1734 dəfə oxunub

Gözəl və mehriban insanlar şəhəri – Kiyev

Kiyevdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Baxmayaraq ki, hələ heç kimi inandıra bilməmişəm amma Kiyev səyahətim əslində iş məqsədilə planlanmış səfər idi ???? Kiyevdə bir tədbirə qoşulacaqdım, dedim getmişkən 2-3 gün də əlavə qalaram, Kiyevlə, həm ukraynalılarla tanış olaram, həm də Novruz Bayramını orda ukraynalı dostlarla qeyd edərəm. WizzAirlə biletimi alıb Novruz bayramı ərəfəsində, Martin 18i Budapeşt hava limanından yola düşdüm Kiyevə. Budapeştdə əsl may havası var idi, günəş adamı yandırırdı az qala, gözləyirdim ki, Kiyevdə də hava ilıq olar amma Kiyev məni “soyuq” qarşıladı, o aralar mənə qarşı nəsə soyuq idi ???? Hətta yola salanda ayın 22-də qar da yağdırdı. Ümumiyyətlə Kiyev səfərim bir çox maraqlı və qeyri-adi hallarla yadda qaldı. Məsələn Mart ayının 20-də günəş tutulması baş verirdi və həmən gün mən Kiyevin küçələrini kəşf edirdim.

kiev

Azərbaycan vətəndaşları Ukraynaya gedərkən heç bir viza almaları gərəkli deyil, pasportunuzu götürüb rahat-rahat yola düşə bilərsiniz. Kiyevə getmək üçün, Bakıdan AZAL, Ukraine Airlines (UA) və Turkish Airlinesın (TK) xidmətlərindən istifadə etmək olar. Bundan başqa Budapeşt, Dortmund, Köln, Hamburq, Katoviçe, London, Münhen və Vilnüsdən WizzAirlə Kiyevə ucuz bilet ala bilərsiniz. Ukrayna ilə həmsərhəd olan dövlətlərdən (Belarus, Macarıstan, Moldova, Slovakiya, Polşa) isə, bir az uzun sürsə də qatar və avtobusla Ukraynanın paytaxtına səfər edə bilərsiniz. Kiyevdə 2 hava limanı var: Julyanı və Borispol. AzAL, UA və TK Borispola, WizzAir isə Julyanı hava limanına uçuşlar həyata keçirir və hər iki hava limanı şəhər mərkəzinə kifayət qədər yaxındır.

Kiyevdə harda gecələməli? Ukrayna kifayət qədər ucuz ölkə olduğundan, hətta deyərdim ölkə olaraq ucuzluğuyla fəxr etdiyindən burada istənilən növ gecələmə yerini münasib qiymətə kirayələmək olar. Mən şəhərin mərkəzinə 10 dəqiqə piyada məsafəsində yerləşən və Denis və Oksana adlı sevimli və mehriban 2 hippi ukraynalının işlətdiyi “Magic Bus” hostelində otaq kirayələmişdim. Otağın gecəsi 10-11 avro ətrafında idi amma siz istəsəniz hotel (booking.com), airbnbdən ev kirayələyə və ya “manat ucuzlaşıb ‘kasıbçılıxdı’ :), pulsuz ev axtarıram” desəniz Couchsurfingdən istifadə edə bilərsiniz.

