972 dəfə oxunub

Azor adaları - Sao Miguel və Flores

Atlantik okeanında olan bir vulkanik ada təsəvvür edin, qara qumlu sahilləri, ecazkar təbiəti, termal suları, möhtəşəm gölləri, şəlalələri, insanı rahatladan sakitliyi olsun. Çoxlarının ağlına ilk gələn ada İslandiya olacaqdır. Amma bura İslandiya deyil, İslandiyadan fərqli olaraq burada sıx meşələr, isti qumlu çimərliklər vardır, qiymətlər çox ucuzdur. Söhbət yerli sakinlərin Atlantisin son hissələri olaraq adlandırdığı Portuqaliyaya məxsus Azor adalar qrupuna daxil olan Sao Miguel və Flores adalarından gedir.

60902899_439094686877008_7427419015217152000_o

Azor adalar qrupu 9 adadan ibarət olmaqla Amerika ilə Avropa arasında Atlantik okeanının ortasında yerləşir. Qrupda daha əvvəl Sao Miguel haqqında 1 post olub, Floresə isə bizim ölkədən gedən olub mu bilmirəm. Amma yaxın vaxtlarda paylaşacağım bir neçə post sonrası əminəm ki, bir çoxları yolunu bu adalara salacaqdır. Mən Sao Miguel adasında 6 gün, Floresdə 1 gün keçirməyimə baxmayaraq Sao Migueli tam gəzib qurtara bilmədim. Adada turist sayı və yerli əhali olduqca azdır. Daima sakitlikdir, təbiətin səsi hər yerdə insanı valeh edir. Sao Miguel adasında banan, ananas kimi meyvələr yetişdirilir. 1800-cü illərdən qalma çay plantasiyaları var. Hər tərəfdən nəhəng inəklər otlayır. Buna görə süd, pendir və sair heyvandarlıq məhsulları ölkəmizdən belə ucuzdur. Hər tərəfdə yerdən termal sular qaynayıb çıxır.

61349903_439095130210297_8016947334367674368_o

Termal su axan şəlalə, təbii jakuzilər və hovuzlar vardır, hətta adanın bir hissəsində termal su Atlantik okeanının tam kənarında çıxır. Katerlə okeana çıxıb balina və delfinləri müşahidə etmək mümkündür. Restoranlarda balıq məhsullarının qiyməti çox sərfəlidir. Hətta ilin bəzi vaxtlarında balina ovlamağa icazə vardır və restoranlarda bu əti yeyə bilərsiniz. Məhşur yeməkləri cozidodur. Ət, kartof və əllərinə nə keçsə yığırlar bir qazana və Furnas bölgəsində olan Termal suların qaynadığı quyu kimi yerə basdırıb üstünü torpaqla bağlayırlar. Təxminən 10 saat sonra qazanları torpağın altından çıxarırlar və yemək hazırdır.

60987458_439095893543554_951990582174023680_o

Adada ictimai nəqliyyat vardır amma saytları portuqal dilindədir. Gün ərzində paytaxt Ponta Delgadadan kəndlərə bir neçə dəfə avtobuslar gedir. Amma bu möhtəşəmliyi görmək üçün ən ideal variant aeroportda avtomobil kirayə götürməkdir. Taksilər çox baha olduğu üçün avtomobil kirayə götürməsəz ada səyahəti boyunca əziyyət çəkə bilərsiz. Mən Sixt firmasından Renault Clio kirayə götürdüm. 5 gün üçün full insurance daxil təxminən 120 avro ödədik. Təxminən 500 km avtomobil sürdük, cəmi 30 avroluq gas istifadə edildi. Buna görə istədiyimiz hər yeri rahatca görə bildik. Yol boyunca otostop çəkən bir çox insanla dostlaşdıq. Ümumi ilkin olaraq bunları yazıb şəkillərlə baş başa buraxıram. Adanın möhtəşəmliyi barədə gələcək postlarda məlumat verəcəm. Kimin nə sualı olsa verə bilər.

