1277 dəfə oxunub

Makedoniyanın Mirvarisi – Ohrid

Ohriddəki otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Makedoniya haqqında maraqlı faktlar:

  • Orta statistik azərbaycanlı turist üçün Makedoniya, səyahət etmək üçün ən ideal ölkələrdən biridir. Burda ingilis dili demək olar ki, lazım deyil, slavyan dilli olduğundan dilləri rus dilinə bənzəyir, özü də kiril əlifbasını işlədirlər, digər tərəfdən də ölkədə Osmanlı dönəmindən xeyli sayda türk qalıb. Demək olar bütün turistik yerlərdə, türklərə, türkcə danışanlara rast gələ bilərsiz. Deməli ölkədə dil probleminiz olmayacaq.
  • Makedoniya Respublikası və ya rəsmi adı ilə Keçmiş Yuqoslaviya Respublikası Makedoniya Azərbaycan Respublikası vətəndaşlarından viza istəmir.
  • Qiymətləri Şərqi və Qərbi Avropa ölkələrinə baxanda daha ucuzdur, təbiəti, dağları, göllər mükəmməldir və əlbəttə ki, hər bir azərbaycanlının vazkeçilməzi olan mətbəxi əladır.
  • Makedoniya Yuqoslaviya dağılanda, ondan qansız-qadasız ayrılan yeganə dövlətdir.
  • Ölkə ərazinin ortalama hündürlüyünə görə dünyada 5-cidir, zirvələrinin sayına görə isə dünya lideridir. Makedoniya ərazisində yerləşən 50dən çox göl və 34 zirvə dəniz səviyyəsindən 2000 m-dən çox hündürlükdə yerləşir.

Indi isə başlayaq Ohridə səyahət zamanı başıma gələnlərə. Makedoniyaya Budapeştdən WizzAirlə uçmuşdum. Budapeşt – Skopye – Budapeşt reysinə 9504 macar forinti ödəmişdim, təxminən 30 avro. Gəlib Skopye aeroportuna çatanda artıq ilk şoku yaşadım, belə ki, şəhər mərkəzinə olan növbəti avrobus tam 1 saat 40 dəqiqə sonra idi. Açığı o qədər vaxtı orda heyf etmək istəmirdim amma taksilər də 20 avroya (tabloda yazılan rəsmi qiymət) aparırdı mərkəzə. Nəysə elə bu vaxt Budapeştdə yaşayan bir rumın qız bizi tapdı, biz də Kosovalı bir day-dayı tapdıq, oturduq maşına ki, gedirik mərkəzi avtovağzala adama da 5 avro ödəyəcəyik. Getdik çatdıq vağzala sürücü dedi ki, bu kosovalı adamın sizə dəxli yoxdu, siz 3 nəfər 20 avro verməlisiz, bu adam da 10 avro verməlidi. Elə bunu demişdi ki, mərəkə qopdu. Dayday qırıq ingiliscəsiylə anladır, izah edir, soruşur ki, do you understand? Deyirəm ki, No ???? mən sənə 20 avro verməyəcəm. Nəysə sonda razılaşdıq ki, 3 nəfər 16.5 eur verək (1000 denar), adama gözlədiyimizdən 0.5 eur çox. Yəqin artıq bəlli oldu ki, makedoniyanın yerli valyutasının adı denardı.

ohrid

Beləcə day-daya ürək sözlərimi deyib üz tutdum avtovağzala. Avtovağzaldan biletləri kartla almağın mümkün olmadığını görüb özümü verdim vağzala ki, pul dəyişmək üçün yer axtarım, beləcə 10 dəqiqə axtarandan sonra gördüm ki, bilet satılan pəncərələrin arasında 1 pəncərə pul dəyişmək üçündür, gözümün qabağında imiş görmürmüşəm. Avrolarımı dəyişib getdim bilet almağa.

Skopyedən Ohridə bir çox avtobus şirkətləri gedir, onlardan ən ucuzu türklərin şirkəti olan “Delfina turs”dur. Bir tərəfli biletlər 450 denar (7.3 avro), gediş-gəliş biletləri isə 680 denardır (11 avro), bundan başqa qayıdış bileti açıq olduğu üçün, qayıdarkən 30 denar (0.5 avro) verib check in etməlisiz. Beləcə növbəti reysin 4 dəqiqə sonra yəni saat 9da olduğunu görüb, gediş-gəliş biletlərimi aldım və qaçdım avtobusa doğru. Saat 9-da avtobus yola düşdü. Avtobusla Skopyedən Ohridə səyahət hardasa 3-3.5 saat çəkir.

