1678 dəfə oxunub

Almaniya - Düsseldorf bələdçisi

Düsseldorf - Amsterdam. Part 1.

İlk öncə ondan başlayım ki, Ryanairin qurbanı oldum. 1 həftə boş vaxtım var idi, qərara gəldim ki daha sərin, havası daha xoş olan bir yerə gedim. Biletləre Romadan baxanda Düsseldorf Weezeye 9 avroya bilet tapdım, amma sən demə bu Weeze, Hollandiya ilə sərhəddə yerləşən, cəmi 2 terminalı olan kiçik bir kənd Airportu imiş. Avtobus və tren bir saatdan bir gəlir.
Yani anlayacağınız, Airportdan şəhər mərkəzinə busla, sonra isə qatarla 2 saatlıq yol gəldim ????????
Qalmaq yerini məsləhət görərdim ki Airbnbden götürəsiniz, çünki host, yerli olur sizə kömək edir, ikincisi isə şəhərdə baş tutan party-lər, festivallardan xəbəri olur. Mənim bu cəhətdən bəxtim çox gətirdi (bilet baxımından gətirməsə də)) host çox mehriban idi, və demək olar ki bütün night partylər, festivallara bərabər getdik.
5 gün ərzində demək olar ki, Düsseldorfun hər qarışını tələsmədən, həzz alaraq gəzdim.
Əvvəlcədən qurduğum marşrut üzrə 5 günümü elə böldüm ki, nə çox yorulum, həm də ki şəhəri bütün günü gəzməyə, axşam da dincəlməyə vaxtım olsun.
Deməli, əgər Düsseldorfe-a yolunuz düşsə, və 4-5 gününüz olsa, çox məsləhət görərdim ki, siradakı yerlərə baş çəkəsiniz.
-Volksgarten
-Pebbles terrace. Bura mənim ən sevdiyim terassalardan biri oldu. Şəkillərdə də görəcəksiniz, çox möhtəşəm mənzərə açılır şəhərə.

65310408_10207082024566731_5651166952731705344_n
-Gehry bauten
-Rhine Tower, şəhərin əfsanəvi qülləsi
-Landtag
- Kunst im Tunnel - tonhalle düsseldorf
-City museum və Johannes Church və Marittime museum - museum kunstpalast - glasmuseum xüsusən getməyə dəyər.
-Stahlhof - rathaus
-Tritonenbrunen
-Archeopoint
-Märchenbrunnen
-Ratinger tor
Və Rhein terrasse.
Ümumiyyətlə şəhərdə sevdiyim çox məqamlar oldu. İlk öncə insanları, çünki daha öncəki Almaniya visitim Berlində məni tamamilə məyus etmişdi. İnsanları tünd, itsifət və həyatdan bezmiş, tam bir depressiya şəhəri.

65200285_10207082025966766_3186381579148591104_n

Düsseldorf isə tam əksi, insanları həmişə gülərüz, həmişə sənə kömək eləməyə hazır və şəhərə gələn qonaqların razı qalmaqları çox vacibdir onlar üçün. Həmin 5 gündə tanış olduğum bəlkə 15-20 nəfərin hamısı şəhər haqqında fikrimi soruşandan sonra, şəhərə böyük bir tərif yağdırırdılar ????Həqiqətən də Düsseldorfda yaşayanlar bu şəhəri çox sevirmiş, və ən əsası da hamının razı qalmağı imiş.

Parklar Romadakı parklara təbii ki oxşayır, ancaq Romada bu böyüklükdə cəmi 2-3 park var. Görünür Düsseldorf şəhər administrasiyası parklara çox böyük fikir verir, küçələri artıq demirəm. Çox səliqəli, çox təmiz, çox mədəni bir şəhər və şəhərdə yaşayan insanlarla rastlaşdım. Hələ bir qrup dost gecə saat 4də məni və hostumu night bus gözlədiyini görüb, uberlə evimizə qədər ötürdü. Bunu Avropada mən bu 6 il ərzində görməmişdim. Hələ almanlardan heç gözləmirdim.

