Header Logo
Bloq Xidmətlərimiz Haqqımızda Partnyorlar ƏLAQƏ
ANA SƏHİFƏ Bloq Xidmətlərimiz Haqqımızda Partnyorlar Bizimlə əlaqə

Bloq

  • Ana səhifə
  • Bloq
  • Şotlandiya - Edinburq bələdçisi
17 Sentyabr 2019 1255 dəfə oxunub

Şotlandiya - Edinburq bələdçisi

Edinburqdakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.

????????????????????????????????????????????????????????????????????????????????????Edinburq Şotlandiyanın ikinci böyük şəhəridir. 1437-ci ildən bəri ölkənin paytaxtıdır.

68960481_10216731637658159_3254545025123483648_n (1).jpg

Əvvəlcə başlayaq Edinburqa ən ucuz və ən rahat necə getmək olar. Əlbəttə ki, Bakı-Budapeşt daha sonra isə birbaşa reyslərlə Edinburqa.

İkinci yol Butaairways ilə Bakı-Sofiya daha sonra isə birbaşa reyslərlə Edinburqa.

Üçüncü yol Butaairways ilə Bakı-Kiyev daha sonra isə London və ya Mançesterə gedib oralardan davam etməkdir.

68252407_10216731648338426_7382606726610026496_n

Edinburqa yaxınlaşdıqca təyyarə o qədər aşağıdan uçurdu ki, sanki dronla çəkilmiş filmə baxırdım. Əzəmətli Forth Road Bridge körpüsü dumanların arasından görünür. Sonra da Şimal dənizi və yamyaşıl şəhər.

Edinburq havalimanından çıxanda tər-təmiz Şotlandiya havası o dəqiqə hiss olunur. Şəhərə bir neçə pounda həm qatar həm də avtobuslar gedir. Şəhərdə əksər binalar qara və böyük daşlarla tikilib. Ağaclar da başqa yerdəkilərdən xeyli böyükdür.

xxx.jpg

Bura gəlməmişdən bilirdim ki, dünyada ən çox qırmızısaçlı insanlar Şotlandiyadadır. Həqiqətən də xeyli qırmızıbaş və üzü çilli insanlar var. Şəhərin demək olar ki, hər yerində (parklarda, küçələrdə) pulsuz wifi var.

Qalmaq üçün düz şəhərin mərkəzində West End Hostel-i seçdim, bir gecəsi təxminən 20 manat. Ancaq adı hostel olsa da bir çox oteldən dəfələrlə yaxşı idi.

Şəhərin hər tərəfi Braveheart və Harri Potteri xatırladır. Xüsusilə “oldtown”da yerləşən böyük tarixi binaların arasında gəzmək (biraz da olsa tarixə marağınız varsa) adamı orta əsrlərə aparır.

68989155_10216731641298250_4932526895846653952_n.jpg

Edinburqun zooparkında siz başqa yerlərdə çətin görə biləcəyiniz panda, pinqvin, koala, lemur, gibbon, tapir, malay ayısı, qarışqayeyən və daha adını bilmədiyim onlarla heyvanı görə bilərsiniz. Yəni əgər Edinburqa uşaqla gəlmisinizsə mütləq zooparka getməlisiniz.

Edinburq qalası şəhərin hər tərəfindən görünəcək şəkildə yüksəklikdə tikilib. Qala həm də dünyanın ən böyük qalalarından biridir. İldə təxminən 2 milyon insan bu qalanı ziyarət edir. Qaladan çıxış birbaşa qədim Edinburqa açılır.  Ətrafda isə suvenir, maqnit satan dükanlar və milli paltarda şotland musiqisi səsləndirən insanlar. Old town-dakı binalar digər avropa şəhərlərindəkilərdən tam fərqlidir, hər biri maraqlıdır.

yyyy

Qaladan biraz aşağıda məşhur Scottish national Gallery muzeyində (giriş pulsuzdur) dünyanın ən bahalı rəsm əsərləri sərgilənir.

Bir az da aşağıda isə sözlə ifadə olunmayacaq qədər gözəl park (Princes Street Gardens) yerləşir. Park Edinburq qalası yerləşən təpənin aşağısındadır.