Ohrid haqqında maraqlı faktlar:

  • Ohrid şəhəri və gölü Makedoniyada yeganə yerdir ki, UNESCOnun qoruması altına alınıb və gölün təxminən 4 milyon il yaşı olduğu güman olunur.
  • Ohridi bəzən Makedoniyanın Yerusəlimi adlandırılar, bunun da səbəbi odur ki, burada tam tamına 365 kilsə var, hardan baxsan günə 1 kilsə düşür.
  • Hal-hazırda makedonlar da daxil, bir neçə slav xalqın istifadə etdiyi kiril əlifbası da məhz 9-cu əsrdə Kiril və Metodi qardaşları tərəfindən Ohriddə yaradılıb.

Skopyedən Ohridə olan yolu 3-5 kəlimə ilə təsvir etsəm: dağlar, dağlar, dağlar, meşələr, meşələr, meşələr kimi olar. Bir də arada olan kiçik şəhər və qəsəbələr. Beləcə gəlib çatdıq Ohridin mərkəzinə, indi qalırdı tutduğumuz aparta getmək, nə xəritəmiz var, nə də internetimiz, qarşımıza çıxan ilk oteldən də dedilər ki, yollar 1 az dolanbacdır çətin olar sizə tapmaq. Qarşıma çıxan ilk taksiyə oturub dedim ki, bizi apar apartımıza. Bəxtimdən taksistimiz Erhan adlı türk çıxdı və 50 denara bizi aparta apardı. Kiməsə lazım olsa Erhanla bu nömrədən əlaqə saxlaya bilər, Viberdən də yaza bilərsiniz +389 71 351 008.

Ohriddəki otellərə bu linkdən baxa bilərsiniz. Bizim tutduğumuz apartın linkini isə bura yerləşdirirəm. Apartın bir gecəsinə 20 avro verdim. Açığı apartdan Ohrid gölünə açılan mənzərənin gözəlliyi və ev sahibinin qonaqpərvərliyi o qədər xoş idi ki, bir gecə də qalmaq istəyirdim bu apartda amma artıq Skopyedə oteli rezerv eləmişdim. Beləcə yerləşib, düşdüm şəhərin canına.

Ohriddə gəziləsi yerlər:

