1939 dəfə oxunub

Malayziya - Kuala Lumpur bələdçisi

Kuala Lumpurdakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.

Multikulturalizm deyirəm sizə ????

Kuala Lumpur, Malayziya  ????????????????????????

Şəhər əhalisi o qədər qarışıqdı ki, adam bilmir Hellonan başlasın söhbəti, yoxsa Namaste, yoxsa Ni Hao ilə. Əksəriyyət Malay, Malay - Çinlilər, Malay - İnduslar təşkil edir. Qalanlar isə digər Cənubi Asiya ölkələrindən gələnlərdir.
Bu özünü demək olar hər bir sahədə əks etdirir:
▪️Qarışıq mətbəx ( Sevdim )
▪️Din, adət-ənənə ( Bir küçədə həm məscid, həm buddhist temple, həm chinese templlar və s.)
▪️Dil. Rahat 3-4 dil bilirlər ( Malay, Çin, İngilis, Hindi )

4 günlük tur planımı qısaca təsvir edim. Getməmişdən, şəhəri o qədər araşdırmışdım ki, hava limanından çıxanda ( elə şəhərin özündə də ) yerli adamlarda olmayan rahatçılıq var idi ????

 

69667695_10205816994180857_4745447719684800512_n

70004710_10205817026301660_5206422689798946816_n

Ənnn "babatı" online bron etdiyim hiking tour və Dining in the Dark restoranında şam yeməyi oldu.

▪️Dragonback hiking trek ????️
- Turun qiyməti 200 ringit ( səhər yeməyi, nəqliyyat daxil )
- Total hardasa 6 saat çəkdi.
- OpenSky limited şirkəti ilə götürdüm turu. Profesional uşaqlardı, heç vaxt hiking etməmisinizsə belə, sizə kömək edəcəklər.
Şəhərdən 40 dəqiqəlik yol sizi aparır meşəlik və dağlara. Pikdən açılan mənzərə bir tərəfdən sonsuz jungle və çaydı, digər tərəfdən Kuala Lumpurun göydələnləri. Dağa qalxmaq təxmini 2 saat vaxtınızı alacaq. Özünüzlə qurd-quşa qarşı spray, su, dəyişəcək paltar götürməyinizi məsləhət görürəm.

▪️Dining in the dark
Bu konsepsiya dünyanın bir çox şəhərlərində var, tam qaranlıq bir zalda, restoranda, gözdən əlil insanlar tərəfindən sizə göstərilən xidmətdir. Zülmətə daxil olmamışdan əvvəl sizinlə söhbət edirlər, hansı yeməklərə qarşı allergiyanızın olub olmamasını soruşurlar və içəridə sizi nələr gözləyir deyə başa salırlar. Amma yeməklərin tərkibini demirlər, yeyib qurtarandan sonra sizə blank verirlər, yediyiniz yeməklər barədə təxminlərinizi yazırsınız və daha sonra menunu artıq sizə göstərirlər. Hissiyyatınız və dad sensorlariniz nə dərəcədə yaxşıdı bilmək üçün əla bir şeydi məncə ????
-Bir nəfər üçün set yemək 150 ringit (includs juice, salad, soup, main course, dessert ).

????️KL-da digər gəziləsi və məşhur yerlər:
• Petronas tower, KLCC park
• Bird's Park ( Ekzotik quşları görmək şansınız olacaq ). Giriş 64 ringit
• Batu Caves. Giriş pulsuz
• Chinatown ( night market and food street )
• Jalon Alor, Central market ( Food street + night market)

68599729_10205817022661569_1308883174557745152_n

68867679_10205817023301585_3478301748819394560_n

69695884_10205817027141681_7909463587351953408_n

????????Nightlife:
Qəlyan və lounge abu havası sevənlər üçün
- Canopy rooftop bar
- Heli lounge
Hər ikisindəndə şəhərə, əsasən də Petronas towere inanılmaz mənzərə açılır. Minimal xərciniz 100 ringit olacaq hardasa, qəlyan və içki götürsəniz.

