768 dəfə oxunub

Meksika - Yucatan bələdçisi

Meridadakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Salam Gəzəyənlər yaxın əyləşin sizə Meksikadan maraqlı məlumatlarım var ????
???????? Meksika həqiqətən də gözəl bir ölkədi. Hər ştatında fərqli bir yaşam tərzi, adət-ənənəsi var. Hər zaman bu yaşam tərzləri, adət ənənələri ilə yaxından tanış olmaq arzusunda olmuşam və bu dəfə isə Meksikanın cənub şərqində yerləşən Yucatan ştatına yollandım. Getməmişdən öncə ştat haqqında azca məlumat topladım və həqiqətən də çox inanılmaz bir tarixə sahib imiş. Bu ştat Mayalıların məskəni olub və tarix adət-ənənə ştatın hər bir şəhərində hələdə yaşadılır. İspan dilindən əlavə olaraq ştatın 30%-i Maya dilində danışır.

ℹ Maya tarixinin bu qədər möhtəşəm olmağı adamı lap heyran edir. Bəs Mayalılar kim olub axı. Hər nə qədər Maya sivilizasiyası işğal edilərək məhv edilsə də bu gün belə Meksika və Qvatamelada Maya dili və mədəniyyəti yaşamaqdadır. Bu gün çox sayda Maya insanı həyatda olsa da, Mayalıların idarə etdiyi son dövlət 1697’ci ildə İspaniyanın idarəetməsinə keçmişdi. Mayalılar qədim sivilizasiyalar içərisində ən inkişaf etmiş yazı sisteminə sahib olan sivilizasiya idi. Təəssüflər olsun ki, İspaniya işğalı zamanı bu yazıların bir çoxu məhv edilmişdir. Mayanın necə məhv edilməsi haqqında heç bir məlumat yoxdur. İspaniyalıların gəlişindən uzun zaman öncə böyük Maya şəhərləri dağıdılmış və tərk edilmiş vəziyyətdəydi. İrəli sürülən nəzəriyyələr arasında ən məntiqli olanı quraqlıq, qıtlıq və iqlim dəyişiklikləri səbəbindən yox olmalarıdır.

???? Merida Meksikanın Yucatan ştatının paytaxtı olub tarixi 1540-cı illərə qədər uzanan bir şəhərdir. Merida adı şəhərə İspanya Krallığı tərəfindən verilib. Şəhərin çoxluğu Mayalıların dilini və adət-ənənələrini yaşadır olması çox xoşdur. Şəhərdə bir çox küçə, restoran adları ispan dilindən əlavə olaraq Mayan dilində yazılıb. Hətda bir çox insanın adı belə Mayan adıdır.

73342846_1368784943297398_3125337677121978368_o

✈️ Mən Meksikanın Monterrey şəhərində yaşadığım üçün Meridaya Monterrey şəhərindən Vivaaerobús ilə 77 manata bir gedişli təyyarə bileti alıb yollandım Merida şəhərinə. Təyyarə ilə 1 saat yarımlıq yoldu. Siz bu şəhərə gəlmək istəsəz avropadan Meksika şəhərinə uçub ordan gələ bilərsiniz. Ya da İstanbuldan Meksika şəhərinə ordanda Meridaya, bu yolla gələ bilərsiniz.

???????? Meridada nəqliyyatdan istifadə haqqında məlumat verim sizə. Avtobusdan istifadə edə bilərsiniz, amma sizə çox çətin olacaq. Burda avtobuslar biraz qarışıqdı. Amma şəhər hər addım başı Uberdi, qiyməti də çox münasib. 3 manatdan 8 manata kimi qiymətlərdi şəhər daxili. Hava limanından şəhər mərkəzinə hardasa 10km məsafə var. Çox rahatlıqla Uber ilə gələ bilərsiniz. Qiymət 9-10 manat olacaq. ???? Şəhər xaricində maraqlı yerləri gedib görmək üçün Renta cardan 2 günlük 70 manata maşın kiraladıq. Sizə məsləhət görürəm ki, şəhər ətrafını da gəzəsiniz.

???? Bəs harda qalmaq olar. Qaldığım yer həyət evi idi. Airbnb dən 14 günlük kirayə götürmüşdüm. Bu şəhəri və ətrafını gəzməyə toplam 5 gün bəs edir əslində ama mən buranı daha da yaxından tanımaq üçün biraz uzun qalmağı düşündüm və burda 14 gün qaldım, Evə 300 manat ödədik. Ev mənim xoşuma gəldi, sadə və balaca bir evdir. Yaxınlğında ucuz restoranlar var, yeməklərinin dadları çox superdir. Evdə isə internet və kondisoner əla vəziyyətdə işləyir. ???? Mənə maraqlı gələn qonşuların hamısının it saxlaması oldu. Elə bil it zooparkıdı, hər həyətdə fərqli cinsdə itlər görə bilərsiz.

????Meksikada Pul vahidi Meksikan Pesosudur. 1 Peso = 0.08 qəpik. Ölkəyə dollar və ya avro gətirə bilərsiniz. 1 Dollar = 19 Mxn, 1 Avro = 21 Mxn. Pulunuzu rahatlıqla banklarda dəyişə bilərsiniz. Meksikada Visa, Mastercard keçir.

????????Səyahət zamanı paltar yumaq da bir dərdir lap, amma buna bir çıxış yolu tapdım. Paltar yumaq üçün xüsusi yer var, Burbuclean orda paltarları yuduzdura bilərsiniz. Buna görə 7 manat ödədim.

???????? Gəziləcək yerlər çoxdu, gəzib də heyran qalır insan bu gözəl tarixi yerlərə. Şəhəri gəzməyə 3 gün bəs edər sizə, 2 gün isə şəhər ətrafına ayırın. İlk öncə sizə Meridada gəziləcək yerlərdən danışım. Merida turistlik bir şəhərdi və buna görə də çox təhlükəsizdir. Şəhərdə gəzərkən heç narahat olmayın????