Şansıma səyahətimin 4cü günü Japonese Culture Festival var imiş. Anlayacağınız iki gün dalbadal şəhərdə japoniya folk music mi deyim, cosplayerler mi deyim, anime qəhrəmanları mı deyim hər şey var idi. Bütün 700 k əhali mərkəzdə idi, bildiyiniz tərpənməyə yer yox idi ????. Hər iki günün sonunda isə 50 dəq durmadan fire works.
Almanların dediyinə görə, Yaponiya diasporasının ən böyük filialı məhz Düsseldorfda imiş, və onların finansal durumu, dəstəyi o qədər böyükdür ki, demək olar şəhərdə olan bütün şirkətlərdə pay sahibidirlər. Təbii ki, 2 gün boyunca 50 dəq non-stop fireworks onlar üçün heçnədir.

64805412_10207082021086644_8985535499829510144_n

Bir sözlə, Almaniyaya aid negativ stereotipimi aradan qaldırmağa kömək elədi Düsseldorf. Başı işə, problemlərə, dərdə və qəmə dolaşan insansınızsa, Düsseldorf əla bir optiondur, bütün problemləri unutmağa yardım edər... Amma Ryan Airden uzaq durun ????????

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Nazir Abishov

DİGƏR BLOQLAR

Almaniya səyahəti

Almaniya səyahəti: Şəhərlərdən kənara çıxmaq və Deutschland ticketƏsasən, hamımızın diqqəti böyük şəhərlərə yönəlir: Nürnberg, München, Köln, Frankfurt və başqaları. Əlbəttə, bu şəhərlər öz gözəllikləri ilə tanınır. Amma mən sizə bir az Almaniya təbiəti və Deutschland ticket haqqında danışmaq istəyirəm!Deutschland-Ticket ilə səyahət etmək 2025-ci ilin yanvar ayından etibarən 58 euro olacaq Deutschland-Ticket (hazırda 49 euro), Avtobus və qatar (sürət qatarı istisna olmaqla*) xidmətlərindən 1 ay ərzində limitsiz istifadə edə bilərsiniz.Həmçinin sərhədə yaxın ölkələrin bəzi şəhərlərinə də səfər etmək mümkündür (məsələn: Salzburg, Luxemburg, Basel və s.).*Səyahət bitdikdən sonra abunəliyi ləğv etməyi unutmayın.1. Schloss Heidelberg, Heidelberg 2. Kölner Dom, Köln – Ən hündür dini tikili Ulm Münsterdir (161.5 m), ikinci yerdə isə Kölner Dom gəlir (157.4 m).3. Schloss Lichtenstein, Honau4. Ulm Münster, Ulm5. Burgbachwasserfall, Bad Rippoldsau-Schapbach6. Zugspitze – Almaniyanın ən yüksək zirvəsi (2962 m). 720 metrdən zirvəyə 33 km yolu 9 saata qalxdıq.7. Eibsee – Zugspitzenin ətəyində yerləşən, üzmək üçün icazə var.8. Bad Urach9. Huzenbachersee, Baiersbronn (13 km yürüyüş yolu)10. Annweiler am Trifels (19.3 km)11. St. Martin (13.4 km və 13.9 km yürüyüş yolları)12. Kniebis, Baiersbronn (14.1 km)13. Rheinfall, Schaffhausen, İsveçrə (bu şəlalə çox möhtəşəm idi) 14. Salzburg, Avstriya 15. Luxembourg, Lüksemburq 16. Üç ölkə körpüsü 5-6 saat içində 3 ölkəni piyada gəzmək istəyənlər üçün *Almaniyada wild camp icazə yoxdur. Sadəcə icəzə verilən yerlərdə ödəniş ilə kamp edə bilərsiniz.*Bazar günləri marketlər işləmir, ərzaq işlərini öncədən həll edinPaylaşan: Shahin Ahmedov

