3734 dəfə oxunub

Şərqin parıltısı və yoxsulluğunun birləşdiyi şəhər - Qahirə

Qahirədəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Qahirə - dünyanın ən qədim dörd şəhərindən biri, heç vaxt yatmayan, minilləri adlayan daima canlı bir şəhər. Milyonçular və dilənçilər vətəni, Qərbin və Şərqin birləşdiyi bir yer. Bunların hamısına mən birini də əlavə edərdim – siqnallar şəhəri. Qahirə sürücüləri ayrıca bir mövzudur. Bizim avtomobilçilərin sürücülük vəsiqəsini almazdan evvəl musiqi məktəbini bitirməsini bilirdim. Misirlilər isə əməlli başlı konservatoriya məzunları imişlər, elə bil bütün şəhərdə siqnalizasiya qoşulub. Heyif ki, bu xüsusi effektləri yazı ilə çatdırmaq qabiliyyətinə malik deyiləm. İşıqfora da demək olar ki, fikir verən yoxdur. Yol keçmək üçün əlini qabağa uzadıb maşını saxlatmaq kifayətdir. Yol nəqliyyat hadisəsi adi haldır, salamat maşına çox nadir hallarda rast gəlmək mümkündür. Qəza baş verəndə heç özlərinə əziyyət verib maşından da enmirlər, elə pəncərəni azca aşağı salıb gülümsəyirlər və yollarını davam etdirirlər növbəti qurbana qədər.
Müasir Misirin paytaxtı demək olar ki, elə Sfinksdən başlayır. Qahirə müasir göydələnlərdən ibarət məhəllələrin, qədimi iqamətgahların, şərq bazarlarının və hələ kifayət sayda olan köhnə əyri küçələrin qarışıqlığından ibarət bir şəhərdir. “Şərqin parıltısı və yoxsulluğu” (блеск и нищета Востока) məfumunun nə olduğununa bu şəhərdə cavab tapırsan. Bir sözlə, Qahirə qədim keçmişin canlı tarixidir. Misir əhalisinin dörddə biri – 16 milyonu ölkənin paytaxtında yaşayır. Çoxsaylı göydələnləri ilə səmaya yüksələn şəhərin dizayn müxtəlifliyini qədim abidələr təşkil edir. Qahirə gözəl və əzəmətli Nildir, onun körpu və şərqsayağı bulvarları ilə və Qərbi təzahür edən brend otelləri ilə. Bu şəhərin küçə və rayonları oxşar deyil fərqlilik hər addımda özünü göstərir. Bilmirsən bu küçələrdə daha çox nədir – mağazalar, məhsullar, restoranlar yoxsa sadəcə təəssüratlar. Və, nəhayət, Qahirə indi bizdə çox dəbdə olan əsl multikulturalizm, dini azadlıq məkanıdır. Qədim dövrlərdən bu şəhərdə İslamın bir neçə qolunun və katolik və pravoslav xristianlığıqın mövcudluğu dediklərimi sübut edir. Əhalinin əksəriyyəti əlbəttə ki, müsəlmandır.
Mənim üçün bu şəhər İslam dünyasının ən önəmli bir ismi, yenilməz sərkərdəsi Salah Ad-Dinin ləqəbi ilə tanınan Yusuf ibn Əyyub adı ilə də bağlıdır. Üçüncü nəsildə muzdlu əsgər olan Salah Ad-Din onun bioqraflarının sözlərinə görə Evklid və Alqamestin suallarına cavab verəcək qədər bilikli olub, riyaziyyat və islam hüququnu gözəl bilirdi, Abu Təmmasın on tomluq ərəb şairlərinin şeirləri toplusu olan Kitabi Al-Xamasanı əzbərdən söyləyirdi. Səlibçilərin qatı düşməni olan Salah Ad-Din öz cəsarəti və düşmana qarşı olan alicənablığı ilə xristian Avropasında böyük hörmətə malik idi. Səlibçilərin başçılarından biri olan İngiltərə kralı birinci Riçard onu özünə dost sayırdı, baxmayaraq ki, həyatda cəmi bir dəfə görüşmüşdülər. Şərqin tarixində Salah Ad-Din Qərbin işğalının qarşısını alan, islam qüvvələrini Qərbə yönəldən və müxtəlif islam güclərini birləşdirən, öz şəxsiyyətində İslamın yüksək ideallarını və keramətini təcəssüm edən fateh kimi qaldı. Elə Salah Ad-Dinə olan məhəbbətim Qahirədə ilk turizm obyekti seçimində öz rolunu oynadı – şəhərin vizit kartı olan islam özəyinin məskəni 1176-cı ildə dahi sərkərdənin dövründə inşa olunan Salah Ad-Din qalası.