72769688_1368784636630762_2372524188960292864_o

????Əgər Maya tarixi və mədəniyyəti haqqında daha yaxından maraqlanıb öyrənmək istəsəniz şəhərdə yerləşən "Mayan World Museum of Mérida" ora baş çəkə bilərsiniz. Giriş biletinin qiyməti 9 manatdır.

72879399_1368784779964081_4817489473883340800_o

????‍♂️Şəhər içi gəzib görə biləcəyiniz digər yerlər. Paseo de Montejo, Plaza Grande, Merida Cathedral, Museo Casa Montejo, Casa Museo Montes Molina, Governor’s Palace, Monumento a la Patria, Merida Tourism Office, Parque de Santiago, Parque de Santa Ana.

???????? Şəkillərin altında maraqlı məlumatlar yazmışam.

????2012 də dünyanın sonu gəlir deyə başımızı aldatdılar və bunun Mayan təqviminə görə dediklərini bilirdiz ????

???? İlk dəfə kakao ağacı Meksikanın Yucatan ştatında aşkar olub. İndi çox sevdiyimiz şkaladın məskəni Meksikadır.

73417782_1368785463297346_6236942926459437056_o.jpg

72958431_1368786843297208_851592513289453568_o

????????Restoran və yeməklər

Hər hansı bir restorana getdinizsə mütləq sifarişinizin 10% ini tips saxlamalısınız. Burda qayda ilə belədir, saxlamasaz hörmətsizlik olar.
???? Yucatan ştatının yeməklərinə həqiqətəndə söz ola bilməz. Burda dəniz yeməkləri çox məhşurdu ama mənim aram olmadığı üçün sizlərə dəniz məhsulu olan restoranları məsləhət görə bilməyəcəm. Sizə getdiyim restoran adları və xərclədiyim məbləğ haqqında yazım.

Restoranlar ????
Que Rikas 6 Azn
Los Platos De Frida 10 Azn
Vips 8 Azn
El taurino 5 Azn
Cafe montejo 9 Azn
Alabama mamma 6Azn
Mi viejo molino 10 Azn
Los trompos, 6 Azn
La casa de los abuelos 7 Azn
La Reina İtzalana 6.50 Azn

Yemək sifariş verərkən diqqətli olun. Yeməklərin bir çoxunun tərkibində donuz əti var❗️

Dadlı yeməklər.
Carne a la motuleña, Pok Chuk, Papa de trompo, Salbutes və Pambazos, Sopa de lima, sopes, Quesadilla.

????Mütləq dadına baxılmalı soyuq içkilər – Horchata, Jamaica, Pina, Tamarinda, Guayaba, ☕Burda kofe içməyə çox üstünlük verirlər. Çay falan axtarmayın buralarda.

Oxuduğunuz üçün hamınıza təşəkkür edirəm. Hal hazırda Meksikanı səyahətim davam edir.
YouTube kanalıma baş çəkmək istəsəniz buyurun ????
https://www.youtube.com/channel/UCco9GU4wMX2VKN5P7Dc8xrA