  • Yuxarıda da qeyd etdiyim kimi Ohriddə 365 kilsə var və onların bir çoxu xaricdən bir-birinə bənzəyir, daxilini görmək üçünsə gərək azı 1-2 ay orda yaşayıb, gəzəsən amma mən sizə öz gördüklərim və turistlər arasında daha məhşur olanlarından danışım. Bir faktı qeyd edim ki, Balkanların bütün müsəlman və xristiyanlar yaşayan şəhərləri kimi, Ohriddə də bu 2 icma arasında bir yarışma var sanki və xristiyan tərəf üstünlük olduğundan hər yerə xaç basdırıblar, bütün qədimi kilsələrin üzərindəki xaçlara mavi led lampalar yeləşdirilib. Ohriddəki, kilsələrin ən gözəli yəqin ki, St. John Kanoe kilsəsi Kilsə X əsrdə tikilib və gölün sahilindəki qayanın üzərində yerləşir. Kilsənin ətrafından gölə möhtəşəm mənzərə açılır. Azacıq yuxarıdan isə Kilsənin fonunda gölü seyr edə bilərsiniz.
  • John Kanoe kilsəsindən meşənin içi ilə üzü yuxarı irəliləsəniz qarşınıza St. Clement və Panteleimon kilsəsiçıxacaq. Kilsə Avropada ilk universitet kimi tanınır və Osmanlı dönəmində 2 dəfə məscidə çevrilsə də sonradan kilsə olaraq “həyatını davam etdirib”.
  • Clement və Panteleimon kilsəsi ilə üzü yuxarı çıxsanız Çar Samuelin qalası ilə qarşılaaşacaqsınız. Mən axşam getdiyimdən qala bağlı idi və içinə girə bilmədim. Deyilənə görə gölə olan mənzərəni çıxsaq görüləsi çox şey yoxdur.
  • Çar Samuelin qalasından bir az da irəli doğru irəliləyərkən qarşınıza Antik Teatr çıxacaq. Teatr eramızdan əvvəl 200cü illərdə tikilib amma bu günümüzə qədər çox yaxşı qorunub, sanki elə dünən tikiblər.st-john-kanoe-kilsesi-axsam-night1
  • Antik Teatrdan dolanbac və dar yollarla aşağı düşsənizSophia kilsəsinə çatacaqsız. Kilsə 9-cü əsrin sonlarında tikilib, istifadəyə verilib. Balkanlarda olan digər kilsələr kimi, bu da Osmanlı dönəmində məscidə çevrilib. Kilsənin içində 11, 12, 13-cü əsrdə çəkilmiş freskaları görmək olar. Çox qədim olduğundan freskalar bu günümüzə çox da yaxşı gəlib çatmayıb. Kilsəyə giriş xaricilər üçün 100, yerlilər üçün 50, tələbələr üçünsə 30 denardır.
  • Sophia kilsəsindən sahilə tərəf düşəndə qarşınıza 2 ağ rənglənmiş ev çıxacaq. Bu evlərdən biri məşhur Robevlərin digəri isə Uranijaların evidir. Evlər ənənvi ülubda tikilib və tikintiləri 19-cu əsrin sonlarında başlayıb.
  • Evlərin yanında isə əlişi kağız sexi yerləşir. Burada qədim üsullarla kağız düzəldilməsini izləyə, eyni zamanda özünüz ənəvi üsulla kağızın hazırlanmasında iştirak edə bilərsiniz. Kağızların hazırlanması, quruması bir neçə gün çəkir amma siz daha öncədən hazırlanmış və üzərinə rəsm çəkilmiş kağızlardan ala bilərsiniz.
  • Bunlardan başqa Ohriddəki görülməli yerlərin siyahısına Ohrid, Bulvarını və şəhərin Tarqovusunu məsləhət görə bilərəm. Və bir də ki, Ohridin dar, dolanbaclı yollarında mütləq gəzilməlidir.
  •  
  • Ohridi dünyada məşhur edən digər bir şey isə Ohridin mirvarisidir. Ohrid mirvarisi dünyaca məşhurdur və bir çox tanınmış və vəzifəli şəxslər Ohridin mirvarilərindən öz kolleksiyalarına əlavə ediblər. Bunların siyahısına, Kraliça II Marqarita, II Yelizaveta, Danimarka Kraliçası, Hollandiya Kraliçası və s. göstərmək olar. Ohriddəki mirvarilərin demək olar ki, yarında çoxu saxtadır. Original Ohrid mirvarisi almaq istəyirsinizsə ya Talev ya da Filev ailəsinə mənsub olan mağazalara baş çəkin. Bu 2 ailə Ohrid gölünün dərinliklərindən çıxardıqları mirvarilərin işləməsini hələ də sirr olaraq saxlayırlar.Ohridə gəlmişkən bir qayıq turu da götürüb şəhəri motorlu qayıqdan seyr etmək yerinə düşər. Qiymətlər qayığın böyüklüyündən, turun uzunluğundan və qayıqçının insafından asılı olaraq dəyişir. Alışın bəri başdan, qayığa minməmişdən turun müddətini və ödənişi razılaşdırın. Makedoniyanın taksistləri kimi, qayıqçıları da turistləri dollar işarəsi kimi görürlər. Məsələn qayığq minmədən deyilən 15-20 dəqiqəsi 5 avroluq tur, qayığa minəndən sonra yarıbayarı azalaraq 8-10 dəqiqəyə qədər azala bilər. Və  ya qayıqdan düşdükdən sonra böyük pulu versəniz ki al çıx, qayıqçı portmanem gəldiyimiz yerdə qalıb, xırdam yoxdu deyə bilər. Çalışın daha öncədən hazılıqlı olun, özünüzlə xırda pul götürün ya qayıqçını gözlədin gedib restoranlarda xırdaladıb verin. Ohridin qayıqçıları haqqında bu qədər.

    cevapi

  •  Ohriddə nə yeyilməlidir soruşulsa, deyərdim ki, mütləq balkanların məşhur çevapçiçasının dadına baxılmalıdır, yaxşı bir restoranda plyaskaviça da yemək olar. Bundan başqa Ohrid gölündən tutulmuş farel (Dalga restoranı) və kiçik belviçalar (Antik Teatrın yanındakı Gladiator restoranı) əladırlar və əlbəttə ki, bütün öyünlərdə yeməyin yanında yeyə biləcəyiniz şopska salatı. Balkanları bureksiz təsəvvür etmək çətindir. Pendirli, kartoflu, spanaqlı burekləri alıb aclığınızı azacıq yatışdıra bilərsiniz. Şiriniyyatlardan isə, bütün Balkanlarda məşhur olan triliçenin dadına baxmaq olar.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Babek Musa-Zadeh