magic-bus-hostel

İndi isə gəldik mənim kimi əsl qarınqulu adamların verəcəyi suala, Kiyevdə bəs nə yeyib-içək? ???? Sovetlər dönəmində eyni ittifaqın tərkibində olmağımız, ukrayna və rus mətbəxinin bir-birinə bənzəməsi və bizim Rusiya ilə həmsərhəd olmağımız Ukrayna mətbəxini az-çox bizlərə tanıtdırıb. Amma yenə də düşünürəm ki, sadalamaqda fayda var, ümid edirəm heç zaman edını eşitmədiyiniz və ya dadmadığınız təamlar da olar siyahıda. Kiyevdə ən məşhur və bütün turistlərə təklif olunan yeməklar bunlardır: borş, kiyev kotleti, pelmeni və varenniki. İçkilərdən isə ukraynalılar da ruslar kimi araq içən olduqlarından ən məşhur içki araq və ya meyvələrdənn ev üsulunda hazırlanmış “samaqondur”. Şirniyyatlara gəldikdə burda dayanmaq lazımdır. Kiyevə getməmişdən moldovalı və belaruslu qrup yoldaşlarımın bərk-bərk mütləq yeməyi tapşırdıqları “Kiyev tortu”nun adını çəkə bilərəm. Ən ləzzətlisi Roshen markalı olanlarıdır.

İndi isə bir az gəzməli-görməli yerlərdən danışaq. Kiyev Dnepr çayı vasitəsilə 2 hissəyə bölünüb. Hətta kiyevli dostlarım zarafatla çayın bir tərəfini Ki, digər tərəfini isə Yev adlandırırdılar (Buda və Peşt kimi). Kiyev böyük parkları ilə Avropada birincidir. Xüsusilə də yaz-yay aylarında getmisinizsə bolluca yaşıllıq görüb, parklarda yaşıllıqların arasında olmaqdan zövq alacaqsınız. Şəhər mərkəzində qarşınıza çıxacaq ilk məkanlardan biri “Azadlıq meydanı”dır, yerli dillə desək “Majdán Nezaléžnosti”. 2004-cü ildə seçkilərdən sonra həftələrlə çəkən və son Rusiyayla olan hadisələri tətikləyən mitinqlər bu meydanda baş verib. Meydanın ortasında 61 metrlik sütun və sütunun üzərində isə qadın fiquru var. Meydan Xreşatik (Хрещатик) küçəsinin üzərindədir. Xreşatik – Kiyevin əsas mərkəzi küçəsidir, bizim “Torqovu” küçəsi kimi, uzunluğu 1100 metrdir və hər iki tərəfində bahalı və tanınmış brendlərin mağazaları var. Tarqovudan fərqli olaraq Xreşatik çox enli küçədir və nəqliyyat üçün tamamilə açıqdır. Həftə sonra və bayram günləri yol nəqliyyat üçün tamamilə qapadılır, yalnız piyadaların istifadəsinə verilir.

kiev2

Kiyevdə xeyli sayda və çox gözəl arxitekturalı kilsə və katedrallar var. Onlardan ilki Müqəddəs Mixael katedralıdır. Ağ və mavi rənglərə boyanmış binanın damları qızılı rəngə boyanıb və katedrala əsrarəngiz bir gözəllik verir. Digər maraqlı görünüşü olan katedral isə ağ rəngə boyanmış və damı yaşıl və qızılı rənglərin harmoniyasıyla əhatələnən Müqəddəs Sofia katedralıdır. Bu 2 katedraldan kiçik olsa da Müqəddəs Vladimir katedralı da Kiyevin görülməli yerləri siyahısındadır. Yolunuz Kiyevə düşübsə və bu üslubda binaları sevirsinizsə gedin bir baş çəkin. Digər maralı katedral-kilsə kompleksi isə Pecherska Lavradır. Bura keçmi sovetlər məkanının ən qədim və ən böyük monastrı olub. Monastrın altında yeraltı yollar və monastrlar var. Buna görə də bəzən buranı Mağaralar monastrı adlandırırlar.

Kiyevin bütün katedral, monastr və kilsələrinin ən cəlbedicisi deyərdim ki, qotik üslubda tikilmiş Müqəddəs Nikolas Roman-katolik katedralıdır. Katedral o qədər əzəmətli və gözəldir ki, saatlarla katedralın önündə durub katedralı seyr edə bilərsiniz.