60814985_439095043543639_4800903310913568768_o

P.S. -Frankfurt, Lissabon ve Portodan adaya Ryanair uçur birbaşa reysle.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Gəzgin Həyat

DİGƏR BLOQLAR

Ənənələr ölkəsi -Yaponiya

Tokiodakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Qadınların şot buraxdığı, kişilərin əlini cibinə atmadığı, sən nəsə başa salanda başa düşdüyünü göstərmək üçün sooodane, sooo, ooo, aaa, e kimi qəribə səslər çıxarıb, ama əslində heç nə başa düşməyən insanların olduğu, yolların tərsinə olduğu, sol yox sağ tərəfin keçid üçün boş saxlanıldığı, içkili olduğuna görə qadının kişini yox, kişinin qadını daşıdığı, görəsən bu gün kimdən üzr istəyim fikri ilə hər səhər yuxudan oyanan yaponların yaşadığı Tokyodan hər kəsə salam))Çalışdığım qədər Wikipediadan, Googledan uzaq bir yazı paylaşıb Yaponiya haqda maraqlananlara sərf eləyən bir şey yazaram yəqin ki.1 il əvvəl qrupda yazdığım yazını keçən dəfə saytda gördüm. Ama yazıda bir səhv var idi. "Azərbaycanı tanıyanlar az deyil, Azərbaycan deyən kimi şoka düşənlər var demişdim" . Deməz olaydım). Sən demə tanımırlarmış. Ən başda yazdığım kimi yaponlar başa düşməsə də, bilməsə də hörmət əlaməti olaraq wooow Azərbaycan deyirlər. Əvvəl deyirdim ki, nə yaxşı, hamı tanıyırmış ki. Bir dəfə qayıdıb Azərbaycanı eşitmisiz? Azərbaycan haqqında nə bilirsiz sualını verdim və onda hər şey aydın oldu. Sən demə bu vaxta qədər bu boyda gündoğan ölkə məni yola verirmiş). Deyə bilərsiz ki, bu vaxta qədər heç mi bilən olmayıb Azərbaycan haqda? Olub. Azərbaycan deyən kimi Baku, Baku 2015, Formula 1, sovet, müharibə, neft, rich country deyənlər olub. Yaponlardan çox burda qaralar Azərbaycan haqda daha çox bilir. Nə qara qura işlər varsa bu Nigeriyalılardan çıxır. Ama adamların dünyagörüşü var. Turist kimi arada Kanadalılar görürəm. Onlar da Azərbaycan haqda bilir. Ən çox bilməyənlər Amerika, Yapon, Avstraliyalılardı.Keçən dəfə biri soruşdu haralısız? Dedik Azərbaycan( bu arada Yaponiyada Azerubaicyan deyilir). Adam qayıtdı dedi mənim kuzenim yapon səfiridi Azərbaycanda . Adın da dedi kuzeninin. İnternetdə baxdıq səfirə. Dediyi ada dəxlisi yox imiş. Adam yola verdi getdi. Ama keçən dəfə Azərbaycan haqda məlumatı olan bir yapon çıxdı qabağımıza. Dedi haralısız. Dedik Azərbaycan. Bakı bir qırağa, adam qayıdıb bolşoy klub Neftçi dedi. Beynimdə o qədər sual yarandı ki, adama heç nə deyə bilmədim. Baxa qaldım sadəcə. Ama dedi ki, Avropaya səyahət eləyəndə Türkiyəyə də getmişdim. Orda Azərbaycan haqqında da eşitdim. Ama gedə bilmədim ora. Sadəcə internetdə maraqlandım. Ama ümumi götürəndə çox retki adam bilər. Bəziləri televizorda görüb. Arada Azərbaycan haqda bir şeylər TVdə verirlər.İnsanlar bir biri ilə nə qədər yaxın olsalar da ərki çatmazlıq var aralarında. Məsələn 2 dost yapon biri o birinə nəsə alırsa bayaqdan deyib gülən çox yaxın olan yapon qayıdıb dalbadal çox sağol çox sağol çox təşəkkür eləyirəm baş əyməklər falan. Ama Azərbaycanda elə deyil. 