1954 dəfə oxunub

Müasir və ekzotik Malayziya

Malayziyadakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.

#Malaysia Avropaya hər il gedib bezmisiniz və harasa yeni bir yerə getmək istəyirsiniz, veya "Şengen" viza ala bilməyənlərdənsiniz? Eybi yoxdur, bilinki Asiya sizi "unconditionally" sevir. ????

Cənub-Şərqi Asiyaya gedin, ucuz bilet tapmamaqdan şikayətlənənlərdənsinizsə, onda sizə xoş xəbərim var: ????

 

Asiya ucun olduqca aşağı qiymətə səyahət edə bilərsiniz. Asiyada AZ vətəndaşlarından VİZA İSTƏMƏYƏN asiya ölkələrindən biri də, Malayziyadır.
  • Cənubi Asiyanın göbəyində yerləşən olduqca rəngli və cəlbedici bir ölkədir. Tər-təmiz, göz-qamaşdıran çimərlikləri, ekzotik adaları, zəngin və mədəni mirası, fərqli fauna və flora ilə yanaşı, dünyada səviyyəli müasir turizm və tətil seçimləri sunan ölkələrdəndir. İl boyu tropik iqlimə hakimdir və Filippin, Tailandla müqayisədə Cənubi Asiyanın ən yaxşı turistik yerlərindəndir (təmizlik və təhlükəsizlik baxımından). Həm çox müasirdir, həmdə çox ekzotik.

    76706770_2683328241731111_936376039590854656_o.jpg

    69261736_2683355901728345_41302574476820480_n

  • Büllur kimi tər-təmiz dənizi, göz-alıcı ağ qumlu çimərlikləri və zəngin sualtı dəniz yaşamı ilə Malayziya adaları əsl tətil cənnətidir. Dəniz-qum-günəş üçlüyünü sevən tətil edənlər üçün bir cənnətdir. ????

    75435886_2684181484979120_9087139956308049920_n (1).jpg

  • Paytaxtı Kuala Lumpurdur. Asiyanın ən yaxşı kosmopolitan şəhərlərindən biridir. Müsəlman, hind, çin mədəniyyətlərin bir arada yaşadığı bu rəngarəng şəhərdə hündür göydələnlər, göstərişli ticarət mərkəzləri və yam-yaşıl parkları, həmçinin də islamik ölkə olmasına baxmayaraq, məscidlərlə, hind və budda məbədlərinin bir yerdə yer alması adamı çox təəccübləndirir deyə bilərəm. 2 il öncə "gedib görək aradan çıxsın" düşüncəsiylə getmişdim, islamik ölkə olduğundan, İrana bənzəyəcəyini, çox konservatik olacağını düşünüb gözləntilərimi çox aşağı tutmuşdum, tək KL-da olarkən bütün düşüncələrimi alt-üst edib, məni təəccübləndirmişdi, Malayziya. Yox-yox təccübləndirməkdən ötə olmuşdu, o düşüncədə gəldiyimə görə məni lap utandırmışdı.???? Bu fikrim seksist kimi səslənsə də, qadınların çox sevəcəyi bir şəhərdir, KL! Çünki dünyanın ən yaxşı alış-veriş şəhərlərindəndir.????(Bukit Bintang) Mövcüd ən məşhur markalarının mağazalarını, habelə Malay, Hindistan və Çin mədəniyyətlərinin gözəl və orijinal məhsullarını burda tapa bilərsiniz.

    72663743_2683357711728164_2233023346243534848_n.jpg

  • Demək olar ki, hamı ingilis dilində danışır.
  • Avtostop çəkənlər, backpackerlər üçün mükəmməl bir ölkədir. Bəzən cüzi məbləğ ödəməli ola bilərsiniz.

Gəziləcək yerlərin bolluğu baxımından Uzaq Şərqin ən zəngin yerlərindən biridir. Petronas əkiz qüllələri, Batu Mağaraları, Menara KL Tower, Merdeka Meydanı və Central Market, Kuala Lumpurda gəziləcək yerlər siyahısında ilk sıralarda yer alır.