İçki demişkən, adi marketdə alkoqolun, sadə pivənin qiymətləri kəllə çarxdı... 4-5$ minimum 330ml üçün. Bu siyasət adamı lap müqəddəsləşdirir ????

????????????Nəqliyyat çox əlverişlidir. Taxi üçün GRAB app-i məsləhətdir (şəhər içi 6-15 ringit), metro (2-3 ringit) və avtobus (1 ringit) şəhərin hər bir istiqamətinə var.

Qaldığım otel Greyston Haus at d'Majestic place. (1 gecə= 25$, breakfast + rooftop swimming pool included).

4 gün üçün total xərc: 270 $ ( təyyarə bileti xaric ). Visa free.
Otel bronu: trip.com Tur plan: TripAdvisor.com

P.S. Currency 100 ringit = 23.8 $

69580641_10205816994420863_5663108018376540160_n

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Hasan Mammadov

DİGƏR BLOQLAR

Malyorka adası - İspaniya

Malyorka adasındakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.Salam Gəzəyənlər, ənənəyə qoşularaq İspaniyanin "gem" sayılacaq Mallorca adasına səyahət haqqında fikirlərimi bölüşmək istədim. Adaya kifayət qədər müxtəlif ölkələrdən uçuşlar var, bu il üçün maksimum sentyabrın ortalarına qədər getməyi məsləhət görürəm, sonra havalar soyuyur adada.- ✈️ Tətilimiz 1 həftə oldu, əminliklə deyə bilərəm ki, 3 həftə lazımdır ki, adanın kifayət qədər dadını çıxarasınız. 1 həftəyə total 1000 euro xərcləndi hər şey daxil.-???? Ən vacib məsələ, maşın kiralamaqdır. Ada böyükdür, public transport yalnız adanın mərkəzi şəhəri sayılan Palma'da var. Maşınla bir ucundan digər ucuna ən az 2-3 saatlıq yoldur. Rent a car şirkətləri çoxdur. Ancaq tax adı ilə çoxusu baha başa gəlir. Biz "RecordGo" şirkətindən heç bir problemsiz, full siğorta ilə götürdük. 7 gecesi - 370 euro (2019 Mercedes A class). Hər növ seçim var, əgər bizim kimi son ana saxlamasanız -???? Ada böyük olduğu üçün, tətili 2 hissəyə böldük, 1ci hissəsində məşhur "beach"-lər olan tərəfdə hotel tutduq. İkinci hissəsində isə Palma şəhərində. Hər ikisinin də keyfini ayrıca çıxartmağı məsləhət görərdim, çünki məşhur çimərliklər adanın şərq tərəfindədir əsasən, Palma şəhəri isə qərbində yerləşir nisbətən.-????️ Mütləq gedilməsi gərəkən beach'lər : Cala D'or, Cala Agulla, Cala Llamp, Santanyi, Cala Figuera, Portals Vells... Ada olduğu üçün dörd bir yanı çimərlikdir buranın. Saydıqlarım ən çox tərcih edilənlərdir, yenə də bilməkdə fayda var ki ən az 30 çimərlik var görünənə görə. Bu çimərliklərin çoxuna da yalnız maşınla gedib çıxa bilərsiniz. Ona görə, mütləq maşın kiralamağı gözə alın.- Turistlərin çoxu almanlar və ingilislərdir.- ????Qiymətlər isə gözlədiyimiz qədər baha deyildi. Yeməklər demək olar ki 10-12 euro civarında idi. Otelləri 1-2 ay əvvəlcədən bron etsəniz daha ucuza başa gələr. Biz getməzdən 2 həftə əvvəl qərar verdiyimiz üçün 1000 euro xərc çıxmışı, bunu təbii ki 800-ə qədər salmaq olardı daha tez hərəkətə keçərək.-????Gələk əsas məsələyə, Palma şəhərinin yanında olan Magaluf adında bir ərazi mi desəm, küçələr mi desəm bilə bilmədim. Sadəcə google'da Magaluf yazaraq necə bir atmosferasının olduğunu görə bilərsiniz. Party, nightlife sevən genclər, biz səhv etdik 2 gün gedə bildik Magalufa, sizə məsləhət ən az 3-5 gün ziyarət edin o müqəddəs məkanı, ruhunuza restart verəcəyindən əmin olun. Axşam 10-dan sonra Magalufdakı bütün küçələr gənclər tərəfindən dolur və enerji partlayışı olur, qısacası dəlixana. Bu tendensiya səhər radələrinə qədər davam edir - Daha ətraflı suallarınız varsa rəy bölməsinə yazın.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Aydin Ahmadli