Digər maraqlı üslublu arxitekturası olan kilsə isə Andreevskaya Kilsəsidir. Kilsə təpənin üzərinə yerləşir və buradan demək olar bütün Kiyev ayağınız altında olur. Kilsənin yanında üzüaşağı yol düşür. Bu yoxuşu Andreev yoxuşu adlandırırlar. Şəhərin ən turistik küçələrindən biridir. Küçə boyu səyyar satıclıar müxtəlif əl işi suvenirlər, sovet dönəmindən qalmış maraqlı əşyalar satırlar. Yol üstündə bir neçə küçə musiqiçisi küçədən gəlib-keçənləri öz musiqiləri ilə əyləndirirlər. Məşhur “Master və Marqarita” əsərinin yazıçısı Mikhail Bulgakovun yaşadığı ev də məhz bu küçə üzərindədir. Andreev yoxuşu deyərdim ki, Kiyevdə gördüyüm ən maraqlı yerlərdən biridir. Yolunuz Kiyevə düşsə bura baş çəkməklə Kiyevi daha yaxından tanıya bilərsiniz.

koln

Küçənin sonunda isə sol tərəfdə “Lviv Handmade Chocolate” adlı şokolad mağaza-kafesi var. Buradan həm müxətlif fiqurlarda düzəldilmiş şokolad fiqurlarını ala, həm də oturub şokolad qarşıqlı şirniyyatlar və içkilər sifariş edə bilərsiniz. Qeyd edim ki, bura Kiyevdə bəlkə də yeganə yerlərdəndir ki, rus dilində xidmət göstərilmir. Nəsə sifariş etmək üçün ya ingilis ya da ukrayn dilini bilməlisiniz. Ukraynalı dostumun mənimlə birlikdə olması məni vəziyyətdən çıxardı və ilk dəfə ukrayn dili ilə orda tanış oldum. Rus dilində “adin” kimi səslənən bir rəqəminin ukrayn dilində “odın” kimi səslənməsi və bir az odun sözünə oxşaması ???? məni qəhqəhəyə boğdu. Amma yenə də siz ora gedərkən öncədən tədbirinizi alın. Qeyd edim ki, kifayət qədər dadlı şirniyyat və içkilər təklif edirdi məkan.

Kiyevdə digər maraqlı bir məkan isə “Orex” adlı pubdır. Deməli burda içkilərin yanında fıstıq, yer fındığı, püstə və s. kimi müxtəlif qabıqlı çərəzlər verirlər, bu çərəzləri yeyib qabığını isə yerə atırlar. Məkanın yeri tamamilə çərəz qabıqları ilə örütülüb, hətta deyərdim bu örtük bir neçə santimetrdir.

Opera binası Kiyevə yaraşıq verən binalardan bir digəridir. Opera binasının daxili klassik üslubda, çöl hissəsi isə neo-renessans üslublu ornamentlərlə bəzədilib. Opera binasının yanında Qızıl Darvaza adlı muzey yerləşir. Öncələri bura Kiyevin giriş qapılarından biri olub.

Ocean Plaza adlı ticarət mərkəzində böyük, içi rəngli rəngli balıqlarla dolu olan akvarium var və məkan şəhər mərkəzinə çox da uzaq deyil. Getmişkən ora baş çəkib qabağında bir-iki selfie çəkdirmək olar ????

Digər bir maraqlı məkan əfsanəvi Kiyev Dinamosunun ev oyunlarını keçirdiyi Olimpiyski Milli İdman Komplexidir. Komplex mərkəzdən 12-15 dəqiqəlik gəzmə məsafəsindədir. Orda olduğum günlərin birində Kiyev Dinamosu Evertonla oynayırdı və Kiyevlilər 5-2 qalib gəldilər, oyundan sonra şəhərdə baş verənləri yəqin özünüz təsəvvür edirsiniz ????