Şəhərin yuxarı hissəsində (mənə görə yuxarı idi) “Greyfriars kirkyard” adlı qorxulu qəbiristanlıq var. Mən bura çatanda artıq hava qaralırdı. Bir neçə turist qrupu vardı, hamısı həm qorxurdu, həm də gülürdülər. Sonradan öyrəndim ki, burda 1000 il əvvəl rəhmətə gedənlərin qəbirləri var, həm də dünyaca məşhur yerdir.

Şəhərin mərkəzi isə Royal Mile küçəsidir. Burada ancaq bahalı dükanlar və restoranlar var. Ancaq baha da olsa şotlandların milli yeməyi olan haggisin (sardelka kimi bir şeydir) dadına baxmaq olar.

Mərkəzdə Böyük Britaniyanın ucuzluq rəmzləri olan Primark (paltar) və Poundlandda istədiyiniz qədər ucuz paltar yemək və hədiyyələr ala bilərsiniz. Qiymətlər çox münasibdir. Misal üçün reddbull 1pound, sandviçlər (hər cür) 1pound, uşaqlar üçün paltarlar 1-10 pound (keyfiyyətlərinə söz ola bilməz). Mən endirimdə olan 3 köynəyi (uşaq üçün) 1 pounda aldım.

Şəhərin kənarında 205 metr yüksəkliyi olan Arthur’s seat adlı vulkan var. Hami bura şəhərə açılan mənzərəni izləmək üçün gəlir.

Edinburqdan danışanda reytinqlərdə ilk 30-a daxil olan məşhur Edinburq Universitetini də yada salmaq lazımdır. Universitet 1583-cü ildən fəaliyyət göstərir. Universitetin çox uğurlu məzunları olmuşdur. Graham Bell, Çarlz Darvin bunlardan bəziləridir.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

 

Paylaşdı: Elshan Ismayilov
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

 

 

