977 dəfə oxunub

Mədəniyyət, tarix və ləzzətin qovşağı - İtaliya bələdçisi

İlk səyahət təcrübəm ✨
Əziz gəzəyənlər, etiraf etməliyəm ki, sizlərin səyahət postlarınız hər zaman məni motivasiya edib və səyahətləriniz haqqında oxuyanda bir gün mən də öz qazancımla səyahat edib təcrübəmi sizlərlə bölüşməyi arzu etmişdim. Vəə budur, ilk səyahətim İtaliyaya gerçəkləşdi. Düzü əslində ilk Macaristana olmuşdu amma bu təhsil məqsədli olduğu üçün onu saymadım ????
Italiya demək olar böyüyündən kiçiyinə hər kəsin "dream" ölkəsidi deyərdim. Mənim də həm təbiəti, həm tarixi, insanlari, yeməkləri ilə birlikdə ən ən sevdiyim ölkələr arasında ilk yerlərdədi. Təsadüfi deyil ki, saya görə ən çox UNESCO WORLD Heritage sites İtaliyadadir.

Biz 4 muskotyor Budapeştdə təhsil aldığımız üçün elə burdan da yola düşdük. Bileti 15 euro Ryanair ilə budapest to Rome aldiq və 3 gun Romada olduq. Romada dostlarımızın komekliyi ilə gecəsi 15 euro olan ev tutmuşduq.Həəə, gəlin Sizə Romadan danışım ???????? Canlı, əfsanəvi yaşayan muzey - ROMA. Demək olar hər küçəsi, tini, bucagi tarix olan Roma.
Təyyarədən enən kimi 18 euro şəhər daxili biletə ödəyəndə dedik "welcome to Italy". Həqiqətən də Italiyada daxili nəqliyyat çox bahadır və büdcəmizin əsas qismini elə nəqliyyat apardi. Bu 10 gündə italyanlardan nələr gördük nələr. Deyərdim ki, İtaliya "dvijeniyalar ölkəsidir"???? sözün əsl mənasinda bunu hər şeydə hiss etdik. Artiq səyahətimizin 4cu günündən sonra gözümüz açıldı amma????
Biz Romada olanda #UEFA2020 ərəfəsinə düşdük deyə daha da maraqli oldu bizə. Italy- Turkey oyununu fan zoneda italyanlarla birgə izlədik və bu özü də ayrı bir zovq idi bizə.
Romada gəzməli görməli yerlər barədə çox yazmayacam google'da search etsəniz nə qədər yerlər gələcək. Təbii ki, əgər Romadasizsa Vaticana mütləq baş çəkin. Papani görə bilmədik amma dedik bu boyda yol gəlmişik eyib olsun adam bir qarşılayar ????????
Romadan sonra istiqamət - pizzanin vətəni sayılan -Napoli şəhəri ????
Bu şəhərdə 1 gün qaldıq və mən o qədər sevdim ki, bu şəhəri. Tirren dənizi sahilində yerləşən bu şəhərin dar küçələrində gəzəndə özünüzü latın amerika seriallarında hiss edəcəksiniz. Şəhər çox qaynar, xaoslu, səs kuylu və təhlükəli şəhərdir. Gözünüz açıq olmalıdır. Scooter'lar idi hər tərəf. Mənə çox zovq verirdi onların şəhərdə turlamasi???? Biz yolda gəzəndə o qədər ehtiyatlı, diqqətli gəzirdik ki, indi bu saat nəyimizisə oğurlayarlar deyə. Şükür başımıza səfərimiz boyunca hər hansi bədbəxt hadisə gəlmədi. Napolidə gecəsi 15 avro hostelde qalmışdıq rahat səliqəli bir yer idi. Elə napoli gedən kimi ilk Sorbilla pizzadan yemək oldu, Ki çox çox dadli idi???????? Dostlarımızın da məsləhəti ilə Napolinin gəzməli görməli yerlərini gördükdən sonra yola düşdük Pompeyə. Deməli, biz cənub səfərimiz üçün qalmağa yerimizi sorrento sechmishdik, chunki həm qiyməti ucuz idi həm hostel səliqəli idi həm dənizə yaxın idi həm də getmək istədiyimiz yerlərə ( Positano, amalfi coast, Capri) yaxin idi.
Gəlin sizə bir sirr verim???? deməli Napoliden Pompeyə gələrkən çalışın elə bileti Pompeye alın ( 2 euro idi səhv etmirəmsə) və bileti sorrentoya gedəndə validate edin və ordanda yolunuz sorrentoyadisa bilet almadan qatara minib gedə bilərsiz. Biz xam olub hər şeyə bilet alırdıq amma sonra gördük yox e belə olmur hec kim almır axı ???????? yoxlayan da yox.