Oğlanlardan “bəs ukraynalı qızlar haqqında nəsə yazmayacaqsan?” sualını eşitmiş kimi oluram sanki ???? deməli belə, məndən eşitmiş olmuyuuun amma Kiyevin küçələrində qəşəng olmayan qız tapmaq həqiqətən də asan məsələ deyil açığı və insaları çox mehribandır Kiyevin. Baxmayaraq ki, mən ora Rusiyayla olan münaqişədən az sonra getmişdim və insanlarda bir narahatçılıq, bir hüzn var idi amma yenə də çox mehriban, dostcanlı və yardımsevər idilər. Hələlik bu qədər ümid edirəm ki, yararlı bir yazı oldu. Kiyevə nə vaxtsa yolunuz düşsə bu yazını mütləq nəzərdən keçirin lazım olacaq ???? Növbəti yazılara qədər.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Babek Musa-Zadeh

 

 

 

DİGƏR BLOQLAR

Dəbdəbənin ünvanı - Dubay bələdçisi

Dubaydakı bütün otel, apartment və hostelləri bu linkdən book (bron) edə bilərsiniz.Dubay səyahət qeydləriMart ayı üçün Bakı-Abu Dabi arasında olan wizzair biletlərinin sərfəli olduğunu görüb Dubay turu etmək qərarına gəldim. Yanvarın sonunda aldığım bilet qiymətləri baqajsız gediş-dönuş 80 avro, baqajla 160 avro idi. Hazırda növbəti aylara da bu qiymətlərə, endirim vaxtlarında isə daha ucuz bilet tapa bilərsiz. Ümid edirəm bu post mənim kimi ilk dəfə Dubay səfəri edənlərə kömək olar.Deməli Abu-Dabi hava limanında gömrükdən keçib çıxışa gəldikdən sonra məlumat hissəsinə yaxınlaşıb Abu Dabi-Dubai İbn Battuta Mall arasında hər saat başı hərəkət edən express avtobusa 35 dirhəm ödəməklə bilet ala bilərsiz. (1 manat 2.16 dirhəmdir) Avtobuslar hava limanının çıxış qapısında dayanır və rahatdır. (Geri dönüşü də eyni avtobusla edə bilərsiz, 24 saat işləyir) Taksilər bahadır amma adam sayı çoxdursa taksi də sərf edər. Dubayda uber normal taksilərə görə xeyli bahadır. Normal küçədə dayanan bütün taksilərdə taksimetr var, açılış qiyməti 5 dirhəm, minimum ödəniş 12 dirhəm olacaq, qısa məsafələr üçün rahatdır.- Harada qalmalıGetməzdən əvvəl xeyli axtardım və sonda Dubai Marina bölgəsində qalmaq qərarına gəldim. Bundan sonra 100 dəfə getsəm də Marinadan başqa bir bölgədə qalmaram, məsləhətdir. Dubai Marina suni kanal vasitəsilə 2 hissəyə ayrılıb, sahil və yaxta hissəsi. Yaxta hissəsi ətrafında kafe, restoranlar, Marina Mall, Pier 7 restonlar qrupu və digər maraqlı yerlər var. Xüsusən hava qaraldıqdan sonra gəzib zövq ala bilərsiz. Beach of JBR hissəsində isə gününüzü sarı qumlu dəniz kənarında keçirə bilərsiz. Marina bölgəsində ərəblər azdır, adətən xaricilər burada yaşayır. Otel olaraq “Millenium Place Marina”nı seçdim, qiyməti sərfəli idi, normal otaq seçməyimə baxmayaraq pulsuz olaraq balkonlu marina mənzərəli otağa update etdilər, yeməkləri əla idi, məsləhət görürəm. Şəhərdə restoranlarda yemək qiymətləri xeyli bahadır, hazır olun.