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Seyid Hüseyn

DİGƏR BLOQLAR

İtaliya bələdçisi - Birinci hissə

"The sun under Tuscan", "Letters to Juliet", "To Rome with Love" və bu qəbildən olan sairə kinolara baxan hər bir romantik qızın arzusudur ki, ömründə heç olmasa bir dəfə də olsa İtaliyanı görsün P.S.Postum çox uzun olacağından, 2 pərdəli etməyi düşünürəm:) İstəyirəm ki, İtaliya arzusunda olanlar texniki məsələlərlə yanaşı, küçədəki tanımadığımız insanların bizə münasibətini də görsün:)Birinci hissə:Sizə keçən ilin elə avqust ayında etdiyim İtaliyaya səyahətim və xüsusilə də italyanlar barədə danışmaq istəyirəm İtaliyaya gedib düşəndə başa düşürsən ki, onları niyə Avropanın Qafqazlıları adlandırırlar, adamlar bir sözlə möhtəşəmdirlər, qanun yox, qayda yox, hər şeyi öz keflərinə uyğunlaşdırıblar! Almaniyanın yağışı, havası qədər də soyuq insanları məni o qədər bezdirmişdi ki, İtaliyaya getməyi iplə çəkirdim. Getmək üçün qərar verdiyim gün biletlərin qiymətinə baxdım, ucuz hava yollarının hərəkət etdiyi aeroportlar mənim şəhərimdən uzaq olduğu üçün, 30 avroya avtobus bileti alıb plansız-bronsuz Milana yola düşdüm. 3 şəhərdən - Almaniyadan, Fransadan, İsveçrədən keçərək, İtaliyaya gəlib çatdım. Həyatımda bəlkə də indiyə qədər atdığım ən düz addımlardan biri ölkələrarası bu 13 saatlıq məsafəni avtobusla getməyim oldu. Cənnət deyilən bir yer elə burnumuzun ucunda, İsveçrə İtaliya sərhədi imiş. Fərhadın Şirin üçün oyduğu qədər gözəl, sıldırım dağ-qayalıqlardan oyulmuş, göllə eyni səviyyədə olan fovqelade yollar, şiş uclu dağların başına qədər uzanan, kiçik, səliqəli, eyni formada olan american style evlər, yaşıllıq, göyün üzü ilə eyni rəngdə olan "əməzinq" göllər, göldə qayıqla üzən, paraşüt, çərpələng uçuran insanlar, göydəki buludların bütün bu gözəlliklə ahəngi adama nağıllar aləmindəki kimi hiss etdirir.İstiqaməti necə müəyyən etməli: Yay vaxtı olduğundan, bütün tanışlarım tətil üçün ölkəyə döndüklərindən İtaliyani tək səyahət etməli oldum (tək səyahət sevməyənlər üçün belə bir ölkəyə tək getməyi məsləhət görmürəm:)). İtaliyada səyahət etmək çox rahatdır, xəritəni və bus app'ni (mən daha çox Flixbus istifadə edirdim) açıb qoyursunuz qabağınıza, xəritədə ardıcıl olaraq getmək istədiyiniz şəhərlərin yerinə baxırsınız və getdiyiniz şəhərdən (from) gedəcəyiniz şəhərin adını yazırsınız (to). Bu zaman qiymətlər və həmin şəhərə necə gedəcəyiniz çıxır. Məsələn Milan-Florens-Roma-Napoli marşrutu və yaxud istəyinizə uyğun müxtəlif marşrutlar seçə bilərsiniz. Tutaq ki, Milandan Veronaya 1 saat 50 dəqiqə, 7 avro, Veronadan Venesiyaya 1 saat 20 dəqiqə 6 avro. İtaliyada şəhərlər arası məsafə maximum 4-5 saatdır və avtobus biletləri 4-5-6 avroya başa gəlir, sezondan asılı olaraq qiymətlər dəyişir (arta və azala bilər, xeyli müddət əvvəl almaq daha yaxşıdır) və kampaniya dövrlərində 1 avroya da bütün İtaliya şəhələrini gəzmək olar. Kiçik şəhərləri gəzib bitirmək üçün 5-6 saat kifayət edir və siz 4-5 gün ərzində 5-6 və daha çox şəhəri də görə bilərsiniz. Telefonunuzdakı map proqramlarından və turist maplardan istifadə edərək, çox rahatlıqla gəzəcəyiniz yerləri tapa bilərsiniz.Çox rahat və xoşbəxt şəkildə, bəzən dostlar taparaq, demək olar ki, 5 gün ərzində 6-7 şəhər gəzdim və bir-iki xırda detaldan başqa məni narahat edəcək heç bir şey olmadı. Ən uzun müddəti Romada keçirdim, daha çox qalmağı planlayırdım amma muzeyləri, şəhəri görmək üçün 2 gün kifayət etdi. Şəhərdə heç bir mapdan istifadə etmədim, elə şəhərdə gəzə-gəzə bütün muzeylərin, memarlıq abidələrinin üstünə gedib çıxdım Səhv etmirəmsə hər ayın sonuncu bazar günü Romada muzeylər pulsuzdur, bunu muzeylər üçün xeyli fee ödəyəndən çox zaman sonra bildim Vyanadan sonra Romanı da açıq səma altında muzey adlandırmaq olar  Şəhərdə sanki Tanrı Romanı yaratdı və muzeylər, heykəllər sıxılmasın deyə, sakinləri, küçə rəssamlarını, musiqiçiləri, bal ayına gələn çütlükləri əlavə etdi deyə bir abu-hava var Qalacaq yer: İtaliyada hotel və hostellər çox ucuzdur, 10 avroya şəhərin mərkəzində hostellər və ya ucuz qiymətə airbnb tapa bilərsiniz. Couchsurfingdə qeydiyyatınız varsa və inanılır usersinizsə, sizi qonaq edənlər də tapıla bilər.Nəqliyyat: Avtobus olaraq, Flixbus, Meqabuslardan istifadə edə bilərsiniz. Qatarla avtobus demək olar ki, məsafəni eyni saata gedir və qiymətləri eynidir, qatar bəzən daha bahadır. Blablacarda qeydiyyatdan keçib, ratingsi yüksək olan sürücülərlə səyahət edə bilərsiniz.Yemək: Kafe və restoranlar demək olar ki, xeyli bahadır və qiymətlər 6-7 avrodan başlayır.Muzeylərə giriş: Əksər muzeylərin girişi pulludur və 10 avrodan başlayır qiymətlər, bir neçə muzeyə girişi paket şəklində alsaz, daha ucuza başa gələr.Xərclədiyim məbləğ: 5 gün ərzində ümumi olaraq 200 avroya yaxın pulum çıxdı.P.S.S. Suallariniz olarsa, ikinci hissədə cavablaya bilərəm.P.S.S.S. Şəkillər olan telefonum xarab olduğu üçün googledan bir neçə şəkil atıram   Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı:Narmin Kamilsoy     