 

77175891_2683355418395060_2857149070072348672_n.jpg

Digər görməli yerləri haqqinda istək olsa etrafli yazacam. Дерзайте ))
Bilet haqqinda

 Air Arabia ✈️ İstanbul - Kuala - Lumpur uçuşunu əla qiymətə satır. Gediş-gəliş 368 dollar. Baliyə bir addım daha yaxın olursunuz☺️

P.S Şəkillərə sona kimi baxın. Bilet haqqında scrnshot sonda qeyd olunub. Yol-yoldaşı olmağını istədiyiniz dostlarınızı posta işarələyin.

 

76651473_2683367145060554_3246398773538062336_o

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Aksana Kaiser

DİGƏR BLOQLAR

İndoneziya - Bali bələdçisi

Balidəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bali adası İndoneziyada yerləşən adalardan biridi. Vizasız rejimdi, istədiyiniz vaxt səfərinizi planlaya bilərsiniz. Yeganə xərc götürən məsələ təyyarə biletidi. Sezon vaxtı baha olur. Mən əvvəlcədən Türk hava yollarından almağıma baxmayaraq, İyul ayında Qatar biletlərdə birdən endirim etdi. Ona görə də yerli tur şirkətləri maraqlı və uyğun paketlər təqdim edirdi. Amma noyabr ayına idi. Noyabr ayı yağışların çox olduğu ay hesab olunur. Ümumiyyətlə isə Balidə sezon may ayından oktyabrın sonuna kimi hesab olunur. Öz səfərim vaxtı getdiyim yerləri, marşrutları qeyd etməyə çalışmışam. İnternetdə yetəri qədər məlumat var idi, özümə uyğun turları, marşrutu əvvəlcədən seçdiyimə görə bir az rahat oldu. https://gidnabali.ru/ - Bu saytda bütün turların marşrutu var. Onlardan istifadə edib turlara gedə bilərsiniz. Ancaq orada göstərilən qiymət çox bahadı. Daha ucuzunu dəniz kənarında, şəhərin müxtəlif hissələrində tapmaq olar.Balidə Safari Park turuna getməklə həm gözəl təbiəti görə bilərsiniz, həm də Agung teatrında yerli ənənələri əks etdirən tamaşa izləyə bilərsiniz. Teatrın girişində Hinduizmin əsas tanrılarından olan Ganesha-nın böyük heykəli qoyulub. Hündürlüyü 9 metrdir. Ganesha ağıl, müdriklik tanrısıdı, Balines mədəniyyətinin bir parçasıdı. Bundan başqa Bali Safari parkda digər şoular var. Onları da izləmək olar. Həmçinin əyləncə üçün digər yerlər var.Balidə əsas gəziləsi yerlər qədim məbədlər sayılır. Məbədləri gəzərkən yol üstündə maraqlı marşrut da var. Tanah Lot, Ulun Danu məbədi, Bratan gölü, meyvə bazarı, çiyələk sahələri. Həm məbədləri görmək, həm də yerli meyvələri almaq imkanınız var. Çiyələk sahəsində səhər vaxtı olsanız, özünüz üçün toplaya bilərsiniz. Tanah Lot məbədinin özünü görmək üçün mütləqUbud əsas marşrut sayılır. Bu istiqamətdə getsəniz Tirta Empul məbədini, kofe sahələrini, düyü terraslarını görmək imkanınız olacaq.Həmçinin vuıkanik mənşəli olan Batur gölünü də görə bilərsiniz. Xüsusi qeyd, dumanlı vaxtı ora getməyin, heç nə görə bilməyəcəksiniz. Bundan əlavə Hiking sevənlər üçün Agung vulkanına turlar olur. Mən olan vaxtı bağlı idi, vulkanın aktivləşməsinə görə. Bundan əlavə taxta, gümüş, parçadan əl işləri hazırlayan ustaları görə bilərsiniz. Xüsusilə parça toxuma yerində həmin toxunan parçaları, onlardan hazırlanan paltarların satışı həyata keçirilir.Bütün İndoneziyanı gəzmək imkanı olmayan şəxslər üçün Taman Nusa parkı çox gözəl yerdi. Bütün ölkəni bir parka toplaya biliblər, bütün adalarda yerləşən kəndləri adbaad və müvafiq evlərin maketini qurublar. İndoneziyanın qədim dövründən müasir dövrünə kimi. Ümumilikdə 15 ha ərazini əhatə edir. Giriş bileti adama 350.000 rupidi (42manat).Bali adasının şərq tərəfi çox maraqlıdı. Həm tarixi baxımdan, həm də təbiəti baxımdan. Burada Qoa Lavah məbədi yerləşir, bundan əlavə yol üstündə 2 su sarayında ola bilərsiniz - Taman Ucung və Titra Ganga su sarayında. Vaxtınızı planlaya bilsəniz White sand beach çimərliyində ola bilərsiniz. Əksər çimərliklər Hind okeanı sahilində yerləşir. Şərqdə olan bu çimərlik isə Sakit okeanın sahilində. Bununla siz hər iki okeanı görmək şansınız olur.Çimərliklər - Padang-padang, Suluban və Cimbaran çimərlikləri var. Cimbaran əsasən axşam yeməyi üçündü, dəniz sahilində yaxşı restoranlar var. Digər iki çimərlikdə üzmək imkanınız var, xüsusilə Padang-padangda. Hər ikisində ağ qumlu sahili var. Surfing imkanı daha çox Sulubandadı. Hind okeanın sahilində yerləşir. Çimərliklərə giriş pulludur, amma baha deyil - 10-15min rupi (1.2 - 1.8 manat).Yarım günlük tur götürüb yuxarıda qeyd olunan çimərlikdə üzüb, axşam möhtəşəm gün batışını izləmək üçün Uluvatu məbədinə gedə bilərsiniz. Burada hər gün axşam Keçak/Alov rəqsi təşkil olunur. Xüsusi dini mərasim sayılır. Günün qürubu fonunda rəqs edilir, dini hekayə anlatılır. Giriş bileti 100 min rupidi (12manat)Əlavə ekstrim həvəskarları Rafting, Snorkeling kimi turlara qatıla bilər. Həmçinin dəniz turları da var.Qeyd: Bütün məbədlərə giriş biletlərini turist özü alır, amma elə də baha deyil. 20-50min rupi (2.5-6 manat) arasında dəyişir.Qeyd2: 2 nəfər üçün təyyarə biletinə 1900$ ödəniş etmişdim. 330$ booking-dən 15 günlük otel xərci. Digər xərclər isə istəyə görə turlar, yemək xərcləməsi.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nicat Quluzadə ‎