2 nəfər yaxındısa davay bunun pulun ödə, nəyə gətirmişəm səni bura kimi zarafatla bir şeylər demək normal bir şeydi. Hər şeydə olduğu kimi, bunda istisna var. Kassa qabağında pulu kimin ödəyəcəyini seçmək üçün "qayçı kağız daş" oynayanlar da olub 1 2 dəfə.Yaponları görəndə elə bir təsəvvür yaranır ki, süni dostluq var. Birdən birə baş əyib çox sağol deyəndə içlərindəki əsl yaponluq üzə çıxır. Pis mənada demədim bunu. Yaxşı mənada da demədim.Bir dəfə marketdə işləyirəm. Müdir nəsə iş başa salır. Normal şəkildə dedim ki bilirəm lazım deyil başa salmaq. Qayıdıb dedi ki, doğurdan da siz Avropalılarla biz Asiyalılar çox fərqlənirik. Normalda Asiyalı hörmət əlaməti olsun deyə bilsə də qulaq asar. Axırda başa düşdüm deyər. Ama Avropalılar elə deyil. Bu söhbətdən sonra daha da əmin oldum ki, yaponlarda var 2 üzlülük. Elə bil özlərinə qayda qoyublar ki, sistemdən kənara çıxmaq lazım deyil. Əvvəldən necə olubsa indi də elə olmalıdı. Fərqi yoxdu məntiqlidi yoxsa yox. Adamların həyatı Black Mirrordu.Hər cürə adam var. Azərbaycanda bir insanın dəli olduğunu sırazı tutmaq olar hərəkətlərindən. Ümumiyyətlə dəli tapmaq olmur. Azərbaycanda camaat uzağı əsəbləri korlanır. Ama burda elə deyil. İnsanlar elə bil ki, standart yaşamdan qırağa çıxan kimi sırazı beyin yanır. Hərə bir cürdü. Hər cürə adam var. Hava soyuq vaxtı qadın çimərlik paltarında şəhərin ortasında gəzən birin təsəvvür eləyin. Nə məcburdu onu geyinmək. Qəribəsi soyuqda kupalnik geyinməsi deyil. Geyinən adamın kişi olmasıdı).Azərbaycanda hər kəs hər cürə problemə görə deyinə bilər. Ama burda camaat problem tapa bilməyib soyuq olduğuna görə deyinə bilir. Bu gün çox soyuqduyeee deyə deyə gəzənlər var. Həqiqətən şəhərdə problem yoxdu. Dövlətin əhaliyə diqqəti maksimum dərəcədədi. Adi bir mənasız şikayətə görə də gəlib izahat alırlar, üstünə düşürlər ki, şikayət eləyən adamın işi həll olsun. Kimsə kiminsə qatığın dağıtsa 4 5 dənə polis gəlib qatığı əl izi incələməsi üçün ekapertizaya aparar. Ciddi deyirəm. Bir nəfər marketdən elə belə yogurt götürüb yeyib. Polisə zəng eləyiblər. Polis 2 gün bu işin üstündə araşdırma aparıb. Yogurt qabını əl izi qalmasın deyə əlcəklə götürüb paketə qoyub apardı araşdırmağa. Belə baxanda polislər də haqlıdı. O qədər az qayda pozuntusu var ki, bikar qalmasınlar deyə 1 işin üstündə günlərlə araşdırma aparırlar.Bayaq dediyim kimi dövlətin insanlara qayğısı, diqqəti maksimum dərəcədədi. Metroya arabada əlil biri minirsə liftlə aşağı düşür. Sonra işçi platforma ilə qatar arasına lövhə kimi bir şey qoyur, əlil adamı mindirir qatara, getdiyi stansiyanı soruşur, həmin stansiyaya məlumat verilir ki, filan qatarın filan qapısında əlil adam var və çatdığı stansiyada başqa bir işçi əlində lövhə gözləyir ki, əlil adamı qatardan düşürsün.Bu arada metro demişkən Azərbaycan metrosunun bir şeyi yaxşıdı ki, təzə qatarı metroda görürsən, axşam da xəbərlərdə deyirlər ki, təzə qatarlar gəlib. Burda 1 il əvvəldən xəbər eləyirlər, şəkillərin vururlar ki, təzə qatar gətirəcik ay camaat. Bir də ki, burda metro xətləri özəlləşdirilib. Hərəsi bir iş adamına məxsusdu. Belə bir şey eşitmişəm. Hərəsinə aid bir rəng var. Hansısa xətdə olan qatarlar köhnə ola bilər, başqa xətdə təzə ola bilər, hansısa xəttin qatarlarında internet ola bilər, bəzi metrolarda platforma ilə qatar yolu arasında sədd olur, bəzilərində açıq olur. Yəqin ki, bu fərqlər də sahiblərinin fərqli insanlar olmasından irəli gəlir. Belə düşünürəm.