misir

Şəhərin mərkəzi kvartallarından cənub şərqdə yerləşən qaladan bizim vaxtlara salamat çatan yalnız cənub və şərq xarici divarlarıdır. Əsas meydana iki yol aparır. Soldan - Sultan Al-Nasr məscidi, düz – 1857-ci ildə tamamilə misir alebastrından tikilən Muhammed Ali məscidi. Məscidin içərisində girişdən sağda Misiri birləşdirən Muhammed Alinin qəbri yerləşir. Məhs o, 1 mart 1811-ci ildə bu qalaya ölkənin 480 qəbilə başçılarını dəvət edib hamısını elə buradaca öldürərək Misirdə illərlə davam edən qardaş qırğınlarına son qoyur. Qala şəhərin ən yüksək nöqtəsində yerləşdiyindən buradan Qahirəyə gözəl mənzərə açılır. Qərb divarından min ildən çox tarixləri olan Sultan Hasan və İbn Tulun məscidləri görsənir. Daha uzaqda köhnə şəhəri, lap aralıda isə Qiza və Sakkaranın ehramlarını görmək olur.
Qaladan çıxarkən oğlum blokpostda dayanan polislərlə şəkil çəkdirmək istədi. Bu istəyimizi polislərə bildirdikdə onlardan biri gedib komandirlərini çağırdı. O isə çox mədəni şəkildə fotonu sosial şəbəkələrdə biz tərəfdən yayılması mümkünlüyünü bildirərək bu ideyanı elə kökündəcə boğdu. Başa düşdüm ki, bu polislərin üzlərinin tanınmasından doğan narahatlıqdır. Onu da deyim ki, blokpostlar yalnız Qahirədə deyil, Misirin bütün şəhərlərində var. Ən vahiməlisi isə Qahirə Milli Muzeyinin girişində - altı ədəd hərbi zirehli maşın və onların önündə betonun üstündə quraşdırılmış pulemyotun arxasında üzü bizə tərəf hazır vəziyyətdə dayanan pulemyotçu. Bir sözlə muzeyə daxil olmazdan əvvəl adrenalın qəbul etmiş olursan.
1858-ci ildə fransız misirşünas Auguste Mariette tərəfindən təsis edilən və Qahirənin qüruru sayılan bu muzey qədim Misir dünyasının ən zəngin kolleksiyasına malikdir. Qahirə muzeyinə tezdən gəlmək məsləhətdir ki, muzey açılan kimi ora daxil olasınız və tez qalxıb ikinci mərtəbədə saxlanılan Tutanhamonun qızıl maskasına baxasiniz. Birazdan bu otağın qarşısında növbə yaranacaq. Buranı gəzdikdən sonra isə rahat şəkildə muzeyin qalan hissələrinə baxmaq olar. Qədim ehramlar ölkəsinin bütün tarixi göz önündə - Qizada qazıntılar vaxtı tapılmış Hefrenin heykəli, Sakkarada tapılmış Cossserin heykəli, fironların heykəlləri.... Məşhur Nefertitinin həyat yoldaşı olan Exnatonun epoxasına ayrıca zal həsr edilib. Bu zalda fironun Karnakdan gətirilmiş nəhəng heykəli və dünyaca məşhur olan və şüşə arxasında saxlanılan Nefertitinin heykəli və s.
İnqilabdan sonra məşhurlaşan Təhrir meydanı Muzeyin yanında yerləşir. Bizim uşaqlar üçün isə bu meydana marağın səbəbi burada yerləşən KFC idi. Uşaqlarla sürücü qidalanana qədər Təhriri o başdan bu başa gəzib burada yaşananları təsvir etməyə çalışdıq və təbii ki, nətəri lazımdı “selfiləşdik”.