2640 dəfə oxunub

Pakistanın Ən Böyük Şəhəri Karaciyə Səfər

Salam dostlar, sizə Pakistanın ən böyük şəhəri olan Karaciyə səfərim haqqında danışmaq istərdim.İlk öncə bildirmək istəyirəm ki, səfər işlə bağlıydır və turizm məqsədi daşımırdı.Pakistana Azərbaycan vətəndaşları 2 cür gedə bilər turizm və biznes hər iki halda siz online viza almalısız, biznes olsa əlavə sizi dəvət edən təşkilatın məktubuda olmalıdır.Birbaşa olaraq Karaciyə reys olmadığı üçün Bakı - Şarja - Karaci getdim. Hava limanından enən kimi necə ağır havası olduğunu hiss etmək olur, asma və ya nefes almaq ilə problemi olanlar üçün düşünürəm çətin ola bilər.Səhər haqqında : Şəhər özü dumanlı və çirkli idi, təxmini 17 milyon insanın yaşadığı şəhər üçün yaşıllıqların sayı həddin artıq azdır, Karaci Pakistanın indusrtrial və maliyyə mərkəzi sayılır çoxlu zavod fabriklər sənaye və istehsalat obyektləri var və bu ölkənin ən böyük şəhəridir.Təhlükəsizlik: Hər bir bankın böyük şirkət və təşkilatın girişində və içərisində əli silahlı mühafizəçiləri görə bilərsiz. Təhlükəsizlik cəhətdən oteldə bizdən xahiş etdilər ki, axşam saat 10 sonra oteli tərk etməyək. Qismən təmiz və təhlükəsizlik yerlər məscidlər və onun ətrafını hesab etmək olar. Yeməklər :Hər bir Azərbaycanlı kimi buna çox önəm verirəm . Yeməkləri təbii ki bol ədviyyatlı və açıydı, lakin öncədən desəz ki, acı etməsinlər normal hazırlayıb təqdim edirler. Street food- lardan uzaq dururdum çünki mənlik deyil). Sem əminin Macdonald's-larıda kömək edirdi arada). Lakin küçədə səyyar meyvə satanlardan rahatlıqla meyvə alıb yemək olur, xüsusi ilə banan və yemişləri çox dadlı idi.Gəzməli yerlər :Şəhər vaxtı ilə İngiltərə müstəmləkəsi olduğu üçün onlara aid marağlı binalar var missal üçün Frere Hall və Empress Market. Başqa sakit və şəhərin səsindən uzaq, ailəvi və xarici vətəndaşlar üçün nəzərdə tutulmuş parklar var misalçün Cahangir park( parkın içində tovuz quşular var). Başqa gəziləsi yerlər ərəb denizi sahili və həmin dənizə gedən yolda körpünün üstündə qartal yemləmək olur.Pakistanı görmək xoş ve qeyri adi oldu. Kimin hər hansı sualı varsa buyursun.Paylaşan: Huseyn Suleymanov