311 dəfə oxunub

İnqilab və rəqsin ölkəsi - Kuba

Bir ölkəyə azadlıq gətirməklə iş bitmir.Kuba bir çoxumuz üçün uşaqlığımızın simvoludur. Niyə? Çünki uşaqlığımızın keçdiyi kommunizm, nostalgiya, onda hər şey yaxşı idi xəyalları. Biz də məhz bunu bir daha görmək üçün Kubaya getdik.Getdik və... Şoka düşdük. İlk şok aeroportdan başladı. Sərhəd xidməti rahat yoxlayır, amma təyyarədə 3 növdə deklarasiya doldurursan. Sadə vətəndaş pasportu ilə bir də tarjeta de turista almalısan, bir növ vizadır. Bizə onu zorla Bogota aeroportunda minik zamanı satdılar, halbuki bizim pasportlarla lazım deyildi.Aeroportda pul dəyişməli idik. Sən demə Kubaya dollar aparmaq sərfəli deyil, ümumiyyətlə bu ölkədə turist ikinci sort varlıqdır. Onu hərtərəfli soymayana söyüş qoyulub. Yerlilər adi peso, turistlər isə konvertasiya olunan peso, yəni CUC işlətməlidir. Yerli pesonu turistə satmırlar. 100 dollar hardasa 95 cuc-dur, ondan da 12 faiz vergi tuturlar. Əlinə alırsan 85 cuc kimi bir şey.Aeroportdan çıxıb taksiləri görəndə elə bil 1992-ci ilin Naxçıvanına gəldim. Bildiyimiz sovet maşınları elə sovet dövründən qalma və ya Çin istehsallı adını bilmədiyim avtolar. Birinə mindik. Qiymət tənzimləyici yoxdur, mərkəz daxil hara istəsən fix 25 CUC. Sürücümüz çox söhbətcil idi, dedi ki, burada ölkəyə avtomobil gətirmək işinə ancaq dövlət baxır, istədiyi qiyməti qoyur, yəni babat monopoliyadır. Ümumiyyətlə Kubada hər şey dövlət monopoliyasındadır, ona görə də kim necə bilir qazanır. Sonra dedi ki, Kubada yaxşı yaşayan ancaq məmurlar, manıslar və idmançılardır. Bizim ölkəni o dəqiqə tanıdı. Boksa görə.Otelimiz 4 ulduzlu idi, amma ona 4 ulduzlu deməyə 28 şahid lazımdır. Baxımsız, son dəfə tikiləndən sonra remont olunan, iyrənc, köhnə, sınıq salxaq. Həmən qaçdıq ordan və gəldik şəhərə.Şəhərdə bir restoran var. Orda Heminquey yeyirmiş. Ən məşhur yer oradır. Mərkəz pis deyil, amma hər yerdə kasıb insanlar, bahalı restoranlar, qəribə kontrast. Bir kuba ailəsinin evini tutduq. Bizi ora təsadüfən o anda əlində müştəri olan bir bərbər apardı. Müştəri elə yarımqırxıq başla qaldı, çünki bizi aparan oğlan ev sahibləri ilə yarım saat da hansısa oyuna baxdı tv-də...Gəldik bir ailənin evinə. Əslində əla oldu. Əsl Kuba həyatı da gördük. Ev sahibləri səhərdən axşamadək alt paltarında tv izləyən yaşlı kişi və onun hər şeyi (özü də daxil olmaqla) idarə edən arvadı bizi mehribancasına qarşıladılar. Bizə verəcəkləri otağı izah edərkən qadın iki daşın arasında telefonunda bütün sülaləsinin şəkillərini mənə göstərdi. Dedi ki, oğlu Barselonada yaşayır. Bir sevgilisi varmış norveçli, indi ayrılıblar, qız əclafın biri imiş. Qızı da ərdədir, Çiliyə köçüb.Bu arada, deyim ki, Havanada hələ də demək olar ki, heç bir evdə su xətti yoxdur. Suyu hər axşam xüsusi maşınlarla gətirib evlərin ümumi anbarına vururlar.