- Hara getməli İlk növbədə telefonunuza “Get your guide” proqramını yükləyib gəziləcək yerlərə rahatlıqla bilet ala bilərsiz.Otellərdə təklif edilən tur qiymətləri xeyli bahadır, boşuna pul xərcləməyin. Metro, avtobus üçün 6 dirhəmə “nol card” alıb istifadə edə bilərlər. Həmçinin telefona nol card applikasiyasını yükləyib balansını da telefondan artıra bilərsiz. Metroda məsələn Marina DMCC stansiyasından Burj Khalifaya qədər 5 dirhəmdir. Eyni yola metronun gold class hissəsinin qiyməti isə 10 dirhəm idi. Çalışın elə biletinizi gold class hissəsinə alın. Silver class hissəsində demək olar ki, hind və pakistanlılar olur və dəhşət səs-küy edirlər, oturmağa yer də tapılmır. Gold hissədə isə turistlər, sakitlik və oturmağa yer + yerüstü çəkilmiş bu metro xətti ilə gözəl Dubay mənzərəsini izləyə bilərsiz.- Nələr etməli:1-Dubai Miracle Garden- Dünyanın ən böyük təbii gül bağı olan bu yerdə gəzməkdən doymaq olmur. Çiçəklərə bürünmüş “Airbus A380” isə parka daha çox maraq qatır. Giriş 35 manat, “Emirates mall”un qarşısından 105 saylı avtobusa minib birbaşa parka gedib qayıda bilərsiz. Avtobus qiyməti 5 dirhəm.2-Aya Universe Dubai- Dubai Wafi mallda yerləşən 12 tematik parkdan ibarət bu möhtəşəm yerə mütləq gedin, unutmayacağınız xatirə olacaq. Fərqli tematik parklar ilk dəqiqələrdən sizi tamamilə fərqli, həyəcanlı, işıq, səs və ən son texnologiyalar kainatına aparacaq. Bura haqqında çox şey yazmaq olar, ən yaxşısı gedib gözlərinizlə görüb o, hissi özünüzün yaşamasıdır. Giriş qiyməti 45 manat.3-Burj Khalifa və Dubay Fontan-Dünyanın ən hündür binası. Möhtəşəmdir. Yaxındakı fontan şoularının arxa fonunda daha da gözəl görünür. Binanın 124 və 125-ci mərtəbələrinə giriş bileti təxminən 90 manat, Fontanın şousu zamanı botla səyahət 30 manatdır. Arxa fonda Burj Khalifa mənzərəsi ilə şəkil çəkdirmək istəyirsizsə çalışın insanların az olduğu həftə içi günorta saatlarına qədər buraya gedin. Fontan şouları isə səhv etmirəmsə saat 18-dən sonra başlayır. Həftəsonu axşam saatlarında buraya getmək isə peşimanlıqdır, insanlar az qala bir-birini əzir.4-Dubay Muzeyi (Al Fahidi Fort)- 1787-ci ildə inşa edilən və Dubayın ən qədim yeri hesab edilən bu qalaya gəldikdə Dubay muzeyini də gəzə bilərsiz. Maraqlı yerlərdən biridir, gedib gəzməyiniz məsləhət görülür. Marinadan bura gəlmək üçün qırmızı xəttlər DMCC-stansiyasından Burjuman stansiyasına gələ, oradan isə taksi ilə qısa məsafə və ya piyada gedə bilərsiz.5-The view at the palm- Palm towerdə olan və 240 metr hündürlükdə yerləşən bu yerə getməklə dünyanın möcüzələrindən sayılan möhtəşəm Palm Jumeriaha baxa və gözəl şəkillər çəkə bilərsiz. Qiyməti 35 manat.6-Souk Madinat Jumeriah- İçərisində İstanbulun kapalı çarşısı kimi bazarı olan bir yerdir. 