Elshan Ismayilov

  • Paylaş

DİGƏR BLOQLAR

Mərakeş bələdçisi

Mərakeş səfərim sona çatır sabah. Qrupda praktiki məlumatlar olan post tapmamışdım gəlmədən öncə, ona görə gördüklərimlə bağlı qısa notlar götürmüşdüm burada paylaşmaq üçün əsl qışa dönmədən öncə.Bu post Mərakeşə səyahət etməyə hazırlaşan yaxud səyahət etmək istəyən Backpacker-lər (əsasən SOLO) üçündür (Maroc, Morocco, Fez, Merakesh, Mərakeş).ÜMUMİ PRAKTİKİ MƏLUMATLAR:Sim card - ilk iş, mən Inwi məsləhət görürəm, 50 dirhəmə 11 giga və 1 saat danışıq işi görür əgr telefonu kənara qoyub ölkəni gəzmək istəyirsinizsə.Taxi - həmişə hərəkətdə olan taksiyə əl edin, hər şəhərdə eyni rəngdə taxi maşınları var və qiyməti siz deyin, şəhərdaxili hara gedirsiz gedin 20 dirhəmdən çox olmamalıdır (aeroportları çıxmaqla - bəzən kənarda ola bilir aeroport) və hətta bəzi şəhərlərdə eyni qiymətdi hər yerə (Essaouira 7-8 dirhəm).Scam - küçədə heç kimdən heç nə soruşmayın qəti. Kim də nə desə “la, shokran” yaxud “no, merci” kifayət edir uzaqlaşdırmaq üçün əgər çox gəlsələr. Mağazalarda çalışanlardan soruşa bilərsiniz. Əgər kimsə hiss etsəniz ki yaxşılıq etmək istəyir həqiqətən də, öncədən bildirin ki, ona heç bir pul ödəməyəcəksiniz (mənim başıma neçə dəfə gəldi və mən bunu deyəndə onların hamısı dedilər ki “mənim dilimdə “sağ ol” desən bəs edər”)Haggling - hər yerdə qiymət danışa bilərsiniz rəsmən, milli geyim tipli nələrsə almaq üçün ən yaxşısı dərzi + mağaza olanlardı. Hansılar ki qiymətdə daha flexible’dılar enmək üçün. Bir də, mağazaların bağlanan vaxtı daha çox qiymətdə enirlər kimi hiss etdim.Restaurant - hər qiymətə hər cür restoranlar var, amma ən yaxşısı restorana girmədən öncə review check eləməkdi. Çünki zəhərlənmə yaxud ərzaq keyfiyyəti pis olan restoranlar çoxdu və bunu rəylərdə görə bilərsiniz.Language - bəzi postlarda oxumuşdum Mərakeşdə Fransızca danışmaları ilə bağlı, bura gələndə anladım ki, Fransızca bilməyənlər imiş bunların Fransızca danışa bildiyini düşünənlər. Bizdə rusdan ingilisə olan dəyişim kimi (yaşlı cavan nəsil), bunlarda da fransızdan ingilisə dəyişim gedir. Fransızca yaxşı danışan təbəqə universitetə filan getmiş təbəqədi. Hansı ki siz onları küçələrdə çalışan görməyəcəksiniz, gördüklərinizsə “broken french” danışır və danışdıqları ləhçə isə ərəbcələrinin standard ərəbcədən fərqli olduğu qədər fərqlidi Fransadakı fransızdan. Adi rəqəmləri, bahadır, sağa, sola və axtardığınız şeylərin adlarını fransızca öyrənsəniz elə onlar qədər bilmiş olacaqsınız və kifayət edəcək, belə o səviyyədə onsuz da ingilisi də bilirlər ona görə problem olmamalıdır ümumi.Alcohol - barların bəzilərindən başqa demək olar ki. çox yerdə tapmaq olmur. Carrefour’da satılır amma 20:00’da satışı dayandırırlar əksərən və çox bahadı, hətta Belçika qiymətlərindən belə baha idi :)Hashish - Mərakeş Avropa İttifaqının 70% importunu qarşılayır, bütün keyfiyyətlərdə bütün qiymətlərdə tapa bilərsiniz küçələrdə. Chefchaouen hashishi məşhurdur.Security - bütün ehtimallarda, üzərinizdə sizə anında lazım olacaq məbləğdən çox pul, sənəd ya pul qabı gəzdirməməyi tövsiyə edərəm. Əlinizde telefon gəzməməyi, həmişə arxadan kimsə gəlir ya gəlmir yoxlamağı, axşam tək çıxmamağı (ümumiyyətlə qrup yaxud bir neçə nəfər olanda həmişə daha yaxşıdı) tövsiyə edərdim.Rent a car - etməsəniz daha yaxşı əgər yerli biri yoxdursa sizlə, çünki şirkətlər həmişə nəsə tapır əlavə pul almaq üçün. Maşın sürmək fəlakət kimidir. Yol işarələri filan bir çox şəhərlərdə yox vəziyyətdədir.Transport - biletləri ok qiymətlərə ala bilersiniz. Rəsmi website’larından (aşağı əlavə edirem linkləri - website’lar fransızca yaxud ərəbcədi, amma google chrome istifadə edərək avtomatik tərcümə edə bilərsiniz):Train - sürət və normal qatarlar var (hər yerində yox amma). Şirkətin adi ONCF > https://www.oncf-voyages.maBus - avtobus şirkətləri CTM və Supratours > https://ctm.ma ve https://www.supratours.maVisa - Schengen ölkəsi oturumu olanlara çox rahat, online prosesdir və 1 saata göndərdilər e-visani. Digərləri üçün rəsmi website yoxlayın çünki sadələşdirmə prosesi gedir keçən ildən.