Pompeyə min 3 saat ayırın. Və mütləq vezuviyə də qalxın deyərdim. Hərçənd ki, bizim vaxtimiz olmadı amma vaxtiniz varsa maraqlı təcrübə olar. Pompeye biz həftəsonuna düşmüşdü deyə giriş üçün bir gun öncədən online bilet almishdiq. Bu çünki tələb olunan bir shey idi. Amma həftə içi getsəniz ele orda girishdə də ala bilərsiniz.
Pompeyden çıxdıq bir başa sorrentoya hostele. Artıq günorta idi biz çatanda elə yerləşib çıxdıq yemək yeyək bir az da dənizinə baş çəkdik qayıtdıq səhərin planini etməyə.
Növbəti gün yolumuz Capri adasina oldu. Ferry ilə getdik və gediş gəliş bir yerdə 36 euro etdi. Əgər cənuba getmisizsə mütləq Capri adasina baş çəkin. Mən ilk dəfə idiki gəmi ilə tur edirdim. Bakıda Xəzərdə olsa da marağımı çəkməmişdi. Biraz da qorxu var idi. Amma burda o qorxunu yendim və adaya səyahət, dənizin səsi, qoxusu, üzümə vuran isti külək hamısı mənə çox gözəl hisslər yaşatdı. Capri adasi yaxınlaşdıqca sanki cənnətdi deyir adam. O qədər gözəl mənzərəsi var ki???????? həqiqətən şəkillərdən belə o gözəllikləri transfer etmək olmur. Anlatilmaz yaşanır dedikləri. Capridə qalxdım küçələrini gəzdim, yol boyu limon, portagal agaclari var idi. Təsadüfi bir həyətə girdim çünki portağalın qoxusu çox gözəl gəlirdi çəkdi məni. Bir baba çıxdı mənə həm limon həm portağal dərdi verdi.???? Caprinin də dənizinə baş çəkdikdən sonra qayitdiq Sorrentoya hostelimizə. Qayıdanda da gəmini səhv salmışıq tam 3 dəq qala doğru gəmiyə çatdıq nəfəs nəfəsə qalmışdıq ????????bu da bizə ayri bir zövq idi ama .


Sorrentodan 2euro'ya positanoya, amalfiyə SİTABUS'lar gedir. Düz elə sorrento qatar stansiyasinin qarşısından. Növbəti gün biletimizi alıb yola düşdük Positanoya???? yəqin ki positano haqqinda eşitməyən yoxdur. Turistlər orani cənnət adlandırır. Avtobusla gedəndə yolun sağ tərəfində oturun ki mənzərinin dadını çıxara biləsiniz. Amma bura gedəndə səhər erkəndən qalxın yol alin. Cunki sonuncu avtobuslar 7:30da yola düşürdü Sorrentoya. Gəzməyə vaxtınız çox olsun. Burada qiymətlər bahadır, restoranlar, suvenirlər hər şey. Küçələri, mənzərəsi çox gözəldir. Səkillər yerləsdirirəm valeh olarsınız ????
Səyahət təcrübəmdə ən sevdiyim şeylərdən biri yeni insanlar tanımağım oldu. Burada yerli xalq azdır siz ancaq turistlərə rast gələcəksiz demək olar.
Növbəti gun amalfi sahilləri- bura gozlədiyimiz qədər bizi valeh etmədi. Düzü positano və capridən sonra bu gözlənilən idi. İki dağın arasinda çox kiçik bir yerdir. Şəhərin ən hündür yerinə qalxdıq mənzərəni izlədik, şəkil çəkdirdik endik sahillərinə. Deməli, ümumiyyətlə bu sahillərdə dəniz daşlı dənizdir və adamın ayağını yara edir. Həm positano həm capri həm amalfi həm də sorrento sahilləri qayalıq daşlıq idi. Suyu çox təmiz idi. Günəş, mənzərə möhtəşəm.
Amalfidən yollandıq sorrentoya dincəldik və səhəri gun sorrentonun öz mərkəzi küçələrini, dənizini gəzdik dostlarımıza, qohumlarimiza hədiyyələr aldıq.
Yaddaqalan, gözəl günlər yaşadıq. Ümumi desəm, transportation çox bərbaddi İtaliyada, xüsusilə də Romada. Düşünün ki, avtobusu əl edib saxlatdirirdiq . Dayanacaqda dayanmaq məsələsj yoxdu. Roma Napoli küçələri zibillərlə dolu idi. İnsanları çox mehribandi amma çox da vecsiz və tənbəldilər. Koronanin ən qızğın vaxtı nəyə görə İtaliyanın eskalasiya yaşadığını mən orda olanda anladim. İnsanlar təmizlik mövzusunda çox geridə qalıblar. Maska, virus hec nə veclərinə deyildi.
Sorrento, positano, capri, amalfi sahilləri cox təmiz, güllərlə çiçəklərlə dolu yerlər idi. İnsana hüzur, dinclik verirdi. Roma və napolidən sonra məni dinceltdi oralar.
Qayıdış Napoli aeroportundan Budapeste oldu. Qiymet 23euro????
Beləcə İtaliya səfərimizin sonuna gəldik.
Yolunuzu bir gün mütləq İtaliyadan salın ???? Ciao????????✨
PS: videonu özüm hazırlamışam amatör yəni????
PS: bu arada Tirren dənizi sahilində iki dəfə sunrise və demək olar ki hər gun sunset izlədim. Sizə maraqlıdırsa sunrise, sunset də mütləq planınıza salın.


Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı:  Gunay Bayramova

DİGƏR BLOQLAR

Dördü bir arada - Barselona, Paris, Malta, Roma turu

Salam dostlar,Bugün artıq 1həftəlik səyahətimin son günüdür, öz təəssüratlarımı paylaşacam sizlərlə.İlk rotaBarselona????Paris (Ryanair, 10€+extra cabin bagaj 6€) Normalde ucuz hava şirkətləri Beauvais airporta eniş edir. Burdan ticket machine dən 17€ ödəyib bus shuttle la şəhər mərkəzinə gedilir(barsadan parise ucuş 10€, ama şəhəri içi 80km yol 17€ :)) . Porte Maillot ən son stop. Və metro çox yaxındır bura, metro ilə istədiyiniz yerə gedə bilərsiz. Mən səfərə çixmadan öncə bir program hazirlayiram,bir birilerine yaxin olan yerləri ilk siraya və sonra digərlərini dizirəm, bu vaxt və nəqliyyata pul vermə acısından rahatdır. (Parisdə nəqliyyat 1.50€) Sizə tavsiyəm qalacağınız yerin adresini öncədən google mapdan təyin edin ki bus shuttledan düşdükdən sonar necə getmək olar,(istiqamətlərin hər birin word də yazıb print etmişdim, hər ehtimala ki şifi zone olmasa mənə köməyi olsun). Ilk istiqamət Eiffel, Pont de Bir Hakeim, Arch de Triump, Grand Palais-Petit Palais, Pont Alexandre III, Elysee Palace, Alace de la Concorde(bu mənim ilk günə olan program idi). Paris mənimçün ən sevdiyim şəhər idi deyə bilərəm, Eiffel Toşer un gecə görüntüsünü izləmək səyahətimin ən xoş anı olduğun deyə bilərəm :)II rotamizParis????Malta(ucuşlar eyni şirkət və eyni qiymət) Şəhərdə restoranlar, nəqliyyat ucuz və ən əsası hər yerdə free şifi var. Şəhər mərkəzinə 1.50€ bus gedir. Və yuxarıda qeyd etdiyim kimi programı mütləq şəkildə ayarlayıb yola qoyulun.Parisin sərt soyuğundan sonra Malta bizə isti şokolad icirmişik kimi gəldi :) Bu ölkəni çox sevdim, havası kimi insanları da isti idi. Paris və Roma kimi möhtəşəm binaları olmasa da ama özünə xas bir füsunkarlığı var, Games of Thrones izləyənlər bilər, filmin çəkildiyi səhnələri gəzmək də maraqlı bir teessürat oldu.Maltada ən sevdiyim yemek Çin şefinin hazırlanış şəklini baxaraq sifariş verdiyim suşi oldu, Malta və suşi nə alaka ama yemək olaraq ən sevdiyim bu oldu :DIII rotamizMalta????RomaRyanair Ciampino airporta enir, və burdan şəhərə ən ucuz gediş variantı; airportdan 2€ train üçün bilet almanız ve bus shuttle train stationa getməniz ki bus 1,20€. Toplam mərkəzə gediş haqqı 3,20€. Ama calışın qalacağınız yeri terminidə ayarlayın. Cünki hər yerə yaxındır. Dostlar Romada ən sevdiyim cəhət buslara pul vermirdik və hec kəs də istəmirdi. Ilk oncə qəribə gəldi sonra müşayiət etdik yerli əhali kimi istəyir kartı istifadə edir kimi yox :D Parisdə nəqliyyata cox masraf etmişdik. Romada bu bizimçün əla oldu :)Ilk Pantheondan başlasaz zaten gerisi yürüme məsafəsinde bir birinə yaxındır. Spagetti və pizza burda yeməmək günah olur diyeyim, hər təami öz aşpazından dadmağın dadı başkaymış. Gerçek pasta və pizza necə dadır mən Romada bildim :)Dostlar yazilacaq təəssuratlar çoxdur ama başağrısı olmasın deyə bu qədərin yazdım.Romanı sevdim ama bəzi qanunların çıxmaq şərtiylə, gecə airportda 4saat cöldə gözlədik, havalimanı bağlanırmış ve bunu heç kəs bilmirdi, 100a yaxın insan o soyuq havanı çöldə keçirdi saat 4də açılırmış, belə bir acımasız halları var, bunu çıxmaq şərti ilə hər şey əla oldu :)Bu ölkələrə səfər edəcək olanlar üçün nə məlumat gerekse əlimdən gələni qədəri köməklik etməyə hazır, messenger hizmetinizde hazır :)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Lala Bunyatzada 