7 ulduzlu Burj Al Arab mənzərəsi ilə şəklinizin olmasını istəyirsizsə gedə biləcəyiniz yerlərdən biridir.7-Dubai Safari- Səhrada safari, kvadrosikl, dəvə minmək və Al Khayma kampının daxil olduğu 4-7 saat aralığında davam edən turu yuxarıda göstərdiyim proqramdan 60 manata ala bilərsiz. Gəlib birbaşa oteldən götürürlər və otelə qaytarırlar.8-Global village- Dünyanın 80-90 ölkəsinin mədəniyyətlərini birləşdirən bu yeri heç bəyənməsək də, fərqli ölkələrin maqnit və ya hədiyyəlik əşyalarını almaq üçün baş çəkə bilərsiz. Getməsəz də bir şey itirmərsiz.9-Dubai mall-Dünyanın ən böyük tiracət mərkəzlərindən biridir. Mağazalarda qiymətlər bizdəki qiymətlərdən xeyli bahadır. Mallda olan elektrotexnika qiymətləri də bizdən bahadır. Mallda gediləsi maraqlı yerlərdən biri Dubai Aquariumdur və əlavə pinqvin paketindən asılı olaraq qiyməti 70-100 manat arasında dəyişir.10-Mall of Emirates & ski dubai-Emirates mall Marina bölgəsinə yaxın olduğu və içərisində olan Carefour hipermarketinə görə tez-tez gedirdim. Bu mallda olan ski dubai-ə gedib qışı yaşaya və xizək sürə bilərsiz. Mart ayında Bakının soyuğundan qaçıb yenidən qışı yaşamaq maraqlı olmadığından mənə maraqlı olmadı J11-Aquaventure Waterpark- Palm Jumeriahda yerləşən dünyanın ən böyük su parklarından biri olan bu aquaparka giriş bahadır amma ömründə 1 dəfə gediləcək yerlərdən biridir. Giriş adambaşı 100 $-a yaxındır və bu qiymətə locker daxil deyil. Locker üçün də əlavə 75 dirhəm istəyirlər. Atlantis otelində qalanlar üçün parka giriş pulsuzdur.12-Xline dubai Marina zipline- Dünyada şəhər içi ən uzun ziplayndır. Marinada göydələnlərin arasından keçən bu ziplaynı istifadə etməyi çox istəyərdim amma qiymətini gördükdən sonra səssizcə geri qayıtdım. Qiyməti 300 manatBunlardan başqa Dubai Creek, qızıl bazarı, ədviyyat bazarı, dubai frame, dubai future museum və digər maraqlı yerlərə gedə bilərsiz. Ucuz elektrotexnika tapmaq üçün Baniyas metro stansiyasından düşüb mağaları gəzə bilərsiz. Hər yer saxta mallar qaynayır, mənə etibarlı gəlmədiyi üçün heç nə almadım. Dubaya çox gedənlər yəqin ki, ucuz və etibarlı elektrotexnika alınacaq yerləri bilirlər deyə posta əlavə edə bilərlər. Mənə Dubay əvvəllər heç vaxt maraqlı gəlməsə də deyə bilərəm ki, əgər getməmisizsə wizzairin yaratdığı bu fürsətdən istifadə edib mütləq Dubaya baş çəkin, peşiman olmayacaqsız.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Gəzgin Həyat