 
 

 

 

DİGƏR BLOQLAR

CAR-ın rəngarəng paytaxtı - Keyptaun

Salam, Əziz Gəzəyənlər.Sizə Keyptaun (Cape town), Cənubi Afrika Respublikasındakı təəssüratlarımı bölüşmək istəyirəm. Bəlkə gələcəkdə kimin üçünsə yararlı olar. İlk öncə onu qeyd edim ki, Bakıdan Keyptauna birbaşa reys yoxdur və ən uyğun yollar Bakı-Doha-Keyptaun və Bakı-İstanbul-Keyptaundur. Daha ucuz başa gəlməsi üçün isə Bakı-İstanbul-Yohannesburq-Keyptaun və bir sıra başqa yollar mövcuddur. Mən Bakı-Doha-Keyptaun ilə gedib eyni yolla da qayıtdım.Ölkədə pul vahidinin dəyəri dollara nisbətən çox aşağıdı və qiymətlər demək olar ki, bizim ölkə ilə eynidir. Təbii ki, bəzi istisnalar var misal üçün benzin çox bahadı və bununla əlaqədar olaraq ictimai nəqliyyat və taksilər də bahadı. Bakıda uberlə 4 manata getdiyim yolu orda uberlə 20 manata getdim :)) Daha bir mənfi cəhəti su krizis zonası olmasıdır. Getdiyiniz kafe, restoran, otel və s yerlərdə su tapmaya bilərsiniz və bunun üçün sizə əvəzedici vasitələr verəcəklər. Hətta demək olar ki, hər yerdə suyun onlar üçün nə qədər önəmli olduğu yazılıb. Otellərdə açıq qalmış suyun bir dəqiqədə neçə litr işləndiyi qeyd olunub və "dişlərinizi fırçalayan zaman suyu bağlamaqla bizə kömək etmiş olarsınız" kimi elanlarla rastlaşa bilərsiniz.Bütün bunlara rəğmən şəhəri çox bəyəndim. Möhtəşəm təbiəti olan bu şəhəri gəzmək üçün isə mən deyərdim ki, ən azı bir həftə lazımdır. Gəziləsi yerləri çoxdur. Orta məktəb kitablarından öyrəndiyimiz cənub-şərqin və cənub-qərbin ən ucqar nöqtələri olan Ümid burnu və İynə burnu da bu şəhərdə yerləşir.Ən çox bəyəndiyim yer isə şəkillər arasında rəngarəng evlər olan Bo-Kaap küçəsi oldu. Küçənin maraqlı tarixçəsi var onun haqqında da qısa yazım. Demәli Cәnubi Afrikaya gәtirilәn müsәlman qullar, müstәqillik qazanıldıqdan sonra Afrikaya gәlmәmişdәn öncә sahib olduqları peşәlәri ilә pul qazanmaq qәrarına gәlirlәr. Onlar şəkildə gördüyünüz küçәdә özlәri üçün kiçik şәhәrcik salıb burada mәskunlaşıblar. Daha sonra hәr peşәnin sahibi evini bir rәngә boyayıb. Misal üçün hәkimlәr qırmızı, tәmirçilәr sarı vә s. Bununla da onların ünvanı artıq asanlıqla tapılırdı. Hәkimә getmәk istәyәn artıq birbaşa qırmızı evә, təmirçi istəyən birbaşa sarı evə və s. Burada yaşayanların demәk olar ki, hamısı müsәlmanlardı vә özlәrini keyp-malaylı (cape-malay) adlandırırlar. Hәtta küçәnin girişindә kiçik bir mәscid dә yerlәşir.Yazılası çox şey var əslində bezib yarımçıq saxlamayasız deyə çox yazmıram  Sualınız olsa commentdə cavablayaram ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Eldar Əzimov