Köhnə şəhərin qalın divarları arxasında kopt (xristian) Qahirəsi yerləşir. Xristianlıq Misirdə hələ III-cü əsrdə islamdan çox əvvəl yayılıb. Əvvəl onunla Nilin qədim Allahlarına itayət edənlər vuruşur, sonra isə Ərəb yarımadasından gələn İslam. Amma bunlara baxmayaraq Misir xristianları özlərini və dinlərini qoruya bildilər. Burada olarkən öyrəndim ki, Misir xristianlarının sol biləklərində romb formasında xüsusi tatuları var. Mənasını öyrənə bilməsəm də, təxmin etdiyimə görə çətin ki, bu onların rəssamlığa meyllilikləri ilə izah olunsun. Ən qədim abidələri isə IV-cü əsrdə müqəddəs Məryəmin adına ucaldılmış El Mulakka asma kilsəsidir. Nilin sahilində yerləşən Babil qəsrinin cənub darvazaları üzərində inşa edilən bu məbəd sanki suyun üstündə dayanıb.
Qahirə deyəndə həm də Fatemilər tərəfindən 988-ci ildə inşa olunmuş və Məhəmməd peyğəmbərin (s) qızı Fatimeyi Zəhranın adını daşıyan Al-Ashar universiteti yada düşür. Bu məscid Fatemilərin rəsmi məscidı sayılırdı. 975-ci ildən məsciddə şiyəliyin əsasları tədris olunmağa başlayır. Fatemilərin süqutundan sonra Al-Ashar əvvəlki önəmliyini itirir və sıravi sünni məscidi səviyyəsinə endirilir. Bu təhsil ocağının kitabxanasında olan 2 mln yaxın kitab isə satılr ya da dağıdılır...Müasir Al-Ashar Misirin konstitusiyasında adı çəkilən bir brendə çevrilib. İndiki Al-Ashar bütün ərəb şərqində ən böyük universitet sayılır.
Universitetdən yolumuzu saldıq Qahirənin ən maraqlı bir yerinə - Xan El-Xəlili. Uşaqlıqdan eşitdiyim Şərq nağılı bura imiş. 700 il əvvəl Sultan Əl-Əşrəf tərəfindən yaradılan bu bazarın ucu bucağı bilinmir. Təsəvvür edin ki, bazarın altı girişi və on iki “muxtar vilayəti” var. Misirdə istehsal olunan və Misirə müxtəlif yollarla gətirilən istənilən malı burada tapa bilərsiniz. Yaxşı bazarlaşsan bu bazardan uçan xalça və ya Ələddinin sehrli çırağınının xoşbəxt sahibi kimi də ayrılarsan. Buranı saatlarla gəzib və heçnə almaya da bilərsən, məsələn bizim kimi. Adam əlindən tərpənmək mümkün deyil, satıcıların qışqırıq səsləri isə insanın lap beyninə işləyir.
Elə gəzintimiz başa çatırdı ki, sürücümüzün yadına bir maraqlı fakt düşdü. Düzünü deyim, səfərdən əvvəl bu haqda heç məlumatım yox idi, sən demə Qahirədə Ər-Rifahi məscidində İran şahı Rza Pəhləvinin qəbri yerləşirmiş. Gedib onu da ziyarət edib missiyamızı bitmiş hesab etdik.
Qahirədə adını çəkmədiyim digər də çox maraqlı tarixi tikililər və yerlər var, saymaqla bitmir. Və onu da deyim ki, Qahirə, umumiyyətlə Misir, olduğum ölkələr arasında yeganə yerdir ki, adamı özünə çəkir. Yenə də imkan düşsəydi böyük məmnuniyyətlə gedib bu ölkəni qarış qarış gəzərdim. Bəlkə də buna səbəb ucuz nəqliyyatdır – günü 20 dollara taksi sürücüsü sizi gün doğandan batana qədər gəzdirir. Günəş isə buralarda çoooox gec batır.