805 dəfə oxunub

Şəhər bələdçisi - Vyetnam

Hanyodakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Vyetnam ????????Sin çau! Evdə çay içirdim mail gəldi Hindistana getdim. İndi Vietnama gedirəm. Qışı bir yerə getmək fikrim yoxdu , iki qışı Hindistanda keçirdikdən sonra bu qışı Bakıda keçirmək fikrim var idi. Ama yenə mail gəldi. Hindistan'a getmək təklifi aldım, cavab olaraq Hindistana getmək istəmədiyimi söylədim. Bu dəfə Vyetnama get dedilər. Sentyabr ayının 10-u 6 ay qalmaq şərti ilə getdiyim Vyetnamdan 1 il 6 ay sonra geri qayıtdım. Beləliklə Moskvadan ən uzun uçuşumu həyata keçirdim - 11 saat . Vytnamdakı ilk gün əvvəllər bir yerdə işlədiyim 2 il görmədiyim bir tanışımla görüşdüm. O gün demək olar ki Nha Trang şəhərinin bütün gecə klublarını gördüm. Səhər oyandığımda daha doğrusu günorta oyandığımda qaldığım evin mənzərəsi çox gözəl idi. Sanki ilk baxışdan ona aşiq olmuşdum))) Özəlliklə, Hindistandan sonra hər yer gözümə çox səliqəli və təmiz görünürdü.Vyetnam şəxsən mənim fikrimcə dünyada səyahət olunması çox vacib və maraqlı ölkələrdən biridir.Keçmiş paytaxt Xo Çhi (Şi) Minh ( əvvəlki adı Saygon ) 2 iyul 1945-ci ildə Vietnam Demokratik Cümhuriyyətinin qurucusudur. Vyetnamın Atatürkü demək olar. Vyetnamın bütün pul vahidlərinin üzərində onun rəsmi var ( pul vahidi Dong ).Bu arada Vyetnamı gəldiğim günün ertəsi artıq milyonçu idim. (100$-2200000 Dong) Xoşimin Şəhəri əhalisi 8,5 milyondur. Vyetnamın ən böyük şəhəridir.Bu şəhərdə əlbəttə ki ən yadda qalan "Amerikan müharibə muzeyi" və Amerikan müharibəsində Vyetnamın qalib gəlməsinin ən böyük səbəbi olan "Cu Chi " ( Kuçi ) tuneli oldu. Savaş müzeyində sadəcə müharibə vaxtı istifadə olunan döyüş avadanlıqları və sursatlar yox müharibədə əziyyət çəkən insanların şəkilləri və ən dəhşətlisi ölmüş uşaqların dondurulmuş bədənlərini görə bilərsiz .15 il ərzində qazılmış 187 km uzunluğunda 4 mərtəbəli 16 Min insanın sığına biləcəyi KuÇi tuneli . Tünellərini girişləri arıq və cılız Vyetnamlıların girə biləcəyi ölçüdə olduğu üçün amerikalı əskərlər bu tunellərə girə bilmirdi. Şəkildə bəlkə tam başa düşərsiz nə demək istədiyimi. Tunelin içərisində xəstəxana, yeməkxana, silah anbarları İclas keçirmək üçün otaqlar var. Amerika Vyetnam müharibəsində (1963-1975) 2 milyon Vyetnamlı 58000 Amerikalı ölmüşdü . 