Əşyalarımızı yerləşdirib yaxındakı restorana getdik. Restoran çox fərqlidir. Mağazalarda görməyəcəyiniz məhsullar təqdim olunur. Deyirlər ki, onları fərqli yerlərdən və baha qiymətə alırlar. Qeyd edim ki, kubalılar mal və xüsusən qoyun ətini çox sevirlər. Ortalama qoyun ətimdən olan və çox populyar "ropa de vieja" yəni, bizim dildə desək köhnə paltar adlı ət yeməyi çox məşhurdur. Didiklənmiş və öz suyunda bişmiş qoyun əti, yanında düyü və yaşıl mərcimək və ya qara lobya. Qiyməti 8-9 cucdir. Yəni hardasa 10 dollar. Məlumat üçün deyim ki, orta kubalının əməkhaqqı 40 dollar civarındadır. Ümumiyyətlə, yeməkləri çox dadlıdır. Kolumbiyada mən heç sevmədim yeməkləri, amma Kubada superdir. Xidmət personalı çox mehribandır və demək olar ki, mərkəzdəki hər bir babat restoranda canlı musiqi var. Kofe isə ayrı aləmdir. Pivə adidir. Yaxşı və maraqlı kokteylləri var.Şəhər kasıb olsa da milçək və ağcaqanad demək olar ki yoxdur. Axşamlar sərin olur, dənizlə bağlıdır bu yəqin.Kubalılar çox səsli-küylüdürlər. Yüksək səslə musiqi qoyub evlərinin qapısına çıxır, orda oturub söhbət edir, rəqs edirlər. Hətta bir maraqlı hadisə danışım. Bir axşam aşağı mərtəbədəki evdə yenə yüksək səslə musiqi səslənirdi. Biz də yuxarıda, eyvanda oturmuşduq. Birdən üzbəüz binadakı eyvana hirslə, əlində tv pultu ilə bir qoca çıxdı. Elə ağzını açdı ki aşağıdakıları söysün, bu dəmdə musiqi sədaları altında rəqs edən balaca qızı gördü. Kişi bir anda yumşaldı, pultu qoyub ona əl çalmağa və alqışlamağa başladı.Kubalılar başları dik gəzir. Bilirsiz niyə? Çünki ölkədə internet yox kimi bir şeydir. İnternet üçün kart almalısan, evdə dial-up ilə qoşulursan. 30 saatı 10 dollardır. Elə bu səbəbdən hamı real yaşayır, uşaqlar yarımlüt küçələrdə oynayır, qadınlar söhbət edir, kişilər də onlar kimi.Kolumbiyadan fərqli olaraq kubalılar qırsaqqız deyillər. Sənə kömək edərlər, əvəzində balaca bir bəxşiş istəyirlər. Yəni sən yaxınlaşmasan, sənə yapışan yoxdur.İnsanlarından söz düşmüşkən, qızları da, oğlanları da çox yaraşıqlıdırlar. Peru və ya çilililər kimi dıbır və formasız deyillər. Əksinə, avropoid irqi ilə qarışanları çoxdur deyəsən, sarışın mulatlar çoxdur. Bax o seriallarda baxıb ispan qızı hesab etdikləriniz elə məhz kubalı, venesuelalı və argentinalılardır. Qızları elə formalıdır ki, hətta mən belə ağzıaçıq baxırdım. Bir problemləri var, o da azca qarınları var. Amma bu onlarda gözəllik sayılır. Hətta gömrük, polis kimi işlərdə çalışan qızlar çox qısa yubkaların altından bizim şit hesab etdiyimiz tor corablar geyinir və bu normaldır.Nə edək, gəlsin Kuba səyahətinin son hissəsi. Sonra bir də həvəsim olsa sizə Kolumbiyadan bir dənə də yol xatirəsi yazaram.Kuba demişkən, necə ola bilər ki, Fidel Kastro və Çe Gevaradan danışmayaq?Kubada bu iki şəxsi kult dərəcəsinə çatdırıblar. Amma əslində kubalılar onları dilənçi kökünə salıb dünyadan təcrid edən bu iki qəhrəmanı elə də sevmirlər. Hamı yavaşca, aşkarca şikayət edir. Necə etməsinlər?Mən jurnalistəm, ispanca da bilirəm. İmkan olan hər yerdə yerlilərlə söhbət etməyi, müşahidəni