Şəhərin özündən danışsaq təmizdi şəhər. Həm insanlar özü zibilləmir. Həm də bələdiyyə də bu işə nəzarət eləyir. Ama elə yerlər var ki, məsələn Şincyuku, Şibuya kimi camaatın içib əyləndiyi yerdə gecə zibillər çox olur. Ona görə də siçanlar çox olur. Ama günorta oralar da təmizlənir. Ümumiyyətlə Tokyo da qarğa və siçan ən çox görünən heyvanlardı. Yayda da həşəratlar falan olur. Bir də ki, heyvan demişkən, bəziləri hələ də fikirləşir ki, yaponlar it pişik yeyir. Burda camaat it pişiyi evində saxlayır. Mağazada da cins it pişiyin 1500 dollardan başlayır 2000 3000 4000 gedir. Pişik var qiyməti 50 000 dollardı. Bildiyin vaşaqa oxşayır. Yəni bu qədər pul verib, böyüməyini gözləyib, axırda da kəsib yemək məntiqsiz olar.Əgər Tokyoya gəlmək fikriniz varsa əvvəlcədən nəzərə alın ki, nəyə görə gəlirsiniz. Məsələn Yeni il vaxtı, Halloween vaxtı şəhərin qaynayan vaxtıdı. Millət şəhərdə olur. Ama yazda gəlsəniz sakura ağacları falan görə bilərsiz.1 2 dəfə kommentlərdə görmüşəm ki, aeroportdan şəhərə ən ucuzu metrodu deyiblər. Ən ucuzu bu deyil. Ən ucuzu Narita aeroportundan Şincyuku, Tokyo stansiyalarına 1000 yenə ( hardasa 10 dollar) avtobuslar gedir birbaşa. Ən sərfəlisi onlardı. Avtostopu ağlınızdan keçirməyin. Yoxsa aeroportdan qırağa çıxa bilməzsiz. Əsas da oğlanlara çox çətindi. Mümkünsüzdü də demək olar. Bəxtiniz çox retki halda gətirə bilər.Gələndə ola bilər ki, maraqlanasız ki, hava necə olacaq. İlin hansı vaxtı olur olsun nəzərə alın ki yağış yağa bilər. Ona uyğun planınızı qurun. Ama baqajınıza çətir qoymağa da ehtiyac yoxdu. Çətirdən çox çətir var burda. Bu arada eşitmişdim ki, yer altında depolar olur. Sular o depolara yığılır. Belə fikirləşəndə məntiqli bir şeydi. Çünki burdakı yağışa, leysana kanalizasiya sistemi dözməz. Günlərlə fasiləsiz yağışdan sonra ayrı gölməçə görmək olmur.Əgər harama, halala fikir verənsinizsə burda bacarmaq çox çətindi. Adamların çörəyi də haramdı, çayları da haramdı. Yox əgər elə də fərq eləmirsə, nə oldu yeyirsinizsə, məndən fərqli olaraq suşi sevirsinizsə, yapon mətbəxini sevirsizsə sizə çox rahat olacaq.Əgər exchangedə pulu dəyişəndə əlinizə 2000 yenlik pul düşsə onu saxlayın, xərcləməyin. Çünki yaponlar özü də retki tapır pulu. Keçən dəfə bir videoda gördüm dünyanın ən bahalı qəpiyi yapon 500 yenidi. Onu da saxlaya bilərsiz. Bir də ki, Yaponiyadan qayıdanda 3x4 şəklinizi çəkib hazır aparın Azərbaycana. Çünki burda aparatda özünüz çəkirsiniz. Qəribə vəziyyətdə düşmək ehtimalınız yoxdu. Şəkildə bütün düzəlişləri özünüz eləyirsiniz.İşdi birdən velosiped sürməli olsanız hər yerdə saxlamayın. Apararlar cərimə meydançasına. 50 dollar da ona ödəməli olarsız. Mənim başıma gəlib belə bir şey. Dostumun velosipedini göndərtmişəm cəriməyə. Özü də oxuyacaq yəqin bunu) qomen də Nicat)Bura gəlməmişdən qabaq xəstəxanalıq nə işiniz varsa hamısını eləyib gəlin. Çünki burda vəziyyət tamam fərqlidi və çox bahadı. Ola bilər ki, probleminizi həll olunmasın, ama əməlli başlı pul ödəməli olasınız. Atış gəlmirlər. Sadəcə vəziyyət başqa cürdüSonda ən vacib məlumatı da deyim. Yaponiya Çin deyil, Çin də Yaponiya deyil. Başqa başqa aləmlərdi))Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Azad Arzumanli