1561 dəfə oxunub

Belçika(Brüssel) və Niderland(Amsterdam)

Salamlar. Bu dəfə ki, postum Belçika(Brüssel) və Niderland(Amsterdam) barədə olacaq. Faydalı olması diləyi ilə.Səyahət bileti: Mən Budaşetdən Brüsselə WizzAir ilə 38 avroya gedib gəldim. Brüsseldən Amsterdama isə Flixbusla 25 avro ödəməklə bilet aldım. Müddət isə uyğun olaraq 1.55 və 2.45 saatdır. Burda ilk oxuyanda Brüsselin çox darıxdırıcı şəhər olduğunu anladım. Lakin gedib gördüm ki, bu fikir kökündən yanlışdır Brüssell sizə həm bol gəzinti, maraqlı binalar və təamlar vəd edir. Brüsseldə mütləq etməli olduqlarımız:Grand Palace və onun ətrafını gəzməkWaffle , Qızardılmış kartof və pivələrinin dadına baxın. Dadanda anlayırsan ki, Belçika niyə bunlara görə məşhurdur. Belçika sevə-sevə izlədiyimiz Şirinlər, Tin-tin kimi animasiyaların vətənidir. Buna görə də Comic Art museuma mütləq baş çəkin. Menniken Pis. Əslində bir çoxlarına maraqlı gəlsə də bunun maraqlı rəvayəti var. Həmin uşaq şəhərə düşmüş bombanı elə onu tanıtdıran hərəkəti ilə söndürdüyü üçün partlayışın qarşısını alıb. Atomium . Şəhər mərkəzindən 30-40 dəqlik metro ilə məsafə var. Çox böyük bir tikilidir. İçəri isə olduqca maraqlıdır. Tələbə olduğum üçün bilet 9 avro oldu.Mini Avropa . Giriş 17 avro idi. Qəpiyinə kimi dəydi. Heç darıxmayacaqsız. Yaşından asılı olmayaraq hamı əyləni bilir.Amsterdam hissəsiBir an öncə özünüzü şəhər mərkəzinə, kanallar olan hissəyə çatdırmaq istəyirizsə o zaman metro ilə Nieuwmarkt stansiyası ən uğurlu seçimdir. Şəhərdə tək bəyənmədiyim məqam Narkotik məmulatların aşırı istifadəsi və satışı oldu. Hətta bəzi küçələrə girəndə iydən maska taxmağa məcbur qalırsız. Düşünürəm bu barədə çox şişirdiblər. Van Gog muzeyinə isə getmək planınız varsa öncədən online bilet alın. Məsələn mən getdiyim gün artıq bütün biletlər satılmışdı təəssüfki. Mütləq Holland pendiri və tülpan soğanaqları alın. Xüsusən də pendir çeşid və dadları olduqca fərqlidir.Brüsseldə Hostel Bruegel(gecəsi 24 avro) Amsterdamda isə St.Christopher Inn hostelində qaldım. Düz şəhərin mərkəzində yerləşir hər ikisi.Ümumi hər şey daxil 3 gecə 4 gün üçün olan xərcim 360 Avro oldu.Hər birinizə xoş istirahətlər . Əlavə suallarınızı buyurub rəydə yaza bilərsiz.Paylaşan: Xasay Mirzəli