sevirəm. Sizə bir məqam danışım, daha aydın anlayacaqsız. Şəhərin mərkəzində, hətta bus tour-un da xəritəsinə düşən bir ticarət mərkəzinə də getdik. Dedik həm baxaq, həm də içindəki marketə girib su alaq. Market deyirəm ee sizə. Yaşı 35-dən yuxarı olanlar, 1988-1997-ci illərin kənd mağazalarını xatırlayırsız? Bəs assortimenti? İki cüt bir tək seçimi? Elə həmin vəziyyətdir. Piştaxtalar boşaraq, 1-2 adda və keyfiyyəti şübhə doğuran mallar, bədbin alıcılar, satıcılar... Biz kassaya əlimizdə su ilə yaxınlaşanda bizdən əvvəlki xanım aldıqlarını kassaya vurdururdu. İçində hardasa 60 pesoluq (2 dollar təxminən) bir ketçup vardı. Kassir onu vuranda elə ifadə ilə baxdı ki, sanki qadın 4 dənə Cartier saat, 6 Tiffany üzük almışdı. Kubalılar belə şeylər almır.Ölkənin əsas gəlirlərindən biri tütün istehsalıdır. Kuba sigarları dünyada məşhurdur və ucuz da sayılmaz. Amma mərkəzdə yerləşən fabrikə sanki bir həftə əvvəl bomba düşüb. İşçilər hazır məhsulu oğurlayıb ara küçələrdə satır. Açıq yox, məhlədə dururlar, yaxınlaşırsan istənilən adama və deyirsən ki tabak almaq istəyirsən. Səni dar, kasıblıq və çirkab yağan bloka salıb pilləkəkənlərlə harasa aparırlar. Bu arada, Kuba tam təhlükəsizdir, ürəklə gedə bilərsiz. Sonra sizə mağazalarda dənəsi 10 dollar olan siqarları yarı qiymətinə satırlar. Üstünə də aksiz, keyfiyyət nişanı vururlar. Vəssalam. Qiymət danışa bilərsiz.Havana yarımuçuq binalardan ibarətdir. İndiki hakimiyyət 1952-də inqilab edib və ondan sonra da ancaq cibinə işləyib. Bunu sizə açıq deyirəm. Hamıya qəhrəman kimi sırınan Çe Gevara isə ən adi quldur və başkəsən olub. Bunu da orda adi insanlar deyirdi. Haqqında da oxuya bilərsiz. Bu gün dünyanın hər yerində, xüsusən Mayamidə bütöv köçmüş nəsillər var. Və bu axın davam edir.Havana turizm üçün ağlayır. Möhtəşəm dəniz çimərlikləri, təbiəti, insanları, mədəniyyəti, musiqisi... Amma bir yandan da hökumətin axmaq sanksiyaları. Turistə suyu 1 dollara sat, yerliyə 10 pesoya. Amma yenə də şəhər turistlə doludur. Bir meksikalı turist bizə danışırdı ki, Kubaya rahat nəfəs almağa gəlir. Çünki burada kriminal yoxdur, qorxmursan.Nəticə. Kubaya gedirsizsə hər cür ehtiyatınızı görün. Bütün biletlərinizi çap edib əlinizə alın, interneti unudun, dadlı yemək və möhtəşəm canlı ifaya hazır olun. Kuba kokteylləri için. Kubalılar çox qürurludur, onlara təşəkkür etməyi bilin. Onlar da sizə edəcək. Kubaya gedib hələ də suya qarışdörılan toz meyvə suyu ilə keçirilən ad günləri də görəcəksiz. Mütləq keçi dərisindən əl ilə hazırlanmış çanta və ayaqqabı alın. Bunlar çox ucuzdur. Qiymət danışın, bu realdır.Kubaya bir də gedərəmmi? Yox, çünki mən komfort və rahatlıq sevən insanam. Otel, yemək barədə kaprizlərim var. Və sırf acgözlük səbəbindən dağılmış şəhəri yox, çiçəklənən ölkə görmək istərdim. Kubada bu sistem daha 2-3 il sürər yəqin, gedib indiki sistemi görməyə vaxtınız azdır.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Vento Favoravel