1166 dəfə oxunub

Bolqarıstan bələdçisi - Sofiya

Sofiyadakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.Salam olsun gəzəyənlərə də, gəzməyənlərə də)Bolqarıstan-Sofiya haqqında qısa şəkildə təəssüratlarımı bölüşüm, getməyi planlaşdıranlar üçün maraqlı olar düşünürəm.Qrupda Sofiya haqqında kifayət qədər postlar paylaşıldığı üçün detallara girmirəm) Bildiyimiz kimi, Buta ilə birbaşa reys var, uçuş müddəti təxmini 3 saat 25 dəqiqə olur. Ölkəyə giriş üçün isə ya Bolqar vizası, ya da multi-şengen vizamız olmalıdır.Sofiya aeroportundan şəhərə gəliş çox rahatdır. Cəmisi 1.60 levə ( = 1 man. 60 qəpik) metro bileti alıb, aeroportdan çıxan kimi qatara minirsiz və yarımca saata olursuz şəhər mərkəzində (Serdiko m/st.) Metroları çox təmiz, geniş və səliqəlidir, adətən kondisionerlə təchiz olunub və bürküdən söhbət gedə bilməz)Milli valyutası “lev”( şir) adlanır. Təxmini manatla eynidir: 1 azn=1.03 lev.Şir bir növ Sofiya şəhərini symbolize edir, bu səbəbdən şəhərdə Şir heykəli və adında lev sözü olan bir sıra nəsnələrə rast gəlinir.Şəhər vaxtilə uzun müddət Roma imperiyası, sonra isə Osmanlı imperiyasının əsarətində olmuş, ən son isə Sovet Rusiyası tərəfindən işğal edilmişdir. Buna görə də şəhərdə 3 fərqli mədəniyyətin nümunələrinə (məscidlər, kilsələr və digər tikili qalıqları) rast gəlinir.Ümumilikdə şəhərdə sanki Sovet aurası var.Şəhərdə public transportda 1 gedişin qiyməti 1.60 levdir. Bir gün ərzində istənilən ictimai nəqliyyatdan (metro, tram, bus) limitsiz sayda istifadə etmək imkanı verən biletlər də satılır ki, bu da çox sərfəlidir. Qiyməti də cəmi 4 lev.Elə bu qrupdakı yoldaşlardan birinin məsləhətiylə H2O adlı hosteldə qaldım, gecəsi cəmisi 12 azn-ə. Qiymətinə görə əla yerdir. Məkəzə ve Serdiko metro st. çox yaxındır. Təmiz və səliqəlidir, personal da yardımsevərdir. Yeganə mənfi cəhəti gecə yatanda xoruldayanların çox olması idi.Hostelin yaxın ətrafında gəzməli yerlər, restoranlar, parklar və s., bir sözlə, hər şey var.Restoranlarda qiymətlər bizdəkindən çox yox, cüzi bahadır. Mərkəzdən kənar yerlərdə ucuz yeməkxanalar tapa bilərsiz.Hər gün pulsuz turlar təşkil olunur. Ətraflı məlumatı “free sofia tour” səhifəsini axtarış edib ordan əldə edə bilərsiniz. Mükəmməl tur bələdçiləri olur. Martin adli guide var, çox məsləhət görürəm) adam işini o qədər entuziazmla görür ki, 2 saatlıq turdan zövq alacağınız qarantidir)Sofiyada parklar çoxdur və ərazicə böyükdürlər, gəz-gəz bitməz.. Ən məşhurlarından biri South Parkdır. Çox sakit və səliqəlidir, əsl istirahət etməli yerdir)Popular touristic destination olmasa da, Sofiya məndə gözəl, sakit və hüzurlu şəhər təəssüratı yaratdı.P.S. İmkanınız olarsa (məndə olmadı təəssüf ki), şəhərdən təxmini 1 saat məsafədə yerləşən Vitoşa dağına da mütləq baş çəkin.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elvin Mammadli