 

Paylaşdı: Matin Rahimli

DİGƏR BLOQLAR

"Bir üst dərəcə" - Danimarka bələdçisi

Kopenhagendəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Səfərimə "səbəbkarlar" Hans Kristian Andersen marağım, Kopenhagen Universiteti (Eskimologiya Departamenti), dan dilinə olan həvəsim, Danimarkadakı velosiped nəqliyyatın nizamı və s. digər turistik faktorlar idi. Yer götürməkdə gec olduğu üçün Almaniyadan viza alıb giriş etdim Danimarkaya. 1) Hamburg hava limanına səhər saatlarında çatdım və qatarla qalacağım Winsen Luhe şəhərinə doğru getdim. Şəhər Hamburqun 25 km cənub şərqində yerləşir və müharibə dövründə sağlam qala bilmiş şəhərlərdən biri idi. Bu kiçik şəhərdə Luhe çayının sahilində Vinsen qəsri, Müqəddəs Məryəm kilsəsi və s. turistik nöqtələr yerləşir. Bir neçə gün Yeni il bazarlarına baxmaq üçün Hamburqa qatarla gedib gəldim. Hamburq haqqında yazmaq düşünürəm ki, o qədər geniş mövzudur ki, sadəcə xatirimdə qalanları deyim. Şəhərdə demək olar ki, yağış səngimək bilmirdi, mən də açıqcası hazırlıqsız idim və bütün paltarlarım su olurdu və xəstələndim. Buraya dekabr ayında gəlməyi planlayanlar mütləq ya çox yaxşı sukeçirməyən palto ya da yaxşı bir çətirlə gəlsinlər. Şəhərdə yeni abu-havası yüksək səviyyədə idi, demək olar ki, hər küçədə böyük Yeni il bazarları qurmuşdular. Ucuzluq idi mi? Əvvəlcə bahaçılıqdı düşünmüşdüm, ta ki, Danimarkaya gedənə kimi. 2) 4 gün qaldıqdan sonra Hamburq mərkəzi avtobus vağzalından Odenseyə yola düşdüm. Burda da maraqlı bir hadisə baş verdi. 03:00da olan səfərim 02:30 eyni istiqamətdə gedən (Kopenhagen avtobusu) avtobus sürücüsünün təkidi ilə yarım saat tez başladı. Heç QR kod da oxutdurmadı və dedi ki, düşürdərəm səni, Odensedə. Çatdığım gün Milad günü idi və təəssüf ki, hər yer bağlı idi. Ac-suzuz otelə qalxdım və əşyalarımı qoyandan sonra heç olmasa açıq bir market ya kofeşop axtarmağa getdim ki, biraz qidalanım. "Espresso House" adında ilk kofeşopa girdim və bir latte, kruassana 100 krona (təxminən 25 manat) yaxın pul verəndə hiss etdim ki, səfərin sonuna deyəsən aclıq elan edəcəm. Hər yer bağlı olduğu üçün Hans Kristian Andersenin doğulduğu ev muzeyinə gedə bilmədim, əvəzində Odense Zooparkına getdim və qiymətini yazmaq istəmirəm. Amma, həqiqətən çox əla təəssürat aldım. Odense balaca şəhərdir və çox yaxşı nizamlanıb hər şey. Bir qram xaos nəzərə çarpmadı, hamı nə edəcəyini, hansı saatda etməli olduğunu bilir kimi bir növ mənə Tbilisidən gəlmiş şəxs olaraq utopik təsir bağışladı. Hava saat 3də qaralırdı və təkcə bu məndə biraz depressiv hal yaradırdı. İstənilən halda gəzməyə dəyər yerdi. 3) 2 gün qaldıqdan sonra Odense Parkering Sýd tramvay stansiyasından yenə avtobusla Kopenhagenə yollandım. Kopenhagen paytaxtdır və elə şəhərin girişindən hiss etdim ki, artıq hər yer açıqdır. Mərkəzi avtobus stansiyasından gəldim Kongens Nytorv metro stansiyasına və piyada getdim qalacağım hostelə. Biraz dincəldikdən sonra alış-veriş küçəsi olan Strøget'ə getdim, daha sonra Nyhavn ərazisindən keçərək, "Kiçik su pərisi" heykəlinə doğru yollandım. Kopenhagen paytaxt olduğu üçün daha da bahalı idi. Şəhərdə diqqətimi çəkən xüsusiyyət hamının olduqca fit olmağı idi. Gəzərkən ətrafımdan qaçaraq keçən şəxslər, eləcə, 2 uşağı baqaj hissəsində oturtduran analar, yaşı olmasa 80dən yuxarı insanların pedal çevirməyi və s. məndə bizim necə oturaq həyat tərzi keçirtdiyimiz hissini gücləndirdi. Kopenhagen əla şəhərdir və turistik olaraq soyuq və yağışdan qorxmayan şəxslər üçün hər zaman idealdır. Səfər ərzində nələrə diqqət etmək lazım idi (səhvlərim) : 1) Səfər müddətində heç vaxt mobil internetim olmadı ( ancaq kofeşoplarda ya hardasa təsadüf tutanda girirdim) . Bu bir çox problemlər yaradırdı. Bilet almaq istəyəndə tramvaya QR'ı skan edib almalıydın, nəğd variant üçün yer tapa bilməmişdim. 2) Çətir və ya ponço alın. Ponço paltonun üstündən keçirilən bildiyiniz belə klyonka kimi bir materialda geyimdir. Bu çox kömək olur paltar nəmlənməməyi üçün. 3) Mən səfər müddətində nəğd pul daha çox götürmüşdüm, siz əksini götürün həmişə. Çünki, demək olar ki, hər yerdə kart keçir. 4) Passort kontrolda tam sərbəst olun, onsuz turistiz və qəribə cavablar verməyə ehtiyac yoxdur. 5) Getməmişdən qabaq şəhərdaxili nəqliyyatı öyrənin mütləq. Bizdə elədi ki, maksimum gecikdin 10 manat verib taksi çağırassan hava limanına və yaxud avtovağzala. Burda isə taksi lüks seçimdir və 20 km yola ən az 70-80 euro ödəməli olacaqsız. 6) Qış vaxtı gedirsizsə, havanın tez qaralmağını nəzərə alıb, gəzməyə çalışın, 7-dən 3-ə qədər ancaq hava işıqlı olurdu, Danimarkada. Yadıma düşənlər bunlar idi, kimin başqa nə sualı olsa, həvəslə cavablandıra bilərəm. İstənilən kiçik nüansla bağlı xatirəm var. Təşəkkürlər oxuduğunuz üçün.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Farid Mammadalizada