2887 dəfə oxunub

Vilnüs bələdçisi

Vilnüs bələdçisi - nə zamansa lazım ola bilər Kiçik, sevimli Vilnüs. Biz çox sevdik, sizə də getməyi tövsiyə edirik. Havası soyuq, insanları isti, şən və əyləncəli olan bu şəhərdə 3 gün içində gəzib, gördüklərimiz:1. Dominikonu küçəsi - şəhərin ən köhnə və mərkəzi küçələrindəndir;2. Dominican Müqəddəs Ruh Kilsəsi - 15-ci əsrə aiddir. 3. Stikliu küçəsi – rəngli, köhnə evlərin olduğu, dar küçə; 4. Literature street - ədəbiyyat küçəsi, divarlarda rəsm əsərləri var; 5. Gediminas Qalası – yüksəklikdədi, buradan baxanda şəhər ayağının altında qalır. 14-cü əsrdə tikilib;6. Old Town - şəhərin köhnə hissəsi; 7. Vilnüs yəhudi məhəlləsi - 1941-1945-ci illərdə getto kimi istifadə edib; 8. Gate of Dawn - şəhərin bir neçə giriş qapısından bu günə qalanı; 9. Vilnüs katedralı və meydanı; 10. Üç xaç təpəsi - buradan da möhtəşəm Vilnüs mənzərəsi açılır;11. Uzupio Respublikası – bir qrup sənətçi tərəfindən yaradılan respublikadır. Özlərinin qanunları və mövsümə görə dəyişən, 4 ədəd bayraqları var.Yemək-içmək1. Dino Rusolis – yerli yeməklərin olduğu ucuz kafe;2. Etno Dvaras restoranı - burada da yerli yeməklərin dadına baxmaq olar - çuğundur şorbasını bəyəndik;3. Cozy restoranı - cottage cheese pancakesləri dadlı idi;Coffee1.Coffee Roasters2.Elska Coffee3.Huracan CoffeePaylaşan: Guler Mehdizade

296 dəfə oxunub

Hind okeanındakı ekzotik cənnət - Seyşellər (PART 2)