292 dəfə oxunub

Positano: Italiya Səyahəti

Salamlar, sizinlə bir kısmat Positano təcrübələrimi bölüşmək istədim Mənə görə İtaliyanın ən gözəl dənizkənarı incilərdən biri məhz Positanodur. Burda tam olaraq İtalyan ruhunu hiss edib, qəşəng passiv istirahət etmək olar.Amalfi sahillərində tətil planlamısınızsa oteli Salerno şəhərində tutsaz əla seçim olar. Çünki bütün qəşəng qəsəbələr bura yaxındır və Salernoda otellər nisbətən daha ucuzdu. Həm şəhər çox qəşəngdiSalerno portdan Positanoya birbaşa gəmilər gedir. Demək olar hər saatda çıxan gəmilər var. 1 nəfər üçün gediş-dönüş biletinin qiyməti 30 avrodur. Səhər 1ci gəmi ilə Positanoya yola düşüb sonuncu gəmi (18:35) ilə qayıda bilərsiz. 1.5 saata Positanoya çata bilərsiz. Salernodan Positanoya getmək üçün 2-ci seçim isə avtobusdur. Avtobusun tək tərəfə qiyməti 3 eurodan başlayır. Avtobuslar gediş sxeminə uyğun olaraq Salerno dəmiryol vağzalının qarşısından çıxır. Avtobus yolu çox gözəldir, mənzərə adamı bihuş edir ama bir o qədər də problemlidi. Çünki yollar dar olduğu üçün tıxac dəhşət olur. Gəmi ilə 1.5 saata getdiyiniz yolu 3+ saata gedirsiz. Nəzərə alsaz ki, vaxtınız azdır gəmi ilə getmək daha avantajlıdır. Positanoda isə şəkil çəkmək üçün ideal yer yuxarı hissədəndir. Pilləkənlar ilə sahildən bura qalxa bilərsiz. Çimərliklərdə ödənişli və ödənişsiz hissələr var. Ödənişli hissədə çətir və “sunbed” 1 nəfər üçün təxminən 25 eurodan başlayır. Düz həmin yerin yanında ödənişsiz çimərliyə peştamalınızı(dəsmalınızı) salıb Positanonun qara qumundan, isti dənizində, qəşəng günəş vannasından zövq ala bilərsizLimonlu dondurma, dadlı italyan mətbəxi, limoncello spritz dadıb belə qəşəng informativ post yazdığım üçün mənə gözəl arzular diləyib istirahətinizdən zövq ala bilərsiz Daha ətraflı məlumatları və şəkilləri isə instagram (https://instagram.com/hilalabdullayeva?utm_medium=copy_link) hesabımdan izləyə bilərsizSevgilər#italy#positano#amalficoast— Positano, Costa D'amalfi, Italy'daPaylaşan: Hilal Abdullayeva

174 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!