304000 Amerikalı isə itkin düşüb. Vyetmnamın tarixi haqqında az çox biləndən sonra istər istəməz Vyetnamlılara qarşı böyük hörmət bəsliyirsən. Mən azadlığı uğrunda bu qədər əzimkar mübarizə aparan (Amerikaya Çin Fransa kimi dövlətlərə qarşı) və müharibədən elə də uzun bir vaxt keçməməsinə baxmayaraq qısa bir zamanda sürətlə inkişaf edən başqa bir ölkə tanımıram.Mekong çayı Asiyanın ən uzun çaylarından sayılır 4500km . "Rembo" filminin çəkildiyi şəhər və çay.Nha Trang ve Muine Vyetnamın əsas istirahət şəhərləridir İlin 12 ayı istidir. Payızda hava adətən yağışlı olur. Çimərlik çox gözəldir, (Cənubi Çin Dənizi) özəlliklə Nha Trangda (Muine daha dalğalıdır, Surfing üçün daha uyğundur )Vinpearl adası , meymunlar adası görməyə dəyər yerlərdir.Dak-Lak , Bao Loc ve Danang Vyetnamın görülməli gəzilməli şəhərləri sırasına daxil etmək olar.Dalat şəhəri 1887-ci ildə Fransanın aşkarladığı bir şəhərdi. Çiçəklər şəhəri də adlanır. Çox gözəl təbiəti var, bu şəhərdə ən yadımda qalan isə dünyanın 10 ən qəribə oteli siyahısına girən "Crazy House" oteli oldu.Paytaxt Xanoy şəhəridir. İnkişafı ilə Vyetnamın digər şəhərləri arasında çox böyük fərq var. Vyetnamın ümumi əhalisi 94 milyondur. Dünyanın 4 sosyalist ölkəsindən biridir. Vyetnam mətbəxini elə də bəyənmədim. Məşhur "Fo" şorbaları var. İlan, qurbağa, timsah şəhərin istənilən restoranlarında yemək olar.Mehriban millətdir, gülərüz və sadədirlər. Taksi şoferlərini saymasaq demək olar ki Vyetnamda hər kəs həyatından razıdı) Saysız hesabsız bayramlar var. Əylənməyi çox sevən və bilən millətdir. Qəhvə istehsalına görə dünyada Braziliyadan sonra 2-ci yeri tutur. (Arabika ve Robusta) Ən çox qəhvə ixrac etdiyi ölkə Almaniyadır. Vyetnamlılar qəhvəni buzlu içirler. Qara biber istehsalına görə birinci, düyü istehsalına görə dünyada beşinci yeri tutur. Ölkəyə əsas gəliri xalq təsərrüfatı təşkil edir. Vyetnamda bir çox zəngin kişilər dırnaq uzadır (bir və ya iki barmağında) bu onların ağır işlə məşğul olmadığının göstərgəsidir. Günəşli havada üzlərini bağlayırlar ki qaralmasınlar. Zəngin görünə bilmənin başqa bir göstərgəsi ağ olmaqdır. Vyetnamlıların 40% soy adları "Nguyendir" (bunu Vyetnama gedəndən 3 ay sonra öyrənmişəm , iş yoldaşlarımın yarısının soy adı Nguyen olduğuna görə elə bilirdim hamısı qohumdular) Vietnam dili ən çətin dillərdən sayılır, bəzi sözlər 6 fərqli tonda deyilib 6 fərqli məna ifadə edir.Halong - Vietnamın en görülməli yeridir. 3 min adanın birləşdiyi yer . "Drakonun dənizə endiyi yer" kimi tərcümə olunur. Körfəzi gəzmək üçün gəmi ilə 2-3 günlük turlar var.Rəsmi göstəricilərə görə Vyetnam əhalisinin 81% ateisdir amma əslində bu belə deyil. Vietnamda din azadlığı var. Əsil göstərici isə təxmini belədir: 45% milli inanc, 16% Budizm, 8% Xristian, 29% ateist, geridə qalanlar 2% fərqli dinlərə inanır. Vyetnamdan Malaziya, Singapur, İndoneziya ( Bali ) Kambocca və başqa bir neçə tanınmış ölkələrə getmək ucuzdur (bunlar qalsın bir sonrakı yazıya) Vyetnamın bir başqa özəlliyi çoxlu hind restoranlarının olmasıdır ))Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Cavid Bayramov