1670 dəfə oxunub

Almaniya - Düsseldorf bələdçisi

Düsseldorf - Amsterdam. Part 1.İlk öncə ondan başlayım ki, Ryanairin qurbanı oldum. 1 həftə boş vaxtım var idi, qərara gəldim ki daha sərin, havası daha xoş olan bir yerə gedim. Biletləre Romadan baxanda Düsseldorf Weezeye 9 avroya bilet tapdım, amma sən demə bu Weeze, Hollandiya ilə sərhəddə yerləşən, cəmi 2 terminalı olan kiçik bir kənd Airportu imiş. Avtobus və tren bir saatdan bir gəlir.Yani anlayacağınız, Airportdan şəhər mərkəzinə busla, sonra isə qatarla 2 saatlıq yol gəldim ????????Qalmaq yerini məsləhət görərdim ki Airbnbden götürəsiniz, çünki host, yerli olur sizə kömək edir, ikincisi isə şəhərdə baş tutan party-lər, festivallardan xəbəri olur. Mənim bu cəhətdən bəxtim çox gətirdi (bilet baxımından gətirməsə də)) host çox mehriban idi, və demək olar ki bütün night partylər, festivallara bərabər getdik.5 gün ərzində demək olar ki, Düsseldorfun hər qarışını tələsmədən, həzz alaraq gəzdim.Əvvəlcədən qurduğum marşrut üzrə 5 günümü elə böldüm ki, nə çox yorulum, həm də ki şəhəri bütün günü gəzməyə, axşam da dincəlməyə vaxtım olsun.Deməli, əgər Düsseldorfe-a yolunuz düşsə, və 4-5 gününüz olsa, çox məsləhət görərdim ki, siradakı yerlərə baş çəkəsiniz.-Volksgarten-Pebbles terrace. Bura mənim ən sevdiyim terassalardan biri oldu. Şəkillərdə də görəcəksiniz, çox möhtəşəm mənzərə açılır şəhərə.-Gehry bauten-Rhine Tower, şəhərin əfsanəvi qülləsi-Landtag- Kunst im Tunnel - tonhalle düsseldorf-City museum və Johannes Church və Marittime museum - museum kunstpalast - glasmuseum xüsusən getməyə dəyər.-Stahlhof - rathaus-Tritonenbrunen-Archeopoint-Märchenbrunnen-Ratinger torVə Rhein terrasse.Ümumiyyətlə şəhərdə sevdiyim çox məqamlar oldu. İlk öncə insanları, çünki daha öncəki Almaniya visitim Berlində məni tamamilə məyus etmişdi. İnsanları tünd, itsifət və həyatdan bezmiş, tam bir depressiya şəhəri.Düsseldorf isə tam əksi, insanları həmişə gülərüz, həmişə sənə kömək eləməyə hazır və şəhərə gələn qonaqların razı qalmaqları çox vacibdir onlar üçün. Həmin 5 gündə tanış olduğum bəlkə 15-20 nəfərin hamısı şəhər haqqında fikrimi soruşandan sonra, şəhərə böyük bir tərif yağdırırdılar ????Həqiqətən də Düsseldorfda yaşayanlar bu şəhəri çox sevirmiş, və ən əsası da hamının razı qalmağı imiş.Parklar Romadakı parklara təbii ki oxşayır, ancaq Romada bu böyüklükdə cəmi 2-3 park var. Görünür Düsseldorf şəhər administrasiyası parklara çox böyük fikir verir, küçələri artıq demirəm. Çox səliqəli, çox təmiz, çox mədəni bir şəhər və şəhərdə yaşayan insanlarla rastlaşdım. Hələ bir qrup dost gecə saat 4də məni və hostumu night bus gözlədiyini görüb, uberlə evimizə qədər ötürdü. Bunu Avropada mən bu 6 il ərzində görməmişdim. Hələ almanlardan heç gözləmirdim.Şansıma səyahətimin 4cü günü Japonese Culture Festival var imiş. Anlayacağınız iki gün dalbadal şəhərdə japoniya folk music mi deyim, cosplayerler mi deyim, anime qəhrəmanları mı deyim hər şey var idi. Bütün 700 k əhali mərkəzdə idi, bildiyiniz tərpənməyə yer yox idi ????. Hər iki günün sonunda isə 50 dəq durmadan fire works.Almanların dediyinə görə, Yaponiya diasporasının ən böyük filialı məhz Düsseldorfda imiş, və onların finansal durumu, dəstəyi o qədər böyükdür ki, demək olar şəhərdə olan bütün şirkətlərdə pay sahibidirlər. Təbii ki, 2 gün boyunca 50 dəq non-stop fireworks onlar üçün heçnədir.Bir sözlə, Almaniyaya aid negativ stereotipimi aradan qaldırmağa kömək elədi Düsseldorf. Başı işə, problemlərə, dərdə və qəmə dolaşan insansınızsa, Düsseldorf əla bir optiondur, bütün problemləri unutmağa yardım edər... Amma Ryan Airden uzaq durun ????????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nazir Abishov

1458 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!