ÜMUMİ TƏƏSSÜRATLARIM: Super ölkədir. Gəzməyə, görməyə dəyər. Çox mehriban insanlardır. Tarixidir və hər şəhəri digərindən çox fərqlənir həm təbiətinə, həm arxitekturasına, həm də tarixinə görə. Qiymətlər deyilən qədər ucuz deyil (Azərbaycandan bahadır ən azı) sözsüz ki, hansı ölkə ilə müqayisə etmənizə bağlıdır.GETDİYİM ŞƏHƏRLƏRLƏ BAĞLI QISA:EssaouiraBeach city, horse riding və surfing məşhurdu dəniz kənarında. Daha təhlükəsizdir digər yerlərə baxanda. Taxi 7-8 dirhəmdir hər yerə. Aeroportdan şəhərə bus da var, taxi də (taxi daha yaxşıdır, çünki bus qarışıqdır). Accommodation: Beach hostel. Gediləcək bar isə Taros ola bilər, canlı musiqi + alcohol + terrace.MarrakechXaotik amma gözəldir. Bahia üçün guide tutsaz əla olar çox öyrənmək üçün. Badi’ni özünüz də ziyarət edə bilərsiniz. Parklara mütləq gedin. YSL fanısızsa onun muzeyinə gedə bilərsiz. Online alın mütləq çünki sıra çox uzundu (combined ticket ile Majorelle ve Berber museum də görə bilərsiniz >https://www.museeyslmarrakech.com). Gueliz ərazisində gəzməyi unutmayın. Taxi üçün hərəkətdə olanları saxladın, 10-20 dirhəm arası gedə bilərsiniz Medina ilə digər yerlərin arasında. Riad Rouge Marrakech mütləq qalmalı olduğunuz yerdir.Sahara tour MerzougaZagora’ya sahara tour adı ilə aparsalar getməyin qəti. Orada qum təpələri filan yoxdur. Merzouga qışda çox soyuqdu axşam, getsəniz bunu nəzərə alın (mənfiyə düşür və isitmə yoxdur heç harda əgər luxury tour almamısınızsa). 1000 dirhəmə satılan turu biz 700’ə almışdıq danışıb, kontaktı var istəsəniz paylaşa bilərəm. Göy üzü filan super görünür (Milky Way daxil).CasablancaBir günlük görmək olar məscidə bir də bir neçə gözəl yerlərinə görə. Lissabona oxşayır biraz (daha dağınıq versiyası).RabatTəmiz, gözəl, az turist olan, aldatma filan halları çox az olan bir şəhərdir. Bir gün keçirtmək olar.ChefchaouenToy öncəsi gözəllik salonundan yenicə çıxmış cliché Azərbaycanlı qıza bənzətdim bu şəhəri. Estetik olaraq çox gözəldi, amma şəhərin ruhu yoxdur. Şəhəri süni olaraq şəkil çəkdirmək üçün yaradıblar sanki. Hər yer bir-birinə oxşayır və mən 3 gün qalsam da çölə çıxmağa çox da həvəsim olmurdu eyni şeyleri görməkdən bezdiyim üçün. Hiking üçün əla trekler var hansi ki ora ile bağlı mavi sözündən sonra ilk ağlıma gələn onlardı. Baraka hosteldə qalmağa dəyər.FezTarixi şəhərdir və keçmiş paytaxt olub. Burada daha çox yemək bişirmək və hamam tipli aktivitələr edə bilərsiniz. Riad Verus və Medina Social Club əla hostellərdir.Daha detallə ümumi məlumatlar istəsəniz planlamaya kömək məqsədilə bu website istifadə edə bilərsiniz: https://worldofwanderlust.comSON SÖZ:Təhlükə və s. ile bağlı olan cəfəngiyyatlara çox da inanmayın. Dünyanın hər yeri təhlükəlidir ehtiyyatlı olmasanız.Gözlərinizin çekdiyini isə heç bir kamera çəkə bilməz. Telefonu kənara qoyub getdiyiniz yerlərdə gözlərinizlə bütün gözəllikləri mütləq çəkin :)Hər fəsil hər yerdə fərqli gözəldir. Deyilənlərə əsasən, Mart, Aprel, Sentyabr və Oktyabr gözəl aylardır Mərakeşə səfər üçün.Bon voyage!