1752 dəfə oxunub

Gözəl, zəngin Skandinaviya - Norveç və Danimarka

Oslodakı bütün otel, apartament və hostelləri bu linkdən Kopenhagendəki bütün otel, apartament və hostelləri isə bu linkdən book (bron) edə bilərsiz.Salam hər kəsə ☺✋Ümumilikdə 6 ölkə gəzdim.????????????????????????????????????????????????İsveç???????? və İspaniya???????? postunu daha öncə paylaşdığım üçün sizə indi digər postlarda az gördüyüm 2 ölkə haqqında qısa məlumatlar yazacam. ????Norveç???????? & Danimarka????????1) Norveç-Oslo ???????? - Ümumilikdə bu ölkə bahalıdı deyirdilər. Boşuna demirlərmiş cox bahalı ölkədi????. Öncədən deyim ki, ölkədə €(euro) işlədilmir . Rəsmi pullari???? NOK-dur(Norvec kronu). Kimsə deyirsə insanları soyuqdur mənim fikrimcə bu belə deyil . İnsanın özünün müraciətindən asılıdır, bir şeyi sənə cavab vermek borcudur sifətilə yaxınlaşsan soyuq olmaqları normaldı????. Kimə yaxınlaşıb gülərüzlə sual versən səndən daha gülərüzlə sənə kömək edəcəklər????☺ Nəqliyyat???????????? sistemi #Ruter kartı deyilən sistemlərə bağlıdı və bu kart bütün nəqliyyatlarda keçərlidi. Yadaki bus-a????minərkən yerindəcə 20 NOK =2€ verib ödəyə bilərsiniz .Bundan əlavə Turistə sərf edən OsloPass karti əldə edə bilərsiz???? . 3 qrupa bölünür. Child, Adult, Seniors. Seniors yaşlılar üçündü ona görə Adult kartı almalısız. 24 saat 355 NOK (≈ 37 EUR)???? Amma bir üstünlüyü ondadır ki bu kartla bir çox muzeylər pulsuzdu. Hər muzeyə 10€ ödəməkdən yaxşıdı . Demək olar 80%i bu kartın hesabına girə bilərsiz????. Oslo Visitor Centre yerləri var, Turist üçün məlumatlar və bir çox map-lar. ????Gəzməli görməli yerlər üçün ????????????????National Gallery The Royal Palace, National Theatre, Historical Museum, City Hall, Parliament, Astrup Fearnley Museum ,Akershus Fortress, Karls Johans, Norwegian National Opera&Ballet , Oslo Cathedral, Norsk FolkMuseum, Viking Ship Museum, Norwegian Maritime Museum, Kon-Tiki Museum. Slottsparken ve Vigeland Sculpture parklarinada yayda gedə bilərsiz????Yeməkləri çox bahadı. Subwaydan balaca aldığım 15sm çörək sandvic 69NOK=6.9€ pul verdim. İsveçdə özünə qonaqlıq vermək olur o pula????.Keçək digər ölkəmizə????2) Danimarka-Copenhagen ???????? - Burda da Norveçdə olduğu kimi hər kəs öz milli valyutasından DKK (Danimarka Kronu) istifadə edir. Şəhər çox təhlükəsiz şəhərdi Oslo kimi. Oğurluq ümumiyyətlə yox səviyyəsində????????. Hosteli isə dəmiryoluna yaxın seçmişdim İsveçe qayıtmaq üçün ve olduqca lazımı yerlərə də yaxın idi. Qeyd etmək istəyirəm ki, Danimarkanın pulu Norveç və İsveç kronlarından da dəyərlidir. Misal olaraq 75DKK=100NOK=10€ . Burası da olduqca bahalı ölkədi. Rəqəmlərin xırda görünməsi aldada bilər sizi. Norveçdə 300Kron gördüyünüz şey burda 210Kron olarsa düşünməyin ki,ucuzdu eyni qiymətdi???????? 21€.Kopenhagende əsas avtobus???? xətti "A" kodu ile başlayır 24 saat xidmet edir. "S" kodu ile başlayan səhər 06:00-dan gecə 01:00 qədər xidmət göstərir ????. "N" ilə başlayan isə gecə boyunca işləyir ???? . Metro???? isə 24 saat xidmətdədir????. Aeroportdan M2 xətti ilə mərkəz xəttinə gəlmək 12 dəqiqə çəkir.????Kopenhagendə nəqliyyat sistemi üçün 2 cür kart seçimi var1) Flexcard 1dəfəlik 200DKK=27€ ödəməklə istifadə etdiyiniz gündən etibarən 7 gün ərzində limitsiz bütün nəqliyyat daxil.2) "Copenhagen Card" 24 saat üçün 389DKK=53€, 48 saat üçün 549=74€ ödəməklə 80dən artıq muzeyə pulsuz giriş edə bilərsiz ve boat (qayıq) turlarına da minmək içinə daxildi????.Gəzməli yerlərə gəlincə isə təbii ki ən başda 1)Nyhavn???????? sonra məşhur 2)Tivoli Garden????-aprel ayında açılır bura, 3)Stroget küçəsi, 4) Bakken Amusement Park (Tivoli kimi yerdi amma balaca) daha sonra isə ????National Gallery of Art, Botanical Gardens, Rosenborg Castle, Kunstsal Charlottenberg, Det Kgl Teater, The round Tower, Nikolaj Kunsthal, Christianborg Palace, Thorvaldens Museum, The National Museum of Denmark , City Hall, Danish Architecture Center , Vor Frue Kirke, The Black Diamond, ????Copenhagen Zoo-nu gəzə bilərsiz. Mən hamısını gəzmədim amma ən vaciblərini gəzdim gördüm demək olar???? .Yeməkləri də Norveç kimi bahalıdı ve doymaq istəyirsizsə türk mətbəxlərinə və ya az yemək istəyirsizsə Subway-ə üz tuta bilərsiz ????.Bu qədər ????Əziyyət çəkib oxuduğunuz üçün hər birinizə Təşəkkür edirem????. Növbəti səyahətlərədək✋????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Cavid Isgenderli