848 dəfə oxunub

Amsterdam yaxınlığındakı qəsəbələr

Amsterdam yaxınlığındakı qəsəbələrBu qəsəbələr kanalları, yel dəyirmanları, qayıqları, kiçik, şirin evləri və dadlı balıqları ilə məşhurdurGələn dəfə sizə “Azadlığın şəhəri Amsterdam” - barədə yazaram. Ancaq bu gün yaxınlığındakı qəsəbələrdən danışmaq istəyirəm. Çünki Amsterdam daha çox yaxınlığındakı qəsəbələrlə yadımda qalıb.Səyahətimin ən gözəl yerini bu qəsəbələr tamamladı. Anladım ki, Niderland təkcə, Amsterdamdan ibarət deyilmiş. Volendam, Marken, Eden, Zaanse Schans – bəlkə də nağıllarda oxuduğumuz şəhərlərin təsviri elə bu qəsəbələrdən götürülüb. Hər biri gözəlliyi ilə adamı nağıllar aləminə aparır. Qəsəbələr avtobusla Amsterdama 30-35 dəqiqəlik məsafədədir. Həmin qəsəbələrə avtobus və qatarlar Amsterdamın mərkəzindəki tarixi qatar vağzalından gedir.Cəmi 10 avro ödəməkləVağzalda 10 avro ödəməklə bölgələrdə istifadə olunan günlük kart ala bilərsiniz. Həmin kartla gün ərzində saydığım bütün qəsəbələrə getmək olur. Biz gəzməyə Volendamla başladıq. Bura çox gözəl evlər, mağazalar və restoranların olduğu kiçik balıqçı qəsəbəsidir. Eyniölçülü kiçik evlər sanki turistlərin ağlın başından almaq üçün xüsusi bəzədilib. Gülərüzlü insanları bu gözəlliyi məhz səndən ötrü etdiklərini göstərmək üçün evlərinin şəkillərini çəkməyini və gedib öz ölkəndə göstərməyini istəyirlər. Məncə, çox şey istəmirlər. Bu evləri fotoaparatın yaddaşına yazmaq zövq verir. Qəsəbənin dənizə yaxın və çoxlu restoranlarının olduğu mərkəz hissəsində dadlı dəniz məhsullarının dadına baxa bilərsiz.Kiçik balıqçı qəsəbəsi – MarkenNövbəti getdiyimiz qəsəbə Marken oldu. Bu qəsəbə kiçik bir yarımadada yerləşir. Eyniboylu, yaşıl rəngli evlərdən ibarət kiçik qəsəbədir… Evlərin önündə alışdığımız çəpərlərə rast gəlmədik. Evlər bir-birindən ya güllər, ya da kanallarla ayrılır. Volendamdan Markenə gəmi ilə 30 dəqiqəyə çatmaq mümkündür.Kanallarla bəzənmiş EdenEden bir fərqli gözəllikdir. Evlərin önü böyük bir kanala açılır. Kanalın kənarına düzülən masalarda kimi şam edir, kimi kitab oxuyur, kimi də Şimal dənizinin seyrinə dalır. Küçələrdən gələn gözəl yemək qoxusu aclığımızı xatırladır. Qəsəbənin ortasındakı restoranda hollandların məşhur tərəvəzdə bişirilmiş ördək yeməyinin dadına baxırıq. Və sizlərə də məsləhət görürük.Köhnə yel dəyirmanlarının olduğu möhtəşəm qəsəbəZaanse Schans qəsəbəsi isə daha çox yel dəyirmanları ilə məşhurdur. Bu qəsəbənin hekayəsi Zaan çayından başlayır. Çayın kənarında yaşayan insanlar ta qədimdən ticarət və balıqçılıqla məşğul olublar. Bu üsulla varlanan qəsəbə sakinləri 1600-cü illərdə ilk yel dəyirmanını icad ediblər. Onlar küləkdən ilk başlarda çay daşqınlarının qarşısının alınması üçün, sonradan isə qəsəbəni sənaye bölgəsinə çevirməkdən ötrü istifadə ediblər. Ağıllı adamlardı, elə deyilmi? Həmin illərdəki 1000 yel dəyirmanından bu günə cəmi 13-ü qalıb. Bu dəyirmanları görməyə dünyanın hər yerindən turistlər gəlir. Dünyanın hər tərəfindən gələn uşaqlar isə yağlı boya ilə bu dəyirmanların şəklini çəkirlər.Niderlandı sadəcə gedib görmək lazımdır. Həm Amsterdam, Rotterdam, Haaqa şəhərləri, həm də Volendam, Marken, Eden, Zaanse Schans qəsəbələri ilə bu ölkə Van Qoqun əsərlərindən sıçrayıb çıxmış kimidir…Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Guler Mehdizade

