları 32 hektar ərazini əhatə edən parkda hər il əkilir. Hər il Keukenhof mart ayının ortalarından may ayının ortalarına qədər açıq olur.Bu müxtəlif növ zanbaqlardan ibarət ala-bəzək xalça şəklində döşənən çoxsaylı çiçək ləklərindən - yasəmən, qızıl nərgizgülü, qızılgül, yaraşıqlı səhləb çiçəyi və başqa rəngarəng çiçəklərin sərgiləndiyi 3 oranjereyadan təşkil olunmuş parkdır.Sadəcə 2 ay açıq olan gül bağçasına hər il 800 min turist gəlir. Təkcə Avropadan yox, Çin və Yaponiyadan gələn turistlərin marağına səbəb olan gül bağçası ölkənin ən mühüm turizm obyektlərindən birinə çevrilib. Hollandiya dünya üzrə ən çox gül istehsal edilən ölkədir. Kilometrlərlə uzanan çiçək tarlaları burada xüsusilə, bahar aylarında rəngarəng Hollandiya ortaya çıxarır. 8 həftə davam edən bu festival buraya səyahət edən turistlər üçün sehrli bir abu-hava sərgiləyir.Keukenhofa səfər etmək üçün ilin ən ideal vaxtı lalərin də ən gözəl göründüyü aprel ayının ortalarıdır. Biz də bura səfər etmək üçün 2019 -ci ildə bu vaxtı seçmişdik. Və bu cənnət kimi yerin sehrinə elə qapıldıq ki, saatlar burda necə keçdi bilmədik, 2 saat sonra uçuşumuzun olduğunun fərqinə belə varmamışdıq, tez tələsik çıxıb hava limanına yollananda təyyarəyə ən son daxil olan da biz olduq.Keukenhof Parkına necə getmək olar?Keukenhofa hava limanından birbaşa Express avtobuslar gəlir. Bunun üçün Keukenhof Express (Bus 858) avtobusuna minməlisiniz. Ancaq Amsterdam mərkəzindən parka getmək istəyənlər üçün Bus 854, Bus 50 və Bus 90 avtobusları da fəaliyyət göstərir. Digər yol isə maşın kiralamaqdır.Giriş ödənişi böyüklər üçün 17 avro təşkil edir. Bu qiymət online alışlar üçün nəzərdə tutulub. Mən bileti getməmişdən 2 həftə əvvəl bu saytdan alıb, çap etmişdim, faydalı olsun deyə sizin üçün də linki qeyd edirəm. https://keukenhof.nl/en/ . Ancaq ya hava limanı yaxınlığında olan bələdçi firmalarından, ya da çatanda bilet satış məntəqəsindən almaq istəsəz qiymət 18 avro olacaq, bəzən isə bu qiymətlər bələdçilərdən asılı olaraq 25 avroya qədər çıxa bilir. Sizə tövsiyyəm həm uzun növbələrdə gözləməyəsiz, həm də daha ucuz olsun deyə elə əvvəldən biletinizi alıb sadəcə nəqliyyat üçün pulu ödəməkdir. Ancaq bələdçi firmalardan alanda nəqliyyat xərci ilə bilet ödənişi birlikdə olur. Yenə də hər bir halda əvvəldən almaq həm cibinizə xeyir olur, həm də rahat keçirsiniz. Bir də onu qeyd edim ki, avtobusa minmək üçün o qədər koreyalı, yapon gəzəyənin arasında səbrlə dayanıb gözləmək lazım olur. Səbrlə dediyim də 1-2 saatdan çox. Çünki ancaq 2 ay açıq olduğu üçün Hollandiyaya səfər edən gəzəyənlər bura gəlməmiş ölkəni tərk etmək istəmirlər. 4-7 yaş aralığında olan uşaqlar üçün bu ödəniş 8 avro, 0-3 yaş arası balaca səyahət sevərlər üçün isə ödənişsiz olur. Keukenhof parkı hər gün 08:00 ilə 19:30 arası açıq olur. Əgər əşyalarınız varsa və yaxud bizim kimi buradan digər uçuş üçün hava limanına gedəcəksinizsə (hava limanına yaxın olduğu üçün səfər marşrutunu elə planlayın ki, Amsterdamı gəzib tərk edəndə buraya da baş çəkib oradan hava limanına yollanasınız) girişdə olan kilidli komodlara heç bir ödəniş etmədən qoyub güvən içində parkı gəzə bilərsiniz.Bu parkın içərisində