2924 dəfə oxunub

Günəşin ən gözəl batdığı yer - Zənzibar

Zənzibardakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Yalan-doğru, amma deyirlər, Zənzibarda hələ 20 min əvvəl də insanlar yaşayırmış. Ta 1873-cü ilə qədər bu arxipelaq Hind okeanında ən böyük qul bazarı sayılırdı.Bir çoxları ekzotik ada deyəndə, nədənsə, yalnız Seyşel, Mavrikiy, Maldiv kimi adaları yada salır. Amma Zənzibar özlüyündə bu sadaladığım adalardan qat-qat maraqlı, ekzotik olmaqla bərabər, həm də zəngin tarixə malik bir arxipelaqdır. Yəni bir turistin ora gedincə, Maldiv, Seyşeldən fərqli olaraq, passiv çimərlik istirahətindən başqa həm də yetərincə tarixi bilgilərini də zənginləşdirmə imkanı əldə edə biləcəyi bir yerdir.İndiki Tanzaniya 1964-cü ilədək Tanqanika Respublikası adlanırdı, 1964-cü ildə Zənzibarla birləşərək adqoydu nəticəsində Tanzaniya olub.Zənzibarda əsasən suahili dilinin kişvahili dialektində danışırlar. Britaniya müstəmləkəsi hesabına əhalinin ingilis dili ilə də problemi yoxdur. Adaların əhalisi müsəlmanlardır.Zənzibara iyundan oktyabradək havanın orta temperaturu +26C olur. Dekabrdan fevraladək - +28-+37C. Amma nəzərə alın ki, Zənzibar ekvatordan cənubda yerləşir, ona görə də dekabr, yanvar, fevral Zənzibarda yay aylarıdır və bu period da orda hava daha isti və quru olur. Aprel-may aylarında yağış mövsümü şuluqluq edir. Yayda da yağış yağa bilər. Bizim iyul səfərimiz zamanı arabir yağışa düşürdük. Amma yay yağışları uzunmüddətli olmur. Çalışın səfəriniz yağış sezonuna düşməsin. İslanmadan əlavə həm də bu vaxt malyariya ağcaqanadının iştahına tuş gəlmə ehtimalınız da böyükdür. Quru iqlim zamanı da oralar ağcaqanaddan boldur, amma yağış sezonundakı ağcaqanadlardan fərqli olaraq, quru hava şəraitində hücüm edən ağcaqanadlar zənən xeylağı olduqlarına görə malyariyaya tutulma ehtimalı aşağı olur. Yola düşməzdən əvvəl özünüzlə mütləq ağcaqanadla güləşən spreylərdən bol-bol götürün.Yerli okeansahili çimərliklər mərcan riflərindən, laqunalarından tutmuş, delfinlərlə, drayverlər üçün cənnət yerlərlə boldur. Prison adasında nəhəng tısbağalar da şellənirlər, onlara da kiçik qayıqlarla ucuz qiymətə gedib baş çəkə bilərsiz. Yerli bazar Stone Townda sizə mütləq «gəl-gəl» deyəcək. Mən hələ ədviyyat plantasiyalarını demirəm!.. Özüm ədviyyat xəstəsi olduğum üçün hər səfərimdə bu plantasiyalarda gəzişəndə xoşbəxtlikdən əsməcə gəlir mənə. Bələdçi sizi plantasiyada bitən bütün ədviyyatlarla tanış edəcək, real şəraitdə bitən darçın, sarıkök, zəfəran və daha nələr görəcəksiz. Hansını mümkündürsə - hətta dadacaqsız da. Elə oradaca onlardan ala da bilərsiniz.Otel-filanlar boldur. Müxtəlif qiymətə. Günü 30 dollara okeanın düz sahilindəki kiçik otelimi heç bir Hilton-a dəyişmərəm!.. Zənzibara müxtəlif vasitələrlə gedib çıxmaq olar. Təyyarə ilə (bir çox ölkələrdən ora birbaşa uçuşlar var), gəmi ilə. Biz Dar Es-Salaamdan gəmi ilə 1,5 saata çatmışdıq. Gemi ilə gediş qiyməti müxtəlifdir, seçəcəyiniz class-dan asılıdır. Adaya çatınca bələdçilərin, taksi sürücülərinin çoxluğu sizi bir balaca peşman edəcək. Amma bununla belə qiymət saldıra-saldıra onların xidmətlərindən də bəhrələnə bilərsiniz. Hə, bir də, bilmirəm başqalarında necə idi, amma biz gəmidən düşüncə israrla sarı qızdırmaya (желтая лихорадка) qarşı peyvənd olunduğumuz barədə sertifikatı tələb etdilər. Biz də tərslikdən onu Dar Es-Salaamda unutmuşduq. Çox çətinliklə yola gətirdik. Əslində, bu, ilk növbədə, sizin özünüz üçün lazım olan bir şey olduğuna görə getməzdən əvvəl o peyvəndi mütləq vurdurun. İşdi-saiyətdi yaddan çıxsa - limandakı əməkdaşlara bildirib elə oradaca peyvəndlənmə imkanınız da olacaq (məbləğindan xəbərsizəm).Yeyib-içmək ürəyiniz istəyən kimidir. Yəni alışdığınız restoranlardan tutmuş ta ki, alışmadığınız yerli mətbəx iaşə yerlərinədək. Düzdü, yerli mətbəxdən bir o qədər də çox dadmadım. Ekzotik adına məst olub sifariş etdiyim kokteylin nəticədə xiyar kokteyli olduğundan sonra sarsılmışdım.Qırmızı kolobus meymunlarıyla yalnız Zənzibarda üz-üzə gəlib dərdləşə bilərsiniz. İnsanlara də öyrəşiblər, adam yerinə qoymadan rahatca işləriylə məşğuldular. Ona görə də doyunca və yaxından tamaşa edə bilərsiniz.Daha nə qaldı? Nəsə qaldısa - xəbər edin. Ən əsası - ZƏNZİBAR - CANDIR! Mütləq gedin.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ali Akbar