650 dəfə oxunub

Türkiyə-Monteneqro-Albaniya səyahəti - 1-ci hissə Türkiyə günləri

Salam, dostlar. Mən də ilk məlumatlandrıcı postumu paylaşım qrupda. Bizim səyahətimiz Türkiyədə başlayıb Albaniyada bitən 12 günlük dolu dolu bir səyahət idi. 2 nəfər idik və mənim ailədən uzaq, rəfiqəylə ilk səyahət təcrübəm olduğu üçün narahatçılıqlarım yox idi desəm yalan olar. Gələk əsas məsələyə: Biletləri Bakı-İstanbul-Bakı reysinə Buta Airwayslə 340 AZN-ə, İstanbul-Tirana-İstanbul reysinə Pegasusla 240 AZN-ə aldıq. Qeyd edim ki, daha ucuz ala bilərdik, sadəcə işin ucunda Türkiyə varsa bizim üçün shopping qaçınılmazdır dedik, hər iki istiqamətdə 23 kq baqaj haqqımızdan istifadə etdik və biletlər bizə 580 AZN-ə başa gəldi. Yuxarıda qeyd etdiyim kimi, səyahətimiz Türkiyədə başladı. İstanbulda həm rəfiqəmin həm mənim qalacaq yerimiz olduğu üçü otelə pul sərf etmədik. Mən Sabiha Gökçen Hava limanından Kadıköye AİRBUSla 14 TL-yə getdim, Taxi ilə də gedə bilərsiz təbii ki, amma o qədər məsrəfə ehtiyac yoxdur deyə düşünürəm.Biz daha öncə İstanbulda olduğumuz üçün olmadığımız bir neçə yerə getmək yetərlidir deyə düşündük, yollandıq Dolmabahçe sarayına. Saraya giriş 60 Tl-dir. İstanbula gedib Dolmabahçe sarayını görməmək günah olar deyə düşünürəm, mütləq görməlisiniz.2 saatlıq Dolmabahçe gəzintisindən sonra “Çukur” filmi ilə məşhurlaşan Balat-Fener ərazisini də görmək istədik. Hər kəs öz evini antik butik cafelere çevirib, hər cafe bir tarixdir sanki, yemək qiymətləri 1 nəfərə 40-60 TL civarındadır.Balat-Fener gəzintisindən sonra isə Pier-Lotti təpəsinə çıxıb İstanbulu bir də yüksəklərdən izlədik, günbatımını seyr etdik. İstanbulda ikinci günümüzdə isə Üsküdar Kız kulesi mənzərəsiylə çay içdik, Ortaköyə yollandıq, Ortaköy kumpiri (27 TL) yedik. Boğaz turu mütləqdir İstanbulda, Elə Ortaköydən başlayan boğaz turlarına qatıla bilərsiniz. Biz İstanbul üçün 2 gün yetərlidir deyərək gecə 12:00 avtobusu ilə yollandıq üzü Balıkesir-Ayvalıka. İstanbul-Balıkesir yolu 5 saat davam etdi, Balıkesir-Ayvalık isə 2 saat yarım. Yol xərcimiz gediş 120- dönüş 120 Tl oldu. Ancaq bileti bir neçə gün əvvəldən almaq məsləhətdir, çünki biz çox çətinliklə bilet tapdıq. Ayvalık kiçik bir şəhərdir, 3-4 saat da vaxt keçirmək yetərlidir. Yemə-içmə qiymətləri normaldır, məşhur ayvalık tostunu mütləq yeyin, əgər yolunuz düşərsə. Ayvalıkdan taxi botla (6TL) 20 dəqiqə məsafədə Cunda adası var, Egey dənizinin sahillərində sanki kiçik bir cənnətdir.  Bir az İzmir Alaçatısını xatırladır, amma bura daha sakit və turistlərin daha az olduğu yerdir və Alaçatıdan daha ucuzdur. Meyhaneləri, dəniz məhsulu restoranları ilə məşhurdur, plajları da var, rahatlıqla dənizə girə bilərsiniz. Bir gəzəyən üçün ən mühüm əşya hədiyyəlik magnetlərdir deyə düşünürəm, Cundada qiyməti 3 magnet 10 TL-dir. Əslində Ayvalığa səhər çatıb gecə qayıtmağı düşünürdük, ama bu cənnətdə 1 gün daha artıq vaxt keçirmək qərarına gəldik. Cunda adasında hər kəs evini butik otel və ya pansionat halına gətirib gəlir yeri kimi istifadəyə verib. Ancaq qiymətlər bahadır. 1 gecəlik 2 nəfərlik otaq kahvaltı daxil minimum 250 TL-dən başlayır.Yerli insanlar bizə Ayvalıkda daha ucuza yer tapa biləcəyimizi dedilər və Ayvalıkda gecələmək qərarına gəldik. 2 nəfərlik otağa 100 TL ödəyərək qaldıq. Bir də Ayvalık mərkəzdə “Aresin yeri” adlı kahvaltısıyla məşhur butik cafe var, 2 nəfərlik serpme kahvaltıya 80 TL ödədik. Bir də Ayvalığın balıq yeməkləri ilə ən məhşur yeri “Tık Mustafanın yeri” adlı meyhane tipli restorandır, reserv etmədən yer tapmaq mümkün deyil. 2 nəfərlik 100-150 TL xərciniz çıxacaqdır. Aurası çox gözəldir, oxuyan kim oynayan kim. Cunda küçələrini 2 gün gəz-gəz doymadıq, amma ikinci günün sonunda İstanbula 120 TL-yə dönüş biletimizi (Uludağ otobüs firması) aldıq.Ayvalıkdan birbaşa İstanbula düşdük yollara. Bizi yeni bir ölkə, yeni səyahət macərası gözləyirdi çünki. Türkiyədə 4 gün üçün ümumi 120-150 Euro xərcimiz çıxdı 1 nəfərə. Montenegro və Albaniya haqqında ayrıca post paylaşacam.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Roza Ahmedova