kafe, restoran və hətta istəsəniz piknik etmək üçün ərazi fəaliyyət göstərir. Mütləq ballı çayın burada dadına baxmağı tövsiyyə edirəm. Bura gəlmək üçün ən mükəmməl vaxt günün erkən saatlarıdır. Həm ən yaxşı şəkilləri çəkə biləcəyiniz, həm də turist axını yaşamadan rahat buranı kəşf edə biləcəyiniz vaxtdır.Hətta burada velosiped kiralayıb bu böyük ərazinin çox hissəsini gəzə bilərsiniz. Biz burada 5-6 saata yaxın vaxt keçirdik. Ancaq buranı gəzmək üçün məncə bir gün belə kifayət etməz. Çünki hər çiçəyin haqqında maraqlansaz, oxusaz, doyunca gəzib kəşf etmək istəsəz gərək buraya bir neçə dəfə gələsiniz.Lalə festivalının olduğu müddətdə Keukenhofda 7 fərqli ilham bağçası olur. Bunlardan biri Aşçılıq bağçasıdır- hərkəsə açıq olan bu mətbəxdə bağçadan topladığınız tərəvəzlər ilə yemək bişirə bilərsiniz. Arı bağçası da bunlardan bir digəridir. Bu bağça quşların və arıların evi üçün nəzərdə tutulub. Bu bağçaları gəzdikcə sanki cənnətin yer üzərindəki qapılarını bir- bir aralayırsınız. Bu bağçalardan nə qədər danışsan da bitməz, ancaq mənim ən çox diqqətimi çəkən Sevgi bağçası və təkrar istehsal olunan materiallardan düzəldilmiş məhsulların satıldığı Recycling bağçası oldu ki, burada ev üçün lazım olan bir çox əşyalar və faydalı avadanlıqlar tapa bilərsiniz. Təkrar istehsal olduğu üçün daha münasib qiymətə olurlar. Sevgi bağçasının əsas missiyası isə qonaqlara sevgilərini göstərmə və bu kimi duyğuları aşılamaq idi.Sonda buranı ən sevdiyiniz insanlarla, maraqlı yol yoldaşları ilə gəzməyinizi arzulayıram. Xoş istirahətlər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ulkar Ismayilzada

3987 dəfə oxunub

Stockholm bələdçisi

Salam her kese. 1 ay önce vizamın Yunanistan olması ve girişimin Budapeştden transitle Stockholm olması ile bağlı post paylaşmışdım ve ne kimi problem ola bileceyini soruşmuşdum. Bezileri Bakıdan buraxılmayacağımı, bezileri budapeştde buraxılmayacağımı dediler. Çox narahat idim. Getmeden her ehtimala Budapeştden Tsoleniki uçuş bileti rezerv etdirdim ve Omioda budapeştden tseloniki qatarlara baxmışdım. Sual verseydiler deyecekdi burdan gedirem. Bakıda fast line idi 10 deqiqeye artıq keçmiişdim. Stockholm Uçuşum 2 saat sonra idi sırada gözleyerek xeyli vaxt itirmişdim ve gate bağlanması ile bağlı bildirişi görende xqhiş etdim hamıdan keçdim qabağa. Budapeştde ise 4-5 deqiqe pasportuma baxıb yanındakına macarca greek falan dedi, o da jest ve mimikleriyle “ olsun da” dedi ve pasportuma o möhürü vurdu. Qaça qaça Stockholm uçuşun axdarmağa çalışdım, saolsunlar budapeştde işçiler bele dediler yolu bilmirik. Özüm işare ile tapandan sora gate bağlanmasına 3 deqiqe qalmış nezaretçi sumkamı sökdürrükki maye var, açdi gördüki 50 ml imiş ve nehayetki qapı bağlanamdqn uçuşa ter su içinde çatdım. Stockholm ile bağlı gözlentim çox aşağı olduğu bu qeder seveceğimi gözlemirdim ama çox beyendim ve buraya turistik olarak haqsızlıq edildiyini düşünürem. Diğer turistik şeherlerden heç geri qalmasa da turist çox az idi. Men getdiyim gün isveçde iller, esrler sonra ilk defe terror oldu ve ilk defe idiki fevral ayı Gümeşli qarsız idi. Ümumi olaraq 10 gün qaldım. Metbexleri zeif olsa da en meşhur yemeyi kötbuller beyendim ve şirniyyatlarındqn semlani. Dehşet bahalıdı her şey. Metro 1 gediş 6-7 manat. En sevdiyim tereflerden biri ne qeder yaşlı olsalar da durmadan gezirler, tembel deyiller. Evde uşaqlara qadınlar değil kişiler baxır dünyanın ev vecsiz insalarıdılar. Men çox metropol insan olduğum üçün bu qeder sakit şeher gözümü qorxudurdu ama bu hüzuru sevmeye başladım Paylaşan Ceyhunə Rzalı