1572 dəfə oxunub

Bir gəzəyənin Türkiyə günlüyü - Yazda Qaradəniz turu

Yenə mən, yenə Qaradəniz:)Bu dəfə yazda Qaradəniz bölgəsində gediləcək yerlər tövsiyələriylə buralardayam :)Yayda Qaradənizdə sərinləmək üçün yaylaya getmək lazımdı şübhəsiz, bəs apreldə, mayda nə etməli? Və ya getdiniz, sadəcə 2-3 gün vaxtınız var, bu vaxtı necə keçirə bilərsiniz?Bölgədəki az qala bütün yayla və kəndləri gəzən biri olaraq deyirəm - Çamlıhəmşin kəndlərini mütləq görməlisiniz.Necə gəzmək lazım olduğunu daha əvvəlki postlarda yazmışdım, təkrar edirəm - ən komfortlusu maşınla gəzməkdi. Kondisyonuna güvənən və vaxtı olan üçün isə ən gözəli yürümək :) Kəndləri gəzmək üçün qalacağınız bir neçə yer məsləhət görürəm:- Teleferiklə keçilən Çulina məhəlləsində (Kendini Koruyan Mahalle) daha əvvəl yazdığım iki bunqalovdan əlavə bu il ağacın budaqlarının üstündə tikilən ağac ev də var. Ağac ev iki nəfərlikdi - sabah və axşam yeməyi daxil iki nəfərə 700 lirə, yəni bir nəfərə 350 lirə. Bal ayına getmək istəyənlər varsa, düşünsün:) Bunqalovlar bir nəfərə 250 lirə.- Ortan kəndində Qaradənizin ən, ən, ən gözəl yeməklərini bişirən Platoda Mola pansiyon. Pokut yaylasında da evləri var, qarışdırmayın, kənddəki evi soruşun yazda. Qiymət - sabah və axşam yeməyi daxil 300 lirə.- Aşağı Viçə kəndində The High Tress pansiyon. Bölgənin ən fərqli yerlərindən biridi. Sabah yeməyi daxil 250 lirə.- Aşağı Viçədə Ekodanitap pansiyon. Bungalovlarda 1 nefer sabah ve axşam yeməyi daxil 200 lirə. Bir də ağac evləri var - bir nəfər qala bilir və içində tualeti, hamamı yoxdur. Qiyməti 150 lirə - sabah və axşam yeməyi daxil.- Daha da uyğun və daha da mərkəzi bir yerdə qalmaq istəsəniz, Çamlıhəmşin Taşmektep otel. Qalmadım, amma gəzdim, otaqları çox təmiz, rahat, yeməkləri yaxşıdı. Qiymətlər bayram öncəsi-sonrasına görə dəyişir, amma başqa yerlərə görə daha uyğundu. 3-4 nəfərlik otaqları da var.Qalmağa da yer tapdız, indi gəzməyə keçək :)- Məcmun kəndinə çıx, Zilkaleni izlə. İzləyəcəyin yerdəki evin sahibi bir az əsəbidi, əsəbiləşdiyini hiss etdiyin anda uzaqlaş :)- Çamlıhəmşinin ən gözəl kəndi Küşüvəni mütləq gəz.- Makrevis kəndindən Ortan kəndinə meşə yürüşünü unutma.- Küşüvə, Makrevis və Ortanda bölgənin ən gözəl konakları yerləşir, onları gör.- Çulinada Mətin abidən səni yuxarı məhəlləyə aparmasını xahiş et. Özün gedə bilməzsən, inad etmə :)- Bir sabah Dovor məhəlləsini gəz- Vaxtın olsa Çat düzünə mütləq get. Ən gözəl vaxtı may-iyundu, unutma.- Aşağı Viçədə qalsan Tomaslı və Poginaya uzun yürüyüşə çıx.Başqa sualınız olsa, yazın, pulsuz online rəhbərlik eleyim :)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Könül Şamilkızı Nesibova