232 dəfə oxunub

Təbriz və Ərdəbil bələdçisi

Cənub Torpaqlarımıza səfər haqda..Həvəsiniz olsa oxuyarsız????Səhər 6-da Bakıdan çıxdıq 2 saat sonra Biləsuvar sərhəd keçid məntəqəsində idik (şəxsi maşınlarla). Sərhəddə Azərbaycan tərəfdən rahat İran tərəfdən isə sıra sistemi qurulmadığı növbəsiz sistemsiz (kim qabağa düşdü sistemi ilə) keçməli olduq. Ona görə bir az gözləməli olduq.Sərhəddi keçdikdən sonra taksi ilə Təbrizə yola düşdük (taksi adam başına 12 ₼ (Bakıdan bir başa avtobus 30₼, ona görə Biləsuvara gedib ordan taksi ilə getmək daha sərfəlidir)). Yolları yaxşı olmasa da pis də deyildi. 2 taksi ilə gedirdik (qardaş idilər), yolda çox adrenalin yaşadıq, riskli sürürdülər. Bir yerdə dərəyə gedirdik az qalsın, bir təhər yığışdırdı. Yolüstü Mişgen Şəhərində durduq, yemək üçün günorta yeməyini buraxıb təbii qaymaq və bal yedik, çox dadlıdır oraların qaymağı.Xülasə, 15:00-da çatdıq Təbrizə. Otel 3 ulduzlu idi, adı Fərid otel. Şəhərin mərkəzində yerləşirdi. Günlük səhər yeməyi daxil, adam sayına görə dəyişməklə gecəsi 15-17 ₼ idi (günlük 5-10 ₼ olan hostellər də var).Təbrizdə gedilməli yerlərə gəkdikdə isə, ən tanınan yerlər Eynalı dağı, Şah gölü, Təbriz bazarı, Şairlər məqbərəsi və bir neçə muzeydir (Azərbaycan muzeyi, Şəhər muzeyi və Şəhriyarın ev muzeyi).Şəhər içi taksilər çox ucuzdu (1-1.6 ₼), ona görə şəhər içində ancaq taksilərdən istifadə etdik.İlk olaraq Eynalı dağına getdik, şəhər bu dağın ətəyində yerləşir. Maşın gedə bilən yerdən sonra kanat başlayır, kanat həm uzun həm də yüksək idi, ordan Təbriz tamamilə görünür, gözəl mənzərəsi var. Dağın hündürlüyü 2378 m-dir. Kanatla qalxanda sıldırımlı yamaclarda dağa qalxan alpinistlərə də rast gəldik (Kanatın qiyməti 1₼ civarında).Dağ gəzintisindən sonra, Şah gölünə getdik, çox qələbəlik idi, ətrafında gözəl restoranlar var idi, birində axşam yeməyi yedik, kababları çox dadlı idi, restoranda ancaq bardaş oturub yemək üçün taxtlar var idi. Yerdən oturub yemək də bir başqa oldu.Təbrizin havası isti olsa da, quruluğu səbəbilə adamı tərlətmir demək olar. Ən əsası bədən yapışqan olmur, saç yağlanmır tez bir zamanda, duş ehtiyacı hiss etmir insan.Səfərin ikinci günü Təbrizin 58 kilometrliyində yerləşən, tarixi və Mağara evləri ilə məşhur olan Kənduvan kəndinə getdik (Taksi təxminən 12₼-ə aparıb gətirir, gedib qayıtmaq və gözləmək və orda bələdçi vermək daxil). Oranın da çox sərin havası var idi. Mağara evləri ilə məşhur olan Kənduvan Şərqi Azərbaycan ostanında tarixi və tanınmış kənddir. Üskü bölgəsinin Səhənd kəndistanında yerləşir. Kəndin evləri qayalar içində tikilib. Yayda sərin, qışda isti olur, 5-6 mərtəbəyə qədər evlər var üst-üstə qayalar üzərində, Kənduvanda da qalmaq istəsəz o mağara evləri otel kimi istifadəyə verən sakinlər var, hər bir şəraiti var (hamamda duş şəraiti falan