244 dəfə oxunub

Malta bələdçisi

Bu həftə 3 aydır yaşadığım Maltada son həftəmdir. Bu bapbalaca ada ölkə məndə hansı izlər buraxıb, nələr yaşadıb biraz bunlar haqqında danışım dedim. Əvvəlcə ondan başlayım ki, Bakıdan tam 7 dəfə balaca bir ÖLKƏdən söhbət gedir????. Mənim üçün həmişə məsafə ölçü vahidi evimizdən harasa qədər olan məsafə kimi hesablanıb (Qrinviç misalı) deyə, sizə də elə izah edəcəm ????. Hətta buna görə bir yaxınıma Vatikanı gəzdirəndə, "Vasmoy" boyda olduğunu deyəndə ona balaca bir cultural shock yaşatmışdım ???? Adanın uzunluğu 27 km -yəni bizim evdən Airporta qədər, Eni isə 14.5 km - yəni bizim evdən Neftçilər metrostansiyasına qədərdir. ????????????‍♀️Yəni söhbət bu qədər balaca bir ölkədən gedir təsəvvür edin. Bununla belə Paytaxtı, hələ utanmadan 5-10 şəhəri də var ????Ölkənin 2 rəsmi dili var, Maltese və İngilis dili. İngilis dili öncəlik olduğu üçün, bura köçən miqrantlar tez bir zamanda iş tapa bilirlər. Demək olar bütün şirkətlərdə rəsmi danışıqlar, görüşlər, yazışmalar yalnız ingiliscə həyata keçirilir.İlk baxışdan (airportdan şəhərə gələndə olan ilk təəssürat) sizə kasıb ərəb ölkəsini xatırlatsa da bir müddət sonra özünüzü restoranlarına görə Romada, dənizinə görə Maldivdə, böyük industrial şirkətlərinə görə Almaniyada, balıqçı kəndlərinə görə isə Manarolada hiss edə bilərsiniz.Bəzi şəhərlərini ayırmağa çalışdım. Başlayaq Paytaxt Vallettadan. (Paytaxt deyəndə ki, elə böyük bir şey fikirləşməyin, dünyanın ən balaca paytaxt şəhəridir (0.8 kv km), Bakıda hansısa mikrorayonla müqayisə etməyimə ehtiyac yoxdu yəgin ???? ). Şəhər daima (ən azı bütün yay boyunca) insanlarla dolub daşır. Bütün restoranlar, mağazalar, turistik yerlər, hətta skamyalar belə insanlarla dolu olur. Maraqlı etnik butiklərdən tut, luxury brendlərə qədər bir çox məkana bu balaca paytaxtçikdə rast gələ bilərsiniz. Yadımdan çıxmamış deyim ki, bu balaca ölkənin xeyli hadisəli, qanlı savaşları, tarixi var. (Sultan Süleymanın ordusuna qalib gəliblər məsələn). Buna görə də bir çox yerdə heykəllər, silah və toplar, qalalara rast gələ bilərsiniz. Düzdü indi o qalalar daha çox paraşütlə tullanmaq üçün nəzərdə tutulur, amma nəysə????????‍♀️). Şəhərin əsas ictimai nəqliyyat vasitəsi Avtobus və Taxilərdi (bir çox Avropa ölkələrindən ucuzdu taxiləri). Bundan əlavə şəhərdə çox tez tez Velosiped, Samokat kirayələri üçün avtomatlara rast gəlinir. Avtobus deyib keçməyin, yayda 1 gediş 2 Euro (Bakıda bu pulla mən bizim evdən Port Bakuya gedirəm taxi ilə ????????‍♀️), digər fəsillərdə isə 1.5euro dur.