2090 dəfə oxunub

Qütb işıqları: İslandiya Bələdçisi

Qütb işıqları , İslandiya Keçən il İsveçin Abisko kəndinə getmişdim, amma, çox zəif gördüm. Bu il İslandiyaya getmək qərarına gəldim və şansım gətirdi ))Deməli dostlar, qərar verdiniz ki, İslandiyaya gedirsiz. Qütb işıqlarını harda və necə izləyə bilərsiz?İlk öncə onu deyim ki, gecəni çöldə yatmağa ehtiyac yoxdur. Necə?))İslandiyada məhşur Otellərin və s "Live" kameraları 24 saat işləyir. Sadəcə telefon ilə pulsuz izləyə bilərsiz, istədiyiniz an. Ən məhşurunun linkini atıram bura; https://landhotel.is/index.php/northernlights-liveİndi, bu postu gördüyün anda belə bu linke daxil olub izləyə bilərsiz.Tutalım ki, Live kamera ilə izləyərkən qütb işıqlarını gördüz, bəs sonra?50,60 avro tur şirkətlərinə ödəməyə ehtiyac yoxdur (Əgər maşın icarə etmisinizsə). Sizə "Location" adları deyəcəm, google mapda axtarın, əlavə edin və ora gedin, qütb işıqlarını izləyin Çoxusu Reykjavikdən yarım saatlıq məsafədədir.Qütb işıqlarını izləmək üçün "Məkanları" yazıram; Heiðmörk, Kleifarvatn, HellaQeyd 1: Qütb işıqlarını izləmək üçün xüsusi məkan anlayışı yoxdur. İşıq kirliliyi az olan istənilən yerdə qütb işıqlarını müşahidə edə bilərsiz. Səmanın buludsuz olması isə mütləqdir Qeyd 2: Qütb işıqlarının parlaqlılığı və ya dərəcəsi "KP" əmsalı ifadə olunur. KP dərəcəsi 0-9 arasında dəyişir. Bəzən göz ilə görünmür, telefon kamerası və ya fotokamera ilə görsənir. Bəzən göz ilə (KP yüksək olduqda) görülür. Bu sizin şansınızdan asılıdır. Qeyd 3: Qütb işıqlarını necə çəkmək lazımdır? Smartphone ilə qütb işıqlarının şəkilini çəkə bilərsiz. Özünüzü necə çəkə bilərsiz ?Bir nəfər sizə tərəf işıq tutur, və şəkil çəkir ))Bəs video? Bu çətindir. Qütb işıqlarının videosunu çəkmək üçün daha yüksək parametelərə malik Photocamera lazımdır. İslandiya səyahəti barədə bu və digər məlumatları instagram hesabımdan paylaşıram, izləyə bilərsiz. Sizə xoş səyahətlər Ali_aghakishiyevhttps://www.instagram.com/ali_aghakishiyev...Paylaşan: Əli Ağakişiyev