711 dəfə oxunub

Birləşmiş Ərəb Əmirlikləri - Dubay

Dubaydakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Birləşmiş Ərəb Əmirlikləri - DubaySalam ) çoxlarınız Dubayda olub, mən ilk dəfə idi ???????? Uçuşa 2 gün qalmiş artıq peşman olmuşdum)) qorxudan???? birdən itərəm) İstanbul o qədər qarışıq şəhər gelmişdi ki, qorxmuşdum)) ????Amma hərşey planlı idi ))✈️ Azal tapılmadı artıq 3 ay əvvəldən ... məcbur 1 ay qalmış uçuşa Flydubai ilə hər iki istiqamət aldıq. Heç də peşman olmadıq , sadəcə hindistanlı-pakistanlı çox olur . Azərbaycanlı 1-2 olar ya yox . Yemək verilmir. ( Əlavə ödənişlə) 2.30 dəq uçuşdu. Kabin 7kq, baqaj o biri 20 di ( bizim işçilər o barədə hörmət edirlər keçirirlər kabinə 1-2 kq söhbəti etmirlər (orda isə onsuz çəki daha çox idi baqaja aldılar).İlk dəfədirsə mütləq transferdə götürün (mən transfer şirkətindən çox razı qaldım 34 group, 88 dollar fərdi olsa da elə bizi fərdi aparıb gətirdilər qrup adına almışdım ama) getməyə 1 gün qalmış da oteldə nömrəyə məktub qoyurlar ki sabah neçədə burda olacayıq.Demək olar bütün əsas yerlərin gördüm)Burj Xalifa əvvəl də bronla 2 nəfərə 70 dollar (dostum etmişdi)Safari turu (mütləq məsləhətdir) 80 dollar 2 nəfərə (dostum idi deyə tur rəhbəri ucuz başa gəldi) amma çox-çox xoşuma gəldi )) sonra ərəb geyimləri xına )) çox maraqlı gəldi mənəBurj-al-Arab , birdə Marina beach getmişəm (su öyrəşdiyimizdən daha duzlu amma təmiz) ???? su və qum gətirmişəm Bakıya ????????????Otel - Marinada seçmişdim, yerləşməsi, mənzərəsi, yeməkləri möhtəşəm idi. Özünün bir neçə mola, metroya və beachlara pulsuz transferləri işi olduqca asanlaşdırır. Hər smendə 1 rus dili bilən reception işçisi olur . Ama mənə ingiliscə rahat idi, yaxinlıqda hərşey var market, restoranlar .. plyaja özləri dəsmallar və zontik verirlər pulsuz, geri qaytarırsız təbii ki..Butterfly ve Miracle Garden (55 -45 dirhəm idilər uyğun olaraq) Butterfly 18-30 da tam bağlanır deyə birinci ora gedin yan-yanadırlar onsuz, Miracle gec bağlanır həm də sərin düşəndə biraz gəzmək rahatdı, istidə olmur gəzmək.Saat ferqimiz yoxdur (çox rahatdı bu).Bizə gələn ərəblər ərəb deyil dəqiqdi çox başqadı orda hərşey, ən mədəni, ən sevimli, can yandıran insanlardır ???? kömək etməyi çox sevirlər və çox mədənidirlər)Dubai, Marina, Emirates mallda oldum ın xoşuma gələn Emirates mall oldu) Məncə ordan daha çox şey almaq olurki nəinki Dubay mallda)4-5 kanfetə 300 dirhəm vermişik Dubai mallda )Dubai mallun içindən girib, arxasından çıxışda musiqili fontan və Burj xalifa gecə görüntüsü isə ayrı gözəldir ????Yeməkləri mənə çox normal gəldi, fərqlilik yoxdu, iy falan gəlir deyirdilər xoşuma gəldi amma elə birşey hiss etmədim. Meyvələri isə xüsusən dadlıdı , şaftalı qarpız yemiş ..Taksilər - hamsı eynidir və malların belə ayrı taksi girişləri var, ingilis dili bilirlər əsasən hind pakistan bangladeş vətəndaşları olur şoferlər. Taksimetrə üstündə oturanda elə gündüz 5 dirhəm olur, axşama doğru artır 8-9-12 dirhəm də olur (axşam təlabat artır deyə hərhalda)Bizi aldadan olmadı bir yerə 3 dəfə getdim eyni qiymətə, mənə çox mehriban və səmimi geldilər))Duty freesi mənə ucuz gəldi)) Normal qiymətlərdə hərşey tapa bilərsiz.İlk dəfe gedəcək olanlar üçün ümid edirəm faydalı olar ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Alide Qasimova

1861 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!