11 Yanvar 2023 634 dəfə oxunub

İstiqamət ↬ Balkanlar

Warsaw – Budapest – Sarajevo – Mostar – Kotor – Budva – Shkoder – Ohrid – Skopje – Tbilisi – Baku26 iyul 2019Warsaw – BudapestFlixbus: 21 EURBilet daşıyıcının rəsmi saytından əldə edilmişdir.27 iyul 2019Budapest: dostumun evində qaldım28 iyul 2019Budapest (BUD) – Sarajevo (SJJ)Wizzair: 13105 HUF (39 EUR)Bilet aviaşirkətin rəsmi saytından əldə edilmişdir, bu qiymət Discount Club üzvləri üçün keçərli idi.28 iyul 2019Sarajevo – MostarBus: GlobTour / Croatia Bus 38 BAM (6 EUR)Bilet daşıyıcının rəsmi saytından əldə edilmişdir.28-31 iyulMostar: Kovac Apartment 120 EUR (Apartment with Balcony)Yaşayış bronu booking.com saytından edilmişdir.31 iyul 2019Mostar – Budva (bus): qiyməti dəyişir (saatlardan və sairə asılı olaraq)Bilet avtovağzalın kassasından əldə edilmişdir.31 iyul – 03 avqustBudva apartments: 170 EURYaşayış bronu airbnb.com saytından edilmişdir.01 avqust 2019Budva – Kotor – Budva (bus): qiyməti dəyişir (saatlardan və sairə asılı olaraq)Bilet avtovağzalın kassasından əldə edilmişdir.03 avqust 2019Budva – ShkoderBus: GetByBus / Old Town Travel 89 HRK (12 EUR)Bilet daşıyıcının rəsmi saytından əldə edilmişdir.03 avqust 2019Shkoder: Vllaznia Hotel 45 EURYaşayış bronu hotels.com saytından edilmişdir.04 avqust 2019Shkoder – Tirana (bus): 300 ALL (3 EUR)Bilet avtobusun içində əldə edilmişdir.Tirana – Ohrid (taxi): 70 EUR (avtobusun qiyməti 18 EUR idi və növbəti avtobusa yer yox idi deyə taksi ilə getməyə qərar verdik)04-06 avqust 2019Ohrid: Apartment Ain Naum 80 EURYaşayış bronu booking.com saytından edilmişdir. 06 avqust 2019Ohrid – Skopje: 17 AZNBilet öncədən turizm agentliyindən əldə edilmişdir.06 avqust 2019Skopje – İstanbul – TbilisiPegasus Airlines: 106 EURBilet aviaşirkətin rəsmi saytından əldə edilmişdir.Gəzməli-görməli yerlər:1) Sarajevo – 4-5 saat kifayət edir şəhər ilə tanış olmağa, sonra Cevabcici Zeljo-ya gedib gəşəng lülə kabab yeyib növbəti şəhərə yola düşə bilərsiniz.2) Mostar: 1 gün şəhəri gəzib növbəti günləri aktiv istirahətə sərf edə bilərsiniz. Biz Neretva çayına (Konjic-ə) rafting-ə getdik. 35 EUR (səhər yeməyi, geyim, 4 saatlıq çaydan zövq almaq, günorta yeməyi və avtovağzala/avtovzağzaldan çatıdılma daxil). Həmçinin də Blagaj-a və Kravica Waterfall-a gedə bilərsiniz.3) Budva, Kotor, Sveti Stefan – bura əsl passiv istirahət üçündür. Amma o demək deyil ki, aktiv əyləncə üçün heçnə yoxdur. Əlbəttə ki, var: qayıq, paragliding və sairə əyləncələr bu zonada mövcuddur. Sveti Stefan mütləq gediləsi yerdir, suyun təmizliyi hər şeyə dəyər. Tarixi məkanlara da mütləq baş çəkin (Budva Castleç Citadela və sairə).4) Shkoder: biz getdik, siz getməyin... Yalnız göl var, ona da turlar yalnız səhər tezdən olur... Şəhər isə çox darıxdırıcıdır.5) Ohrid: Makedoniyanın göz muncuğu sayılan bu göl ətrafı şəhərdən yaxşıcana zövq ala bilərsiniz. Əsasən passiv istirahət üşün nəzərdə tutulub. Digər sahillərə getmək üçün gəmi turu götürə bilərsiniz. Biz Saint Naum sahilinə tur götürmüşdük.6) Skopje: heykəllərin əlindən tərpənə bilməyəcəyiniz şəhər... addımbaşı heykəllər sizi izləyəcək. Vaxtınız varsa Matka Canyon və Mount Vodno-ya getmək olar.Ümumi xərc: 1500 AZN civarında (adambaşı)Xərcləri rahat idarə etmək üçün Tricount mobil tətbiqini məsləhət görərdim.Booking.com saytında qeydiyyatdan keçmək üçün bu linkdən istifadə edə bilərsiniz: https://www.booking.com/s/35_6/ilgar637Airbnb.com saytında qeydiyyatdan keçmək üçün bu linkdən istifadə edə bilərsiniz:https://www.airbnb.com/c/iafandiyev?currency=EURŞəxsi instagram hesabım: @ilgarafandiFaydalı olmaq diləyi ilə!#ilgarafandi #tripbyilgar #tripbyafandi #t2taz #time2travelaz #gzynlr #gezeyenlerP.s. Səyahət ilə bağlı bütün postlarımı həm instagramda, həm də qrupda #tripbyafandi hashtagi altında oxuya bilərsiniz :) Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ilgar Afandi