1578 dəfə oxunub

Egeyin İncisi - İzmir

İzmirdəki otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.İzmirdə qaldığım 6 həftəlik müddətin təəssüratları bir ömrə sığmasa da, 1 posta mümkün qədər sığdırmağa çalışacam????. Şəhər olduqca gözəl, rahat və həm gəzilə biləcək, həm də yaşana bilənəcək şəhərdir. Bir dəfə gedənin bir daha getsəm dediyi şəhərdir. İzmir deyincə ağla gələn məşhur plyajlar, Kuşadası, Çeşme, Alaçatı kimi turistik bölgələr olsa da mənimçün bu şəhər tarixi abidələri, muzeyləri, street artları , xüsusilə günbatımları ilə yadda qalan oldu. Bu şəhərdə günbatımları sözün əsl mənasında möhtəşəmdi. Necə deyərlər tam şeir yazdıracaq, rəsm çəkdirəcək havadadı????????.Hava limanından "izban" adlanan transport vasitəsilə şəhərin bəzi hissələrinə birbaşa , bəzi hissələrinə isə metro, tramvay və ya avtobuslara transfer edərək getmək mümkündü. Onu qeyd edimki şəhər böyük olduğu üçün çox vaxt bir nöqtəyə birbaşa bir transportla gedib çıxmaq mümkün olmur və kart oxunma cihazlarına bir dəfə oxunan kart 90 dəqiqə ərzində bütün transportlarda keçərlidi. Şəhərin mərkəzi Alsancak-Kordon hissəsindən günbatımının ən gözəlini izləyə bilərsiz???? Ayrıca Alsancakda Sahil boyu uzanan parklarda məsələn bizim dostlarla görüş, oturub müxtəlif oyunlar oynama, söhbət eləmə nöqtəmiz idi. Həmçinin büdcənizə uyğun müxtəlif qiymətli kafe, restoran, bar, klubları da bu hissədə tapa bilərsiz. Atatürkün İzmirdəki ev muzeyini, zövqlə dizayn edilmiş kilsə və məscidləri ziyarət edə bilərsiz. Alsancağa Tramvayla 5 stansiya uzaqlıqda olan Konak adlı yerdə "Saat kulesi", "Kemeraltı çarşı", "Tarihi asansör"ü görmədən geri dönmək günah olar.İzmiri ovuclarının içində görmək istəyənlər mütləq Balçovada yerləşən "Teleferik"i ziyarət etməlidir. Kanatla qalxarkən  (adambaşı 10tl) kameralarınızı və gözlərinizi qarşısınızda açılacaq o möhtəşəm mənzərə üçün hazır edin???????????? şəhərin möhtəşəm mənzərəsinə qarşı piknik etmək istəyənlər ( yenə də o möhtəşəm günbatımı üçün ????????????) üçün burada hər bir şəraitlə təmin edilmiş piknik alanları da var????????????. Hərbi Muzey sevərlər "İnciraltı deniz müzesi"nə baş çəkməlidir kesinlikle???? Görevini tamamladıqdan sonra Ege fırkateyni və Piri Rəis hərbi və sualtı gəmiləri 2007-ci ildən muzey şəklində istifadəyə verilib və içinə girdikdə özümü bir an bir filmin içində kimi hiss elədim????. Müxtəlif kapitan, əsgər maketləri, səs effektləri, tarixi posterlər, müxtəlif qəzetlərin 1950-1960-cı illərdə dərc olunmuş versiyaları tarixi abu havanı dolu dolu yaşadırdı. Onu xüsusi qeyd eliyimki Azərbaycandakı tələbə biletim həyatında ilk dəfə bir işə yarayaraq bu muzeyə pulsuz girməyimi təmin elədi???? Normalda giriş qiyməti 15tldi. "İzmir doğal yaşam parkı" na giriş de 8tl yerine 4tl ödeyerek tələbə biletimə ikinci dəfə minnətdar olmama