923 dəfə oxunub

Şərqin parıltısı və yoxsulluğunun birləşdiyi şəhər - Qahirə

Qahirədəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Qahirə - dünyanın ən qədim dörd şəhərindən biri, heç vaxt yatmayan, minilləri adlayan daima canlı bir şəhər. Milyonçular və dilənçilər vətəni, Qərbin və Şərqin birləşdiyi bir yer. Bunların hamısına mən birini də əlavə edərdim – siqnallar şəhəri. Qahirə sürücüləri ayrıca bir mövzudur. Bizim avtomobilçilərin sürücülük vəsiqəsini almazdan evvəl musiqi məktəbini bitirməsini bilirdim. Misirlilər isə əməlli başlı konservatoriya məzunları imişlər, elə bil bütün şəhərdə siqnalizasiya qoşulub. Heyif ki, bu xüsusi effektləri yazı ilə çatdırmaq qabiliyyətinə malik deyiləm. İşıqfora da demək olar ki, fikir verən yoxdur. Yol keçmək üçün əlini qabağa uzadıb maşını saxlatmaq kifayətdir. Yol nəqliyyat hadisəsi adi haldır, salamat maşına çox nadir hallarda rast gəlmək mümkündür. Qəza baş verəndə heç özlərinə əziyyət verib maşından da enmirlər, elə pəncərəni azca aşağı salıb gülümsəyirlər və yollarını davam etdirirlər növbəti qurbana qədər.Müasir Misirin paytaxtı demək olar ki, elə Sfinksdən başlayır. Qahirə müasir göydələnlərdən ibarət məhəllələrin, qədimi iqamətgahların, şərq bazarlarının və hələ kifayət sayda olan köhnə əyri küçələrin qarışıqlığından ibarət bir şəhərdir. “Şərqin parıltısı və yoxsulluğu” (блеск и нищета Востока) məfumunun nə olduğununa bu şəhərdə cavab tapırsan. Bir sözlə, Qahirə qədim keçmişin canlı tarixidir. Misir əhalisinin dörddə biri – 16 milyonu ölkənin paytaxtında yaşayır. Çoxsaylı göydələnləri ilə səmaya yüksələn şəhərin dizayn müxtəlifliyini qədim abidələr təşkil edir. Qahirə gözəl və əzəmətli Nildir, onun körpu və şərqsayağı bulvarları ilə və Qərbi təzahür edən brend otelləri ilə. Bu şəhərin küçə və rayonları oxşar deyil fərqlilik hər addımda özünü göstərir. Bilmirsən bu küçələrdə daha çox nədir – mağazalar, məhsullar, restoranlar yoxsa sadəcə təəssüratlar. Və, nəhayət, Qahirə indi bizdə çox dəbdə olan əsl multikulturalizm, dini azadlıq məkanıdır. Qədim dövrlərdən bu şəhərdə İslamın bir neçə qolunun və katolik və pravoslav xristianlığıqın mövcudluğu dediklərimi sübut edir. Əhalinin əksəriyyəti əlbəttə ki, müsəlmandır.Mənim üçün bu şəhər İslam dünyasının ən önəmli bir ismi, yenilməz sərkərdəsi Salah Ad-Dinin ləqəbi ilə tanınan Yusuf ibn Əyyub adı ilə də bağlıdır. Üçüncü nəsildə muzdlu əsgər olan Salah Ad-Din onun bioqraflarının sözlərinə görə Evklid və Alqamestin suallarına cavab verəcək qədər bilikli olub, riyaziyyat və islam hüququnu gözəl bilirdi, Abu Təmmasın on tomluq ərəb şairlərinin şeirləri toplusu olan Kitabi Al-Xamasanı əzbərdən söyləyirdi. Səlibçilərin qatı düşməni olan Salah Ad-Din öz cəsarəti və düşmana qarşı olan alicənablığı ilə xristian Avropasında böyük hörmətə malik idi. Səlibçilərin başçılarından biri olan İngiltərə kralı birinci Riçard onu özünə dost sayırdı, baxmayaraq ki, həyatda cəmi bir dəfə görüşmüşdülər. Şərqin tarixində Salah Ad-Din Qərbin işğalının qarşısını alan, islam qüvvələrini Qərbə yönəldən və müxtəlif islam güclərini birləşdirən, öz şəxsiyyətində İslamın yüksək ideallarını və keramətini təcəssüm edən fateh kimi qaldı. Elə Salah Ad-Dinə olan məhəbbətim Qahirədə ilk turizm obyekti seçimində öz rolunu oynadı – şəhərin vizit kartı olan islam özəyinin məskəni 1176-cı ildə dahi sərkərdənin dövründə inşa olunan Salah Ad-Din qalası.Şəhərin mərkəzi kvartallarından cənub şərqdə yerləşən qaladan bizim vaxtlara salamat çatan yalnız cənub və şərq xarici divarlarıdır. Əsas meydana iki yol aparır. Soldan - Sultan Al-Nasr məscidi, düz – 1857-ci ildə tamamilə misir alebastrından tikilən Muhammed Ali məscidi. Məscidin içərisində girişdən sağda Misiri birləşdirən Muhammed Alinin qəbri yerləşir. Məhs o, 1 mart 1811-ci ildə bu qalaya ölkənin 480 qəbilə başçılarını dəvət edib hamısını elə buradaca öldürərək Misirdə illərlə davam edən qardaş qırğınlarına son qoyur. Qala şəhərin ən yüksək nöqtəsində yerləşdiyindən buradan Qahirəyə gözəl mənzərə açılır. Qərb divarından min ildən çox tarixləri olan Sultan Hasan və İbn Tulun məscidləri görsənir. Daha uzaqda köhnə şəhəri, lap aralıda isə Qiza və Sakkaranın ehramlarını görmək olur.Qaladan çıxarkən oğlum blokpostda dayanan polislərlə şəkil çəkdirmək istədi. Bu istəyimizi polislərə bildirdikdə onlardan biri gedib komandirlərini çağırdı. O isə çox mədəni şəkildə fotonu sosial şəbəkələrdə biz tərəfdən yayılması