Part 2. General Expenses & Interesting facts #Seychelles #Africa #Seyseladalari Əzəmətli məxmər örtüyə büründüyü yam-yaşıl dağların firuzəyi-sapfir rəngli sulara qarışdığı eyni zamanda zümrüd rəngli meşələrin içinde yoxa çıxdığı, başı duman buludları ilə örtülmüş nəhəng qayalar və fotogenik qranit silsilələrin, nəhəng tısbağaların olduğu və özünəməxsus hind qozunun (kokos) bitdiyi yeganə coğrafiya -- Seyşellər şübhəsiz ki, Hind Okeanının yeganə və nadir ada ölkələrindən biridir. Bugün də Seyşellərdən danışacağıq.    Bugün sizə Seyşel adalarının mətbəxi, supermarket və gündəlik xərcləriniz, ekzotik meyvələri və palması Coco De Mer haqqında danışmaq istəyirəm:Seyşel adalarının ən yaşlı canlısı 'Esmeralda' adında nəhəng tısbağadır. Deyilənə görə 300 yaşı var. Onu görmək üçün xüsusi icazə alınmalıdır. Adalarda digər yaşlardakı tısbağaları hər yerdə görmək mümkündür, belə ki burda yaşayan canlılar ümumiyyətlə digər yerlərlə müqayisədə nəhəngdirlər. Ömrüm boyunca yarım metr uzunluqda soxulcan görməmişdim, Seyşellərdə gördüm. Seyşellərdə nə yeyilir? Mətbəxi necədir, mütləq önərdiyiniz nələri yeməliyik? Sizə tanış gəlməyən hər bir yeməyin/desertin/meyvənin dadına baxın.Seyşelin yerli mətbəxi olduqca zəngin olan bir ölkədir. Belə ki, Fransız, Ərəb, Afrika, Hind və İngilis yemək mədəniyyətlərinin cəmi Seyşel mətbəxini yaratmışdır. Bir ada ölkəsi olduğundan təbii ki yerli yeməklərinin böyük bir hissəsini dəniz məhsulları təşkil edir. Kari ve plov da Seyşel yemək mədəniyyətinin bir hissəsidir. Restoranlarda dəniz məhsulları yemək sizə kifayət qədər xərc deməkdir. (380 rupi adambaşı təxminən, takeaway-lərdə daha ekonomik qiymətə 100-300 rupiye almaq olur)    İstənilən dəniz məhsulunu ən yaxşı halda Viktoriya bazarından alıb evdə bişirib, laym və yerli Takamaka Romu və ya SeyBrew (yerli pivə) ilə çox normal qiymətə başa gətirib nuş edə bilərsiniz. Digər adalarda da kiçik bazarlardan alış-veriş etmək mümkündür. Əlavə olaraq onu deyim ki, balıq yeməyən adam kimi qaldığımız 14 gün müddətində hərgün dəniz məhsulları yedim, ömrüm boyu elə dadlı balıqları heçbir yerdə yeməmişdim. ???? Ağız dadları bizimkilərdən tamamilə fərqlidir. Məsələn, 3-cü böyük adada qalanda (La digue) bizi alman dostumuz qonaq çağırmışdı, bizə "apple pie və Bamkuxen" etmişlərdi, un əvəzinə kartof püresi vurulmuşdu, təsəvvür edin puredən hazırlanmış tort yeyirsiniz. Dadı heç də pis deyildi. Axşama doğru, bütün evlərdən .am yeməyi saatlarında baharat və sarımsaq qoxuları küçələrə axır və sizi rəsmən acmağa məcbur edir. ????Curry (kari) və hindistan qozu yeməklərdə çox istifadə edilir. Adaya xas ekzotik meyvələrdən almanın 5-6 ekzotik növü var, eləcə də bananın. Asiya ölkələrində rast gəlinən tropik meyvələr burda da bitir. Bir çox yerlərdə rast gəlinməyən "natural viaqra" adını almış, üfunət iyli noni adında bir meyvə də var. Bu meyvəni bazarda tapmayacaqsınız, ağaclardan özünüz dərə bilərsiniz.    Sizə yalnız Seyşellərdə bitən 2 qeyri-adi tropik ekzotik meyvələr haqqında danışmaq istəyirəm : Onlardan biri Coco De Mer'dir.(Butt nut)???? Şəkildən görəcəksiniz ki, bu meyvə qadın genital (woman's buttock) formasındadır, bunun erkək forması da kişi genital formasindadir (The world's longest male flower rəsmi adı belə gedir), onun da şəklini paylaşıram, uzunluğu 1 metrə qədər ola bilir. ???? Olduqca bahalıdır.???? Haqqında internetdə oxuya bilərsiniz. Qısa onu deyim ki dünyanın ən böyük kokosu/qozu sayılır. (World’s biggest nut), çəki 15 -30 kg-a qədər, hətta 42 kg rekord həddə çatmış olanı da olmuşdur. Almaq və dadına baxmaq istəsəniz Praslin (Pralin kimi oxunur) adasına getməlisiniz, qiymətlər 5000-7000 Seyşel rupisidir. (1 Usd - 14 rupidir, 1 Avro- 16 rupidir.)    Digər bəhs etmək istədiyim meyvə "çörək meyvəsi" (bread fruit) onun haqqında mistik bir inanc var, ənənəvi bir şəkildə odda bişirilir. Bişirildikdən sonra duz və kərə yağı ilə turistlərə təqdim edilir. Labrin bazarında təşkil olunan food festivallarında kartof fri kimi və ya çips kimi də görə bilərsiniz, inanca görə əgər bu meyvəni yeyirsinizsə, şübhəsiz yenidən oraya qayıdacaqsınız. Şəklini paylaşıram.    İndi isə xərclərə nəzər yetirin :Daha öncələr dediyim kimi : Seyşel adaları olduqca bahalıdır. Bunu öncədən bilərək Seyşellər turu planlamanızı edin. Nə qədər bahalı desəniz : Avtomobil kirayəsi : Günlük 40-50 EuroBenzin : 26 RupiƏtin kilosu : 20-25 EuroSu altı yürüyüşü vs aktivitələr : 60-80 EuroSeyşeldə 1 litr su 15 Rupi (Mahe, digər adalarda 18 - 20 Rupi)4 ulduz otel : 2 nəfərlik 150-250 Euro. Guesthouse’lar və 1 ulduz otellər 75 EuroBiznes lunch menyusu (içki daxil olmaqla) 280 RupiFast food restoranında Big Mac Yemək və ya uyğun sendvic) 147-200 Rupi500 qr toyuq filesi 58 Rupi1 litr tam yağlı süd 40-50 Rupi12 yumurta 50 Rupi1 kq pomidor 77 Rupi500 qr pendir 136 Rupi1 kq alma 54 Rupi1 kq kartof 45 RupiSupermarketdə 0,5 l yerli pivə 54 Rupi1 şüşə qırmızı süfrə şərabı şərab maqazinlərində (Fransız) 170 Rupi2 litr Coca-Cola 56 Rupi2 nəfərlik çörək 29 RupiKirayə mənzil 85 m2 TƏMİRLİ 27.813 RupiKommunal xidmətlər, 1 aylıq (istilik, elektrik, qaz ...) 85m2 mənzildə 1,127 ₨ 2 nəfər üçün1.5 GGBYT İnternet : 299 Rupi. Ayrıca 100 Rupi de xətt haqqı. (Airtel firmasını tövsiyyə edirəm.)Gördüyünüz kimi, Seyşellər heç də ucuz deyil. Günlük olaraq, adambaşı ən az 70-100 Euro xərclərin gündəlik gedəcəyini nəzərə alın.???? Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Aksana Kaiser  