289 dəfə oxunub

Miçoakan bələdçisi

Ölülər gününü qəbristanlıqda keçirdim…☺️Unudulmaz səyahət təcrübəsi oldu mənim üçün. Bəlkə çoxlarınız Coco cizgi filminə baxmısınız. Bax elə o cizgi filmini canlı canlı görmək və yaşamaq. Həqiqətən çox möhtəşəm idi. Sizə səyahətidən ətraflı danışım. Əgər vaxtiniz və maraqınız olarsa daha ətraflı mənim Blog yazdığım səhifəyə daxil olub oxuya bilərsiniz. http://evdenuzaqlarda.com/michoacan/ℹ️ Michoacán, Miçoakan kimi oxunur və əyalətdir, Meksikanın qərb mərkəzindədir. Cənub-qərbdən Sakit Okean və qərbdən Colima və Jalisco, şimaldan Guanajuato, şimal-şərqdən Keretaro, şərqdən Meksika və cənubdan Guerrero ilə həmsərhəddir. Paytaxtı isə Morelia şəhəridir.????Michoacan da Jorullo vulkanı 1759-cu ildə püskürmə zamanı yarandı və 1943-cü ildə Paricutín Uruapan şəhərinin şimal-qərbindəki bir sahədə qəflətən inkişaf etməyə başladı; püskürmələri 1952-ci ilə qədər davam etdi. Kənd sakinləri hərkəs kəndi vaxtında tərk etdi və daha sonra San Juan kəndi yerlə bir oldu.????Morelia, Michoacan’ın paytaxtı və əyalətdəki ən böyük şəhərdir, şəhərdə 600.000 nəfərdən çox əhali var. 1991-ci ildə YUNESKO-nun Dünya İrsi saytı listəsində yer alıb. Şəhər tamamı ilə möhtəşəmdir. Hələ siz bura noyabr ayının 1 və 2 si gəlsəz çox maraqlı şeylər görə bilərsiz. Çünki bu günlərdə ölülər günü qeyd edilir və inanılmaz dərəcədə maraqlıdır.????Michoacanda görə biləcəyiniz çox möhtəşəm olan Monarch kəpənəkləridir. ABŞ-ın şimal-şərqindən və Kanadadan 4820 km uzaqlıqdan gəlirlər. Günlərinin geri qalanını Meksika’da yaşayırlar. Uşaqları bütün həyatını Meksika’da yaşayır və yazda, Şimali Amerikanın şimal-şərqinə köç edən nəvələri olur. Sonrakı qış bu kəpənəklərin nəvələri dədə babalarının etdiyi kimi qışda Michoacana geri dönürlər. Həqiqətəndə bir möcüzədire. Ziyarət etmək istəsəz Michoacanda monarx kəpənəklərini görmək üçün ən yaxşı vaxt yanvar-mart aylarıdır. Səhər saat 9, 10 arası getməyinizi məsləhət görürəm. Santuario de la Mariposa Monarca Giriş 50 Peso – 4.50 Azn✈️Michoacan vaxtı ilə Meksikanın təhlükəli bir əyaləti olub. Lakin hal hazırda təhlükəsiz və daha çox turistin olduğu bir əyalətdir. Michoacana gəlmək fikriniz olsa Meksikanın paytaxtına uçub daha sonra bura uça bilərsiniz. Qiymətlər hardasa 75-100 manat arası olur adətən.????????“Ölülər günü” Latın Amerikasında, əsasən də Meksika, Qvatemala, Honduras və Salvadorda qeyd olunan, məqsədi ölüləri anmaqla bağlı olan bayramdır. İspanca “Día de Muertos” adlanır. Adətə görə bu bayramın keçirildiyi günlərində rəngarəng karnaval təşkil edilir. Müasir dövrdə bu bayram hər il noyabrın 1 və 2-də qeyd olunur. Bu bayramın tarixi Latın Amerikasının ispanlara qədərki tarixinə kimi gedib çıxır. Belə ki, onun başlanğıcının asteklərə aid olduğu məlumdur. Qədim asteklərin dövründə bu bayramda baş fiqur “Miktlantekuli” adlı “Cənab Ölü” hesab olunurdu. Həmin dövrlərdə bu bayram adətən iyul-avqust aylarında keçirilərdi. Lakin ispanların bu ərazilərdə məskunlaşmasından sonra ispan keşişləri bayramın noyabr ayına keçirilməsinə qərar verib.Hellouindən fərqli olaraq,☠️“Ölülər günü” qorxutmaq məqsədli deyil. Burada olan skeletlər ölənlərə işarədir. İnanclara görə gerçək ölüm unudulduğunda olur, festivalın məqsədi də məhz, ölənlərin unudulmamasını təmin etməkdir. Bu məqsəd istiqamətində vəfat etmiş insanları xatırlamaq üçün şəkərdən kəllə və bəzək-düzəklər, ölənlərin sevdiyi qoxuların, süsləmələrin olduğu qurbangahlar hazırlanır. İnsanlar ölü kimi geyinərək bəzənir; minlərlə insan özünü ölüyə bənzədərək, nağıllarda olan ölü qəhrəmanların kostyumlarını geyərək şəhərin küçələrinə çıxırlar. Hətta yaxınlarını yad etmək üçün qəbirstanlığa gedənlər bu mərasimi yasdan şənliyə çevirirlər. Hesab edilir ki, həmin günlərdə hər kəs ölüsünə mümkün qədər çox sevinc bəxş etməlidir, elə buna görə də qəbirlərə məxmər gülünün ləçəkləri qoyulur. Qeyd edim ki, bu ənənəvi bayram 2008-ci ildə YUNESKO tərəfindən Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə “Reprezentativ siyahısı”na daxil edilmişdir.Maraq göstərib oxuduğunuz üçün təşəkkür edirəm.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Seyid Hüseyn