mümkünlüyünü bildirərək bu ideyanı elə kökündəcə boğdu. Başa düşdüm ki, bu polislərin üzlərinin tanınmasından doğan narahatlıqdır. Onu da deyim ki, blokpostlar yalnız Qahirədə deyil, Misirin bütün şəhərlərində var. Ən vahiməlisi isə Qahirə Milli Muzeyinin girişində - altı ədəd hərbi zirehli maşın və onların önündə betonun üstündə quraşdırılmış pulemyotun arxasında üzü bizə tərəf hazır vəziyyətdə dayanan pulemyotçu. Bir sözlə muzeyə daxil olmazdan əvvəl adrenalın qəbul etmiş olursan.1858-ci ildə fransız misirşünas Auguste Mariette tərəfindən təsis edilən və Qahirənin qüruru sayılan bu muzey qədim Misir dünyasının ən zəngin kolleksiyasına malikdir. Qahirə muzeyinə tezdən gəlmək məsləhətdir ki, muzey açılan kimi ora daxil olasınız və tez qalxıb ikinci mərtəbədə saxlanılan Tutanhamonun qızıl maskasına baxasiniz. Birazdan bu otağın qarşısında növbə yaranacaq. Buranı gəzdikdən sonra isə rahat şəkildə muzeyin qalan hissələrinə baxmaq olar. Qədim ehramlar ölkəsinin bütün tarixi göz önündə - Qizada qazıntılar vaxtı tapılmış Hefrenin heykəli, Sakkarada tapılmış Cossserin heykəli, fironların heykəlləri.... Məşhur Nefertitinin həyat yoldaşı olan Exnatonun epoxasına ayrıca zal həsr edilib. Bu zalda fironun Karnakdan gətirilmiş nəhəng heykəli və dünyaca məşhur olan və şüşə arxasında saxlanılan Nefertitinin heykəli və s.İnqilabdan sonra məşhurlaşan Təhrir meydanı Muzeyin yanında yerləşir. Bizim uşaqlar üçün isə bu meydana marağın səbəbi burada yerləşən KFC idi. Uşaqlarla sürücü qidalanana qədər Təhriri o başdan bu başa gəzib burada yaşananları təsvir etməyə çalışdıq və təbii ki, nətəri lazımdı “selfiləşdik”.Köhnə şəhərin qalın divarları arxasında kopt (xristian) Qahirəsi yerləşir. Xristianlıq Misirdə hələ III-cü əsrdə islamdan çox əvvəl yayılıb. Əvvəl onunla Nilin qədim Allahlarına itayət edənlər vuruşur, sonra isə Ərəb yarımadasından gələn İslam. Amma bunlara baxmayaraq Misir xristianları özlərini və dinlərini qoruya bildilər. Burada olarkən öyrəndim ki, Misir xristianlarının sol biləklərində romb formasında xüsusi tatuları var. Mənasını öyrənə bilməsəm də, təxmin etdiyimə görə çətin ki, bu onların rəssamlığa meyllilikləri ilə izah olunsun. Ən qədim abidələri isə IV-cü əsrdə müqəddəs Məryəmin adına ucaldılmış El Mulakka asma kilsəsidir. Nilin sahilində yerləşən Babil qəsrinin cənub darvazaları üzərində inşa edilən bu məbəd sanki suyun üstündə dayanıb.Qahirə deyəndə həm də Fatemilər tərəfindən 988-ci ildə inşa olunmuş və Məhəmməd peyğəmbərin (s) qızı Fatimeyi Zəhranın adını daşıyan Al-Ashar universiteti yada düşür. Bu məscid Fatemilərin rəsmi məscidı sayılırdı. 975-ci ildən məsciddə şiyəliyin əsasları tədris olunmağa başlayır. Fatemilərin süqutundan sonra Al-Ashar əvvəlki önəmliyini itirir və sıravi sünni məscidi səviyyəsinə endirilir. Bu təhsil ocağının kitabxanasında olan 2 mln yaxın kitab isə satılr ya da dağıdılır...Müasir Al-Ashar Misirin konstitusiyasında adı çəkilən bir brendə çevrilib. İndiki Al-Ashar bütün ərəb şərqində ən böyük universitet sayılır.Universitetdən yolumuzu saldıq Qahirənin ən maraqlı bir yerinə - Xan El-Xəlili. Uşaqlıqdan eşitdiyim Şərq nağılı bura imiş. 700 il əvvəl Sultan Əl-Əşrəf tərəfindən yaradılan bu bazarın ucu bucağı bilinmir. Təsəvvür edin ki, bazarın altı girişi və on iki “muxtar vilayəti” var. Misirdə istehsal olunan və Misirə müxtəlif yollarla gətirilən istənilən malı burada tapa bilərsiniz. Yaxşı bazarlaşsan bu bazardan uçan xalça və ya Ələddinin sehrli çırağınının xoşbəxt sahibi kimi də ayrılarsan. Buranı saatlarla gəzib və heçnə almaya da bilərsən, məsələn bizim kimi. Adam əlindən tərpənmək mümkün deyil, satıcıların qışqırıq səsləri isə insanın lap beyninə işləyir.Elə gəzintimiz başa çatırdı ki, sürücümüzün yadına bir maraqlı fakt düşdü. Düzünü deyim, səfərdən əvvəl bu haqda heç məlumatım yox idi, sən demə Qahirədə Ər-Rifahi məscidində İran şahı Rza Pəhləvinin qəbri yerləşirmiş. Gedib onu da ziyarət edib missiyamızı bitmiş hesab etdik.Qahirədə adını çəkmədiyim digər də çox maraqlı tarixi tikililər və yerlər var, saymaqla bitmir. Və onu da deyim ki, Qahirə, umumiyyətlə Misir, olduğum ölkələr arasında yeganə yerdir ki, adamı özünə çəkir. Yenə də imkan düşsəydi böyük məmnuniyyətlə gedib bu ölkəni qarış qarış gəzərdim. Bəlkə də buna səbəb ucuz nəqliyyatdır – günü 20 dollara taksi sürücüsü sizi gün doğandan batana qədər gəzdirir. Günəş isə buralarda çoooox gec batır. Paylaşdı: Matin Rahimli