Ölkəylə bağlı başqa maraqlı faktor isə demək olar şəhərin istənilən tərəfindən dənizə girə bilərsiniz, oranın plyaj və ya avtobus dayanacağı olmasından asılı olmayaraq, hər yerdən insanlar dənizə girir, günəşlənirlər.Başqa bir xüsusiyyəti bir çox başqa Avropa ölkələrindən daha qaynar gecə həyatı var. Məncə bunun ən böyük səbəbi çoxlu dil kurslarına və exchange proqramları ilə gələn tələbələrdi. Klublar, beach party və gecə həyatı üçün Pacheville ə üz tuturlar.Maltanı bu qədər böyük və geniş (????) edən ünsürlərindən biri də adalarıdır. Gozo adlı böyük (nə qədər böyük ola bilər axı ????) və Comino tipli bir neçə balaca adaları var. Dünyanın ən təmiz və ən mavi dənizləri sırasında olan Blue Lagoonu nə qədər yazıb pozsam, 1cə faizini belə izah edə bilmərəm, inanın. ????Bu ada (bundan sonra balaca adlandırmayım məncə, ayıb oldu bu qədəri ????????) həmçinin bir çox Hollivud və başqa filmlərə də ev sahibliyi edib. Çox məşhur Game of Thronesin də bir çox səhnələri burda çəkilib. Uşaqlıqdan tanıdığınız (və ya tanımadığınız) Popeye (Temel Reis) kinosu da burada çəkilib, hətta bu adda kəndləri də var. Hansı ki, həmin filmdə istifadə olunan əşyalar, dekorlar həmçinin başqa maraqlı personajları bu kənddə görə bilərsiniz (girişi 20 euro ətrafındadır)Birkirkara şəhəri isə əslində heç məşhur yer deyil, sadəcə yaşadığım yerdi deyə yerləşdirmişəm. Bir də onu da deməmiş keçməyim, ildə 20 dən artıq dövlət bayramları var. Bundan əlavə olaraq hər qəsəbənin öz bayramları, tədbirləri çox tez tez və olduqca rəngli olur.Digər çox rəngli və çox gözəl şəhərlərindən biri də Marsaxlokk-dur. Bu şəhər bapbalaca bir balıqçı kəndidir. Yəni bu gördüyünüz rəngli lotkalar heç də turistlər üçün dekor deyil, doğrudan onların istifadə etdiyi qayıqlardı.Hər bazar günü açıq yarmarkalar təşkil olunur və müxtəlif bu şəhərə aid əşyalar, xüsusilə də dənizdən tutulmuş balıqlar, vosminoqlar və başqa dəniz məhsulları burda satılır. Həmçinin sahilboyunca birbirinin ardınca düzülmüş restoranlarda günün xüsusi fresh balığını və başqa menyu seçimləri ilə çox uyğun qiymətə nahar etmək olar (adam başı 20-25 euro).Başqa şəhərləri haqqında sizi yoran məlumatlardansa yığıb, yazdığım ümumi bəzi faktlar bunlardır:✅ Yaşıllıq yox deyiləcək qədər azdır, olanların da 70%i kaktuslardı.✅ Nəqliyyat sol tərəfdən irəliləyir, təzə vaxtlarda maşına baxanda, bunun sürücüsü hanı, ya da adam niyə rulu tutmur deyə mini infarktlar keçirirdim✅ Bu qədər balaca və son vaxtlar populyarlaşmasına baxmayaraq ilk insanlıq məskənlərindən sayılır, o dərəcə ki, Misir piramidalarından daha qədim abidələri var✅ Bu qədər bapbalaca olması ilə bərabər 360 dan çox kilsələri var✅ Ənənəvi musiqisi Ghana adlanır, gitara ilə qarşılıqlı bədahətən deyişmə şəklində həyata keçirirlər. (Battle rap, meyxana tərzli)✅ Çox maraqlı, və qulağa fərqli gələn dilləri var. İtalyan və Ərəb dillərinin qarışığını təsəvvür edin, etdiz?) İtaliyaya çox yaxın, həmçinin bir müddət ərəblərin əsarətlərində olduğu üçün dil bunların qarışığı olan afro-asiya dil qrupuna aiddir.✅ Bu sırf öz müşahidəmdir, hansısa bir fakta əsaslanmır, amma məncə Avropanın nisbət olaraq ən çox gözəllik salonları yerləşən ölkəsidir. Bəlkə də addımbaşı qadın gözəllik salonlarına rast gəlmək mümkündür burda.✅ Adada çoxlu pişiklər yaşayır, o dərəcə ki, çoxu zaman söz gəlişi "pişiklər adası" belə adlandırılır. Mənim kimi aylurofobiyası olanlar üçün bir az qəliz məsələdir)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nigar Sani