sebeb oldu ???? "İzmir doğal yaşam parkı"nı məndən soruşanlara qısa olaraq belə tarif eliyirəm: təkcə ayıyla, aslanın yeri Bakıdakı zoopark boydadı. İçərisində 1500 heyvan yaşayır, 3000 ağac, 250 bitki növü var. 5 saat ərzində biz güclə gəzib bitirdik ama dəyərdi o yorğunluğaDəniz sevdalıları, əyləncə axtarışında olanlar: Şəhərə yaxın hissədə dənizə girmək istəyənlər Foça, Mordoğan, Özdere, Seferihisar, Urla plyajlarına baş çəkə bilərlər. Şəhər içindən izban, metro, gemi vasitəsiyle bu yerlərə rahatlıqla getmək mümkündü. Seferihisara gedibdə Sığacık adlı sahil qəsəbəsinə mütləq baş çəkin. Alaçatı, Çeşme, Kuşadası( bu yerler haqqında postlar dəfələrcə paylaşıldığından əlave nəsə demək məncə mənasız olar ????????) isə şəhərdən təxminən 1,5-2 saat yarımlıq məsafədə yerləşir. İzmir otogarından 60tl ödəyərək avtobuslarla rahatlıqla getmək mümkündü. Getdiyiniz yerlərdə halk plajı adlandırdıqları free plyajlarda giriş pulu ödəmədən sadəcə şezlonq və çətir kiralayaraq rahatlıqla dincələ bilərsiz. Sadaladığım yerlər içində dənizini xüsusi bəyəndiyim Çeşme oldu. Su olduqca təmiz və digər yerlərə nisbətən daha az duzlu idi.???? Həmçinin kamp qurmaq və dəniz kənarında sabahlamaq istəyənlər də görəvli şəxslərə bu barədə məlumat verib rahatlıqla gündoğumunu izləyə, səhərin ilk günəş işıqları altında dənizə girmənin keyfini çıxara biler ????????????????Növbəti dayanacaq : "Şirince" kiçik dağ kəndi olub bir növ bizim Lahıca bənzəyir. Meyvə aromalı şərabları ilə məhşur olan bu kəndə gedibdə şərab dadmamaq həqiqətən günah olar. Selçuk bölgəsində yerləşən bu kəndə səfərinizi planlayırsızsa yaxınlıqda yerləşən tarixi Efes abidəsini, Müqəddəs Məryəm kilsəsini , Yedi uyuyanlar abidələrini mütləq şəkildə ziyarət etməlisiniz ( bu yerləri anlatmağa kəlimələr yetməz, şəkillərə baxın ve şiddətlə tövsiyyə edirəm ki gedin) ????????Hal hazırda manat tl ilə müqayisədə daha qiymətli oldugu üçün shopping etmək istəyənlər alış veriş mərkəzlərində saatlarla vaxt keçirə bilər ???? Rəfiqəmlə Gaziemirdeki "Optimum" adlı mallda 6 saat ərzində 14km yeridiyimizi desəm məncə kifayət edər ???? Bütün mallarda eyni markaları tapmaq mümkündü ama mallardan kənarda yerləşən eyni marka mağazalarında isə daha zövqlü geyimlər tapa bilərsiz. Outletlərdən də büdcənizə uygun geyimlər əldə etmək mümkündü. Pulunuzu dollar şəklində götürməniz daha məsləhətlidi. Exchange üçünsə dövüz bürolarına getməyinizi məsləhət görmürəm. Banklar ən məsləhətlisidi, Ən pis halda isə zərgərlərdə pulunuzu exchange edə bilərsiz.Uzun olsa da oxuduğunuz üçün təşəkkürlər. Ümid edirəm İzmirə gedəcək insanlar üçün faydalı bir post olmuşdur. Getməyənləri isə getməyə həvəsləndirmişdir ????????????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Asmera Gashamli

585 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!