2802 dəfə oxunub

Gözəl və mehriban insanlar şəhəri – Kiyev

Kiyevdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Baxmayaraq ki, hələ heç kimi inandıra bilməmişəm amma Kiyev səyahətim əslində iş məqsədilə planlanmış səfər idi ???? Kiyevdə bir tədbirə qoşulacaqdım, dedim getmişkən 2-3 gün də əlavə qalaram, Kiyevlə, həm ukraynalılarla tanış olaram, həm də Novruz Bayramını orda ukraynalı dostlarla qeyd edərəm. WizzAirlə biletimi alıb Novruz bayramı ərəfəsində, Martin 18i Budapeşt hava limanından yola düşdüm Kiyevə. Budapeştdə əsl may havası var idi, günəş adamı yandırırdı az qala, gözləyirdim ki, Kiyevdə də hava ilıq olar amma Kiyev məni “soyuq” qarşıladı, o aralar mənə qarşı nəsə soyuq idi ???? Hətta yola salanda ayın 22-də qar da yağdırdı. Ümumiyyətlə Kiyev səfərim bir çox maraqlı və qeyri-adi hallarla yadda qaldı. Məsələn Mart ayının 20-də günəş tutulması baş verirdi və həmən gün mən Kiyevin küçələrini kəşf edirdim.Azərbaycan vətəndaşları Ukraynaya gedərkən heç bir viza almaları gərəkli deyil, pasportunuzu götürüb rahat-rahat yola düşə bilərsiniz. Kiyevə getmək üçün, Bakıdan AZAL, Ukraine Airlines (UA) və Turkish Airlinesın (TK) xidmətlərindən istifadə etmək olar. Bundan başqa Budapeşt, Dortmund, Köln, Hamburq, Katoviçe, London, Münhen və Vilnüsdən WizzAirlə Kiyevə ucuz bilet ala bilərsiniz. Ukrayna ilə həmsərhəd olan dövlətlərdən (Belarus, Macarıstan, Moldova, Slovakiya, Polşa) isə, bir az uzun sürsə də qatar və avtobusla Ukraynanın paytaxtına səfər edə bilərsiniz. Kiyevdə 2 hava limanı var: Julyanı və Borispol. AzAL, UA və TK Borispola, WizzAir isə Julyanı hava limanına uçuşlar həyata keçirir və hər iki hava limanı şəhər mərkəzinə kifayət qədər yaxındır.Kiyevdə harda gecələməli? Ukrayna kifayət qədər ucuz ölkə olduğundan, hətta deyərdim ölkə olaraq ucuzluğuyla fəxr etdiyindən burada istənilən növ gecələmə yerini münasib qiymətə kirayələmək olar. Mən şəhərin mərkəzinə 10 dəqiqə piyada məsafəsində yerləşən və Denis və Oksana adlı sevimli və mehriban 2 hippi ukraynalının işlətdiyi “Magic Bus” hostelində otaq kirayələmişdim. Otağın gecəsi 10-11 avro ətrafında idi amma siz istəsəniz hotel (booking.com), airbnbdən ev kirayələyə və ya “manat ucuzlaşıb ‘kasıbçılıxdı’ :), pulsuz ev axtarıram” desəniz Couchsurfingdən istifadə edə bilərsiniz.İndi isə gəldik mənim kimi əsl qarınqulu adamların verəcəyi suala, Kiyevdə bəs nə yeyib-içək? ???? Sovetlər dönəmində eyni ittifaqın tərkibində olmağımız, ukrayna və rus mətbəxinin bir-birinə bənzəməsi və bizim Rusiya ilə həmsərhəd olmağımız Ukrayna mətbəxini az-çox bizlərə tanıtdırıb. Amma yenə də düşünürəm ki, sadalamaqda fayda var, ümid edirəm heç zaman edını eşitmədiyiniz və ya dadmadığınız təamlar da olar siyahıda. Kiyevdə ən məşhur və bütün turistlərə təklif olunan yeməklar bunlardır: borş, kiyev kotleti, pelmeni və varenniki. İçkilərdən isə ukraynalılar da ruslar kimi araq içən olduqlarından ən məşhur içki araq və ya meyvələrdənn ev üsulunda hazırlanmış “samaqondur”. Şirniyyatlara gəldikdə burda dayanmaq lazımdır. Kiyevə getməmişdən moldovalı və belaruslu qrup yoldaşlarımın bərk-bərk mütləq yeməyi tapşırdıqları “Kiyev tortu”nun adını çəkə bilərəm. Ən ləzzətlisi Roshen markalı olanlarıdır.İndi isə bir az gəzməli-görməli yerlərdən danışaq. Kiyev Dnepr çayı vasitəsilə 2 hissəyə bölünüb. Hətta kiyevli dostlarım zarafatla çayın bir tərəfini Ki, digər tərəfini isə Yev adlandırırdılar (Buda və Peşt kimi). Kiyev böyük parkları ilə Avropada birincidir. Xüsusilə də yaz-yay aylarında getmisinizsə bolluca yaşıllıq görüb, parklarda yaşıllıqların arasında olmaqdan zövq alacaqsınız. Şəhər mərkəzində qarşınıza çıxacaq ilk məkanlardan biri “Azadlıq meydanı”dır, yerli dillə desək “Majdán Nezaléžnosti”. 2004-cü ildə seçkilərdən sonra həftələrlə çəkən və son Rusiyayla olan hadisələri tətikləyən mitinqlər bu meydanda baş verib. Meydanın ortasında 61 metrlik sütun və sütunun üzərində isə qadın fiquru var. Meydan Xreşatik (Хрещатик) küçəsinin üzərindədir. Xreşatik – Kiyevin əsas mərkəzi küçəsidir, bizim “Torqovu” küçəsi kimi, uzunluğu 1100 metrdir və hər iki tərəfində bahalı və tanınmış brendlərin mağazaları var. Tarqovudan fərqli olaraq Xreşatik çox enli küçədir və nəqliyyat üçün tamamilə açıqdır. Həftə sonra və bayram günləri yol nəqliyyat üçün tamamilə qapadılır, yalnız piyadaların istifadəsinə verilir.Kiyevdə xeyli sayda və çox gözəl arxitekturalı kilsə və