1044 dəfə oxunub

Meksika - Yucatan bələdçisi

Meridadakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salam Gəzəyənlər yaxın əyləşin sizə Meksikadan maraqlı məlumatlarım var ???????????? Meksika həqiqətən də gözəl bir ölkədi. Hər ştatında fərqli bir yaşam tərzi, adət-ənənəsi var. Hər zaman bu yaşam tərzləri, adət ənənələri ilə yaxından tanış olmaq arzusunda olmuşam və bu dəfə isə Meksikanın cənub şərqində yerləşən Yucatan ştatına yollandım. Getməmişdən öncə ştat haqqında azca məlumat topladım və həqiqətən də çox inanılmaz bir tarixə sahib imiş. Bu ştat Mayalıların məskəni olub və tarix adət-ənənə ştatın hər bir şəhərində hələdə yaşadılır. İspan dilindən əlavə olaraq ştatın 30%-i Maya dilində danışır.ℹ Maya tarixinin bu qədər möhtəşəm olmağı adamı lap heyran edir. Bəs Mayalılar kim olub axı. Hər nə qədər Maya sivilizasiyası işğal edilərək məhv edilsə də bu gün belə Meksika və Qvatamelada Maya dili və mədəniyyəti yaşamaqdadır. Bu gün çox sayda Maya insanı həyatda olsa da, Mayalıların idarə etdiyi son dövlət 1697’ci ildə İspaniyanın idarəetməsinə keçmişdi. Mayalılar qədim sivilizasiyalar içərisində ən inkişaf etmiş yazı sisteminə sahib olan sivilizasiya idi. Təəssüflər olsun ki, İspaniya işğalı zamanı bu yazıların bir çoxu məhv edilmişdir. Mayanın necə məhv edilməsi haqqında heç bir məlumat yoxdur. İspaniyalıların gəlişindən uzun zaman öncə böyük Maya şəhərləri dağıdılmış və tərk edilmiş vəziyyətdəydi. İrəli sürülən nəzəriyyələr arasında ən məntiqli olanı quraqlıq, qıtlıq və iqlim dəyişiklikləri səbəbindən yox olmalarıdır.???? Merida Meksikanın Yucatan ştatının paytaxtı olub tarixi 1540-cı illərə qədər uzanan bir şəhərdir. Merida adı şəhərə İspanya Krallığı tərəfindən verilib. Şəhərin çoxluğu Mayalıların dilini və adət-ənənələrini yaşadır olması çox xoşdur. Şəhərdə bir çox küçə, restoran adları ispan dilindən əlavə olaraq Mayan dilində yazılıb. Hətda bir çox insanın adı belə Mayan adıdır.✈️ Mən Meksikanın Monterrey şəhərində yaşadığım üçün Meridaya Monterrey şəhərindən Vivaaerobús ilə 77 manata bir gedişli təyyarə bileti alıb yollandım Merida şəhərinə. Təyyarə ilə 1 saat yarımlıq yoldu. Siz bu şəhərə gəlmək istəsəz avropadan Meksika şəhərinə uçub ordan gələ bilərsiniz. Ya da İstanbuldan Meksika şəhərinə ordanda Meridaya, bu yolla gələ bilərsiniz.???????? Meridada nəqliyyatdan istifadə haqqında məlumat verim sizə. Avtobusdan istifadə edə bilərsiniz, amma sizə çox çətin olacaq. Burda avtobuslar biraz qarışıqdı. Amma şəhər hər addım başı Uberdi, qiyməti də çox münasib. 3 manatdan 8 manata kimi qiymətlərdi şəhər daxili. Hava limanından şəhər mərkəzinə hardasa 10km məsafə var. Çox rahatlıqla Uber ilə gələ bilərsiniz. Qiymət 9-10 manat olacaq. ???? Şəhər xaricində maraqlı yerləri gedib görmək üçün Renta cardan 2 günlük 70 manata maşın kiraladıq. Sizə məsləhət görürəm ki, şəhər ətrafını da gəzəsiniz.???? Bəs harda qalmaq olar. Qaldığım yer həyət evi idi. Airbnb dən 14 günlük kirayə götürmüşdüm. Bu şəhəri və ətrafını gəzməyə toplam 5 gün bəs edir əslində ama mən buranı daha da yaxından tanımaq üçün biraz uzun qalmağı düşündüm və burda 14 gün qaldım, Evə 300 manat ödədik. Ev mənim xoşuma gəldi, sadə və balaca bir evdir. Yaxınlğında ucuz restoranlar var, yeməklərinin dadları çox superdir. Evdə isə internet və kondisoner əla vəziyyətdə işləyir. ???? Mənə maraqlı gələn qonşuların hamısının it saxlaması oldu. Elə bil it zooparkıdı, hər həyətdə fərqli cinsdə itlər görə bilərsiz.????Meksikada Pul vahidi Meksikan Pesosudur. 