da), günlük bizim pulla 20-25 ₼. Kənduvanın bənzər kəndi yalnız Türkiyənin Kapadokiya bölgəsində var. Kənddə 168 ev və təxminən 600 sakin var. Əhalisi Türk mənşəli və dili Türk dilidir və əsas məşğuliyyəti turizm, əkinçilik, arıçılıq və bal istehsalı və maldarlıqdır. Balın qiyməti 7 ₼ ????Günorta Təbrizə çatıb, muzeylərə baş çəkdik, Şəhər Muzeyi, Azərbaycan Muzeyi (Muzeyin adı oralar Azərbaycan adlanır deyə elədir, şimalla bir əlaqəsi yoxdur) və Şairlər məqbərəsində olduq (giriş pulludur, 1₼ civarında). Sonra Təbriz bazarına baş çəkdik və axşam oldu.3-cü gün səhər Ərdəbilə yola düşdük, yol boyu yaylalarda duranda çox külək və soyuq var idi, iyul ayında rəsmən üşüyürdük, Ərdəbil də soyuq idi. Ərdəbildə mərkəzi hissədə olduq, Şeyx Səfi məqbərsinə baş çəkdik, giriş baha idi ( 5₼ təxmini). Sonra mağazalara baş çəkdik, dəri çantalar çox ucuz olur bizimlə müqayisədə, çox bəyəndiyim bir çanta aldım, bizim pulla 30 ₼.Sonra nahar edib (qiymətlər münasib idi) Ərdəbil bazarına baş çəkdik. Çox gözəl tarixi abidədir eyni zamanda, Ərdəbil bazarı. Alış veriş edib Biləsuvara yola düşdük.Xülasə daha qənaətçil olmaqla Ortalama 100-150₼-lə 3-4 günlük cənubda tur atmaq olar.Ümumi təəssüratlar:Cənubluların bir çoxu bizə sevgi ilə yanaşdı, evinə dəvət edən də oldu. Hərdən maraqlı yanlış anlamalı dialoqlarımız da oldu, aşağıdakı kimi:Can Təbrizimizdə taksidə dialoq:Taksi şoferi: -Siz ordan rədd olduz da indi..Biz: Nə???Taksi şoferi: -Yəni ordan keçdiz dəə..Biz: -Həə..Taksi şoferi: -Biz sizi söyürük..Biz: Nə???Taksi şoferi: -Yəni sevirik dəə..Biz: -Həə, biz də, biz də...????Təəssüf doğuran əsas şey təhsilin farsca olma səbəbilə dillərinə çoxlu fars sözlərinin daxil olması və assimilyasiyaya məruz qalmalarıdır bu səbəblə..Bahalı, xarici və yeni avtomobil çox az gözə dəyir, əsasən köhnə marka pejo markalı avtomobil istifadə edirlər. Ona görə orda olanda adam özünü 90-larda hiss edir. Benzin sudan 2 dəfə ucuzdu, 20 qəpik bizim pulla  Özləri də deyir benzin bizdə müftədir, ona görə çörək almağa da maşınla gedirik.İranda olduğumuz 3 gündə, İslam respublikası olsa da əzan səsi eşitmədik (Verilmir demirəm). Nə Təbrizdə nə də Ərdəbildə (Günorta namazı vaxtı Ərdəbildə idik və şəhərin mərkəzində).İnsanlar İslama görə yaşamağa məcbur edilsə də İslama görə yaşayan çox azdı. Qadınlar açıq geyinməsə də, hicablı da sayılmazlar.Məsçid sayı da çox sayılmaz, çox az gözə dəyirdi.Bir çox yerli ilə ünsiyyətdə belə məlum oldu ki, şah dövründə İslam daha səmimi və çox yaşanıb nəinki Molla rejimində. Və dedikləri bu oldu ki, İslamı siyasətə qatıb o qədər yalan danışdılar ki, insanları dindən imandan soyutdular.Önəmli olan dövlətin adına deyil, İnsanların qəlbinə İslam yerləşdirməkdir..Vəfadar Babayevİyul 2019Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Vafadar Babayev