21 İyun 2020 1361 dəfə oxunub

Şimali İrlandiya bələdçisi

Belfastdakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.Belfast havalimanından (George Best ???????? ???????? ) çıxan çıxan kimi şəhərə gedənləri gözləyən ikimərtəbəli qırmızı avtobuslar var. Mən də çıxdım ikinci mərtəbədə ən qabaqda oturub, başladım ölkənin gözəl yam-yaşıl təbiətini seyretməyə.Belfast əhalisi indiyə qədər gördüyüm ən xoşbəxt, gülərüz, mehriban, yardımsevər insanlar idi. Şəhər tər-təmiz, yaşıl, tarixi abidələrlə zəngindir. Axşam olan kimi mərkəzi küçələrdə addımbaşı onlarla adam toplaşıb Ginnes (guinness beer) içə-içə canlı irland musiqiləri oxuyub rəqs edirlər.Belfast digər Böyük Britaniya şəhərlərindən daha varlı, daha təmiz, daha az miqranta sahibdir. Əhalinin əksəriyyəti yerli irlandlar və ingilislərdir. İrland dilini bilən adam tapa bilməzsiniz. Hamı ingilis dilində danışır. Şəhər elə də böyük deyil, hər yerə piyada getmək olur.Titanik gəmisi Belfastda inşa edilib. Gəminin tikildiyi yerdə kiçik gəmi turları olur (qiyməti 10 £). Gəzməli yerləri Belfast City Hall, Belfast Castle, Botanic Gardens, Ulster Museum, Carricfergus Castle, Cavehill, St.Anne’s Cathedral, və ən maraqlısı isə Belfastın zooparkı.Şəhər Game of Thrones serialı ilə daha da məşhurlaşıb. Belfast yaxınlığındakı çəkiliş yerlərinə gündəlik 25-60 £ arası turlar var.Şimali İrlandiyanın ikinci böyük şəhəri isə Londonderridir. Aeroportu bizim Zabrat aeroportundan da kiçikdir. Havalimanından çıxıb qaçdım çölə, avtobus, qatar yoxdur. Hamını qohum-əqrəbası gəlib maşınla aparır. Mən də bir ağsaqqal kişidən soruşdum ki, şəhərə necə gedə bilərəm, dedi ki, ancaq taksi ilə, o da 20 pounda ( 42 manat) gedər, ancaq 10 dəqiqə gözləsən indi arvadım məni götürməyə gələcək. Gözləyib başladıq söhbət eləməyə. Azərbaycanı tanıdı. Burda Azəri-Çıraq-Günəşlidə dostları işləyirmiş. Yoldaşı da gəldi, söhbəti maşında davam etdik. Məni düz şəhərin mərkəzinə gətirdilər. Hər yeri də başa saldılar.Derridə əsl ingilis havasını gördüm. Yaxşıca islandım. Ancaq yağış yağsa da səhər tezdən şəhərdə Foyl çayının (River Foyle) üstündəki Peace Bridge körpüsündə yüzlərlə adam qaçışır. Elə ona görə də şəhərdə kök adama rast gəlmək olmur.Buradan Belfasta gedən qatarlardakı atmosfer bizim rayon mərkəzlərindən kəndlərə gedən avtobusları xatırladır. Qatardakıların əksəriyyəti rayon və kənd əhalisi idi. Deyəsən kəndli elə hər yerdə kəndlidir. Qatarda şəhərdəkilər kimi ağ adamlar yox, dəriləri günün altında işləməkdən yanmış, qara-qırmızı rəngli adamlar var idi.Yaşlı adam içəri girən kimi cavanlar ayağa qalxıb yer verir, hamı biri-biri ilə salamlaşır, siyasətdən danışırlar.Dublindən Londonderriyə gedən yolda da o qədər gözəl kəndlər, qəsəbələr var ki, nağıl ya da cizgi filmindən fərqi yoxdur.Şəhəri ələk-vələk etsəm də maqnet tapa bilmədim. Şəhər kiçik olsa da gəzməli yerləri o qədər çoxdur ki, sözlə demək olmur. Çayın sahilində İrlandların Amerika qitəsinə səyahət etdikləri tarixi anları əks etdirən maraqlı heykəllər var. Bir də Derri son illərə qədər İRA-nın (deyilənə görə terror təşkilatı olub) əsas mərkəzi olub və burda birçox qanlı hadisələr də olub.Əsas görməli yerləri aşağıdakılardır.1. St. Columb’s Park2. The Clock Tower3. St Columba's Church, Long Tower4. Foyle Valley Railway Museum5. Riverwatch Aquarium and Visitor Centre6. Derry City Cemetery7. Victoria Road8. Peace Bridge9. Old TownƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…  Paylaşdı: Elshan Ismayilov