1 Peso = 0.08 qəpik. Ölkəyə dollar və ya avro gətirə bilərsiniz. 1 Dollar = 19 Mxn, 1 Avro = 21 Mxn. Pulunuzu rahatlıqla banklarda dəyişə bilərsiniz. Meksikada Visa, Mastercard keçir.????????Səyahət zamanı paltar yumaq da bir dərdir lap, amma buna bir çıxış yolu tapdım. Paltar yumaq üçün xüsusi yer var, Burbuclean orda paltarları yuduzdura bilərsiniz. Buna görə 7 manat ödədim.???????? Gəziləcək yerlər çoxdu, gəzib də heyran qalır insan bu gözəl tarixi yerlərə. Şəhəri gəzməyə 3 gün bəs edər sizə, 2 gün isə şəhər ətrafına ayırın. İlk öncə sizə Meridada gəziləcək yerlərdən danışım. Merida turistlik bir şəhərdi və buna görə də çox təhlükəsizdir. Şəhərdə gəzərkən heç narahat olmayın????????Əgər Maya tarixi və mədəniyyəti haqqında daha yaxından maraqlanıb öyrənmək istəsəniz şəhərdə yerləşən "Mayan World Museum of Mérida" ora baş çəkə bilərsiniz. Giriş biletinin qiyməti 9 manatdır.????‍♂️Şəhər içi gəzib görə biləcəyiniz digər yerlər. Paseo de Montejo, Plaza Grande, Merida Cathedral, Museo Casa Montejo, Casa Museo Montes Molina, Governor’s Palace, Monumento a la Patria, Merida Tourism Office, Parque de Santiago, Parque de Santa Ana.???????? Şəkillərin altında maraqlı məlumatlar yazmışam.????2012 də dünyanın sonu gəlir deyə başımızı aldatdılar və bunun Mayan təqviminə görə dediklərini bilirdiz ???????? İlk dəfə kakao ağacı Meksikanın Yucatan ştatında aşkar olub. İndi çox sevdiyimiz şkaladın məskəni Meksikadır.????????Restoran və yeməklərHər hansı bir restorana getdinizsə mütləq sifarişinizin 10% ini tips saxlamalısınız. Burda qayda ilə belədir, saxlamasaz hörmətsizlik olar.???? Yucatan ştatının yeməklərinə həqiqətəndə söz ola bilməz. Burda dəniz yeməkləri çox məhşurdu ama mənim aram olmadığı üçün sizlərə dəniz məhsulu olan restoranları məsləhət görə bilməyəcəm. Sizə getdiyim restoran adları və xərclədiyim məbləğ haqqında yazım.Restoranlar ????Que Rikas 6 AznLos Platos De Frida 10 AznVips 8 AznEl taurino 5 AznCafe montejo 9 AznAlabama mamma 6AznMi viejo molino 10 AznLos trompos, 6 AznLa casa de los abuelos 7 AznLa Reina İtzalana 6.50 AznYemək sifariş verərkən diqqətli olun. Yeməklərin bir çoxunun tərkibində donuz əti var❗️Dadlı yeməklər.Carne a la motuleña, Pok Chuk, Papa de trompo, Salbutes və Pambazos, Sopa de lima, sopes, Quesadilla.????Mütləq dadına baxılmalı soyuq içkilər – Horchata, Jamaica, Pina, Tamarinda, Guayaba, ☕Burda kofe içməyə çox üstünlük verirlər. Çay falan axtarmayın buralarda.Oxuduğunuz üçün hamınıza təşəkkür edirəm. Hal hazırda Meksikanı səyahətim davam edir.YouTube kanalıma baş çəkmək istəsəniz buyurun ????https://www.youtube.com/channel/UCco9GU4wMX2VKN5P7Dc8xrAƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Seyid Hüseyn

1085 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!