1289 dəfə oxunub

Meksika - Yucatan bələdçisi

Meridadakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salam Gəzəyənlər yaxın əyləşin sizə Meksikadan maraqlı məlumatlarım var ???????????? Meksika həqiqətən də gözəl bir ölkədi. Hər ştatında fərqli bir yaşam tərzi, adət-ənənəsi var. Hər zaman bu yaşam tərzləri, adət ənənələri ilə yaxından tanış olmaq arzusunda olmuşam və bu dəfə isə Meksikanın cənub şərqində yerləşən Yucatan ştatına yollandım. Getməmişdən öncə ştat haqqında azca məlumat topladım və həqiqətən də çox inanılmaz bir tarixə sahib imiş. Bu ştat Mayalıların məskəni olub və tarix adət-ənənə ştatın hər bir şəhərində hələdə yaşadılır. İspan dilindən əlavə olaraq ştatın 30%-i Maya dilində danışır.ℹ Maya tarixinin bu qədər möhtəşəm olmağı adamı lap heyran edir. Bəs Mayalılar kim olub axı. Hər nə qədər Maya sivilizasiyası işğal edilərək məhv edilsə də bu gün belə Meksika və Qvatamelada Maya dili və mədəniyyəti yaşamaqdadır. Bu gün çox sayda Maya insanı həyatda olsa da, Mayalıların idarə etdiyi son dövlət 1697’ci ildə İspaniyanın idarəetməsinə keçmişdi. Mayalılar qədim sivilizasiyalar içərisində ən inkişaf etmiş yazı sisteminə sahib olan sivilizasiya idi. Təəssüflər olsun ki, İspaniya işğalı zamanı bu yazıların bir çoxu məhv edilmişdir. Mayanın necə məhv edilməsi haqqında heç bir məlumat yoxdur. İspaniyalıların gəlişindən uzun zaman öncə böyük Maya şəhərləri dağıdılmış və tərk edilmiş vəziyyətdəydi. İrəli sürülən nəzəriyyələr arasında ən məntiqli olanı quraqlıq, qıtlıq və iqlim dəyişiklikləri səbəbindən yox olmalarıdır.???? Merida Meksikanın Yucatan ştatının paytaxtı olub tarixi 1540-cı illərə qədər uzanan bir şəhərdir. Merida adı şəhərə İspanya Krallığı tərəfindən verilib. Şəhərin çoxluğu Mayalıların dilini və adət-ənənələrini yaşadır olması çox xoşdur. Şəhərdə bir çox küçə, restoran adları ispan dilindən əlavə olaraq Mayan dilində yazılıb. Hətda bir çox insanın adı belə Mayan adıdır.✈️ Mən Meksikanın Monterrey şəhərində yaşadığım üçün Meridaya Monterrey şəhərindən Vivaaerobús ilə 77 manata bir gedişli təyyarə bileti alıb yollandım Merida şəhərinə. Təyyarə ilə 1 saat yarımlıq yoldu. Siz bu şəhərə gəlmək istəsəz avropadan Meksika şəhərinə uçub ordan gələ bilərsiniz. Ya da İstanbuldan Meksika şəhərinə ordanda Meridaya, bu yolla gələ bilərsiniz.???????? Meridada nəqliyyatdan istifadə haqqında məlumat verim sizə. Avtobusdan istifadə edə bilərsiniz, amma sizə çox çətin olacaq. Burda avtobuslar biraz qarışıqdı. Amma şəhər hər addım başı Uberdi, qiyməti də çox münasib. 3 manatdan 8 manata kimi qiymətlərdi şəhər daxili. Hava limanından şəhər mərkəzinə hardasa 10km məsafə var. Çox rahatlıqla Uber ilə gələ bilərsiniz. Qiymət 9-10 manat olacaq. ???? Şəhər xaricində maraqlı yerləri gedib görmək üçün Renta cardan 2 günlük 70 manata maşın kiraladıq. Sizə məsləhət görürəm ki, şəhər ətrafını da gəzəsiniz.???? Bəs harda qalmaq olar. Qaldığım yer həyət evi idi. Airbnb dən 14 günlük kirayə götürmüşdüm. Bu şəhəri və ətrafını gəzməyə toplam 5 gün bəs edir əslində ama mən buranı daha da yaxından tanımaq üçün biraz uzun qalmağı düşündüm və burda 14 gün qaldım, Evə 300 manat ödədik. Ev mənim xoşuma gəldi, sadə və balaca bir evdir. Yaxınlğında ucuz restoranlar var, yeməklərinin dadları çox superdir. Evdə isə internet və kondisoner əla vəziyyətdə işləyir. ???? Mənə maraqlı gələn qonşuların hamısının it saxlaması oldu. Elə bil it zooparkıdı, hər həyətdə fərqli cinsdə itlər görə bilərsiz.????Meksikada Pul vahidi Meksikan Pesosudur. 