2316 dəfə oxunub

Orta Asiyanın incisi - Xivə bələdçisi

Xivədəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.XivəBir şəhər ancaq bu qədər gözəl ola bilər. Ölmədən görüləcək şəhərlər çoxdur, ancaq məncə ən birincisi Xivədir.Şəhər “İpək Yolu”-nun bütün yollarının qovşağıdır. İçan Kala və Dışan Kala adlanan iki əsas hissədən ibarətdir.Xivə küçələrində ‘’hansı əsrdəyik’’ sualı ilə gəzirdik. Hər yer torpaq rəngi, hündür divarlar, firuzəyi rəngli kaşı, keramika, miniatür əsərlər, minarələr, mədrəsələr, karvansaralar, taxta qapılar, sütunlar, doğma insanlar…Xivə şəhərinin 35 km yaxınlığında Ürgənc havalimanı yerləşir. Buraya Bakıdan və Daşkənddən birbaşa reyslər həyata keçirilir.HotelQiymətlər əladır. Reytinqi 8.1 olan hotellərin qiyməti iki nəfərlik otaqda 1 nəfər üçün 8 avrodan başlayır. Xidmət, təmizlik yüksək səviyyədədir.Valyuta Ölkədə Özbəkistan somu (UZS) istifadə edilir, yüz ABŞ dolları bir milyon yüz qırx altı min soma bərabərdir.TuristlərŞəhərdə turistlərin əksəriyyəti avropalılardır. Ruslar, və yerli turistlər də çoxdur.Danşıq dili, əhaliŞəhərdə rus dilini demək olar ki, hamı bilir. Özbək və rus dilləri əsas istifadə edilən dillərdir. Yerli əhali ölkənin digər bölgələrinə nisbətən bizə daha doğma dildə danışır və hər söz başa düşülür.HədiyyəTaxtadan düzəldilən əl işləri, keramika qablar, çay, halva, nabat, ədviyyatlar, quru meyvələr, ipək parçalar, araqçın və kələğayılar.YeməklərBizim yeməklərlə oxşarlıq çoxdur. Xivədə yeməklərin ən dadlısı aşdır. Digər dadlı yeməkləri isə yağlı ət və göyərtilərdən hazırlanan şurpa supu, ət və soğan tərkibli samsa, mantı, kabablar və maş şorbası.Şəhər divarları önündə bizi tarixə adını böyük hərflərlə yazdırmış alimin heykəli qarşılayır. Əl-Xarəzmi 780-ci ildə bu şəhərdə anadan olub, cəbr elminin banisi və sıfır rəqəmini tapan şəxsdir. İbni Sina, Biruni və onlarla dahilər də burada təhsil almış, yaşayıb-yaratmışdılar.Şəhərin hər yerində qədim Zərdüşt üslubu və naxışları ilə bəzədilən dadlı çörəklərin qoxusu hiss edilir.Zərdüşt motivləri həm də demək olar ki, bütün tarixi tikililərdə mövcuddur.Görməli yerlərƏsas maraqlı yerlər “İçan Kala” adlanan qədim şəhərin daxilindədir. Biz girişə yaxınlaşanda Xivə Əmiri, vəziri və digər saray üzvləri böyük təm-təraqla qalanı tərk edirdilər. Bu proses sanki Əmir indi də yaşayırmış kimi hərgün bir neçə dəfə təkrarlanır.