katedrallar var. Onlardan ilki Müqəddəs Mixael katedralıdır. Ağ və mavi rənglərə boyanmış binanın damları qızılı rəngə boyanıb və katedrala əsrarəngiz bir gözəllik verir. Digər maraqlı görünüşü olan katedral isə ağ rəngə boyanmış və damı yaşıl və qızılı rənglərin harmoniyasıyla əhatələnən Müqəddəs Sofia katedralıdır. Bu 2 katedraldan kiçik olsa da Müqəddəs Vladimir katedralı da Kiyevin görülməli yerləri siyahısındadır. Yolunuz Kiyevə düşübsə və bu üslubda binaları sevirsinizsə gedin bir baş çəkin. Digər maralı katedral-kilsə kompleksi isə Pecherska Lavradır. Bura keçmi sovetlər məkanının ən qədim və ən böyük monastrı olub. Monastrın altında yeraltı yollar və monastrlar var. Buna görə də bəzən buranı Mağaralar monastrı adlandırırlar.Kiyevin bütün katedral, monastr və kilsələrinin ən cəlbedicisi deyərdim ki, qotik üslubda tikilmiş Müqəddəs Nikolas Roman-katolik katedralıdır. Katedral o qədər əzəmətli və gözəldir ki, saatlarla katedralın önündə durub katedralı seyr edə bilərsiniz.Digər maraqlı üslublu arxitekturası olan kilsə isə Andreevskaya Kilsəsidir. Kilsə təpənin üzərinə yerləşir və buradan demək olar bütün Kiyev ayağınız altında olur. Kilsənin yanında üzüaşağı yol düşür. Bu yoxuşu Andreev yoxuşu adlandırırlar. Şəhərin ən turistik küçələrindən biridir. Küçə boyu səyyar satıclıar müxtəlif əl işi suvenirlər, sovet dönəmindən qalmış maraqlı əşyalar satırlar. Yol üstündə bir neçə küçə musiqiçisi küçədən gəlib-keçənləri öz musiqiləri ilə əyləndirirlər. Məşhur “Master və Marqarita” əsərinin yazıçısı Mikhail Bulgakovun yaşadığı ev də məhz bu küçə üzərindədir. Andreev yoxuşu deyərdim ki, Kiyevdə gördüyüm ən maraqlı yerlərdən biridir. Yolunuz Kiyevə düşsə bura baş çəkməklə Kiyevi daha yaxından tanıya bilərsiniz.Küçənin sonunda isə sol tərəfdə “Lviv Handmade Chocolate” adlı şokolad mağaza-kafesi var. Buradan həm müxətlif fiqurlarda düzəldilmiş şokolad fiqurlarını ala, həm də oturub şokolad qarşıqlı şirniyyatlar və içkilər sifariş edə bilərsiniz. Qeyd edim ki, bura Kiyevdə bəlkə də yeganə yerlərdəndir ki, rus dilində xidmət göstərilmir. Nəsə sifariş etmək üçün ya ingilis ya da ukrayn dilini bilməlisiniz. Ukraynalı dostumun mənimlə birlikdə olması məni vəziyyətdən çıxardı və ilk dəfə ukrayn dili ilə orda tanış oldum. Rus dilində “adin” kimi səslənən bir rəqəminin ukrayn dilində “odın” kimi səslənməsi və bir az odun sözünə oxşaması ???? məni qəhqəhəyə boğdu. Amma yenə də siz ora gedərkən öncədən tədbirinizi alın. Qeyd edim ki, kifayət qədər dadlı şirniyyat və içkilər təklif edirdi məkan.Kiyevdə digər maraqlı bir məkan isə “Orex” adlı pubdır. Deməli burda içkilərin yanında fıstıq, yer fındığı, püstə və s. kimi müxtəlif qabıqlı çərəzlər verirlər, bu çərəzləri yeyib qabığını isə yerə atırlar. Məkanın yeri tamamilə çərəz qabıqları ilə örütülüb, hətta deyərdim bu örtük bir neçə santimetrdir.Opera binası Kiyevə yaraşıq verən binalardan bir digəridir. Opera binasının daxili klassik üslubda, çöl hissəsi isə neo-renessans üslublu ornamentlərlə bəzədilib. Opera binasının yanında Qızıl Darvaza adlı muzey yerləşir. Öncələri bura Kiyevin giriş qapılarından biri olub.Ocean Plaza adlı ticarət mərkəzində böyük, içi rəngli rəngli balıqlarla dolu olan akvarium var və məkan şəhər mərkəzinə çox da uzaq deyil. Getmişkən ora baş çəkib qabağında bir-iki selfie çəkdirmək olar ????Digər bir maraqlı məkan əfsanəvi Kiyev Dinamosunun ev oyunlarını keçirdiyi Olimpiyski Milli İdman Komplexidir. Komplex mərkəzdən 12-15 dəqiqəlik gəzmə məsafəsindədir. Orda olduğum günlərin birində Kiyev Dinamosu Evertonla oynayırdı və Kiyevlilər 5-2 qalib gəldilər, oyundan sonra şəhərdə baş verənləri yəqin özünüz təsəvvür edirsiniz ????Oğlanlardan “bəs ukraynalı qızlar haqqında nəsə yazmayacaqsan?” sualını eşitmiş kimi oluram sanki ???? deməli belə, məndən eşitmiş olmuyuuun amma Kiyevin küçələrində qəşəng olmayan qız tapmaq həqiqətən də asan məsələ deyil açığı və insaları çox mehribandır Kiyevin. Baxmayaraq ki, mən ora Rusiyayla olan münaqişədən az sonra getmişdim və insanlarda bir narahatçılıq, bir hüzn var idi amma yenə də çox mehriban, dostcanlı və yardımsevər idilər. Hələlik bu qədər ümid edirəm ki, yararlı bir yazı oldu. Kiyevə nə vaxtsa yolunuz düşsə bu yazını mütləq nəzərdən keçirin lazım olacaq ???? Növbəti yazılara qədər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh   

1393 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!