9 Avqust 2019 1412 dəfə oxunub

Ən ucuz Praqa səyahət planı

Avropanın mirvarisi, əsrarəngiz qırmızı damları ilə məşhur olan, Çexiya Respublikasının paytaxtı və ən böyük şəhəri olan Praqa Mərkəzi Avropanın ən cazibədar və romantik şəhərləri arasında ilk sıralarda gəlir. Gəzib görməli yerləri isə saymaqla bitməz. Əgər ilk dəfə Avropaya səyahət edirsinizsə həm ucuz, həm çox rahat ictimai nəqliyyatı, təhlükəsiz açıq hava muzeyləri ilə ad salmış, Vlata çayı üzərində biri-birinin ardınca düzülmüş qədim körpüləri ilə bu mədəniyyət paytaxtı sizin siyahınızda ilk olmalıdır. Praqada 3 günlük bir gəzinti planlasanız, bu şəhəri doyunca gəzmək üçün bəs edəcək. Möhtəşəm ambiyansı, tarixi yerləri, qalaları və gözalıcı tayı-bərabəri olmayan memarlığı ilə hər anı sizdə sanki tarixdə səyahətə çıxmış hissini oyandıracaq.Praqa harada yerləşir?Mərkəzi Avropanın gözü olan Praqa şəhəri, Çexiyanın mərkəzində Vltava çayının sahilində yerləşir. Çexiya Resublikası qərbdə Almaniya, cənubda Avstriya, şərqdə isə Slovakiya və şimalda Polşa ilə sərhəddir. Praqa Mərkəzi Bohemiya bölgəsində yerləşir.Praqaya hansı fəsildə getmək lazımdır?Dənizə çıxışı olmayan Çexiya Respublikası 2 vilayətdən Bohemiya və Moraviyadan ibarətdir və digər Mərkəzi Avropa ölkələri kimi qışı sərt keçən quru iqlimə malikdir. Qışda hər zaman havanın temperaturu sıfır dərəcədən aşağı olduğu üçün bu fəsildə Praqaya gedəcəyiniz zaman uzun-uzun gəzintiləri unudun. Çünki yağıntıları da bu soyuq fəsildə həmişə qar şəklində olur. Ancaq Yeni ili qeyd etmək üçün Milad bayramı ərəfəsində göz oxşayan Milad bazarları üçün biraz soyuğa qatlanıb gəzintiyə çıxa bilərsiniz. Çox üşüsəz, onun da çarəsi olan isti şərabları hər addımbaşı alıb içinizi isidə bilərsiz. 2 il bu şəhərdə yaşamış biri olaraq şəxsən mən 4 fəslin hamısından həzz alıram. Praqanı bütün gözəllikləri ilə gəzmək istəyirsinizsə, hər fəsildə bura səyahət edin deyərdim. Bir dəfə bura gəlib onun möcüzəsinə qapılsanız, həm qızılı payızını, xəzanını, qarlı qışını,yeni il qeyd etmələrini, Pasxa əvvəli qurulan rəngarəng bazarları, yeni açmış ''cherry blossom'' fəslini və ən əsası da çox isti keçməyən doyunca həm ətraf kəndləri, həm də digər şəhərləri də gəzə biləcəyiniz yay aylarını bu şəhərə təkrar- təkrar gələrək keçirəcəksiz. Ancaq yenə də mənim ən sevimli fəslim Pasxanın təzə çıxıb, havaların isinməyə başladığı aprel-may aylarıdır. Yayda qiymətlər yaz fəslinə nisbətən daha yüksək olur.Praqaya ən ucuz hansı yolla və necə getmək olar?