İçəri isə sanki başqa aləm idi. Özbək xalq mahnılarını çalıb-oxuyan qrup milli geyimlərdə rəqs edə-edə küçələri gəzirdilər.Axşama doğru isə mərkəzi meydanda milli oyunlar və rəqslər daha maraqlı şəkildə davam edir. Biz də bütün digər turistlər kimi hərşeyi yaddan çıxarıb heyrətlə olanları izləyirdik.Kaş bizim Dövlət Turizm Agentliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi də İçərişəhər, Şəki, Lahıc kimi yerlərdə buna bənzər işlər görərdi.Xivənin rəmzi Kalta Minordur. Yəni yarımçıq minarə, 1855-ci ildə tikinti başlayır, ancaq Əmir Xan vəfat etdiyinə görə yarımçıq qalır.Hündürlüyü 45 metr olan İslam Xoca minarəsi Xivənin hər nöqtəsindən görünür.Cümə məscidi X əsrdə tikilib. Məscidin daxilindəki ağac sütunlarda gül və yarpaq naxışları zərif şəkildə işlənmişdir.Xivə Əmirinin yay sarayı. Burada Əmirin necə həyat tərzi sürdüyü, saray əhlinin kimlər olduğu haqqında ətraflı öyrənmək olur. Bələdçilər çox savadlı idi.Pəhləvan Mahmud məqbərəsi Xivənin əsas memarlıq abidələrindən və ziyarətgahlarından biridir. Məqbərədə böyük şair, maarifçi, sufi və filosof Pəhləvan Mahmud dəfn olunub.Yumurtavari hündür günbəz Pəhləvan Mahmud məqbərəsini unikal edir. İnteryeri ağ və göy rəngli kaşılarla ahəngdar bəzədilmişdir. Divarlarda Pəhləvan Mahmuda məxsus fars dilində şeirlər yazılıb.Kunya-Ark “İçan-Kala”-dan hündür gil divarla ayrılmış bir növ qala daxilində qaladır. Bura “İçan-Kala” və ətrafının gözəl mənzərəsini seyr etmək üçün əla yerdir.XIV əsrdə yaşamış nəqşibəndi sufi ustadı olan Səid Əlauddin türbəsi Xivənin ən unikal tikililərindən biridir.Taş-Xauli sarayı isə Xivənin ən rəngli və gözoxşayan sarayıdır.”İçan Kala” müdafiə divarlarının hündürlüyü təxminən 10 metr, qalınlığı 8 metr və uzunluğu 2250 metrdir.Qalanın dörd qapısı var: Şimal (Bağça-darvaza), Cənub (Taş-darvaza), Şərq (Pəhləvan-darvaza) və Qərb (Ata-darvaza).İçəridə insanı orta əsr şərqinə aparan saraylar, məscidlər, minarələr, mədrəsələr, məqbərələr, meydanlar və karvansaralar var.TarixRəvayətə görə, Xivə adını Nuhun böyük oğlu Sam qoymuşdur. O, səhrada uzun müddət susuz qaldıqdan sonra tapdığı quyudan su içərək qışqırıb:"Hey, vak, hey, vak!" Bu "nə yaxşı" deməkdir və o vaxtdan bura “Hey-vak”, yəni Xivə adlanıb.Xivə 2700 illik yaşayış yeridir. Karvanların dayandığı İpək Yolunun mühüm qovşağıdır.İki böyük səhra arasında bir vahə olan Xivə Makedoniyalı İskəndər, İran, Çingiz xan tərəfindən işğal edilib. Daha sonra isə Əmir Teymur, Xarəzmşahlar, Şeybanilər, Xivə Əmirliyi, ruslar və müstəqil Özbəkistan.Orta Asiyanın digər şəhərlərində olduğu kimi, şəhərin divarları qurudulmuş kərpicdən hörülüb və hündürlüyü 6-8 metrdir. Tarix boyu bu divarlar dəfələrlə dağıdılıb və yenidən tikilib.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elşən İsmayılov

989 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!