2784 dəfə oxunub

Tallin - Pozitivə köklənin!

Piyada SəfərTanımadığım Eston Ailədə Qonaq |250 avronun ardıBəlkə də biz xoşbəxt ola bilərdikBəlkə də xoşbəxtik xəbərimiz yox..Rigadan Tallinə gedərkən bildiyiniz kimi təyyarə tam dolu oldu, 1 nəfər mənə yer çatmadı.Könüllü olaraq növbəti təyyarəni seçdiyimdən 250 avro kompensasiya aldım, amma, yeni biletdə (Riga - Tallin) yer seçməli idim.“Zəhmət olmasa, ən son yer”- 20, 22 ?“Ən Son, belə daha təhlükəsiz”“O, Təbəssümdən sonra”- Neqativə fokuslanmısız“Ən yaxşıya ümidli olub, ən pisə hazır olmaq neqativə fokuslanmaq deyil. Hazırda olan araşdırmalara görə ən son yerlər daha təhlükəsiz, bəli, öləndə öləcəyik, amma, niyə cəhdimi, üzərimə düşəni etməyim?!”*Hadisələr məhz buradan başladıTəyyarədəyəm, ən arxada. Məndən solda cavan xanım və bəy. Ekoloji layihəm və bir çox mövzularda fikir mübadiləmiz oldu. Hava limanında birgə şəkil çəkdirməmizi istədilər, etdik və vidalaşdıq.1 gün sonra Tallini gəzərkən qeyri iradi qaranlıq, yalnız şam işıqları yanan məkana daxil oldum.-Salam, nə gözəl! Gəl bura, səndən danışırdıq...Bəli, təyyarədən tanıdığım Alice və Kauner, daha geniş tərkibdə. Kiminsə *doğum gününü qeyd etdiklərindən həmin gün mənəvi görünən məkana cəm olmuşdular.Səhəri Mr Kauner mənə Təxminən Tallindən 45 km uzaqda yaşayan dostunun məlumatlarını verdi, orada qala biləcəyimi bildirdi mən bir gün sonra dünən gecə Haiba da Şam ağacının yanında Mr Yan ilə görüşdüm, oradan da xeyli yol getdik.Gələndə özü ilə isti su gətirmişdi içməyim üçün, əlcəklərini də təklif etdi, sonra xeyli yol getdik, arabamı da daşıdı...KuliminasiyaNağıllarda olan evə çatdıq, anası məni məhz səmimi təbəssümlə qarşıladı, əksər bizness mühütünə məxsus dodaq və diş hərkətləri deyildi.Evdə Kamin, Sauna və s. Bir az sonra Yanın nənəsi bizə yemək verdi, bayırda isə çox sakir qar yağırdı.Əksər Estonlar kimi nənəsi də rus dilində bilirdi, xeyli danışdıq, kompot verdi.Və Yan mənə bu gün də qalıb dincəlməmi təklif etdi, həmin halda özünün rahat olacağını bildirdi.Yuxudan oyanmışam, meşələr və qar. Bu an saat burada 08:35, olduqca qısa yazdım.Hələlik#estonia #aghamehdi #aghamehdiecoƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Agha Mehdi

1637 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!