Əgər siz rahat şəkildə birbaşa uçuşla getmək istəyirsizsə, AZAL mövsümü olaraq Bakı- Praqa reyslərini cümə və bazar ertəsi həyata keçirir. Uçuş 5 saat yarım davam edir. Gediş-gəliş 1 sərnişin üçün 1000-1100 AZN arasında dəyişir. Ukrayna Hava Yolları, Belavia, Air Baltic ilə daha sərfəli uça bilərsiniz ancaq bir dəfə təyyarə dəyişib, transfer etməli olacaqsınız. İndi isə gələk '' Ən ucuz yolla Praqaya necə getmək olar? '' sualının cavabına. Wizzair ilə Bakı-Budapeşt-Bakı reysinə maksimum 100-130 avro ödəməklə bilet alıb, oradan isə ya qatar ya da avtobus ilə Praqaya gedə bilərsiniz. Avtobus biletləri 13-15 avro arası, qatar isə 15-20 avro arası dəyişir. Budapeştdən Praqaya avtobusla 7 saata çatmaqla həm də Mərkəzi Avropanın bir ölkəsini də görmüş olursunuz, hələ ayaq üstü tridelnik ilə çay içib, naharda qulyaş yeməyə də vaxtınız olur Macar torpaqlarında.Praqaya çatdıqdan sonra ucuz maşın kiralaya bilərsiniz.Faydalı olsun deyə sizin üçün linki əlavə edirəm.https://www.discovercars.com/czech-republic/prague?keyword=%2Bcar%20%2Brenting%20%2Bprague&network=g&gclid=Cj0KCQjwirz3BRD_ARIsAImf7LMeB9GQeB42cJDWkt37e06DkSkL3ZmqPjO16rgB6vvsfOyK22tEYdEaAubgEALw_wcB Avropada ən ucuz avtomobili Praqada kiralayacaqsınız. Bu arada Vaclav Havel hava limanından şəhər mərkəzinə taksi ilə gəlmək istəsəz 27 dəqiqəlik bu məsafə üçün 30 avro ödəməli olacaqsız. Uçuşlar birinci terminaldan həyata keçirilir. Əgər qənaət edib avtobusla gəlmək istəsəz 100 nömrəli avtobusla 6 dayanacaq getdikdən sonra Zlicin metro stansiyasının avtobus dayanacağında düşüb, elə B (sarı rəngli istiqamətində) hərəkət edib Cerny Most yazılan istiqamətdə metro qatarına minib, Namesti Republiky stansiyasına çatacaqsınız. Bura artıq şəhər mərkəzidir. Artıq istədiyiniz yerə tramvay və yaxud avtobusla rahat çata bilərsiniz. Bu yola təqribi 2,20 manat ödəniş edəcəksiniz. Praqada ictimai nəqliyyatdan istifadə necədir? Praqada 1-3 günlük və tək gedişli biletlər isə 30 dəqiqə və 90 dəqiqə olmaqla 2 yerə bölünür. Əgər çox qalacaqsınızsa ən sərfəlisi 3 günlük biletlər almaqdır. 3 günlük biletin qiyməti təqribi 12 avro edir. Bu biletləri qaldığınız otelin qeydiyyat şöbəsindən, metrodan, tramvay və yaxud da avtobus dayanacaqlarından ala bilərsiniz.  30 dəqiqəlik - 1,64 AZN  90 dəqiqəlik- 2, 19 AZN  1 günlük- 7,52 AZN Əgər nəqliyyata biletsiz daxil olsaz və nəzarətçilər bunu yoxlasa cəzası 1500 CZK yəni 102 AZN təşkil edir. Bu biletlər metro, tramvay, avtobus, funiklyor və bəzən də ferry boat istifadəsində limitsiz nəzərdə tutulub. Metro səhər saat 5 - dən gecə 12 - ə qədər fasiləsiz fəaliyyət göstərsə də avtobuslar da gecə növbəsində işləyir. 501 və 513 nömrəli avtobuslar gecə avtobusları sayılır. Praqa haqqında nə qədər yazsam da bitməz deyə bu yazımı 2 hissəyə böldüm. ikinci hissəsində isə sizi maraqlandıran digər sualların cavabı olacaq.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ulkar Ismayilzada

23 İyun 2020 1917 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!
  • © 2019 - 2023 Gəzəyənlər
  • tərəfindən hazırlanmışdır
  • Bütün hüquqlar qorunur