1 Peso = 0.08 qəpik. Ölkəyə dollar və ya avro gətirə bilərsiniz. 1 Dollar = 19 Mxn, 1 Avro = 21 Mxn. Pulunuzu rahatlıqla banklarda dəyişə bilərsiniz. Meksikada Visa, Mastercard keçir.????????Səyahət zamanı paltar yumaq da bir dərdir lap, amma buna bir çıxış yolu tapdım. Paltar yumaq üçün xüsusi yer var, Burbuclean orda paltarları yuduzdura bilərsiniz. Buna görə 7 manat ödədim.???????? Gəziləcək yerlər çoxdu, gəzib də heyran qalır insan bu gözəl tarixi yerlərə. Şəhəri gəzməyə 3 gün bəs edər sizə, 2 gün isə şəhər ətrafına ayırın. İlk öncə sizə Meridada gəziləcək yerlərdən danışım. Merida turistlik bir şəhərdi və buna görə də çox təhlükəsizdir. Şəhərdə gəzərkən heç narahat olmayın????????Əgər Maya tarixi və mədəniyyəti haqqında daha yaxından maraqlanıb öyrənmək istəsəniz şəhərdə yerləşən "Mayan World Museum of Mérida" ora baş çəkə bilərsiniz. Giriş biletinin qiyməti 9 manatdır.????‍♂️Şəhər içi gəzib görə biləcəyiniz digər yerlər. Paseo de Montejo, Plaza Grande, Merida Cathedral, Museo Casa Montejo, Casa Museo Montes Molina, Governor’s Palace, Monumento a la Patria, Merida Tourism Office, Parque de Santiago, Parque de Santa Ana.???????? Şəkillərin altında maraqlı məlumatlar yazmışam.????2012 də dünyanın sonu gəlir deyə başımızı aldatdılar və bunun Mayan təqviminə görə dediklərini bilirdiz ???????? İlk dəfə kakao ağacı Meksikanın Yucatan ştatında aşkar olub. İndi çox sevdiyimiz şkaladın məskəni Meksikadır.????????Restoran və yeməklərHər hansı bir restorana getdinizsə mütləq sifarişinizin 10% ini tips saxlamalısınız. Burda qayda ilə belədir, saxlamasaz hörmətsizlik olar.???? Yucatan ştatının yeməklərinə həqiqətəndə söz ola bilməz. Burda dəniz yeməkləri çox məhşurdu ama mənim aram olmadığı üçün sizlərə dəniz məhsulu olan restoranları məsləhət görə bilməyəcəm. Sizə getdiyim restoran adları və xərclədiyim məbləğ haqqında yazım.Restoranlar ????Que Rikas 6 AznLos Platos De Frida 10 AznVips 8 AznEl taurino 5 AznCafe montejo 9 AznAlabama mamma 6AznMi viejo molino 10 AznLos trompos, 6 AznLa casa de los abuelos 7 AznLa Reina İtzalana 6.50 AznYemək sifariş verərkən diqqətli olun. Yeməklərin bir çoxunun tərkibində donuz əti var❗️Dadlı yeməklər.Carne a la motuleña, Pok Chuk, Papa de trompo, Salbutes və Pambazos, Sopa de lima, sopes, Quesadilla.????Mütləq dadına baxılmalı soyuq içkilər – Horchata, Jamaica, Pina, Tamarinda, Guayaba, ☕Burda kofe içməyə çox üstünlük verirlər. Çay falan axtarmayın buralarda.Oxuduğunuz üçün hamınıza təşəkkür edirəm. Hal hazırda Meksikanı səyahətim davam edir.YouTube kanalıma baş çəkmək istəsəniz buyurun ????https://www.youtube.com/channel/UCco9GU4wMX2VKN5P7Dc8xrAƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Seyid Hüseyn

1175 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!