2101 dəfə oxunub

Vietnam Bələdçisi

Salam dostlar, Size Vietnam yolculugumdan danisim biraz, Ilk once biletler , biz Baki-Abu Dhabi - Delhi - Hanoi almisdiq etihad airlines ile ancaq bizi Abu dhabiden Hindistana buraxmadilar ki tranzit vizamiz yoxdu , biz dusunduk ki eyni airportdan gedirikse problem olmaz, her neyse netice olaraq yeni bilet aldiq Cinden ucduq (transit visa lazim deyil) buda risk idi cunki gov seyfelerde melumat yox idi, amma siz rahat alin bilet. Hanoi coxxx beyendim, ve umumi olaraq vietnam safe yerdi, men podruqam ile getdim bir qram narahat olmadiq. yemekler - biz random gedib hardasa oturub yeyirdik, Pho onlarda her yerde yaxsidir, sadece biraz pintilik hiss olunur olkede umumi hazir olun En beyendiyim yemek Bun cha oldu sekili de paylaştım, mohtesem idi.transport olaraq sleeping busla gedirdik olke icinde , oldugunuz her seherin tur agencyne yaxinlasib ala bilersiz , online risk elemirdik cunki yalanci doludu olke, exotic meyveler alanda bele local adamdan xahis edin komek elesin, qiymet ferqi unreal di. Nese alanda voopwe mutleq bazarliq edin. Ha Long bay adalarina mutleqqq gedin, biz yene random tur aldiq sehv etmiremse 40$ idi , ve cox gozel gun kecirtmish olduq. Ba na Hills en meshur Golden Bridge olan yer, Da nangda yerlesir , nezere alin ki boyuk eylence merkezidi , tek eller deyil yani gunun yarsi rahat gedecek ora, giriş 35$ idi. Amma deyer. Hoi an cox sirin bir yer idi, bu arada her seherin oz pivesi var, biz hanoi icirdikBamboo suyu zektun dadir meslehet gormurem,yumurtadan olan kofeni men beyenmedim podruqam beyendi. Ho chi min city hec beyenmedik, bilseydik cixis seheri de Hanoi gorsederdik visada, ho chi mine baxin diqqetle ki waste of time olmayasiz.Hanoide o qatar kecen yer gesengdir amma stresslidi, yer tapmaq cetindi, seher tezden meslehet gormurem cunki hami o vaxti gedir , biz 11den sonra getdik yer taptiq. Ta van Village gede bilmedik cunki tsunami olmusdu dagilmisdi oralar, ancaq cox isteyirdik. Podruqamla olan sekildeki yer Dang Thi Hoa , cooox dexilisiz yerdi, o yere gore butun bizim travel bloggerleri sildim ozumde Cunki yer men dusundum ki maraqli yerdi, cunki instagramda bizimkilerde ele gordum, ancaq bildiyiniz qaraj, icini doldurublar ki insanlar sekil ceksin. heyif bizim vaxtimiza , gunun yarsi yola getdi. Neyse instagramda geseng sekil isteyirsizse gedin. Ancaq orani isleden dayidan biraz melumat almaq istedik dedi tarixi falan yoxdu sekil ucun yerdiUmumi olaraq yemekleri gozeldi, insanlari sirin amma yalanci , orda uzun muddet qalan xaricilerle calisin tanis olun geseng meslehet verirler. Hotelleri ucuzdu, biz onceden book etmirdik hec bir yerde , gedib yerinde merkezde baxirdiq, ancaq siz ele etmek mecbur deyilsiz.Cox geseng experience idi ve minimum 2 hefte ayirin Vietnama:) cox detallara girmedim ancaq suallariniz olsa commentde cavablayaram.sevgiler

374 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!